Məhkəmə qərarları › İş №2(3-10)-499/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-499/2026

19.08.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-499/2026 19.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh “X6” MMC-yə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmrin ləğvi, işə bərpa) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X2 və İsayev Elman Bəhruz oğlundan oğlundan ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “X6” MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, müddətli bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 45-ci maddəsinə zidd hesab edilməsi, məcburi buraxılmış iş üzrə əmək haqqlarının ödənilməsi» tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh “X6” MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı cavabdeh X6 MMC-yə qarşı «əmrin ləğv edilməsi, işə bərpa, müddətli bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 45-ci maddəsinə zidd hesab edilməsi, məcburi buraxılmış iş üzrə əmək haqqlarının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun barəsində verilmiş əmək müqaviləsinin xitam verilməsi barədə 3-19-125/3-1-23/2025 №li, ## ####### 2025-ci il tarixli əmrin ləğv edilməsinə, qanunsuz bağlanmış müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 45-ci maddəsinə zidd hesab edilməsinə ğörə ləğv edilib, ## ### 2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinin davam etdirilməsinə və əmək müqaviləsinə xitam verildiyi ## ####### 2025-ci il tarixdən itirdiyi əmak haqqlarının ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 2.İddia tələbi onunla əsaslandırılmışdır ki, o Vətən müaribəsi veteranıdır. Həmçinin Azərbaycan Vətən Müharibəsi veteranları ictimai birliyinin Qax rayon şöbəsinin sədridir. Hazırda əsas işi Qax rayonunda veteranların problemlərini həll etməkdən ibarətdir. Lakin hazırda mənim öz hüquqları pozulmuşdur. O, ## ### 2014-cü il tarixdən X6 MMC-də elektrik vəzifəsində işləyir. ## ####### 2025-ci il tarixdə ona bildirildi ki, o müddətli əmək müqaviləsi əsasında işləyir. Halbuki o məhkəməyə təqdim etdiyi müqavilədən də və əmək kitabçasından da görünür ki, o elektrik vəzifəsində müddətsiz əmək müqaviləsi əsasında işləyir. Bununla bağlı o dəfələrlə Olimpiya kompleksinə müraciət etsə də onun mübahisəsinə baxılmır. Mediasiya təşkilatında da iştirak etmədilər ki, onlarla hər hansı bir razılaşmaya əldə edə bilsinlər. Hazırda o hesab edir ki, onun hüquqları pozulub. Həmçinin əmrin surətini ona təqdim etməkdən imtina etdilər, buna görə də əmək kitabçasını təqdim edir. Lakin ## ####### 2025-ci il tarixdə onun müqaviləsinə xitam verilmişdir. Onu da bildirir ki, 11 il həmin idarədə işlədiyi dövrdə işində heç vaxt bir nöqsan olmayıb, həmişə işinə məsuliyyətli yanaşmışdır. Bundan əlavə o ## ####### 2025-ci il tarixdə hal-hazıradək işsizdir və bu müddət ərzində o aylıq məvaciblərini də itirmişdir Həmçinin onun itirdiyi əmək haqqının almaq hüququ vardır. Məhkəmədən onun barəsində verilmiş əmək müqaviləsinin xitam verilməsi barədə 3-19-125/3-1-23/2025 №li, ## ####### 2025-ci il tarixli əmrin ləğv edilməsinə, qanunsuz bağlanmış müddətli əmək müqaviləsinin Əmək Məcəlləsinin 45-ci maddəsinə zidd hesab edilməsinə ğörə ləğv edilib ## ### 2014-cü il tarixdə bağlanmış əmək müqaviləsinin davam etdirilməsinə və əmək müqaviləsinə xitam verildiyi ## ####### 2025- ci il tarixdən itirdiyi əmək haqqlarının ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclasında iddiaçı X5 iddia tələbini müdafiə edərək izahatında göstərmişdir ki, iddia ərizəsini müdafiə edir. İ.V.Bayramov onun razılığı olmadan müddətsiz əmək müqaviləsini müddətli əmək müqaviləsinə dəyişmişdir. Telefonda elektron formada onlara nə isə imzalamaları deyilmişdir. Lakin bunun nə ilə bağlı olduğunu bilmirdilər. Müqavilənin müddəti başa çatdıqdan sonra ona aydın oldu ki, onunla 3 aylıq müddətə əmək müqaviləsi bağlanılmışdır. Düşünür ki, hüquqları pozulub. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. O, 1-ci Qarabağ müharibəsi veteranıdır. Cənab Prezidentin də müvafiq qərarlarında müharibə iştirakçılarına bəzi güzəştlərin göstərilməsi və onların incidilməməsi göstərilmişdir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi.

4. Məhkəmə iclasında cavabdeh «X6» MMC-in direktoru Bayramov İbrahim Vidadi oğlu iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, iddianı qəbul etmir. Əmək Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq tərəfin öz razılığı ilə müddətsiz əmək müqaviləsi müddətli əmək müqaviləsi ilə əvəz edilmiş və 3 aylıq müqavilə bağlanılmışdır. 3 ayın sonunda müqaviləsinə xitam verilmişdir. Heç bir qanun pozuntusuna yol verməmişdir. İddianın təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş edir.

5. Qax Rayon Məhkəməsinin (hakim M.Zeynalov) ## ###### 2026-cı il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsi ilə, iddiaçı İddiaçı «X6» MMC-in elektriki vəzifəsindən azad edilməsi haqqında 3-19-125/3-1-23/2025 №li, ## ####### 2025- ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı əvvəlki işinə, «X6» MMC-in elektriki vəzifəsinə bərpa edilməsi, cavabdeh «X6» MMC tərəfindən ## ####### 2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxdığı müddət üçün aylıq əmək haqqı hesablanaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı İddiaçı ilə Qax Olimpiya İdman Kompleksi MMC-in sabiq direktoru Rasim Məmmədov arasında bağlanmış ## ### 2014cü il tarixli 17 №li əmək müqaviləsinə əsasən İddiaçı ## ### 2014-cü il tarixdə Qax Olimpiya İdman Kompleksi MMC-nə elektrik işinə qəbul olunmuş, əmək müqaviləsi müddətsiz bağlanılmış və onun əmək haqqı aylıq 183 manat müəyyən edilmiş, tərəflər əmək müqaviləsinin şərtlərinı qəbul edərək imzalamışlar.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

7. İddiaçı İddiaçı ilə Qax Olimpiya İdman Kompleksi MMC-in direktoru İbrahim Bayramov arasında bağlanmış tarixli əmək müqaviləsinə dəyişiklik olunmuş, ## #### 2025-ci il tarixdə bağlanılmış müqavilə müddətli yəni ## ####### 2025-ci il tarixədək bağlanılmışdır. Qax Olimpiya İdman Kompleksi MMC-nin direktoru İbrahim Bayramov tərəfindən 3-19-125/3- 18/2025 №li, ## ######## 2025-ci il tarixli xəbərdarlıq tərtib olunaraq İddiaçı Xəyyam Manaf oğluna ## #### 2025-ci il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinin müddətinin ## ####### 2025-ci il tarixdə bitməsi ilə əlaqədar xəbərdarlıq olunması, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci bəndinin 2-ci «b» bəndinə əsasən (əmək müqaviləsini müddətinin qurtarması) həmin Məcəllənin 73-cü maddəsində (müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası) qaydalara uyğun olaraq ## ####### 2025-ci il tarixdən etibarən əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq olunması qeyd olunmuş, lakin xəbərdarlığı imzalamaqdan imtina olunmasına dair ## ######## 2025-ci il tarixli, 002 №li Akt tərtib olunmuş və aktda İddiaçı ## #### 2025-ci il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinin müddəti ## ####### 2025-ci il tarixdə bitməsi ilə əlaqədar olaraq ## ######## 2025-ci il tarixdə təqdim edilmiş xəbərdarlıq məktubu ilə tanış olduqdan sonra imza etməkdən imtina etməsi qeyd olunmuşdur. Qax Olimpiya İdman Kompleksi MMC-in direktoru İbrahim Bayramovun ## ####### 2025-ci il tarixli, 3-19-125/3-1-23/2025 №li Əmrinə əsasən İddiaçı X6 MMC-in elektriki ilə bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq ## ####### 2025-ci il tarixdən xitam verilmiş və işlədiyi dövrə uyğun olaraq ona son hesablaşma ödənilməsi əmr edilmişdir. Əsas kimi isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin b) bəndi qeyd olunmuşdur.

8. İddiaçı telefonda elektron formada onlara nə isə imzalamaları deyildiyini və bunun nə ilə bağlı olduğunu bilmədiklərini, müqavilənin müddəti başa çatdıqdan sonra ona 3 aylıq müddətə əmək müqaviləsi bağlanıldığının aydın olduğunu bildirmişdir. Məhkəməyə təqdim olunmuş ## ######## 2025-ci il tarixli, 002 №li aktın məzmunundan görünür ki, İddiaçı ## #### 2025-ci il tarixdə bağlanılmış müddətli əmək müqaviləsinin müddətinin ## ####### 2025-ci il tarixdə bitməsi ilə əlaqədar xəbərdarlığı almaqdan imtina etməsi qeyd olunmuşdur. Beləliklə qeyd olunan xəbərdarlığın həqiqətən də iddiaçıya təqdim olunması qeyri-müəyyənlik yaradır.

9. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə cavabdeh arasında yaranmış fərdi əmək mübahisəsinin düzgün həll edilməsi üçün ilk növbədə əmək müqaviləsinə xitam verilməsi əsaslarının, əmək müqaviləsinin xitam verilməsi haqqında əmrin məzmununun əmək qanunvericiliyinin tələblərinə uyğun olub-olmaması araşdırılmalıdır.

10. Məhkəmə, müəyyən etmişdir ki, X6 ## ####### 2025- ci il tarixli, 3-19-125/3-1- 23/2025 №li əmri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 84-cü maddəsində müəyyən edilmiş qaydada tərtib edilməmişdir.

11. Məhkəmə maddi hüquq normalarının tələbləri baxımından hesab etmişdir ki, iddiaçının işdən azad edilməsinə dair X6 MMC-in 3-19-125/3-1- 23/2025 №li, ## ####### 2025ci il tarixli əmri qanunsuz və əsassız olduğu üçün ləğv edilməlidir.

12. Nəzərə alınmalıdır ki, əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslansa da, bu münasibətlərin tənzimlənməsində bir qayda olaraq imperativ xarakterli normalar üstünlük təşkil edir. Xüsusən iş vaxtı, əmək şəraiti, əmək haqqının hesablanması qaydası, işdən çıxarılma prosedurları və s. kimi məsələlərdə qanunvericinin imperativ tələbi əsas götürülür. Bu, işçinin əmək münasibətlərinin zəif tərəfi olaraq əmək hüquq normaları ilə daha üstün müdafiə və təminat altına alınması zərurətindən irəli gəlir. Müddətli əmək müqaviləsinə xitam verilməsi Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

13. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir.

14. Əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur.

15. X6 direktoru İbrahim Bayramov tərəfindən iddiaçı Əmək 68, 69, 70, 73, 74 və 75–ci maddələrində nəzərdə tutulan əsaslar olmadan işdən azad edildiyindən, əmr ləğv edilməli, iddiaçı məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki işinə, yəni «X6» MMC-nə elektrik vəzifəsinə bərpa olunmalıdır.

16. Həmçinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi üzrə 50 manat dövlət rüsumu, 150 manat mediasiya xərci iddiaçıya aid edilməlidir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 45-ci maddəsinin 1, 2, 3, 4, 5-ci bəndləri, 68-ci maddəsinin b) bəndi, 70, 71-ci maddəsinin 1, 2, 3-cü bəndləri, 73-cü maddəsinin 1, 2-ci bəndləri, 76-cı maddəsinin 1-ci hissəsi, 84-cü maddəsinin 1-ci hissəsi və 300-cü maddəsi, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının ## ###### 2004-cü il tarxli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ### 2006-cı il tarixli Qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat:

a) Apellyasiya şikayətinin dəlilləri

18. Qətnamədən narazı qalan cavabdeh “X6” MMC tərəfindən apellyasiya şikayəti verilmişdir.

19. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə sübut və dəlilləri ətraflı araşdırmamış və cavabdehin iş üzrə təqdim etdiyi sübutlara hüquqi qiymət verilmədən qətnamə qəbul etmişdir.

20. İşə baxan hakim bu tələb üzrə iddia müddətini nəzərə almamışdır.Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həllində iddia müddətləri təsbit olunub.Həmin məcəllənin 296.2 bəndində bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı ilə müddətli əmək müqaviləsi 2025-ci ilin yanvar ayından etibarən hüquqi qüvvədə olduğunu nəzərə alsaq işçi onunla bağlanmış müddətli əmək müqaviləsini mübahisələndirməmiş, iddiaçı bu tələb üzrə iddia müddətinin bərpası ilə bağlı Məhkəməyə müraciət etməmişdir.

21. İddiaçı İddiaçı müddətli əmək müqaviləsi 3 dəfə eyni müddətə uzadılmışdır.Hər dəfə İddiaçı SİMA proqramına daxil olaraq iradəsinin ifadəsi olaraq müddətli əmək müqaviləsinin uzadılmasına etiraz etməyərək təsdiqləmişdir.İddiaçının Telefonda elektron formada onlara nə isə imzalamaları iddiası əsassızdır. Əmək məcəlləsinin 45.3-cü bəndində təsbit olunub ki, müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Halbuki, iddiaçı onunla müddətli əmək müqaviləsi bağlandığını 2025-ci ilin yanvar ayında bilmişdir və hər üç aydan bir müqavilə yeniləndikcə SİMA proqramına girərək müstəqil formada öz iradəsinin ifadəsi olaraq təsdiq etmişdir.

22. Məhkəmə tərəfindən qeyd olunan xitam əmri işə əlavə olunub və Əmək Məcəlləsinin 84-cü maddəsinin dispozisiyasında tələb olunan normalara əməl olunmuşdur.

23. Nəzərə alsaq ki, əmək müqaviləsi tərəflərin qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinə dəyişdirilib və iddiaçının iradəsinin ifadəsi olaraq “SİMA” proqramı vasitəsi ilə təsdiq edilmiş, yəni əmək şəraitinin şərtləri tərəflərin qarşılıqlı razılığı əsasında dəyişdirilib. Əmək məcəlləsinin 47.f bəndində təsbit olunduğu kimi bu hal qanunvericiliklə qadağan edilməmiş və məhdudlaşdırılmamışdır.

24. Əmək məcəlləsinin 54-cü maddəsində təsbit olunub ki, əmək şəraitinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Bu tələbə uyğun olaraq iş yerində əmək şəraitinin şərtlərinin dəyişməsi ilə bağlı bütün işçiləri xəbərdarlıq etmiş və yeni şərtlərlə işləmək istəyən işçilərlə müddətli əmək müqaviləsi bağlayaraq işlərə cəlb etmişlər.

25. Odur ki, Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

27. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin edilməməsi, Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

28. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh “X6” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyasına ərizə göndərərək iştirakları olmadan baxılaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə gəlməyən işdə iştirak edən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

30. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 2.3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 45.1-ci maddəsinə əsasən, əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.2-ci maddəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 46.1-ci maddəsinə əsasən əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 46.6-cı maddəsinə əsasən əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. 47-ci maddəsinə əsasən Aşağıdakı hallarda əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol verilir: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa şəxs tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46-cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) təhsilalanların istehsalat təlimi və təcrübəsi keçdiyi hallarda; h) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iş icazəsi əsasında Azərbaycan Respublikasının ərazisində haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunduqda; x) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsində göstərilmişdir ki, əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 73.1-ci maddəsinə əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296-cı maddəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin ikinci hissəsinə əsasən isə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 300-cü maddəsinə əsasən, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

32. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Apellyator Qax Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin rədd edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. 36.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. 37.Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, iddiaçı İddiaçı ilə Qax Olimpiya İdman Kompleksi arasında bağlanmış ## ### 2014-cü il tarixli 17 №li əmək müqaviləsinə əsasən İddiaçı ## ### 2014-cü il tarixdə Qax Olimpiya İdman Kompleksi MMC-nə elektrik işinə qəbul olunmuş və əmək müqaviləsi müddətsiz bağlanılmışdır. Daha sonra iddiaçı İddiaçı ilə Qax Olimpiya İdman Kompleksi MMC-in direktoru İbrahim Bayramov arasında bağlanmış əmək müqaviləsinə dəyişiklik olunaraq ## #### 2025-ci il tarixdə bağlanılmış əmək müqaviləsinin müddəti ## ####### 2025-ci il tarixədək müəyyən olunmuşdur. Qax Olimpiya İdman Kompleksi MMC-in direktoru İbrahim Bayramovun ## ####### 2025-ci il tarixli, 3-19-125/3-1-23/2025 №li Əmrinə əsasən İddiaçı X6 MMC-in elektriki ilə bağlanmış əmək müqaviləsinin şərtlərinə uyğun olaraq ## ####### 2025-ci il tarixdən xitam verilmiş və işlədiyi dövrə uyğun olaraq ona son hesablaşma ödənilməsi əmr edilmişdir. Əsas kimi isə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin b) bəndi qeyd olunmuşdur.İddiaçı İddiaçı onun razılığı olmadan müddətsiz əmək müqaviləsinin müddətli əmək müqaviləsinə dəyişdirilməsini və əmək müqaviləsinə xitam verilməsinə dair əmrin qanunsuz olduğunu əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

39. Belə ki, apellyasiya şikayətinin birinci instansiya məhkəməsi iş üzrə sübut və dəlilləri ətraflı araşdırmaması, cavabdehin iş üzrə təqdim etdiyi sübutlara hüquqi qiymət verilmədən qətnamə qəbul edilməsi, iddiaçı İddiaçı müddətli əmək müqaviləsinin 3 dəfə eyni müddətə uzadılması, hər dəfə İddiaçı SİMA proqramına daxil olaraq iradəsinin ifadəsi olaraq müddətli əmək müqaviləsinin uzadılmasına etiraz etməyərək təsdiqləməsinə dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin hər iki tərəfinin verdiyi sübutlar tədqiq edilmiş, sübutların tədqiqi məhkəmə qətnaməsində aydın şəkildə öz əksini tapmış, birinci instansiya məhkəməsi gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.

40. Belə ki, işdə olan ## ### 2014-cü il tarixli əmək müqaviləsindən görünür ki, iddiaçı həmin tarixdə Qax Olimpiya İdman Kompleksi MMC-nə elektrik işinə qəbul olunmuş, əmək müqaviləsi müddətsiz bağlanılmış və onun əmək haqqı aylıq 183 manat müəyyən edilmişdir.

41. Kollegiya qeyd edir ki, iş materiallarında olan sübutlarla müəyyən olunur ki, iddiaçı müddətsiz əmək müqaviləsi əsasında 10 ildən artıq Qax Olimpiya İdman Kompleksi MMC-də elektrik kimi fəaliyyət göstərmiş, daha sonra heç bir əsaslı səbəb olmadan (tərəfin özünün hər hansı müraciəti olmadan) tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtlərinə dəyişiklik olunaraq müddətli bağlanmışdır.

42. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46.6-cı maddəsində göstərilmişdir ki, əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir.

43. Həmin Məcəllənin 47-ci maddəsində əmək müqaviləsinin müəyyən müddətə bağlanılmasına yol verilən hallar göstərilmişdir.

44. Kollegiya qeyd edir ki, iş materiallarında olan sübutlar nəzərdən keçirilərkən tərəflər arasında bağlanmış müddətsiz əmək müqaviləsinin hansı əsasla müddətli əmək müqaviləsi ilə əvəz olunması, eləcədə əmək müqaviləsində olunmuş dəyişikliyin iddiaçının sərbəst iradə ifadəsi olması müəyyən olunmur. Cavabdeh isə onun razılığı olmadan müddətsiz əmək müqaviləsini müddətli əmək müqaviləsinə dəyişdirildiyini bildirmişdir.

45. Məhkəmə kollegiyası apellyasiya şikayətinin Əmək məcəlləsinin 54-cü maddəsinin tələbinə uyğun olaraq iş yerində əmək şəraitinin şərtlərinin dəyişməsi ilə bağlı bütün işçilərin xəbərdarlıq edilməsi və yeni şərtlərlə işləmək istəyən işçilərlə müddətli əmək müqaviləsi bağlayaraq işlərə cəlb olunmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, tərəflər arasında bağlanmış ##.##.2014-cü il tarixli müqavilədən görünür ki, iddiaçı Qax Olimpiya İdman Kompleksi MMC-nə elektrik işinə qəbul olunmuş, əmək müqaviləsinə dəyişiklik olunarkən iş yerində əmək şəraitinin şərtlərinin dəyişməsi ilə bağlı hər hansı hal müəyyən olunmamışdır.

46. Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair ## ##### 2024-cü il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, dövlətin sosial mahiyyəti digər amillərlə yanaşı, həm də vətəndaşların əmək sahəsində hüquqlarının həyata keçirilməsinin, o cümlədən sabit məşğulluğun təmin olunmasında ifadə olunur.

47. Nəzərə alınmalıdır ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, bir qayda olaraq əmək hüququnun subyektləri faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Əmək münasibətlərində işçi və işəgötürən arasında müəyyən hakimiyyət-tabeçilik xüsusiyyətləri (məsələn, işçilərin işəgötürəndən iqtisadi asılılığı, işəgötürən tərəfindən müəyyən edilən iş rejiminə tabe olması, işçiyə intizam sanksiyalarının tətbiq edilməsi və s.) mövcuddur.

48. Odur ki, faktiki cəhətdən bərabər olmayan subyektlər arasında yaranan münasibətlərdə daha zəif tərəfin (işçinin) müdafiəsi, qanuni maraq və mənafelərinin qorunması məqsədilə qanunverici bir çox hallarda imperativ xarakterli əmək hüquq normaları vasitəsilə bu münasibətləri tənzimləyir. Belə ki, əmək qanunvericiliyinin iş vaxtı, istirahət vaxtı və işçilərin məzuniyyət hüququ, əmək şəraiti, əmək haqqı və onun hesablanması qaydası, işdən çıxarılma prosedurları ilə bağlı imperativ xarakterli normaları məhz işçilərin Konstitusiyada nəzərdə tutulan əmək, istirahət, təhlükəsiz və sağlam şəraitdə işləmək hüququnun, habelə digər əsas insan hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənərək, işəgötürənlər üçün müvafiq öhdəlik və vəzifələr yaradır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III və IV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il ## ####### tarixli Qərarı).

49. Əmək münasibətlərində iqtisadi cəhətdən zəif tərəf olan işçinin işə qəbulu və işdən azad edilməsi üçün ədalətli şəraitin təmin edilməsi, o cümlədən işçinin iradəsindən və təqsirindən asılı olmayan səbəblərdən əmək müqaviləsinə xitam verilərkən, bunun işçi, habelə onun ailəsi üçün yarada biləcəyi maddi çətinlikləri azaltmaq, gəlirdən tamamilə məhrum olmalarının qarşısını almaq məqsədilə qanunvericilikdə müəyyən təminatlar nəzərdə tutulmuşdur.

50. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işə baxan hakimin tələb üzrə iddia müddətini nəzərə almaması, Əmək Məcəlləsinin 296-cı maddəsində fərdi əmək mübahisələrinin həllində iddia müddətlərinin təsbit olunması, həmin Məcəllənin 296.2 bəndində bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır.

51. Həmin Məcəllənin 296-cı maddəsinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin ikinci hissəsinə əsasən isə, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

52. Kollegiya qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulan müddət kəsici müddət olmadığından, iddia müddətinin cavabdehin ərizəsi olmadan kəsici müddət kimi tətbiqinə yol verilmir.

53. İş materillarında işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verilməsi müəyyən olunmamışdır. Bu səbəbdən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq həmin məsələnin müzakirəsi aparılmamışdır.

54. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmirlər.

55. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutları sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir.

56. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də cavabdeh “X6” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Qax Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh “X6” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Qax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** nömrəli nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar