Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-71/2026 08.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər Babayeva (Qanzayeva) Zeynəb Adam qızı, Uralova Əzizə Adam qızı, X8, Qanzayeva Zəminə Adam qızı, X2, cavabdeh2 və cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X6 və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Iddiaçı İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdehlər Babayeva (Qanzayeva) Zeynəb Adam qızı, Uralova Əzizə Adam qızı və X2 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdehlər Babayeva (Qanzayeva) Zeynəb Adam qızı, Uralova Əzizə Adam qızı, X8, Qanzayeva Zəminə Adam qızı, X2, cavabdeh2 və cavabdeh1 qarşı “alqısatıq müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsi” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakıları müəyyən etdi: Işin halları
1. Iddiaçı İddiaçı cavabdehlər Babayeva (Qanzayeva) Zeynəb Adam qızına, Uralova Əzizə Adam qızına, X8, Qanzayeva Zəminə Adam qızına, X2, cavabdeh2 və cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsi” tələbinə dair iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər cavabdeh7, cavabdeh1, Qanzayeva Zəminə Adam qızının, Uralova Əzizə Adam qızının, Uralova Əzizə Adam qızının, X8, cavabdeh2 və X2 (o cümlədən mərhum X9) mülkiyyətində olan Zaqatala rayon Yuxarı Tala kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrində ## ### 2025ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış, ************ reyestr nömrəli çıxarışda qeyd olunmuş 1.3818 ha torpaq sahəsi üzərində onunla cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, o, məhkəməyə cavabdehlər cavabdeh7 və qeyrilərinə qarşı 1,3818 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Belə ki, ##.##.2007-ci il tarixdə X5 Əbiləbulaq ərazisində yerləşən özünün və ailə üzvülərinin xüsusi mülkiyyətində olan 1 ha 46 sot torpaq sahəsini alqı-satqı müqaviləsi imzalayaraq ona 10000 manata satmışdır. Həmin vaxtdan həmin torpaq sahəsi onun istifadəsindədir. Torpağın vergisini o ödəyir. Həmin torpaq sahəsinə dair alqı-satqı aktı yazılaraq bağın gözətçisi, bağ qonşusu və şahidin imzası və şahidliyi ilə imzalanmışdır. Çıxarışda və alqı-satqı müqaviləsində adı olan X9 vəfat etmişdir. Hal-hazırda isə həmin torpaq sahəsini notarial qaydada alqı-satqı etmək istəyirlər, lakin cavabdehlərin bir neçəsi müxtəlif bəhanələr gətirərək alqı-satqıdan yayınırlar.
Birinci instansiya məhkəməsində icraat 3 Məhkəmə iclasında iştirak etmiş iddiaçı İddiaçı nümayəndəsi vəkil X4 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa oxşar izahat vermiş və əlavə olaraq bildirmişdir ki, müqavilə bağlandığı vaxtdan bugünədək artıq 17 ildən artıq müddət keçmişdir. Əgər cavabdehlərin bildirdikləri düzdürsə, yəni, iddiaçı İddiaçı torpağa dair razılaşdırılmış 10000 manatın 2500 manatı ödəyib qalan pulu ödəməmişdirsə, nə üçün onların indiyədək bununla bağlı hər hansı şikayətləri olmamış, torpaq sahəsindən fındığı yığmamışlar və ya pulu geri qaytarıb torpağı tələb etməmişlər. Hətta 2012-ci ildə iddiaçı İddiaçı özü alqı-satqının rəsmiləşdirilməsi üçün lazımı sənədləri toplamış, lakin cavabdehlər çıxarış almaq üçün müvafiq orqana müraciət etmədiklərindən bu işlər yarımçıq qalmışdır. Tam 13 il sonra cavabdeh7 müraciət edərək həmin torpağa çıxarış almışdır. Yekun olaraq o, izahatında bildirmişdir ki, qarşı tərəf özü də bağı satmalarını etiraf etmişdir, lakin pulla bağlı problemlər yaradaraq torpağın Bayramın adına rəsmiləşdirilməsindən yayınmışlar. Təqdim edilmiş sənədlərdən də görünür ki, İddiaçı 10000 manatı cavabdehlərə verərək, 18 ildir ki, torpağa dair bütün vergiləri ödəməklə bağdan istifadə edir. Bayram cavabdelərə dəfələrlə müraciət etsə də, notariata gəlməkdən yayınmışdırlar. Iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak etmiş cavabdeh Babayeva (Qanzayeva) Zeynəb Adam qızı məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Bayram pulu verəcəm deyərək onları aldadıb həmin sənədə imza atdırmışdır. Söz verməsinə baxmayaraq 7500 manatı onlara ödəməmişdir. O, Bayrama inandığı üçün şikayət etməmiş, pulu gözləmişdir. Həmin illər ərzində də fındığı Bayram yığmışdır. Əgər Bayram 10000 manat pulu versəydi, məhkəmə iclasında özü iştirak edərək bunu onun üzünə qarşı deyərdi. Vermədiyi üçün iclaslarda iştirak etmir, vəkillə təmsil olunur. Aralarında alqı-satqı müqaviləsi imzalandığı vaxt ##.##.2007-ci ildə onlara 2500 manat miqdarında pul verilmişdir. Yekun olaraq bildirir ki, qalıq qalmış 7500 manatı verməsə, gələn il gedib fındığı da yığacaqdır. Həmçinin o, eşitmişdir ki, Bayram həmin torpağı başqa şəxsə də satmışdır.
5. Cavabdeh Qanzayeva Zəminə Adam qızı ##.##.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçı tələbində torpaq üçün 10000 manat verdiyini bildirsə də, o, onlara sadəcə 2500 manat pul ödəmişdir. Onlar Bayrama söz vermişdirlər ki, torpağı onun adına keçirəcəklər, lakin Bayram 7500 manatı ödəmədiyi üçün onlar torpağı Bayramın adına keçirə bilməmişlər. Onlar məhz Bayrama söz verdikləri və bir obadan, kənddən olduqları üçün Bayrama güvəndiklərindən həmin bağın fındığını yığmamış, 7500 manatın verilməsini gözləmişdirlər. Bayram pulu verəcəm deyərək onları aldadıb həmin sənədə imza atdırmışdır.
6. Cavabdeh cavabdeh2 ##.##.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, həmin vaxt anaları xəstə olduğu üçün həmin torpağı bacısı satmaq qərarına gəlmişdir. Lakin Bayram onları aldadaraq 2500 manat verib həmin sənədə imza çəkdirib, geri qalan pulu verməmişdir. Onlar dəfələrlə pulu istəmələrinə baxmayaraq, Bayram pulu verməmişdir. Bununla bağlı şikayət etməmişlər. Həmçinin bildirir ki, Bayram bu müddət ərzində bağın fındığını yığıb, gəlir əldə etmişdir. Bayram artqı 18 ildir ki, pulu verəcəyini bildirib, lakin verməyib. Sənəddə şahid kimi adı göstərilən digər şəxslər də elə Bayramın qohumlarıdır.
7. Cavabdeh Uralova Əzizə Adam qızı və X1 ##.##.2025-ci il tarixli məhkəmə iclasında iddia tələbini qəbul etməyərək cavabdeh cavabdeh2 izahatına uyğun izahat vermişlər.
8. Digər cavabdehlər növbəti məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və məhkəmə iclasına gəlməmələrinin səbəbinin üzürlü olması barədə sübut təqdim etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
9. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (V.Məmmədov), iddiaçı İddiaçı cavabdehlər Babayeva (Qanzayeva) Zeynəb Adam qızına, Uralova Əzizə Adam qızına, X8, Qanzayeva Zəminə Adam qızına, X2, cavabdeh2 və cavabdeh1 qarşı “alqı-satıq müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsi” tələbi barədə iddiasının rədd edilməsi, iddiaçı İddiaçı tərəfindən ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir.
Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
10. Iddia tələbinə əsasən Zaqatala rayonu Aqrar Islahat Komissiyasının ## ######## 2003-cü il tarixli *** saylı qərarı ilə Qanzayeva (Babayeva) Zeynəb Adam qızının və ailə üzvlərinin mülkiyyətinə Zaqatala rayonun, Yuxarı Tala kəndində 1.3818 kv.m kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir. ##.##.2007-ci il tarixdə iddiaçı ilə cavabdelər arasında həmin torpaq sahəsinin İddiaçı satılmasına dair akt imzalanmış, akt əsasən torpaq sahəsi iddiaçıya 10000 mananat müabiləində satılmış, 10000 manatı nağd şəkildə almasını Qanzayeva (Babayeva) Zeynəb Adam qızı öz imzası ilə təsdiq etmiş, lakin cavabdehlərin təqsiri üzündən həmin əqdin notarial qaydada təsdiqlənməmişdir.
11. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq üzərində sərəncam verməklə bağlı əqdlər (alqı-satqı, bağışlama və sair) yazılı formada bağlanmalı, notariat qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qanunla müəyyən olunmuş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır, yəni heç bir hüquqi nəticələrə səbəb olmur.
12. Iddiaçı iddia ərizəsində 1.3818 ha torpaq sahəsinə dair alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi tələbini qoymuş və bu tələbin əsaslandırıldığı hallar kimi tərəflər arasında iddia olunan mübahisəli hüquq münasibətinin, yəni 1.3818 ha torpaq sahəsinə dair alqı-satqı əqdinin 2007-cü ildə yazılı formada bağlanmaqla həmin vaxt torpaq sahəsinə dair alqı-satqı əqdi ilə bağlı iddiaçı İddiaçı tərəfindən cavabdeh Qanzayeva (Babayeva) Zeynəb Adam qızına 10000 manat verildiyini, Qanzayeva (Babayeva) Zeynəb Adam qızından və cavabdehlərdən alqı-satqı qaydasında 1.3818 ha torpaq sahəsinin alındığını göstərir.
13. Bununla bağlı məhkəmə bildirir ki, qanun normasının tələbinə və İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının # #### 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə əsasən əqdlə bağlı mübahisəli hüquq münasibətləri Mülki Məcəllənin vaxtilə mövcud olmuş 335.2-ci maddəsinin qüvvədə olma müddətinə qədər, yəni ## #### 2005-ci ilə kimi yaranmalı, bu zaman əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.
14. Lakin hazırki iş materiallarından görünür ki, cavabdehlərlə iddiaçı İddiaçı arasında 1.3818 ha torpaq sahəsinin alqı-satqısının 2007-ci ildə baş tutması, yəni tərəflər arasında həmin torpaq sahəsinin alqı-satqısı ilə bağlı məhz 2007-ci il tarixdə sadə yazılı müqavilə bağlanmışdır və müqavilə əsasında pul da ##.##.2007-ci il tarixdə ödənilmişdir.
15. Göründüyü kimi iddiaçının məhkəməyə təqdim etdiyi cavabdehlərin ona torpaq sahəsini 10000 manata satması barədə aktı ##.##.2007-ci il tarixdə imzalanmışdır. ##.##.2007-ci il tarixdə yaranan hüquq münasibətlərinə isə Mülki Məcəllənin sözügedən 335.2-ci maddəsi tətbiq edilə bilməz.
16. Belə ki, ## #### 2005-ci il tarixli 949-IIQD №-li Azərbaycan Respublikasının Qanunun ilə Mülki Məcəllənin 335.2-ci maddəsi həmin Məcəllədən çıxarılmışdır, yəni Mülki Məcəllənin 335.2-ci maddəsi ## #### 2005-ci il tarixədək qüvvədə olmuşdur və ona görə də bu hal üzrə ## #### 2005-ci il tarixədək yaranmış hüquqi münasibətlərinə tətbiq oluna bilərdi.
17. ##.##.2007-ci il tarixli iltizam sadə yazılı müqavilə kimi qəbul olunsa belə həmin müqavilənin etibarlı sayılması üçün o, ## #### 2005-ci il tarixdən əvvəl bağlanmalı və bu mübahisəli hüquq münasibətləri ## #### 2005-ci il tarixdən əvvəl yaranmalı idi.
18. Onu da qeyd etmək lazımdır ki, ## #### 2007-ci il tarixli akt lazımi səlahiyyətlər əsasında notarial qaydada təsdiq olunmuş alqı-satqı müqaviləsi deyildir. Belə ki, həmin aktda müqaviləyə aid şərtlər; tərəflərin rekvizitləri, torpağın verilmə müddəti və sair göstərilməmiş, müqavilə reyestrə daxil edilməmiş, müqavilənin təsdiqlənməsi üçün dövlət rüsumu ödənilməmişdir.
19. Iddiaçı tərəfindən cavabdehlərə qarşı 1.3818 ha torpaq sahəsinin alqı-satqısına dair əqdinin bağlanmasına dair iddiası üzrə Mülki Məcəllənin ## #### 2005-ci il tarixədək qüvvədə olan 335.2-ci maddəsinin və Konstitusiya Məhkəməsi Plenumunun sözügedən ## #### 2006-cı il tarixli qərarının hazırki işdə tətbiq edilməsi üçün hüquq münasibətləri ## #### 2005-ci il tarixdən əvvəl yaranmalı, torpaq sahəsinin alqı-satqı müqaviləsi sadə yazılı formada bağlanmalı, həmin müqavilə (əqd) qanuna zidd olmamalı, əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi məhz əks tərəfin təqsiri ucbatından baş verməli, məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalıdır. Qanunun tələbinə əsasən də həmin sadə yazılı formada bağlanmış alqı-satqı müqaviləsində torpağın kim tərəfindən, harada və hansı qiymətə satılması, satıcının torpaq sahəsini alıcıya verməsi, alıcının isə müəyyənləşdirilmiş pul məbləğini satıcya ödəməsi şərtləri göstərilməlidir. Əks hal tərəflər arasında torpaq sahəsinin alqı-satqı müqaviləsinin (əqdinin) ümumiyyətlə bağlanmadığını göstərir. Hazırki işdə tərəflər arasında qanunun və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun iddiaçı İddiaçı ilə Qanzayeva (Babayeva) Zeynəb Adam qızı və onun ailə üzvləri olan cavabdehlər arasında torpaq sahəsinin alqı-satqısı barədə qanunun tələblərinə uyğun əqdin bağlanması müəyyən olunmur.
20. Qeyd edilənlər hazırki iddianın heç bir faktoloji və hüquqi əsaslara malik olmadığını və tamamilə əsassız olduğunu göstərir.
21. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli qanun normalarına müvafiq qiymətləndirərək, hesab edir ki, iddiaçı İddiaçı cavabdehlər Babayeva (Qanzayeva) Zeynəb Adam qızına, Uralova Əzizə Adam qızına, X8, Qanzayeva Zəminə Adam qızına, X2, cavabdeh2 və cavabdeh1 qarşı “alqı-satıq müqaviləsinin bağlanmış hesab edilməsi və torpaq sahəsinin mülkiyyətə verilməsi” tələbinə dair iddiası təmin olunmamalıdır.
22. Həmçinin iddia təmin edilmədiyi üçün 100 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı İddiaçı aid edilməlidir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 182.1, 213.2, 222.2, 223.3, 355.2, 357, 358.1, 358.2-ci maddələrinə, “N.Hacıyevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli Qərarına, “F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2023-cü il tarixli Qərarına, İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının # #### 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 76.1, 77.1, 78.1, 80, 119.1, 217.2, 217.3, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
24. Qətnamədən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti vermişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsində yalnız Mülki Məcəllənin ##.##.2025-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinin tətbiqinin mümkün olmaması ilə əsaslandırmışdır. Məhkəmə qeyd etmişdir ki, hazırki işdə sadə yazılı müqavilə kimi qəbul olunsa da həmin müqavilənin etibarlı sayılması üçün müqavilə ##.##.2025-ci ildən əvvəlki tarixə bağlanmalı və yaranmalı idi. Lakin məhkəmə Mülki Məcəllənin digər maddi hüquq normalarını nəzərə almamış, MPM-nin 386-cı maddəsinin tələblərini pozaraq nəticələrin işin hallarına uyğun gəlməməsi haqda qətnamə qəbul etmişdir.
26. Hazırki işin hallarından görünür ki mübahisəli torpaq sahəsi ilə bağlı iddiaçı və cavabdehlər arasında ##.##.2007-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmış və həmin vaxtdan etibarən torpaq sahəsi iddiaçının aşkar sahibliyində və istifadəsində olmuşdur. Torpaq sahəsinə dair həmin dövrdə qüvvədə olmuş sənədlərin əsli iddiaçıya təhvil verilmiş və işə əlavə edilmiş bələdiyyənin və icra nümayəndəliyinin arayışlarından məlum olur ki, 2007-ci ildən bu günədək həmin torpaq sahəsi iddiaçının istifadəsində olmaqla həmin əmlakın bütün vergiləri onun tərəfindən ödənilmişdir. Alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsinə etiraz edən cavabdehlərdən yalnız bir nəfər, yəni alqı-satqı zamanı tərəflər arasında müəyyən edilmiş torpaq sahəsinin (fındıq bağının) dəyəri olan 100000 manat pulu imza edərək almış, Qanzayeva (Babayeva) Zeynəb Adam qızıdır.
27. Göründüyü kimi birinci instansiya məhkməsinin bu iş üzrə qəbul etdiyi qətnaməsi işin hallarına uyğun deyildir. Tərəflərin vəziyyətinə uyğun gəlmir. Məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
28. Yuxarıda qeyd olunmuş maddi hüquq normaları və Konstitusiya Məhkəməsinin mövqeyindən göründüyü kimi hazırki işdə cavabdehlər bağlanmış əqdi məhkəmə iclasında bu gün də təsdiq edirlər. Buna görə də MM-nin 351.2-ci maddəsinə əsasən cavabdehlər bağlanmış əqdi təsdiq etdiklərinə görə həmin əqd yenidən bağlanması kimi qiymətləndirilərək məhkəmə qərarı ilə bağlanmış hesab edilməlidir. Cavabdehlərin etirazı və tələbi isə yalnız alqı-satqı zamanı pulu tam şəkildə almamalarından ibarətdir. Hesab edirlər ki, cavabdehlər həmin tələblə bağlı məhkəmədə ayrıca iddia qaldıra bilərlər.
29. Məhkəmə MPM-nin 14-cü maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunur ki, məhkəmə həqiqiətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tətqiqinə lazımi şərait yaradır. Eyni zamanda məhkəmə MPM-nin 88-ci maddəsinin tələblərini pozmuşdur. Həmin maddədə qeyd olunur ki, məhkəmə sübutlara obyektiv qərəzsiz, hərtərəfli, tam baxdıqdan sonra tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. 30.Qəbul olunmuş məhkəmə qətnaməsi iddiaçının hüquq və vəzifələrini pozduğuna görə MPM-nin 4-cü maddəsinə əsasən apelyasiya şikayəti verərək məhkəməyə müraciət etməli olmuşlar. Həmin maddədə qeyd olunur ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. Odur ki, Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
32. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
33. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi və vəkili X4 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin olunması, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh7 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək şikayətin təmin olunmaması, Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
35. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Uralova Əzizə Adam qızı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh X2 apellyasiya şikayətinin təmin olunmaması, Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e- *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
37. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdeh cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
38. Işə baxılmanın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı İddiaçı, cavabdehlər X8, Qanzayeva Zəminə Adam qızı, cavabdeh2, cavabdeh1 məhkəmə kollegiyasının iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
39. Azərbaycan Respublikası Mülki Məcəlləsi; Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 213.1. Iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 213.6. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. Maddə 222.2. Birgə mülkiyyətdə olan əşyaya dair sərəncamçılıq bütün mülkiyyətçilərin razılığı ilə həyata keçirilir və əmlaka dair sərəncam verilməsi haqqında əqdi mülkiyyətçilərdən hansının bağlamasından asılı olmayaraq bu razılıq ehtimal edilir. Maddə 355.1. Əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Maddə 355.2. Razılıq üçün müəyyənləşdirilmiş əqd formasına riayət edilməsi tələb olunmur. Maddə 357. Əqd bağlanmasının bəyənilməsi (sonradan verilən razılıq), əgər bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, əqdin bağlandığı andan geriyə təsir qüvvəsinə malikdir. Maddə 358.1. Səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Maddə 358.2. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur.
40. Qərarlar: S. Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli Qərarı;
İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Işlər üzrə Məhkəmə kollegiyasının 0# #### 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli Qərarı;
41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2-ci maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 402.1.-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
42. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
44. Apellyator Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)- ****/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
45. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətlərinə münasibətdə ləğv olunması üçün əsas yoxdur.
46. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. 47.Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Zaqatala rayonu Aqrar Islahat Komissiyasının ## ######## 2003-cü il tarixli *** saylı qərarı ilə X5 və ailə üzvlərinə kənd təsərrüfatı məhsulları istehsalı üçün Zaqatala rayonun Yuxarı Tala kəndində 1.3818 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. Sözügedən torpaq sahəsi Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən ümumi birgə mülkiyyət hüququ ilə cavabdeh7, X9, cavabdeh1, Qanzayeva Zəminə Adam qızının, Uralova Əzizə Adam qızının, X8, cavabdeh2 və X2 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Iddiaçı ##.##.2007-ci il tarixdə X5 Əbiləbulaq ərazisində yerləşən özünün və ailə üzvülərinin xüsusi mülkiyyətində olan 1 ha 46 sot torpaq sahəsini alqı-satqı müqaviləsi imzalayaraq ona 10000 manata satmasını, həmin vaxtdan həmin torpaq sahəsinin onun istifadəsində olmasını əsas gətirərək cavabdehlər cavabdeh7, cavabdeh1, Qanzayeva Zəminə Adam qızının, Uralova Əzizə Adam qızının, Uralova Əzizə Adam qızının, X8, cavabdeh2 və X2 (o cümlədən mərhum X9) mülkiyyətində olan Zaqatala rayon Yuxarı Tala kəndində yerləşən Daşınmaz Əmlakın Dövlət Reyestrində ## ### 2025ci il tarixdə ********** nömrəsi ilə qeydiyyata alınmış, ************ reyestr nömrəli çıxarışda qeyd olunmuş 1.3818 ha torpaq sahəsi üzərində onunla cavabdehlər arasında alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsini tələb etmiş, cavabdehlər tərəfindən iddia qəbul edilməmişdir.
48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayətinə dair ##.##.2021-ci il tarixli qərarında vurğulamışdır ki, xüsusən mülkiyyət hüququ ilə bağlı mübahisələrin həllində məhkəmələr formal mülahizələrdən çıxış etməməli, məsələləri qanunvericiliyin onlara verdiyi bütün mümkün hüquqi vasitələrdən istifadə edərək tam və hərtərəfli araşdırmalıdırlar.
49. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır.
50. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianı rədd edərkən hansı halları əsas götürdüyünü əsaslandırdığından məhkəmənin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi əsaslı və reallığa uyğun olan nəticəyə gəlmişdir.
51. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsi qətnaməsini yalnız Mülki Məcəllənin ##.##.2025-ci il tarixədək qüvvədə olmuş 335.2-ci maddəsinin tətbiqinin mümkün olmaması ilə əsaslandırması, məhkəmənin Mülki Məcəllənin digər maddi hüquq normalarını nəzərə almaması, MPM-nin 386-cı maddəsinin tələblərini pozaraq nəticələrin işin hallarına uyğun gəlməməsi haqda qətnamə qəbul etməsinə dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin VII hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Mülki Prosessual Məcəlləsinin 3.1-ci maddəsinə görə isə məhkəmə icraatı işə baxılan, ayrıayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Qeyd edilən normaları nəzərdən keçirərək məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli hüquq münasibətləri yaranan zaman qüvvədə olan maddi hüquq normalarını tətbiq etməklə birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir.
52. S. Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ###### 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2006-cı il tarixli Qərarında «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179.1-ci maddəsinin şərh edilməsinə dair» ## ###### 2002-ci il tarixli qərarındakı hüquqi mövqeyinə uyğun olaraq qeyd etmişdir ki, mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir.
53. İ.K.Rəcəbovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının # #### 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarında göstərilmişdir ki, əqdlə bağlı mübahisəli hüquq münasibətləri Mülki Məcəllənin vaxtilə mövcud olmuş 335.2-ci maddəsinin qüvvədə olma müddətinə qədər, yəni ## #### 2005-ci ilə kimi yaranmalı, bu zaman əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notarial qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır.
54. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq belə qənaətə gəlmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi cavabdehlərin ona torpaq sahəsini 10000 manata satması barədə aktı ##.##.2007-ci il tarixdə imzalanmışdır. ##.##.2007-ci il tarixdə yaranan hüquq münasibətlərinə isə Mülki Məcəllənin sözügedən 335.2-ci maddəsi tətbiq edilə bilməz. Belə ki, ## #### 2005-ci il tarixli 949-IIQD №-li Azərbaycan Respublikasının Qanunun ilə Mülki Məcəllənin 335.2-ci maddəsi həmin Məcəllədən çıxarılmışdır, yəni Mülki Məcəllənin 335.2-ci maddəsi ## #### 2005-ci il tarixədək qüvvədə olmuşdur və ona görə də bu hal üzrə ## #### 2005-ci il tarixədək yaranmış hüquqi münasibətlərinə tətbiq oluna bilərdi.
55. Məhkəmə qeyd edir ki, mübahisli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan mülki qanunvericiliyin tələbinə əsasən daşınmaz əmlak, o cümlədən torpaq üzərində sərəncam verməklə bağlı əqdlər (alqı-satqı, bağışlama və sair) yazılı formada bağlanmalı, notariat qaydada təsdiqlənməli və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Qanunla müəyyən olunmuş forma tələblərinə riayət edilməməklə bağlanmış əqd etibarsızdır, yəni heç bir hüquqi nəticələrə səbəb olmur
56. Ümumiyyətlə, qeyd olunmalıdır ki, qanuna zidd yolla təkcə əşyanın verilməsi mülkiyyət hüququnun subyektini dəyişmir. Mülkiyyət hüququ yalnız qanunla müəyyən edilmiş qaydaların həyata keçirilməsi nəticəsində yaranır. Mülkiyyətçisi olan əmlakın qanunun tələblərinə əməl olunmadan əldə edilməsi xüsusi hüquqa əsaslanmayan faktiki sahibliyi yaradır.
57. Bu isə onu deməyə əsas verir ki, əgər alıcı əmlakın əldə edilməsi ilə bağlı, qanunvericiliyə lazımi qaydada riayət edilməsi məqsədi ilə ondan tələb olunan hərəkətləri etməyibsə, bu hal gələcəkdə əmlakın faktiki sahibliyindən məhrum olunmasının onun laqeyd münasibəti ucbatından baş verməsinə dəlalət edir. 58.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas təşkil etmir.
59. Beləliklə şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 384, 392, 393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər (elektron kabinet və vəkil vasitəsilə). Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.