Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(3-10)-7/2026 10.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “Mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Mənzilə köçürmə) Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X5 (sədrlik edən və məruzəçi), X12 və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X18 oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “Mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Yevlax Rayon Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli 2(039)-1329/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o X6 ilə 12 aprel 2014-cü il tarixdə nikah bağlamışlar və nikahlarını Yevlax rayonu ərazisində qaçqın və məcburi köçkünlərin məskunlaşdığı düşərgədə Yevlax şəhər icra hakimiyyəti başçısının nümayəndəliyində rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X2 adlı iki övladları doğulmuşdur. O, xx.xx.2014-cü il tarixindən 2019-cu ilin noyabr ayına kimi qeydiyyatda olduğu Yevlax şəhəri, Yeni qəsəbə 6/42-də yerləşən mənzildə əri və oğlu X7 ilə birlikdə yaşamışlar. X21 həmin mənzildə yaşadıqları dövrdə doğulmuş və 2019-cu ilin noyabr ayına kimi onlarla birlikdə orada yaşamışdır. Cavabdeh əri Şəhriyarın ögey anası, Nümayəndə və Şahnaz Hacıyeva isə ögey bacılarıdır. 2019-cu il tarixində ögey baldızı boşanıb azyaşlı oğlu Tunar ilə birlikdə onların yaşadıqları evə gələn zaman qayınanası onu, əri Şəhriyarı və oğlu Nəsimini Yevlax şəhəri, Yeni qəsəbə 6/42-də yerləşən mənzildən çıxartmış və mənzilin bundan sonra onun qızına məxsus olduğunu bildirmiş və bundan sonra onu həmin mənzilə bir daha buraxmamışdır. Yevlax şəhəri Yeni Qəsəbə 6/42-də yerləşən 3 otaqlı mənzil Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti ilə qaynatası X11 ilə xx.xx.2013-cü tarixində bağlanmış 342 №-li xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən onun və ailə üzvlərinin istifadəsinə verilmişdir. O (iddiaçı) həmin mənzildə 2014-cü ilin aprel ayından yaşamağa başlamışdır. 2021-ci ilin noyabr ayında qayınatası vəfat etmişdir. Qayınatası vəfat etdikdən sonra Cavabdeh öz övladları ilə həmin mənzildə yaşamış, lakin onun, əri və övladlarının həmin mənzildən istifadə huququnu pozmuşdur. Bu günə kimi onun və ailə üzvlərinin yaşayış sahəsinə olan ehtiyacı ödənməmişdir. Hal-hazırda kirayədə yaşayırlar. O, Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinə ərizə ilə müraciət edərək, onun və ailə üzvlərinin həmin mənzildən istifadə hüququnun bərpa olunmasın xahiş etmişdir. Azərbaycan Respublikasının Qaçqınların və X9 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti tərəfindən onun müraciətinə münasibətdə ünvanladığı 3-36-5/2-Z-7xx-xx/2025/85 nömrəli, xx.xx.2025-ci il tarixli məktubda onun və ailə üzvlərinin Yevlax şəhəri Yeni qəsəbə 6/42-də qeydiyyatda olduğu, müqavilədə adları qeyd olunmuş şəxslərlə bərabər mənzildə yaşamaq və ondan bərabər istifadə etmək hüquqlarının olduğu qeyd olunmuş, həmçinin yuxarıda qeyd olunmuş məsələlərlə əlaqədar məhkəməyə müraciət etmək hüquqlarının olduğu qeyd olunmuşdur. İddiaçı qeyd edilənlərin nəzərə alınaraq, onun, əri X6 və azyaşlı övladları xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X2 ilə birlikdə Yevlax şəhəri, Yeni Qəsəbə 6/42-də yerləşən, ümumi sahəsi 84 kv.m olan 3 otaqdan ibarət mənzilə köçürülmələrinə və 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı iddianın dəqiqləşdirilməsinə dair ərizə verərək, onun və azyaşlı uşaqları 03 yanvar 2015-ci il təvəllüdlü X7 və 17 yanvar 2020-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 84. kv.metr olan 3 otaqdan ibarət mənzilə köçürülməyinə və 100 (bir yüz) manat dövlət rüsumunun Cavabdeh tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı məhkəmə iclasında iddianın təmin edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etməyərək, verdiyi izahatında göstərmişdir ki, iddiaçı ilə X6 ailə qurmuş və 2014-cü ildə mübahisəli ünvana gəlin köçmüşdür. İddiaçı 2019-cu ilədək həmin ünvanda yaşamış və həmin tarixdən etibarən iddiaçı əri və uşağı ilə birilkdə öz istəkləri ilə yaşamaq üçün başqa ünvana köçmüşlər. Həmin vaxtdan etibarən İddiaçı əri Şəhriyar Hacıyev və övladları ilə birlikdə başqa ünvanda yaşayır. X17 mübahisəli mənzildə yaşamadığı və yaşamaq istəmədiyi halda, onun qeyd edilən xüsusatlar üzrə hər hansı bir iddiası və tələbi olmadığı halda məhz onun həyat yoldaşı olduğuna görə mənzildə bir neçə il yaşamış və 2019-cu ildən də başqa ünvanda yaşamaq üçün getmiş İddiaçı heç bir hüququ yoxdur. Hazırda iddiaçının mübahisəli mənzilə köçüb orada yaşamasına razı deyildir. İddianın əsassız oldğunudan təmn edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddianın əsassız olduğundan təmin edilməməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X9 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə işə həmin üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Yevlax Rayon Məhkəməsinin (hakim Qalib Paşayev) 05 sentyabr 2025-ci il tarixli 2(039)-1329/2025 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi, iş üzrə ödənilmiş 100 (yüz) manat dövlət rüsumunun İddiaçı aid edilməsi qət edilmişdir.
9. Məhkəmə müəyyən etmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə X11 arasından bağlanmış xx.xx.2013-cü il tarixli, 342 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Yevlax şəhəri Yeni köçkünlər qəsəbəsində yerləşən 6 saylı evin 42 saylı mənzili X8 və onun ailə üzvləri olan həyat yoldaşı Cavabdeh, oğlu X1, qızları Nümayəndə və X3 istifadəsinə verilmişdir. X6 ilə İddiaçı 2014-cü ilin aprel ayında rəsmi nikaha daxil olduqdan sonra İddiaçı həmin mənzilə köçmüş və 2019-cu il tarixədək mübahisəli mənzildə yaşamışdır. Həmin mənzilə dair İddiaçı ilə Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında kirayə müqaviləsi bağlanmamış və xx.xx.2013-cü il tarixli, 342 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə İddiaçı kirayəçi X8 ailə üzvü kimi daxil edilməmişdir. 2019cu ildə İddiaçı daimi yaşamaq üçün ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsinə köçmüş və həmin tarixdən də mübahisəli mənzillə əlaqəsi kəsilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. Məhkəmə qeyd etmişdir ki, məhkəmə iclasında tərəflərin izahtalarından və iş materiallarından müəyyən edildiyi kimi X6 ilə İddiaçı 2014-cü ilin aprel ayında rəsmi nikaha daxil olduqdan sonra İddiaçı həmin mənzilə köçmüş və 2019-cu il tarixədək mübahisəli mənzildə yaşamışdır. Həmin mənzilə dair İddiaçı ilə Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında kirayə müqaviləsi bağlanmamış və xx.xx.2013-cü il tarixli, 342 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə İddiaçı kirayəçi X8 ailə üzvü kimi daxil edilməmişdir. 2019cu ildə İddiaçı daimi yaşamaq üçün ailə üzvləri ilə birlikdə başqa yaşayış sahəsinə köçmüş və həmin tarixdən də mübahisəli mənzillə əlaqəsi kəsilmişdir.
11. Məhkəmə iclasında İddiaçı mübahisəli mənzildən cavabdehin tələbi ilə çıxdığını göstərsə də, həmin halı təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
12. Bundan başqa, iddiaçı iddia ərizəsində mübahisəli mənzildən qaynatası 2021ci ilin noyabr ayında vəfat etdikdən sonra Cavabdeh öz övladları ilə həmin mənzildə yaşadığını, lakin onun, ərinin və övladlarının həmin mənzildən isitfadə hüquqlarını pozduğunu göstərsə də, həmin hal məhkəmə iclasında təqdiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır.
13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı iddia ərizəsində və məhkəmə iclasında verdiyi izahatında 2019-cu il tarixədək həmin mənzildə yaşadığını və həmin tarixdən etibarən məcbur olub mənzildən çıxdığını göstərmişdir. Halbuki, iş materiallarından və iddiaçının izahatından da müəyyən edilir ki, X11 2021-ci ilin noyabr ayında ölmüş, iddiaçı isə 2019cu ildə ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxmışdır. Həmin tarixdən etibarən iddiaçı və ailə üzvləri başqa ünvanda yaşamış və ötən müddət ərzində mübahisəli mənzilə qayıdıb orada yaşamaq istəməsi, cavabdehin isə buna etiraz etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçı ancaq 2025-ci ildə mübahisəli mənzilə qayıdıb yaşamaq istəmiş və hazırkı iddia ərizəsi ilə məhkəməyə mürciət etmişdir.
14. Məhkəmə hesab etmişdir ki, iddiaçının Cavabdeh qarşı mənzilə köçürülməsi tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir.
15. Məhkəmə öz mövqeyini «Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi» haqqında Azərbaycan Respublikası Nazirlər Kabnetinin xx.xx.2010-cu il tarixli, 118 saylı Qərarının 1.2, 1.3, 1.4-cü hissələrinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 17.1, 17.2, 17.2.1, 17.2.2, 17.2.3, 17.3, 17.3.1, 17.3.2, 68.1, 68.2, 68.3, 82.1, 82.2, 82.3, 91.1, 91.1.1, 91.1.2, 91.1.3, 91.1.4, 91.1.5, 91.1.6, 91.1.7, 98.1, 99.1, 99.2, 99.3, 99.4, 99.5, 99.6, 99.7-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a)Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti vermişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmlışdır ki, o, mübahisəli mənzildən daimi yaşamaq üçün deyil, müvəqqəti olaraq çıxmışdır. Bunun nəticəsidir ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti həyat yoldaşı X1, eləcə də onun ailə üzvü olaraq onun həmin mənzildən istifadə etmək hüquqlarının mövcud olmasını bildirmiş və bu hüquqların yaranmasına əsas olan xx.xx.2013-cü il tarixli, 342 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi halhazırda qüvvədədir. Onun həmin müqaviləyə ailə üzvü kimi daxil edilməməyi həmin mənzildən istifadə etmək hüququnun olmaması anlamına gəlmir və bu əsasla iddianın rədd edilməsi qanuna ziddir. Belə ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Göründüyü kimi, o, X6 ilə nikaha daxil olduqdan sonra, onun ailə üzvü olaraq sözügedən mənzilə köçürülmüşdür. Ounun 2019cu ildə həmin mənzildən çıxaraq kirayədə yaşamağı sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas verməmiş, buna görə də həmin müqavilə hal-hazırda da qüvvədədir. Bu da onu göstərir ki, həyat yoldaşının, eləcə də onun ailə üzvü olaraq onun övladları ilə birlikdə hələ də həmin müqavilə üzrə mənzildən istifadə etmək hüquqları vardır.
18. Hal-hazırda onun yaşamağa başqa yeri olmadığından, eləcə də maddi vəziyyəti özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədiyindən həmin mənzildə yaşamaq məcburiyyətində qalmışdır. Lakin işə baxan məhkəmə bu halı araşdırmamışdır. Beləliklə, Yevlax Rayon Məhkəməsi hazırki iddia üzrə mülki işə baxarkən yuxarıda qeyd etdiyi hallara düzgün qiymət verməmiş, bununla da iddianın rədd edilməsi barədə əsassız və qanunsuz qətnamə çıxarmışdır
19. Məhkəmə bu maddi hüquq normasını (Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsi) ona görə düzgün tətbiq etməmişdir ki, mübahisəli mənzildən kirayəçi olaraq mərhum qaynatası, onun övladı X6 və sonuncunun həyat yoldaşı olaraq onun istifadə etmək hüquqlarının mövcud olmasını, hal-hazırda həmin hüquqa xitam verilmədiyini nəzərə almamışdır.
20. Məhkəmə Mənzil Məcəlləsinin 82.2-ci maddəsini ona görə pozmuşdur ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə X11 arasından bağlanmış xx.xx.2013-cü il tarixli, 342 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməmiş olmasını, həmin müqavilə üzrə kirayəçinin övladı X1 və onun ailə üzvü olaraq onun həmin mənzildən istifadə etmək hüquqlarının hələ də mövcud olmasını nəzərə almamışdır. Məhkəmə Mənzil Məcəlləsinin 82.3-cü maddəsini ona görə pozmuşdur ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə X11 arasından bağlanmış xx.xx.2013cü il tarixli, 342 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi (mərhum X8) və onun ailə üzvlərinin başqa yaşayış yerinə köçməsi halı mövcud olmamasını, bu səbəbdən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin hazırda da qüvvədə olmasını nəzərə almamışdır.
21. Məhkəmə bu normanı ona görə pozmuşdur ki, yuxarıda qeyd etdiyi hallara düzgün hüquqi qiymət vermədən iddianın rədd edilməsi ilə nəticələnən qanunsuz və əsassız qətnamə çıxarmışdır. Məhkəmə işə baxarkən ədalətli qərar qəbul etməmişdir. Bununla da məhkəmə «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin, Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71ci maddələrinin tələblərini pozmuşdur.
22. Məhkəmə o nəticəyə gəlmişdir ki, onunla Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında kirayə müqaviləsi bağlanmamış və xx.xx.2013-cü il tarixli, 342 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə o, kirayəçi X8 ailə üzvü kimi daxil edilməmişdir, mübahisəli mənzildən cavabdehin tələbi ilə çıxdığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir, ötən müddət ərzində mübahisəli mənzilə qayıdıb orada yaşamaq istəməyini, cavabdehin isə buna etiraz etməsi ilə bağlı məhkəməyə hər hansı sübut təqdim etməməmişdir. Lakin məhkəmənin gəldiyi nəticə üçün mühüm olan aşağıdakı faktiki halları aydınlaşdırmamışdır:
23. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə X11 arasından bağlanmış xx.xx.2013-cü il tarixli, 342 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin ləğv edilməmiş olmasını, həmin müqavilə üzrə kirayəçinin övladı X1 və onun ailə üzvü olaraq onun həmin mənzildən istifadə etmək hüquqlarının hələ də mövcud olması;
24. Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə X11 arasından bağlanmış xx.xx.2013-cü il tarixli, 342 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə kirayəçi (mərhum X8) və onun ailə üzvlərinin başqa yaşayış yerinə köçməsi halı mövcud olmamasını, bu səbəbdən yaşayış sahəsinin sosial kirayə müqaviləsinin hazırda da qüvvədə olması.
25. Odur ki, Yevlax Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(039)-1329/2025 saylı qətnaməsinin tamamilə ləğv edilməsi, iddia tələbinin təmin edilməsi, onun azyaşlı uşaqları 03 yanvar 2015-ci il təvəllüdlü X7 və 17 yanvar 2020-ci il təvəllüdlü X2 ilə birlikdə ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 84. kv.metr olan 3 otaqdan ibarət mənzilə köçürülməyi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
27. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsi, Yevlax Rayon Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli 2(039)-1329/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, onun Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, həmçinin izahatında hazırda köçürülməsini tələb etdiyi mənzili 2019-cu ildə əri və uşaqları ilə birlikdə tərk edib, ötən müddət ərzində kirayədə yaşadıqlarını, 2019-cu ildə Yevlax şəhəri Yeni qəsəbə 6/42 ünvanında yerləşən mənzili tərk edərkən özlərinə aid bütün əşyalarını, o cümlədən cehiz əşyalarını da həmin mənzildən çıxarıb özləri ilə apardıqlarını göstərmişdir.
28. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli 2(039)-1329/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
29. Cavabdeh nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsi, Yevlax Rayon Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli 2(039)-1329/2025 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
30. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X9 Üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamentinin nümayəndəsi səbəb və mümkünsüzlüyü barədə məlumat vermədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
31. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin; 17.1-ci maddəsinə əsasən mənzil fondu - Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2-ci maddəsinə əsasən mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu-fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu-mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu-bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 17.3-cü maddəsinə əsasən istifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür: 17.3.1. sosial təyinatlı mənzil fondu-dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu; 17.3.2. xüsusi təyinatlı mənzil fondu-bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu. 91.1-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə (bundan sonra – xüsusi təyinatlı yaşayış sahələri) aşağıdakılar aiddir: 91.1.1. xidməti yaşayış sahələri; 91.1.2. yataqxanalarda yaşayış sahələri; 91.1.3. manevr fondu yaşayış sahələri; 91.1.4. əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; 91.1.5. məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.6. qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; 91.1.7. ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri. 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. 99.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi həmin sahənin verilməsi haqqında qərar əsasında bağlanılır. 99.3-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində müqavilənin predmeti, xüsusi təyinatlı yaşayış sahəsindən istifadə üzrə tərəflərin hüquq və vəzifələri müəyyən edilir. 99.4-cü maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi kirayəyə götürülmüş yaşayış sahəsini dəyişdirə, habelə digər şəxslərin istifadəsinə verə bilməz. 99.5-ci maddəsinə əsasən kirayə müqaviləsi əsasında xüsusi təyinatlı yaşayış sahəsindən istifadəyə dair bu Məcəllənin 64-cü, 66.3-cü, 66.4-cü və 68-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilir. 99.6-cı maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsində kirayəçinin ailə üzvləri göstərilir. 99.7-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi yazılı formada bağlanılır. 68.1-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əmək qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. 68.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. 68.3-cü maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. 82.1-ci maddəsinə əsasən yaşayış sahəsinin sosial kirayə müqaviləsi tərəflərin razılığı ilə istənilən vaxt ləğv edilə bilər. 82.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsinin kirayəçisi onunla birlikdə yaşayan ailə üzvlərinin yazılı razılığı ilə istənilən vaxt sosial kirayə müqaviləsini ləğv etmək hüququna malikdir. 82.3-cü maddəsinə əsasən kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir.
32. «Yaşayış sahəsinin xüsusi təyinatlı mənzil fonduna aid edilməsi» haqqında Azərbaycan Respublikası Nazirlər Kabnetinin xx.xx.2010-cu il tarixli, 118 saylı Qərarının; 1.2-ci bəndinə əsasən yaşayış sahəsinin Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş dövlət və ya bələdiyyə mülkiyyətində olan xüsusi təyinatlı mənzil fonduna aid edilməsi bu Qaydanın tələbləri nəzərə alınmaqla həyata keçirilir. 1.3-cü bəndinə əsasən xüsusi təyinatlı mənzil fondunun uçotu mənzil fondunun dövlət uçotunun tərkib hissəsidir. 1.4-cü bəndinə əsasən xüsusi təyinatlı mənzil fondunun yaşayış sahələrinə aşağıdakılar aiddir: - xidməti yaşayış sahələri; - yataqxanalarda yaşayış sahələri; - manevr fondu yaşayış sahələri; - əhaliyə sosial xidmət sisteminə daxil olan binalarda yaşayış sahələri; məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; - qaçqın statusuna malik olan şəxslərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələri; ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün yaşayış sahələri.
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci mаddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
34. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyildir və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
36. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 14 oktyabr 2020-ci il tarixli, 04/2020 nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
37. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
38. Apellyator Yevlax Rayon Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli 2(039)- 1329/2025 nömrəli qətnaməsin ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
40. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
41. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti ilə X11 arasından bağlanmış xx.xx.2013-cü il tarixli, 342 nömrəli xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə əsasən Yevlax şəhəri Yeni köçkünlər qəsəbəsində yerləşən 6 nömrəli evin 42 saylı mənzili X8 və onun ailə üzvləri olan arvadı Cavabdeh, oğlu X1, qızları Nümayəndə və X4 istifadəsinə verilmişdir. X6 ilə İddiaçı 2014-cü ilin aprel ayında rəsmi nikaha daxil olduqdan sonra İddiaçı həmin mənzilə köçmüş və 2019-cu il tarixədək mübahisəli mənzildə yaşamışdır. Həmin mənzilə dair İddiaçı ilə Azərbaycan Respublikası Qaçqınların və X9 üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti arasında kirayə müqaviləsi bağlanmamış və xx.xx.2013-cü il tarixli, 342 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə İddiaçı kirayəçi X8 ailə üzvü kimi daxil edilməmişdir. 2019cu ildə İddiaçı daimi yaşamaq üçün uşaqları ilə birlikdə başqa yaşayış sahəsinə köçmüş, köçərkən özünə məxsus olan bütün əşyalarını, o cümlədən cehiz əşyalarını da aparmış və həmin tarixdən də mübahisəli mənzillə əlaqəsi kəsilmişdir. X11 isə 12 noyabr 2021-ci il tarixdə vəfat etmişdir.
42. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, apellyasiya şikayəti əsassızdır.
43. Belə ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin onun mübahisəli mənzildən daimi yaşamaq üçün deyil, müvəqqəti olaraq çıxması, onun başqa yaşayış yerinə köçməsi halının mövcud olmaması, xx.xx.2013-cü il tarixli, 342 saylı xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin hal-hazırda qüvvədə olması, ounun 2019-cu ildə həmin mənzildən çıxaraq kirayədə yaşamasının sosial kirayə müqaviləsinin ləğv edilməsinə əsas verməməsi, onun ailə üzvü olaraq övladları ilə birlikdə hələ də həmin mənzildən istifadə etmək hüquqlarının olması, məhkəmənin hal-hazırda həmin hüquqa xitam verilmədiyini nəzərə almamasına dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 82.3-cü maddəsinin tələbindən də göründüyü kimi kirayəçi və onun ailə üzvləri başqa yaşayış yerinə köçdükdə, yaşayış sahəsinin sosial kirayə müqaviləsi həmin şəxslərin köçdükləri gündən ləğv edilmiş hesab edilir.
44. İddiaçı Yevlax şəhəri Yeni Qəsəbə 6/42 ünvanında yerləşən mənzildən uşaqları ilə birlikdə və bütün əşyalarını da götürərək başqa yaşayış yerinə köçməsi, ötən 6 il müddətində digər bir ünvanda yaşaması işin mübahisəsiz halıdır.
45. Gəlin köçdüyü mənzildən bütün əşyalarını da çıxardıb, uşaqları ilə birlikdə digər bir ünvana köçməsi, ötən 6 illik müddət ərzində mənzilə qayıtma ilə bağlı məsələni mübahisələndirməməsi iddiaçının həmin mənzildən müvəqqəti olaraq getməsi, hazırda mübahisəli mənzildə iddiaçının istifadə hüququnun olması qənaətinə gəlməyə əsas vermir.
46. İddiaçının himayəsində olan uşaqlarına münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.
47. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərilmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir».
48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmiş, iş üzrə gəlinən nəticə işin həqiqi hallarına uyğun olmaqla iş materiallarında olan sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir.
49. Odur ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən düzgün nəticəyə gəldiyindən və qətnаmə fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа ləğv edilməsi üçün əsаslаr olmаdığındаn İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Yevlax Rayon Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli 2(039)-1329/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
50. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Yevlax Rayon Məhkəməsinin 05 sentyabr 2025-ci il tarixli 2(039)-1329/2025 nömrəli qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.