Məhkəmə qərarları › İş №2(3-8)-1029/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-8)-1029/2026

20.08.2026 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № 2(3-8)-1029/2026 20.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadından iddiaçı iddiaçı2 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dаir iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət edərək, iddiaçılar iddiaçı2 və iddiaçı1 Abşeron rayonu, Xırdalan şəhəri, "Abşeron Siti", bina 240A, mənzil 19-da yerləşən yaşayış evinə köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq bildirmişdir ki, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 240A ünvanında yerləşən yaşayış binasının ** saylı mənzilinin yaşayış sahəsi onun və iddiaçı iddiaçı2 arasında paylı mülkiyyət hüququ əsasında bölünmüşdür. Həmin yaşayış sahəsinin 1/2 hissəsi ona, 1/2 hissəsi isə iddiaçıya məxsusdur. İddiaçılar Abşeron Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək həmin yaşayış sahəsinə köçrülmə tələb ediblər. Həmin iş məhkəmənin icraatındadır. Bununla yanaşı, Abşeron Rayon Məhkəməsinin icraatında olan e-*(*-***)-****/**** saylı mülki iş üzrə onun iddia ərizəsinə baxılır. Həmin iddia ərizəsində iddiaçı iddiaçı2 sözügedən mənzil üzərindəki payına görə ona kompensasiya ödənilməklə mülkiyyət hüququna xitam verilməsi tələb olunur. Hazırkı köçürülmə tələbi ilə bağlı işin nəticəsi bilavasitə həmin mülki iş üzrə qəbul ediləcək məhkəmə aktından asılıdır. Belə ki, kompensasiya ödənilməklə iddiaçının payına xitam verilməsi barədə tələb təmin edilərsə, bu hal hazırkı iş üzrə tərəflərin hüquq və vəzifələrinə, eləcə də mübahisənin predmetinə birbaşa təsir göstərəcəkdir. Eyni zamanda bildirir ki, o, iki azyaşlı övladıyla birlikdə mübahisəli bir otaqlı mənzildə yaşayır və başqa yaşayış sahəsi yoxdur. Bu səbəbdən hesab edir ki, hazırkı iş üzrə düzgün qərar qəbul edilməsi üçün əvvəlcə qeyd olunan mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilməlidir. Mülki Prosessual Məcəllənin (MPM) 254.1.4-cü maddəsinə (Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa) əsasən iş üzrə icraatı dayandırmaqdır. Abşeron Rayon Məhkəməsinin icraatında olan hazırkı mülki iş üzrə icraatın, e-2(5-105)- ****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin icraatında olan iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair *(*-***)-****/**** saylı mülki iş üzrə icraat, Abşeron Rayon Məhkəməsinin icraatında olan (hakim Məlahət Abbasova) 2(5-105)- ****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək dayandırılması qərara alınmışdır. Hazırda iddiaçı iddiaçı2 tərəfindən Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından şikayət verilərək qərardadın ləğv olunması xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, çıxarılmış qərardadı tamamilə əsassız hesab edir. Belə ki, məhkəmə öz qərardadında əsaslanmışdır ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan (hakim Məlahət Abbasova) *(*-***)-****/**** saylı mülki iş üzrə iddiaçı Cavabdeh cavabdeh iddiaçı2 qarşı kompensasiya verilməklə mənzilə pay hüququna xitam verilməsi və mənzil üzərində mülkiyyət hüququnun verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə mülki iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, Abşeron Rayon Məhkəməsinin icraatında olan (hakim Məlahət Abbasova) *(*-***)- ****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, Abşeron Rayon Məhkəməsinin icraatında olan iddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdeh Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair *(*-***)-****/**** saylı mülki işə baxılması qeyri-mümkün olduğundan, Abşeron Rayon Məhkəməsinin icraatında olan (hakim Məlahət Abbasova) *(*- ***)-****/**** saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək, hazırki iş üzrə icraat dayandırılmalıdır. Hazırda mübahisə olan məsələyə daha əvvəl baxılmış və iş üzrə Gəncə Apellyasiya Məhkəməsi tərəfindən yekun məhkəmə aktı çıxarılaraq mübahisəyə münasibət bildirilmişdir. Belə olan halda, hazırki iş üzrə icraaatın dayandırılmasına heç bir qanuni əsas yoxdur. Məhkəmə isə bu faktları araşdırmadan əsassız qərardad qəbul etmişdir. Belə ki, iddiaçı iddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi mülkiyyətdə olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ***A saylı, yaşayış binasında yerləşən 1 otaqdan ibarət ** saylı mənzilə olan paylarının naturada ayrılması, payın naturada ayrılması mümkün olmadıqda isə, cavabdehin razılığı alınmaqla 10 min manat kompensasiya verilməklə, cavabdehin Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ***A saylı, yaşayış binasında yerləşən 1 otaqdan ibarət ** saylı mənzilə mülkiyyət hüququna xitam verilməsi, cavabdehin buna razılığı olmazsa, tərəflərin ümumi mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ***A saylı, yaşayış binasında yerlşən 1 otaqdan ibarət ** saylı mənzilin açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağstafa Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Natiq Abbasov) iddianın qismən təmin edilməsi, Dünyamalıyeva (Novruzova) Mehparə Tofiq qızının və iddiaçı2 ümumi paylı mülkiyyətində olan Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Abşeron Siti”, ***A saylı evin ** saylı mənzil açıq hərracdan satılması və satış pulu ümumi mülkiyyətin mülkiyyətçiləri olan Dünyamalıyeva (Novruzova) Mehparə Tofiq qızının ½ hissədə və iddiaçı2 ½ hissədə paylarına mütənasib sürətdə bölüşdürülməsi, Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, “Abşeron Siti”, ***A saylı evin ** saylı mənzil açıq hərracdan satıldıqdan, satış pulu ümumi mülkiyyətin mülkiyyətçilərin arasında bölündükdən sonra Dünyamalıyeva (Novruzova) Mehparə Tofiq qızının və iddiaçı2 həmin mənzilə dair ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi, iddiaçı iddiaçı2 və cavabdeh Dünyamalıyeva (Novruzova) Mehparə Tofiq qızından müştərək qaydada 100 (bir yüz) manat məbləğində ekspert tədqiqatının dəyərinin tutulması, Dövlət büdcəsinin Az.MEM, VÖİN 1700326621, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ01360100000000003944, S.W.İ.F.T. Bik CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ**CTRE******************** saylı hesabına ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Ağstafa Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2026cı il tarixli qətnaməsindən cavabdeh X1 apellyasiya şikayəti verərək, Ağstafa rayon Məhkəməsi e-*(***)-***/**** saylı, ##.##.2026 ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.Gəncə Apellyasiya Məhkəməsinin *(*-*)-***/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsi ilə Ağstafa Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən cavabdeh X1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Ağstafa Rayon Məhkəməsinin e- *(***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsi qət edilmişdir. İddia tələbi təmin edilməmişdir.Göründüyü kimi, hazırki mübahisə predmeti üzrə artıq qüvvəyə minmiş məhkəmə aktı mövcuddur. Bu səbəblə də çıxarılmış qərardad qanunsuz və əsassızdır. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin *(*-***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı iddiaçı2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Məhəmməd Eminbəyli). Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin olunmalı, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməlidir. Belə ki, iş materiallarında olan Abşeron Rayon Məhkəməsinin icraatında olan (hakim Məlahət Abbasova) *(*-***)-****/**** saylı mülki iş üzrə iddiaçı Cavabdeh cavabdeh iddiaçı2 qarşı kompensasiya verilməklə mənzilə pay hüququna xitam verilməsi və mənzil üzərində mülkiyyət hüququnun verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 254.1.4-cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa məhkəmə iş üzrə icraatı dayandırmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004-cü il tarixli qərarında qeyd edilmişdir ki, Qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin üzərinə iş üzrə icraatı dayandırmaq vəzifəsi qoyan (MPM-nin 254-cü maddəsi) və məhkəməyə belə hüququ verən (MPM-nin 255-ci maddəsi) konkret hallar müəyyən edərək, icraatın dayandırılması hallarını məcburi və qeyri-məcburi növlərə ayırır. İcraatın dayandırılmasının məcburi hallarından biri Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulan Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə işin baxılmasının mümkün olmamasıdır.Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması ümumiyyətlə mümkün olmasın. İş üzrə icraatın dayandırılması - məhkəmə və ya inzibati orqan tərəfindən işə baxılmasının qeyri-mümkünlüyünün müəyyən edildiyi halda işin icraatının dayandırılması üçün başqa iş üzrə preyudisial əhəmiyyət kəsb edən faktların müəyyən edilməsidir. Hazırkı işin hallarına əsasən də kollegiya qeyd edir ki, MPM-in 254.1.4-cü maddəsinin tətbiqi üçün sadəcə iki mülki iş arasında qarşılıqlı əlaqənin mövcud olması kifayət etmir. İş üzrə icraatın dayandırılması yalnız o halda mümkündür ki, başqa iş üzrə müəyyən edilməli olan preyudisial əhəmiyyətli hallar həll edilmədən baxılan iş üzrə mübahisənin mahiyyəti üzrə qərar qəbul edilməsi obyektiv olaraq mümkün olmasın. Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə görə də belə asılılıq mübahisəli hüquq münasibətinin hüdudlarından kənarda olan məsələnin həllini zəruri etməli və həmin məsələ həll olunmadan işə baxılmasını ümumiyyətlə qeyri-mümkün etməlidir. İş materiallarından görünür ki, mübahisəli mənzil cavabdeh Cavabdeh və iddiaçı iddiaçı2 hər birinə 1/2 hissədə olmaqla ümumi paylı mülkiyyət hüququ əsasında məxsusdur. Hazırkı iş üzrə iddia tələbi iddiaçıların həmin mənzilə köçürülməsinə dair olduğu halda, *(*- ***)-****/**** saylı digər mülki iş üzrə tələb iddiaçı2 mənzildəki payına kompensasiya verilməklə onun mülkiyyət hüququna xitam verilməsi və həmin payın cavabdehin mülkiyyətinə keçirilməsi ilə bağlıdır. Kollegiya hesab edir ki, digər iş üzrə belə tələbin məhkəmənin icraatında olması özlüyündə hazırkı işə baxılmasını qeyri-mümkün etmir. Belə ki, iddiaçı iddiaçı2 mübahisəli mənzil üzərində 1/2 paya mülkiyyət hüququna hazırda qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə xitam verilməmişdir. Digər iş üzrə iddianın qaldırılması faktı isə özlüyündə həmin iddianın əsaslı olması və gələcəkdə təmin ediləcəyi anlamına gəlmir. Beləliklə, birinci instansiya məhkəməsi digər iş üzrə hansı konkret faktın preyudisial əhəmiyyət daşıdığını və həmin fakt müəyyən edilmədən hazırkı köçürülmə tələbinə baxılmasının hansı səbəbdən mümkün olmadığını əsaslandırmamış, yalnız işlər arasında əlaqənin və digər iddianın mövcudluğuna istinad etməklə icraatın dayandırılması nəticəsinə gəlmişdir.Buna görə qərardad ləğv edilməklə cvabdehin ərizəsi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397.2, 398.0.3, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: İddiaçı iddiaçı2 tərəfindən verilmiş şikayət təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Cavabdeh Cavabdeh ərizəsi təmin edilməsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar