Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-533/2026 30.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alınan malın satıcıya qaytarılması və ödədiyi ilkin ödənişin alıcıya qaytarılması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “alınan malın satıcıya qaytarılması və ödədiyi ilkin ödənişin alıcıya qaytarılması” tələbi, qüvvə) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Mustafayev Etibar Mustafa oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “alınan malın satıcıya qaytarılması və ödədiyi ilkin ödənişin alıcıya qaytarılması” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “alınan malın yenisi ilə əvəz edilməsi və ya dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMCnin Mingəçevir şəhər filialından aldığı “Toshiba GR-RT624WE-PMJ(06)” markalı soyuducunun eyni məbləğdə, eyni modeldə olan yeni soyuducu ilə əvəz edilməsi və dövlət rüsumu kimi ödədiyi 40 manat məbləğində pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinə dəqiqləşdirmə ilə bağlı ərizə təqdim edərək, “xxxx” MMCnin Mingəçevir şəhər filialından aldığı “Toshiba GR-RT624WE-PMJ(06)” markalı soyuducu qüsurlu olduğu üçün həmin soyuducunun müqavilə üzrə nəzərdə tutulmuş haqqı ödənilmədən “xxxx” MMCyə qaytarılması, soyuducuya görə ödədiyi ilkin ödənişin əvəzi 66 manatın və ödədiyi dövlət rüsumunun əvəzi 40 manat, mütəxəssis rəyinin alınması üçün ödədiyi 60 manat pulun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, ## #### 2025-ci il tarixdə “xxxx” MMC-nin Mingəçevir filialından 1320,4 manat dəyərində 1 ədəd “Toshiba GRRT624WE-PMJ(06)” markalı soyuducunu 12 ay müddətinə ödəmək şərtilə nisyə alğı-satqı müqaviləsi əsasında almış və müqaviləyə əsasən soyuducuya 2 il zəmanət verilmişdir. Soyuducunu aldıqdan bir müddət sonra soyuducunun qüsurlu olduğunu görmüşdür. Belə ki, soyuducunun içərisinə qoyulan qidalara iy çökmüş, soyuducunun içərisindən üfunət iyi gəlmişdir. Elə həmin vaxt “xxxx” MMC-nin Mingəçevir filialına müraciət edərək soyuducunun qüsurlu olduğunu, soyuducunun təmir edilməsini və ya yenisi ilə əvəz olunmasını xahiş etmişdir. Lakin, həmin filialın məsul işçiləri onu uzun get-gələ salmış, soyuducunu təmir etdirməmiş və ya yenisi ilə əvəz etməmişlər. Halbuki, cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən soyuducuya 2 il zəmanət verilmişdir. Pozulmuş hüququnu başqa yolla bərpa edə bilmir. Buna görə də əlacsız qalıb məhkəməyə müraciət etmişdir.
3. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Güləndam Quliyeva) iddianın təmin edilməsi, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMCnin Mingəçevir filialından ##.##.2025-ci il tarixli müqavilə əsasında aldığı “Toshiba GR- RT624WEPMJ(06)” markalı soyuducu qüsurlu olduğu üçün müqavilə üzrə nəzərdə tutulmuş haqqı ödənilmədən cavabdeh Cavabdeh MMC-yə geri qaytarılması, ##.##.2025-ci il tarixli müqavilə əsasında satılmış “Toshiba GR-RT624WE-PMJ(06)” markalı soyuducunun qaytarılması cavabdeh Cavabdeh MMC-nin hesabına həyata keçirilməsi, ##.##.2025-ci il tarixli müqavilə üzrə ödənilmiş ilkin ödəniş 66 (altmış altı) manat cavabdeh Cavabdeh MMC-dən alınaraq iddiaçı İddiaçı geri qaytarılması, ödənilmiş dövlət rüsumunun əvəzi 40 (qırx) manat və mütəxəssisə göstərdiyi xidmət üçün ödənilmiş 60 (altmış) manat pul cavabdeh Cavabdeh MMC-dən alınaraq iddiaçı İddiaçı Əlimüslüm oğluna verilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 567, 587, 588.2-ci maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84 və 111-ci maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: ##.##.2025-ci il tarixli 1859532682 №li mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsinə görə İddiaçı tərəfindən 40 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ##.##.2025-ci il tarixli 348 №li * saylı MIS tərəfindən verilmiş arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. İddiaçı tərəfindən Cavabdeh MMC-nin Mingəçevir filialına ünvanlanmış pretenziya məktubundan görünür ki, “xxxx” MMC-nin Mingəçevir şəhər filialından aldığı “Toshiba GR- RT624WE-PMJ(06)” markalı soyuducunu 15 gün müddətində eyni məbləğdə, eyni modeldə olan yeni soyuducu ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2025-ci il tarixli ********** nömrəli müqavilənin əlavəsindən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-dən “Toshiba GRRT624WE-PMJ(06)” markalı soyuducunu 2 il zəmanət müddəti olmaqla, ilkin 66 manat ödənişlə, 12 ay müddətinə hər ay aylıq 104,53 manat ödəməklə əldə etmişdir. Reset Servise texniki xidmət mərkəzinin ##.##.2025-ci il tarixli texniki rəyindən görünür ki, müayinəsi aparılan “Toshiba GR-RT624WE-PMJ(06)” markalı soyuducunun müayinəsi zamanı cihazda heç bir qüsur aşkar edilmədi, cihaz texniki göstəricilərinə uyğun və işlək vəziyyətdədir. Cihazın içərisində olan qoxu cihazla bağlı deyil. Qoxunun səbəbi cihazın içinə yığılmış ərzaq qalıqları, ərzaqın saxlanma vəziyyəti, malın istifadəsi ilə bağlıdır. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli məlumatından görünür ki, Mərkəzdə məişət avadanlıqları və onların istismarına dair suallar üzrə tədqiqatların aparılması üçün xüsusi biliyi və ixtisas dərəcəsi olan ekspert yoxdur. Odur ki, qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılaraq rəy verilməsi mümkün deyildir. Iş materialı geri qaytarılmışdır. “X1” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli texniki rəydən görünür ki, “Toshiba GR- RT624WE-PMJ(06)” markalı soyuducuya Mingəçevir servis texnikləri tərəfindən texniki baxış keçirilib. Soyuducu bölümdən kəskin (sərt) plasmas qoxusu gəlir. Nəticə olaraq yaranmış qüsur istehsalçı qüsurudur. ##.##.2026-cı il tarixli qəbzə əsasən rəyin alınması üçün xərc 60 manat təşkil edir.
6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, iddia əsassız olduğu üçün onu qəbul etmirlər və rədd edilməsinə dair etirazla məhkəməyə müraciət etmişdirlər. Belə ki, işə əlavə edilmiş Reset Servise texniki xidmət mərkəzinin ##.##.2025-ci il tarixli texniki rəyindən görünür ki, müayinəsi aparılan “Toshiba GR-RT624WE- PMJ(06)” markalı soyuducunun müayinəsi zamanı cihazda heç bir qüsur aşkar edilməmişdir, cihaz texniki göstəricilərinə uyğun və işlək vəziyyətdədir. Cihazın içərisində olan qoxu cihazla bağlı deyil. Qoxunun səbəbi cihazın içinə yığılmış ərzaq qalıqları, ərzaqın saxlanma vəziyyəti, malın istifadəsi ilə bağlıdır. Göründüyü kimi cihaza rəsmi “Reset servis” tərəfindən diaqnostika edilmiş və cihaz barəsində əsaslı rəy verilmişdir. Məhkəmə icraatı müddətində təkrar ekspertiza təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli məlumatı ilə Mərkəzdə məişət avadanlıqları və onların istismarına dair suallar üzrə tədqiqatların aparılması üçün xüsusi biliyi və ixtisas dərəcəsi olan ekspert olmadığı üçün qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılaraq rəy verilməsi mümkün olmamışdır. Bundan sonra məhkəmə tərəfindən cihaza baxış keçirilib rəy verilməsi üçün “X1” MMC-yə müraciət edilmişdir. “X1” MMC-nin ##.##.2026-cı il tarixli texniki rəyində qeyd edilmişdir ki, “Toshiba GRRT624WE-PMJ(06)” markalı soyuducuya Mingəçevir servis texnikləri tərəfindən texniki baxış keçirilib. Soyuducu bölümdən kəskin (sərt) plasmas qoxusu gəlir. Nəticə olaraq yaranmış qüsur istehsalçı qüsurudur. “Reset Servis” və “X1”tərəfindən verilmiş rəylər birmənalı olaraq bir-birilə ziddiyyət təşkil etdiyi görünür. Rəylərə diqqət yetirilsə Reset Servis tərəfindən verilmiş rəy daha dolğun və ətraflı olduğu görünür. Belə ki, “X1”tərəfindən verilmiş rəydən fərqli olaraq 1-ci verilmiş rəy əsaslandırılmış və cihazda aşkar edilmiş korlanmanın səbəbləri daha dəqiq və ətraflı göstərilmişdir. Lakin 2-ci rəydə isə ekspertin nəyə əsasən cihazda istehlakçı qüsuru aşkar etməsi barədə hər hansı məlumat yoxdur. Bu da 2-ci rəyin həqiqi və doğruluğunu şübhə altına almış olur. 1-ci rəydə əsaslandırılmışdır ki, cihazın içərisində olan qoxu cihazla bağlı olmamışdır. Qoxunun səbəbi cihazın içinə yığılmış ərzaq qalıqları, ərzaqın saxlanma vəziyyəti, malın istifadəsi ilə bağlı olmuşdur. Qüsurla bağlı ətraflı məlumatlar, əsaslandırma rəydə edilmişdir. Lakin “X1” MMC-nin rəyində Soyuducu bölümdən kəskin (sərt) plasmas qoxusu gəlir. Nəticə olaraq yaranmış qüsur istehsalçı qüsurudur. Göründüyuü kimi rəy tamamilə əsaslandırılmamışdır. Soyuducudan sərt plasmas qoxunun gəlməsinin istehlakçı qüsuru (yəni zavod qüsuru) olmasının nə ilə təsdiq edildiyi əsaslandırılmamışdır. Təbii haldır ki, soyuducu bir müddət istifadə edildikdən sonra ondan qoxu gəlməsi normal anlaşılan haldır. Bununla bağlı məsələ 2-ci rəydə nəzərə alınmamış və bu da verilmiş rəyin formal xaraketrli olmasına dəlalət edir. Yekun olaraq 2 ziddiyyətli rəy olmasına baxmayaraq məhkəmə tərəfindən ziyanlarına şərh edilən qətnamə çıxarılmışdır. Hesab edirlər ki, məhkəmənin İddiaçı iddiası üzrə onun xeyrinə olan qətnaməsi əsassızdır. Məhkəmə qətnaməsində 2 ziddiyətli rəy qarşılıqlı olaraq tədqiq edilməmiş, digər sübutlarla birlikdə rəylərə hüquqi qiymət verilmədən yanlış nəticəyə gəlinən qətnamə çıxarılmışdır. Həmçinin məhkəmə qətnaməsində “X1” MMC-nin dövlət qeydiyyatından keçməsi barədə qeydlər etsə də, “Reset Servis”-in dövlət qeydiyyatından keçib-keçmədiyinə nəzər yetirilməmişdir. Bundan başqa məhkəmə 1-ci rəyə qiymət verərək “soyuducuda qüsurun olmaması ilə bağlı cavabdehin təqdim etdiyi qüsur aktında mötəbərliyinə şübhə doğuran hallar olduğu üçün” qeyd etsə də həmin şübhə doğuran halların nədən ibarət olmasını qətnamədə əsaslandırmamışdır. Həmçinin həmin şübhə doğuran hallardan ən az birini də olsun qətnamədə qeyd etməmişdir.
8. Ona görə də, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir.
11. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır: 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 587.2. Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə: 587.2.1. alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin; 587.2.2. lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin. 587.5. Əgər alıcı əşyanın qüsurları ilə əlaqədar alğı-satqı müqaviləsinin ləğvini və ya alınmış əşyanın müqaviləyə uyğun əşya ilə əvəz edilməsini tələb edərsə, o, qüsurlu əşyanı satıcıya onun hesabına qaytarmağa borcludur. Bu zaman tərəflərin müqavilə üzrə əldə etdiklərinin geri qaytarılması bu Məcəllənin 157-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir.
14. Azərbaycan Respublikasının Istehlakçıların hüquqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 7. Qüsuru olan mal satılarkən istehlakçının hüquqları
1. Istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir: lazımi keyfiyyətli mala dəyişdirməyi; satış qiymətini uyğun məbləğdə azaltmağı; malın qüsurlarının icraçının (satıcının, istehlakçının) hesabına aradan qaldırılmasını və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxslərin çəkdiyi xərclərin əvəzinin ödənilməsini; malın, həmin mala uyğun digər modelli (markalı, tipli və i. a.) mal ilə, dəyəri yenidən hesablanma şərti ilə əvəz edilməsini; müqavilənin ləğv edilməsini və çəkdiyi zərərin ödənilməsini.
2. Satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan, malı geri götürməyə və bu maddənin birinci bəndində göstərilən istehlakçının tələblərindən birini yerinə yetirməyə borcludur. Iri qabaritli və ağırçəkili malların istehlakçıdan satıcıya (icraçıya) qaytarılması və dəyişdirilərək yenidən istehlakçıya çatdırılması satıcının (icraçının) hesabına həyata keçirilir.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
20. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## #### 2025-ci il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehin Mingəçevir filialından 1320,4 manat dəyərində 1 ədəd “Toshiba GR-RT624WE- PMJ(06)” markalı soyuducunu ilkin ödəniş 66 manat olmaqla, 12 ay müddətinə hər ay 104,53 manat ödəmək şərtilə nisyə alğısatqı müqaviləsi əsasında almış və müqaviləyə əsasən soyuducuya 2 il zəmanət verilmişdir. Iddiaçı soyuducudan kəskin qoxunun gəlməsi ilə əlaqədar qüsurlu olduğu üçün 1 ay sonra soyuducunun təmir etdirilməsi və ya yenisi ilə əvəz edilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin texniki xidmət tərəfdaşı "Reset" servis mərkəzinin verdiyi ##.##.2025-ci il tarixli texniki rəyə əsasən cihazda heç bir qüsur aşkar edilməmişdir. Cihazın texniki göstəricilərinə uyğun və işlək vəziyyətdə olması müəyyən olunmuşdur. Cihazın içərisində olan qoxunun cihazla bağlı olmadığı, cihazın içərisinə yığılmış ərzaq qalıqları, ərzağın saxlanma vəziyyəti, malın istifadəsi ilə bağlıdır qeydi yazılmışdır. Cavabdeh göstərilən texniki rəyə əsasən iddianı qəbul etmir. Məhkəmə texniki rəyin alınması üçün “X1” MMC-yə müraciət etmişdir. “X1” MMC tərəfindən verilmiş ##.##.2026-cı il tarixli texniki rəyə görə “Toshiba GR-RT624WE-PMJ(06)” markalı soyuducuya texniki baxış keçirilmiş, soyuducu bölümdən kəskin (sərt) plasmas qoxusu gəlməsi aşkar edilmiş, nəticə olaraq yaranmış qüsurun istehsalçı qüsuru olması müəyyən edilmişdir. Iddiaçı cavabdehə qarşı aralarında bağlanmış müqaviləyə əsasən əldə etdiyi “Toshiba GR-RT624WE-PMJ(06)” markalı soyuducunun qüsurlu olduğu üçün müqavilə üzrə nəzərdə tutulmuş haqqı ödənilmədən cavabdehə qaytarılması, soyuducuya görə ödədiyi ilkin ödəniş 66 manatın, dövlət rüsumu 40 manat, mütəxəssis rəyinin alınması üçün ödədiyi pulun alınaraq ona verilməsi tələbini qoymuşdur. Cavabdeh həmin tələbə etiraz etmiş, təqdim edilmiş rəyin mötəbərliyinə şübhə doğuran sənəd olmasını, buna görə də, iddianın əsası olmadığını bildirmişdir. Məhkəmədə işə baxılan zaman məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, məişət avadanlıqları və onların istismarına dair suallar üzrə tədqiqatların aparılması üçün xüsusi biliyi və ixtisas dərəcəsi olan ekspert olmamasında, qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılaraq rəy verilməsi mümkün olmadığıdan ekspertizanın aparılmasından imtina edilmişdir. Məhkəmə iclası dəfələrlə təxirə salınsa da cavabdeh tərəfi iştirak etməmiş və öz etirazını əsaslandırmamışdır. Məhkəmə qeyd edir ki, soyuducuda qüsurun olmaması ilə bağlı cavabdehin təqdim etdiyi qüsur aktında mötəbərliyinə şübhə doğuran hallar olduğu üçün məhkəmə soyuducuya baxış keçirilməsi üçün müstəqil mütəxəssis dəvət etmişdir. Mütəxəssis qismində cəlb edilmiş “X1” MMC əsasən mühəndislik, tikinti və texniki servis xidmətləri sahəsində fəaliyyət göstərən yerli şirkətdir. Şirkət Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində dövlət qeydiyyatına alınmışdır və aktiv kommersiya fəaliyyəti ilə məşğuldur. Iş materialları ilə müəyyən edilmişdir ki, satıcı texniki cəhətdən qüsurlu olan malı müştəriyə təqdim edərək onun istehlakçı hüquqlarını pozmuşdur. Cavabdeh mmc tərəfindən əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulmuşdur. Satılmış soyuducuda aradan qaldırıla bilməyən qüsurlar müəyyən olunmuşdur. Iddiaçı satıcıdan lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsə də cavabdeh bu tələbə məhəl qoymamışdır. Daha sonra iddiaçı öz hüquqlarının və qanuni mənafeyinin müdafiəsi üçün məhkəməyə müraciət etmişdir. Iddiaçı əvvəlcə satılmış malın əvəz edilməsini, sonra isə malın cavabdehə qaytarılaraq cavabdehə ödədiyi ilkin ödənişin ona qaytarılmasını tələb etmişdir. Beləliklə iddiaçı öz seçimi ilə alğı-satqı müqaviləsinin icrasından imtina etməklə əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etməkdə haqlıdır. Belə olan halda iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “alınan malın satıcıya qaytarılması və ödədiyi ilkin ödənişin alıcıya qaytarılması” tələbinə dair iddiası təmin edilməli və iddiaçının cavabdeh Cavabdeh MMC-nin Mingəçevir şəhər filialından müqavilə əsasında aldığı “Toshiba GR-RT624WE-PMJ(06)” markalı soyuducu qüsurlu olduğu üçün müqavilə üzrə nəzərdə tutulmuş haqqı ödənilmədən cavabdehə qaytarılmalı, iddiaçının müqaviləyə görə ilkin ödəniş olaraq ödədiyi 66 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçı İddiaçı qaytarılmalıdır. ##.##.2025-ci il tarixli müqavilə əsasında satılmış “Toshiba GR-RT624WE-PMJ(06)” markalı soyuducunun qaytarılması cavabdeh Cavabdeh MMC-nin hesabına həyata keçirilməlidir. Iddia təmin edildiyindən dövlət rüsumu olaraq ödədiyi 40 manat və mütəxəssis rəyinin alınması üçün ödədiyi 60 manat məbləğində pul cavabdeh Cavabdeh MMC-dən alınıb iddiaçı İddiaçı verilməlidir.
24. Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
25. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
26. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
28. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Azərbaycan Respublikası Müki-Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
30. Göründüyü kimi iş üzrə iddianın qiyməti beş min manatdan az olduğundan (qaytarılması nəzərdə tutulmuş soyuducunun qiyməti 1320 manat 40 qəpik + soyuducuya ödənilmiş ilkin ödəniş 66 manat = 1386 manat 40 qəpik) hazırki qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
31. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.