Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-755/2026 27.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzilin hərracdan satılması, satış pulunun paylara uyğun bölünməsi, paylı mülkiyyət hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: “mənzilin hərracdan satılması, satış pulunun paylara uyğun bölünməsi, paylı mülkiyyət hüququna xitam verilməsi” tələbi, qüvvə) Hakimlər X4 (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Musatafa oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzilin hərracdan satılması, satış pulunun paylara uyğun bölünməsi, paylı mülkiyyət hüququna xitam verilməsi tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)-***/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı payın dəyərinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, Mingəçevir şəhəri, Ü.Hacıbəyov küçəsi, **a saylı evin, * saylı mənzilindən onun 2/3 hissə payının dəyərinin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçının nümayəndəsi işin məhkəmədə baxılmağa hazırlanması zamanı iddia tələbinin dəyişdirilməsi barədə əlavə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçının adına mülkiyyət hüquqları əsasında qeydə alınmış ünvan 3 ünvanında yerləşən mənzilin hərracdan satılması, satış pulunun paylara uyğun bölünməsi, paylı mülkiyyət hüququna xitam verilməklə, cavabdehin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçının nümayəndəsi əlavə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin cavabdehin ünvan 3 ünvanında yerləşən mənzildən çıxarılması hissəsində azaldılaraq, sözügedən mənzilin hərracdan satılması, satış pulunun paylara uyğun bölünməsi, paylı mülkiyyət hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
2. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh onun keçmiş əridir. Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ## #### 2016-cı il tarixli qətnaməsi ilə tərəflər arasında qeydə alınmış nikah pozulmuş, birgə nikahdan ##.##.2007-ci il tarixdə doğulmuş Səbinə və ## ####### 2008-ci il tarixdə doğulmuş Jalə adlı uşaqların analarının yanında qalması müəyyən edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2022-ci il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən mənzilin 2/3 hissəsi üzərində İddiaçı, 1/3 hissəsi üzərində isə Cavabdeh payları müəyyən edilmişdir. Nikah pozulduğundan bir ünvanda yaşaya bilmirlər. Cavabdeh mənzilin satılıb paylara uyğun bölünməsinə razılıq vermir. O isə məcburiyyət qarşısında uşaqları ilə birlikdə qoca valideynlərinin yanında qalır. Orada isə uşaqlarının təhsil almasına şərait yoxdur. Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə ünvan 3 ünvanda yerləşən əmlakın naturada bölünməsi barədə iddia tələbi bölünmə mümkün olmadığından rədd edilmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Nemət Paşayev) iddia təmin edilmiş, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 902011000208- 05101-****** reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış əsasında 2/3 hissəsi İddiaçı və 1/3 hissəsi Cavabdeh mülkiyyətində olan, ümumi sahəsi 33.59 kvadrat metr olan ünvan 3 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 39500 (otuz doqquz min beş yüz) manat məbləğində müəyyən edilməsi, həmin mənzilin qapalı hərracdan satılması, həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılması, satışdan əldə edilmiş vəsaitin İddiaçı və Cavabdeh paylarına mütənasib bölünməsi və paylı mülkiyyət hüququna xitam verilməsi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh müştərək qaydada aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məhkəmə xərci alınıb, “xxxx” MMC-nin hesabına köçürülməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasının 29, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213, 220.2, 220.3, 220.4, 220.6, 221-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221 -ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il # ##### tarixli qərarına, Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” # ###### 2024-cü il tarixli **/**** nömrəli qərardadının 58-ci bəndinə, “Icra haqqında” Qanunun 62-1.1, 62- 1.2-ci maddəsinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Işdə olan nikahın pozulması haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə X2 nikahı ləğv edilmiş, bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında ##.##.2017-ci il tarixdə 17 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra qadına “Musayeva” soyadı verilmişdir. Işdə olan Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2016-cı il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən iddianın təmin olunması, iddiaçı X2 ilə cavabdeh Cavabdeh arasında ##.##.2005-ci ildə Mingəçevir Şəhər Nikah Evində *** №-li qeydə alınmış nikahın pozulması, birgə nikahdan doğulmuş ## ###### 2007-ci il təvəllüdlü X3 və ## ####### 2008-ci il təvəllüdlü X1 anaları X2 yanında qalmasının müəyyən edilməsi qət edilmişdir. Işdə olan Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən iddianın təmin edilməsi, birgə nikah dövründə əldə edilmiş ünvan 3 ünvanında yerləşən mənzilin 2/3 hissəsi üzərində iddiaçı İddiaçı, 1/3 hissəsi üzərində isə cavabdeh Cavabdeh paylarının müəyyən edilməsi qət edilmişdir. Işdə olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 33.59 kvadrat metr olan ünvan 3 ünvanında yerləşən mənzilin 2/3 hissəsi üzərində İddiaçı, 1/3 hissəsi üzərində isə Cavabdeh paylı paylı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində ##.##.2023-cü il tarixdə 2023014481 nömrə ilə qeydiyyata alınmışdır. Işdə olan yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 3 ünvanında yerləşən mənzildə ## ### 2015-ci il tarixdən qeydiyyatdadır. Cavabdeh və digər şəxslər də həmin ünvanda qeydiyyatdadır. Işdə olan Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2024-cü il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzilin naturada bölünməsi tələbinə dair iddiasının təmin edilməməsi, iddiaçı İddiaçı aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə xərcinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. şdə olan məhkəmə–əmtəəşünaslıq ekspertizasının **-**/** nömrəli ## #### 2026-cı il tarixli rəyindən görünür ki, ünvan 3 ünvanında yerləşən, paylı mülkiyyətdə olan 33.59 kv.m ümumi sahədən ibarət mənzilin hazırki tarixə: Bazar dəyəri: 39500.00 (otuz doqquz min beş yüz) manat, Likvid dəyəri: 35500.0 (otuz beş min beş yüz) manat təşkil edir.
6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən Azərbaycan RespublikasıƏmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 902011000208-05101-****** reyestr nömrəsi ilə qeydiyyata alınmış Cıxarış əsasında 2\3 hissəsi İddiaçı və 1\3 hissəsi Cavabdeh mülkiyyətində olan, ümumi sahəsi 33,59 kv\m olan ünvan 2 1 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 39500 manat müəyyən edilməklə, həmin mənzilin qapalı hərracda satılması və satışdan əldə edilmiş vəsaitin İddiaçı və Cavabdeh paylarına mütənasib bölünməsi qət edilmişdir. Qətnamə ## #### 2026-cı il tarixdə ona çatdrılmışdır. Aşağıda göstərilənlərə əsasən Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsini əsassız və qanunsuz hesab edir. Ilk öncə Məhkəmə Kollegiyasının nəzərinə onu çatdırmaq istəyir ki, qeyd olunan mənzil onun şəxsi vəsaiti hesabına əldə olunmuşdur. Belə ki, o, İddiaçı ilə nikahda olan zaman qeyd olunan mənzili almışdır. Aralarında olan ailə müasibətləri pozulduqdan sonra İddiaçı məhkəməyə müraciət edərək əmlakın bölünməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinə əsasən ünvan 2 1 ünvanında yerləşən mənzilin 2\3 hissəsi İddiaçı və 1\3 hissəsi Cavabdeh payı müəyyən edilmişdir. Daha sonra İddiaçı məhkəməyə müraciət edərək əmlakın naturada bölünməsini xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2024-cü il tarixli, *(***)-***/**** saylı qətnaməsinə əsasən İddiaçı iddiası təmin olunmamışdır. Görünən odur ki, məhkəmə iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini nəzərə almadan işə yenidən mahiyyəti üzrə baxmışdır. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, yuxarıda qeyd olunan mənzil onun yeganə yaşayış yeridir. Iddiaçı hal-hazırda özünəməxsus başqa evdə yaşamaqla bərabər mübahisə predmeti olan mənzili satmaqla onu küçəyə atmaq niyyəti güdür. Məhkəmənin diqqətinə çatdırmaq istərdi ki, o, İ Qarabağ Müharibəsində iştrak edərək ağır xəsarətlər almışdır. Aldığı xəsarətlərdən sonra müharibə əlili kimi təqaüd alır. Məhkəmə onun veteranlığını, Vətən yolunda göstərdiyi şücaətləri nəzərə almaqdan belə bir qətnamə qəbul etmişdir. Iş məhkəmədə baxılan zaman qiymətləndirici tərəfindən evin satış qiyməti 39500 manat miqdarında dəyərləndirilmişdir. Onda olan məlumata əsasən iddiaçı qiymətləndirici ilə sövdələşmə əldə etmiş və evin qiymətinin maksimum dərəcədə aşağı dəyərləndirilməsinə nail olmuşdur. Çünki evin dəyəri nə qədər aşağı qiymətə dəyərləndirilərsə ona çatacaq paya münasibətdə olan pul daha aşağı olacaqdır. Nəzərə almaq lazımdır ki, hazırda yaşadığı mənzilin orta bazar dəyəri 55000- 60000 civarında qiymətləndirilir. Iş məhkəmədə baxılan zaman iddiaçı ilə aralarında evin satılmasına dair razılaşma əldə olunmuşdur. Bu razılaşmadan sonra o, mənzilə müştəri tapdı. Həmin müştəri ilə evin 61000 manat miqdarında satılmasına dair razılaşma əldə etsələr də iddiaçı buna mane oldu. Görünən odur ki, iddiaçı evi dəyərindən aşağı qiymətə satmaqla mənzildən daha çox faydalanmaq niyyəti güdür. Mülki Məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qanunvericiliyin tələbinə görə də hazırki iş üzrə paylı mülkiyyətçilərin payı naturada ayrıla bilməz. Mülki Məcəllənin 220.4-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Onu da qeyd edir ki, iddiaçı paylı mülkiyyətində olan əmlakından istifadə etmir. Hesab edir ki, ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi yoxdur. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri pozulmuşdur. Həmin maddədə göstərilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə işə baxarkən təqdim edilmiş sübutlara düzgün qiymət verməmiş, tətbiq edilməli olan hüquq normasını düzgün tətbiq etməmiş, işi tam və hərtərəfli araşdırmamış və bununla da həqiqəti əks etdirməyən qətnamə qəbul etmişdir. Azərbaycan Respublikası MPM-nin 97.1-ci və 102.2-ci maddələrinin tələbləri pozulmuşdur. Həmin maddədə göstərilmişdir ki, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Işdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər. Mingəçevir Şəhər Məhkəməsi mülki iş üzrə alınmış mütəxəssis rəyinə əsaslanmışdır. Halbuki məhkəmə bilməli idi ki, mənzilin hazırki real bazar dəyəri mütəxəssis rəyin olan qiymətdən çox yüksəkdir. Bununla da Mingəçevir Şəhər Məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır
8. Ona görə Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(***)-***/**** saylı qətnaməsini tamamilə ləğv edib, iddia tələbinin rəddi haqqında yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini və Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli e- *(***)-***/**** nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyası: 29–cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Həmin maddənin III hissəsinə görə, mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 213–cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2–ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3–cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Həmin Məcəllənin 220.4–cü maddəsinə əsasən bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Həmin Məcəllənin 220.6–cı maddəsinə əsasən bu Məcəllənin 220.3–220.5–ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq–aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Həmin Məcəllənin 221-ci maddəsinə əsasən ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
14. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221 -ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014cü il # ##### tarixli qərarı: əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil. Mülki Məcəllənin 220.6–cı maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdır. Həmin maddənin mənasına görə belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221–ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin paylı mülkiyyətlə bağlı bəzi müddəalarının tətbiqi məsələləri üzrə” # ###### 2024-cü il tarixli **/**** nömrəli qərardadı: 58-ci bəndində göstərilmişdir ki, təcrübədə fikir ayrılığı yaradan məsələlərdən biri də mübahisə predmeti olan əşyanın açıq hərracdakı ilkin satış qiymətinin qətnamə ilə müəyyən edilməli olub-olmaması ilə bağlıdır.
16. “Icra haqqında” Qanunu: 62-1.1-ci maddəsinə əsasən hərracda satılmış, yaxud tələbkar tərəfindən əldə edilmiş daşınmaz əmlak borclu (sahiblik edən digər şəxs) tərəfindən alıcıya (əldə edənə) təhvil verilməlidir. 62-1.2. Əmlakın təhvil verilməsi ilə bağlı alıcı (əldə edən) və borclu, yaxud maraqlarına toxunulan digər şəxslər arasında mübahisə yarandıqda daşınmaz əmlak əlavə məhkəmə qərarı tələb olunmadan alıcının (əldə edənin) tələbi ilə icra məmuru tərəfindən boşaldılır və ona təhvil verilir.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya baxışının hədləri
18. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
20. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
21. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
22. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
23. Cavabdeh Cavabdeh Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli e-2(051)- 134/2025 nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
26. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, hazırkı mübahisə predmeti olan mənzilin qapalı hərracı ehtiva edən yalnız paylı mülkiyyətin iştirakçıları üçün hərracın keçirilməsini, həmin hərracda mülkiyyətçilərdən biri və ya bir neçəsi tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmasını şərtləndirən hallar məcmu halında mövcuddur. Belə ki, iddiaçı ilə cavabdeh paylı mülkiyyətçidir. Onlar arasında ümumi paylı mülkiyyətdə olan mənzilə sahiblik və ondan istifadə qaydaları haqqında razılıq olmadığına görə mübahisə yaranmışdır. Iddiaçı payının naturada ayrılmasını tələb etmişdir. Ümumi paylı mülkiyyətdə olan mənzildən iddiaçının payının naturada ayrılması mümkün olmamış, həmçinin tərəflər arasında kompensasiya ilə bağlı razılıq əldə edilməmişdir. Hazırda iddiaçı paylı mülkiyyətdə olan mənzilin hərracdan satılması və satış pulunun paylara mütənasib surətdə bölüşdürülməsini tələb edir. Ona görə də iddiaçının tələbi əsaslıdır. Mübahisəli mənzil qapalı hərracdan satılmalı, həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı və əldə edilmiş pul paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməlidir. Məhkəmə öz qənaətini onunla əsaslandırmışdır ki, mülkiyyət hüququnun həyata keçirilməsi imkanı bütün tərəflər üçün bərabər olmalıdır. Hər bir tərəf öz payına düşən əmlakdan istifadə etmək hüququna malik olduğu üçün mübahisəli mənzilin qapalı hərracdan satılması, həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılması paylı mülkiyyətin mülkiyyətçilərinin hüquqlarını bərabər şəkildə təmin etmək baxımından ədalətlidir. Bu hal iddiaçı ilə cavabdehin mülkiyyət hüquqlarını bərabər şərtlər daxilində təmin edir. Məhkəmə işin müəyyən olunmuş hallarına uyğun olaraq belə nəticəyə gəlmişdir ki, iddia tələbi təmin edilməli, 902011000208-05101-****** reyestr nömrəli çıxarış əsasında ümumi paylı mülkiyyətdə olan ünvan 3 ünvanında yerləşən mənzilin ilkin satış qiyməti 39500 manat məbləğində müəyyən edilməli, həmin mənzil qapalı hərracdan satılmalı, həmin hərracda mülkiyyətçilərdən biri tərəfindən əldə edilmədiyi halda isə açıq hərracdan satılmalı, satışdan əldə edilmiş vəsait tərəflərin payına mütənasib bölünməli və paylı mülkiyyət hüququna xitam verilməlidir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
28. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən Nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
29. Göründüyü kimi Mingəçevir Şəhər Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2022-ci il tarixli qətnaməsi ilə də birgə nikah dövründə əldə edilmiş ünvan 1 ünvanında yerləşən mənzilin 2/3 hissəsi üzərində İddiaçı, 1/3 hissəsi üzərində isə Cavabdeh payları müəyyən edilmişdir.
30. Bundan başqa, apellyator şikayətində Mingəçevir Şəhər Məhkəməsinin *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə ünvan 3 ünvanda yerləşən əmlakın naturada bölünməsi barədə iddia tələbi bölünmə mümkün olmadığından rədd edildiyini əsas gətirərək məhkəmənin həmin qətnamənin nəzərə alınmadan işə yenidən mahiyyəti üzrə baxdığını qeyd etsə də məhkəmə kollegiyası hesab edir ki,şikayətin həmin dəlili də əsassızdır.
31. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221 -ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il # ##### tarixli qərarında qeyd edilmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. Ilk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Eyni zamanda, payının naturada ayrılması mümkün olmadıqda və mülkiyyətçi payın əvəzinə pul kompensasiyasını almaqdan imtina etdikdə, həmin mülkiyyətçi əmlakın açıq hərracdan satılmasını tələb edə bilməz. Həmçinin paylı mülkiyyətin mülkiyyətçisi birbaşa əmlakın açıq hərracdan satılmasını tələb etmək hüququna malik deyil.
32. Göründüyü kimi qeyd edilən hal məhkəmə tərəfindən yol verilmiş hər hansı pozuntu deyil, əksinə Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməsidir.
33. Bundan başqa apellyator şikayətində sözügedən mənzilin orta bazar dəyərinin 55000- 60000 civarında qiymətləndirildiyini qeyd etsə də həmin faktı hər hansı sənəd və ya sübutla təsdiq edə bilməmişdir.
34. Halbuki, işdə olan məhkəmə–əmtəəşünaslıq ekspertizasının 02- **/** nömrəli ## #### 2026-cı il tarixli rəyi ilə ünvan 3 ünvanında yerləşən, paylı mülkiyyətdə olan 33.59 kv.m ümumi sahədən ibarət mənzilin hazırki tarixə: Bazar dəyəri: 39500.00 (otuz doqquz min beş yüz) manat, Likvid dəyəri: 35500.0 (otuz beş min beş yüz) manat təşkil edir.
35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
36. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
37. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
38. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
39. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.