Azәrbaycan Respublikası adından Qərardad Şәki şәhәri İş № 2(3-10)-805/2026 24.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmrin ləğvi, işə bərpa və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: apellyasiya şikayətinin geri qaytarılması, ləğv) Hakimlәr X3 (sәdrlik edәn vә mәruzәçi), Mәcidov Əlәddin Tofiq oğlu vә Musayev Taleh Valeh oğlundan ibarәt tәrkibdә, Isabәyli Ənvәr Eldar oğlunun katibliyi ilә, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı әmrin lәğvi, işә bәrpa vә mәcburi iş buraxmaya görә әmәk haqqının ödәnilmәsi tәlәbinә dair mülki iş üzrә Ismayıllı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadından cavabdeh Cavabdeh tәrәfindәn verilmiş şikayәtә yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ismayıllı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәtnamәsi ilә Cavabdeh ##.##.2026-cı il tarixli **/K nömrәli әmri lәğv edilәrәk İddiaçı Cavabdeh işlәdiyi irriqasiya sahәsinin nәzarәtçisi peşәsinә bәrpa edilmәsi, işdәn azad olunduğu tarixdәn işә bәrpa olunan tarixәdәk mәcburi iş buraxma müddәtinә görә әmәk haqqı mәblәği hesablanaraq İddiaçı ödәnilmәsi vә cavabdeh Cavabdeh 100 manat dövlәt rüsumu mәblәği tutularaq dövlәt büdcәsinә ödәnilmәsi qәt edilmişdir. Sözügedәn qәtnamәdәn “X2 Xidmәti” X1 tәrәfindәn ##.##.2026-cı il tarixdә apellyasiya şikayәti verilmişdir. Mәhkәmәnin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı ilә “X2 Xidmәti” X1 tәrәfindәn verilmiş apellyasiya şikayәtinin geri qaytarılması qәrara alınmışdır. Qәrardaddan Cavabdeh tәrәfindәn ## #### 2026-cı il tarixdә elektron qaydada şikayәt verilәrәk Ismayıllı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, 2 (*-***)-***/**** saylı apellyasiya şikayәtinin geri qaytarılması barәdә qәrardadı lәğv edilmәsi, cavabdeh Cavabdeh tәrәfindәn verilmiş apellyasiya şikayәtinin Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin tәlәblәrinә uyğun qәbul edilmәsi vә mahiyyәti üzrә baxılması üçün mülki iş Şәki Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyasına göndәrilmәsi vә Ismayıllı Rayon Mәhkәmәsinin apellyasiya şikayәtinin qәbul edilmәsindәn imtina etmәsi nәticәsindә mәhkәmәyә çıxış hüququnun әsassız mәhdudlaşdırıldığı nәzәrә alınaraq prosessual hüquqlarının bәrpa edilmәsi barәdә qәrardad qәbul edilmәsini mәhkәmәdәn xahiş etmişdir. Ismayıllı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә baxılması üçün işlә birlikdә Şәki Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Işә Şәki Apellyasiya Mәhkәmәsindә yazılı icraat qaydasında baxılmışdır. Mәhkәmә kollegiyası şikayәtin dәlillәrini vә iş materiallarını araşdırıb hesab edir ki, şikayәt qismәn tәmin edilmәli, Ismayıllı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*- ***)-***/**** nömrәli qәrardadı lәğv edilmәli, mülki işin materialları yenidәn araşdırılması üçün Ismayıllı Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Birinci instansiya mәhkәmәsi gәldiyi nәticәni belә әsaslandırmışdır ki, Ismayıllı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәtnamәsindәn “X2 Xidmәti” X1 tәrәfindәn verilmiş apellyasiya şikayәti Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin (MPM-in) apellyasiya şikayәtlәrinin verilmәsi üçün müәyyәn edilmiş aşağıda qeyd olunan tәlәblәri pozulmuş vә eyni zamanda, hәmin Mәcәllәyә “Əlavә 2” ilә müәyyәn edilmiş apellyasiya şikayәtinin formasına riayәt olunmamış vә eyni zamanda şikayәt natamam formada vә mәzmunda, yәni ümumiyyәtlә Azәrbaycan Respublikası Mülki- Prosessual Mәcәllәsinin 361.1-ci maddәsinin tәlәblәrinә vә hәmin Mәcәllәyә “Əlavә 2” ilә müәyyәn edilmiş apellyasiya şikayәtinin formasına uyğun tәrtib edilmәdәn imzalanaraq verilmişdir. Belә ki, Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin: 361.1-ci maddәsinin tәlәblәrinә uyğun olaraq, bu Mәcәllә ilә müәyyәn edilmiş formada (forma - hәmin Mәcәllәyә “Əlavә 2” ilә müәyyәn edilmişdir) verilәn apellyasiya şikayәtindә şikayәtin verildiyi mәhkәmәnin adı vә ünvanı (maddә 361.1.1), şikayәti verәn şәxsin soyadı, adı, atasının adı, şәxsiyyәtini eynilәşdirmәyә imkan verәn digәr mәlumatlar, yaşayış yeri vә ya olduğu yer (hәm faktiki, hәm dә rәsmi qeydә alındığı ünvanı), yazışmaların aparılmasının istәnildiyi digәr ünvan, işdә prosessual vәziyyәti (maddә 361.1.2), barәsindә şikayәt verilәn mәhkәmә aktı, onun qәbul edilmә tarixi, nәticә hissәsi, hәmin aktı qәbul edәn mәhkәmәnin adı (maddә 361.1.3), şikayәti verәn şәxsin tәlәbi vә mәhkәmә aktının hansı hissәdә mübahisәlәndirildiyi (maddә 361.1.4), şikayәt verәn şәxsin mәhkәmә aktını düzgün hesab etmәdiyi konkret әsaslar (maddә 361.1.5), şikayәt verәn şәxsin istinad etdiyi konkret fakt vә hallar, habelә onları tәsdiq edәn sübutlar (maddә 361.1.6) vә şikayәtә әlavә edilәn sәnәdlәrin siyahısı (maddә 361.1.7) göstәrilmәlidir. Lakin,bu apellyasiya şikayәtindә “Əlavә 2”-nin “Maddi hüquq normalarının pozulması vә ya düzgün tәtbiq edilmәmәsinә dair dәlillәr” adlanan 6-cı hissәsi, “Prosessual hüquq normalarının pozulması vә ya düzgün tәtbiq edilmәmәsinә dair dәlillәr” adlanan 7-ci hissәsi, “Mәhkәmәnin gәldiyi nәticә üçün mühüm әhәmiyyәti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dәlillәr” adlanan 8-ci hissәsi, “Birinci instansiya mәhkәmәsi tәrәfindәn müәyyәn edilmiş, iş üçün әhәmiyyәti olan halların sübut edilmәmәsinә dair dәlillәr” adlanan 9-cu hissәsi, “Birinci instansiya mәhkәmәsinin qәtnamәdә göstәrilmiş nәticәlәrinin işin hallarına uyğun gәlmәmәsinә dair dәlillәr” adlanan 10-cu hissәsi, “Birinci instansiya mәhkәmәsinә tәqdim edilmәmiş yeni sübutlar vә onların tәqdim edilmәsinin әsaslandırılmasına dair dәlillәr” adlanan 11-ci hissәsi vә hәtta, şikayәtin әn әsas vә vacib hissәsi kimi qeyd edilmәli olan Apellyasiya şikayәti verәn şәxsin tәlәbi” adlanan 12-ci hissәlәri tәkrar daxil edilmәklә qarışıq formada tәrtib edilәrәk imzalanmışdır. Eyni zamanda şikayәtin “imza vә tarix” adlanan 14.1 hissәsindә şikayәti imza edәn şәxsin adı “X2 Xidmәti” X1 әvәzinә cavabdeh Cavabdeh kimi qeyd edilmişdir. Halbuki, Mülki-Prosessual Mәcәllәnin tәlәblәrinә görә “şikayәti verәn şәxsin tәlәbi vә mәhkәmә aktının hansı hissәdә mübahisәlәndirildiyi”, “şikayәt verәn şәxsin mәhkәmә aktını düzgün hesab etmәdiyi konkret әsaslar” vә “şikayәt verәn şәxsin istinad etdiyi konkret fakt vә hallar, habelә onları tәsdiq edәn sübutlar” apellyasiya şikayәtindә müvafiq qaydada göstәrilmәlidir (MPM-in 361.1.4-cü, 361.1.5-ci vә 361.1.6-cı maddәlәri; “Əlavә 2”-nin 5, 6, 7, 8, 9, 10, 11 vә 12-ci bәndlәri). Yәni, apellyasiya şikayәtindә “şikayәti verәn şәxsin tәlәbi vә mәhkәmә aktının hansı hissәdә mübahisәlәndirildiyi”, “şikayәt verәn şәxsin mәhkәmә aktını düzgün hesab etmәdiyi konkret әsaslar” vә “şikayәt verәn şәxsin istinad etdiyi konkret fakt vә hallar, habelә onları tәsdiq edәn sübutlar” formal olaraq sadalanmamalı vә hәmin hallar dәqiq qeyd edilmәklә, müvafiq qaydada әsaslandırılmalı vә hәmin halları tәsdiq edәn sübutlar şikayәtә әlavә edilәrәk, şikayәtlә birlikdә mәhkәmәyә tәqdim olunmalıdır. Qeyd etmәk lazımdır ki, şikayәtçi tәrәfindәn elektron qaydada imzalanaraq tәqdim edilmiş hәmin apellyasiya şikayәtindәn әlavә, “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinetә digәr bir apellyasiya şikayәtinin mәtni dә adi qaydada tәrtib edilәrәk, elektron qaydada imzalanmadan,adi sәnәd kimi "PDF" formatında elektron kabinetә daxil edilmәli olduğu halda, sözügedәn formada apellyasiya şikayәtinin mәtni şikayәtә әlavә edilmәmişdir. Halbuki, “Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsindә dәyişiklik edilmәsi haqqında” Azәrbaycan Respublikasının ## #### 2021-ci il tarixli Qanunu ilә Mülki- Prosessual Mәcәllәdә bir sıra dәyişikliklәr edilәrәk (## ####### 2021ci il tarixindәn qüvvәyә minmişdir), yeni redaksiyada MPM-in 361-ci maddәsindә apellyasiya şikayәtinin bu Mәcәllә ilә müәyyәn edilmiş formada verilmәsi nәzәrdә tutulmuşdur (hәmin forma isә Mәcәllәyә yuxarıda göstәrilәn Qanunla edilmiş “Əlavә 2”-dә göstәrilmişdir). Eyni zamanda, Mülki-Prosessual Mәcәllәnin apellyasiya şikayәtinin mәzmununa dair ümumi tәlәblәri müәyyәnlәşdirәn 361-ci maddәsi ilә yanaşı, hәmin Mәcәllәyә “Əlavә 2”-dә dә apellyasiya şikayәtinin forması ilә bağlı mühüm tәlәblәr öz әksini tapmışdır. Bu sәbәbdәn dә, qeyd olunan tәlәblәrin düzgün vә bir qaydada yerinә yetirilmәsi üçün “Elektron mәhkәmә” informasiya sistemindә apellyasiya şikayәtinin ümumi formasını müәyyәn edәn “Əlavә 2”-yә uyğun elektron apellyasiya şikayәti nümunәsi tәrtib edilәrәk, apellyasiya şikayәti hazırlayan proses iştirakçılarının istifadәsinә verilmişdir. Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 363.1.1-1-ci maddәsinә әsasәn, apellyasiya şikayәti bu Mәcәllәnin 361-ci maddәsinin tәlәblәrinә riayәt edilmәdәn verilmişdirsә - apellyasiya şikayәti birinci instansiya mәhkәmәsi tәrәfindәn qaytarılır. Mәhkәmә qeyd etmәyi lazım bilmişdir ki, yuxarıda qeyd olunan qanunvericilik normaları imperativ qaydada apellyasiya şikayәti verilәrkәn şikayәtçinin etmәli olduğu hәrәkәtlәri tәsbit edir vә bu kimi hәrәkәtlәr edilmәdikdә vә yaxud,düzgün yerinә yetirilmәdikdә isә Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin tәlәblәrinә uyğun olaraq apellyasiya şikayәti geri qaytarılır. Çünki, Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 4.1-ci maddәsindә "bütün fiziki vә hüquqi şәxslәrin özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malik olmaları" tәsbit olunmuş vә hәmin Mәcәllәdә qanunla müәyyәn edilmiş qaydada verilmәyәn apellyasiya şikayәtlәrinin qaytarılması institutu nәzәrdә tutulmuşdur (apellyasiya şikayәti - Mülki-Prosessual Mәcәllәnin tәlәblәrinә riayәt edilmәklә verildikdә, onun apellyasiya instansiya mәhkәmәsindә mәhkәmә icraatı mümkündür). Lakin apellyasiya mәhkәmәsi birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә ilә razılaşmır vә hesab edir ki, birinci instansiya mәhkәmәsi düzgün olmayan hüquqi nәticәyә gәlmişdir. Belә ki, iş materiallarından görünür ki, iş üzrә cavabdeh Cavabdehdir. Lakin buna baxmayaraq apellyasiya şikayәti X2 Xidmәti X1 tәrәfindәn verilmişdir. Birinci instansiya mәhkәmәsi isә X2 Xidmәti X1nin sözügedәn qәtnamәdәn apellyasiya şikayәti vermә hüququnun olub-olmamasını mәsәlәsini araşdırmadan mәhkәmә aktı qәbul etmişdir. MPM-in 364.1-ci maddәsinin tәlәblәrinә görә, birinci instansiya mәhkәmәsi - apellyasiya şikayәtinin bu Mәcәllәnin 361-ci maddәsinin tәlәblәrinә uyğunluğunu yoxlayır vә bu Mәcәllәnin 361-ci maddәsinin tәlәblәrinә cavab verәn apellyasiya şikayәtini ona әlavә olunmuş sәnәdlәrlә vә işlә birlikdә apellyasiya şikayәtinin verilmә müddәti bitdikdәn sonra 7 gün müddәtindә apellyasiya instansiyası mәhkәmәsinә göndәrir. Hәmin Mәcәllәnin 363-cü maddәsindә isә prosessual tәlәblәrә riayәt edilmәdәn verilmiş apellyasiya şikayәtinin birinci instansiya mәhkәmәsi tәrәfindәn qaytarılmasının әsasları tәsbit olunmuşdur. Lakin göründüyü kimi birinci instansiya mәhkәmәsi apellyasiya şikayәtinin bu Mәcәllәnin 363.1-ci maddәsinin tәlәblәrinә uyğunluğunu tam yoxlamadan apellyasiya şikayәtini geri qaytarmışdır. Mәhkәmә kollegiyası hesab edir ki, iş üzrә Ismayıllı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı ilә mübahisәnin prosessual hüquqi әsasları düzgün müәyyәn edilmәmişdir. Qәrardadın lәğv edilmәsi üçün hüquqi әsaslar mövcuddur. Ona görә dә, şikayәt qismәn tәmin edilmәli, Ismayıllı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı lәğv edilmәli, mülki işin materialları araşdırılma aparılması üçün Ismayıllı Rayon Mәhkәmәsinә qaytarılmalıdır. Azәrbаycаn Respublikаsı Mülki Prosessuаl Mәcәllәsinin 398.0.2-ci mаddәsinә әsаsәn apellyasiya instansiyası mәhkәmәsinin qәrardadı tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk hüququ vardır. Hәmin Mәcәllәnin 399-cu maddәsinә әsasәn birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Hәmin Mәcәllәnin 400-cü maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsinin bu Mәcәllәnin 402-ci maddәsindә nәzәrdә tutulmuş qәrardadlarından kassasiya şikayәti verilmәmişdirsә, hәmin qәrardadlar işdә iştirak edәn şәxslәrә rәsmi qaydada verildiyi gündәn 10 gün sonra, qanunla şikayәt verilmәsi nәzәrdә tutulmayan qәrardadları isә çıxarıldığı andan qanuni qüvvәyә minir. Şәrh edilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki Prosessual Mәcәllәsinin 263- 264, 398, 399 vә 400-cü maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası QƏRARA ALDI: Cavabdeh Cavabdeh tәrәfindәn verilmiş şikayәt qismәn tәmin edilsin. Ismayıllı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrәli qәrardadı lәğv edilsin. Qәrardadın tәsviri-әsaslandırıcı hissәsindә göstәrilәn hüquqi nәticәlәr nәzәrә alınmaqla mülki işin materialları yenidәn baxılması üçün Ismayıllı Rayon Mәhkәmәsinә qaytarılsın. Qәrаrdаddаn kassasiya şikаyәti verilә bilmәz.
Məhkəmə qərarları › İş №2(3-10)-805/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-805/2026
24.08.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver