Məhkəmə qərarları › İş №2(3-10)-6/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-6/2026

02.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-6/2026 02.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər Ağdam rayonu 142 №li Tam Orta Ümumtəhsil Məktəb və cavabdeh1 qarşı “işə bərpa və ödənilməmiş əmək haqqı” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “işə bərpa və ödənilməmiş əmək haqqı” tələbi, rədd) Hakimlər X6 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdehlər Ağdam rayonu 142 №li Tam Orta Ümumtəhsil Məktəb və cavabdeh1 qarşı “işə bərpa və ödənilməmiş əmək haqqı” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. Iddiaçı İddiaçı cavabdehlər Ağdam rayonu 142 №li Tam Orta Məktəb və cavabdeh1 qarşı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Ağdam rayon 142 nömrəIi Tam Orta ümumtəhsil Məktəbinin onun barəsində verilmiş AR Əmək Məcəlləsinin 70ci maddəsinin "c" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair ##.##.2025-ci il tarixli, ** nömrəli əmrin ləğv edilməsi onun yəni İddiaçı Ağdam rayonu 142 №li Tam Orta Ümumtəhsil Məktəbinə riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməsi və işə bərpa olunan günədək məcburi işburaxmaya görə hər ay üçün 1 stavka (18 saat) əmək haqqı olan 785 manat aylıq əmək haqqı cavabdehlərdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

2. Iddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, uzun illərdir ki, pedaqoji fəaliyyətlə məşğul olmuşdur. Ixtisası isə riyaziyyat müəllimidir. Ağdam rayon 142 nömrəIi tam orta ümumtəhsil məktəbinin ##.##.2004-cü il tarixli, *** nömrəli əmri ilə həmin məktəbə riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. ##.##.2025-ci il tarixədək həmin məktəbdə ixtisası üzrə müəllim kimi fəaliyyət göstərmişdir. Işlədiyi müddət ərzində heç bir intizam tənbehi almamışdır. Ailə vəziyyəti ilə əlaqədar olaraq bildirir ki, ailidir 3 uşağı var, 2018-ci il tarixdə doğulmuş uşağı X1 anadangəlmə Daun Sindromlu xəstə olmaqla 2-ci qrup əlildir. 0, anadan olduğu gündən hazırki vaxta kimi iddiaçının himayəsində olmaqla ona iddiaçı qulluq edir. ## #### 2025-ci il tarixdə keçirilmiş müəllimlərin sertifikasiya imtahanında iştirak etmiş və himayəsində 2-ci qrup əlil olan yetkinlik yaşına çatmayan uşağına qulluq etməyi ilə əlaqədar olaraq imtahana hazırlaşa bilməmiş və nəticədə imtahanda yetərli bal toplaya bilməmişdir. Bu barədə işəgötürən olan hazırki iş üzrə cavabdeh Ağdam rayonu 142 №li Tam Orta Ümumtəhsil Məktəbinin rəhbərliyinə məlumat verməyinə baxmayaraq ailə vəziyyətini, öhdəliyində 1-ci qrup əlilin olmasina baxrnayaraq iddiaçının bağladığı əmək müqaviləsinə xitam vermişdir. Həmin əmrlə tanış olduqdan sonra iddiaçıya məlum oldu ki, işəgötürən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndi ilə, yəni peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əsası ilə xitam vermişdir. Həmin əmr qanunsuz və əsassız olduğundan ləğv edilməIi, iddiaçı həmin vəzifəyə işə bərpa olunmalı məcburi işburaxmaya görə iddiaçıya əmək haqqı ödənilməlidir. Həmin əmrin işəgötürən tərəfindən ləğv edilməklə iddiaçının yenidən işə bərpa etməyini işəgötürəndən xahiş etdikdə isə o əmrini dəyişməyəcəyini, sertifikasiyadan keçmədiyini əsas gətirməklə öhdəliyində olan 2-ci qrup əlil olan yetkinlik yaşına çatmayan uşağının olmasının da ona heç bir aidiyyətinin olmadığını bildirməklə onun verdiyi əmrin də qanunvericiliyin tələbinə tam uyğun olduğunu qeyd etmişdir. Belə olan halda sözügedən əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqı barədə məhkəməyə ərizə ilə müraciət edir. ##.##.2025-ci il tarixli əmrinə baxılsa, sözügedən maddənin bir neçə tələblərinin məlum olunmadığını və həmin əmrdə bütün məlumatların göstərilmədini görmək mümkündür. Həmin çatışmazlıqlara misal isə aşağıdakıdır: -əmri imzalayan şəxsin atasının adı. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 84-cü maddəsinin tələblərindən də görünür ki, həmin məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər. Belə ki, həmin məlumatlardan biri qeyd olunmamışdır. Bu da, əmrin ləğv edilməsi üçün birbaşa əsasdır. Iddiaçı ilə işəgötürən arasında bağlanılmış əmək müqaviləsinin əsassız olaraq ləğv olunması barədə qəbul edilmiş ##.##.2025-ci il tarixli, ** saylı əmrin qəbul edilməsi iddiaçının hüquqlarının kobud şəkildə pozulmasıdır və buna görə də o hazırki iddia ərizəsi ilə fərdi mübahisələrə baxan orqana- məhkəməyə iddia ərizəsi ilə müraciət edir. Iddiaçı məhkəməyə sözügedən iddia ərizəsi ilə müraciət etməzdən əvvəl "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada ilkin mediasiya sessiyasında iştirak etmiş və həmin arayışı iddia ərizəsinə əlavə etmişdir. ##.##.2025-ci il tarixdə iddiaçı sözügedən əmrdən xəbərdar olub elə həmin tarixdə də əmrin surətini almışdır və ##.##.2025-ci il tarixdə "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinə əsasən Mediasiya prosesinin tətbiqi barədə yazılı formada Ilkin Mediasiya sessiyası üçün ərizənin Mediasiya Təşkilatına göndərmişdir. Mingəçevir * saylı Mediasiya Təşkilatına tərəfindən ##.##.2025-ci il tarixdə də ilkin mediasiya sessiyasından iştirak edilməməsi barədə arayış almışdır. Belə ki, ##.##.2025-ci il tarixli, ** saylı əmri, uşağının 2-ci qrup əliI olması barədə sənədlər, Mediasiya Təşkilatına müraciət ediIməsi barədə poçt qəbzi iIə təsdiq olunur. Odur ki, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Elza Cəbrayılzadə) iddia təmin edilmiş, cavabdeh Ağdam rayonu 142 №li Tam Orta Ümumtəhsil Məktəbinin direktoru iddiaçı İddiaçı verilmiş işdən azad edilməsi barədə ## #### 2025-ci il tarixli ** saylı əmrin ləğv edilməsi, İddiaçı Ağdam rayonu 142 №li Tam Orta Ümumtəhsil Məktəbində riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməsi, cavabdehlər Ağdam rayonu 142 №li Tam Orta Ümumtəhsil Məktəb və cavabdeh1 tərəfindən ## #### 2025-ci il tarixdən işə bərpa olunduğu günə qədər məcburi iş buraxdığı müddət üçün (hər ay üçün 1 stavka (18 saat) əmək haqqı olan 785 manat) əmək haqqının hesablanaraq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2, 70, 79.1-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiyasının 35ci və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddələrinə uyğunluğunun YOXlanılmasına dair ##.##.2024-cü il tarixlu Qərarına istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Işdə olan Mingəçevir * saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ##.##.2025-ci il tarixli, MŞM/MT***/****-***** nömrəli arayışdan görünür ki, Ağdam rayonu 142 №li Tam Orta Ümumtəhsil Məktəbinin nümayəndəsinin mediasiya prosesində iştirak edilməməsi səbəbindən mediasiya prosesi davam etdirilə bilməmişdir. Işdə olan ##.##.2004-cü il tarixli əmək kitabçasından görünür ki, İddiaçı əmək müqaviləsi ilə Ağdam rayonu, 142 №li Tam Orta Ümumtəhsil Məktəbinə ##.##.2004-cü il tarixli, 104№li əmrinə əsasən, riyaziyyat müəllimi təyin olunmuş, ##.##.2025-ci il tarixli, 32 №li əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən, əmək müüqaviləsi ləğv edilmişdir. Işdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən tibbi-sosial ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsindən görünür ki, X2 Q90 daun sindromu.Afgen genetik diaqnoz mərkəzinin ##.##.2023-li Kariotip (XY, XY,+21) analizinin nəticədinə əsasən ikinci dərəcəli əlillik müəyyən edilmişdir. Işdə olan 027 №li Ambulator Kitabçasından çıxarışdan görünür ki, X1 nitq geriliyi ilə müşayiət olunan Daun sindromu diaqnozu qoyulmuşdur. Işdə olan “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, ##.##.2018-ci il tarixdə doğulmuş X2 atası X3, anası İddiaçıdır. Işdə olan * saylı MIS tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, 246 №li arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatsız yaşayır və onun ailə üzvləri-1. əri-X3 2. Oğlu-X5 3. Oğlu- X4 4. Oğlu- X2r. Işdə olan ##.##.2024-cü il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi barədə əmək müqaviləsi bildirişindən görünür ki, ##.##.2022-ci il tarixdən əmək müqaviləsinə müddətsiz olaraq davam etmişdir. Işdə olan ##.##.2025-ci il tarixli, 32 №li əmək müqaviləsinin ləğv edilməsi barədə Ağdam rayonu 142 №li Tam Orta ümumtəhsil məktəbinin direktoru Qızqayıt Abbasovanın əmrindən görünür ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yaralılığının YOXlanılması məqsədilə keçirilən ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşmadan keçmədiyi üçün Ağdam rayonu 142 №li Tam Orta ümumtəhsil Məktəbinin riyaziyyat müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilmiş, İddiaçı ilə qanunvericilikdə müəyyən edilmiş müddətdə son haqq-hesab aparılmışdır. Işdə olan ##.##.2025-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi barədə əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının, peşəsinin kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməsi səbəbindən əmək müqaviləsinə xitam verilmişdir.

6. Qətnamədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti vermişdir.

Apellyasiya şikayətinin dəlilləri

7. Apellyаsiyа şikаyəti onunla əsaslandırılmışdır ki, Birinci instansiya məhkəməsi qətnaməsini qanuni və əsaslı şəkildə qəbul etməmişdir. Qətnamə faktiki hallara və tərəflərin qarşılıqlımünasibətlərinə uyğun əsaslandırılmamış, iş üzrə təqdim edilmiş sübutların qiymətləndirilməsi tam həyata keçirilməmişdir. Əmək müqaviləsinə hansı əsasla xitam verilməsinin düzgünlüyü araşdırılmamışdır. Bu, faktiki araşdırma aparılmadan qəbul edilmiş bir qərara səbəb olmuşdur . Belə ki, öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin sertifikatlaşdırmada iştirakı və sertifikatlaşdırmanın nəticələrinə əsasən əmək müqaviləsinin ləğv edilməsi ilə onun öhdəsində əlilliyi olan uşağın olması və ya əlilliyi müəyyən edilmiş digər ailə üzvünün olması arasında səbəbli əlaqə mövcud deyil. Azərbaycan Respublikası Ali Məhkəməsinin qeyd edilən qərarından göründüyü kimi bu halda Əmək Məcəlləsinin 79-cu maddəsinin tətbiq edilməsi işəgötürənin hüquqlarının əhəmiyyətli dərəcə pozulmasına və işçinin hüquqdan sui-istifadəsinə şərait yaratmış olur. Bu, faktiki araşdırma aparılmadan qəbul edilmiş bir qərara səbəb olmuşdur. Bu halı məhkəmə nəzərə almayaraq, qətnamədə yanlış nəticəyə gəlmişdir. Məhkəmə əmək müqaviləsinin ləğv edilməsinin hüquqi əsaslarını və prosedurlarını da düzgün qiymətləndirməmişdir. Əmək Məcəlləsinin 67-2-ci maddəsinə uyğun olaraq “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin plenumunun qərarına əsasən Əmək Məcəlləsinin 79-cu maddəsi təhsilverənin peşə hazırlığı və yararlılığı ilə bağlı məsələlərdə işəgötürənin hüquqlarını məhdudlaşdırmır. Iddiaçının himayəsində yetkinlik yaşına çatmayan Daun sindromlu anadangəlmə ikinci qrup əlil uşağı vardır. Iddiaçının əmək müqaviləsinə xitam verilməsi ilə himayəsində 2-ci qrup əlil övladlarının olması arasında səbəbli əlaqə YOXdur. Bu səbəbdən qətnamədə yanlış nəticəyə gəlinmişdir.

8. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər kollegiyanın iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh cavabdeh1 nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunmasını Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə 65 (bənd 1). Işçilərin peşəkarlıq səviyyəsinin YOXlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Maddə 65. (bənd 5). Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Maddə 68 (bənd 1). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 68 (bənd 2). a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar əmək müqaviləsinə xitam verilməsinin əsaslarıdır. Maddə 70. (bənd c). Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə onunla əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 70. Qeyd: Bu maddənin “c” bəndində “səlahiyyətli orqan” dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) başa düşülməlidir. Işçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir. Maddə 71 (hissə 3). Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 83 (hissə 1). Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Maddə 83. (hissə 2). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 186 (hissə 1). Işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Maddə 192. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 194. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 300.1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

14. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 36-2.1. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlər 5 (beş) ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən sertifikatlaşdırmadan keçirlər. Maddə 36-2.2. Dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Maddə 36-2.3.Aşağıdakı şəxslər sertifikatlaşdırmadan keçmirlər: 36-2.3.1. hamilə qadınlar; 3 6-2.3.2. uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra 1 (bir) ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər); 36-2.3.3. ilk dəfə işə qəbul olunanlar, 3 (üç) il müddətində; 36-2.3.4. azı üç dəfə sertifikatlaşdırmadan keçmiş şəxslər. 36-2.3-1. 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Maddə 36-2.4. Sertifikatlaşdırmadan keçən şəxslərə 5 (beş) il müddətində dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ verilir. Maddə 36-2.5.Səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar. Maddə 36-2.6. Təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 76.3-ci maddəsinə əsasən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi YOXdur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı YOXlanılmalı və qiymətləndirilməlidir. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam YOXlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini YOXlayır. 384.0.2-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam YOXlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini YOXlayır.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə YOXladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi YOXladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə YOXlanılmalıdır.

20. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

21. Cavabdeh cavabdeh1 Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verdiyindən və qətnamənin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam YOXlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

22. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, birinci instansiyası məhkəməsi cavabdeh Ağdam rayonu 142 №li tam orta ümumtəhsil məktəbinin direktorunun əmrin ləğv edilməsi, iddiaçının məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı ödənilməklə Ağdam rayonu 142 №li tam orta ümumtəhsil məktəbininə riyaziyyət müəllimi vəzifəsinə işə bərpa etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.

23. Belə ki, işin məhkəmə tərəfindən müəyyən olunmuş mübahisəsiz hallarına görə, iddiaçı Ağdam rayonu 142 nömrəIi tam orta ümumtəhsil məktəbinin ##.##.2004-cü il tarixli, *** nömrəli əmri ilə həmin məktəbə riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. ##.##.2025-ci il tarixədək həmin məktəbdə ixtisası üzrə müəllim kimi fəaliyyət göstərmişdir.

24. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-2-ci maddəsinə görə Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsil verənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının YOXlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Qanunda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər.

25. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il ## ##### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma qaydası”na uyğun olaraq, artıq 2022-ci ildən etibarən Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyəsinin və peşə yararlılığının YOXlanılması prosesinə başlanılmışdır.

26. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsil verənlərin sertifikatlaşdırma Qaydası” haqqında ## ##### 2020-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5.2-ci bəndində göstərilir ki, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslər 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququna malikdirlər. Təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

27. Baxılan iş üzrə iddiaçı təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yaralılığının YOXlanılması məqsədilə ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşma imtahanında məqbul nəticə toplamamışdır.

28. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsil verənlərin sertifikatlaşdırma Qaydası” haqqında ## ##### 2020-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5.3-cü bəndinə görə ki, təkrar sertifikatlaşdırmada bu Qayda ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən təhsilverənlər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

29. “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsil verənlərin sertifikatlaşdırma Qaydası” haqqında ## ##### 2020-ci il tarixli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 5.4-cü bəndinə görə ki, təkrar sertifikatlaşdırmadan keçməyən təhsilverənlərlə bağlanılmış əmək müqaviləsi sertifikatlaşdırmanın keçirildiyi ildə yeni tədris ili başlayanadək Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin“c”bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilir.

30. Iş materiallarından göründüyü kimi, iddiaçı ## #### 2025-ci il tarixdə keçirilmiş təkrar sertifikatlaşmadan keçmədiyi üçün onun əmək müqaviləsi 2025-ci ilin ## #### tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir.

31. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin əvvəlki şərtlərlə iddiaçının işə bərpa olunmasına dair mövqeyi əsassız olmuşdur.

32. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, artıq məhkəmənin müəyyən etdiyi işin hallarından aydın olur ki, iddiaçı təkrar sertifikatlaşdırma imtahanında məqbul nəticə toplamadığından onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ləğv edilmişdir. Nəzərə alınmalıdır ki, iddiaçı artıq sertifikatlaşdırmadan keçməyən təhsilverən olduğundan pedaqoji fəaliyyətə buraxılmır və onun pedaqoji fəaliyyətlə məşğul olmaq hüquqları itirilmiş olur.

33. Bundan başqa məhkəmə tərkibi Əmək Məcəlləsinin 79-cu maddəsində birinci hissəsində nəzərdə tutulmuş imperativ qaydanı nəzərə alaraq qeyd edir ki, öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Lakin bu qayda özlüyündə pedaqoji fəaliyyətlə məşğul olmaq hüquqları olmayan şəxsin əvvəlki şərtlərlə işə bərpa edilməsin mümkün də etmir.

34. Belə vəziyyətdə sertifikatlaşdırmadan keçməyən təhsilverən olan iddiaçının tərəflər arasında bağlanmış əmək müqaviləsinin şərtləri əsasında əvvəlki vəzifəsinə bərpa edilməsi düzgün olmamışdır. Çünki məhkəmə nəzərə almamışdır ki, setrtifikatlaşmadan keçməyən iddiaçı pedaqoji fəaliyyətə buraxılmır və o, pedaqoji fəaliyyətlə məşğul olmaq hüquqlarını itirmişdir. Bu qərarın 25-ci bəndində istinad olunan qərarın 4.3-cü bəndinin tələbinə görə sertifikatlaşdırmadan keçmiş təhsilverənlər 5 (beş) il müddətində təhsil müəssisələrində öz ixtisasları üzrə pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ əldə etmiş olurlar.

35. Beləliklə məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən düzgün nəticəyə gəlmədiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olmadığından, cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli və iddia tələbi rədd edilməlidir.

36. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Cavabdeh cavabdeh1 tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilsin. Mingəçevir Şəhər Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı İddiaçı cavabdehlər Ağdam rayonu 142 №li tam orta ümumtəhsil məktəbinə və cavabdeh1 qarşı “Ağdam rayonu 142 nömrəIi tam orta ümumtəhsil məktəbinin iddiaçının barəsində verilmiş AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinə dair ##.##.2025-ci il tarixli ** nömrəli əmrin ləğv edilməsi, iddiaçının Ağdam rayonu 142 №li tam orta ümumtəhsil məktəbinə riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməsi və işə bərpa olunan günədək məcburi işburaxmaya görə hər ay üçün 1 stavka (18 saat) əmək haqqı olan 785 manat aylıq əmək haqqı cavabdehlərdən alınaraq iddiaçıya verilməsi” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar