Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-803/2026 26.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mərkəzi Aran Regional Mədəniyyət Idarəsinin tabeliyində olan Göyçay şəhəri Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinə qarşı “## #### 2026-cı il tarixli, ** nömrəli əmrin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, hüquqi yardımla bağlı ödənilmiş pul) Şəki Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Musayev Taleh Valeh oğlu və Sadiqov Zülfüqar Əhməd oğlundan ibarət tərkibdə, X2 iclas katibliyi ilə, Iddiaçı İddiaçı iştirakı ilə, Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi: Işin halları Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mərkəzi Aran Regional Mədəniyyət Idarəsi Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin ## #### 2026-cı il tarixli, ** nömrəli əmrindən görünür ki, İddiaçı ##.##.2026-cı il tarixdə saat 15:40-da təyin olunmuş attestasiya komissiyasının iclasına gəlməli olduğu halda, attestasiya iclasında iştirak etməmişdir. Əmrdə göstərilmişdir ki, onun iştirak etməməsinin səbəbləri barədə attestasiya komissiyasının və Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin məlumatı olmamışdır. Əmrdə həmçinin göstərilmişdir ki, attestasiya komissiyası ##.##.2026-cı il tarixli iclasında saat 15:40-a təyin olunmuş iclasa gəlmədiyinə görə İddiaçı tutduğu qrafik əsasında ##.##.2026-cı il tarixdə saat 15:40-da təyin edilmiş attestasiya komissiyasının iclasına dəvət etmiş, lakin o, iclasa təkrar gəlməmişdir. Əmrdə bu hal onun attestasiya komissiyasının iclasında iştirak etməməsi kimi qiymətləndirilmişdir. Əmrə əsasən, İddiaçı ##.##.2026-cı il tarixdən müalicə müəssisəsində olması, lakin ##.##.2026-cı il tarixində saat 13:30-dan 18:25-dək müddətdə həmin müəssisədən çıxıb evə getməsi və iş günü üzrə hər hansı səbəb göstərmədən işdə olmaması qeyd edilmişdir. Əmrdə bu hal işçinin üzrsüz səbəbdən işdə olmaması kimi qiymətləndirilmişdir. Əmrin nəticə hissəsində Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət intizam tənbehi verilməsi qərara alınmışdır. Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə tərəfindən İddiaçı ünvanlanmış məktubdan görünür ki, məktub attestasiya komissiyasının iclasında iştirak etməməsi ilə bağlı işçiyə verilmiş rəsmi xəbərdarlıq xarakteri daşıyır. Məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il ## ### tarixli, ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”na uyğun olaraq Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbində attestasiya komissiyası yaradılmış və attestasiya prosesinin keçirilməsi təmin edilmişdir. Məktubun məzmununa əsasən İddiaçı məktəbin ## ###### 2025-ci il tarixli, *** nömrəli əmri ilə təsdiq edilmiş attestasiya qrafikinə uyğun olaraq ## ###### 2026-cı il tarixdə attestasiya komissiyasının iclasında iştirak etməli olmuşdur. Məktubda göstərilmişdir ki, o, həmin tarixdə attestasiyada iştirak etməmiş və eyni zamanda işə gəlməmişdir. Bu səbəbdən də məktub müəllifinin mövqeyinə görə İddiaçı hərəkəti attestasiya qaydalarının pozulması kimi qiymətləndirilmişdir. Məktubda həmçinin göstərilmişdir ki, işçinin attestasiya komissiyasının iclasına gəlməməsi ilə yanaşı, həmin gün işə çıxmaması da əmək intizamının pozulması kimi qiymətləndirilmişdir. Bu baxımdan direktor tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin ikinci hissəsinin “b” bəndinə istinad edilərək, işçinin hərəkətlərinə görə intizam məsuliyyəti məsələsinə baxılacağı barədə xəbərdarlıq edilmişdir. Məktubun nəticə hissəsində İddiaçı yaranmış vəziyyətlə bağlı yazılı izahat təqdim etməsi tələb olunmuş, ona təkrar pozuntu baş verdiyi halda barəsində əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada intizam tədbirlərinin görülə biləcəyi bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-Sosial Ekspert Komissiyasının qərarı və e-Sosial sistemindən verilmiş əlilliyin qiymətləndirilməsi nəticəsinə dair arayışdan görünür ki, İddiaçı onkoloji xəstəlikdən əziyyət çəkmiş, süd vəzisinin bədxassəli şişi diaqnozu ilə cərrahi əməliyyat keçirmiş və sağlamlıq vəziyyəti ilə əlaqədar tibbisosial ekspertizadan keçirilmişdir. Tibbi-sosial ekspertiza nəticəsində İddiaçı orqanizmin funksiyalarının 70 faiz pozulması müəyyən edilmiş, ona ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyin olunmuşdur. Əlillik ## ####### 2025-ci il tarixdən müəyyən edilmiş və ## ####### 2027-ci il tarixədək qüvvədə olmuşdur. Eyni zamanda arayışda onun yalnız yüngül şəraitdə işləyə bilməsi qeyd edilmişdir. ##.##.2026-cı il tarixdə ** nömrəli şəhər poliklinikası tərəfindən tərtib edilmiş sığortaolunanın xəstəlik vərəqəsindən müəyyən olunur ki, İddiaçı C50.4 diaqnozu ilə qeydiyyata alınmış, həkimonkoloq X3 tərəfindən onun əmək qabiliyyətinin müvəqqəti itirilməsi müəyyən edilmişdir. Həmin xəstəlik vərəqəsinə əsasən o, ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək əmək funksiyasının icrasından azad edilmiş və əmək qabiliyyətinin bərpası tarixi ##.##.2026-cı il tarix kimi göstərilmişdir. ##.##.2026-cı il tarixdə ** nömrəli şəhər poliklinikası tərəfindən tərtib edilmiş sığortaolunanın xəstəlik vərəqəsindən müəyyən olunur ki, İddiaçı eyni diaqnozla yenidən ambulator müalicəyə cəlb edilmişdir. ##.##.2026-cı il tarixdə verilmiş xəstəlik vərəqəsinə əsasən o, ##.##.2026-cı il tarixdən ##.##.2026-cı il tarixədək əmək fəaliyyətindən azad edilmiş, əmək qabiliyyətinin bərpası isə ##.##.2026-cı il tarixdən göstərilmişdir. Sənədin məzmunundan görünür ki, xəstəliklə əlaqədar müalicə prosesi davam etmiş və onun müvəqqəti əmək qabiliyyətsizliyi tibbi qaydada rəsmiləşdirilmişdir. Tövsiyə vərəqəsindən görünür ki, sənəd ## ###### 2026-cı il tarixdə İddiaçı müalicəsi ilə əlaqədar tərtib edilmişdir. Sənəddə pasiyent kimi İddiaçı adı göstərilmiş, onun onkoloji xəstəliklə əlaqədar tibbi nəzarətdə olduğu qeyd edilmişdir. Tövsiyə vərəqəsinin məzmunundan müəyyən olunur ki, pasiyent həmin tarixdə həkim müayinəsindən keçirilmiş, müalicə vəziyyəti qiymətləndirilmiş və ona ambulator qaydada davam etdirilməsi nəzərdə tutulan müalicə təyin edilmişdir. Sənəddə müxtəlif dərman preparatlarının qəbulu, infuzion müalicə vasitələrinin tətbiqi və sonrakı müalicə tədbirləri ilə bağlı həkim göstərişləri əks etdirilmişdir. Sənəddə həmçinin pasiyentin əvvəllər əməliyyat olunduğu və müalicəsinin davam etdiyi qeyd edilmiş, onun tibbi müşahidə altında saxlanılması və təyin edilmiş müalicə kursunu davam etdirməsi tövsiyə olunmuşdur. Göyçay * saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, MŞG/MT***- ****-***** nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməsi barədə arayışdan görünür ki, iddiaçı İddiaçı mübahisənin məhkəmədənkənar qaydada həlli məqsədilə mediasiya prosesinə müraciət etmişdir. Sənəddə mübahisənin predmeti kimi Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin ## #### 2026- cı il tarixli, ** nömrəli əmrin ləğvi ilə bağlı əmək mübahisəsinin göstərildiyi qeyd edilmişdir. Arayışın məzmunundan görünür ki, mediasiya sessiyasında iştirak edən tərəf İddiaçı olmuş, digər tərəf qismində isə Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbi göstərilmişdir. Ilkin mediasiya sessiyasının keçirilməsi barədə bildiriş ##.##.2026-cı il tarixdə tərəflərə göndərilmiş, mediasiya sessiyası isə ##.##.2026-cı il tarixdə saat 15:00-dan 16:00-dək ünvan 1 ünvanında keçirilmişdir. Sənəddə həmçinin qeyd edilmişdir ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində mediasiya haqqı İddiaçı tərəfindən Göyçay * saylı Mediasiya Təşkilatına ödənilmişdir. Iş materiallarında olan mədaxil qəbzindən görünür ki, İddiaçı tərəfindən hüquqi yardım göstərilməsi ilə əlaqədar 100 (yüz) manat məbləğində vəsait Göyçay Rayon Vəkil Bürosunun hesabına ödənilmişdir. Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) birinci instansiya məhkəməsində icraat Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mərkəzi Aran Regional Mədəniyyət Idarəsinin tabeliyində olan Göyçay şəhəri Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən verilmiş ## #### 2026-cı il tarixli, ** nömrəli “töhmət intizam tənbehinin verilməsi haqqında” əmrin qanunsuz hesab edilərək ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı # ######## 1993-cü il tarixdən Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbində fortepiano müəllimi vəzifəsində çalışır. Onkoloji xəstəlikdən əziyyət çəkdiyinə görə ona ikinci dərəcə əlillik təyin edilmişdir. Xəstəliyi ilə əlaqədar mütəmadi olaraq tibbi müayinələrdən və müalicə prosedurlarından keçmək məcburiyyətində olmuş, bu məqsədlə 2026-cı ilin yanvar ayında Bakı şəhərinə getmiş, ## ###### 2026-cı il tarixdə cərrahi əməliyyat olunmuşdur. Əməliyyatdan sonra müalicəsini davam etdirmiş, mart ayı ərzində də təkrar tibbi müayinələrdən keçmişdir. ## ###### 2026-cı il tarixdə işə qayıtmalı olsa da, səhhətinin pisləşməsi və davam edən müalicə ilə əlaqədar həmin gün işə çıxa bilməmişdir. Bu barədə əvvəlcədən məktəb rəhbərliyinə məlumat vermiş, məktəbin direktoru ilə telefon əlaqəsi saxlamış, həmçinin ## ###### 2026- cı il tarixdə də işə gələ bilməyəcəyini qısa mesaj vasitəsilə bildirmişdir. Buna baxmayaraq, ## #### 2026-cı il tarixdə ona ## #### 2026-cı il tarixli, ** nömrəli əmr təqdim edilmiş və həmin əmrlə ona töhmət şəklində intizam tənbehi verilmişdir. Iddiaçının fikrincə, intizam tənbehinin tətbiq edilməsinə əsas göstərilən hallar həqiqəti əks etdirmir. Belə ki, attestasiya komissiyasının iclasında iştirak etməməsi və işə çıxmaması onun səhhəti, keçirdiyi əməliyyat və davam edən müalicə prosesi ilə bağlı olmuşdur. O, xəstəliyi və müalicəsi barədə işəgötürəni məlumatlandırmış, bu halları təsdiq edən tibbi sənədləri təqdim etmişdir. Işdə olmaması üzrlü səbəbdən baş verdiyindən və bu hal tibbi sənədlərlə təsdiq olunduğundan ona intizam tənbehinin tətbiq edilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə zidd olmuşdur. Həmçinin əmrin qəbul edilməsi zamanı onun təqdim etdiyi sənədlərə və izahatlarına lazımi hüquqi qiymət verilməmiş, nəticədə qanunsuz və əsassız intizam tənbehi tətbiq edilmişdir. Bu səbəbdən iddiaçı Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən verilmiş ## #### 2026-cı il tarixli, ** nömrəli əmrin qanunsuz hesab edilərək ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Iddiaçı İddiaçı ##.##.2026-cı il tarixdə məhkəməyə vəsatət təqdim edərək iddia tələbinin həcminin artırılmasını xahiş etmişdir. Vəsatətdə göstərilmişdir ki, mübahisənin məhkəməyə qədər həlli məqsədilə mediasiya prosesində iştirak etmiş, bununla əlaqədar 50 (əlli) manat məbləğində mediasiya xərci çəkmişdir. Bundan başqa, hüquqi yardım almaq üçün vəkil xidmətindən istifadə etdiyindən 100 (yüz) manat məbləğində hüquqi yardım xərci ödəmişdir. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi (hakim: C.Camalzadə) ilə, iddia tələbi qismən təmin edilərək, Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən verilmiş ## #### 2026-cı il tarixli, ** nömrəli İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında əmr qanunsuz hesab edilərək ləğv edilməsi, 50 (əlli) manat məbləğində mediasiya xərci Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mərkəzi Aran Regional Mədəniyyət Idarəsinin tabeliyində fəaliyyət göstərən Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbindən alınaraq İddiaçı ödənilməsi və Iddiaçının 100 (yüz) manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutulması barədə tələbi təmin edilməsi qət edilmişdir.. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, intizam tənbehi iddiaçının ## ###### 2026-cı il tarixdə attestasiya komissiyasının iclasında iştirak etməməsi və işə çıxmaması əsası ilə tətbiq edilmişdir. Lakin iş materialları ilə müəyyən edilir ki, iddiaçı həmin tarixdə sağlamlıq vəziyyəti ilə əlaqədar müalicə prosesində olmuş, sonradan təqdim etdiyi ## #### 2026-cı il tarixli izahatında da attestasiyada iştirak etməməsinin səbəbini səhhətində yaranmış problemlə əlaqələndirmişdir. Cavabdeh tərəfindən isə iddiaçının təqdim etdiyi tibbi sənədləri təkzib edən və ya onun işdə olmamasının üzrsüz səbəbdən baş verdiyini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Intizam tənbehinin tətbiqi zamanı işəgötürən tərəfindən iddiaçının sağlamlıq vəziyyəti, ikinci dərəcə əlilliyə malik olması, keçirdiyi əməliyyat, davam edən müalicə prosesi və təqdim etdiyi tibbi sənədlər lazımi səviyyədə araşdırılmamış, həmin hallara obyektiv hüquqi qiymət verilməmişdir. Həmçinin nəzərə alır ki, cavabdehin nümayəndəsi, eyni zamanda mübahisələndirilən əmri vermiş Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə həm məhkəmə iclasında, həm də ## ### 2026-cı il tarixli yazılı ərizəsində iddia tələbinə etiraz etməmiş, ## #### 2026-cı il tarixli, ** nömrəli əmrin ləğv edilməsinə razı olduğunu bildirmişdir. Iddiaçının attestasiya komissiyasının iclasında iştirak etməməsi və işdə olmaması onun sağlamlıq vəziyyəti və davam edən müalicə prosesi ilə bağlı olmuş, həmin hallar tibbi sənədlərlə təsdiq edilmiş, buna baxmayaraq cavabdeh tərəfindən ona intizam tənbehi tətbiq edilmişdir. Bu səbəbdən Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin ## #### 2026-cı il tarixli, ** nömrəli “İddiaçı sonuncu xəbərdarlıqla şiddətli töhmət verilməsi haqqında” əmri qanunsuz hesab edilməli və ləğv olunmalıdır. Məhkəmə gəldiyi nəticənin hüquqi əsaslandrması üçün – Əmək Məcəlləsi 10, 11, 12, 182, 183, 186, 187, 188, 189, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin – 14.2, 52.2, 77.1, 88-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Iddiaçı İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmayan hissəsinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə 100 (yüz) manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən tutulması barədə tələbin təmin edilməməsi barədə nəticəyə gələrkən iş materiallarında yalnız vəsaitin Göyçay Rayon Vəkil Bürosunun hesabına köçürüldüyünü təsdiqedən mədaxil qəbzinin mövcud olması, lakin həmin ödənişin məhz bu mülki iş üzrə hüquqi yardım xidmətinin göstərilməsi ilə bağlı həyata keçirildiyini, hüquqi yardımın həcmini, xidmət müqaviləsinin bağlandığını və xidmətin faktiki göstərildiyini təsdiq edən müqavilə, order, təhvil-təslim aktı və ya digər mötəbər sübutların təqdim edilməməsi ilə əsaslandırmış, həmin xərcin zəruri və əsaslandırılmış məhkəmə xərci kimi qiymətləndirilməsinin mümkün olmadığını göstərmişdir. Belə ki, məhkəmə ödənişin məhz bu mülki iş üzrə hüquqi yardım xidmətinin göstərilməsi ilə bağlı həyata keçirildiyini mübahisələndirmişdir. Halbuki onun hazırkı tələbdən başqa əlavə məhkəmə işi olmamış və yoxdur. Hakim başqa məhkəmə işinin olub-olmamasını elektron məhkəmə informasiya sistemində axtarış etməklə müəyyən edə bilərdi. Odur ki, hüquqi yardımın göstərilməsi haqqında müqaviləni apellyasiya şikayətinə əlavə edirərək təmin olunmasını xahiş edir. b) Apellyasiya şikayətinə qarşı etiraz Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya baxışı zamanı keçirilən məhkəmə iclası və məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Digər tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilmişdir. Buna baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə kollegiyası işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi M a d d ə 1 0 . Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri a) Əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək. b) Əmək intizamına və daxili intizam qaydalarına əməl etmək. g) Əmək qanunvericiliyinin tələblərinə əməl etmək. M a d d ə 1 1 . Işəgötürənin əsas hüquqları a) Bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək. d) Işçilər əmək müqaviləsinin şərtlərini, daxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək. M a d d ə 1 2 . Işəgötürənin əsas vəzifələri və məsuliyyəti a) Əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək. b) Bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək. g) Cinsindən asılı olmayaraq eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq, eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etmək, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək. i) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əlilliyi olan şəxslərin digər şəxslərlə bərabər səviyyədə əmək fəaliyyəti ilə məşğul olmasını təmin etmək. M a d d ə 1 8 2 . Daxili intizam qaydaları
1. Işəgötürən əmək müqavilələri, habelə bağlanmış kollektiv müqavilələr üzrə tərəflərin öhdəliklərinin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, əmək qanunvericiliyinin tələblərinin gözlənilməsi və əmək intizamının təmin olunması məqsədi ilə daxili intizam qaydaları qəbul edə bilər.
3. Daxili intizam qaydaları bu Məcəlləyə, habelə əmək qanunvericiliyi üzrə digər normativ hüquqi aktlara uyğun tərtib edilməlidir. Bu normativ hüquqi aktlara zidd olan daxili intizam qaydalarının müvafiq müddəaları və onların tətbiqinin hüquqi nəticələri etibarsız hesab edilir. M a d d ə 1 8 3 . Daxili intizam qaydalarının məzmunu a) müəssisənin adı, təşkilati-hüquqi forması, fəaliyyət növü, hüquqi ünvanı və ya fiziki şəxs olan işəgötürənin soyadı, adı və atasının adı, fəaliyyət növü, ünvanı; b) iş vaxtının, nahar və digər istirahət fasilələrinin başlandığı və qurtardığı saatlar; c) növbə cədvəlləri və onun tənzimlənməsi qaydaları; ç) əmək şəraitinin təmin edilməsi qaydaları; d) əmək və icra intizamının, əmək vəzifələrinin yüksək səviyyədə yerinə yetirilməsində fərqlənmiş işçilərin, əmək kollektivlərinin mükafatlandırılması şərtləri və qaydaları; e) əmək və icra intizamını pozmuş işçilərə əlavə intizam tənbehi tətbiq edilməsinin şərtləri və qaydaları; ə) bu Məcəllənin 2-ci maddəsinin 3-cü hissəsi ilə müəyyən edilmiş işçinin və işəgötürənin hüquqlarının təminatı prinsiplərinə zidd olmayan digər şərtlər və qaydalar.
2. Müəyyən müəssisələr birliyinə daxil olan müəssisələr üçün qəbul edilən daxili intizam qaydalarında bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlarla yanaşı, həmin qaydaların şamil edildiyi müəssisələrin adları sadalanmaqla əlavə əmək şəraitinin yaradılmasına, əmək və icra intizamının təmin edilməsinə dair qanunvericiliyə uyğun olan digər məlumatlar da göstərilməlidir. M a d d ə 1 8 6 . Əmək və icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun növləri.
1. Işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunda nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, daxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsinə bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam vermək. M a d d ə 1 8 7 . Intizam tənbehinin verilməsi qaydaları
1. Intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. Işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Maddə 188. Intizam tənbehi vermək səlahiyyəti olan vəzifəli şəxs
1. Intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Maddə 189. Intizam tənbehinin verilməsi şərtləri
1. Bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.
2. Intizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan hallarda iş yerində olmadığı müddətdə işçiyə intizam tənbehi verilə bilməz.
3. Intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. Işçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin (sərəncamın, qərarın) surəti ona təqdim olunmalıdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il ## #### tarixli qərarında qeyd edilmişdir ki: “....hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır”.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. Iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 119.5. Apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4-cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının həddi
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, işdə olan sübutlara məcmu halında hüquqi qiymət verərək, apellyasiya şikayətinin dəlillərini əsassız, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni isə əsaslı sayaraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 26-cı maddəsi və 60-cı maddəsinin İ hissəsi). Hüquq və azadlıqların məhkəmə təminatı yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, bu hüququn həmçinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada apellyasiya və kassasiya instansiyalarında həyata keçirilməsini də nəzərdə tutur. Qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququnun mahiyyətindən irəli gəlməklə hüququn aliliyinin təmin edilməsi məqsədinə yönəlir. Məhkəmə kollegiyası vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətlə açıq-aşkar sui-istifadə etməsinlər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməlidir. Iddia tələbinin mahiyyətindən müəyyən edilir ki, tərəflər arasında mübahisə əmrin qanunsuz hesab edilməsi ilə bağlıdır. Belə ki, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Mərkəzi Aran Regional Mədəniyyət Idarəsinin tabeliyində olan Göyçay şəhəri Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Göyçay şəhər Arif Məmmədov adına Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən verilmiş ## #### 2026-cı il tarixli, ** nömrəli “töhmət intizam tənbehinin verilməsi haqqında” əmrin qanunsuz hesab edilərək ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Apellyator isə birinci instansiya məhkəməsinin qətnaməsini hüquqi yardıma görə ödənilmiş pulun tutulmaması hissəsində mübahisələndirmişdir. Belə olan halda məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, iddiaçı birinсi instansiya məhkəməsinin qətnaməsini yalnız hüquqi yardımla bağlı xərcin təmin edilməməsi hissəsində mübahisələndirdiyindən məhkəmə kоllegiyаsı birinсi instаnsiyа məhkəməsinin qətnаməsinin əsаslılığını оnun bаrəsində аçıq və yа dоlаyısı ilə mübаhisə edilən hissəsi üzrə yоxlаyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını şərtləndirən aşağıdakı əsasların qeyd olunmasını zəruri hesab edir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və hüquqi əsaslandırması ilə razılaşaraq ilkin olaraq qeyd edir ki, “...Azərbaycan Respublikası Vəkillər X5 ## #### 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş Hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalara əsasən bu Qaydalar vəkilə müştəri tərəfindən ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi ilə bağlı məsələləri tənzimləyir. Bu Qaydaların məqsədi vəkillərin maliyyə hesabatlılığının şəffaflaşdırılması yolu ilə vəkillik fəaliyyətinin səmərəli təşkilindən ibarətdir”. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin III hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, hüquqi yardım xidməti yalnız məhkəmə icraatlarında iştirakla bağlı olmadığından, belə xidmət göstərən şəxslərin fəaliyyəti heç də həmişə müraciət edənin hüquqlarının və mənafelərinin müdafiəsi və ya təmsil edilməsindən ibarət olmamaqla, bəzi hallarda ərizələrin, şikayətlərin layihələrinin, məhkəməyə müraciət etmək üçün lazım olan sənədlər paketinin, hüquqi xarakterli digər sənədlərin hazırlanaraq təqdim edilməsi kimi maddi nəticələri özündə ehtiva edən işlərin icrası ilə məhdudlaşa bilər. Birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməyərək qeyd etmişdir ki, “...iş materiallarında yalnız vəsaitin Göyçay Rayon Vəkil Bürosunun hesabına köçürüldüyünü təsdiq edən mədaxil qəbzi mövcuddur. Lakin həmin ödənişin məhz bu mülki iş üzrə hüquqi yardım xidmətinin göstərilməsi ilə bağlı həyata keçirildiyini, hüquqi yardımın həcmini, xidmət müqaviləsinin bağlandığını və xidmətin faktiki göstərildiyini təsdiq edən müqavilə, order, təhviltəslim aktı və ya digər mötəbər sübutlar təqdim edilməmişdir. Bu səbəbdən həmin xərcin zəruri və əsaslandırılmış məhkəmə xərci kimi qiymətləndirilməsi mümkün deyildir. Ona görə də hüquqi yardım xərcinin cavabdehdən tutulması barədə tələb təmin edilməməlidir”. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin həmin əsaslandırması ilə razılaşaraq qeyd edir ki, iddiaçı tərəf nə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edən zaman nədəki iş məhkəmənin icraatında olan dövrdə hüquqi yardımın göstərilməsi haqqında müqaviləni məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası sübutetmə ilə bağlı qeyd edir ki, sübutetmə dedikdə, iddianın əsaslandığı bir hüququn və ya buna qarşı etirazın söykəndiyi halların (hadisələrin) olub-olmadığı haqqında məhkəmənin qənaətə gəlməsi üçün həyata keçirilən prosessual fəaliyyət başa düşülür. Bu baxımdan sübutetmənin predmetini tərəflərin mübahisələndirdikləri hal(lar) təşkil edir. O mübahisəli hallar ki, qanunverici onların mövcud olub-olmamasına hüquqi bir nəticə bağlayır. Başqa sözlə, hansısa halın baş verib-verməməsi şəxsin hüququnun yaranması, itirilməsi və s. kimi hüquqi nəticə yaradır. Məhz bu cür halların sübuta yetirilməsi üçün tərəflərin məhkəməyə dəlil təqdim etmələri zəruridir. Bu baxımdan tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğu və ya olmadığı barədə məhkəmənin əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Yəni, tərəf irəli sürdüyü dəlilləri sübut etməlidir. Məhəkəm kollegiyası qeyd edir ki, sübutetmə yükünün düzgün bölüşdürülməsi işin araşdırılması zamanı mühüm əhəmiyyətə malikdir. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sübutetmə yükü barədə qanunda xüsusi bir qayda nəzərdə tutulmadığı halda iddia edilən halın mövcud olduğunu və ya olmadığını (baş verib-vermədiyini) sübut etmək hüquqi nəticədən xeyir görən tərəfə aiddir. Eyni zamanda, məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Göründüyü kimi, tərəf işə birinci instansiya məhkəməsində baxılan zaman hüquqi yardımın göstərilməsi haqqında müqaviləni məhkəməyə təqdim etməmiş, birinci instansiya məhkəməsi də təqdim edilmiş sübutlar əsasında yekun məhkəmə aktı qəbul etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərinə qiymət verən zaman daha sonra qeyd edir ki, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (MPM 372.2). Hazırki işdən isə görünür ki, iddiaçı tərəf müqaviləni birinci instansiya məhkəməsinə təqdim edilməməsini əsaslandırmamışdır. Kollegiya bildirir ki, həmin fakt iddiaçıya işə məhkəmədə baxlarkən məlum olmuş lakin, sübutu məhkəmə prosessinin gedişində təqdim etməmişdir. Belə olan halda məhkəmə kollegiyası iddiaçı tərəfin qeyd etdiklərini əsaslı hesab etmək olmaz. Yəni, həmin sübutlar işə məhkəmədə baxlarkən iddiaçıda olmuş, o iddia ərizəsində və apellyasiya şikayətində bu fakta istinad etmiş, lakin bu faktı təsdiq edən sübutu birinci instansiya məhkəməsinin gedişində deyil, sonradan təqdim etmişdir. Buna görə də istinad edilən hal sübutun təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmaması hesab edilə bilməz. Kollegiya bildirir ki, qeyd edilən hal texniki və ya başqa bir səbəbdən başqa versədə faktiki olaraq müqavilə birinci instansiya məhkəməsinə təqdim edilməmişdir. Həmin sənədin sonradan apellyasiya məhkəməsinə təqdim edilməsi isə heç bir halda birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə səbəb ola bilməz. Göründüyü kimi, mülki prosessual qanunvericiliyə əsasən, sübutlar və dəlillər birinci instansiya məhkəməsində təqdim edilməli və araşdırılmalıdır. Apellyasiya instansiya məhkəməsində isə yeni sübutlar və dəlillər yalnız o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Belə olan halda isə kollegiya qeyd edir ki, yeni sübutlar və dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilməməli və araşdırılmamalıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur. Kollegiya hesab edir ki, apellyasiya şikayətinin digər dəlilləri şəxsi mülahizələrə əsaslanan fikirlər olmaqla iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işin faktiki hallarını nəzərə alınmaqla, mübahisə tam, hərtərəfli və obyektiv araşdırılmaqla düzgün nəticəyə gəlinmiş, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiya məhkəməsi tərəfindən faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı, eyni zamanda mahiyyəti üzrə düzgün olan qətnamə qəbul edilmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş məhkəmə müdafiəsi hüququ və hüquqi dövlət prinsipi, şəxsin hüquq və vəzifələri ilə bağlı qərarlar qəbul etmiş məhkəmələrin belə qərarlarını mütləq olaraq lazımi qaydada əsaslandırmalı olduqlarını tələb edir. Bununla hər kəs onun barəsində çıxarılmış qərarın nəinki konkret nəticəsi barədə, həm də səbəbləri və əsasları barədə məlumat əldə etmiş olur. Əsaslandırılmamış, yaxud düzgün əsaslandırılmamış məhkəmə qərarı hüquqi dövlət prinsipi ilə ziddiyyət təşkil edir. Bu, həm də ona görə vacibdir ki, qərarın əsaslandırılması ilə tanış olmadan şikayət etmək hüququnun həyata keçirilməsini təsəvvür etmək mümkün deyildir, çünki şikayət vermək hüququnun həyata keçirilməsi özündə məhkəmənin dəlillərinin və əsaslandırılmasının əks arqumentlər gətirilməklə mübahisələndirilməsini nəzərdə tutur. “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2006-cı il tarixli qərarında” da göstərilmişdir ki, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AIHM-nin qərarı №*****/**, §282). Məhkəmə kollegiyası eyni zamanda qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı). Insan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani Ispaniyaya qarşı" iş üzrə 1994-cü il # ###### tarixli qərarında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyatorun verdiyi apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Kollegiya hesab edir ki, apellyatorun ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 392, 393, 402 və 405-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT E T D İ:
Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu apellyatora aid olunsun. Qətnamə çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.