Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № 2(3-10)-52/2026 03.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbinə qarşı “sinif rəhbərliyinin qanunsuz ləğvi və buna görə əmək haqqının tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: İş üzrə icraata hissəvi xitam verilməsi, ləğv) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbinə qarşı “sinif rəhbərliyinin qanunsuz ləğvi və buna görə əmək haqqının tutulması” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinasının qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi barədə Ucar Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 2(063)-569/2025 nömrəli qərаrdаdındаn İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbinə qarşı “sinif rəhbərliyinin qanunsuz ləğvi və buna görə əmək haqqının tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müəllim işlədiyi Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbinin 11ci sinfində sinif rəhbərliyinin bərpa edilməsi və 11-ci sinifdə sinif rəhbərliyinin qanunsuz ləğvi ilə əlaqədar əmək haqqının tutulan hissəsinin cavabdeh şəxsdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda, İddiaçı cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbinə qarşı “təbiət fənninin dərs saatlarının bölgüsü və bununla əlaqədar əmək hüququnun pozulması nəticəsində dəymiş zərərin kompensasiyası üçün pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, biologiya ixtisası üzrə müəllim işlədiyi Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbində iddia tələbi ilə əlaqəli məktəb sənədlərinin ekspertiza edilməsi, təbiət fənninə aid dərs saatlarının tədrisinin əmək müqaviləsində nəzərə alınmaqla biologiya ixtisaslımüəllim olaraq ona həvalə edilməsi və2022-2025-ci illərdə həmin məktəbdə təbiət fənninə aid dərs saatlarının qanunsuz bölgüsü ilə əlaqədar əmək hüququnun pozulması nəticəsində dəymiş zərərin kompensasiya olunması üçün 4500 (dörd min beş yüz) manat məbləğində pulun cavabdeh şəxsdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, İddiaçı iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, təbiət fənninə aid dərs saatlarının tədrisinin əmək müqaviləsində nəzərə alınmaqla biologiya ixtisaslı müəllim olaraq ona həvalə edilməsi və 2022-2025-ci illərdə həmin məktəbdə təbiət fənninə aid dərs saatlarının qanunsuz bölgüsü ilə əlaqədar əmək hüququnun pozulması nəticəsində dəymiş zərərin kompensasiya olunması üçün 4500 (dörd min beş yüz) manat məbləğində pulun cavabdeh şəxsdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ucar rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(063)-569/2025 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbinə qarşı “sinif rəhbərliyinin qanunsuz ləğvi və buna görə əmək haqqının tutulması” tələbinə dair mülki iş üzrə icraata iddiaçının iddiadan imtinası əsası ilə xitam verilmişdir. Həmin qərardaddan iş üzrə İddiaçı şikаyət vermişdir. Ucar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(063)-569/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmamış və şikayət işlə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Şəki Apelyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı 2(063)- 593/2025 saylı mülki iş üzrə iddiadan imtina etməsi qanuna zidd olmadığından və digər şəxslərin mənafeyinə toxunmadığından məhkəmə tərəfindən qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Şikayət onunla əsaslandırılmışdır ki, imtinanın hansı hüquqi nəticələrə səbəb olması hakim tərəfindən ona izah edilməmişdir. Hakim müşavirə otağına getmiş, bundan sonra imtina ərizəsi yazıb məhkəməyə təqdim etmişdir. İmtina ərizəsini yazmağa razı olmağının səbəbi lüzumsuz yerə məhkəmə işinin uzanması, yaşadığı Yevlax rayon Aran qəsəbəsindən iclasa gəlib-gedərkən yol xərci, elmi tədqiqat işlərinə sərf etdiyi vaxtın bu səbəbdən azalması, cavabdehin dolayı (iclasda iştirakını nəzərə almadan əmək haqqıbı tutması) və birbaşa təzyiqləri (tənbeh verəcəyi, sağlamlığına xəsarət yetirəcəyi hədə qorxusu, məktəbdə müəllimlər arasında və yuxarı orqanlara yalan məlumat verməsi), hakimin bu işlə əlaqədar müvəqqəti müdafiə tələbini (yazılı), cavabdeh tərəfindən məhkəməyə dəqdim ediləcək sənədlərin çatışmayan hissəsinin tələbini (şifahi), sənədlərin ekspertizasının (çünki sənədlərin sonradan hazırlanmasını şübhə etməyə ciddi səbəb var idi) keçirilməsi tələbini rədd etməsi olmuşdur. Həmçinin iclasda geniş çıxışdan sonra imtina etmək qərarını verərkən tam düşünməyə vaxtı olmadı. Bu zaman psixoloji və emosional vəziyyəti çıxışın sonunda çox yorulduğunu əks etdirir. Belə hal təbiidir. İnsanın adət etmədiyi işi görməsi sinir sisteminin gərginliyinə və çoxlu enerji sərfinə səbəb olur. Bir neçə dəqiqədən sonra məhkəmə iclası açıq elan edildi. Hakim içəri daxil olduqdan sonra qərarın nəticələrinin xx.xx.2025-ci il tarixdə elan olunacağı deyildi. Cavabdeh məhkəmənin katibindən hakimin nəticələri nə üçün indi demədiyini və xx.xx.2025-ci il tarixdə mütləq gəlməli olacağını soruşduqda katib cavab verdi: “Hakim xx.xx.2025-ci il tarixinda nəticələri elan edəcək. Bunun məhkəmə iclası kimi olmadığını və gəlməsə də hüquqi nəticə yaratmadığını dedi.” Bir sözlə xx.xx.2025-ci il tarixində çəkişmə prinsipinə əməl edilməklə məhkəmə iclasının keçirilməsi ilə bağlı o və cavabdeh məlumatlandırılmamışdır. Yuxarıda qeyd edilənləri, Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbinə qarşı “sinif rəhbərliyinin qanunsuz ləğvi və buna görə əmək haqqımın tutulması” tələbi barədə iddia ərizəsinin məzmununa diqqət edilsə görünər ki cavabdeh ona qarşı hüquqpozmaları həm məkkəmə işindən əvvəl məktəb şəraitində, həm də məhkəmə işi ilə əlaqədar iclaslara gəlməyi ilə bağlı etmişdir. Hazırda məktəb direktorunun müəllim kollektivini ona qarşı olmasına məcburiyyətini, məktəbdə onunla sağlamlığına xəsarət verəcək hədə-qorxusunu əks etdirən, məktəbdə pedaqoji şura iclasları ilə bağlı şifahi müraciətinə səs-küy yaratmaqla, nitqində kobud ifadələr işlətməklə, pedaqoji hüquqlarına saymazyana münasibətini əks etdirən səs yazılar var. Həmin səs yazılarını Ucar Rayon Prokurorluğuna təqdim etməlidir (Ucar Rayon Məhkəməsinin (2(063)-593/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli xüsusi qərardadı üzrə). İddia tələbinin məhkəmədə icrası prosesində məktəb rəhbərliyi tərəfindən məktəbdə ona qarşı təzyiqlər göstərilərək, iclasda iştirakı zamanı işdə olmamağından istifadə edib əmək haqqından pul tutaraq dolayı yolla məhkəmədə hüquqlarının müdafiəsini məhdudlaşdırmağa çalışmışdır. Odur ki, cavabdeh Ucar rayon Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbinə qarşı “sinif rəhbərliyinin qanunsuz ləğvi və buna görə əmək haqqının tutulması” tələbinə dair 2(063)-569/2025 nömrəli mülki iş üzrə iddiadan imtinası ilə əlaqədar Ucar Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsinə; Sinif rəhbərliyinin qanunsuz ləğvi və buna görə əmək haqqının tutulması tələbinə dair 2(063)-569/2025 nömrəli mülki işə mahiyyəti üzrə baxılmasına qərar verilməsini xahiş etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə Ucar Rayon Məhkəməsinin “sinif rəhbərliyinin qanunsuz ləğvi və buna görə əmək haqqının tutulması” tələbinə dair mülki iş üzrə iddiaçının iddiadan imtinasının qəbul edilməsi, iş üzrə icraata xitam verilməsinə dair xx.xx.2025-ci il tarixli 2(063)-569/2025 nömrəli qərаrdаdı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Qərardadın ləğv edilməsi üçün əsaslar vardır. Belə ki, məhkəmə kollegiyası şikayətin imtinanın hansı hüquqi nəticələrə səbəb olmasının hakim tərəfindən ona izah edilməməsinə dair dəlili ilə razlılaşaraq qeyd edir ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 191.2-ci maddəsinin tələbinə görə hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Kollegiya qeyd edir ki, işdə olan 25 sentyabr 2025-ci il tarixdə birinci instansiya məhkəməsində keçirilmiş məhkəmə iclası üzrə üzrə iclas protokolundan və həmin protokola əlavə olan audioyazıdan görünür ki, həqiqətən də birinci instansiya məhkəməsində iş üzrə sədrlik edən hakim tərəfindən İddiaçı “sinif rəhbərliyinin qanunsuz ləğvi və buna görə əmək haqqının tutulması” tələbinə dair hissədə iddiadan imtinanın nəticələri izah edilməmişdir. Beləliklə də birinci instansiya məhkəməsi “sinif rəhbərliyinin qanunsuz ləğvi və buna görə əmək haqqının tutulması” tələbinə dair hissədə iş üzrə icraata xitam verilməli olması nəticəsinə gələrkən prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, şikayət qismən təmin edilməli, Ucar Rayon Məhkəməsinin İddiaçı cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbinə qarşı “sinif rəhbərliyinin qanunsuz ləğvi və buna görə əmək haqqının tutulması” tələbinə dair hissədə iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli 2(063)-569/2025 nömrəli qərаrdаdı ləğv edilməli, mülki işin materialları İddiaçı cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbinə qarşı “sinif rəhbərliyinin qanunsuz ləğvi və buna görə əmək haqqının tutulması” tələbinə dair hissəsində iddiadan imtinasının qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Ucar Rayon Məhkəməsinə qaytarılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.2-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 263-264, 397-399 və 400-cü mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Ucar Rayon Məhkəməsinin İddiaçı cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbinə qarşı “sinif rəhbərliyinin qanunsuz ləğvi və buna görə əmək haqqının tutulması” tələbinə dair hissədə iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli 2(063)-569/2025 nömrəli qərаrdаdı ləğv edilsin. Mülki işin materialları İddiaçı cavabdeh Ucar rayonu Bağman kənd S.Salmanov adına tam orta ümumtəhsil məktəbinə qarşı “sinif rəhbərliyinin qanunsuz ləğvi və buna görə əmək haqqının tutulması” tələbinə dair hissəsində iddiadan imtinasının qəbul edilməsi məsələsinə yenidən baxılması üçün Ucar Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-10)-52/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-52/2026
03.02.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver