Məhkəmə qərarları › İş №2(3-10)-801/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-801/2026

20.08.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-801/2026 20.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “X1 Idman Mərkəzi” MMC-yə qarşı əməkhaqqının və mənəvi ziyan kompensasiyasının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: müddət bərpasından imtina, qüvvə) Hakim Isayev Elman Bəhruz oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məcidov Ələddin Tofiq oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh “X1 Idman Mərkəzi” MMC-yə qarşı əmək haqqının və mənəvi ziyan kompensasiyasının ödənilməsi tələbinə dair mülki iş üzə qəbu edilmiş Mingəçevir Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsi barədə ərizəsi üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Iddiaçı İddiaçı iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən ödənilməli olan 13440 saat artıq iş saatı, ödənilməmiş 270 gün məzuniyyət, 4608 manat zərərli iş saatına görə əmək haqqının alınıb ona ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdeh “X1 Idman Mərkəzi” MMC-yə qarşı ödənilməli olan 13440 saat artıq iş saatı, ödənilməmiş 270 gün məzuniyyət, 4608 manat zərərli iş saatına görə əməkhaqqının alınıb ona ödənilməsi və mənəvi ziyana görə kompensasiyanın alınıb ona ödənilməsi tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Iddiaçı Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, 2(051)- ****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə iddiaçı İddiaçı cavabdeh “X1 Idman Mərkəzi” MMC-yə qarşı əməkhaqqının və mənəvi ziyan kompensasiyasının ödənilməsi tələbinə dair mülki iş üzrə iddiaçı İddiaçı münasibətdə Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi müddətinin bərpasından imtina edilməsi qərara alınmışdır. Iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə məhkəməyə şikayət verərək, Mingəçevir Şəhər Məhkəməsinin müddətin bərpasından imtina barədə ##.##.2026- cı il tarixli, *(***)-****/**** saylı qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin üzrlü hesab edilərək bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Işə Şəki Apellyasiya Məhkəməsində yazılı icraat qaydasında baxılmışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ##.##.2026-cı il tarixdə çıxarılmış və iddiaçı İddiaçı elektron kabinetinə həmin qətnamə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir. Iddiaçı İddiaçı apellyasiya şikayətini aldığı gündən bir ay ərzində, yəni ##.##.2026-cı il tarixinədək verməli olduğu halda, ##.##.2026-cı il tarixdə vermişdir. Bununla da, iddiaçı qətnamədən apellyasiya şikayəti vermə müddətini 26 gün ötürdüyündən Mingəçevir Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Sonradan müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda apellyasiya şikayəti verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, prosessual müddətin ötürülməsi üzrlü hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası MPM-nin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə görə prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəllənin 133.1-ci maddəsinə görə məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.5-ci maddəsinə görə müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Həmin Məcəllənin 357.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Həmin Məcəllənin 360-cı maddəsinə görə məhkəmə qətnaməsindən apellyasiya şikayəti 01 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinin tələbinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Məhkəmə kollegiyası hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qərardadın ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, şikayət təmin edilməməli və iş üzrə Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 398.0.1-ci mаddəsinə əsаsən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Həmin Məcəllənin 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. Göstərilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 153, 263-264, 397-398, 400 və 402-ci mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDI: Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərаrdаdı dəyişdirilmədən saxlanılsın. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar