Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(3-10)-5/2026 05.03.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdeh X7 qarşı “artıq ödənilmiş məzuniyyət haqqının qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “artıq ödənilmiş məzuniyyət haqqının qaytarılması” tələbi, qüvvə) X2 (sədrlik edən və məruzəçi), X3 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, İsabəyli Ənvər Eldar oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X5 və cavabdeh X6 iştirakları ilə, İddiaçı ASC-nin cavabdeh X7 qarşı “artıq ödənilmiş məzuniyyət haqqının qaytarılması” tələbinə dair mülki iş üzrə Şəki Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(075)-84/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi İşin halları
1. İddiaçı ASC cavabdeh X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1035.14 manat vəsaitin və məhkəməyə müraciət etmək üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı ASC-nin keçmiş əməkdaşı olub. O, ərizə ilə müraciət edərək məzuniyyətə çıxmaq üçün razılıq verilməyini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli 528-1 M saylı əmrə əsasən ona xx.xx.2022-xx.xx.2022 tarixlərində 21 təqvim günü məzuniyyət verilmişdir. Həmçinin məzuniyyət pulu da ödənilmişdir. Lakin cavabdehin öz xahişi və 110/K nömrəli xx.xx.2022-ci il tarixli əmrə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Yəni Cavabdeh iş ili xx.xx.2021-xx.xx.2022-ci illər olduğu halda o, iş ili tamamlanmamış bütün məzuniyyət günlərindən istifadə edərək əmək qanunvericiliyindən irəli gələn normanı pozmuşdur. Belə ki, əmək müqaviləsinə xitam verilərkən onun 21 gün məzuniyyət hüququ yaranmamışdır. Həmin tarixə məzuniyyət hüququ yarandığı günlərdən sayı isə 8 gün olmalı idi. Lakin o, 21 gün məzuniyyətdə olaraq müvafiq normanı pozmuşdur. Yəni 8 gündən əlavə 13 gün istifadə edərək həmin günlərə görə əmək haqqı kartına əlavə ödənilmiş 1035.14 manat artıq məbləğ geri qaytarılmalıdır.
3. Şəki Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(075)-84/2025 nömrəli qətnaməsi ilə (hakim Şəfəq Cəfərova) iddia təmin edilmiş, Cavabdeh 1035.14 manat vəsait və məhkəməyə müraciət etmək üçün ödənilmiş 31 manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı ASC-yə ödənilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43 və 114-cü maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: İşgötürən İddiaçı ASC ilə işçi X10 arasında bağlanmış 1388 nömrəli xx.xx.2017-ci il tarixli əmək müqaviləsindən görünür ki, X1 kreditlər departamentinin regioanl təqib şöbəsinin eksperti vəzifəsinə qəbul edilmişdir, müqavilə xx.xx.2017-ci il tarixdən 02 may 2018-ci il tarixədək 6 ay müddətinə bağlanmışdır. Əsas əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. İşgötürən İddiaçı ASC ilə işçi X10 arasında bağlanmış 1388 nömrəli əmək müqaviləsinə xx.xx.2018-ci il tarixli əlavədən görünür ki, X10 həmin tarixdən Partnyorlarla iş və alternativ satışlar departamentinin Bank məhsulların satış şöbəsinin satışın təşkili bölməsinin eksperti vəzifəsinə keçirilmişdir. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli əmrinə əsasən X6 xx.xx.2020-ci il tarixdə işdə olmadığı 1 təqvim günü 2020-2021-ci iş ilinin əlavə məzuniyyət günlərindən hesab olunmuşdur. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli əmrinə əsasən X6 xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə işdə olmadığı 2 təqvim günü 2020-2021-ci iş ilinin əlavə məzuniyyət günlərindən hesab olunmuşdur. İddiaçı ASC-nin xx.xx.2020-ci il tarixli əmrinə əsasən X7 2020-2021-ci iş ilinin əsas məzuniyyət günlərindən xx.xx.2020-xx.xx.2020-ci il tarixlərində 14 təqvim günü məzuniyyət verilmiş, onun xx.xx.2020-ci il tarixdən işdə hesab edilməsinə əmr edilmişdir. İddiaçı ASC-nin xx.xx.2021-ci il tarixli əmrinə əsasən X7 2020-2021-ci iş ilinin əsas məzuniyyət günlərindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərində 3 təqvim günü məzuniyyət verilmiş, onun xx.xx.2021-ci il tarixdən işdə hesab edilməsinə əmr edilmişdir. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli əmrinə əsasən X7 2021-2022-ci iş ilinin əsas məzuniyyət günlərindən xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində 21 təqvim günü məzuniyyət verilmiş, onun xx.xx.2022-ci il tarixdən işdə hesab edilməsinə əmr edilmişdir. Cavabdeh hesabından çıxarışdan görünür ki, sonuncu dəfə AZ47JBBK******************** saylı hesaba mart ayı üzrə 2287.12 manat əmək haqqı köçürülmüşdür. İddiaçı ASC-nin xx.xx.2022-ci il tarixli 110/K nömrəli əmrinə əsasən X6 əmək fəaliyyətinə xitam verilmişdir.
6. Qətnаmədən nаrаzı qаlаn Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, rayon məhkəməsində iddiaya baxılarkən 2 dəfə təkrar-təkrar mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizasına göndərilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi dəfələrlə vəsatət göndərərək iddiaçıdan müvafiq sənədlərin təqdim olunmasını xahiş etsə də iddiaçı ekspertizanın keçirilməsindən yayınaraq müvafiq sənədləri ekspertizaya təqdim etməkdən imtina etmişdir ona görə də Məhkəmə Ekspertiza Mərkəzi ekspertizanın aparılmasından imtina edərək işi məhkəməyə qaytarmışdır. MPM-nin 97.5-ci maddəsində qeyd olunur ki, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə, onun keçirilməsinə mane olursa (zəruzi tədqiqat predmetlərini ekspertə təqdim etmir) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirakın imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göründüyü kimi məhkəmə MPM-nin 97.5-ci maddəsinin tələblərini pozaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, iddiaçı hazırki iddiada haqlı deyildir və ona hər hansı bir artıq vəsait ödənilməmişdir. Məhkəmə qətnaməsində bir sıra maddi hüquq normalarına, o cümlədən Əmək Məcəlləsinin 144-cü maddəsinin 4-cü bəndini qeyd etmişdir. Həmin maddədə qeyd olunur ki, müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. Bu maddənin məzmununa görə yeni işə düzəlmiş işçinin həmin iş ili başa çatanadək əmək müqaviləsinə xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər. O isə iddiaçı müəssisədə 2017-ci ildən işləyir və işlədiyi birinci il deyil ki, onun məzuniyyət haqqı geri tutulsun. O, 01 mart 2022-ci il tarixdən tarix göstərilməklə işdən azad olma ərizəsi vermiş, lakin iddiaçı onu məcbur məzuniyyətə göndərmişdir. 2022-ci ilin mart ayında əmək haqqı kartına fevral ayın əmək haqqısı və bonus pulu olmuşdur. İddiaçı isə bu pulları məzuniyyət pulu kimi iddiada yazmışdır. Məhkəmə isə düzgün başa düşməmişdir. Hesab edir ki, məhkəmə bu maddəni düzgün tövsif etməmişdir. Çünki ilk əmək müqaviləsi 2017-ci ilin noyabr ayında 6 aylıq bağlanaraq xx.xx.2018-ci il tarixədək bağlanmışdır. Növbəti əmək müqaviləsi isə, yəni xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə edilən əlavədən görünür ki, onun iş ilimin başlanğıcı xx.xx.2018-ci ildən başlayıb və növbəti ilin həmin ili bitir. O isə məzuniyyətini mart ayında keçirmişdir. Buradan da görünür ki, o məzuniyyəti başa çatdıqdan sonra, eyni zamanda əmək müqaviləsinə əsasən iş ili başa çatdıqdan sonra əmək fəaliyyətinə xitam verilmişdir. Bundan başqa məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, məhkəməyə təqdim olunmuş 2017-ci ildə bağlanmış əmək müqaviləsində məzuniyyət günləri ümumilikdə 25 gün göstərilmişdir. 6 ay sonra yeni müqavilə bağlayaraq yeni vəzifəyə təyin olunmuş, yeni təyin edilmiş vəzifədə isə məzuniyyət günləri qanunla 36 gün nəzərdə tutulduğu halda iddiaçı ona həmin illərin məzuniyyətini verməmiş, eyni zamanda əmək müqaviləsinə xitam verməklə istifadə etmədiyi məzuniyyət günlərinin haqqı ödənilməmişdir. Rayon məhkəməsi isə bu faktı araşdırmamışdır. Bu faktı araşdırmaq üçün isə iddiaçı tərəf müvafiq sənədləri məhkəməyə təqdim etməli, vəzifəsinə uyğun olaraq neçə gün məzuniyyətə buraxıldığı aydınlaşdırılmalı, məzuniyyət günlərindən istifadə etmədiyi halda iddiaçının ona borclu olduğu aydınlaşdırılmalı idi.
8. Ona görə də, Şəki Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(075)-84/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh şikayətin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(075)-84/2025 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X11 apellyasiya şikayətinə etiraz edərəl təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(075)-84/2025 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 43-cü maddəsinin 1-ci bəndinin ə yarımbəndinə əsasən işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, məcburi dövlət sosial sığorta və digər icbari sığorta olunması əmək müqaviləsində mütləq aşağıdakı əsas şərtlər və məlumatlar göstərilməlidir. 114-cü maddəsinin 2-ci bəndinə əsasən işçilərə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmayaraq verilməlidir. 144-cü maddəsinin 4-cü bəndinə əsasən müəyyən iş ilinə görə əmək məzuniyyətindən istifadə etmiş işçinin əmək müqaviləsinə həmin iş ili başa çatanadək xitam verilərkən ödənilmiş məzuniyyət haqqının müvafiq hissəsi işçidən tutula bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 14 oktyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
17. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
18. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
19. Cavabdeh Şəki Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(075)-84/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
22. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia ərizəsində göstərilən dəlillərini təşkil edirdi və birinci instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
23. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
24. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
25. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Şəki Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(075)-84/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Rayon Məhkəməsinin 29 iyul 2025-ci il tarixli, 2(075)-84/2025 nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.