Məhkəmə qərarları › İş №2(3-10)-611/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-611/2026

08.09.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-611/2026 08.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Mingəçevir şəhər ** saylı tam orta məktəbinə qarşı “sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehinin verilməsi barədə əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Əmrin ləğvi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X1 və İsayev Elman Bəhruz oğlundan ibarət tərkibdə, Kərimli Amil Süleyman oğlunun katibliyi ilə, İddiaçı Qarayeva Zəminə Fidail qızı və onun vəkili vəkil1, Cavabdeh Mingəçevir şəhər ** saylı tam orta məktəbin direktoru X4, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X19 Aran Regional Təhsil İdarəsinin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Mingəçevir şəhər ** saylı tam orta məktəbinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X19 Aran Regional Təhsil İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi cəlb edilməklə “sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehinin verilməsi barədə əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı İddiaçı cavabdeh Mingəçevir şəhər ** saylı tam orta məktəbinə qarşı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X19 Aran Regional Təhsil İdarəsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi cəlb edilməklə “sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehinin verilməsi barədə əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh direktoru tərəfindən İddiaçı barəsində verilmiş ## ####### 2025-ci il tarixli *** saylı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehinə dair əmrin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı 20 ildən artıq müddətdir ki, təhsil sahəsində pedaqoji fəaliyyət ilə məşğuldur. İddiaçı ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi arasında bağlanmış əmək müqaviləsinə əsasən o, Cavabdeh təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin olunmuşdur. İddiaçı işlədiyi müddət ərzində daim öz vəzifə funksiyalarını layiqincə yerinə yetirməklə üzərinə düşən vəzifələri icra etmişdir. Lakin son zamanlar cavabdeh Cavabdeh direktoru Ceyhun Atayev tərəfindən əsassız qısnamalara və ayrı-seçkiliyə məruz qalmışdır. Məhz bu xoşagəlməz halların nəticəsində cavabdeh qurumun direktoru Ceyhun Atayevin ## ####### 2025-ci il tarixli, *** saylı Əmri ilə iddiaçı barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin 2b bəndinə uyğun olaraq “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi verilmişdir. İddiaçı məsələnin məhkəmədənkənar formada həlli üçün dəfələrlə cavabdehlə danışıqlar aparmağa çalışsa da buna nail ola bilməmişdir. Buna görə də iddiaçı Mingəçevir şəhəri * saylı Mediasiya Təşkilatına müraciət etmiş və ## ####### 2025-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış alınmışdır. Göstərilənlərlə bağlı bildirmişdir ki, işəgötürənin ## ####### 2025-ci il tarixli *** №li əmri qanunsuz və əsassızdır. İddiaçı ilə Mərkəzi Aran Regional Təhsil İdarəsi arasında bağlanmış və həmin Müqaviləyə əsasən iddiaçı işçi, Mərkəzi Aran Regional Təhsil İdarəsi isə İşəgötürən şəxs qismində tanınmışdır. Həmin müqaviləyə əsasən iddiaçı öz əmək funksiyalarını cavabdeh qurumda icra etməlidir, lakin cavabdeh qurumun hansı əsasla iddiaçı barəsində intizam tənbehi tətbiq etmək səlahiyyətinin olması sual yaradan məqamlardandır. Hesab edir ki, cavabdeh heç bir səlahiyyəti olmadan iddiaçı barəsində belə bir əmr imzalamışdır. Qanunvericiliyin imperativ tələblərinə əsasən işçi barəsində intizam tənbehini mütləq qaydada işəgötürən və ya onun müvəkkil etdiyi şəxs tərəfindən verilməsi açıq şəkildə qeyd olunmuşdur. Əgər qeyd olunan səlahiyyət işəgötürən tərəfindən başqa şəxsə həvalə olunsaydı bununla bağlı müvafiq sənədləşmə aparılmaqla həmin səlahiyyətin dairəsi və verilmə əsası göstərilməli idi. Hesab edir ki, Məcəllənin 188.3-cü maddəsinə əsasən, cavabeh tərəfindən imzalanmış ## ####### 2025-ci il tarixli, *** saylı “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi verilməsi barədə əmri əhəmiyyətsizdir. Göründüyü kimi, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 188-ci maddəsinin tələblərinə riayət edilməmişdir. Hesab edir ki, iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilərkən onun şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi və törətdiyi “xətanın” xarakteri müqayisəli şəkildə nəzərə alınmamış və qanunvericilikdə nəzərdə tutulan ən ağır intizam tənbehi növlərindən biri seçilmişdir. Nəzərə almaq lazımdır ki, işçi barəsində tətbiq olunmuş intizam tənbehini işəgötürən məhkəmədə əsaslandırmalı və hansı zərurətdən belə bir əmrin verilməsini sübut etməlidir. İddiaçı cavabdeh qurumda rəhbər şəxslərdən sayılır və məktəbin idarəçiliyində mühüm vəzifə sahibidir. Cavabdeh tərəfindən bütün bunlara məhəl qoyulmadan, iddiaçının tutduğu müvafiq vəzifə və onun şəxsiyyəti nəzərə alınmadan və eyni zamanda birbaşa ən ağır intizam tənbehi növlərindən olan sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehinin verilməsi humanizm və ədalət prinsiplərinə zidd addımdır. Cavabdehin belə bir mövqe sərgiləməsi növbəti addımda işçinin Məcəllənin 70-ci maddəsi üzrə işdən çıxarılmasına hazırlıq mərhələsidir. İşçi barəsində verilmiş Əmrdə cavabdeh tərəfindən bir sıra pozuntuların olması qeyd olunmuşdur. Lakin cavabdeh həmin pozuntularla bağlı müvafiq işəgötürənə - yəni Mərkəzi Aran Regional Təhsil İdarəsinə hər hansı təqdimatla müraciət etmədən və ya hansısa formada məlumatlandırmadan və sadəcə olaraq öz şəxsi mülahizələri üzərində belə bir Əmrin verilməsinə səbəb olmuşdur. Bu isə işçi barəsində ayrıseçkiliyin və qərəzli mövqe nümayişinin əsaslı olduğunu göstərən haldır. İşçi barəsində qeyd olunan Əmr verilərkən işçi Mingəçevir şəhər Mərkəzi Xəstəxanasında həkim müayinəsində olmuş və həmin müayinədən sonra o, 3 gün müddətinə əmək funksiyasının icrasından azad edilməklə müvafiq xəstəlik vərəqəsi verilmişdir. Bu isə onu deməyə əsas verir ki, 2025-ci ilin oktyabr ayının 21-dən 23-ə qədər işçi əmək qabiliyyətini müvəqqəti olaraq itirmiş hesab olunur. Hesab edir ki, cavabdeh bu halda da qanunvericiliyin imperativ normalarını kobud şəkildə pozaraq əsassız və qanunsuz formada müvafiq əmri vermişdir. İşçi barəsində əmr verilməmişdən öncə cavabdeh tərəfindən ondan hər hansı izahat alınmamışdır. Hesab edir ki, işçidən müvafiq izahatın alınmaması ona qarşı cavabdeh tərəfindən növbəti qərəzli mövqenin sərgilənməsini göstərir. Mübahisənin məhkəməyədək həlli məqsədilə mediasiya prosesində iştirak etsə də aralarında razılıq əldə edilməmişdir. Bu səbəbdən də cavabdehlə aralarında olan mübahisəyə məhkəmə qaydasında baxılmalıdır.

Birinci instansiya məhkəməsində icraat

3. Məhkəmə iclası zamanı iddiaçı İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı sədrlik edən tərəfindən ona ünvanlanmış suallara cavab verərək bildirmişdir ki, ##.##.2025-ci il tarixdə məktəbin pedaqoji şurasının iclası barədə ona məlumat verilməmişdir. Bununla belə həmin iclasa getmişdir. İclası giriş mətni ilə açan direktor iclasın gündəliyini elan etmişdir. Həmin iclasda məktəbin direktoru ona şiddətli töhmət elan etmişdir. O, onsuz da həmin günü xəstə halda işə gəlmişdir. İntizam tənbehi barədə elanı eşitdikdən sonra halı daha da pisləşmişdir. Həmin vaxt zalda cəmi 38 nəfər olmuşdur. Lakin 48 nəfər olmalı idi. O, iclası tərk etmişdir. O, xəstəxanaya getmişdir. Həkimdən yoxlanışdan keçdikdən sonra ona xəstəlik tarixçəsi açılmışdır. Bundan sonra o yenidən məktəbə qayıtmışdır. O,## ######## 2025-ci il tarixdə keçirilən pedaqoji şuranın iclasında iştirak etməmişdir. Həmin iclasdan onun məlumatı olmamışdır. Hər kəs başqa-başqa saatlarda iclasın baş tutacağını bildirmişdir. Direktor hər kəsi yığıb məlumatlandırmalı olduğu halda bunu etməmişdir. Eyni zamanda həmin iclasda iştirak etməsini mənasız hesab etdiyini bildirdi. O, həmin iclasa getsəydi pedaqoji şurada öyrədilmiş müəllimlər ona təsir tədbirləri göstərəcək, replika atacaqdırlar. Tədris cədvəlini bir dəfə hazırlamışdır. Məktəbin direktoruna təqdim etmişdir. Direktor tədris cədvəlində dərs saatlarında toqquşmalar olduğunu qeyd edərək düzəliş etmək üçün ona geri qaytarmışdır. O, dərs cədvəlinə düzəliş etmişdir. Yenidən direktora təqdim etmişdir. Direktor dərs saatlarında yenə də toqquşmalar olduğunu bildirərək düzəliş edilməsi üçün ona qaytarmışdır. O, artıq düzəliş etməmişdir. Belə ki, artıq direktor özü cədvəli tərtib etmişdir. Yenidən onun cədvəl tərtib etməsinə lüzum qalmamışdır. Yeni cədvəl tərtib etmək vaxt və enerji itkisi olduğundan bunu etməmişdir. İddiaçı ona ünvanlanan növbəti suala cavab olaraq bildirdi ki, metodiki görüşlər keçirilməsinə uyğun müəllimlər olmadığından metodiki görüşlər keçirməmişdir. Fəaliyyət planınını təqdim etmədiyini bildirdi. Buna səbəb rəhbərlik tərəfindən onun vəzifə bölgüsünün aparılmaması olmuşdur. Müəllimlər ona dərs proqramlarını təqdim etmədiyindən, qüsurlu təqdim etdiyindən ona təqdim edilən dərs proqramlarını təsdiq etməmişdir. Düzəliş edərək bəzi müəllimlərin dərs proqramalarını təsdiq edib təhvil verdiyini bildirdi. Dərs proqramalarını təsdiq etmədiyi müəllimlər bunu ayrıseçkilik hesab etmişdirlər. Müəllimlər dərs proqramlarının tərtibi haqqında məsləhət üçün ona yaxınlaşmamışdırlar. Ona görə o da müəllimlərə dərs proqramlarının təsdiqi ilə bağlı məsləhət verməmişdir. Müəllimlərin gündəliklərini imzalamamışdır. Müəllimlər gündəliklərini ona təqdim etməmişdir. Göstərilən bu halları aktlaşdırıb, direktora məlumat verməmişdir. “Facebook” sosial şəbəkəsindəki “Eltac Eltac” hesabı ona və ailəsinə məxsusdur. Həmin hesabdakı paylaşımları o və onun bu ayrıseçkiliyə məruz qalmasına etiraz edən yaxın qohumları edir. Şahidlər dindirildikdən sonra iddiaçıya yenidən suallar ünvanlanmışdır. İddiaçı verilən suallara cavab olaraq bildirmişdir ki, məlumatı olmadığı üçün dərs bölgüsündə iştirak etməmişdir. Dərsdən məlumatı olmadığı halda metodbirləşmə iclasları təşkil edə bilməzdi. Eyni zamanda 13 ballıq müəllimlə 50 ballıq müəllimə eyni yanaşma edilməsini düzgün hesab etmir. Digər verilən suala cavab olaraq bildirdi ki, dərsdinləmələrdə iştirak etmişdir. Bunun üçün əvvəlcədən fənn müəllimini məlumatlandırmamışdır. O, dərsdinləmənin obyektiv aparılması üçün belə etmişdir. Dərsdinləmə üçün ona 5-10 dəqiqə kifayət etmişdir. Çünki əksər dərsdinləmədə fənn müəllimi yaxşı oxuyan şagirdlərdən dərs soruşmuşdur. Yəni digər şagirdlər kənarda qalmışdır. O, bunu müşahidə etdiyindən dərsin dinlənilməsindən çıxıb getmişdir. Jurnalları imzalamamışdır. Çünki ona jurnallar təqdim olunmamışdır. O, sinfə daxil olanda jurnal müəllimin masasının üzərində olmalıdır. O, jurnalı istəməmiş ona təqdim olunmalıdır. Onun vəzifə təlimatı ona təqdim edilməmişdir. Buna görə də o yoxlamalara bildirmişdir ki, vəzifə bölgüsü aparılmayıb. Dərs bölgüsü direktorun otağında olur. Pedaqoji şurada qərar formal verilir. Məktəbdə subordinasiya qaydası pozulmuşdur. ## ####### 2025-ci ildə yoxlama gələn zaman bir gün əvvəl ondan izahat tələb etmişdirlər.

4. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili vəkil3 idda tələbinə uyğun izahat verərək qeyd etmişdir ki, məktəb direktorunun müəllim haqqında intizam tənbehi tətbiq etmək səlahiyyəti olmamışdır. Buna səlahiyyəti olsa belə, regional təhsil idarəsi ilə məsləhətləşmələr aparmalı idi. Bununla yanaşı direktor tərəfindən müəllim barəsində intizam tənbehinin ən ağırı tətbiq edilmişdir. Əgər müəllimin işində nöqsanlar təsdiqini tapsaydı daha yüngül intizam tənbehi tətbiq etmək olardı. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir.

5. Məhkəmə iclası zamanı cavabdeh Mingəçevir şəhəri ** saylı tam orta məktəbin direktoru X4 iddianın əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etmişdir. Belə ki, Mərkəzi Aran Regional Təhsil İdarəsinin ## ### 2025-ci il tarixli əmri ilə intizam tənbehinin verilməsi məktəb direktorlarının səlahiyyətinə verildiyini qeyd etdi. İddiaçı vəzifə funksiyalarını yerinə yetirmədiyi halda ona Əmək Məcəlləsinin 70- ci maddəsinin “ç” bəndi ilə əmək funksiyasının, müqavilə üzrə öhdəliyini yerinə yetirmədiyini, əmək vəzifələrini kobud surətdə pozduğuna görə əmək müqaviləsini ləğv etməmişdir. Daha yüngül intizam tənbeh tədbiri sonuncu xəbərdarlıqla şiddətli töhmət vermişdir. Eyni zamanda bu əmri verməmişdən öncə Regional təhsil idarəsinin rəhbərliyini məktəbdəki vəziyyətlə bağlı məlumatlandırmışdır. O, təhsil idarəsinin müavini ilə təkrar görüşlər keçirmişdir. Həmin görüşdə regional təhsil idarəsinin rəhbərliyi səlahiyyəti çərçivəsində müəllimə şiddətli töhmət verilməklə bağlı intizam tənbehinin verilməsinə etirazları olmadığını bildirmişdir. Keçən 2024-2025-ci il tədris ilinin sonlarından iddiaçı öz vəzifə funksiyalarını icra etməmişdir. Bununla bağlı Regional Təhsil İdarəsi məlumatlandırılmışdır. İddiaçının izahatı alınmışdır. Bir daha belə hallara yol verməməsi barədə xəbərdarlıq edilmişdir. Buna baxmayaraq iddiaçı vəzifə funksiyalarnı və əmək müqaviləsi ilə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirməmişdir. Dərs ilinin sonu olduğu üçün ona hər hansı intizam tənbehi tətbiq edilməmişdir. Yeni təqdris ili başlananda da vəziyyət dəyişməmişdir. İddiaçı ## ######## 2025-ci il tarixdə keçirilən pedoqoji şuranın iclasında iştirak etməmişdir. Həmin tarixdə iddiaçının vəzifə funksiyası müəyyən edilmişdir. Bundan başqa həmin tarixdə komissiya təşkil olunması barədə əmr imzalamışdır. İddiaçı həmin komissiyanın üzvü olması əmr edilmişdir. Habelə iddiaçı İddiaçı tərəfindən məktəbdaxili intizam qaydalarının kobud surətdə pozulması barədə dəfələrlə akt tərtib edilmişdir. Lakin direktor müavini İddiaçı eyni halları təkrar etmişdir. barədə ona dəfələrlə məlumat verilmişdir. Odur ki, verilmiş intizam tənbehi qanuni olmuşdur. 6.Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili vəkil2 izahat verərək, iddia tələbinin əsassız olması səbəbindən rədd edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X19 Aran Regional Təhsil İdarəsinin nümayəndəsi X8 izahatında bildirmişdir ki, idarənin tabeliyində olan məktəb və məktəbəqədər müəssisələr çoxdur. Həmin müəssisələrin işçi sayı nəzərə alınmaqla intizam tənbeh tədbirlərinin verilməsi direktorlara həvalə edilmişdir. Ona görə də cavabdeh tərəfindən verilmiş əmr qanuni olmuşdur.

8. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində bildirmişdir ki, Mingəçevir şəhəri ** saylı tam orta məktəbin biologiya müəllimidir. Tədris ilinin əvvəlində müəllimlər tərəfindən “perspektiv planlaşdırma” tərtib edilir. Təsdiq edilməsi üçün məktəbin direktor müavini İddiaçı təqdim edilir. Lakin onun tərəfindən əsas gətirilmədən proqramları təsdiq edilməmişdir. İddiaçı direktor müavini olaraq iclasları təşkil etməmişdir. Həmçinin İddiaçı onun gündəliyi olmaması əsasında direktora şikayət etmişdir. Lakin gündəliyi olduğu halda özü imzalamışdır. O, hər zaman təsdiq edilmiş proqrama əsasən dərs keçmişdir. Lakin İddiaçı tərəfindən təsdiqlənmədiyi üçün təsdiqlənməmiş proqramla dərs demişdir. İddiaçı tərəfindən dərslərin bölgüsü də düzgün aparılmamışdır. İddiaçı dərslərdə iştirak etməsinin direktor müavini olaraq vəzifə funksiyası olduğu halda yalnız 1 dəfə onun sinif otağına girmiş, dərsdə 2 dəqiqə oturub getmişdir.

9. Məhkəmə iclasında iştirak edən şahidlər Mingəçevir şəhəri ** saylı tam orta məktəbin müəllimləri X5, X15, İsmayılova Ülviyyə Qəhrəman qızı, X3, X12 və X10 da digər şahid X9 ilə eyni məzmunlu ifadə vermişdir.

10. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva), iddiaçı İddiaçı cavabdeh Mingəçevir şəhər ** saylı tam orta məktəbinə qarşı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Mərkəzi Aran Regional Təhsil İdarəsi və X11 Xidmətinin Mərkəzi Aran Regional Şöbəsi cəlb edilməklə Mingəçevir şəhəri ** saylı tam orta məktəbin direktoru tərəfindən sonuncu xəbərdarlıqla şiddətli töhmətin verilməsinə dair əmrin ləğv edilməsi barədə iddiasının təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı İddiaçı ilə işəgötürən Mərkəzi Aran Regional Təhsil İdarəsi X4 arasında bağlanmış ##.##.2023-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Mingəçevir şəhər ** saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. İddiaçı ## ######## 2025-ci il tarixdə 2025- 2026-ci il tədris ili üzrə təşkil olunan məktəbin ilk pedaqoji şurasında üzrlü səbəb olmadan iştirak etməmişdir. Məktəbin ##.##.2025-ci il tarixli ** saylı pedoqoji şurasının iclasından çıxarışa əsasən iclasda 68 nəfər iştirak etmişdir. Pedoqoji şurada gündəlikdə duran məsələlər müzakirə edilərək aşağıdakılar qərara alınmışdır: Məktəbin 2025-2026-cı il tədris ili üçün fəaliyyət planı təsdiq edilməsi; 8-ci siniflərdə tədris planındakı dəyişikliklər nəzərə alınmaqla yeni metodik üsulların tətbiqi genişləndirilməsi; Fənn müəllimlərinin dərs yükləri təqdim olunan siyahı üzrə təsdiq edilməsi; Rəqəmsal bacarıqlar layihəsinin tədrisi və məktəbdaxili nizamintizam qaydalarına əməl olunması üzərində nəzarətin gücləndirilməsi; direktor müavinlərinin, UBR-in, kitabxanaçıların və fiziki rəhbərinin 2025-2026-cı tədris ili üçün iş planları təsdiq edilməsi (İddiaçı istisna); Azərbaycan və rus bölmələri üzə İ və XI siniflərin və hazırlıq qruplarının formalaşdırılması başa çatdırılması; ərazidə yaşayan 5 yaşlı uşaqların məktəbəhazırlıq qruplarına cəlb edilməsi vəziyyəti daim nəzarətdə saxlanması, Rus bölməsində Azərbaycan dilinin (dövlət dili kimi) tədrisinə və şagirdlərin milli və mənəvi dəyərlər ruhunda nəzrətin gücləndirilməsi; IX siniflərdə “Zəfər tarixi” fənnin tədrisinin təşkili və şagirdlər tərəfindən mənimsənilməsinin təmin olunması; məktəbin reqlamenti, müəllim və şagirdlərin növbətçilik qrafikinin təsdiq edilməsi və daxili intizam qaydalarına ciddi əməl olunması, tədris prosesində yeni metodik üsulların tətbiqi və şagird nailiyyətlərinin mütəmadi olaraq həyata keçirilməsi. Mingəçevir şəhər R.Qəhrəmanov adına ** nömrəli tam orta məktəbin direktoru C.Atayevin ## ######## 2025-ci il tarixli əmri ilə Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini İddiaçı əmək funksiyası aşağıdakı kimi müəyyən edilmişdir. Tədris (təlim-tərbiyə) və metodiki işləri təşkil edir. Tədris planları və proqramlarının (kurikulumların) yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedoqoji işçilərin metodiki fəaliyyətini istiqamətləndirir, operativ surətdə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər verir. Təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar və dərnək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirir, sinfin optimal kompletləşdirilməsini təmin edir, tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlini tərtib edir, metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarəti həyata keçirir. Fənn kabinetlərinin zənginləşdirilməsi və səmərəli istifadəsini təmin edir. Təlimtərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə təkliflər verir, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, gənc müəllimlərlə və valideynlərlə pedaqoji işin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir. Pedaqoji işçilərin təkmilləşmələrinə, ixtisasartırma təhsilinə, yeni fənn kurikulumları ilə əlaqədar treninqlərə cəlb olunmalarına, eləcə də peşəkərlıq səviyyələrinin artırılması üçün nəzərdə tutulan digər tədbirlərdə iştirakına nail olur. Təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin artırılmasını təmin edir, şagirdlərin yarımillik, illik və yekun qiymətləndirilməsinin uçotunu aparır, buraxılış imtahanlarına hazırlıq işlərini təşkil edir. Təlimin keyfiyyətinin idarə olunması məqsədilə monitorinq qiymətlədirmə aparılmasını təmin edir. Yarımilin və ilin sonunda məktəb üzrə hesabatları toplayır, ümumiləşdirir, təqdim edir. İddiaçı yekun olaraq tədris cədvəlini tərtib etməmişdir. İddiaçı müəllimlərlə metodiki görüşlər keçirməmişdir. İddiaçı fəaliyyət planını hazırlamamışdır. İddiaçı dərs proqramlarının tərtibi haqqında məsləhətlər verməmişdir. İddiaçı ona məxsus sosial şəbəkə hesabında vəzifəsinə aid olmadığı halda işlədiyi təhsil müəssisəsinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələr, çıxışlar etmiş, işlədiyi müəssisənin pedoqoji kollektivinin fəaliyyətinə ictimai qiymət vermişdir. İddiaçı tədris (təlim-tərbiyə) və metodiki işləri təşkil etməmişdir. İddiaçı tədris planları və proqramlarının (kurikulumların) yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedoqoji işçilərin metodiki fəaliyyətini istiqamətləndirməmiş, operativ surətdə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər verməmişdir. İddiaçı metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik etməmiş və nəzarəti həyata keçirməmişdir. İddiaçı fəaliyyət planı tərtib edərək təqdim etməmişdir. ## ####### 2025-ci il tarixli növbədənkənar pedoqoji şuranın iclasında cavabdeh Mingəçevir şəhər ** saylı tam orta məktəbin direktoru Ceyhun Atayevin ## ####### 2025-ci il tarixli, *** saylı əmri ilə iddiaçı barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin 2b bəndinə uyğun olaraq “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi verilmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

12. Mingəçevir şəhər ** saylı tam orta məktəbin direktoru Ceyhun Atayevin ##.##.2025ci il tarixli 111 №li intizam tənbehinin verilməsi haqqında əmrindən görünür ki, təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı vəzifə funksiyasından irəli gələn tələblərdən ilkini olaraq müavin kimi heç bir səbəb göstərmədən məktəbin ilk pedaqoji şurasında iştirak etmədiyi üçün Pedaqoji şuradan irəli gələn məsələlərdən və müəyyənləşdirilmiş vəzifə səlahiyyətlərindən istifadə etməmişdir. Tədris cədvəli müəyyən olunmuş vaxtda hazır olmamışdır. Bu günədək iki dəfə təqdim olunmuş cədvəldə dərslərdə toqquşma, tədris planında nəzərdə tutulmuş dərs saatlarından az sayda cədvələ daxil etmə müşahidə olunmuşdur. (Hal aktlaşdırılıb) Vəzifə funksiyasından irəli gələn müəllimlərlə metodiki görüşlərin keçirilməməsi, fəaliyyət planının hazırlanmaması, müəllimlərin dərs proqramlarının tərtibi haqqında məsləhətlərin verilməməsi, proqramların təsdiqi zamanı ayrıseçkiliyə yol verilməsi, sosial şəbəkə hesabında təhsilverənlərin etik davranışına zidd paylaşımlara yol verilməsi, rəhbər və yuxarı orqanın verdiyi əmr, sərəncam və tapşırıqlara əməl etməməsi halları və Mingəçevir şəhər Təhsil sektorunun məktəb sənədlərinin yoxlanılması zamanı ##.##.2025-ci tarixli tərtib olunmuş aktı əldə əsas tutaraq vəzifə funksiyasının düzgün və vaxtında yerinə yetirmədiyinə görə “Əmək Məcəlləsi”nin 186-cı maddəsinin 2b bəndinə uyğun olaraq məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini İddiaçı intizam tənbehin – sonuncu xəbərdarlıqla şiddətli töhmət elan edilməsi əmr edilmişdir.

13. Məhkəmə göstərilən əmrin ləğv olunması ilə bağlı iddia tələbinə münasibətdə aşağıdakıları qeyd etmişdir. İntizam məsuliyyəti hüquqi məsuliyyətin müstəqil növüdür. İntizam xətası törətmiş işçi, işəgötürən intizam məsuliyyətinə cəlb oluna bilər. Əmək intizamı- Əmək Məcəlləsi, digər qanunlarla, müəssisənin daxili normativ aktları ilə müəyyən edilmiş davranış qaydalarıdır. İcra intizamı- ayrı-ayrı işçilər tərəfindən əmək vəzifələrinin, işəgötürənin əmrlərinin vaxtında və dürüst yerinə yetirmələridir. İntizam tənbehi intizam xətasına görə verilir. İntizam xətası işçi tərəfindən əmək funksiyasının hüquqa zidd, təqsirli yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsidir. Buna müəssisədaxili intizam qaydalarının, vəzifə təlimatlarının, işəgötürənin əmrlərinin texniki qaydalarının pozulması və s. aid edilir.

14. İddiaçının cavabdeh ilə bağladığı əmək müqaviləsinin 3.1-ci bəndində göstərilmişdir ki, işçi aşağıdakı əmək funksiyasının icrasını öhdəsinə götürür. Tədris və metodiki işləri təşkil edir. Tədris planları və proqramlarının (kurikulumların) yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedoqoji işçilərin metodiki fəaliyyətini istiqamətləndirir, operativ surətdə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər verir. Təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar və dərnək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirir, sinfin optimal kompletləşdirilməsini təmin edir, tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlini tərtib edir, metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarəti həyata keçirir. Fənn kabinetlərinin zənginləşdirilməsi və səmərəli istifadəsini təmin edir. Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə təkliflər verir, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, gənc müəllimlərlə və vlideynlərlə pedoqoji işin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir. Pedoqoji işçilərin təkmilləşmələrinə, ixtisasartırma təhsilinə, yeni fənn kurikulumları ilə əlaqədar treninqlərə cəlb olunmalarına, eləcə də peşəkərlıq səviyyələrinin artırılması üçün nəzərdə tutulan digər tədbirlərdə iştirakına nail olur. Təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin artırılmasını təmin edir, şagirdlərin yarımillik, illik və yekun qiymətləndirilməsinin uçotunu aparır, buraxılış imtahanlarına hazırlıq işlərini təşkil edir. Təlimin keyfiyyətinin idarə olunması məqsədilə monitorinq qiymətlədirmə aparılmasını təmin edir. Yarımilin və ilin sonunda məktəb üzrə hesabatları toplayır, ümumiləşdirir, təqdim edir.

15. İddiaçı məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavinidir. İddiaçı məktəbin ali idarəetmə orqanı olan Pedaqoji Şuranın 2025-2026-cı tədris ili üzrə ilk iclasında iştirak etməmişdir. Məktəbin ##.##.2025-ci il tarixli ** saylı pedoqoji şurasının iclasından çıxarışa əsasən iclasda 68 nəfər iştirak etmişdir. Pedoqoji şurada gündəlikdə duran məsələlər müzakirə edilərək aşağıdakılar qərara alınmışdır: Məktəbin 2025-2026-cı il tədris ili üçün fəaliyyət planı təsdiq edilməsi; 8-ci siniflərdə tədris planındakı dəyişikliklər nəzərə alınmaqla yeni metodik üsulların tətbiqi genişləndirilməsi; Fənn müəllimlərinin dərs yükləri təqdim olunan siyahı üzrə təsdiq edilməsi; Rəqəmsal bacarıqlar layihəsinin tədrisi və məktəbdaxili nizam-intizam qaydalarına əməl olunması üzərində nəzarətin gücləndirilməsi; direktor müavinlərinin, UBR-in, kitabxanaçıların və fiziki rəhbərinin 2025-2026-cı tədris ili üçün iş planları təsdiq edilməsi (İddiaçı istisna); Azərbaycan və rus bölmələri üzə İ və XI siniflərin və hazırlıq qruplarının formalaşdırılması başa çatdırılması; ərazidə yaşayan 5 yaşlı uşaqların məktəbəhazırlıq qruplarına cəlb edilməsi vəziyyəti daim nəzarətdə saxlanması, Rus bölməsində Azərbaycan dilinin (dövlət dili kimi) tədrisinə və şagirdlərin milli və mənəvi dəyərlər ruhunda nəzrətin gücləndirilməsi; IX siniflərdə “Zəfər tarixi” fənnin tədrisinin təşkili və şagirdlər tərəfindən mənimsənilməsinin təmin olunması; məktəbin reqlamenti, müəllim və şagirdlərin növbətçilik qrafikinin təsdiq edilməsi və daxili intizam qaydalarına ciddi əməl olunması, tədris prosesində yeni metodik üsulların tətbiqi və şagird nailiyyətlərinin mütəmadi olaraq həyata keçirilməsi;

16. Bundan başqa Mingəçevir şəhər R.Qəhrəmanov adına ** nömrəli tam orta məktəbin direktoru C.Atayevin ## ######## 2025-ci il tarixli əmri ilə Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini İddiaçı əmək funksiyası aşağıdakı kimi müəyyən edilmişdir. Tədris (təlimtərbiyə) və metodiki işləri təşkil edir. Tədris planları və proqramlarının (kurikulumların) yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedoqoji işçilərin metodiki fəaliyyətini istiqamətləndirir, operativ surətdə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər verir. Təlim-tərbiyə prosesinin, həmçinin dərsdənkənar və dərnək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirir, sinfin optimal kompletləşdirilməsini təmin edir, tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlini tərtib edir, metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarəti həyata keçirir. Fənn kabinetlərinin zənginləşdirilməsi və səmərəli istifadəsini təmin edir. Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə təkliflər verir, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, gənc müəllimlərlə və valideynlərlə pedaqoji işin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir. Pedaqoji işçilərin təkmilləşmələrinə, ixtisasartırma təhsilinə, yeni fənn kurikulumları ilə əlaqədar treninqlərə cəlb olunmalarına, eləcə də peşəkərlıq səviyyələrinin artırılması üçün nəzərdə tutulan digər tədbirlərdə iştirakına nail olur. Təlimin keyfiyyətinin yüksəldilməsi və şagirdlərin bilik səviyyəsinin artırılmasını təmin edir, şagirdlərin yarımillik, illik və yekun qiymətləndirilməsinin uçotunu aparır, buraxılış imtahanlarına hazırlıq işlərini təşkil edir. Təlimin keyfiyyətinin idarə olunması məqsədilə monitorinq qiymətlədirmə aparılmasını təmin edir. Yarımilin və ilin sonunda məktəb üzrə hesabatları toplayır, ümumiləşdirir, təqdim edir.

17. İddiaçının özünün, cavabdehin izahatı və şahidlərin ifadəsi ilə müəyyən edilmişdir ki, iddiaçı yekun olaraq tədris cədvəlini tərtib etməmişdir. İddiaçı müəllimlərlə metodiki görüşlər keçirməmişdir. İddiaçı fəaliyyət planını hazırlamamışdır. İddiaçı dərs proqramlarının tərtibi haqqında məsləhətlər verməmişdir. İddiaçı ona məxsus sosial şəbəkə hesabında vəzifəsinə aid olmadığı halda işlədiyi təhsil müəssisəsinin fəaliyyəti ilə əlaqədar tənqidi ictimai mülahizələr, çıxışlar etmiş, işlədiyi müəssisənin pedoqoji kollektivinin fəaliyyətinə ictimai qiymət vermişdir. İddiaçı tədris (təlim-tərbiyə) və metodiki işləri təşkil etməmişdir. İddiaçı tədris planları və proqramlarının (kurikulumların) yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedoqoji işçilərin metodiki fəaliyyətini istiqamətləndirməmiş, operativ surətdə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər verməmişdir. İddiaçı metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik etməmiş və nəzarəti həyata keçirməmişdir. İddiaçı fəaliyyət planı tərtib edərək təqdim etməmişdir.

18. Beləliklə iddiaçı onunla bağlanmış əmək müqaviləsində və cavabdehin ## ######## 2025-ci il tarixli əmri ilə nəzərdə tutulmuş əmək funksiyasını və vəzifə öhdəliyini müəyyən hissələrdə tam, müəyyən hissələrdə qismən yerinə yetirməmişdir.

19. Beləliklə cavabdeh tərəfindən iddiaçı barəsində intizam tənbeh tədbirinin tətbiqinə maddi əsaslar mövcud olmuşdur.

20. İddiaçı barəsində tətbiq edilmiş intizam tənbehinin qanunsuz olduğunu iddia edərkən iddiaçıya sonuncu xəbərdarlıqla şiddətli töhmət verilərkən onun şəxsiyyəti, kollektivdə nüfuzu, peşəkarlıq səviyyəsi və törətdiyi “xətanın” xarakteri müqayisəli şəkildə nəzərə alınmadığına və qanunvericilikdə nəzərdə tutulan ən ağır intizam tənbehi növlərindən birinin seçilməsinə istinad edilmişdir. Cavabdeh buna münasibətdə qeyd etmişdir ki, sadalanan hallardan göründüyü kimi cavabdeh əmək funksiyasını bəzi hallarda tam, bəzi hallarda qismən icra etməmişdir. İddiaçı cavabdeh qurumda rəhbər şəxslərdən sayıldığından və məktəbin idarəçiliyində mühüm vəzifə sahibi olduğundan onun barəsində birbaşa ən ağır intizam tənbehi əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verməmişdir. İşin tərəflərin izahatı, şahid ifadələri, işə əlavə edilmiş aktlar, yuxarıda sadalanan hallarından cavabdehin əsaslandırması təsdiqini tapdığından məhkəmə cavabdehin bu hissədə əsaslandırmasını da haqlı sayır.

21. İddiaçının barəsində intizam tənbehi tədbirinin onun əmək qabiliyyətini müvəqqəti itirdiyi müddətdə tətbiq edilməsinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçının özünün də bildirdiyi və təqdim etdiyi xəstəlik kağızından görünür ki, 21 okyabr 2025-ci il tarixli növbədənkənar pedaqoji şuranın iclasının gündəlik məsələsi intizam tənbehinin verilməsi haqqında olmuşdur. Məsələ haqqında məktəbin direktoru cavabdeh çıxış etmişdir. O, qeyd etmişdir ki, məktəbin təlim-tərbiyə işləri ürə direktor müavini İddiaçı 2025-2026- cı il tədris ili başlanandandan son bir ayda vəzifə səlahiyyətlərindən irəli gələn öhdəlikləri yerinə yetirmir və ya yerinə yetirməkdən imtina edir. Belə ki, təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-ixtisas sorğu kitabçasında nəzərdə tutulmuş Tədris (Təlim-tərbiyə) işləri üzrə direktor müavinin əmək funksiyası yazılı şəkildə təqdim olunsa da qəbul etməkdən imtina edir və nəzərdə tutulmuş işlər barədə heç bir iş görmür. Ümumtəhsil müəssisəsinin Nümunəvi Nizamnaməsinin 5.15.5-ci bəndinə əsasən verilmiş “Məktəbdə əlverişli sağlam mühit formalaşdırılması, təhsilverənlərin məsuliyyətinin artırılması” məqsədilə yaradılmış komissiyada fəaliyyət göstərməkdən imtina edir, fənn aylıqlarının keçirilməsi ilə bağlı təqdim olunmuş əmrdən imtina edir. Vəzifə öhdəliyindən irəli gələn tədris prosesinə nəzarət həyata keçirilmir. Təhsilverənlər arasında ayrı-seçkiliyə yol verilir. Özünün şəxsi mənafeyinin vəzifə funksiyalarının icrası zamanı təsir etməsinə yol verilir. Öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl edilmir, müxtəlif məzmunlu qeyri-etik paylaşımlardan mütəmadi olaraq istifadə olunur. Bu isə media istifadəçisi olan çoxsaylı valideyn və ya vətəndaşların dövlətin təhsil siyasəti təhsil haqqında düşüncələrin, məktəbin imici barədə maraq və düşüncələrinin dəyişməsinə səbəb olur. Vəzifə funksiyasından irəli gələn müəllimlərlə metodiki görüşün keçirilməməsi, dərsdinləmələr, açıq dərslərin qrafikinin hazırlanması, müəllimlərin proqramlarının təsdiqi, müavin kimi illik və aylıq fəaliyyət planının hələ də hazır olmaması halları da müşahidə olunub. İddiaçı özü də iclasın gündəliyini eşitmiş və direktorun çıxışını bitirməmiş ## ####### 2025-ci il tarixdə pedaqoji şuranın iclasını tərk etmişdir. Tərəflərin izahatından və təqdim edilmiş məktəbin iclasın keçirildiyi otağın təhlükəsizlik kameralarında iclasın ## ####### 2025-ci il tarixdə saat 13:39-da bitdiyi müəyyən olunur. Eyni zamanda təqdim olunan sığortaolunanın xəstəlik vərəqəsindən görünür ki, İddiaçı ## ####### 2025-ci il tarixdən saat 15:39-dan əmək funksiyasının icrasından azad edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş təhlükəsizlik kamerasının görüntüsünün çıxarışından iddiaçının ## ####### 2025-ci il tarixdə saat 16:32 radələrində məktəbdə olması öz əksini tapmışdır. Beləliklə iddiaçıya intizam tənbehi tətbiq edilərkən o, əmək funksiyasının icrasından azad edilməmişdir.

22. İddiaçının cavabdehin onun barəsində intizam tənbehi tədbirinin tətbiq etmək səlahiyyətinin olmamasına münasibətdə cavabdehin təqdim etdiyi Mərkəzi Aran Regional Təhsil İdarəsinin ##.##.2025-ci il tarixli əmrindən görünür ki, idarənin əhatə etdiyi rayonların və təhsil müəssisələrinin sayı nəzərə alınmaqla prosesin operativ icrasını təmin etmək məqsədi ilə intizam tənbeh tədbirinin görülməsi (töhmət, sonuncu xəbərdarlıqla şiddətli töhmət), yazılı və şifahi formada xəbərdarlıq verilməsi məsələsi aidiyyəti üzrə təhsil müəssisələrinin rəhbərləri (direktor və ya direktor səlahiyyətini icra edən) tərəfindən həyata keçirilməsi əmr edilmişdir. Eyni zamanda cavabdehin məhkəmə iclasında təqdim etdiyi Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbərliyi ilə danışıqlarından göründüyü kimi, cavabdeh iddiaçının vəzifə funksiyalarını icra etməməsi və göstərilən nöqsanlar barədə Mərkəzi Aran Regional Təhsil İdarəsini məlumatlandırmış, qeyd olunan intizam tənbehinin tətbiq edilməsinin səlahiyyəti olduğu bildirildiyindən və qeyd olunan məsələ ilə bağlı müvafiq tətbirin görülməsinə etirazları olmadığı göstərilmişdir.

23. Yuxarıda sadalananlardan göründüyü kimi, iddiaçı barəsində intizam tətbiq edilərkən prosessual əsaslar da mövcud olmuşdur. Beləliklə Mingəçevir şəhər ** saylı tam orta məktəbin direktoru Ceyhun Atayev tərəfindən intizam tənbehinin verilməsi haqqında əmr qanuni olmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2,3 10-cu maddəsinin a), b), g) bəndləri, 11-ci maddəsinin d bəndi, 182.1, 186.1, 186.2-ci maddəsinina, b, c, ç, bəndi, 186.3, 188.1, 188.2, 189.2, 190.3, 290.1-cı maddələri, Təhsil haqqında Azərbaycan Respublikasinin Qanunu 30.2-ci maddəsi, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Kollegiyasının ##.##.2024- cü il tarixli Qərarı ilə təsdiq edilmiş Təhsilverənlərin etik davranış Qaydalarının 2.3. 2.3.1, 2.3.2, 2.4, 2.4.1, 2.4.2, 2.6, 2.6.1, 2.6.2, 3.1, 3.2, 3.3, 3.4, 3.5-ci maddələri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ## ###### 2010-cu il tarixli, **** nömrəli əmri ilə təsdiq edilmiş Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamənin 1.2, 1.3, 2.1, 2.3, 2.6, 2.8-ci maddələri, Dövlət rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsi, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 119.1, 217.3, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat: a) Apellyasiya şikayətinin dəlilləri

25. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.

26. Apellyasiya şikayətinin dəlilləri iddia tələbi ilə eynilik təşkil etmiş əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi iş materiallarında təqdim olunan sübutları tam və hərtərəfli araşdırmamışdır.

27. Qətnamədə tərəflərin izahatları düzgün şəkildə yazılmamışdır. Məhkəmə iclasının video görüntülərinə baxdıqda tərəflərin verdikləri izahatlarla qətnamədə qeyd olunan izahatların fərqli formada olduğu görünməkdədir. Belə ki, qətnamədə qeyd olunur ki, iddiaçı izahatında bildirir ki, o, ## ######## 2025-ci il tarixli pedoqoji şuranın icasında iştirak etməyi mənasız hesab etmişdir. Həqiqətdə isə iddiaçı məhkəmə iclasında elə bir izahat verməmişdir. O, izahatında bildirmişdir ki, ## ######## 2025-ci il tarixli pedoqoji şuranın icasında ona qabaqcadan məlumat verilməməsi səbəbindən iştirak etməmişdir. Lakin məhkəmə iddiaçının izahatını səhv formada təfsir edərək yalnışlığa yol vermişdir.

28. Qətnamədə qeyd olunur ki, cavabdeh qurumun direktoru Ceyhun Atayev tərəfindən İddiaçı nöqsanları barədə aidiyyatı üzrə Mərkəzi Aran Regional Təhsil İdarəsinə məlumat verilmiş və iddiaçıya intizam tənbehi verilməsinə dair etiraz olunmamışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən cavabdehə dəfələrlə iddiaçı barədə intizam tənbehi verilməmişdən öncə yuxarı orqana hər hansı məlumat verilib – verilməməsi, əgər belə bir məlumat verilmişdirsə bunu təsdiqləyən müvafiq sənədin məhkəməyə təqdim olunması təklif olunmuşdur. Lakin cavabdeh qurumun nümayəndəsi belə bir məlumatın şifahi formada olduğunu bildirməklə dolayısı ilə məhkəməyə yalan məlumat vermişdir. Təəssüf ki, məhkəmə cavabdeh qurumun nümayəndəsinin sırf şifahi formada bildirdiyi fikirləri əsas götürərək guya belə bir məlumatın verilməsini təsdiq etmişdir. Görünən odur ki, məhkəmə iddia tələbini təmin etməməkdə israrlı olmuş və əsası olmayan sübutlarla qeyd olunan qətnaməni qəbul etmişdir.

29. Məhkəmə öz mövqeyini əsaslandırarkən iddiaçının sosial şəbəkə platformalarında guya təhsilverənlərin etik davranış qaydalarını kobud şəkildə pozduğunu, cavabdeh qurum və müəllimlər barəsində etik olmayan fikirlər yazdığını bildirmişdir. Əvvəla qeyd etmək lazımdır ki, qanunvericiliklə istənilən fiziki şəxs tərəfindən hər hansı şəxslər (fiziki və ya hüquqi şəxs) barəsində tənqidi fikirlər səsləndirmək hüququ vardır. Əgər həmin tənqidi fikirlər hər hansı şəxsin şərəf və ləyaqətini alçaltmırsa, cəmiyyətə və ya dövlətə hər hansı zərər yetirmirsə o, heç zaman hüquqi pozuntu sayıla bilməz. Bəli, iddiaçı sosial şəbəkə platformasında aktiv şəkildə istifadəçidir. Lakin o, sosial şəbəkə vasitəsilə heç kim barəsində təhqiredici və ya aşağılayıcı formada və ya konkret şəxs barəsində şəxsi fikirlər bildirməmişdir. Eyni zamanda hər hansı şəxsin sosial şəbəkə vasitəsilə tənqidi fikirlər bildirməsi onun barəsində əmək qanunverciliynə uyğun olaraq intizam tənbehi verilməsi üçün əsas ola bilməz. Sosial şəbəkələrdə söylənilən fikirlər fərdi xarakter daşımaqla onun iş və icra intizamının pozuntusu kimi qiymətləndirilə bilməz. Lakin görünən odur ki, məhkəmə qeyd olunan hala düzgün qiymət verməmiş, şəxsin soial həyatda olan davranışlarına əmək qanunvericliyi üzərindən “hüquqi qiymət” vermişdir.

30. Məhkəmə cavabdeh qurumun nümayəndəsi tərəfindən təqdim olunan video diskə istinad edərək, iddiaçının onun barəsində intizam tənbehi verilərkən işdə olmasınının video görüntülərinin olduğunu bildirmişdir. Qeyd olunan video disk, həmin diskdə olan video görünütülər məhkəmə iclasında tədqiq olunmamış və iddiaçı tərəfin həmin video diskdən ümumiyyətlə xəbəri olmamışdır. Yəni bu onu deməyə əsas verir ki, məhkəmə məhkəmə iclası zamanı təqdim olunmayan və tədqiq olunmayan sübutlara istinad edərək qətnamə qəbul etmişdir.

31. İddiaçının nümayəndəsi tərəfindən məhkəmə iclaslarında bildirilmişdir ki, cavabdeh qurumun direktorunun əsas məqsədi iddaçı barəsində ilk olaraq şiddətli töhmət intizam tənbehi verməklə sonrakı mərhələdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi olmuşdur. Yəni, bu onu deməyə əsas verir ki, iddiaçıya qarşı məktəbdə ayrı-seçkilik və bulinqə yol verilməkdədir. Lakin məhkəmə məsələnin ciddiyətini nəzərə almadan və sırf cavabdeh tərəfin əsassız dəlillərinə söykənən qətnaməni qəbul etmişdir.

32. Birinci instansiya məhkəməsi iclasına çağırılan şahidlərin (müəllimlərin) dindirilən zaman iddiaçıya qarşı göstərdikləri qeyri-etik hərəkətlər, ona qarşı olunan hörmətsizlik məhkəmə tərəfindən aydın şəkildə görülməsinə baxmayaraq hər hansı reaksiya verilməmişdir.

33. Tərəfindən bütün sübutlar məhkəməyə təqdim olunsada qətnamədə bütün sübutlara qiymət verilməmişdir.

34. Odur ki, Mingəçevir şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv olunması və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Qarayeva Zəminə Fidail qızı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi.

37. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Qarayeva Zəminə Fidail qızının vəkili vəkil1 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

38. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Mingəçevir şəhər ** saylı tam orta məktəbin direktoru X4 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək, apellyasiya şikayətinin təmin olunmaması, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

39. Məhkəmə kollegiyasının iclasında iştirak edən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə X19 Aran Regional Təhsil İdarəsinin nümayəndəsi X7 apellyasiya şikayətinin təmin olunmaması, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

40. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin; 2.3-cü maddəsində göstərilmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 9-cu maddəsinin “q” bəndinə əsasən əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq işcinin əsas hüquqlarındadır. 10-cü maddəsinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və daxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət, kommersiya və vergi sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) bu Məcəllədə müəyyən edilmiş məhdudiyyətlər nəzərə alınmaqla, işəgötürənin tapşırığı ilə ezamiyyətə getmək; g) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. 11-ci maddəsinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: b) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, daxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; 182.1-ci maddəsinə əsasən işəgötürən əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə daxili intizam qaydaları qəbul edə bilər. 186.1-ci maddəsinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. 186.2-ci maddəsinə əsasən işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək. 188.1-ci maddəsinə əsasən intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. 188.2-ci maddəsinə əsasən müəssisənin nizamnaməsində (əsasnaməsində) başqa hal nəzərdə tutulmayıbsa, işəgötürən işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri (sərəncamı, qərarı) ilə özünün müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Həmin əmrdə (sərəncamda, qərarda) hansı səbəbə görə intizam tənbehi vermək səlahiyyətinin başqa vəzifəli şəxsə həvalə edildiyi əsaslandırılmalı və onun səlahiyyətinin dairəsi dəqiq müəyyən edilməlidir. 189.3-cü maddəsinə əsasən intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin (sərəncamın, qərarın) surəti ona təqdim olunmalıdır. 190.3-cü maddəsinə əsasən işçi intizam tənbehi verilərkən işəgötürən tərəfindən qanunvericiliyin tələblərinin və onun hüquqlarının pozulduğunu iddia edərsə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər.

41. Təhsil haqqında Azərbaycan Respublikasinin Qanununun: 30.2. Dövlət təhsil müəssisəsinə rəhbərliyi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təyin edilmiş dövlət təhsil müəssisəsinin rəhbəri (rəhbərliyi) həyata keçirir. Dövlət təhsil müəssisəsinin ali idarəetmə orqanı elmi və pedaqoji şuralardır. Elmi və pedaqoji şuraların yaradılması və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş əsasnaməyə və təhsil müəssisəsinin nizamnaməsinə əsasən müəyyən edilir.

42. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin Kollegiyasının ## ### 2024-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Təhsilverənlərin etik davranış Qaydaları”: 1.1. Bu Qaydalar təhsilverənlərin etik davranış qaydalarını, prinsiplərini, habelə onlara əməl edilməsi ilə bağlı münasibətləri müəyyən edir. 1.2. Bu Qaydalar bütün növ təhsil müəssisələrində çalışan təhsilverənlərə şamil edilir. 1.4. Hər bir təhsilverən öz fəaliyyətində qanunun aliliyini, insan hüquqlarını, demokratik prinsipləri rəhbər tutaraq bu Qaydaların müddəalarına əməl etməyə borcludur.

2. Təhsilverənlərin etik davranış prinsipləri 2.3. Loyallıq: 2.3.1. təhsilverən vəzifəsinə aid olmadığı hallarda işlədiyi və digər təhsil müəssisələrinin, dövlət orqanlarının, onların rəhbərlərinin fəaliyyəti ilə əlaqədar (qanunsuz fəaliyyət istisna olmaqla) tənqidi ictimai mülahizələrdən, çıxışlardan və onların fəaliyyətinə ictimai qiymət verilməsindən çəkinməlidir; 2.3.2. təhsilverən öz fəaliyyəti ilə bağlı mediada və sosial şəbəkələrdə çıxışlarında çalışdığı müəssisə tərəfindən müəyyən olunmuş qaydalara əməl etməlidir. 2.4. Mədəni davranış: 2.4.1. təhsilverən təhsil prosesinin iştirakçıları ilə davranışında nəzakətli və təmkinli olmalıdır; 2.4.2. təhsilverən xidməti fəaliyyəti ilə əlaqədar iradlara, tənqidi fikirlərə hörmətlə yanaşmalı və onları dəyərləndirməlidir; 2.6. İctimai etimad: 2.6.1. təhsilverən təhsil müəssisəsinin nüfuzunu möhkəmləndirməyə, öz adını, şərəf və ləyaqətini uca tutmağa borcludur; 2.6.2. təhsilverən etik davranış qaydalarının onun tərəfindən pozulmasının nəticələrini aradan qaldırmalı və ictimai etimadın bərpası üçün tədbirlər görməlidir;

3. Təhsilverənlərin xidməti davranışı: 3.1. Təhsilverən öz fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş səlahiyyətlər çərçivəsində cəmiyyət və dövlətin maraqları naminə keyfiyyətlə, səmərəli və peşəkarlıqla yerinə yetirməyə borcludur. 3.2. Təhsilverən icra və əmək intizamına riayət etməli, üzrsüz səbəbdən işdən yayınmamalıdır. 3.3. Təhsilverən birbaşa və yuxarı rəhbərinin qanunvericiliyə uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi əmr və (və ya) tapşırıqları yerinə yetirməyə borcludur. 3.4. Təhsilverən birbaşa və ya yuxarı rəhbər tərəfindən verilən əmr, sərəncam və ya tapşırığın qanuna və ya digər normativ hüquqi akta zidd olmasına əmindirsə, bu barədə yazılı əsaslandırmanı birbaşa və ya yuxarı rəhbərinə təqdim etməlidir. O, birbaşa rəhbərindən bu əmr, sərəncam və ya tapşırığın yazılı şəkildə təsdiq olunmasını tələb etməlidir. Birbaşa rəhbərindən yazılı şəkildə təsdiq edilmiş əmr, sərəncam və ya tapşırıq almasına baxmayaraq, təhsilverən onların qanuna, yaxud digər normativ hüquqi akta zidd olmasına inanmaqda davam edərsə, o, həmin əmr, sərəncam və ya tapşırığın yerinə yetirilməsindən imtina edə bilər. 3.5. Müəssisə rəhbərinin qanuni göstərişlərinin yerinə yetirilməməsi intizam məsuliyyətinə səbəb olur. 5.1. Etik davranış qaydalarına əməl olunmasına nəzarəti müəssisə rəhbəri həyata keçirir. 5.2. Müəssisə rəhbəri: 5.2.1. kollektivi bu Qaydalarla tanış etməlidir; 5.2.2. təhsilverənin davranışının bu Qaydalara uyğunluğuna nəzarət etməli, onun təhlili və müzakirəsini aparılmalıdır; 5.2.3. təhsilverənləri hüquqa və etik normalara zidd olan hərəkətlərə sövq etməməlidir; 5.2.4. etik davranış qaydalarını pozan təhsilverənlərin intizam məsuliyyətinə cəlb edilməsi üçün tədbirlər görməlidir; 5.2.5. müəssisənin kollektivini və ictimaiyyəti bu Qaydaların pozulması halları ilə bağlı həyata keçirilmiş tədbirlər barədə məlumatlandırmalıdır; 5.2.6. bu Qaydaların pozulmasının nəticələrinin aradan qaldırılması, təhsil müəssisəsinə ictimai etimadın artırılması üçün tədbirlər görməlidir. 43.Azərbaycan Respublikası Təhsil Nazirliyinin ## ###### 2010-cu il tarixli, **** nömrəli əmri ilə təsdiq edilmiş Ümumi təhsil müəssisəsinin Pedaqoji Şurası haqqında Əsasnamə: 1.2. Pedaqoji Şura ümumi təhsil müəssisələrində ali idarəetmə orqanı hesab olunur, öz fəaliyyətində bu Əsasnaməni rəhbər tutur. 1.3. Ümumi təhsil müəssisəsində Pedaqoji Şura pedaqoji kollektivin hər bir üzvünü müəssisənin idarəolunmasına fəal cəlb etməklə demokratik şəraitdə qarşıda duran aktual məsələləri müzakirə edib kollegial qərarlar qəbul etmək məqsədilə yaradılır. 2.1. Pedaqoji Şuranın tərkibinə "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun 31.0.2-ci bəndində müəyyən olunmuş aidiyyəti pedaqoji işçilər, müəssisənin həkimi və ictimai əsaslarla fəaliyyət göstərən VMA-nın (valideyn komitəsinin) sədri daxil edilirlər. 2.3. Pedaqoji Şuranın illik fəaliyyət planı şuranın ilk iclasında müzakirə olunduqdan sonra müəssisənin illik ümumi Fəaliyyət planının tərkibində təsdiq edilir. 2.6. Üzvlərinin üçdə ikisi iştirak etdikdə Pedaqoji Şura səlahiyyətli hesab olunur. Şura qərarları adi səs çoxluğu ilə qəbul edilir. 2.8. Pedaqoji Şuranın qərarları məktəb direktorunun müvafiq əmrləri ilə rəsmiləşdirilir.

44. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

45. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

47. Apellyator Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisə həll edilərkən tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətləri ilə bağlı işin faktiki halları tam araşdırılmış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

49. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

50. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı ilə işəgötürən Mərkəzi Aran Regional Təhsil İdarəsi arasında bağlanmış ##.##.2023-cü il tarixli əmək müqaviləsinə əsasən iddiaçı Mingəçevir şəhər ** saylı tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. İddiaçı ## ######## 2025-ci il tarixdə 2025- 2026-ci il tədris ili üzrə təşkil olunan məktəbin ilk pedaqoji şurasında iştirak etməmişdir. Məktəbin ##.##.2025ci il tarixli ** saylı pedoqoji şurasının iclasından çıxarışa əsasən iclasda 68 nəfər iştirak etmişdir. Pedoqoji şurada gündəlikdə duran məsələlər müzakirə edilərək məktəbin 2025-2026-cı il tədris ili üçün fəaliyyət planı təsdiq edilməsi, 8-ci siniflərdə tədris planındakı dəyişikliklər nəzərə alınmaqla yeni metodik üsulların tətbiqi genişləndirilməsi, Fənn müəllimlərinin dərs yükləri təqdim olunan siyahı üzrə təsdiq edilməsi, Rəqəmsal bacarıqlar layihəsinin tədrisi və məktəbdaxili nizam-intizam qaydalarına əməl olunması üzərində nəzarətin gücləndirilməsi, direktor müavinlərinin, UBR-in, kitabxanaçıların və fiziki rəhbərinin 2025-2026-cı tədris ili üçün iş planları təsdiq edilməsi (İddiaçı istisna), Azərbaycan və rus bölmələri üzə İ və XI siniflərin və hazırlıq qruplarının formalaşdırılması başa çatdırılması, ərazidə yaşayan 5 yaşlı uşaqların məktəbəhazırlıq qruplarına cəlb edilməsi vəziyyəti daim nəzarətdə saxlanması, Rus bölməsində Azərbaycan dilinin (dövlət dili kimi) tədrisinə və şagirdlərin milli və mənəvi dəyərlər ruhunda nəzrətin gücləndirilməsi, IX siniflərdə “Zəfər tarixi” fənnin tədrisinin təşkili və şagirdlər tərəfindən mənimsənilməsinin təmin olunması, məktəbin reqlamenti, müəllim və şagirdlərin növbətçilik qrafikinin təsdiq edilməsi və daxili intizam qaydalarına ciddi əməl olunması, tədris prosesində yeni metodik üsulların tətbiqi və şagird nailiyyətlərinin mütəmadi olaraq həyata keçirilməsi qərara alınmışdır. İddiaçı məktəbin tədris cədvəlini tərtib etməmiş, müəllimlərlə metodiki görüşlər keçirməmiş və fəaliyyət planını hazırlamamış, dərs proqramlarının tərtibi haqqında məsləhətlər verməmiş, iddiaçı tədris (təlim-tərbiyə) və metodiki işləri təşkil etməmişdir. ## ####### 2025-ci il tarixli növbədənkənar pedoqoji şuranın iclasında cavabdeh Mingəçevir şəhər ** saylı tam orta məktəbin direktoru Ceyhun Atayevin ## ####### 2025-ci il tarixli, *** saylı əmri ilə iddiaçı barəsində Əmək Məcəlləsinin 186-cı maddəsinin 2b bəndinə uyğun olaraq “sonuncu xəbərdarlıqla şiddətli töhmət” intizam tənbehi verilmişdir.

51. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.

52. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının iddia tələbinə uyğun araşdırmalar aparmış və işdə olan sübutlara hüquqi qiymət verməklə, iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar öz təsdiqini tapmadığına görə iddianın rədd olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə tam razılaşır.

53. İddiaçının apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsi tərəfindən iş materiallarında olan sübutların düzgün qiymətləndirilməməsi ilə bağlıdır.

54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini ümumilikdə əsassız hesab edərək qeyd edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir.

55. Nəzərə alınmalıdır ki, sübutetmə dedikdə, iddianın əsaslandığı hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

56. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».

57. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

58. Məhkəmə kollegiyаsı hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 mart 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

59. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: İddiaçı Qarayeva Zəminə Fidail qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar