Məhkəmə qərarları › İş №2(3-10)-518/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-518/2026

25.06.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-518/2026 25.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “Cavabdeh” X1rşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: işə bərpa, müddətli əmək müqaviləsi) Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X4 iclas katibliyi, Iddiaçı İddiaçı, nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: Işin halları “Cavabdeh Publik Hüquqi Şəsinin” direktorunun **-*-**/*-****/**** saylı ## ###### 2026-cı il tarixli əmrinin surətindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Əmək kitabçasının surətindən görünür ki, İddiaçı ##.##.2022-ci il tarixdə “Mingəçevir şəhər PNŞ-nin xəstə xidmətləri şöbəsinin qeydiyyat bölməsinə qeydiyyatçı vəzifəsinə təyin edilmiş, ##.##.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin “b” bəndinə əsasən işinə xitam verilmiş, ##.##.2024-cü il tarixdə Mingəçevir ŞMX PHŞ-nin xəstə xidmətləri şöbəsinə Qeydiyyat bölməsinə 3 ay sınaq müddəti ilə qeydiyyatçı vəzifəsinə təyin edilmiş, ## ###### 2026-cı il tarixli əmrlə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Cavabdeh X1 İddiaçı ünvanlandığı **-*-**/*-***/**** saylı ## ###### 2025-ci il tarixli bildirişdən görünür ki, ##.##.2024-cü il tarixli *******000203 nömrəli əmək müqaviləsinin müddəti ##.##.2026-cı il tarixdə qurtardığı üçün əmək müaviləsi üzrə münasibətlərin davam etdirilməyəcəyi, ##.##.2026-cı il tarixdən bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam veriləcəyi və əmək qanunvericiliyinin tələblərinə görə son haqq hesab aparılacağı bildirilmişdir. Iddiaçı İddiaçı iddiasına görə, o, qanunsuz olaraq işdən azad edilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh “Cavabdeh” X1rşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında "Cavabdeh” X1 tərəfindən verilmiş **-*-**/*-*-***/**** saylı, ## ###### 2026-cı il tarixli əmrin ləğv edilməsi, iddiaçının “Cavabdeh X1 xəstə xidmətləri şöbəsinin qeydiyyat bölməsində qeydiyyatçı vəzifəsinə bərpa edilməsi və iddiaçıya ## ###### 2026-cı il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ##.##.2022-ci ildən “Cavabdeh" X1 xəstə xidmətləri şöbəsinin qeydiyyat bölməsində qeydiyyatçı vəzifəsi üzrə əmək fəaliyyətinə başlamış və işdən çıxarılana kimi sözügedən vəzifədə işləmiş. Himayəsində hazırda iki yetkinlik yaşına çatmayan məktəb yaşlı övladı var, Həyat yoldaşı ilə arasında olan nikahın pozulması səbəbindən uşağa tək baxır. Hər iki uşaq onun himayəsindədir, ## ###### 2026-cı il tarixdə cavabdeh “Cavabdeh” X1 işinə xitam vermişdir. Səbəb kimi isə Əmək Məcəlləsinin 68-ci maddəsinin “b" bəndini qoymuşdur. Lakin bu maddələrin ona nə aiddiyyatı olması aydın deyil. O, 4 ildir işlədiyi müəssisədə nəyə görə müddətli müqavilə ilə işləməlidir. Qanunvericilikdə qeyd edildiyi kimi daimi xarakter daşıyan işlərdə müddətli əmək müqaviləsinin bağlanmasının hansı əsası var? Bunlar absurt məsələlərdir və işçinin hüquqlarının pozulmasından başqa bir şey deyil. Bununla əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli qərarında göstərilmişdir ki, müqavilə tərəflərin hüquq bərabərliyi əsasnda bağlanmalıdır. Ən əsası isə işçi daha zəif tərəf olmaqla işə götürən üsdün tərəf olması nəzərə alınmaqla işçinin hüquqlarının məhkəmə müdafiəsi mütləq nəzərə alınmalıdır. Hazırkı məsələdə onun 4 il sözügedən müəssisədə işləməyi və hər hansı əsas olmadan qəflətən müqavilənin xitamı əsassızdır. Bu hüquqdan sui-istifadədir. Belə ki, işçi əmək müqaviləsi bağlayanda zəif tərəfdir və işdə qalmaq üçün müqaviləni imzalayır. Lakin sözügedən vəzifə müvəqqəti xarakterli bir iş deyil və müddətli bağlanması yalnız işçinin işdən çıxarılması üçün səbəbdir. Əgər işçinin yoxlanması lazımdırsa, Əmək Məcəlləsi bununla əlaqədar sınaq müddəti nəzərdə tutmuşdur. Bu hal isə hüquqdan suiistifadə olmaqla insan hüquq və azadlıqlarının pozulmasıdır. Ələxsus himayəsində iki azyaşlı məktəbli övladının olması onun və uşaqlara tək baxmağı və ailənin yeganə qazanc yeri onun iş yerinin olmasına baxmayaraq işdən çıxarılmağım ciddi bir pozuntudur. Bundan əlavə, onun işlədiyi dövr ərzində hər hansı intizam pozuntusu olmamışdır. Sözügedən əmri bir neçə gün əvvəl almışdır. Ona məlum olmuşdur ki, onun işdən çıxarılmağı heç bir qanuna əsaslanmır. O, sözügedən hadisə ilə əlaqədar mediatora müraciət etmiş və qarşı tərəf gəlmədiyi üçün bununla əlaqədar arayışı almışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında “Cavabdeh” X1 nümayəndəsi iddianı qəbul etməmiş, eyni zamanda təmsil etdiyi hüquqi şəxsin adından etiraz verərək göstərmişdir ki, iddia ərizəsində göstərilən tələblər əsassızdır və təmin edilməməlidir. Iş materiallarından müəyyən olunur ki, İddiaçı ilə “Cavabdeh” X1i arasında ## ###### 2022-ci il tarixdə 1 il müddətinə müddətli əmək müqaviləsi bağlanmış və o, qeydiyyatçı vəzifəsinə təyin edilmişdir. ## ###### 2024-cü il tarixdə əmək müqaviləsi tərəflərin razılığı əsasında yenilənərək eyni müddətə uzadılmışdır. 2025-ci ildə isə tərəflərdən heç biri müqavilənin müddətinin başa çatması ilə bağlı etiraz etmədiyinə görə müqavilə qanunvericiliyin tələblərinə uyğun olaraq eyni müddətə uzadılmışdır. Daha sonra ## ###### 2026-cı il tarixdə Cavabdeh X1 direktoru Ülfət Qurbanov tərəfindən verilmiş **-*-**/*-*- ***/**** nömrəli əmrlə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən əmək müqaviləsinə müddətin bitməsi ilə əlaqədar xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlana bilər. Əmək müqaviləsi bağlanarkən tərəflər onun qüvvədə olma müddətini qarşılıqlı razılıq əsasında müəyyən edirlər. Həmçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 73-cü maddəsinə əsasən, müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən biri digər tərəfi müqavilənin müddətinin başa çatması ilə əlaqədar əmək münasibətlərinin davam etdirilməyəcəyi barədə yazılı şəkildə xəbərdar etməlidir. Iş materiallarından görünür ki, iddiaçı İddiaçı işəgötürən tərəfindən ## ###### 2025-ci il tarixli, **-*-**/*-***/**** nömrəli bildiriş təqdim edilmiş və müqavilə müddəti başa çatdıqdan sonra onunla əmək münasibətlərinin davam etdirilməyəcəyi barədə əvvəlcədən məlumat verilmişdir. Beləliklə, qanunvericiliyin tələb etdiyi xəbərdarlıq müddətinə əməl olunmuşdur. Bundan əlavə, əmək qanunvericiliyinə görə, işçi xəstəlik, ezamiyyət, məzuniyyət və ya digər üzrlü səbəblərdən iş yerində olmadığı müddətdə əmək müqaviləsinin müddəti başa çatarsa, işə qayıtdığı gün yazılı xəbərdarlıq edildiyi halda əmək müqaviləsinə xitam verilə bilər. Ümumiyyətlə, əmək müqaviləsinə xitam verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə həyata keçirilə bilər. Həmin əsaslardan biri də əmək müqaviləsinin müddətinin başa çatmasıdır. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 47-ci maddəsində nəzərdə tutulmuş müddətli əmək müqavilələrinin bağlanması işçilərin sosial müdafiəsinin təmin olunması və əmək bazarında sabitliyin qorunması məqsədini daşıyır. Həmin maddənin “f” bəndinə əsasən tərəflərin hüquq bərabərliyi və azad iradəsi əsasında qarşılıqlı razılıqla müddətli əmək müqaviləsi bağlanması mümkündür və bu hal Azərbaycan Respublikası Konstitusiyasının 25-ci və 35-ci maddələrinə zidd hesab edilmir. Beləliklə, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli xarakter daşıdığından və müqavilənin müddəti başa çatdığından, əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinə tam uyğun şəkildə həyata keçirilmişdir. Yuxarıda göstərilənləri, iş üzrə müəyyən edilmiş faktiki halları, təqdim olunmuş sübutları və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 45, 68 və 73-cü maddələrinin tələblərini nəzərə alaraq bildirir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli xarakter daşımış və həmin müqaviləyə qanunvericiliyin tələblərinə uyğun olaraq müddətinin başa çatması əsası ilə xitam verilmişdir. Işəgötürən tərəfindən iddiaçıya müqavilə müddətinin başa çatması barədə qanunla müəyyən edilmiş qaydada əvvəlcədən yazılı bildiriş təqdim edilmiş və əmək münasibətlərinə xitam verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi (hakim: T.Hüseynli) ilə, iddia tələbi təmin edilməmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilmişdir. Belə ki, iddiaçı İddiaçı işəgötürən tərəfindən ## ###### 2025-ci il tarixli, **-*-**/*-***/**** nömrəli bildiriş təqdim edilmiş və müqavilə müddəti başa çatdıqdan sonra onunla əmək münasibətlərinin davam etdirilməyəcəyi barədə əvvəlcədən məlumat verilmişdir. Bununla da qanunvericiliyin tələb etdiyi xəbərdarlıq müddətinə əməl olunmuşdur. Bundan başqa, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətli xarakter daşımış və həmin müqaviləyə qanunvericiliyin tələblərinə uyğun olaraq müddətinin başa çatması əsası ilə xitam verilmişdir. Işəgötürən tərəfindən iddiaçıya müqavilə müddətinin başa çatması barədə qanunla müəyyən edilmiş qaydada əvvəlcədən yazılı bildiriş təqdim edilmiş və əmək münasibətlərinə xitam verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Həmçinin işəgötürən tərəfindən işçiyə istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi ödənilmişdir. Bu da onu deməyə əsas verir ki, iddiaçının subyektiv hüququ cavabdeh tərəfindən pozulmamışdır. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandırması üçün – Əmək Məcəlləsi 10, 68, 70, 73, 296, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 77, 217-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi tam qanunsuz və əsassızdır. Belə ki, qətnamə məhkəmə iclasında təqdim olunmuş sübutlar əsassında deyil hakimin öz mülahizələri əsasında çıxarılmışdır. Sözügedən qətnamədə tərəflərin izahatı və bir neçə qanunvericilik aktından başqa heç bir əsaslanma yoxdur. Halbuki, qətnamədə əsaslandırıcı hissə olmalıdır. Həmin hissədə yalnız hakim yalnız bu formatda əsaslanma etmişdir: “Işəgötürən tərəfindən iddiaçıya müqavilə müddətinin başa çatması barədə qanunla müəyyən edilmiş qaydada əvvəlcədən yazılı bildiriş təqdim edilmiş və əmək münasibətlərinə xitam verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. Həmçinin işəgötürən tərəfindən işçiyə istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi ödənilmişdir”. Bu cür əsaslanma olmur və məhkəmə 1 hazırlıq və 1 məhkəmə baxışında hansı halları nəzərə alıb mənə maraqlıdır. Məhkəmə işə səthi yanaşmış və işi araşdırmadan tələsik qətnamə çıxarmışdır. Məhkəmə qətnaməsini əsaslandırarkən işçiyə bildirişin göndərilməsi və istifadə edilməyən məzuniyyət pulunun ödənilməsindan başqa bir əsaslandırma yazılmamışdır. Bu məsələləri Əmək Müfəttişliyi özü də araşdıra və tənzimləyə bilər. Məhkəmə isə işdən çıxarmanın bütün səbəblərini və əsaslı olub-olmamasını araşdırmalıdır. Məhkəmə işdə qanuna istinad etməklə daxili inamı əsasında qətnamə çıxarılması nəzərdə tutulsa da hakim qanun pozuntusuna deyil bildirişin çatmasına istinad etməsi özü-özlüyündə zaif tərəfin deyil əmək münasibətlərində daha üstün tərəf olan işə götürənin müdafiəsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun 3 # ###### 2024-cü il tarixli qərarı). Bu isə ədalət, bərabərlik və humanizim prinsiplərinin pozulması ilə bərabər Əmək Məcəlləsinin və Konstitusiya Məhkəməsinin normalarının pozulmasıdır. Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu bir daha nəzərə çatdırmağı vacib hesab edir ki, əmək münasibətlərinin tənzimlənməsi tərəflərin hüquq bərabərliyinin təmin edilməsi prinsipinə əsaslansa da, işçi işəgötürənin müəyyən etdiyi iş rejimi və təlimatlarına uyğun olaraq sonuncunun rəhbərliyi altında əmək fəaliyyəti ilə məşğul olduğundan, onlar faktiki cəhətdən bərabər vəziyyətdə olmurlar. Yəni işçi və işəgötürən arasında onların münasibətlərinin xarakterindən irəli gələn faktiki bir bərabərsizlik mövcud olur. Odur ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən suiistifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin 14-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. Işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıb-bağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Birinci instansiya məhkəməsi işəgötürənin mövqeyini müdafiə etmişdir. Məhkəmə ən azından müəssisədə işləyən digər işçilərlə də müddətli müqavilənin bağlanıb bağlanmamasını, müqavilənin hansı səbəbdən müddətli bağlanmasını və bağlanmış müqavilənin həqiqi xarakterli olmasını araşdırmalı idi. Iki məkbət yaşlı övladını tək böyüdən ana hansı səbəbdən öz xahişi ilə daimi xarakterli işə müddətli müqavilə bağlanmasını tələb edərki. Onun sözügedən hallardan hərhansının mövcudluğunu sübut edən hal yoxdur. Bu ümumi qaydada müəssisənin işçilərin hüquqlarının məhdudlaşdırılmasına yönəlmiş bir addımdır. Əgər cavabdeh 47-ci maddənin f bəndinə istinad edirsə o zaman bu onun iradəsi daxilində olmamasını açıqaydın göstərir. Yuxarıda bildirdiyi hallarla bunun cavabdehin qərəzi nəticəsində olması aydın formada görünür. Lakin hakim məhkəmə iclasında araşdırılmayan və təqdim edilməyən sübutlar əsasında qətnamə çıxarmışdır. Belə ki, məhkəmə iclasında reallıqda qətnamədə göstərilməyən sübutlar araşdırılmış, lakin əsas sübutlar isə araşdırılmadan üzərindən keçilmişdir. Iş materiallarından da aydın göründüyü kimi onlar tərəfindən qanunla müəyyən olunmuş və öz tələblərini əsaslandıran bütün sübutlar təqdim olunsa da cavabdeh heç bir mötəbər sübut təqdim etməmişdir. Hakim isə öz mülahizələri əsasında qətnamə çıxarmaqla bu cür işlərdə araşdırılmalı olan halları araşdırmadan qətnamə çıxarmışdır. Sözügedən qətnamədə tərəflərin izahatı və bir neçə qanunvericilik aktından başqa heç bir əsaslanma yoxdur. Halbuki, qətnamədə əsaslandırıcı hissə olmalıdır. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı və nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayəti qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası M a d d ə 3 5 . Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. III. Heç kəs zorla işlədilə bilməz. IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. M a d d ə 7 1 . Insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İ. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Əmək Məcəlləsi 11.1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrinə xitam vermək. 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68.2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. 73.1. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 83.1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 83.4. Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir 296.2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296.3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki: “....Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğun hesab edilsin”. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011ci il tarixli qərarı: “.....nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. Işçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. Işəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının həddi

Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə işçinin qanunsuz olaraq işdən azad edilməsi ilə bağlıdır. Belə ki, iddiaçı İddiaçı cavabdeh “Cavabdeh” X1rşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi haqqında "Cavabdeh” X1 tərəfindən verilmiş **-*-**/*-*-***/**** saylı, ## ###### 2026-cı il tarixli əmrin ləğv edilməsi, iddiaçının “Cavabdeh X1 xəstə xidmətləri şöbəsinin qeydiyyat bölməsində qeydiyyatçı vəzifəsinə bərpa edilməsi və iddiaçıya ## ###### 2026-cı il tarixdən başlayaraq işə bərpa edildiyi günədək məcburi iş buraxdığı günlər üçün əmək haqqı hesablanıb ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə, yəni iddia tələbinin rədd edilməsi hissəsində mübahisələndirmişdir. Ümumiyyətlə apellyator iddianın təmin edilməsini tələb edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşır və əlavə olaraq qeyd edir ki, əmək hüququ insanların digər konstitusiya hüquqlarının həyata keçirilməsinə təsir göstərə biləcək amillərdən biri olmaqla, insanın ləyaqəti və özünü cəmiyyətdə fərd kimi dərk etməsi üçün önəmlidir. Əmək insanın ləyaqətini alçaltmamalı, insanların əsas hüquqlarına hörmət və əməyin mühafizəsini təmin edən şəraitdə işləməklə işçilərin əmək haqqının ədalətli ödənilməsində ifadə olunmalıdır. Buna görə də Konstitusiyada əmək hüququnun normativ məzmunu həmçinin insanın ləyaqətini alçaltmayan müəyyən şəraitlərdə işləmək hüquqları ilə səciyyələndirilir. Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə müvafiq olaraq, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Əmək Məcəlləsinin 76-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Göründüyü kimi, qanunverici işçinin əmək müqaviləsinin ləğv edilməsi zamanı işəgötürənin və ya onun qanunvericiliyə uyğun səlahiyyət verdiyi rəhbər şəxsin üzərinə mühüm vəzifələr qoymuşdur. Ümumiyyətlə, bu cür mübahisələrdə mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. Işçi ilə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. Işçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. Işəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur (“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarı). Bu səbəbdən məhkəmə tərəfindən işçi ilə işəgötürən arasında yaranmış əmək mübahisələrinə baxılarkən ədalətli balans və tarazlığın qorunması və təmin edilməsi ədalətli məhkəmə araşdırması hüququnu təmin etməklə, ciddi əsaslar olmadığı halda gələcəkdə işçinin əmək fəaliyyətinə mane olacaq halların aradan qaldırılmasına yönəlməlidir. Hazırki işdən müəyyən olunur ki, iddiaçı İddiaçı cavabdeh “Cavabdeh” X1 işləmişdir. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə işəgötürənin ##.##.2026-cı il il tarixli əmri ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları sadalanmışdır. Həmin maddənin «b» bəndinin tələbinə görə, əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə əmək müqaviləsinə xitam verilə bilər. Həmçinin Əmək Məcəlləsinin 73-cü maddəsinin 1-ci hissəsin əsasən, müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Iş materiallarına əlavə edilmiş Cavabdeh X1 İddiaçı ünvanlandığı **-*-**/*-***/**** saylı ## ###### 2025-ci il tarixli bildirişdən də görünür ki, ##.##.2024-cü il tarixli *******000203 nömrəli əmək müqaviləsinin müddəti ##.##.2026-cı il tarixdə qurtardığı üçün əmək müaviləsi üzrə münasibətlərin davam etdirilməyəcəyi, ##.##.2026-cı il tarixdən bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam veriləcəyi və əmək qanunvericiliyinin tələblərinə görə son haqq hesab aparılacağı bildirilmişdir. Kollegiya bir məqamıda qeyd edir ki, iddiaçı ilə bağlanan müqavilə əvvəlcədən müddətli olmuşdur. Yəni, müqavilə əvvəllər müddətsiz olaraq bağlanmamışdır. Bundan başqa, tərəflər arasında bağlamış müqaviləyə əsasən, əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Lakin hazırki halda işəgötürən müddət bitdikdə müqaviləyə xitam verilməsini tələb etmişdir. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, tərəflər arasında əmək müqaviləsinə xitam verilməsi qanunla nəzərdə tutulmuş qaydada həyata keçirilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilənin müddətsiz bağlanmasının qanunsuz olması və işin (göstərilən xidmətlərin) xarakteri ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, şikayətin dəlilləri həmin hissədə də əsassızdır. Belə ki, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə əsasən hamı qanun və məhkəmə qarşısında bərabərdir. Əmək hüququnu təsbit edən Konstitusiyanın 35-ci maddəsinin İ-IV hissələrinə görə, əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Kollegiya daha sonra qeyd edir ki, əmək qanunvericiliyinə əsasən, əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Belə tənzimetmə ilə qanunverici dövlətin Konstitusiyanın 35-ci maddəsinin VIII hissəsindən irəli gələn öhdəliklərinin icrasının təmin edilməsi məqsədini güdür. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, müddətli əmək müqaviləsinin bağlanması ümumi qayda olaraq yolverilməzdir. Bu qaydadan istisnalar isə Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən olunmuşdur. Belə ki, Əmək Məcəlləsinin 47-ci maddəsində müddətli əmək müqaviləsinin bağlanılmasına imkan verən aşağıdakı hallar (əsaslar) nəzərdə tutulmuşdur: f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə. Göründüyü kimi, hər kəsin sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmçinin, qanunvericilikdə qarşılıqlı razılıq əsasında tərəflərə müddətli əmək müqaviləsi bağlamaq hüququ verilmişdir. Eyni zamanda da, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2024-cü il tarixli qərarında qeyd edilmişdir ki, “...HYPERLINK "https://eqanun.az/framework/46943" \o "Azərbaycan Respublikası Əmək Məcəlləsi"Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğun hesab edilsin”. Bundan başqa, iddiaçı tərəfin işə başladığı dövrdən işdən çıxarılan günədək bir dəfədə olsa cavabdeh tərəfə müqavilənin müddətli bağlanılmasına etiraz etməmiş və bununla bağlı hər hansı iradə ifadəsi bəyan etməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin tərəflərin əsl niyyətinin müəyyən edilməməsi və iradə ifadəsinin pozulması ilə bağlı dəlillərinə də münasibət bildirirək qeyd edir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı qanunvericiliyin əsas prinsiplərindən biridir. Həmin prinsip subyektlərə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Tərəflər müqavilənin bütün şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. Tərəflər arasında bağlanmış əmək müqaviləsindən və ona edilmiş əlavələrdən görünür ki, iddiaçı müddətli əmək müqaviləsinin bağlanmasına həmin müqaviləni öz imzası ilə təsdiq etməklə razılıq vermişdir. Başqa sözlə, müddətli əmək müqaviləsi iddiaçının iradəsinə zidd bağlanmamışdır. Odur ki, hazırki işdən iradə ifadəsinin zədələnməsi və ya başqa belə hallar müəyyən edilməmişdir. Belə ki, yuxarıda da qeyd edildiyi kimi, iddiaçı tərəf keçən dövr ərzində bir dəfədə olsa bu hala etirazını bildirməmişdir. Kollegiya eyni zamanda bildirir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndində müddətli əmək müqaviləsinin bağlanılması əsası kimi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı göstərilmişdir. Qanunverici həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar (əsaslar) olmadığı halda da əmək bazarı iştirakçılarının sərbəst iradə ifadələri və hüquq bərabərliyi şəraitində onların qarşılıqlı razılığı ilə müddətli əmək müqaviləsinin bağlanmasını Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə mümkün hesab etmişdir. Eyni hüquqi mövqe Konstitusiya Məhkəməsinin Plenumunun müvafiq qərarında da təkrarlanmışdır. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında hesab etmişdir ki, tərəflərin hüquq bərabərliyinin real təmin edilməsi şərti ilə Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyinə dair konstitusiya prinsipi ilə hər hansı ziddiyyət yaratmır. Yuxarıda sadalananlar konteksində kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında bağlanmış müqavilənin əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyi prinsipləri eyni zamanda, həmin müqavilənin azad iradə ifadəsi və qarşılıqlı razılıq əsasında bağlanması qənaətinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası əmək müqaviləsinə xitam verilməsi qaydası ilə bağlı da qeyd edir ki, Əmək Məcəllənin 73-cü maddəsinin 1-ci hissəsinə görə müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilirsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Iş materiallarına əlavə edilmiş Cavabdeh X1 İddiaçı ünvanlandığı **-*-**/*-***/**** saylı ## ###### 2025-ci il tarixli bildirişdən isə görünür ki, ##.##.2024-cü il tarixli *******000203 nömrəli əmək müqaviləsinin müddəti ##.##.2026-cı il tarixdə qurtardığı üçün əmək müaviləsi üzrə münasibətlərin davam etdirilməyəcəyi, ##.##.2026-cı il tarixdən bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam veriləcəyi və əmək qanunvericiliyinin tələblərinə görə son haqq hesab aparılacağı bildirilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən müqavilə müddəti başa çatdıqdan sonra onunla əmək münasibətlərinin davam etdirilməyəcəyi barədə əvvəlcədən məlumat verilmişdir. Bununla da qanunvericiliyin tələb etdiyi xəbərdarlıq müddətinə əməl olunmuşdur. Digər maraqlı məqam isə, iddiaçı tərəfin bununla bağlı işəgötürənə heç bir etiraz bildirməməsi olmuşdur. Həmçinin işəgötürən tərəfindən işçiyə istifadə etmədiyi məzuniyyətə görə pul əvəzi ödənilmişdir. Belə olan halda kollegiya hesab edir ki, tərəflərin hüquq bərabərliyi şəraitində qarşılıqlı razılığı ilə (və bu hal müqavilədə xüsusilə qeyd edilmişdir) müqavilə bağlanmış və müqavilənin bitməsinə təxminən bir ay qalmış işə götürən tərəfindən iddiaçıya müqavilənin uzadılmayacağı ilə bağlı xəbərdarlıq edilmiş, iddiaçı tərəf isə buna heç bir etirazını bildirməmişdir. Məhkəmə kollegiyası daha sonra apellyasiya şikayətinin iddiaçının intizamlı işçi olması və barəsində heç bir tənbeh görülməməsi ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, əmək müqaviləsinə xitam verilməsi barədə əmrdən də göründüyü kimi, iddiaçı ilə olan müqaviləyə əmək vəzifələrinin və ya funksiyalarının pozulması ilə deyil, müqavilə müddətinin bitməsi əsası ilə xitam verilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının əmək fəaliyyətində heç bir qüsur olmadan işləməsi əmək müqaviləsinin müddətinin bitməsinə görə əmək müqaviləsinin ləğvinə mane olmur. Bundan başqa, iddiaçının müvafiq iş yerində əvvəllər fasiləsiz (lakin 5 ildən az) işləməsi onunla əmək müqaviləsinin müddətsiz bağlanması və ya müqavilənin davam etdirilməsi üçün əsas deyildir. Belə olan halda da, iddiaçı tərəfin qeyd etdikləri əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası apelyatorun cavabdeh tərəfindən müqavilənin məhz bu şərtlərdə imzalanmasının işçilərə diqtə olunması ilə bağlı dəlilini də əsassız hesab edib. Məhkəmə kollegiyası qeyd edib ki, iddiaçı apelyasiya şikayətində əmək müqaviləsinin məhz bu şərtlərlə imzalanmasının ona diqtə olunmasını bildirsə də, bunu təsdiq edən mötəbər sübutları məhkəmə kollegiyasına təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər işçilərlə oxşar müqavilələrin bağlanıbbağlanmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış əmək müqavilələrindən iddiaçı ilə eyni vəzifədə işçilərlə də qarşılıqlı razılıq əsasında müddətli əmək müqavilələlərinin bağlanması müəyyən edilir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qətnamənin əsaslandırılmaması ilə bağlı dəlillərinə münasibət bildirərək qeyd edir ki, hazırda apellyasiya qaydasında mübahisələndirilən qətnamə qanunvericiliyin norma və tələblərinə istinadən həmçinin, Konstitusiya Məhkəməsinin Plemunun bu sahədə formalaşmış təcrübəsinə uyğun əsaslandırılmışdır. Odur ki, apellyatorun şikayəti həmin hissədə də əsaslı hesab edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında bağlanmış müqavilənin əməyin azadlığı, əmək müqaviləsinin məcburi bağlanılmasının yolverilməzliyi prinsipləri, eyni zamanda da həmin müqavilənin azad iradə ifadəsi və qarşılıqlı razılıq əsasında bağlanması baxımından birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏT E T D İ:

Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet və vəkil vasitəsilə). Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar