Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № 2(3-10)-8/2026 11.02.2026 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsəsindən tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması, iddia müddəti) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsəsindən tutulması” tələbinə dair mülki iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 17 noyabr 2025-ci il tarixli, e-2(051)-1940/2025 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASCnin nümayəndəsi X8 tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. "xxxx" ASC məhkəməyə ərizə ilə müraciət edərək borclu Cavabdeh "xxxx" ASC-nin xeyrinə X2 vərəsəsi-Cavabdeh "xxxx" ASC-nin xeyrinə xx.xx.2019-cu il tarixli, BPM**********25 saylı Kredit Müqaviləsinə əsasən, 2885.99 manat əsas, vəfat etdiyi tarixədək 34.22 manat faiz borcu olmaqla cəmi 2920.21 (iki min iyirmi manat, iyirmi bir qəpik) manat borc və ödənilmiş 49.21 manat dövlət rüsumunun və 0,4 manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə X6 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli BPM**********25 saylı Kredit Müqaviləsinə əsasən ona 22 ay müddətinə 3000 AZN məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış Kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu Müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğlərini və ona hesablanan faizləri ödəməlidir. Lakin xx.xx.2019-cu il tarixdə borclu X6 vəfat etmiş və bundan sonra ödənişlər ödəniş qrafiki üzrə aparılmamışdır. Bunun nəticəsində "xxxx" ASC ilə cavabdeh X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********25 saylı Kredit Müqaviləsinə əsasən 2885.99 manat əsas, vəfat etdiyi tarixədək 34.22 manat faiz borcu olmaqla cəmi 2920.21 manat borcu yaranmışdır. Ağdaş rayon Qeydiyyat Şöbəsinin xx.xx.2019-cu il tarixli AZ-İİ № 044547saylı ölüm haqqında şəhadətnaməsindən görünür ki, X6 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Ağdaş rayon Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 2V-1103 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsindən görünür ki, X1 qalmış mirasa Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsinin məhkəmədə kənar qaydada həll edilməsi məqsədilə borclu X2 vərəsəsi Cavabdeh xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Qeyd olunan əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Odur ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(051)- 1940/2025 saylı qərardadı ilə iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kiçik iddialara dair işlər üzrə sadələşmiş icraatdan iddia icraatına keçirilməsi qərara alınmışdır.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçı "xxxx" ASC-yə və Cavabdeh lazımi qaydada məlumat verilməsinə baxmayaraq gəlməmiş, bununla belə iddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı müqaviləsi üzrə yaranmış borcun ölmüş şəxsin mirası qəbul etmiş vərəsəsindən tutulması tələbinə dair mülki iş üzrə X2 vərəsəsiCavabdeh tutulmasına dair iddia ərizəsini və ona əlavə tam müdafiə etmişlər və bildirmişlər ki, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmirlər. Cavabdeh isə məhkəməyə teleqram ünvanlayaraq bildirmişdir ki, işə onların iştirakı olmadan baxılmasını xahiş etmiş və bildirmişdir ki, məhkəmə prosesində üzrlü səbəbdən iştirak edə bilmir. Bununla belə məhkəməyə təqdim etmiş olduğu iddia müddətinin tətbiq edilməsi barədə ərizəni əsas tutaraq "xxxx" ASC-nin xeyrinə iddianın rədd edilməsini xahiş etmişdir.
5. İddiaçı "xxxx" ASC cavabdehin “iddia müddətinin keçməsi barədə ərizəsinə etiraz” ərizəsi ünvanlayaraq, bildirmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin icraatında olan 2(0561)-1940/2025 saylı mülki iş üzrə Cavabdeh etiraz ərizəsi ünvanlamışdır. Lakin bildirmək lazımdır ki, mərhum X2 xx.xx.2019-cu il tarixdə 22 ay müddətə kredit götürdüyü, xx.xx.2019-cu il tarixdə vəfat etdiyini, kredit müddətinin xx.xx.2021-ci il tarixdə bitdiyini, iddia ərizəsinin qanunla nəzərdə tutulmuş 3 illik iddia müddətini keçməklə xx.xx.2025-ci il tarixdə verildiyi bildirilmişdir. Lakin bildirilir ki, mərhum X6xx.xx.2019-cu il tarixdə bankdan 22 ay müddətinə kredit götürmüşdür. O xx.xx.2019-cu il tarixdə vəfat etmişdir və ondan sonra borc məbləği ödənilməmişdir. Onun vəfat etməsindən sonra xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmış və hazırki iş üzrə Cavabdeh miras əmlakı qəbul etmişdir. Belə olan halda iddia müddətinin axımı cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsində qeyd etdiyi kimi, müqavilə müddətinin bitdikdən 3 il sonra deyil, vərəsəliyin qəbul olunmasıilə bağlıcavabdehin kim olmasını bildiyi tarixdən hesablanmalıdır. Belə olan halda iddia müddətinin axımı xx.xx.2023-cü il tarixdən hesablanmalıdır.
6. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
7. Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(051)-1940/2025 nömrəli qətnaməsi (hakim E.Cəbrayılzadə) ilə, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, "xxxx" ASC ilə X6 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli BPM**********25 saylı Kredit Müqaviləsinə əsasən ona 22 ay müddətinə 3000 AZN məbləğində kredit verilmişdir. X6 xx.xx.2019-cu il tarixdə vəfat etdiyindən öhdəliyi lazımınca yerinə yetirə bilməmişdir. Cavabdeh - Cavabdeh X1 qalmış mirası qəbul etməsinə baxmayaraq, ona çatan miras payı həcmində miras qoyanın "xxxx" ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********25 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Hazırkı mübahisə müqavilə münasibətlərindən yaranan tələbdir. Həmin tələbə iddia müddəti şamil edilir. İddiaçı "xxxx" ASC cavabdeh X3 qarşı kredit müqaviləsi üzrə əsas və faiz borcunun alınması tələbinə dair iddianı, həmin tələb üzrə qanunda göstərilmiş üç illik iddia müddəti keçdikdən sonra yəni, xx.xx.2025-ci il tarixdə vermişdir. Cavabdeh isə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə qanunda nəzərdə tutulmuş qaydada ərizə vermişdir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;
9. Məhkəmə, işin müəyyən edilmiş hallarına qiymət verərək, belə qənaətə gəlir ki, tərəflər arasında mülki hüquq və vəzifələrin əmələ gəlməsinə müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri əsas olmuşdur. Ona görə də hazırkı mübahisənin düzgün həll edilməsi üçün müqavilədən irəli gələn öhdəlik hüquq münasibətlərini tənzimləyən ümumi və xüsusi mülki hüquq normaları əlaqəli şəkildə tətbiq edilməlidir.
10. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
11. İş materiallarında olan cavabdehin xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, iddiaçı təşkilatın iddia müddətini keçirməsinə əsaslanaraq, iddia müddətinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir.
12. Məhkəmə mübahisənin müqavilə münasibətlərindən yaranan tələb olduğu qənaətinə gələrək, hesab edir ki, hazırkı iddia tələbinə üç illik iddia müddəti şamil edilməlidir.
13. Məhkəmə iş materiallarının müqayisəli təhlili nəticəsində müəyyən etdi ki, tərəflər arasında bağlanmış müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2021-ci il tarixə qədər müəyyən edilmişdir. Həmin müddət bitdikdən sonrakı gündən iddia müddətinin axımı başlamışdır.
14. Məhkəmə işin müəyyən edilmiş hallarına hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, iddia müddətinin keçməsinə görə iddiaçı "xxxx" ASC-nin cavabdeh X2 vərəsəsi olan-Cavabdeh qarşı kredit borcun qaytarılması tələbinə dair iddiası təmin edilməməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2, 375.2, 377.2, 385.1, 427.3, 442, 448.2, 739.1, 739.2, 743, 1151.1, 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsi”nə dair 03 iyun 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
a) Apellyasiya şikayətinin dəlilləri
16. Qətnamədən narazı qalan iddiaçı "xxxx" ASC tərəfindən apellyasiya şikayəti verilmişdir.
17. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, məhkəmə vərəsəlik şəhadətnaməsinin xx.xx.2023-cü il tarixdə açılmasına baxmayaraq müddəti iddiaya cavab verməli şəxsin həmin tarixdən müəyyən olunmasını nəzərə alamyaraq iddia müddətinin kredit müqaviləsi bitməsindən üç illik müddətlə hesablamışdır ki, iddiaçı tərəf həmin müddət ərzində iddiaya cavab verməli şəxsin kim olduğunu bilə bilməzdi ki, həmin şəxs cavabdeh kimi müəyyən edib məhkəməyə versin.
18. Eyni zamanda məhkəmə Mülki Məcəllənin 373.2-ci maddəsini əsas gətirərək müqavilə tələbi üzrə iddia müddətinin üç il müddət olduğunu qeyd etsə də, hazırki iddia tələbi üzrə bu yol verilən deyildir. İş materiallarından göründüyü kimi kredit müqaviləsi xx.xx.2029-cu il tarixdə 2 il müddətinə, yəni xx.xx.2021-ci il tarixədək müddətə bağlanmışdır. Müqavilə üzrə borclu şəxs xx.xx.2019-cu il tarixdə vəfat etmiş və ondan qalan miras əmlakla bağlı xx.xx.2023-cü il tarixdə vərəsəlik işi açılmışdır.
19. Belə ki, məhkəmə bu halı yəni, iddiaçının iddiaya cavab verməli şəxsi müəyyən edə bilməməsini nəzərə almayaraq iddia müddətini müqavilədən əmələ gələn iddia müddəti ilə bağlı tələb kimi qiymətləndirməklə iddiaçı tərəfin hüquqlarını pozmuşdur.
20. Hesab edirlər ki, qətnamə əsassızdır. Məhkəmə iddia müddətinin axımını cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsində qeyd etdiyi kimi, müqavilə müddətinin bitdiyi tarixdən deyil, iddiaçıya iddiaya cavab verməli şəxsin kim olduğunu bildiyi tarixdən hesablanmalıdır. Belə ki, mərhum X6 vəfat etdiyi tarixdən sonra iddiaçı məhkəməyə müraciət olunması üçün vərəsəliyin kim tərəfindən qəbul olunmasını və cavabdehin kim olmasını özündən asılı olmayan səbəbdən gözlədiyindən iddia müddətinin axımı müqavilə müddəti bitdikdən 3 il sonra deyil, vərəsəliyin qəbul olunması ilə bağlı cavabdehin kim olmasını bildiyi tarixdən hesablanmalıdır. Belə olduğu halda vərəsəlik xx.xx.2023-cü il tarixdə açıldığından 3 illik iddia müddəti də həmin tarixdən hesablanmalıdır. Məhkəmə isə bu halı nəzərə almayaraq iddia müddətini kredit müqaviləsinin bitdiyi tarixdən hesablayaraq maddi hüquq normalarını pozmuşdur.
21. Odur ki, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(051)- 1940/2025 saylı qətnaməsinin ləğv olunması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(051)-1940/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir.
24. Cavabdeh məhkəmə kollegiyasına göndərdiyi teleqramda məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin; 372-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 373.2-ci maddəsinin tələblərinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443-cü maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 448.2-ci maddəsində göstərilir ki, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar.
26. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Q ə r a r ı na əsasən Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378, 379 və 380-ci maddələrinin tələblərindən irəli gələrək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq müqavilələrdən yaranan öhdəliklər üzrə borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur.
27. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli Qərarı ilə kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımının bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanması qərara alınmışdır. “Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir.
28. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.”
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
30. Apellyasiya şikayətindən görünür ki, apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını tam mübahisələndirir, apellyator apellyasiya şikayətinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(051)-1940/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.
31. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırki halda apellyasiya baxışının hədlərini qətnamənin yalnız mübahisələndirilən hissəsi üzrə qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir.
32. Daha sonra kollegiya qeyd etməyi lazım bilir ki, formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur.
33. Ona görə də kollegiya Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(051)-1940/2025 nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə yoxlayıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə almışdır.
35. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
36. Kollegiyanın iclasında müəyyən edilmişdir ki, "xxxx" ASC ilə X6 arasında bağlanılmış xx.xx.2019-cu il tarixli BPM**********25 saylı Kredit Müqaviləsinə əsasən ona 22 ay müddətinə 3000 AZN məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixdə borclu X6 vəfat etdiyindən öhdəliyi lazımınca yerinə yetirə bilməmişdir. "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********25 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2021-ci il tarixdə bitmişdir. Mingəçevir regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən X1 miras qalmış əmlaka dair Cavabdeh xx.xx.2023cü il tarixli “qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə” verilmişdir. Cavabdeh kredit borcunun ödəməsi barədə xəbərdarlıq olunmasına baxmayaraq cavabdeh tərəfindən borcun ödənilməsi təmin edilməmişdir. İddiaçı cavabdehdən xx.xx.2019-cu il tarixli BPM**********25 saylı kredit müqaviləsinə əsasən 2885.99 manat əsas, vəfat etdiyi tarixədək hesablanmış 34.22 manat faiz borcu olmaqla, cəmi 2920.21 manat borc, ödənilmiş 49.21 manat məbləğində dövlət rüsumunun və 0.4 manat xidmət haqqının alınaraq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh isə birinci instansiya məhkəməsinə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddianın rədd edilməsini xahiş etmişdir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir.
38. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin vərəsəlik şəhadətnaməsinin xx.xx.2023-cü il tarixdə verilməsinə baxmayaraq müddəti iddiaya cavab verməli şəxsin həmin tarixdən müəyyən olunmasını nəzərə almayaraq iddia müddətinin kredit müqaviləsi bitməsindən üç illik müddətlə hesablaması, məhkəmənin iddia müddətinin axımını müqavilə müddətinin bitdiyi tarixdən deyil, iddiaçıya iddiaya cavab verməli şəxsin kim olduğunu bildiyi tarixdən hesablanmalı olmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, işdə olan "xxxx" ASC ilə X6 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********25 saylı kredit müqaviləsindən görünür ki, bank müştəriyə şəxsi istehlak məqsədləri üçün 22 ay müddətinə 3000 manat məbləğində kredit vermişdir.
39. İşdə olan iddia ərizəsinə Mingəçevir Şəhər Məhkəməsi tərəfindən vurulmuş daxil olma ştampından görünür ki, hazırkı iş üzrə iddia ərizəsi 04 sentyabr 2025-ci il tarixdə Mingəçevir Şəhər Məhkəməsinə daxil olmuş və icraata qəbul olunmuşdur.
40. Yuxarıda sadalanan sənədlərdən göründüyü kimi xx.xx.2019-cu il tarixli, BPM**********25 saylı kredit müqaviləsi üzrə öhdəliyin icra müddəti xx.xx.2021-ci il tarixə qədər müəyyən edilmişdir. Həmin müddət bitdikdən sonrakı gündən iddia müddətinin axımı başlamışdır.
41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.
42. İş materiallarından cavabdeh tərəfindən borcu etiraf etməsini göstərən hərəkətlər etməsi hallarının mövcud olması görünmür.
43. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından müqavilə öhdəlikləri üzrə iddia müddətinin axımının başlanması anına münasibətdə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2025-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 378, 379 və 380-ci maddələrinin tələblərindən irəli gələrək və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bu Qərarının təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olaraq müqavilələrdən yaranan öhdəliklər üzrə borclunun ölümü ilə öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur.
44. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətinin axımını tərəflər arasında bağlanmış kredit müqaviləsində öhdəliyin icrası üçün müəyyənləşdirilmiş xx.xx.2021-ci il tarixdən sonrakı gündən hesablamaqla düzgün nəticəyə gəlmişdir.
45. Kollegiya qeyd edir ki, iddia müddəti institutunun əhəmiyyəti ümumən onda ifadə olunur ki, iddia müddəti mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
46. Mülki Məcəllənin 389.1-ci maddəsinə müvafiq olaraq mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı iki və ya bir neçə şəxsin arasında razılaşdırılmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 386.1-cimaddəsi bəzi istisnalarla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilənin bağlanmalı olduğunu müəyyən edir.
47. Belə müqavilələrdən birini mülki hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.2-ci maddəsində göstərilən kredit müqaviləsi təşkil edir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.
48. Yuxarıda qeyd olunduğu kimi, şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür.
49. Mülki Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır (MM-in 368 və 377.2-ci maddələri).
50. Məhkəmə kollegiyası ümumilikdə apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kollegiya apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin qətnamənin ləğv edilməsi ilə bağlı dəlilləri ilə razılaşmır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi apellyasiya şikayətində göstərilən məsələlər üzrə ətraflı hüquqi dəyərləndirmə aparmış, işin faktiki hallarını müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, sübutları MPM-in 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmiş, qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(051)-1940/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
51. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
İddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(051)- 1940/2025 nömrəli qətnaməsi İddiaçı "xxxx" ASC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.