Məhkəmə qərarları › İş №2(3-10)-91/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-91/2026

22.04.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-91/2026 22.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən, fərdi yaşayış evindən cavabdehin çıxarılması və əldən çıxmış faydanın tutulması” tələbinə dair mülki iş üzrə (Açar sözlər: Fərdi yaşayış evindən çıxarılma, maddi ziyanın ödənilməsi) Hakimlər Musayev Taleh Valeh oğlu (sədrlik edən və məruzəçi), X2 və Isayev Elman oğlu oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abdullayeva Aydan Paşa qızının katibliyi ilə, Iddiaçı Davudov Mansur Muhuma oğlunun, Iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “torpaq sahəsindən, fərdi yaşayış evindən cavabdehin çıxarılması və əldən çıxmış faydanın tutulması” tələbinə dair mülki iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, aşağıdakıları müəyyən etdi: Işin halları 1 Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X1 ** saylı Zaqatala Ərazi Idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən 0.1684 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasını və cavabdeh Cavabdeh əldən çıxmış fayda olaraq 47 400 (qırx yeddi min dörd yüz) manat və dövlət rüsumu olaraq ödədiyi 233 manatın alınaraq ona verilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X1 ** saylı Zaqatala Ərazi Idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0.1684 ha torpaq sahəsi onun, arvadı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və qızı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 paylı mülkiyyətindədir. Tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi inşa edilmiş və fındıq bağı salınmışdır. Qeyd edilən torpaq sahəsindəki fındıq bağından cavabdeh Cavabdeh 2014-cü ildən 2020-ci ilədək əri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3la birgə istifadə edərək 18 000 manat, 2020-ci ildən bu günə qədə isə özü tək istifadə edərək 15 000 manat gəlir əldə etmişdir. Nəticədə Cavabdeh tərəfindən ona məxsus fındıq bağından istifadə nəticəsində 24 000 manat (9 000+15 000) fayda onun əlindən çıxmışdır. Həmçinin cavabdeh Cavabdeh 2017-ci ildən 2020-ci ilədək əri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3la birlikdə, 2020-ci ildən bu günədək isə tək həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evində yaşamış, nəticədə 23 400 manat kirayə pulu fayda olaraq onun əlindən çıxmışdır. Nəticədə cavabdeh Cavabdeh onun tikdiyi evdən və saldığı fındıq bağından istifadəsi nəticəsində 47 400 manat fayda onun əlindən çıxmışdır. Dəfələrlə Cavabdeh ona məxsus fərdi yaşayış evindən çıxmasını tələb etsə də heç bir nəticəsi olmamışdır.

3. Iddiaçı İddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, iddia tələbinin “xahiş edirəm” hissəsinin aşağıdakı redaksiyada oxunmasını xahiş etmişdir. “cavabdeh Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və reyestri X1 ** saylı Zaqatala Ərazi Idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0.1684 ha torpaq sahəsindən və həmin torpaq sahəsində tərəfindən inşa edilmiş fərdi yaşayış evindən məcburi qaydada çıxarılsın. Cavabdeh Hacıyevə Güllü Nəsrullah qızına məxsus soyuducu, paltaryuyan, yataq mebeli, yorğandöşək dəsti, 1 ədəd stol, 6 ədəd stul, divan,2 ədəd kreslo, 4 ədəd pəncərə pərdələri və qab-qacaq Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0.1684 ha torpaq sahəsində tərəfindən inşa edilmiş fərdi yaşayış evindən məcburi qaydada çıxarılsın. Cavabdeh Cavabdeh əldə çıxmış fayda olaraq 47 400 (qırx yeddi min dörd yüz) manat və dövlət rüsumu olaraq ödədiyim 233 manat alınaraq ona ödənilsin.

Birinci instansiya məhkəməsində icraat

4. Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını xahiş etdi. O, əlavə olaraq qeyd etdi ki, cavabdeh bütün əşyalarını götürərək o evdən çıxmalıdır və ona vurulmuş zərər tam ödənməlidir.

5. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil Nümayəndə iddia ərizəsinin məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O əlavə olaraq qeyd etmişdir ki, cavabdeh iddiaçının keçmiş gəlinidir, iddiaçı tərəfindən mülkiyyətində olan 0.1684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsində fərdi yaşayış evi inşa edilib. Cavabdeh iddia qaldırıb mübahisələndirilən evin tikintisinə çəkilmiş xərcləri məhkəmə qaydasında tələb etmişdir. Təxminən 4500 manat xərc müəyyən edilmiş və ödənilməsi qərara alınmışdır. Cavabdeh həmin evdə hazırda da yaşayır və oranı zəbt edib halbuki cavabdehin hazırda nə tikili ilə bağlı nə də torpaq sahəsi ilə bağlı hüququ yoxdur və o ordan çıxarılmalıdır. Cavabdeh 2014-cü ildən 2020-ci ilədək iddiaçının oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3la evli olub və bağdan yığdığı fındığın dəyərinin yarısını və 2020-ci ildən bu günədək yığılan fındığın isə dəyəri 15000 manat olub və həmin məbləğin hamısı ödənməlidir. Eləcə də həmin ev iddiaçı tərəfindən kirayə verilsə aylıq 300 manat gəlir əldə etmək mümkün idi, iddiaçı cavabdehə görə həmin imkandan da məhrum olub və nəticədə ona əldən çıxmış fayda şəklində zərər dəyib. 2020-ci ilədək olan gəlir yarı bölünməli və ondan sonrakı müddət üçün tam olaraq cavabdhdən tutulmalıdır. Cavabdehin əşyaları da həmin evdədir və o əşyalarda ordan çıxarılmalıdır. O, iddianın əsaslı olduğunu bildirərək, təmin edilməsini xahiş edir. Evdə olan əşyalarla bağlı məlumatları yoxdur, cavabdeh ora iddiaçını buraxmır.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

7. Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Z.Məmmədova) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastri və reyestri X1 ** saylı Zaqatala Ərazi Idarəsi tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, ##.##.2023-cü il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0.1684 ha torpaq sahəsindən və həmin torpaq sahəsində tərəfindən inşa edilmiş fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, cavabdeh Hacıyevə Güllü Nəsrullah qızına məxsus soyuducu, paltaryuyan, yataq mebeli, yorğan-döşək dəsti, 1 ədəd stol, 6 ədəd stul, divan,2 ədəd kreslo,4 ədəd pəncərə pərdələri və qab-qacağın Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0.1684 ha torpaq sahəsində tərəfindən inşa edilmiş fərdi yaşayış evindən məcburi qaydada çıxarılması, iddia tələbinin qalan hissədə rədd edilməsi, iddiaçı İddiaçı dövlət büdcəsinə ödədiyi 233 (iki yüz otuz üç) manat məbləğində dövlət rüsumunun 100 (bir yüz) manat hissəsinin cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməsi, 133 (bir yüz otuz üç) manat dövlət rüsumu iddiaçı İddiaçı özünə aid edilməsi qət edilmişdir.

8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən 0.1684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə payı 0.013 ha olmaqla iddiaçı İddiaçı, payı 0.0356 ha olmaqla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, payı 0.0356 ha olmaqla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, payı 0,0356 ha olmaqla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, payı 0.013 ha olmaqla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və payı 0.0356 ha olmaqla mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mülkiyyətindədir. Həmin torpaq sahəsi üzərində yaşayış üçün tikili inşa edilmişdir. Həmin torpaq sahəsi və üzərində inşa edilmiş tikili cavabdeh Cavabdeh tərəfindən istifadə edilir və tikilidə cavabdehə məxsus əşyalar mövcuddur. Iddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehin Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən 0.1684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və üzərində inşa edilmiş tikilidən əşyaları ilə birgə çıxarılmasını tələb etmişdir. Cavabdeh iddia tələbinə qarşı münasibətini bildirməmişdir.

Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır;

9. Iş materiallarından görünür ki, mübahisəli Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən 0.1684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin və üzərində yerləşən tikili hər birinin payı müəyyən edilməklə iddiaçı İddiaçı və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mülkiyyətindədir. Işdən də göründüyü kimi iddiaçı, İddiaçı iddia ərizəsində göstərilən hallar, yəni, cavabdeh Cavabdeh tərəfindən həqiqətən iddiaçı İddiaçı paylı mülkiyyətində olan, Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən 0.1684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etməsi və üzərində yerləşən tikilidə yaşaması və mülkiyyətçinin öz mülkiyyətində olan torpaq sahəsinə və tikiliyə sahiblik edə bilməməsində, həmin torpaq sahəsindən və tikilidən sərbəst şəkildə istifadə etməsində maneələrin olması sübuta yetirilmişdir.

10. Yuxarıda qeyd olunan Konstitusiya normalarını özündə ehtiva edən və onu daha da inkişaf etdirən Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi mülkiyyət hüququnun tanınması və müdafiə olunması üçün hüquqi mexanizmləri, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərini müəyyənləşdirmişdir.

11. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ hər bir cəmiyyətin demokratik, stabil və dinamik inkişafını, eləcə də onun dayanıqlı və etibarlı olmasını şərtləndirən ən mühüm dəyərlərdən biridir. Mülkiyyət hüququ istifadə hüququna münasibətdə daha üstün hüquqdur və bu hüquqların kolliziyası (toqquşması) halında hər bir halda mülkiyyət hüququna üstünlük verilməlidir.

12. Göründüyü kimi, iddiaçı İddiaçı Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən 0.1684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçilərindən biridir və onun öz əmlakından öz istədiyi kimi istifadə etmək hüququ vardır. Məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı mülkiyyət hüququ ilə məxsus olan Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən 0.1684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və onun üzərində yerləşən tikilidən cavabdeh Cavabdeh çıxmaması, torpaq sahəsini və tikilini boşaltmaması iddiaçının mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilməli, cavabdehin belə hərəkətləri qanunsuz sayılmalıdır. Buna görə də məhkəmə hesab etmişdir ki, mülkiyyətçinin özünə paylı mülkiyyət hüququ ilə məxsus olan torpaq sahəsindən və üzərində yerləşən tikilidən sərbəst və maneəsiz istifadə etmək hüququ bərpa olunmalı, cavabdeh həmin torpaq sahəsindən və tikilidən çıxarılmalıdır.

13. Iddiaçı Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən 0.1684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində inşa edilmiş tikilidə (fərdi yaşayış evi) cavabdehə məxsus əşyaların mövcud olduğunu bildirmiş və cavabdeh Hacıyevə Güllü Nəsrullah qızına məxsus soyuducu, paltaryuyan, yataq mebeli, yorğan-döşək dəsti, 1 ədəd stol, 6 ədəd stul, divan, 2 ədəd kreslo, 4 ədəd pəncərə pərdələri və qab-qacaq Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən 0.1684 ha torpaq sahəsində tərəfindən inşa edilmiş fərdi yaşayış evindən məcburi qaydada çıxarılmasını tələb etmişdir.

14. Məhkəmə iddia tələbini qeyd edilən hissədə münasibət bildirərək qeyd etmişdir ki, cavabdeh Hacıyevə Güllü Nəsrullah qızı həmin tikilidən çıxarıldığından ona məxsus əşyaların da tikilidən çıxarılması tələbi əsaslıdır və təmin edilməlidir.

15. Məhkəmə iddia tələbin “əldən çıxmış faydanın tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, əldən çıxmış fayda ehtimala əsaslanır. Burada zərər, şəxsin əmlakında zərər vurmadan sonrakı vəziyyət və zərər vurma olmasaydı, baş verməsi ehtimal olunan vəziyyət arasındakı fərqi ifadə edir. Bu baxımdan, zərər vurma olmasaydı, zərər çəkən şəxsin əmlakında bir artımın olacağından əmin olmaq zəruridir. Belə bir artımın olma ehtimalının əsaslılığını sübut etmək vəzifəsi isə iddiaçının üzərinə düşür.

16. Qanunvericiliyin tələbi baxımından maddi zərərin ödənilməsi barədə iddianın təmin edilməsi üçün məhkəmələr tərəfindən cavabdehin əməli nəticəsində maddi zərər tələb edən şəxsin qanunla qorunan hüququnun pozulması, ona real zərər və ya əldən çıxmış fayda formasında maddi zərər dəyməsi, həmin zərərin məbləği və eyni zamanda onun hüquqlarının pozulması nəticəsində maddi zərərin yaranması arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.

17. Məhkəmə iclasında dindirilmiş iddiaçı ifadələri ilə cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən və tikilidən istifadə etməsi müəyyən edilsə də, iddiaçı cavabdehin göstərilən hərəkəti nəticəsində ona maddi zərər dəyməsini, eləcə də ona dəymiş zərərin məbləğini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir.

18. Məhkəmə işin qeyd edilən hallarını nəzərə alaraq hesab etmişdir ki, iddia tələbi “əldən çıxmış fayda qismində dəymiş maddi zərərin əvəzi olan 47400 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində rədd edilməlidir.

19. Iddia tələbi qismən təmin edildiyindən iddiaçı İddiaçı dövlət büdcəsinə ödədiyi 233 (iki yüz otuz üç) manat məbləğində dövlət rüsumunun 100 (bir yüz) manat hissəsi cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilməli, 133 (bir yüz otuz üç) manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

20. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsi, 26, 29,125-ci maddəsinin VII bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 152.1, 152.5, 157.2, 157.4, 213.1, 213.6, 215.1, 215.2-ci maddələri, Azərbaycan Respublikası Tоrpaq Məcəlləsinin 84-cü maddəsinin 1 və 2-ci bəndlərinə, “Insan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və Insan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tədbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun ## #### 2006-cı il tarixli Qərarına, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “Insan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyası presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 89, 107, 119.1, 217.3, 217.4, 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

a) Apellyasiya şikayətinin dəlilləri

21. Qətnamədən narazı qalan iddiaçı İddiaçı və cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişlər.

22. Iddiaçının apellyasiya şikayətinin dəlilləri iddia tələbi ilə eynilik təşkil etmiş, əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsi əldən çıxmış fayda ilə bağlı tələbini təmin etməmiş və o, qətnamənin həmin hissəsindən narazıdır. Belə ki, məhkəmə bu hissədə zərər vurma ilə əlaqədar mövqeyini bildirmiş, əldən çıxmış fayda ilə əlaqədar isə heç bir mövqe bildirməmişdir. Bildirir ki, onlar maddi ziyan deyil, əldən çıxmış fayda ilə əlaqədar tələb irəli sürmüşlər. Belə ki, cavabdeh uzun illər İddiaçı məxsus fındıq bağından və evdən istifadə etmiş, nəticədə İddiaçı öz mülkiyyətin qanunsuz əsaslarla məhrum olmaqla həmin mülkiyyətdən fayda əldə etmək imkanından məhrum edilmişdir.

23. Torpaq sahəsinin, həmin torpaq sahəsində fındıq ağaclarının və yaşayış evinin mövcudluğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapır. Həmçinin cavabdehin həmin qeyd edilən mülkiyyətdən qanunsuz istifadəsi də öz təsdiqini tapır. Belə olan halda hesab edir ki, əldən çıxmış fayda tam əsaslı tələbdir. Məhkəmə qətnaməsində tələbin bu hissəsinə düzgün hüquqi qiymət verilməmişdir.

24. Odur ki, Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-***/**** nömrəli qətnaməsi əldən çıxmış fayda hissədə ləğv edilərək iddia tələbinin əldən çıxmış fayda hissəsində təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

25. Cavabdeh Cavabdeh apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 2(033)- **/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh cavabdehlər İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 qarşı “çəkilmiş xərclərin ödənilməsi" tələbinə dair iddia tələbi qismən təmin edilmiş, cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 8331,4 manatın yarısı 4165,7 (dörd min bir yüz altmış beş manat yetmiş qəpik) manat alınaraq iddiaçı Cavabdeh verilməsinə dair qətnamə qəbul edilmişdir. Iş materiallarına əlavə edilmiş torpaq sahəsinin sənədindən görünür ki, keçmiş əri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 torpaq sahəsinin paylı mülkiyyətçilərindən biridir. Torpaq sahəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ilə birgə nikah dövründə fərdi yaşayış evi tikilmiş, həmin fərdi yaşayış evinin tikintisinə tərəfindən maliyyə vəsaiti sərf edilmişdir. Torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olsada torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evində tərəfindən çəkilmiş xərclər vardır ki, həmin xərclər üzərində onun hüququ mövcuddur. Həmin xərclərin əvəzi ödənilmədən fərdi yaşayış evindən çıxarılmağı təmin edilə bilməz. Məhkəmə Mülki Məcəllənin mülkiyyət hüququna dair müddəalarına istinad etsədə, fərdi yaşayış evinin təmir tikintisində onun payının olmasını və həmin pay üzərində hüququnun olmasını nəzərə almamışdır.

26. Torpaq sahəsi ümumbirgə deyil, ümumpaylı mülkiyyətdədir. Yəni ümumpaylı mülkiyyətçinin üçüncü şəxslərə qarşı tələb irəli sürə bilməsi üçün ümumi əşyanın öz payına uyğun hissəsinə dair iddia irəli sürə bilər. Məhkəmə iddiaçının mübahisəli torpaq sahəsində paylı mülkiyyət hüququna malik olmasını, torpaq sahəsinin iddiaçıdan başqa paylı mülkiyyət hüququ üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3da məxsus olmasını nəzərə almamışdır.

27. Məhkəmə proesində iştirakı təmin edilməmiş, çəkişmə prinsipinə riayət edilməmiş, məhkəmə qərarını onu dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır.

28. Odur ki, Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və həmin hissə üzrə yeni qətnamə qəbul edilərək Cavabdeh Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0.1684 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən məcburi qaydada çıxarılması tələbinin Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-**/**** saylı tarixli qətnaməsi ilə eyni vaxtda icra edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

30. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, özü tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

31. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, cavabdehin apellyasiya şikayətinin təmin olunmaması, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinin iddia tələbinin rədd edilmiş əldən çıxmış faydaya aid hissəsində ləğv edilərək həmin hissədə dəd iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

32. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməsi, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmasını, Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsinin iddianın təmin olunan hissəsində ləğv edilməsi və həmin hissə üzrə yeni qətnamə qəbul edilərək cavabdeh Cavabdeh Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0.1684 ha torpaq sahəsindən və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evindən məcburi qaydada çıxarılması tələbinin Zaqatala Rayon Məhkəməsinin e*(***)-**/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsi ilə eyni vaxtda icra edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

33. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5 cavabdeh Cavabdeh iddiaçı ilə birgə mülkiyyətlərində olan Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0.1684 ha torpaq sahəsindən və həmin torpaq sahəsində tərəfindən inşa edilmiş fərdi yaşayış evindən çıxarılmasına razı olduğunu, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə razı olduğunu və təmin olunmasını xahiş etmişdir.

34. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 cavabdehin iddiaçı ilə birgə mülkiyyətlərində olan Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0.1684 ha torpaq sahəsindən və həmin torpaq sahəsində tərəfindən inşa edilmiş fərdi yaşayış evindən çıxarılmasına razı olduğunu, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə razı olduğunu və təmin olunmasını xahiş etmişdir.

35. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iddiaçının iddia tələbi ilə razı olduğunu, iddiaçı ilə birgə mülkiyyətlərində olan Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində yerləşən 0.1684 ha torpaq sahəsindən və həmin torpaq sahəsində tərəfindən inşa edilmiş fərdi yaşayış evindən çıxarılmasına razı olduğunu, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin olunmaması, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti ilə razı olduğunu və təmin olunmasını xahiş etmişdir.

36. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdeh Cavabdeh, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 məhkəmə kollegiyasının iclasına gəlməmişlər.

37. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 məhkəmə kollegiyasına göndərdiyi ərizədə iddiaçı - atası İddiaçı tərəfindən qaldırılmış iddia tələbinin təmin olunmasını, cavabdehin onlara məxsus pay torpağından və həmin pay torpağında atası tərəfindən inşa edilmiş evdən çıxarılmasını tələb etdiyini bildirmişdir.

38. Cavabdeh Cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 məhkəmə kollegiyasının iclasına gəlməməsinin səbəb və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

39. Azərbaycan Respublikası Konstitusiyasının; 13-cü maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. 29-cu maddəsinin 2-ci və 3-cü hissələrinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

40. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 14.2.6-cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 152.1-ci maddəsinin tələbinə görə mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər. 157.2-ci maddəsinə görə, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.5-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.6-cı maddəsinə əsasən ümumi mülkiyyətin hər bir mülkiyyətçisi ümumi mülkiyyətdə olan əşya barəsində üçüncü şəxslərə qarşı tələblər irəli sürə bilər. Ümumi mülkiyyətin hər bir mülkiyyətçisi əmlakı yalnız bütün mülkiyyətçilərin xeyrinə tələb edə bilər. 1096.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinin tələbinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

41. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin; 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.2-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

42. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

43. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Bununla yanaşı kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilibmübahisələndirilmədiyinə diqqət yetirməlidilər.

45. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

46. Cavabdeh Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin təmin olunmuş hissələrdə ləğv olunmasını, iddiaçı İddiaçı isə iddianın rədd olunmuş hissəsində təmin edilməsini xahiş etdiyindən kollegiya hər iki tərəfin apellyasiya şikayətini nəzərə alaraq sözügedən qətnamənin əsaslılığını tam yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçı və cavabdehin apellyasiya şikayətlərinə münasibətdə ləğv olunması üçün əsas yoxdur. 48.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. 49.Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı keçmiş gəlinidir. Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən 0.1684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 0.013 ha hissəsi iddiaçı İddiaçı, 0.0356 ha hissəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, 0.0356 ha hissəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, 0,0356 ha hissəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, 0.013 ha hissəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və 0.0356 ha hissəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 paylı mülkiyyətindədir. Həmin torpaq sahəsində yaşayış evi tikilmişdir. Cavabdeh həmin torpaq sahəsindən və torpaq sahəsi üzərindəki yaşayış evindən istifadə edir və yaşayış evində cavabdehə məxsus əşyalar vardır. Iddiaçı qeyd edilən torpaq sahəsindəki fındıq bağından cavabdeh Cavabdeh 2014cü ildən 2020-ci ilədək əri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3la birgə istifadə edərək 18 000 manat, 2020-ci ildən sonra isə özü tək istifadə edərək 15 000 manat gəlir əldə etməsini, həmçinin cavabdeh Cavabdeh 2017-ci ildən 2020-ci ilədək əri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3la birlikdə, 2020-ci ildən sonra isə tək həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evində yaşamasını əsas gətirərək, nəticədə əldən çıxmış fayda olaraq 23 400 manat kirayə pulunun, ümumilikdə cavabdehdən onun tikdiyi evdən və saldığı fındıq bağından istifadəsi nəticəsində 47400 manat pul məbləğinin cavabdehdən alınaraq onun xeyrinə ödənilməsi, həmçinin Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən 0.1684 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən və üzərində tikilmiş yaşayış evindən cavabdehin əşyaları ilə birgə çıxarılmasını tələb etmişdir. Cavadeh isə iddia tələbini qəbul etməmişdir.

50. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin zərər vurma ilə əlaqədar mövqeyini bildirməsi, əldən çıxmış fayda ilə əlaqədar isə heç bir mövqe bildirməməsi, onun maddi ziyan deyil, əldən çıxmış fayda ilə əlaqədar tələb irəli sürməsi, cavabdeh uzun illər İddiaçı məxsus fındıq bağından və evdən istifadə etməsi, nəticədə İddiaçı öz mülkiyyətin qanunsuz əsaslarla məhrum olmaqla həmin mülkiyyətdən fayda əldə etmək imkanından məhrum edilməsinə dair dəlllərinə münasibətdə qeyd edir ki, mülki hüquqda məsuliyyət əmələ gəlmə əsasına görə müqavilə və müqavilədənkənar olmaqla iki növdə olur. Ikinci növ ziyan vurma nəticəsində əmələ gələn məsuliyyət adlanır və fiziki şəxsin şəxsiyyətinə, əmlakına və işgüzar nüfuzuna zərər vurmaq yolu ilə yaranır. Hazırki işdə də iddiaçı əmlakından əsassız istifadə nəticəsində cavabdehin onun qarşısında “delikt-müqavilədənkənar” məsuliyyətlərinin yarandığı qənaətinə gəlmişdir.

51. Belə ki, mövcud mübahisə üzrə iddiaçı pozulmuş hüquqlarının müdafiəsi kimi mülki hüquqi məsuliyyətin “kompensasiya” funksiyasından yəni “bərpaedici” funksiyasından istifadə edir. Çünki məhz bu funksiyanın əsas məqsədi törədilmiş hüquq pozuntusu nəticəsində zərərçəkənin düşdüyü zərərin (əldə çıxmış faydanın) əvəzinin ödənilməsindən ibarətdir.

52. Bu baxımdan hazırkı iş üzrə mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının cavabdehə qarşı tələbinin hansı hüquqi əsasa söykəndiyi, başqa sözlə cavabdehin iddiaçı qarşısında hansı əsasla məsuliyyət daşıması müəyyən edilməlidir.

53. Nəzərə alınmalıdır ki, öhdəlik dedikdə, bir şəxsin (borclunun) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etmək (pul ödəmək, əşya vermək, iş görmək, xidmətlər göstərmək və ya müəyyən hərəkətdən çəkinmək) vəzifəsi başa düşülür. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

54. Göründüyü kimi, pulun ödənilməsi tələbini də özündə ehtiva edən öhdəliyin yaranması əsasları qanunda konkret şəkildə müəyyən edilmiş və buraya müqavilədən, zərər vurmadan, əsassız varlanmadan və qanunda nəzərdə tutulmuş digər əsaslardan irəli gələn öhdəliklərin daxil olduğu göstərilmişdir.

55. Bu baxımdan pulun ödənilməsini tələb edən iddiaçı, ya müqavilədən, ya da qanundan irəli gələn öhdəliyə görə cavabdehin onun qarşısında məsuliyyət daşıdığını sübuta yetirməlidir. 56.Kollegiya qeyd edir ki, işdə olan sübutlarla müəyyən olunur ki, cavabdeh iddiaçının oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3la nikaha girmiş və birgə təsərrüfat idarə etmişlər.

57. Belə ki, iş materaillarında olan sübutlarla müəyyən olunmuşdur ki, Cavabdeh cavabdehlər İddiaçı, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 qarşı birgə nikah dövründə çəkilmiş xərclərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Zaqatala Rayon Məhkəməsinin *(***)-**/**** nömrəli ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 birgə nikah dövründə fərdi yaşayış evinə çəkilmiş 8331,4 manat vəsaitin yarısı 4165,7 (dörd min bir yüz altmış beş manat yetmiş qəpik) manat alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.

58. Kollegiya qeyd edir ki, iddiaçı mübahisəli torpaq sahəsindəki fındıq bağından cavabdeh Cavabdeh istifadə edərək gəlir əldə etməsini qeyd etsədə, fındıq bağının məhz cavabdeh tərəfindən qanunsuz olaraq istifadə olunması və bağın gəlirlərini cavabdehin özünə sərf etməsinə dair məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir.

59. Kollegiya iddia tələbinin cavabdeh Cavabdeh 2017-ci ildən 2020-ci ilədək əri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3la birlikdə, 2020ci ildən sonra isə tək həmin torpaq sahəsində inşa etdiyi fərdi yaşayış evində yaşamasını əsas gətirərək əldən çıxmış fayda olaraq kirayə pulu tələbinə aid hissədə qeyd edir ki, cavabdehin iddiaçıya məxsus torpaq sahəsindən və tikilidən istifadə etməsi müəyyən edilsə də, cavabdeh iddiaçının oğlu mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3la ailə münasibətlərində olmaqla birgə təsərrüfat idarə etmişlər və birgə vəsaitləri hesabına məhz həmin fərdi yaşayış evində yaxşılaşdırmalar aparmışlar. Iddiaçı ilə cavabdeh arasında əlavə kirayə müqaviləsi mövcud olmamışdır. Belə olan təqdirdə iddiaçının cavabdehin özünün də birgə nikahda olarkən vəsait sərf etdiyi fərdi yaşayış evindən istifadə etməsi üçün kirayə haqqı tələb etməsi əsassız olmuşdur.

60. «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Işlər Üzrə Məhkəmə Kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin VII hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin II hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir:

1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir.

61. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığı və ya yoxluğu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirilir. Işin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir.

62. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin keçmiş əri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 torpaq sahəsinin paylı mülkiyyətçilərindən olması, torpaq sahəsində mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ilə birgə nikah dövründə fərdi yaşayış evi tikilməsi, həmin fərdi yaşayış evinin tikintisinə tərəfindən maliyyə vəsaitinin sərf edilməsi, torpaq sahəsi iddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olsada torpaq sahəsinin üzərində tikilmiş fərdi yaşayış evində tərəfindən çəkilmiş xərclər vardır ki, həmin xərclər üzərində onun hüququnun mövcud olması, həmin xərclərin əvəzi ödənilmədən fərdi yaşayış evindən çıxarılmasının əsassız olmasına dair dəlillərinə münasibətdə qeyd edir ki, qeyd olunan xüsusatlara Zaqatala Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qətnaməsi ilə hüquqi qiymət verilmiş və həmin fərdi yaşayış evinə çəkilmiş xərcin, yəni cəmi 8331,4 manat pul vəsaitinin yarısı 4165,7 (dörd min bir yüz altmış beş manat yetmiş qəpik) manatın alınaraq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir. Həmin məhkəmə qətnaməsi qanuni qüvvəsini aldığından işin qeyd olunan halları hazırkı mübahisənin predmetini təşkil etmir.

63. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin torpaq sahəsinin ümumbirgə deyil, ümumpaylı mülkiyyətdə olması, yəni ümumpaylı mülkiyyətçinin üçüncü şəxslərə qarşı tələb irəli sürə bilməsi üçün ümumi əşyanın öz payına uyğun hissəsinə dair iddia irəli sürə bilməsinə dair dəlillərinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

64. Kollegiya qeyd edir ki, məhkəmə kollegiyasının qərarı ilə mübahisəli torpaq sahəsinin payçıları mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs5, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, onların hər biri ayrıayrılıqda iddiaçının tələbi ilə razı olduqlarını bildirmişlər.

65. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasada, iddiaçı Zaqatala rayonu, Yuxarı Çardaxlar kəndində yerləşən 0.1684 ha torpaq sahəsinin mülkiyyətçilərindən biridir və onun həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə gözlənilən mülkiyyət hüququ vardır.

66. Məhkəmə kollegiyası cavabdehin apellaysiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən onun prosesdə iştirakının təmin edilməməsi, çəkişmə prinsipinə riayət edilməməsi, məhkəmə qərarını onu dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmasına dair dəlillərini əsassız hesab edərək qeyd edir ki, mülki işin materiallarında olan poçt xəbərnaməsindən görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə bildirişi cavabdeh Cavabdeh yaşayış ünvanına göndərilmiş, həmçinin məhkəmə bildirişi cavabdehin “AZEMIS” Elektron Məhkəmə Informasiya Sisitemində olan elektron kabinetinə yerləşdirilmişdir.

67. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərinə ümumilikdə qiymət verərək hesab edir ki, şikayətin dəlilləri əsassızdır və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyildir. 68.Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsinin qətnаməsi mübahisələndirilən hissədə fаktlаr nöqteyinəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin аpellyаsiyа qаydаsındа dəyişdirilməsi və ləğv edilməsi üçün əsаslаr olmаdığındаn iddiaçı İddiaçı və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

69. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:

Iddiaçı İddiaçı və cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Iş üzrə Zaqatala Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi iddiaçı İddiaçı və cavabdeh Cavabdeh apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar