Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-818/2026 17.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Ucar Şəhər Uşaq Incəsənət Məktəbinə qarşı “əmrin ləğv edilməsi və əmək haqqı ödənilməklə işə bərpa” tələbinə dair mülki iş üzrə (Açar sözlər: “əmrin ləğv edilməsi və əmək haqqı ödənilməklə işə bərpa” tələbi, qüvvə) Hakimlər X2 (sədrlik edən və məruzəçi), Mustafayev Etibar Mustafa oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı İddiaçı və cavabdeh Ucar Şəhər Uşaq Incəsənət Məktəbinin direktoru Nümayəndə iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Ucar Şəhər Uşaq Incəsənət Məktəbinə qarşı “əmrin ləğv edilməsi və əmək haqqı ödənilməklə işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı İddiaçı cavabdeh Ucar Şəhər Uşaq Incəsənət Məktəbinə qarşı “əmrin ləğv edilməsi və əmək haqqı ödənilməklə işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Ucar Şəhər Uşaq Incəsənət Məktəbinin direktorunun ## #### 2026-cı il tarixli, ** nömrəli əmrinin ləğv edilməsi və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işə bərpa edilməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Ucar Şəhər Uşaq Incəsənət Məktəbinin direktorunun ## #### 2026-cı il tarixli, ** nömrəli əmri ilə, o, həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən tutduğu fortepiano müəllimi vəzifəsindən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi ## ###### 2026-cı il tarixində keçirilmiş attestasiya göstərilsə də, həmin attestasiya prosesi obyektiv, qərəzsiz və şəffaf şəkildə keçirilməmişdir. Belə ki, attestasiyanın keçiriləcəyi barədə ona əvvəlcədən lazımi qaydada məlumat verilməmiş, həmçinin attestasiyanın nəticələri ilə rəsmi şəkildə tanış edilməmişdir. O, 34 il ərzində cavabdeh təşkilatda fortepiano müəllimi vəzifəsində çalışmış, əmək fəaliyyəti dövründə barəsində heç vaxt intizam tənbehi tədbiri tətbiq edilməmişdir. Attestasiya zamanı verilən suallara qənaətbəxş cavablar vermiş və kifayət qədər bilik nümayiş etdirmişdir. Buna görə də göstərdiyi nəticələr attestasiyadan uğurla keçməyi üçün kifayət etmişdir. Bu səbəbdən hesab edir ki, onun əmək müqaviləsinə xitam verilməsi barədə qəbul edilmiş qərar əsassız və qanunsuz olmuşdur. Eyni zamanda, o, mediasiya qurumuna müraciət edərək, mediasiya xərcini ödəmiş, lakin, cavabdeh təşkilatın nümayəndəsi ## ##### 2026-cı il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etmədiyinə görə ilkin mediasiya sessiyasında (IMS) iştirak edilməməsi barədə arayış verilmişdir. Bu səbəbdən də, o, mübahisənin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Xəyal Bədəlov) iddiaçı İddiaçı cavabdeh Ucar Şəhər Uşaq Incəsənət Məktəbinə qarşı “əmrin ləğv edilməsi və əmək haqqı ödənilməklə işə bərpa” tələbinə dair iddiasının əsassız olduğundan təmin edilməməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64, 65, 67, 68, 70 və 76-cı maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Iş materiallarında olan Ucar Şəhər Uşaq Incəsənət Məktəbinin direktoru Nümayəndə ## #### 2026-cı il tarixli, ** nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən ## #### 2026-cı il tarixdən xitam verilmişdir. Iş materiallarında olan X3 və Turizm Idarəsinin rəisi Tahir Əliyevin ## ###### 2017-ci il tarixli, ** nömrəli əmrinin surətindən görünür ki, Nümayəndə ## ###### 2017-ci il tarixdən Ucar Şəhər Uşaq Incəsənət Məktəbinə müddətsiz olaraq direktor vəzifəsinə təyin edilmişdir. Iş materiallarında olan Ucar Şəhər Uşaq Incəsənət Məktəbi işçilərin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair ## ###### 2026-cı il tarixli, *F-* nömrəli protokolun və Ucar Şəhər Uşaq Incəsənət Məktəbinin Attestasiya Komissiyasının ## ###### 2026-cı il tarixli, ** nömrəli qərarının surətlərindən görünür ki, İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. Işdə olan ## ##### 2026-cı il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı mediasiya xidmətinin göstərilməsi üçün 60 manat məbləğində mediasiya xərci ödəmişdir.
6. Qətnаmədən nаrаzı qаlаn iddiaçı İddiaçı аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Iddiaçı İddiaçı apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması, habelə işin faktiki hallarının aydınlaşdırılmaması ilə çıxarılmışdır və aşağıda göstərilən əsaslarla ləğv edilməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundansonra ƏM) 65.6-cı maddəsinə əsasən attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. ƏM-in 67.1-ci maddəsinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 70ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə xitam verilə bilər. Bu normaların sistemli təhlilindən görünür ki,ƏM-in 70-ci maddəsinin “c” bəndinin tətbiqi yalnız o halda qanunidir ki, xitamın əsasını təşkil edən attestasiyanın özü qanunvericiliyin tələblərinə uyğun təşkil edilmiş və keçirilmiş olsun. Birinci instansiya məhkəməsi isə attestasiyanınkeçirilməsinin qanuniliyini yoxlamadan onun nəticəsini əmək müqaviləsinə xitam verilməsi üçün kifayət edən əsas kimi qəbul etmişdir. Attestasiya bərabərlik və qərəzsizlik prinsipləri pozulmaqla keçirilmişdir. Belə ki, ## ###### 2026-cı il tarixdə attestasiyadan keçən digər işçilərə mənə verilən suallardan fərqli məzmunlu suallar verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MülkiKollegiyasının analoji iş üzrə (əmək müqaviləsinə ƏM-in 70-ci maddəsinin “c” bəndi əsasında xitam verilməsi, işçilərin attestasiyasının keçirilməsi qaydalarının pozulması) # ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərarının 63-cü bəndində göstərilmişdir ki, bərabərlik prinsipi attestasiya zamanı bütün işçilərə eyni vəzifə üzrə eyni tələblər və meyarlar əsasında sualların verilməsini tələb edir. Bir işçiyə digərlərindən daha çətin və ya daha çox sualların verilməsi onun haqsız yerə uğursuz nəticə göstərməsinə səbəb ola bilər və işçilərə fərqli yanaşılması qərəzsizlik prinsipinin pozulması deməkdir. Həmin qərarın 65-ci bəndinə əsasən bu prinsiplərinpozulması işdən azad olunma barədə əmrin əsasını təşkil edən attestasiya nəticələrinin etibarsızlığına, son nəticədə isə əmrin əsassızlığına səbəb olan haldır. ƏM-in 65.5-ci maddəsinə və adıçəkilən Qaydaların2.4-cü bəndinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə suallar verilə bilər. Qətnamənin öz mətnindən görünür ki, mənə “Brik hansı ölkənin bəstəkarıdır”, “hansı rəqslərə müraciət edib”, “Piumosso haqqında” kimi suallar verilmişdir. Bu sualların fortepiano müəlliminin əmək funksiyasından və vəzifə təlimatından irəli gəlməsi nə attestasiya sənədlərində əsaslandırılmış, nə də məhkəmə tərəfindən yoxlanılmışdır. Onu da qeyd edim ki, musiqi nəzəriyyəsində “Piumosso” adlı bəstəkar və ya müstəqil anlayış mövcud deyildir. “Piu mosso” əsərin tempinin sürətləndirilməsini bildirən termindir. Sualın attestasiya sənədlərində bu şəkildə əks olunması attestasiya suallarının peşəkar səviyyədə hazırlanmasına əsaslı şübhə yaradır. ƏM-in 65.5-ci maddəsinin son cümləsinə əsasənişçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Attestasiya komissiyasının qərarında və attestasiya vərəqəsində belə qiymətləndirmənin aparılmasına dair heç bir məlumat yoxdur. Mənim 34 il ərzində eyni vəzifədə fasiləsiz çalışması və barəsində heç vaxt intizam tənbehi tədbirinin tətbiq edilməməsi məhz bu qiymətləndirmə çərçivəsində nəzərə alınmalı olan hallar idi. Iş materiallarında olan ## ###### 2025-ci il tarixli, ** nömrəli xəbərdarlıq bildirişi Qaydaların 1.2-ci bəndinin tələbinə cavab vermir. Belə ki, bildirişdə attestasiyanın keçiriləcəyi konkret tarix, vaxt və yer göstərilməmiş, işçiyə yalnız attestasiya komissiyasının yaradılması barədə məlumat verilmiş və müvafiq əmrlə məktəbin şöbəsində və “Elanlar” lövhəsində tanış ola biləcəyi bildirilmişdir. Halbuki Qaydaların 1.2-ci bəndinə əsasənattestasiyanın konkret müddətləri attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılmalıdır və elan lövhəsinə istinad bu tələbi əvəz etmir. Bundan əlavə, bildiriş mənə ünvanlansa da, orada soyadım səhv göstərilmiş, sənəd “Rəsulova Könül” adına tərtib edilmişdir. Attestasiya sənədlərində işçinin soyadı kimi sadə məlumatın belə düzgün yazılmaması attestasiyanın sənədləşdirilməsinə münasibətdə diqqətsizliyin göstəricisidir və bütövlükdə prosesin obyektivliyinə əsaslı şübhə yaradır. ƏM-in 65.7-ci maddəsinə və Qaydaların 2.6-cı bəndinəəsasən attestasiya komissiyası hər bir işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bu norma hər bir işçi barəsində fərdi qiymətləndirmə və fərdi səsvermə aparılmasını tələb edir. İ ş materiallarında olan ## ###### 2026-cı il tarixli, *F-* nömrəli protokoldan isə görünür ki, komissiya sədrinin təklifi ilə attestasiyaya cəlb olunmuş bütün işçilərin tutduqları vəzifəyə uyğun olub-olmaması bir dəfəyə, toplu şəkildə səsə qoyulmuş və yekdilliklə qəbul edilmişdir. Protokolda ona verilmiş suallar, verdiyi cavablar və barəsində aparılmış ayrıca müzakirə əks olunmamışdır. Onu da qeyd edir ki, attestasiyada iştirak etmiş 14 işçidən 7-nin tutduğu vəzifəyə uyğun hesab edilməməsi attestasiyanın işçilərin peşəkarlıq səviyyəsinin real qiymətləndirilməsi məqsədi daşımadığını göstərən haldır. Bundan əlavə, qətnamədə ƏM-in 64-cü maddəsinin IIvə III bəndlərinə geniş istinad edilmişdir. Həmin maddə iş yerlərinin attestasiyasını tənzimləyir və bu, işçilərin attestasiyasından məqsədinə, keçirilmə qaydasına və doğurduğu hüquqi nəticələrə görə fərqlənən tamam başqa institutdur. Hazırkı mübahisəyə aidiyyəti olmayan normanın qətnaməninhüquqi əsası kimi göstərilməsi birinci instansiya məhkəməsinin mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan hüquq normalarını düzgün müəyyən etmədiyini göstərir. ƏM-in 300.1-ci maddəsinə əsasən işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 70- ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Göstərilənlərə əsasən iddia tələbin məhz bunormaya uyğun olaraq təmin edilməli idi.
8. Ona görə də, Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Ucar Şəhər Uşaq Incəsənət Məktəbinin direktoru Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Əmək Məcəlləsi: 64-cü maddəsinin II və III bəndlərinə əsasən işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. Iş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir. 65-cı maddəsinin 5,6 və7-ci bəndlərinə əsasən attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. Işçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. 67-ci maddəsinin İ ci bəndinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsinə bu Məcəllənin 70ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən xitam verilə bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70-ci maddəsinə əsasən əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla xitam verilə bilər: a) müəssisə ləğv edildikdə və ya fiziki şəxs olan işəgötürənin fəaliyyətinə xitam verildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. 76-cı maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
14. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
16. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
17. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
18. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
19. Iddiaçı İddiaçı Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
21. Apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri əsassızdır.
22. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Ona görə də, hazırkı mübahisə üzrə sübutetmə yükü də istinad etdikləri hallara münasibətdə iddiaçı tərəfin üzərinə düşür. Çünki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Bu mənada, tərəflərin izahatı, işin faktiki halları, o cümlədən tədqiq edilmiş mötəbər sübutlarla məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı İddiaçı Ucar Şəhər Uşaq Incəsənət Məktəbində fortepiano müəllimi vəzifəsində çalışmış, ## ###### 2026-cı il tarixdə keçirilmiş attestasiyada iştirak etmişdir. Attestasiya komissiyasının iclas protokolu, attestasiya vərəqəsi və komissiyanın qərarından da göründüyü kimi iddiaçı peşə hazırlığı və ixtisas səviyyəsinin qiymətləndirilməsi zamanı bir sıra praktik və nəzəri tapşırıqları qənaətbəxş yerinə yetirə bilməmiş, musiqi əsərlərinin ifası, qammaların icrası, üzdən oxu və musiqi nəzəriyyəsinə dair suallar üzrə zəif nəticələr göstərmişdir. Belə ki, attestasiya sənədlərində iddiaçının əsəri zəif ifa etdiyi, əsərin təhlilini orta səviyyədə apardığı, qammaları və üzdən oxunu zəif yerinə yetirdiyi, həmçinin komissiya tərəfindən verilmiş bəzi ixtisas yönümlü sualları cavablandıra bilmədiyi öz əksini tapmışdır. Məhz həmin nəticələr əsasında Attestasiya Komissiyası tərəfindən iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı barədə rəy verilmişdir. Iddiaçının vəzifəyə uyğun olmaması barədə nəticə subyektiv mülahizələrə deyil, attestasiya komissiyası tərəfindən keçirilmiş qiymətləndirmənin nəticələrinə əsaslanmışdır. Iş materiallarında olan attestasiya vərəqəsi, komissiyanın qərarı və iclas protokolu iddiaçının peşə hazırlığının qiymətləndirilməsi zamanı aşkar olunmuş çatışmazlıqları təsdiq edir və bu sənədlərin həqiqiliyini şübhə altına alan hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Iddiaçı attestasiyanın obyektiv keçirilmədiyini, verilən suallara qənaətbəxş cavab verdiyini və nəticələrin düzgün qiymətləndirilmədiyini bildirsə də, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Iddiaçı attestasiya nəticələrinin saxtalaşdırılması, komissiyanın qərəzli davranışı və ya attestasiya prosedurunun pozulması ilə bağlı hər hansı mötəbər və yol verilən sübut təqdim etməmişdir. Məhkəmə həmçinin nəzərə almışdır ki, iş materiallarında attestasiya komissiyasının yaradılması, iclasın keçirilməsi (vaxtı və yeri barədə İddiaçı məlumat verilmiş və bununla bağlı xüsusi vərəqədə imzası da mövcuddur) və nəticələrin rəsmiləşdirilməsini təsdiq edən sənədlər mövcuddur. Həmin sənədlərdən görünür ki, attestasiya nəticəsində iddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmiş və sonradan işəgötürən tərəfindən həmin nəticəyə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Iddiaçının uzun müddət, yəni 34 il ərzində həmin müəssisədə işləməsi və əvvəllər intizam tənbehi almaması faktı onun attestasiya zamanı nümayiş etdirdiyi peşə bilik və bacarıqlarının qiymətləndirilməsi nəticələrini aradan qaldırmır. Əmək qanunvericiliyi işçinin əmək stajını və ya əvvəlki fəaliyyətini deyil, konkret olaraq tutduğu vəzifənin tələblərinə hazırkı uyğunluğunu əsas meyar kimi müəyyən etmişdir. Bu baxımdan uzunmüddətli əmək fəaliyyəti attestasiya nəticələrinin hüquqi qüvvəsini istisna edən hal kimi qiymətləndirilə bilməz. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinin tətbiqi üçün zəruri hüquqi əsas mövcud olmuşdur. Iddiaçının tutduğu vəzifəyə uyğun olmaması attestasiya komissiyasının qərarı ilə təsdiq edilmiş, həmin qərarın etibarsızlığını və ya qanunsuzluğunu müəyyən edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə belə nəticəyə gəlir ki, Ucar Şəhər Uşaq Incəsənət Məktəbinin direktorunun ## #### 2026-cı il tarixli, ** nömrəli əmri qanunvericiliyin tələblərinə uyğun verilmişdir və onun ləğvi üçün hüquqi əsaslar mövcud deyildir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişddir ki, iddia tələbi sübuta yetirilmədiyindən və cavabdehin hərəkətlərində əmək qanunvericiliyinin pozuntusu müəyyən edilmədiyindən iddia təmin edilməməlidir.
23. Nəzərə alınmalıdır ki, iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. Iddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquqi münasibətlərin iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.
24. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Apellyasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddia ərizəsində göstərilən dəlillərini təşkil edirdi və birinci instansiyası məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
25. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
26. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
27. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı rədd edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
28. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Iddiaçı İddiaçı tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Ucar Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.