Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-647/2026 28.07.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Abasəli oğlunun cavabdeh Cavabdeh Firuddin qızına qarşı (açar sözlər: Vərəsəlik hüququ üzrə mübahisələr, Qanun üzrə vərəsəlik hüququnun tanınması) Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu; Hakimlər - Sadiqov Zülfüqar Əhməd oğlu və Musayev Vüqar Ələkbər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Həmidova Günel Vahid qızının katibliyi, İddiaçı - İddiaçı Abasəli oğlunun nümayəndəsi və vəkili Vəkil/Nümayəndə, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər – mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 etibarnamə üzrə nümayənədəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 iştirakı ilə, İddiaçı İddiaçı Abasəli oğlunun cavabdeh Cavabdeh Firuddin qızına qarşı “miras əmlak üzərində tam həcmdə payının müəyyən edilməsi tələbninə dair” mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclasında baxılmışdır. I. İşin halları
1. İş materiallarında olan Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışın surətindən görünür ki, ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşamış mərhum X24 yaşadığı müddətdə öhdəsində yoldaşı – mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, qızı – Cavabdeh Firiddun qızı və oğlu – mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 olmuşdur.
2. İş materiallarında olan Göyçay rayon İcra Hakimiyyəti başçısının Göyçay şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışın surətindən görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla yaşamış mərhum X30 yaşadığı müddətdə öhdəsində yoldaşı – X16, qızı – X4, qızı – X13, oğlu – X1, qızı – X17 və qızı – X14 olmuşdur.
3. İş materiallarında olan Göyçay rayon Notariat Ofisinin ## ###### 2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı Cavabdeh Firiddun qızı ilə aralarında əmlaka dair mirasın bölüşdürülməsi haqqında ixtilafı həll etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur.
4. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi Baş Dövlət Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin ##.##.2023-cü il tarixli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən üç otaqlı ümumi sahəsi 83,3 kv.m, yaşayış sahəsi 47,3 kv.m olan ev 137 mənzil 10 ## ####### 1991-ci ildə X25 adına qeydə alınmışdır. (## ####### 2003-cü il, 3 nömrə ilə reyestr kitabına yazılmışdır)
5. İş materiallarında olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2025ci il tarixli arayışdan görünür ki, X26 ##.##.2021-ciı ildə vəfat etmişdir.
6. İş materiallarında olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2025ci il tarixli arayışdan görünür ki, X15 ##.##.2007-ci ildə vəfat etmişdir.
7. İş materiallarında olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2020ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 ##.##.2020-ci ildə vəfat etmişdir.
8. İş materiallarında olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2025ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ##.##.1987-ci ildə vəfat etmişdir.
9. İş materiallarında olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2025ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 ##.##.2001-ci ildə vəfat etmişdir.
10. İş materiallarında olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 ##.##.2008ci ildə vəfat etmişdir.
11. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ##.##.1964-cü ildə Göyçay rayonunda anadan olmuş, X10, anası X3r.
12. İş materiallarında olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, X15 ##.##.1957-ci ildə Göyçay rayonunda anadan olmuş, X10, anası X3r.
13. İş materiallarında olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, X26 ##.##.1959-cu ildə Göyçay rayonunda anadan olmuş, X10, anası X3r.
14. İş materiallarında olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, X27 ##.##.1950-ci ildə Göyçay rayonunda anadan olmuş, X10, anası X3r.
15. İş materiallarında olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, X24 ##.##.1953-cü ildə Göyçay rayonunda anadan olmuş, X10, anası X3r.
16. İş materiallarında olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, İddiaçı ##.##.1966-cı ildə Göyçay rayonunda anadan olmuş, X10, anası X3r.
17. İş materiallarında olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, X26 nikah haqqında akt qeydi aşkar edilməmişdir.
18. İş materiallarında olan Göyçay rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli arayışdan görünür ki, X15 nikah haqqında akt qeydi aşkar edilməmişdir.
19. İş materiallarında olan Göyçay rayon İcra hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi”nin ##.##.2026-cı il tarixli arayışdan görünür ki, İddiaçı Göyçay Şəhər Təsərrüfatı Birliyinin mənzil sahəsinin balansında olan M.Ə.Rəsulzadə küçəsi bina ***/** saylı mənzildə ##.##.1966-cı il tarixdən yaşayır.
20. İş materiallarında olan Göyçay rayon notariat ofisinin xüsusi notariusu Polad Nəcəfli tərəfindən verilmiş ##.##.2026-cı il tarixli arayışdan görünür ki, ##.##.2001-ci il tarixdə vəfat etmiş X25 vəfatından sonra miras qalmış əmlaka dair Göyçay rayon notariat ofisi tərəfindən vərəsəlik işi açılmamışdır.
21. İş materiallarında olan Göyçay rayon İcra hakimiyyəti yanında “Şəhər Təsərrüfatı Birliyi”nin ##.##.2026-cı il tarixli arayışdan görünür ki, M.Ə.Rəsulzadə küçəsi bina ***/** saylı ünvanda yaşamış mərhum X25 ##.##.2001-ci il tarixdə vəfat etmişdir. Mərhumun vəfatından sonra həmin ünvanda yaşayan oğlu, İddiaçı mənzil kommunal ödənişlərini ödəyir və halhazırda heç bir borcu yoxdur. İddiaçı hal-hazırda göstərilən ünvanda yaşayır.
22. İş materiallarında olan notariat qaydasında təsdiq edilmiş ##.##.2025-ci il tarixli ərizədən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 ##.##.2001ci idjə vəfat etmiş X25 qalmış bütün miras əmlakından onlara çatası payı qəbul etməmələrini,miras əmlakı faktiki idarə etməyə başlamamalarını göstərmişlər.
23. İş materiallarında olan notariat qaydasında təsdiq edilmiş ##.##.2025-ci il tarixli ərizədən görünür ki, X18,İsmayılova Ziyafət Söhrab qızı,X1,X13 və X4 ##.##.2001-ci idjə vəfat etmiş X25 qalmış bütün miras əmlakından onlara çatası payı qəbul etməmələrini,miras əmlakı faktiki idarə etməyə başlamamalarını göstərmişlər.
24. İş materiallarında olan notariat qaydasında təsdiq edilmiş ##.##.2025-ci il tarixli ərizədən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 ##.##.1987-ci idə vəfat etmiş X3 qalmış bütün miras əmlakından ona çatası payı qəbul etməməsini, miras əmlakı faktiki idarə etməyə başlamamasını göstərmişdir.
II. Birinci instansiya məhkəməsində icraat
25. İddiaçı İddiaçı Abasəli oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X10 miras qalmış ünvan 4 ünvanda yerləşən mənzil üzərində onun tam həcmdə payının müəyyən edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.
26. İddiaçı İddiaçı Abasəli oğlu iddia tələbini belə əsaslandırmışdır ki, X10 ##.##.1953cü il tarixdə anası X3 rəsmi nikah qeyd etdirməklə ailə qurmuşlar. Həmin nikahdan valideynlərinin özü, bacısı Mahizər, qardaşları Firuddin, Bəhruz, Qəhrəman, Şirvan və Əkbər adlı 7 övladı doğulmuşdur. Anası X3 ## ###### 1987-ci il tarixdə Göyçay şəhərində kəskin nəfəs çatışmamazlığı səbəbindən vəfat etmişdir (##.##.2025-ci il tarixli arayış əlavə olunub). Anasının vəfatından sonra atası X6 rayon sakini X2 ilə ##.##.1988-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuş, onların birgə nikahından mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7, Xatirə Zülfüqarova və Xalidə Zülfüqarova adlı 3 övladı doğulmuşdur. X10 ## ######## 2001-ci il tarixdə Göyçay şəhərində vəfat etmişdir (##.##.2025-ci il tarixli arayış əlavə olunub). Bundan sonra qardaşı Bəhruz Zülfüqarov ##.##.2007-ci ildə, bacısı Mahizər Əsədullayeva ##.##.2008-ci ildə, qardaşı Firuddin Zülfüqarov ##.##.2020-cı il tarixdə, qardaşı Qəhrəman Zülfüqarov ##.##.2021-ci ildə vəfat etmişlər. Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev ***/** saylı ünvanda yerləşən mənzil mərhum X10 miras qalmışdır. X10 miras qalmış Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev ***/** saylı ünvanda yerləşən yaşayış mənzilini qanunla müəyyən edilmiş müddət ərzində faktiki olaraq qəbul etmiş və bu günədək həmin mənzildə yaşayır. Mənzilə dair kommunal xidmət xərclərini ödəyir, mənzilə dair mülkiyyətçinin üzərinə düşən bütün vəzifələri icra edir. Bunu bütün qohumlar, qonşular təsdiq edə bilərlər. Həmçinin, bu faktı kommunal ödəniş etdiyi təşkilatlar da təsdiq edə bilərlər. Miras əmlakı faktiki qəbul etdiyi üçün X10 miras qalmış əmlaka dair adına vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün tərəfindən ## ###### 2025-ci il tarixdə ərizə ilə Göyçay rayon Notariat ofisinə müraciət edilmişdir. Göyçay rayon Notariat ofisinin notariusu Polad Nəcəfli ## ###### 2025-ci il tarixli **** saylı məktubla vərəsəlik hüququ haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Buna səbəb kimi cavabdehlə arasında mərhum Abbasəli Zülfüqarovdan miras qalmış əmlakla bağlı ixtilafın olması göstərilmişdir. Bildirir ki, 1-ci növbəli vərəsələr olan qardaş və bacıları, eləcə də hazırki iş üzrə cavabdeh olan qardaşı Firuddin Zülfüqarovun qızı mirası nə faktiki, nə də qanun üzrə qəbul etməmişlər. X10 dəfn və yas xərclərini, eləcə də sonuncudan miras qalmış mənzilə dair kommunal xərcləri ödəməyinə, başqa sözlə desək əmlakı faktiki idarə etməyinə baxmayaraq, cavabdeh əsassız və qanunsuz olaraq miras əmlakla bağlı ixtilaf yaradır. Atası vəfat edəndən sonra, miras əmlakı faktiki olaraq yalnız o qəbul etmişdir. Digər qanun üzrə vərəsələr qanunla müəyyən edilmiş müddət ərzində mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etmələri barədə ərizə verməmiş, eləcə də, mirası müəyyən olunmuş müddət ərzində faktiki qəbul etməmişlər.
27. Birinci instansiya məhkəməsinin iclasında iddiaçı İddiaçı iddianı müdafiə etmiş və izahat verərək bildirmişdir ki, X10 2001-ci ildə vəfat etmişdir. Bundan sonra qardaşı Bəhruz Zülfüqarov 2007-ci ildə, bacısı Mahizər Əsədullayeva 2008ci ildə, qardaşı Firuddin Zülfüqarov 2020-ci ildə, digər qardaşı Qəhrəman Zülfüqarov 2021ci ildə vəfat etmişdir. Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev ***/** saylı ünvanda yerləşən mənzil mərhum atasından miras qalmışdır. Atasından miras qalmış həmin evdə faktiki olaraq o yaşayır, mənzilə dair bütün vəzifələri o icra edir. Miras əmlakı faktiki qəbul etdiyi üçün atasından miras qalmış əmlaka dair adına vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün Göyçay Rayon Notariat ofisinə müraciət etmişdir. Lakin cavabdehlə arasında miras qalmış evlə bağlı ixtilaf olduğundan ona Göyçay Rayon Notariat ofisi şəhadətnamə verməkdən imtina etmişdir. Cavabdeh qardaşı Firuddin Zülfüqarovun qızı mirası nə faktiki, nədə qanuni qəbul etməmişdir.
28. Birinci instansiya məhkəməsinin iclasında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 izahat verərək bildirmişdir ki, İddiaçı onun qardaşıdır.İddiaçı miras açıldıqdan sonra Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev ***/** saylı ünvanda yerləşən mənzildə yaşamış,hazırda da yaşayır.Mənzilin saxlanma xərclərini İddiaçı çəkir.O evləndikdən sonra ailəsi ilə birlikdə kirayə ev tutaraq başqa evdə yaşamışdır. X19 atasının vəfatından sonra evlənmiş və ailəsi ilə birlikdə Göyçay şəhərində H.Əliyev prospektində ev alaraq orada yaşamışdır.Digər vərəsələr də miras əmlakı qəbul etməmiş,başqa ünvanlarda yaşamışlar.
29. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş şahid1 göstərmişdir ki, İddiaçı onun qonşusudur. İddiaçı atası Abbasəli Zülfüqarov X7dır. Onlar ailədə 7 uşaq olublar. X7 vəfat edəndən sonra Abbasəli Zülfüqarov yenidən ikinci dəfə ailə həyatı qurmuşdur. Abbasəli Zülfüqarovun ikinci evliliyindən olan uşaqlarını tanımır. Abbasəli Zülfüqarovun vəfatından sonra həmin evdə Rafiq və Əkbər yaşamışdır. Abbasəli Zülfüqarovun vəfatından sonra onun ikinci arvadınnan olan uşaqlarının həmin evə gəlib getməsini görməmişdir. Daha sonra Əkbər ailə həyatı qurmuş və həmin evdən ailəsi birlikdə çıxaraq kirayə ev tutaraq orada yaşamışlar. Hal-hazırda Rafiq həmin evdə tək yaşayır.
30. Göyçay Rayon Məhkəməsinin (hakim Elçin Qurbanov) ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə iddia təmin edilərək iddiaçı İddiaçı miras qoyan X25 miras qalmış Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 137, mənzil 10-da tam həcmdə miras payının müəyyən edilməsi, məhkəmə xərclərinin cavabdehə aid edilməsi, cavabdeh Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 100 manat məbləğində pul alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir.
31. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1145, 1151.1, 1159.1, 1160, 1243.2, 1243.3, 1246, 1255, 1262-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
32. Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 tərəfindən apellyasiya şikayəti verilmişdir.
III. Apellyasiya instansiya məhkəməsində icraat
a) apellyasiya şikayətinin dəlilləri
33. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd edir ki, X10 ilə anası X2 ##.##.1988-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə ailə həyatı qurmuşlar, onların birgə nikahından özü və digər bacıları Xatirə Zülfüqarova və Xalidə Zülfüqarova adlı 3 övladları doğulmuşdur. Sonradan atası 2001-ci il tarixdə vəfat etmişdir. Belə ki, atası rəhmətə gedərkən 12 yaşında olmuş, yetkinlik yaşına çatmamışdır. Bir neçə il sonra anası vəfat etmişdir.. O vaxtdan dayısı onu himayəsinə götürərək saxlamışdır. Nəzərinə çatdırır ki, Göyçay şəhərində atasına məxsus bir neçə evlərin mövcudluğundan xəbərdar olmuşdur. Uşaq ikən həmin evlər atası tərəfindən satılmışdır. Daha bir evin varlığından, satılmadığından isə heç vaxt məlumatlı olmamışdır. Belə ki, hakim tərəfindən mərhum atasının ümumi vərəsələri dəqiq müəyyənləşdirilmişdir, ona olan münasibətdə isə doğum haqqında şəhadətnamənin təqdim edilmədiyini, “Azemis” Məhkəmə İnformasiya Sistemində də ona dair məlumatların olmadığını, digər vərəsələrlə bərabər onun da X25 övladlarından olmasını müəyyən edə bilmədiyini əsas gətirərək işə birtərəfli yanaşmışdır. Halbuki onun doğumu haqqında bütün məlumatlar elektron informasiya sistemində mövcuddur. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbul edilməsi ilə bağlı müddəalarına əsasən, mirasçı mirasın açılmasından və ya miras hüququnun yaranmasından xəbərsiz olubsa, məhkəmə həmin müddətin bərpasını mümkün hesab edilməsi ilə bağlı tələbin məhkəmədə qaldırılmasına şərait yaradaraq, işi obyektiv araşdırmalı idi. Bir daha məhkəmənin nəzərinə çatdırır ki, atası vəfat etdiyi zaman azyaşlı olması, azyaşlı ikən valideynlərinin hər ikisini itirərək dayısının yanında qalaraq Bakıda yaşaması, torpaq sahəsinin isə Göyçay rayonunda yerləşməsi və ən əsası sözü gedən miras əmlakından məlumatsız olması onun hüquqlarını müstəqil şəkildə həyata keçirməsinə mane olmuşdur. İş materiallarına nəzər salanda görünür ki, digər mirasçılar qərəzli, məqsədli olaraq əmlakın mövcudluğu barədə ona məlumat verməmişdir. Belə ki, miras əmlakın mövcudluğunu yalnız məhkəmə çəkişməsi başlayandan sonra öyrənə bilmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsi işin faktiki hallarını tam və hərtərəfli araşdırmayıb, onun miras hüquqlarının yaranması və həyata keçirilməsinə mane olan hallara lazımi qiymət verməyib. Məhkəmə ilkin olaraq mühüm əhəmiyyət kəsb edən halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Belə ki, iddiaçının aidiyyəti notariat ofisindən əldə etdiyi vərəsəlik hüququ haqqında şəhadətnaməsinin alınması üçün müraciət edilən və notariusda əsas olmuş notariat işi məhkəmə tərəfindən tələb edilərək tədqiq olunmamışdır. Halbuki həmin notariat işində vərəsələrin dairəsi, mirasın qəbul edilməsi ilə bağlı ərizələr, təqdim olunmuş sənədlər və notariusun hərəkətlərinin qanuniliyi ilə bağlı mühüm sübutların mövcudluğu düzgün qiymətləndirilməmişdir. Notariat işinin araşdırılmaması iş üzrə faktiki halların düzgün müəyyən edilməsinə mane olmuşdur. Halbuki məsələnin bu hissəsi məhkəmə tərəfindən ayrıca qiymətləndirilməlidir. Həmçinin, vərəsəlik şəhadətnaməsinin verilməsi zamanı təqdim edilmiş sənədlər və vərəsələrin müraciətləri notariat işində saxlanılır və həmin sənədlər mübahisənin həlli üçün əsas sübut mənbəyidir. Habelə həmin şəhadətnamə verilmiş olmasa da, iddiaçı iddia ərizəsində atasının ikinci evliliyi və həmin evlilikdən olan uşaqlar barədə məlumatları qeyd etsə də, vərəsə dairəsini düzgün müəyyənləşdirməmiş, onun barəsində məhkəmə səlahiyyətləri çərçivəsində lazımi orqanlara sorğular göndərərək əsaslı məlumatlar əldə etmədən tələsik qərar qəbul etmişdir. Şikayətdə qeyd olunan bütün hallar sübut və dəlillərlə öz təsdiqini tapır. Belə ki, o, atasının vəfat etdiyi tarixdə azyaşlı olmuş və miras əmlakın mövcudluğu barədə məlumata malik olmamışdır. Miras əmlak Göyçay rayonunda yerləşdiyi halda o, Bakı şəhərində yaşamışdır. Atasından həmin torpaq sahəsinin qalması barədə ona heç bir məlumat verilməmiş, miras hüququnu həyata keçirmək imkanı olmamışdır. Yalnız digər mirasçı tərəfindən məhkəməyə müraciət edildikdən sonra bu əmlakın mövcudluğundan xəbər tutmuşdur. Birinci instansiya məhkəməsi bu halları araşdırmadan və hüquqi qiymət vermədən qərar qəbul etmişdir. Buna görə də hesab edir ki, qəbul edilmiş qərar qanunsuz və əsassızdır, ləğv edilməli və iş yenidən araşdırılmalıdır. Göstərilənlərə əsasən Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*- ***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və miras qoyan X25 miras qalmış Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 137, mənzil 10-da onun da payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
b) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
35. Məhkəmə kollegiyasının iclasında iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs, eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs6 etibarnamə üzrə nümayənədəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 özünün vermiş olduğu apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdi. Verilən suallara cavab olaraq göstərdi ki, o, 1989-cu ildə anadan olmuşdur. X8 1999-cu ildə, atası X10 2001-ci ildə vəfat etmişlər. Anasının adı rəsmi sənədlərdə Nəcibə olsa da el arasında onu Naibə deyə çağırmışlar. Valideynləri öldükdən sonra özü və az yaşlı olmuş bacıları Xatirə və Xalidə dayısının himayəsində yaşamışlar. Yetkinlik yaşına çatdıqdan sonra Bakı şəhərində yaşamışdır. Atamızın əvvəlki nikahdan uşaqlarının olmasını biliblər.. Miras mənzildən məlumatı olmamışdır. Bacıları Xatirə və Xalidə də atalarından miras qalmış mənzildə yaşamamış, ümumiyyətlə həmin əmlakdan xəbərsiz olmuşlar.
36. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı Abasəli oğlunun nümayəndəsi və vəkili Vəkil/Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
37. Məhkəmə kollegiyasının iclasında iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 verilmiş apellyasiya şikayətini müdafiə edərək üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 ilə oxşar məzmunlu izahat vermiş və ədalətli qərar qəbul edilməsini xahiş etdi.
38. Məhkəmə kollegiyasının iclasında iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 apellyasiya şikayətini qəbul etməyərək göstərdi ki, o, atasının birinci nikahından doğulmuş oğludur. Evin sənədləşdirmə işlərini həll edərkən hazırkı mübahisə ortaya çıxdı. Atasının ikinci nikahından doğulmuş üç uşaqdan heç biri mübahisəli mənzildə heç vaxt yaşamamış və oraya gəlib-getməmişlər. Onların Ucar rayonunda evləri olub, lakin oranı satıb hərəsi öz evində yaşayıblar, ailə qurublar və sair. İddiaçı İddiaçı doğulduğundan hazırkı mübahisəli evdə yaşayıb böyümüşdür. 60 ildir ki, həmin evdə yaşayır. Anası vəfat etdikdən sonra atası yenidən ailə qurdu, lakin ikinci arvadını həmin evə gətirməmiş, onlar başqa evdə yaşamışlar. Bundan sonra ikinci arvadı da vəfat etmişdir. Həmin vaxta kimi onlar Ucar rayonunda yaşamış, uşaqlarını digər şəxs böyütmüşdür. Atasının ikinci arvadı vəfat etdikdən sonra isə uşaqları Ucar rayonundan başqa yerə.köçmüşlər. Apellyasiya şikayətinin təmin olunmamasını, Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
39. İşə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq iddiaçı və cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsini rəhbər tutaraq işə, iddiaçı və cavabdehın iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
IV. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
40. Apellyasiya şikayəti vaxtında, yəni birinci instansiya instansiyası məhkəməsinin qətnaməsinin rəsmi qaydada verildiyi gündən bir ay müddətində verilmiş (MPM-in 360-cı maddəsi), apellyasiya şikayətinin məzmunu MPM-in 361-ci maddəsinin tələblərinə uyğundur. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
41. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
42. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
43. İş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 birinci instansiya məhkəməsinin qətnaməsini bütövlükdə mübahisələndirdiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
V. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Konstitusiyası:
44. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
45. Maddə 1133. Vərəsəlik anlayışı 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. (...).
46. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.
47. Maddə 1151. Miras əmlak 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. (...).
48. Maddə 1159. Qanun üzrə vərəsələr 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. (...).
49. Maddə 1160. Qanun üzrə vərəsəlik zamanı növbəlik Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.
50. Maddə 1243. Mirasın qəbul edilməsi (...). 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə, habelə bu Məcəllənin 1256-cı maddəsində müəyyən olunmuş müddət ərzində mirasın qəbulundan imtina etmədikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
51. Maddə 1262. Mirasdan imtina zamanı payın birləşdirilməsi Əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
53. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
56. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
57. Maddə 372.1 Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, İş materiallarında olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
58. Maddə 372.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
59. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
60. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
61. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
VI. Apellyasiya məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin materialları üzrə yoxlayıb, iş üzrə toplanmış sübutları tədqiq edib qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
63. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
64. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
65. Müəyyən edilmişdir ki, miras əmlaka X25 məxsus Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi, ev 137, mənzil 10 daxildir. Miras qoyanın adına öldüyü məqamadək digər əmlakın (və ya əmlakların) olması müəyyən edilməmişdir. Miras qoyan X25 ## ######## 2001-ci ildə vəfat etməsi ilə vərəsəlik açılmışdır. Miras qoyanın qanun üzrə vərəsəlik zamanı10 vərəsəsi vardır: 1) İddiaçı, 2) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, 3) mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, 4) X15 ##.##.2007-ci ildə, 5) X27 ##.##.2008-ci ildə, 6) X31 ##.##.2020-ci ildə, 7) X26 ##.##.2021-ci ildə vəfat etmişlər. X25 X11 ilə olan ikinci nikahından mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7, X20 və X21 doğulmuşlar.
66. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mirasın qəbul edildiyini vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi və ya əmlaka sahiblik etməsi və ya əmlakı idarə eməyə faktiki başlaması hərəkətləri ilə şəksiz nümayiş etdirməlidir.
67. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı sayır.
68. Belə ki, cavabdeh Cavabdeh atası X24 tərəfindən nə qanunla müəyyən müddət ərzində notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi, nə əmlaka sahiblik etməsi, nədə ki, əmlakı idarə etməyə faktiki başlaması hərəkətlərinin edilməsi müəyyən olunmamışdır.
69. Qeyd edilməlidir ki, X24 şəhəri, Əliyev pr bina 67 m2 ünvanda qeydiyyatda olmaqla ailə üzvləri arvadı - mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, qızı – Cavabdeh Firiddun qızı və oğlu – mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 ilə birlikdə yaşamış, arvadı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 notariat qaydada təsdiq edilmiş ##.##.2025-ci il tarixli ərizə verərək miras əmlakı faktiki olaraq qəbul etməmələrini etiraf etmişlər. Ona görə də miras əmlakın X24 tərəfindən qanunla müəyyən edilmiş qaydada qəbul edilməsi faktı müəyyən edilmədiyindən və bununla da miras əmlak onun mülkiyyəti sayılmadığından, onun ##.##.2020-ci ildə vəfat etməsindən sonra mirasdan pay almaq hüququ vərəsəsi cavabdeh Cavabdeh Firiddun qızına keçməmişdir.
70. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə qəbul etdiyi qətnamədə vurğulamışdır ki, həmçinin mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7, X20 və X21 miras qoyan X25 vərəsəsi hesab edildiyi halda da, onlar tərəfindən də mirasın qəbul edilməsi ilə əlaqədar qanunla müəyyən edilmiş hərəkətlərin edilməsi müəyyən olunmamışdır. Əksinə olaraq tədqiq edilmiş sübutlardan iddiaçı İddiaçı miras açıldıqdan sonra həmin mənzildə qeydiyyatda olaraq yaşaması, miras əmlaka faktiki sahiblik etməsi, kommunal xidmətlərini ödəyərək miras əmlakı faktiki idarə etməsi, bununla da mirası qəbul etmək niyyətini açıqaşkar nümayiş etdirməsi müəyyən olunur.
71. Kollegiya birinci instansiya məhkəməsinin həmin qənaətini əsaslı sayaraq qeyd edir ki, kollegiyanın iclasında iştirak edən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 (eyni zamanda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Dəmirova (Zülfüqarova) Xatirə Abbasəli qızının etibarnamə üzrə nümayənədəsi) və Əkbərova (Zülfüqarova) Xalidə Abbasəli qızı ataları X25 miras qalan mənzili qəbul etmədiklərini bildirmişlər.
72. Bu səbəbdən birinci instansiya məhkəməsi hesab etmişdir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, X15 , X27 Firuddun Abbasəli oğlu və X26, habelə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7, X20 və X21 miras əmlak olan Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi, ev 137, mənzil 10-u qanunla müəyyən edilmiş qaydada qəbul etmədiyindən,mirası qəbul etmiş iddiaçı İddiaçı miras əmlakda tam həcmdə payı müəyyən olunmalı, bununla da iddiası təmin olunmalıdır.
73. Hazırda qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da, mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.
74. Həmin Məcəllənin mirasın qəbulu qaydasını müəyyənləşdirən 1243-cü maddəsinə uyğun olaraq, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
75. Qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi, köhnə redaksiyada).
76. Göründüyü kimi, qanunvericilik mirasın qəbulunun iki üsulunu (formal və qeyri formal) üsullarını müəyyən etmişdir.
77. Mirasın qəbulunun faktik üsulu dedikdə, vərəsənin mirasın açıldığı yerin notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verməsi başa düşülür. Belə bir ərizənin verilməsi vərəsənin birbaşa iradə ifadəsi ilə bağlı olub, onun miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut edir.
78. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu o zaman qüvvədə olur ki, vərəsə özünün konkret hərəkətləri və rəftarı ilə mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Yəni, vərəsənin hərəkətlərindən onun mirası qəbul etmək məqsədi güddüyünü müəyyən etmək olur.
79. Mirasa faktiki sahiblik odur ki, vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, onun üzərində fiziki “ağalıq” edir. Mirasa faktiki sahiblik müxtəlif üsullarla həyata keçirilir: vərəsənin miras qoyanın yaşadığı evə köçməsi; vərəsənin miras açılandan əvvəl və sonra orada yaşaması və yaşamağa davam etməsi; əvvəllər miras qoyana məxsus olan əmlakdan vərəsənin faktiki istifadə etməsi.
80. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır.
81. “C.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2014-cü il tarixli Qərarında qeyd edilmişdir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.
82. Lakin yuxarıda qeyd olunduğu kimi mirasın qəbuluna (istər rəsmi, istərsə də faktiki) yönələn bütün bu hərəkətlər qanunvericilikdə mirasın qəbul edilmə müddəti kimi qeyd olunan müəyyən vaxt dövrü ərzində həyata keçirilməlidir.
83. Mirasın qəbul edilmə müddəti dedikdə, qanunda nəzərdə tutulan elə bir vaxt dövrü başa düşülür ki, həmin dövr ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətlər edirlər.
84. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin VII hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin, Azərbaycan Respublikası Mülki Məcəlləsinin mirasın qəbulu institutunun tələblərindən irəli gələn hüquqi tənzimləmələrin bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilmiş, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilsin.
85. Apellyasiya şikayətinin başlıca dəlilləri, Ətraf Zülqarovun atası 2001-ci il tarixdə vəfat edərkən 12 yaşında olaraq yetkinlik yaşına çatmaması, valideynlərinin hər ikisini itirdiyinə görə dayısının yanında qalaraq Bakıda yaşaması, buna görə də sözü gedən miras əmlakdan məlumatsız olması ilə bağlıdır.
86. Kollegiya həmin dəlillərlə bağlı qeyd edir ki, apellyator atası vəfat edərkən 12 yaşında olsa da, o, 2007-ci ildə artıq yetkinlik yaşına çatmışdır. Onun 18 yaşına çatmasından keçən 19 il ərzində mübahisə predmeti miras əmlakdan xəbərdar olmaması inandırıcı deyildir.
87. Belə ki, apellyator apellyasiya şikayətində göstəriir ki, Göyçay şəhərində atasına məxsus bir neçə evlərin mövcudluğundan xəbərdar olmuşdur. Özü uşaq ikən həmin evlər atası tərəfindən satılmışdır. Daha bir evin varlığından, satılmadığından isə heç vaxt məlumatlı olmamışdır.
88. Uşaq ikən mərhum atası tərəfindən satılan evlərdən məlumatlı olduğu halda, eyni şəhərdə yerləşən, atasının əvvəlki nikahından olan ögey bacı-qardaşlarının yaşadığı mənzildən uzun illər ərzində xəbərsiz olması, miras əmlakın mövcudluğunu yalnız məhkəmə çəkişməsi başlayandan sonra bilməsi barədə deyilənlər həqiqiqətə uyğun, məntiqli və ağlabatan olmadığından kollegiya həmin dəlilləri əsassız hesab edir.
89. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli, * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun.
90. Həmin qərarda qeyd edilir ki, məhkəmə qətnaməsi mülki və kommersiya mübahisələrindən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır.
91. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mövcud mübahisəyə işin hallarına lazımi hüquqi qiymət vermiş və bu səbəbdən də düzgün nəticəyə gəlmişdir.
92. Şərh olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız sayır.
93. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi “Brumаresku Rumuniyаyа qаrşı” işdə (ECHR 1999) qeyd etmişdir ki, hüququn аliliyinin əsаs təzаhürlərindən biri hüquqi müəyyənlik prinsipidir. Əgər məhkəmə mübаhisəni qəti olаrаq həll edibsə, onun qərаrı heç bir şübhə doğurmаmаlıdır.
94. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” ##.##.1997-ci il tarixli * saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun
95. “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
96. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı ## #### 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
97. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi baxılmış apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs7 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnаməsi apellyasiya şikayətinə münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslər, tələbləri təmin olunmadığı hallarda qətnamənin surəti onlara rəsmi qаydаdа verildiyi gündən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilmədikdə o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Elçin Hüseynov