Məhkəmə qərarları › İş №2(3-10)-56/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-56/2026

17.02.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(3-10)-56/2026 17.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Ucar şəhər Uşaq İncəsənət Məktəbinə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair mülki iş üzrə (Açar sözlər: Çalışmanın son yaş həddi, iddia müddətinin ötürülməməsi) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X6 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X9 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh2 vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh2nə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair mülki iş üzrə Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2(014)-1860/2025 nömrəli qətnaməsindən İddiaçı verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh1 X8 Mədəniyyət İdarəsinə qarşı xx.xx.2024-cü il tarixli əmrin qanunsuz hesab edilməsi, Cavabdeh2nə muğam müəllimi vəzifəsinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2003-cü ildən Ucar rayon Uşaq İncəsənət Məktəbinin muğam müəllimi vəzifəsində işləyir, xx.xx.2024-cü il tarixdə 65 yaşı tamam olduğundan məktəb direktorunun əmri ilə çalışma müddəti 3 ay müddətinə uzadılmış, lakin xx.xx.2024-cü il tarixdə “yaş həddinə görə əmək müqaviləsinə xitam verilməsi” barədə əmrlə işdən azad edilmişdir. 2-ci qrup əlildir, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş müddətsiz əlillik arayışı mövcuddur. Əlilliyinə baxmayaraq, işində heç bir nöqsan olmayıb, yetişdirdiyi şagirdlər bu gün tanınmış musiqiçilər kimi fəaliyyət göstərirlər. Onun uzunillik əmək stajı, sağlamlıq imkanlarının hələ də pedaqoji fəaliyyətə imkan verməsi, 11 nəfərlik ailəsinin yeganə işləyən üzvü olmağı nəzərə alınmadan işdən çıxarılmış, əmək hüquqları pozulmuşdur. İşdən çıxarılması ilə bağlı əmr barədə həmin gün məlumat alsa da sənədlərini məktəbdən sonradan götürmüşdür. Bu müddət ərzində səlahiyyətli orqanlara həmin əmrdən şikayət vermiş, lakin heç bir nəticə olmamışdır.

3. xx.xx.2025-ci il tarixdə iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə əsl olmayan cavabdehin əsl cavabdehlə, yəni Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişdir.

4. xx.xx.2025-ci il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı məhkəməyə ərizə ilə müraciət edərək xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsini, onun Ucar rayon Uşaq İncəsənət Məktəbində muğam müəllimi vəzifəsinə bərpa edilməyinin təmin edilməsini, işdən qanunsuz çıxarıldığı tarixdən məhkəmə qərarının icrasına qədər olan müddət üzrə ona əmək haqqının ödənilməsini, əmək hüquqlarının pozulmasına görə cavabdehin üzərinə qanuni məsuliyyət qoyulmasını xahiş etmişdir.

5. xx.xx.2025-ci il tarixdə cavabdehin nümayəndəsi Cavabdeh3 və Vəkil məhkəməyə “iddia müddətinin tətbiqinə dair” ərizə ilə müraciət edərək göstərmişdir ki, İddiaçı işəgötürənlə onun arasında əmək münasibətlərindən əmələ gəlmiş mübahisə ilə bağlı Mediasiya prosesinin tətbiqi üçün ərizə ilə Ağdaş 1 saylı Mediasiya Təşkilatına yalnız xx.xx.2025-ci il tarixdə yəni 65 yaşı tamam olması səbəbindən çalışmanın yaş həddi ilə bağlı əmək müqaviləsinə xitam verilməsi barədə rəsmi qaydada xəbərdar olduğu tarixdən 9 ay sonra müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292.2-ci maddəsinə əsasən pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi, məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Həmin məcəllənin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qeyd olunanlara əsasən İddiaçı tərəfindən iddia qaldırılana qədər üzrsüz səbəbdən məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş iddia müddətinin buraxılması ilə əlaqədar iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir.

6. xx.xx.2025-ci il tarixdə iddaçı cavabdeh tərəfindən “iddia müddətinin tətbiqinə dair” ərizəsinə etiraz ilə müraciət edərək həmin ərizə ilə razı olmadığını və onun əmək hüquqlarının bərpası üçün qanunla müəyyən olunmuş müddətin keçmədiyini bildirmişdir. Eyni zamanda cavabdeh tərəfindən əmrin rəsmi qaydada təqdim edilməsi barədə heç bir sənəd, poçt bildirişi, akt və ya imzalı sənəd mövcud olmadığını,onun bu baradə öz sorğuları və Əmək Müfəttişliyi ilə yazışmalarından sonra məlumat əldə etdiyini və buna görə də xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etdiyini bildirmiş və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdiyini bildirmişdir. Birinci instansiya məhkəməsində icraat

7. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək iddiasının təmin edilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında X8 Mədəniyyət İdarəsinin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə görə dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. İddiaçı çalışmanın son yaş həddinə çatdıqdan sonra onunla əmək müqaviləsi 3 ay müddətinə uzadılmışdır, sonradan isə uzadılmaması qərara alınmışdır. Eyni zamanda əmək müqaviləsinə Ucar rayon Uşaq İncəsənət Məktəbinin direktoru tərəfindən xitam verildiyindən cavabdeh qismində həmin məktəb cəlb edilməlidir. Cavabdeh1 X8 Mədəniyyət İdarəsi Ucar rayon Uşaq İncəsənət Məktəbinin fəaliyyətinə nəzarət edən yuxarı qurumdur.

9. Məhkəmə iclasında cavabdehin nümayəndəsi, Cavabdeh2 direktoru Cavabdeh3 izahatında göstərdi ki, İddiaçı xx.xx.2024-cü il tarixdə çalışmanın qanunla müəyyən olunmuş yaş həddinə çatdığından onun əmək müqaviləsinə xitam verilməli idi. Lakin həmin vaxt məktəbdə dərs saatları olduğundan və X8 Mədəniyyət İdarəsindən iddiaçının müraciətlərinə cavab olaraq əmək müqaviləsinin 3 ay uzadılması qərara alındığınan işçinin əmək müqaviləsi 3 ay müddətinə uzadılmışdır.xx.xx.2024-cü il tarixdə həmin müddət bitdiyindən əmək müqaviləsinə xitam verilməsinə dair əmr imzalamışdır. Həmin gün əmrlə bağlı İddiaçı məlumat vermiş, onunla sonuncu haqq-hesablaşmalar aparılmış, lakin İddiaçı əmək müqaviləsini götürməkdən imtina etmişdir. Odur ki, dəfələrlə şifahi xəbərdarlıqlardan sonra əmək kitabçası götürülmədiyi üçün, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə yazılı formada da poçt vasitəsilə bildiriş göndərilmişdir.

10. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməyərək izahatında göstərdi ki, İddiaçı xx.xx.2024-cü il tarixdə 65 yaşı tamam olduğundan onunla əmək müqaviləsinə xitam verilməli olsa da, X8 Mədəniyyət İdarəsinin məktubuna əsasən Cavabdeh2 xanəndə müəllimi X1 əmək müqaviləsi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixinədək 3 ay müddətinə uzadılmışdır. Həmin müddət başa çatdıqdan sonra müqaviləyə xitam verilməsi barədə əmr verilmişdir. Bundan başqa hazırki iddia tələbi üzrə iddia müddəti keçdiyindən iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.

11. Ağdaş Rayon Məhkəməsinin (hakim Fidan Ələkbərova) 07 noyabr 2025-ci il tarixli, 2(014)-1860/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh2nə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddiası rədd edilmişdir.

12. Məhkəmə müəyyən etmişdir ki, İddiaçı Ucar rayon Uşaq İncəsənət Məktəbində müəllim vəzifəsində işləməklə xx.xx.2024-cü il tarixdə 65 yaşının tamam olması, yəni dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatması ilə əlaqədar İddiaçı çalışma müddəti Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il tarixdən 3 ay müddətinədək uzadılmışdır. Cavabdeh2 direktorunun xx.xx.2024-cü il tarixli, 80 nömrəli «əmək müqaviləsinə xitam verilməsi barədə» əmrilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «e» bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisəsin işçisi çalışmanın yaş həddinə çatdığına görə xitam verilmişdir. İddiaçı Cavabdeh1 X8 Mədəniyyət İdarəsinə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil iddianı qəbul etməmiş, iddia tələbinin əsası kimi İddiaçı əmək müqaviləsinə qanuni əsaslarla xitam verilməsi, həmçinin əmək mübahisə üzrə iddia müddətinin keçməsi ilə əsaslandırmışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

13. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyin mənasından görünür ki, Əmək Məcəlləsinin 10-1.1-ci maddəsi dövlət büdcəsindən maliyyələşən müəssisələrdə son çalışma müddətini qəti olaraq 65 yaş müəyyən edib. Həmin Məcəllənin 10-1.2-ci maddəsi isə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə işçinin çalışma müddətinin hər dəfə 1 ildən çox olmayaraq, 5 ilədək uzadıla bilməsini işəgötürənin vəzifəsi deyil, hüququ kimi müəyyən edib. Yəni sözügedən norma müvafiq sahə üzrə mərkəzi icra hakimiyyəti orqanının rəhbərinə, habelə nizamnaməsinə uyğun olaraq dövlət büdcəsindən maliyyələşən müəssisənin fəaliyyətinə rəhbərlik edən müvafiq vəzifəli şəxsə, 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddətini hər dəfə 1 ildən çox olmayaraq, bütövlükdə 5 ilədək uzatmaq hüququ verir. Göründüyü kimi sözügedən normada dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçinin həmin müəssisədə çalışma müddətinin uzadılması zamanı «hər dəfə 1 ildən çox olmayaraq» söz birləşməsindən istifadə olunur, yəni qanunverici işəgötürənə bu haqqı tanıyarkən onun üzərinə həm də 65 yaşına çatmış işçinin öz əmək funksiyasını və ya əmək müqaviləsi üzrə yerinə yetirmək iqtidarında olubolmadığını yoxlamaq öhdəliyi qoyur. Əmək Məcəlləsinin 10-1.2-ci maddəsində dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətinin hər dəfə 1 ilədək, 5 ildən artıq olmamaqla uzadılması üçün konkret meyarlar müəyyən edilməsə də, belə meyarlara işçinin tam əmək qabiliyyətinə, dərin nəzəri biliyə, böyük iş və həyat təcrübəsinə malik olması, əmək funksiyasını yüksək peşəkarlıq səviyyəsində yerinə yetirməsi, həmin müəssisədə və tutduğu vəzifədə uzun illər qüsursuz işləməsi, mədəni, əxlaqi keyfiyyətləri və sair aid edilə bilər.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, hazırkı işdə İddiaçı xx.xx.2024-cü il tarixdə 65 yaşa çatmasından sonra onun çalışma müddəti xx.xx.2024-cü il tarixədək 3 ay müddətinə uzadılmış, həmin tarixdə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin «e» bəndində nəzərdə tutulan əsasla xitam verilmişdir.

15. Məhkəmə hesab etmişdir ki, hazırki iş üzrə işəgötürən işçi ilə əmək münasibətlərinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «e» bəndinə əsasən xitam verilməsi ilə qanunvericiliyin bu hissədə tələbini pozmasa da, işçi ilə əmək münasibətlərinə xx.xx.2024-cü il tarixdə xitam verməklə, yəni onun çalışması müddətinin təkrar 3 ay müddətə uzatmaqdan imtina edərkən haqlı olmamışdır.

16. Belə ki, Cavabdeh2, X8 Mədəniyyət İdarəsi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi arasında aparılmış yazışmalardan və yuxarı qurumun razılıq məktubundan müəyyən edilir ki, İddiaçı çalışma müddətinin uzadılmasına Mədəniyyət Nazirliyi tərəfindən xx.xx.2024-cü il tarixdə “sonuncu dəfə olmaqla” 3 ay müddətinə uzadılmasına razılıq verilmiş, həmin vaxtı artıq Cavabdeh2 direktorunun xx.xx.2024-cü il tarixli əmrinə əsasən İddiaçı çalışma müddəti ilk dəfə xx.xx.2024- cü il tarixədək uzadıldığını nəzərə alaraq, həmin şəxslə çalışma müddəti sonuncu dəfə olmaqla daha 3 ay müddətinə uzadılmalı idi. Belə olan halda, yuxarı qurumun göstərişinə əsasən işçinin çalışma müddəti daha 3 ay uzadılmasına razılıq verildiyi halda məktəb direktoru həmin müddəti gözləmədən xx.xx.2024-cü il tarixdə əmək münasibətlərinə xitam verməklə işçinin əmək hüquqlarını pozmuşdur.

17. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən xx.xx.2025-ci il tarixli 2(102)-415/2025 nömrəli qərarında formalaşdırılmış hüquqi mövqeni nəzərə alaraq, hesab etmişdir ki, mövcud şübhə və anlaşılmazlıq halında həmin şübhə və anlaşılmazlıqlar işçinin, hazırki halda isə İddiaçı xeyrinə tövsif edilməlidir. Buna görə də İddiaçı xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsinin qanunsuz olmasına dair iddiası çalışma müddətinin təkrar 3 ay müddətə uzadılmalı olmasına dair hissədə əsaslıdır.

18. Lakin İddiaçı Cavabdeh2 direktoru Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli «əmək müqaviləsinə xitam verilməsi barədə» əmr barədə həmin gün məlumatlı olmasına baxmayaraq, bundan 08 ay sonra mediasiya prosesinin tətbiqi barədə təklif göndərmiş, xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyası başa çatmasından da 26 gün sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, İddiaçı məhkəməyə hüququnun pozulduğunu aşkar etdiyi gündən 8 ay 26 gün sonra (ilkin mediasiya sessiyasınadək 8 ay, ilkin mediasiya sessiyasından sonra 26 gün) həmin hüququn bərpası tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, bununla da qanunvericilikdə 1 ay müddətə müəyyən edilən iddia müddətini ötürmüşdür. Mülki işə məhkəmədə baxılarkən cavabdehin nümayəndəsi (vəkili) iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. İddiaçı həmin müddətin ötürülməsinin üzrlü hesab olunmasına dair vəsatətlə məhkəməyə müraciət etməmiş, yalnız etiraz ərizəsi verməklə iddia müddətini ötürmədiyini, mübahisələndirilən əmrin surətini aldıqdan sonra əmək hüquqlarının bərpası üçün səlahiyyətli dövlət orqanlarına müraciət etdiyini bildirmişdir.

19. Məhkəmə qeyd etmişdir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndindin tətbiq olunması üçün iddia müddətinin ötürülməsi səbəbi iddiaçının şəxsiyyəti ilə bağlı obyektiv hallarla bağlı olmalıdır. Lakin İddiaçı Cavabdeh2nə qarşı «əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxdığı iş günləri üzrə əmək haqqı» tələbinə dair iddiası üzrə ötürülmüş müddətin bərpası haqqında ərizə verməmiş, həmçinin iddia müddətini buraxması barədə məhkəməyə heç bir mötəbər dəlil və sübutlar təqdim etməmişdir.

20. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı məhkəməyə sübut qismində xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək dövrdə ayrı-ayrı vaxtlarda müxtəlif vəzifəli şəxslərə ünvanlanmış məktublara dair poçt qəbzlərinin surətlərini təqdim etməklə kifayətlənərək, həmin müraciətlərin məzmununu müəyyənləşdirməyə imkan verən hər hansı sübutları təqdim etməmişdir.

21. Məhkəmə hesab etmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti X8 Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə İddiaçı işə bərpa ilə əlaqədar şəgötürənə və ya məhkəməyə müraciət etməsi tövsiyə edilməsi, bundan yalnız 45 gün sonra mediasiya təşkilatına müraciət etməsi, mediasiya barədə arayışı aldığı tarixdən də 26 gün sonra məhkəməyə müraciət etməsi artıq iddiaçı tərəfindən iddia müddətinin ötürülməsini aydın ifadə edir.

22. Məhkəmə mülki işin yuxarıda qeyd olunan hallarını nəzərə alaraq və iş üzrə toplanmış sübutlara məcmu halda qiymət verərək hesab etmişdir ki, İddiaçı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddiası rədd edilməlidir.

23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-1.1, 10- 1.2, 42-ci maddələrinə, 70-ci maddəsinin «e» bəndinə, 296-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1, 375.2-ci maddələrinə, «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 35.1 və 35.2-ci maddələrinə, «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli, «Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 oktyabr 2023-cü il tarixli və «Azərbaycan Respublikası Konstitusiyasının 35 və 73-cü maddələri baxımından Azərbaycan Respublikası Əmək Məcəlləsinin 175-ci maddəsinin 4-cü hissəsinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 102.1.4-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 aprel 2024-cü il tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

24. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.

25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2025-cil tarixli, 2(014)-1860/2025 saylı qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

26. Belə ki, ilk öncə qeyd edir ki, işə baxanbirinci instansiya məhkəməsi hazırkı işə baxarkən aidiyyat qaydalarını kobud şəkildə pozmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir.

27. Göründüyü kimi o, ilk öncə Cavabdeh1 X8 Mədəniyyət İdarəsinə qarşı iddia qaldırsa da daha sonra o, ərizə ilə məhkəməyə müraciət edərək iş üzrə əsl olmayan cavabdehin əsl cavabdehlə, yəni Cavabdeh2 ilə əvəz edilməsini xahiş etmişdir və Cavabdeh1 X8 Mədəniyyət İdarəsi əsl Cavabdeh2 ilə əvəz edilmişdir və buna görə də bundan sonra hazırkı mülki iş aidiyyatı üzrə Ucar Rayon Məhkəməsinə göndərilməli idi. Lakin işə baxan birinci instansiya məhkəməsi hazırkı mülki işi aidiyyatı üzrə Ucar Rayon Məhkəməsinə göndərilməli olsada bunu etməmiş və özü baxmışdır.

28. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia müddəti tətbiq edilərkən iddia müddətinin başlama anı və onun bitmə tarixi, həmçinin iddia müddətinin dayandırılmalı olduğu hallar müəyyən edilməlidir. Lakin işə baxan birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1, 379.1.6- cı maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinin tələblərini kobud şəkildə pozmuşdur.

29. Belə ki, qanunvericiliyin tələbinə əsasən iddia müddətinin tətbiq edilməsi üçün iddia müddətinin nə zaman başlanmasını müəyyən etmək lazımdır. Lakin iş materiallarında ona iddia tələbində mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli əmrin və ona məxsus əmək kitabçasının təqdim edilməsi barədə heç bir sübut yoxdur. Deməli, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddənin 2-ci bəndində nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin axımı hal-hazıradək başlamamışdır.

30. Halbu ki, işə baxan birinci instansiya məhkəməsinin iddia müddətinin ötürüldüyü barədə mövqeyi cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş saxta xx.xx.2024-cü il tarixli akta, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli bildirişlərə və poçt qəbzlərinə istinad etsə də onlar mötəbər sübut kimi qəbul edilə bilməz.

31. Belə ki, işdə olan xx.xx.2024-cü il tarixli saxta aktda qeyd edilmişdir ki, əmək müqaviləsinə xitam verilməsi barədə İddiaçı xx.xx.2024-cü il tarixdə rəsmi məlumat verilərkən məktəbin direktoru Cavabdeh3 tərəfindən ona əmək kitabçasının və əmrin surətini götürməsi təklif olunsa da İddiaçı ondan imtina etmişdir. Halbu ki, həmin akt cavabdeh tərəfindən tərtib edilən və onun tabeliyində işləyən, ondan birbaşa asılı olan şəxslər tərəfindən imzalanan saxta aktdır və cavabdeh istənilən zaman istədiyi məzmunda belə saxta aktlar tərtib edilər bilər. İşə baxan birinci instansiya məhkəməsi həmin aktın həqiqiliyini araşdırmamış, aktda imzaları olan şəxsləri məhkəməyə dəvət edərək dindirməmişdir.

32. Həminin bildirişlər və poçt qəbzləri də saxtadır və həmin əmrin alınması barədə heç bir rəsmi poçt qəbzində onun imzası ola bilməz. Əgər həmin əmr poçt vasitsi ilə ona təqdim edilmişdisə onda məhkəməyə onun həqiqi imzası olan poçt xəbərnaməsi məhkəməyə təqdim edilərdi. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən müvafiq əmrin və əmək kitabçasının ona təqdim edilib edilməməsi ilə bağlı heç bir sübut əldə edilməməsinə baxmayaraq formal olaraq iddia müddətinin ötürülməsi nəticəsinə gəlmişdir.

33. İşə baxan birinci instansiya məhkəməsi onun konstitusion hüquqları olan insan və vətəndaş hüquqlarını qorumamış və bunları pozaraq qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, işə baxan birinci instansiya məhkəməsinin qanunsuz və əsassız qətnaməsi nəticəsində onun əmək hüquqların kobud şəkildə pozulmuşdur.

34. Göründüyü kimi birinci instansiya məhkəməsi işə qanunamüvafiq baxmamış, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. İşin faktiki hallarından da göründüyü kimi cavabdeh tərəfindən Əmək Məcəlləsinin 83-cü maddəsinin tələbləri pozulmuş və əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri və əmək kitabçası ona təqdim edilməmişdir.

35. Qətnamədən görünür ki, məhkəmənin gəldiyi nəticə faktlara deyil, birinci instansiya məhkəməsinin formal mülahizələrinə əsaslanır. Belə ki, göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3cü maddələrinin tələblərini kobud şəkildə pozmuşdur.

36. Mülki prosessual qanunvericilik mülki prosesdə sübut etmə vəzifəsini tərəflərin üzərinə qoymuşdur. Lakin cavabdeh qeyd edilən əmrin və əmək kitabçasının ona təqdim edilməsi barədə qeyd edilənləri sübut edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Hazırki halda sübutetmə vəzifəsi iddiaçının üzərinə düşsə də, o, öz iddia tələbinisübuta yetirə bilməmişdir. Nəticə etibari ilə birinci instansiya tərəfindən Mülki prosessual Məcəllənin 14.1-ci, 77.1-ci, 81-ci və 88-ci maddələri kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslı deyil. Göründüyü kimi birinci instansiya məhkəməsi tərəfindən MPM-nin 217-ci maddəsinin tələbləri kobud şəkildə pozulmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən göstərilənnəticə işin hallarına uyğun gəlmir.

37. İşə baxan birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi və prosesual normaları kobud şəkildə pozmuşdur. Maddi və prosessual normalrın kobud şəkildə pozulması ilə qəbul edilmiş qətnamə isə qanuni və əsaslı ola bilməz.

38. Odur ki, Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2(014)-1860/2025 saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

39. Cavabdeh2 direktoru apellyasiya şikayətinə qarşı yazılı etirazında İddiaçı Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2(014)-1860/2025 nömrəli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətini təmin etməyərək, barəsində şikayət verilmiş məhkəmə qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

40. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

41. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili Vəkil apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2(014)-1860/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbule dilməsini xahiş etmişdir.

42. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmuş Cavabdeh2 nümayəndəsi səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq

43. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 2-ci maddəsinin 3-cü hissəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 10-1.1-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. 10-1.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. 10-1.7-ci maddəsinə əsasən Bu Məcəllənin 10-1.2-ci və ya 10-1.3-cü maddələrinə əsasən çalışma müddətinin uzadılması işəgötürənin əmri (qərarı, sərəncamı) ilə rəsmiləşdirilir. Bu halda, işçinin əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verilməsinə və uzadılan müddətə müddətli əmək müqaviləsinin bağlanılmasına yol verilmir. 12-ci maddəsinin 1-ci bəndinin, “b” yarımbəndində həmin Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin vəzifəsi kimi nəzərdə tutulmuşdur. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinin e) bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda bu əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə əsasdır. 83-cü maddəsinin 1-ci hissəsinə əsasən Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 294-cü maddəsinin 1-ci hissəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

44. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir.

45. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri

46. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

48. Apellyator Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2(014)-1860/2025 nömrəli qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni həll edərkən qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, prosessual hüquq normalarının tələbləri pozulmuş, nəticədə düzgün və əsaslı qətnamə çıxarılmamışdır.

50. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

51. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, xx xxxxxxxx 1959-cu ildə anadan olmuş İddiaçı 01 sentyabr 2004-cü ildən Ucar rayon Uşaq İncəsənət Məktəbində müəllim vəzifəsində işləmiş, 02 sentyabr 2024-cü ildə isə onun 65 yaşı tamam olmuşdur. xx.xx.2024-cü il tarixdə 65 yaşının tamam olması, yəni dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi olaraq çalışmanın yaş həddinə çatmasına baxmayaraq, İddiaçı çalışma müddəti Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il tarixdən 3 ay müddətinədək uzadılmışdır. Lakin Cavabdeh2 direktorunun xx.xx.2024-cü il tarixli, 80 nömrəli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «e» bəndinə əsasən (dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdığına görə) xitam verilmişdir.

52. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin İddiaçı Cavabdeh2nə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddiasının təmin edilməməsinə dair gəldiyi nəticə ilə razılaşsa da hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

53. Şikayətin dəlilləri tərəfin qətnaməni mübahisələndirdiyi hissəsi ilə bağlı dəlillərdə özünü biruzə verir. Qətnamə tamamilə mübahisələndirildiyi halda şikayətin dəlilləri onun bütün hissələrinin əsassızlığı ilə bağlı, hissəvi mübahisələndirildikdə isə məhz həmin hissəsinin əsassızlığı ilə bağlı olmalıdır. Bu dəlillər şikayətin obyektini müəyyən edir.

54. Apellyasiya instansiyası məhkəməsi qanunçuluğun maraqlarına uyğun olaraq şikayətin dəlillərindən kənara çıxa bilər.

55. Qanunçuluğun maraqları dedikdə baxılan iş üzrə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunması başa düşülməlidir.

56. MPM-in 2.2-ci maddəsinə görə mülki mühakimə icraatının əsas vəzifələrindən biri qanunçuluğun bərqərar edilməsidir. Baxılan iş üzrə Azərbaycan Respublikası Konstitusiyasının müddəalarının, qanunlarının və digər normativ-hüquqi aktlarının düzgün tətbiqinin təmin olunması məhkəmənin vəzifəsidir (MPM-in 2.1-ci maddəsi).

57. Bu vəzifənin məhkəmə tərəfindən yerinə yetirilməsi işdə iştirak edən şəxsin apellyasiya şikayətində əks olunan mövqeyindən asılı ola bilməz. Hüququn tətbiqinə məhkəmə bilavasitə cavabdehlik daşıdığından tərəflərin hüquqi mövqeyi hakim üçün heç bir halda məcburi deyil.

58. Məhz buna görə də qanunverici MPM-in 372.7-ci maddəsində müəyyən etmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlamalıdır.

59. MPM-in 385-387-ci maddələrində birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslar nəzərdə tutulmuş və bu əsaslar sırasında maddi və ya prosessual hüquq normalarının pozulması və yaxud düzgün tətbiq edilməməsi də təsbit olunmuşdur.

60. Hüquqi qiymətləndirmə zamanı “iura novit curia” müddəasına əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyindən asılı deyil və qətnaməni apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər.

61. MPM-in 386-cı maddəsinə əsasən maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

62. MPM-in 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

63. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti qismən əsaslı, iddia tələbi isə əsassızdır.

64. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinin tələblərini pozması, formal olaraq iddia müddətinin ötürülməsi nəticəsinə gəlməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.

65. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

66. İşdə olan AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxxxxxx 1959-cu ildə anadan olmuşdur.

67. İşdə olan Cavabdeh2 direktoru Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 46 nömrəli əmrdən çıxarışdan görünür ki, İddiaçı məktəbin xanəndə müəllimi, xx.xx.2024-cü il tarixdə 65 yaşı tamam olduğunu nəzərə alaraq Əmək Məcəlləsinin 10.1.2-ci maddəsinə əsasən onun çalışmasının müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3 ay müddətinə uzadılmışdır.

68. İşdə olan Cavabdeh2 direktoru Cavabdeh3 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 80 nömrəli «əmək müqaviləsinə xitam verilməsi barədə» əmrdən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «e» bəndinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatması ilə əlaqədar xitam verilmiş, İddiaçı xx.xx.2019-cu il tarixdən xx.xx.2024-cü il tarixədək istifadə edilməmiş 14 gün məzuniyyət günün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə şöbəsinə/departamentinə həvalə edilmişdir.

69. Kollegiya qeyd edir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə çalışmanın son yaş həddinə çatmasına baxmayaraq, cavabdeh məktəbin əmri ilə onun çalışmasının müddəti xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək 3 ay müddətinə uzadılmışdır.

70. Əmək Məcəlləsinin 10-1.2-ci maddəsinin tələbindən də göründüyü kimi dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər.

71. Yəni müəssisənin 65 yaşına çatmış işçisi ilə əmək münasibətlərinin davam etdirilməsi işəgötürənin vəzifəsi deyil, hüququdur.

72. Kollegiya qeyd etməyi vacib hesab edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 8 may 2008-ci il tarixli Qərarında hüquqi mövqeyi aşağıdakı kimi olmuşdur; İddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

73. Göründüyü kimi əgər iddia tələbi əsassızdırsa, iddia tələbi iddia müddəti tətbiq edilməklə deyil, tələbin əsassızlığına görə rədd edilməlidir. Əgər iddia tələbi əsaslıdırsa və iddiaçı iddia müddətini ötürübsə, onda iddia müddətinin tətbiq edilməsi mümkündür.

74. Beləliklə iddia tələbinin özü-özlüyündə əsassız olduğu, yəni iddiaçının işdən azad edilməsi barədə xx.xx.2024-cü il tarixli, 80 nömrəli əmrin ləğvi, iddiaçının işə bərpa olunması üçün əsasların olmadığı müəyyən edildiyi halda, birinci instansiya məhkəməsi iddia tələbinə iddia müddətini tətbiq etməklə maddi və prosessual hüquq normalarının tələblərini diqqətə almamışdır.

75. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin və əmək kitabçasının ona təqdim edilməməsi, iş materiallarında ona iddia tələbində mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli əmrin və ona məxsus əmək kitabçasının təqdim edilməsi barədə heç bir sübutun olmaması, Əmək Məcəlləsinin 296-cı maddənin 2-ci bəndində nəzərdə tutulmuş 1 aylıq iddia müddətinin axımının hal-hazıradək başlamaması, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli aktın, xx.xx.2025 və xx.xx.2025-ci il tarixli bildirişlərin, poçt qəbzlərinin mötəbər sübut kimi qəbul edilə bilməmələri, işə baxan birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli aktın həqiqiliyini araşdırmaması, aktda imzaları olan şəxsləri məhkəməyə dəvət edərək dindirməməsi, birinci instansiya məhkəməsi tərəfindən müvafiq əmrin və əmək kitabçasının ona təqdim edilib edilməməsi ilə bağlı heç bir sübut əldə etməməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, iddia tələbinin özü-özlüyündə əsassız olması müəyyən edildiyi halda iddia müddətinin tətbiqinin qanuniliyi məsələsinə dair həmin dəlillərin müzakirəsinə zərurət qalmamışdır.

76. Məhkəmə kollegiyası apellyasiya şikayətinin işə baxan birinci instansiya məhkəməsinin hazırkı işə baxarkən aidiyyat qaydalarını kobud şəkildə pozması, Cavabdeh1 X8 Mədəniyyət İdarəsi əsl Cavabdeh2 ilə əvəz edildiyinə görə bundan sonra hazırkı mülki işin aidiyyatı üzrə Ucar Rayon Məhkəməsinə göndərilməli olmasına dair dəlillərini əsaslı hesab etməyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.

77. Hazırkı iş üzrə 10 sentyabr 2025-ci il tarixdə Ağdaş Rayon Məhkəməsinə daxil olmuş iddia ərizəsindən görünür ki, İddiaçı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddiasını məhz Cavabdeh1 X8 Mədəniyyət İdarəsinə qarşı qaldırmışdır. Hansı ki, həmin təşkilatın ünvanı Ağdaş şəhəri H.Əliyev prospekti 72-dir.

78. İddiaçı cavabdehin əsl cavabdehlə əvəz edilməsinə dair ərizəsi isə 16 oktyabr 2025-ci il tarixdə, yəni 2-ci məhkəmə hazırlıq iclasında birinci instansiya məhkəməsinə təqdim edilmiş və həmin tarixdə keçirilən məhkəmə iclasında ərizə müzakirə edilərək, cavabdehin əsl cavabdeh olan Cavabdeh2 ilə əvəz edilməsi qərara alınmışdır.

79. Bu baxımdan birinci instansiya məhkəməsində hazırkı mübahisəyə baxılarkən ərazi aidiyyəti qaydalarının pozulması halına yol verilməmişdir.

80. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

81. Şərh edilənlərə əsasən məhkəmə kollegiyаsı hesаb edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2(014)-1860/2025 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, İddiaçı Cavabdeh2nə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddiası rədd edilməlidir.

82. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdaş Rayon Məhkəməsinin 07 noyabr 2025-ci il tarixli, 2(014)-1860/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh2nə qarşı «əmrin ləğvi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar