Məhkəmə qərarları › İş №2(3-10)-86/2026

Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-86/2026

09.04.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Şəki şəhəri İş № 2(3-10)-86/2026 09.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı4, iddiaçı1, iddiaçı2, iddiaçı5 və iddiaçı3 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiya ödənilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: ləğv, ərazi aidiyyəti üzrə başqa məhkəməyə göndərmə) Hakimlər X1 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi ilə, Iddiaçılar iddiaçı4, iddiaçı1, iddiaçı2, iddiaçı5 və iddiaçı3 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiya ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Iddiaçılar iddiaçı4, iddiaçı1, iddiaçı2, iddiaçı5 və iddiaçı3 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə müraciət edərək, birgə mülkiyyətlərində olan 0.7879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məhrum olmaqları ilə əlaqədar olaraq ##.##.2020-ci il tarixindən bu günə qədər kompensasiyanın hesablanaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayon Aqrar Islahat Komissiyasının ## ###### 1998-ci il tarixli, ** nömrəli qərarı ilə kənd təsərrüfat məhsullarının istehsalı məqsədi üçün onlara (mülkiyyətçilər - iddiaçı4, iddiaçı1, iddiaçı2, iddiaçı5 və iddiaçı3) 2.79 hektar torpaq sahəsi verilmişdir. Sözgügedən torpaq sahəsinə dair onlara JN- 237 seriyalı, kod ******** nömrəli torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi mülkiyyətlərinə verildikdən sonra təyinatı üzrə istifadə etmiş, kənd təsərrüfatı məhsullarını əkib-becərmişlər. Lakin bir müddət şəxsi işləri ilə bağlı həmin torpaq sahəsinə gedib gələ bilməmişlər. Bundan istifadə edən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz Ixrac Idarəsi tərəfindən onların birgə mülkiyyətlərində olan torpaq sahəsində “Qazıməmməd - Qazax” Magistral qaz kəməri keçirilməklə, qazın verilməsinə nəzarət punktu inşa edilmişdir. Bu səbəbdən birgə mülkiyyətlərində olan 2.79 ha torpaq sahəsinin 0.79 ha hissəsindən istifadə edə bilmirlər ki, bu da onların mülkiyyət hüquqlarının pozulmasına səbəb olmuşdur. Onu da bildirmək istəyir ki, ötən bu illər ərzində 0.79 ha torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkib-becərsələrdi və ondan təyinatı üzrə istifadə edə bilsəydilər, kifayət qədər qazanc əldə edərdilər. Lakin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz Ixrac Idarəsi tərəfindən qaz kəməri keçirilməklə və qazın verilməsinə nəzarət punktu inşa edilməklə onların bu hüquqları pozulmaqda davam edir. Dəfələrlə aidiyyəti qurumlara bu barədə müraciətlər etsələr də, bir nəticəsi olmamış, bu günədək onlara məxsus torpaq sahəsi boşaldılmamışdır. Ona görə də torpaq sahəsindən məhrum olmaqları ilə bağlı onlara vurulmuş maddi ziyan Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulmalıdır. Həmçinin onu da bildirmək istəyir ki, mülkiyyət hüquqları pozulması səbəbindən 2020-ci il tarixində cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz Ixrac Idarəsinə, Göyçay rayon Icra Hakimiyyətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı birgə mülkiyyətlərində olan torpaq sahəsindən qaz kəmərinin çıxarılması, inşa olunmuş tikilinin sökülməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələblərinə dair iddia ərizəsi ilə Göyçay Rayon Məhkəməsinə müraciət etmişlər. Göyçay Rayon Məhkəməsinin 2(046)- **/**** saylı, ##.##.2020-ci il tarixli qətnaməsi ilə cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz Ixrac Idarəsinə, Göyçay rayon Icra Hakimiyyətinə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı mülkiyyətlərində olan torpaq sahəsindən qaz kəmərinin çıxarılması, inşa olunmuş tikilinin sökülməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsi tələblərinə dair iddia ərizələri qismən təmin edilmişdir. Belə ki, qətnamə ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən 8400 (səkkiz min dörd yüz) manat pulun tutularaq iddiaçılar ona, iddiaçı1, iddiaçı2, iddiaçı5 və iddiaçı3 ödənilməsi qət edilmişdir. Göyçay Rayon Məhkəməsi öz qətnaməsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin ##.##.2019-cu il tarixli rəyinə əsasən Göyçay rayonu Qaraməryəm kəndində yerləşən iddiaçıların xüsusi mülkiyyətində olan 0,7879 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsindən “Qazıməmməd-Qazax magistral qaz kəməri keçir, reyestr nömrəsi 4080013046093 olan çıxarışa əsasən mülkiyyətin verilmiş torpaq sahəsinin 0.24 ha hissəsindən qaz xətti keçir. Həmin torpaq sahəsində qazın verilməsinə nəzarət punktu inşa edilmişdir. Məhkəmə zamanı rəy verilməsi üçün mülki iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2019cu il tarixli rəyinə əsasən Göyçay rayonu Qaraməryəm kəndində yerləşən iddiaçıların xüsusi mülkiyyətində olan 0,7879 ha kənd təsərrüfatı təyinatı torpaq sahəsindən “Qazıməmməd- Qazax magistral qaz kəməri keçir, reyestr nömrəsi 4080013046093 olan çıxarışa əsasən mülkiyyətin verilmiş torpaq sahəsinin 0.24 ha hissəsindən qaz xətti keçir. Həmin torpaq sahəsində qazın verilməsinə nəzarət punktu inşa edilmişdir. Məhkəmə qətnaməsi çıxarıldığı və qüvvəyə mindiyi tarixdən etibarən (##.##.2020-ci il) bu günə qədər mülkiyyətlərində olan həmin torpaq sahəsindən istifadə edə bilmirlər. Bu səbəbdən də mülkiyyətlərində olan torpaq sahəsindən məhrum olmaqları ilə əlaqədar olaraq cavabdeh tərəfindən bazar qiyməti ədalətli şəkildə nəzərə alınmaqla kompensasiya hesablanaraq ödənilməlidir. Iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək, birgə mülkiyyətlərində olan 0.7879 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən məhrum olmaqları ilə əlaqədar olaraq ##.##.2020-ci il tarixindən bu günə qədər 10,000.00 (on min) manat məbləğində kompensasiyasının hesablanaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə verərək birgə mülkiyyətlərində olan 0.7879 ha torpaq sahəsində buğda becərilməsindən məhrum olmaqları ilə əlaqədar olaraq ##.##.2020-ci il tarixindən bu günə qədər 10,000.00 (on min) manat məbləğində kompensasiyasının hesablanaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddia ərizəsinə etiraz verilərək göstərilmişdir ki, iddiaçılar iddiaçı4, iddiaçı1, iddiaçı2, iddiaçı5 və iddiaçı3 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz Ixrac Idarəsinin hərəkətlərini qanunsuz hesab edərək Azərbaycan Respublikası Maliyyə Nazirliyini də cavadeh qismində qoyaraq onların mülkiyyətində olan 2,79 ha torpaq sahəsinin 0,79 ha torpaq sahəsi təşkil edən hissəsindən keçən “Qazı-Məmməd, Qazax” Magistral qaz kəmərinin çıxarılmasını, həmin torpaq sahəsində inşa edilən qazın verilməsinə nəzarət punktunun sökülməsini və bununla əlaqədar onlara dəymiş ziyanın əvəzi olaraq ##.##.2020- ci il tarixdən bu günə qədər kompensasiyanın hesablanaraq cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulub onlara verilməsini məhkəmədən xahiş etmişdir. Qeyd olunanlara əsasən hesab edirik ki, həmin iddia tələbi rədd edilməlidir. Iddia ərizəsindən aydın olduğu kimi, iddiaçılar iddiaçı4, iddiaçı1, iddiaçı2, iddiaçı5 və iddiaçı3 Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz Ixrac Idarəsinin hərəkətlərini qanunsuz hesab edərək Azərbaycan Respublikasının Maliyyə Nazirliyini cavabdeh qismində müəyyən etmişdir. Halbuki, iddiaçıların iddiasına əsasən, sözügedən torpaq sahəsinə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz Ixrac Idarəsi tərəfindən müdaxilə edilmişdir, belə olan halda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz Ixrac Idarəsinin hərəkətlərinə görə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin cavabdeh olması əsassızdır. Eyni zamanda Maliyyə Nazirliyi torpaq sahəsinə magistral boru kəmərinin çəkilməsi və qazın verilməsinə nəzarət punktunun inşa edilməsi ilə əlaqədar hər hansı səlahiyyətə malik deyildir. Iş materialları əsasında sübut olunur ki, Maliyyə Nazirliyi tərəfindən iddiaçıya qarşı onun hüquq və azadlıqlarını pozan, habelə mənəvi zərərə məruz qalmasına gətirib çıxaran heç bir qanunsuz hərəkətə və ya hərəkətsizliyə yol verilməmişdir, onunla mənəvi zərər arasında səbəbli əlaqə mövcud deyildir. Eyni zamanda qeyd edirik ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinin tələblərinə görə olaraq eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə mübahisəyə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olarsa, iddia yolverilməz hesab olunur. Belə ki, iddiaçılar tərəfindən daha əvvəl də Göyçay Rayon Məhkəməsinə eyni məzmunlu müraciət olunmuş və iddiaçılar iddiaçı4, iddiaçı1, iddiaçı2, iddiaçı5 və iddiaçı3 xeyrinə dəymiş zərərə görə ümumilikdə 8410 manat məbləğində pul vəsaitinin dövlət büdcəsindən ödənilməsinə dair Göyçay Rayon Məhkəməsinin 2020-ci il ## #### tarixli *(***)-**/**** nömrəli icra vərəqəsinin icrası olaraq Maliyyə Nazirliyi tərəfindən müvafiq kompensasiya məbləğinin iddiaçıların xeyrinə ödənilməsi ## #### 2020-ci il tarixdə təmin edilmişdir. Göstərilənlərə əsasən iddiaçılar iddiaçı4, iddiaçı1, iddiaçı2, iddiaçı5 və iddiaçı3 cavabdehlər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Qaz Ixrac Idarəsinə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinə, Göyçay Rayon Icra Hakimiyyətinə qarşı “mülkiyyətdə olan torpaq sahəsindən qaz kəmərinin çıxarılması, inşa edilmiş tikilinin sökülməsi, vurulmuş maddi və mənəvi zərərin ödənilməsinə dair iddia tələbi barədə” iddia tələbinin yolverilməz hesab edilməsi barədə müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə (hakim Gülnaz Qurbanova) iddiaçılar iddiaçı4, iddiaçı1, iddiaçı2, iddiaçı5 və iddiaçı3 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiya ödənilməsi tələbinə dair iddia ərizəsinin qismən təmin edilməsi, 7280 (yeddi min iki yüz səksən) manat pulun Azərbaycan Respublikası Maliyyə Nazirliyindən tutulub iddiaçılar iddiaçı4, iddiaçı1, iddiaçı2, iddiaçı5 və iddiaçı3 ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, dövlət rüsumunun iddiaçılara aid edilməsi, ekspert tədqiqatının aparılmasına çəkilmiş 200 (iki yüz) manatın müştərək qaydada tərəflərdən tutularaq “xxxx” MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnаmədən nаrаzı qalan cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi аpellyаsiyа şikаyəti vermişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə əlaqəli şəkildə təhlil edərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi tamamilə ləğv edilərək, mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, apellyasiya məhkəməsinin icraatı zamanı, məhkəmənin istifadəsində olan “AZEMIS vasitəsilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyi ünvan 1 ünvanında yerləşir və həmin ünvan isə Bakı şəhəri Nəsimi rayon ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 31.1-ci maddəsində göstərilir ki, aidiyyət qaydalarının pozulmasına yol verilmir. 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 36.2-ci maddəsinə əsasən rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. 36.13-cü maddəsinə əsasən bu Məcəllənin 39-cu maddəsində müəyyən edilmiş aidiyyət istisna olunmaqla, bu Məcəllənin 36.1-36.12-ci maddələrinə görə işin aid olduğu məhkəmələrdən birini seçmək hüququ iddiaçıya məxsusdur. 39.1. Daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa; 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə; 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Göründüyü kimi, hazırda tərəflər arasında yaranmış tələb kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və buğda becərilməsindən məhrum olmaqları ilə əlaqədar kompensasiyanın ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia ərizəsi MPM-in 36-cı maddəsinə əsasən cavabdehin hüquqi ünvanı üzrə məhkəməyə verilməli idi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 384.0.4-cü maddəsinin tələbinə görə işə apellyasiya instansiyası məhkəməsi məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. 387.3-cü maddəsinin tələbinə görə bu Məcəllənin 387.2.1-387.2.9-cu maddələrində göstərilmiş halların mövcudluğu birinci instansiya məhkəməsi tərəfindən prosessual normaların kobud pozulması kimi qiymətləndirilməlidir. Həmin Məcəllənin 402.2.5-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 405-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadlarından işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində kassasiya şikayəti verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- **/**** nömrəli qətnaməsi prosessual qanunvericiliyin normaları pozulmaqla qəbul edildiyindən ləğv edilməli və Mülki Prosessual Məcəllənin tələbləri baxımından mülki iş ərazi aidyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prоsessuаl Məcəlləsinin 24, 26, 32, 263-264, 384, 387, 399, 402-403 və 405-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ləğv edilsin. Iddiaçılar iddiaçı4, iddiaçı1, iddiaçı2, iddiaçı5 və iddiaçı3 cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı kompensasiya ödənilməsi tələbinə dair mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərаrdаddаn, tərəflər, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qərаrdаd işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qаnuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar