Məhkəmə qərarları › İş №2(3-10)-532/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-532/2026

05.06.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-532/2026 05.06.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh hüquqi varisi Hüquqi varis və maraqlı tərəf DƏDRX-in ** saylı Şəki Ərazi idarəsinə qarşı «cavabdeh Cavabdeh onların həyətyanı torpaq sahələri boyu şimaldan (küçə tərəfdən) 0.50 metr, cənubdan 1 metr olmaqla düz xətt boyunca müvəqqəti istifadəsinə verdiyi torpaq sahəsinin ona geri qaytarılması» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Qeyri-mümkün hesab edilmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh hüquqi varisi Hüquqi varis və maraqlı tərəf DƏDRX-in ** saylı Şəki Ərazi idarəsinə qarşı «cavabdeh Cavabdeh onların həyətyanı torpaq sahələri boyu şimaldan (küçə tərəfdən) 0.50 metr, cənubdan 1 metr olmaqla düz xətt boyunca müvəqqəti istifadəsinə verdiyi torpaq sahəsinin ona geri qaytarılması» tələbinə dair mülki iş üzrə Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümükünlüyü məsələsinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh hüquqi varisi Hüquqi varis və maraqlı tərəf DƏDRX-in ** saylı Şəki Ərazi idarəsinə qarşı «cavabdeh Cavabdeh adına Şəki Apellyasiya Məhkəməsi MIÜMK-in ## ###### 2009-cu il tarixli, 2(108)418/2009 №li mülki iş qətnaməsi ilə ləğv edilmiş A 160057 seriyalı «Torpaq sahəsinin plan və ölçü sənədi» əsasında ## ######## 2010-cu il tarixində verilmiş 403013004188-10301 reyestr №li, 3010003409 qeydiyyat №li çıxarışın etibarsız hesab edilməsi, Cavabdeh onların həyətyanı torpaq sahələri boyu şimaldan (küçə tərəf) təxminən 0.50 m, cənubdan 1 m olan müvəqqəti istifadəsinə verdiyi torpaq sahəsinin qeri qaytarılması, məhkəməyə müxtəxəssis dəvət edilməsi, məhkəmənin və mütəxəssisin iştirakı ilə sənədlər əsasında sözü gedən əraziyə baxış keçirilməsi ölçmə işlərinin nəticəsi yerindəcə aktlaşdırılması və surətinin ona verilməsi, məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdehnin adına verilmiş çıxarışın etibarsız hesab edilməsi və onun cavabdeh Cavabdeh onların həyətyanı torpaq sahələri boyu şimaldan (küçə tərəfdən) 0.50 metr, cənubdan 1 metr olmaqla düz xətt boyunca müvəqqəti istifadəsinə verdiyi torpaq sahəsinin ona geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Iddiaçı ## ##### 2025-ci il tarixdə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh Hüquqi varis anası Cavabdeh adına Şəki Apellyasiya Məhkəməsinin MIÜMKin ## ###### 2009-cu il tarixli, 2(108)418/2009 №li mülki iş üzrə qətnaməsi ilə ləğv edilmiş A 160057 seriyalı Torpaq sahəsinin plan və ölçü sənədi əsasında ## ######## 2010-cu il tarixli 403013004188- 10301 reyestr №li Çıxarışın və göstəriciləri sonradan əsassız olaraq dəyişdirilmiş qeydiyyat nömrəsini bilmədiyi A № ****** seriyalı plan ölçü sənədinin etibarsız hesab edilməsi və cavabdeh Hüquqi varis ilə onların həyətyanı torpaq sahələri boyu şimaldan (küçə tərəf) təxminən 0.50 sm, cənubdan 1.1 m olan müvəqqəti istifadəsinə verdiyi torpaq sahəsinin özünə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli eyni nömrəli qərardadına əsasən tələbin «cavabdeh Hüquqi varis anası Cavabdeh adına Şəki Apellyasiya Məhkəməsinin MIÜMKin ## ###### 2009-cu il tarixli, 2(108)418/2009 №li mülki iş üzrə qətnaməsi ilə ləğv edilmiş A 160057 seriyalı Torpaq sahəsinin plan və ölçü sənədi əsasında ## ######## 2010-cu il tarixli 403013004188- 10301 reyestr №li Çıxarışın və göstəriciləri sonradan əsassız olaraq dəyişdirilmiş qeydiyyat nömrəsini bilmədiyi A № ****** seriyalı plan ölçü sənədinin etibarsız hesab edilməsi»nə dair hissəsinə mülki məhkəmə icraatı qaydasında baxılmalı olmadığından xitam verilmişdir. Qax Rayon Məhkəməsinin (hakim Mirheydər Zeynalov) ## #### 2026-cı il tarixli, e- *(***)-***/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh hüquqi varisi Hüquqi varis ilə iddiaçı İddiaçı həyətyanı torpaq sahələri boyu cavabdeh Cavabdeh hüquqi varisi Hüquqi varis müvəqqəti istifadəsinə verdiyi 9 sm torpaq sahəsinin iddiaçı İddiaçı (mütəxəssis rəyinə və ona əlavə olunmuş sxemə əsasən) qaytarılması, iddia tələbi üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun 50 (əlli) manatının cavabdeh Cavabdeh hüquqi varisi Hüquqi varis alınıb iddiaçıya ödənilməsi, qalan 50 (əlli) manatının iddiaçıya aid edilməsi qət edilmişdir. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası təqdim olunmuş apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə əlaqəli şəkildə araşdıraraq belə qənaətə gəlir ki, verilmiş apellyasiya şikayəti qeyrimümkün hesab edilərək, birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 357.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. 361.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə * saylı əlavədə müəyyən olunmuşdur). 361.1.5-ci maddəsinə əsasən şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar apellyasiya şikayətində göstərilməlidir. 361.1.6-cı maddəsinə əsasən şikayəti verən şəxsin istinad etdiyi konkret fakt və hallar habelə onları təsdiq edən sübutlar apellyasiya şikayətində göstərilməlidir. 363.1.1-1-ci maddəsinə əsasən, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilir. 366.4-cü maddəsinə görə, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya istansiyasına şikayət verilə bilər. Apellyasiya şikayətindən görünür ki, cavabdeh apellyasiya şikayəti üçün qanunvericiliyin müəyyən etdiyi tələblərə əməl etməmiş, şikayət Mülki Prosessual Məcəlləyə * saylı Əlavədə müəyyən olunmuş lazımi məzmunda tərtib edilməmiş, cavabdeh şikayətin məzmun və forma tələblərinə əməl etməmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə * saylı əlavədə apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillərin, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillərin, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillərin, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillərin, birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillərin nədən ibarət olmasının qeyd edilməli olmasının vacibliyi nəzərdə tutulsa da, apellyator qanunvericiliyin apellyasiya şikayətinin həmin forma tələblərinə riayət etməyərək, apellyasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair qrafalar ümumiyyətlə mövcud olmamaqla, apelyator tərəfindən maddi və prosessual hüquq normalarının pozulmasının, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinin, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinin nədə ifadə edilməsinə aydınlıq gətirilməmişdir. Beləliklə iş materiallarından müəyyən оlunur ki, apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə * saylı əlavəyə uyğun tərtib edilməli olduğu halda, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti həmin forma tələblərinə cavab vermir. Bundan başqa, MPM-in 361.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı göstərilməlidir. Lakin iddiaçı İddiaçı apellyasiya şikayətində Qax Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də iş materiallarında qeyd olunan tarixli qətnamə mövcud deyildir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qeyd edilənlər apellyasiya şikayətinin qeyrimümkün hesab edilməsi üçün əsasdır. Göründüyü kimi, birinci instаnsiyа məhkəməsi hazırki mülki işi apellyasiya məhkəməsinə göndərərkən yuxarıda qeyd olunanlara diqqət yetirməmiş, apellyasiya şikayətinin MPM-in 363.1.1- 1-ci maddəsinin tələblərinə uyğun qaydada verilib-verilməməsinə xüsusi diqqət yetirmədən mülki işi bаxılmаsı üçün Şəki Аpellyаsiyа Məhkəməsinə göndərmişdir. Mülki Prosessual Məcəllənin 363.4-cü maddəsinə əsasən, bu Məcəllənin 363.1.1 və 363.1.5ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs yenidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinin tələbinə görə Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361-368-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Qax Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin. Mülki iş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 357-363-cü maddələrinin tələblərinin yerinə yetirilməsi və sonrakı prosessual hərəkətlər edilməsi üçün Qax Rayon Məhkəməsinə qaytarılsın. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar