Azәrbaycan Respublikası adından Qərardad Şәki şәhәri İş № 2(3-10)-925/2026 04.09.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Şәki Apellyasiya Mәhkәmәsinin hakimlәri - Sadiqov Zülfüqar Əhmәd oğlu (sәdrlik edәn vә mәruzәçi), X1 vә Musayev Taleh Valeh oğlundan ibarәt tәrkibdә, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alqı-satqı zamanı ödәdiyi pulun qaytarılması vә maddi-mәnәvi ziyanın ödәnilmәsi” tәlәbi barәdә iddia әrizәsinә dair mülki iş üzrә (Bakı şәhәri ** saylı Notariat Ofisi - iş üzrә mübahisә predmeti barәdә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs qismindә cәlb olunmuşdur) Ismayıllı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tаrixli, *(***)-****/**** nömrәli qәtnamәsindәn iddiaçı İddiaçı tәrәfindәn verilmiş apellyasiya şikayәtinin mümkünlüyünü yoxlayaraq, mәhkәmә kollegiyası MÜƏYYƏN E T D İ: Iddiaçı İddiaçı ## ###### 2025-ci ildә cavabdeh Cavabdeh qarşı “alqı-satqı zamanı ödәdiyi pulun qaytarılması vә maddi-mәnәvi ziyanın ödәnilmәsi” tәlәbi barәdә iddia әrizәsi ilә Ismayıllı Rayon Mәhkәmәsinә müraciәt etmişdir. Ismayıllı Rayon Mәhkәmәsinin (hakim Nәrmin Qoşqarova) ## #### 2026-cı il tаrixli, *(***)-****/**** nömrәli qәtnamәsi ilә iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alqı-satqı zamanı ödәdiyi pulun qaytarılması vә maddi-mәnәvi ziyanın ödәnilmәsi” barәdә iddia tәlәbi qismәn tәmin edilmişdir. Iddiaçı İddiaçı “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsi ilә ## #### 2026-cı ildә rәsmi qaydada almış olduğu Ismayıllı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tаrixli, *(***)-****/**** nömrәli qәtnamәsindәn ## ###### 2026-cı ildә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsi ilә apellyasiya şikayәti vermişdir. Birinci instansiya mәhkәmәsi hәmin apellyasiya şikayәtini işlә birlikdә baxılması üçün ## ###### 2026-cı il tarixli mәktubla Şәki Apellyasiya Mәhkәmәsinә göndәrmiş vә hәmin mülki iş ## ######## 2026-cı ildә Şәki Apellyasiya Mәhkәmәsinin dәftәrxanasında qәbul edilmişdir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 2-ci maddәsinin tәlәblәrinә görә, mülki işlәr vә kommersiya mübahisәlәri üzrә mәhkәmә icraatının vәzifәlәri hәr bir fiziki vә yaxud hüquqi şәxsin Azәrbaycan Respublikasının Konstitusiyasından, qanunlarından vә digәr normativ hüquqi aktlarından irәli gәlәn hüquq vә mәnafelәrinin mәhkәmәdә tәsdiq olunmasıdır (maddə 2.1) vә mülki mәhkәmә icraatı qanunçuluğun vә ictimai qaydanın bәrqәrar edilmәsinә, vәtәndaşların qanunlara dönmәdәn hörmәt ruhunda tәrbiyә edilmәsinә rәvac verir (maddə 2.2). Hәmin Mәcәllәnin 4.1-ci maddәsinә әsasәn, bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müəyyən edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. Hәmin Mәcәllәnin 10-1-ci maddәsinin tәlәblәrinә әsasәn, elektron qaydada mülki işlәr vә kommersiya mübahisәlәri üzrә mәhkәmә icraatı bu Mәcәllә ilә müәyyәn edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron mәhkәmә” informasiya sistemi vasitәsilә aparılır (maddə 10-1.1), mәhkәmә vә proses iştirakçıları tәrәfindәn әrizә, şikayәt vә digәr sәnәdlәrin elektron formada tәrtib edilmәsi, göndәrilmәsi, qәbulu, sәnәdlәrin elektron qeydiyyatı vә elektron dövriyyәsi müvafiq icra hakimiyyәti orqanının Azәrbaycan Respublikasının Ali Mәhkәmәsi ilә birlikdә müәyyәn etdiyi “Elektron mәhkәmә” informasiya sistemindәn istifadә qaydalarına uyğun olaraq hәyata keçirilir (maddə 10-1.2), kommersiya mübahisәlәri üzrә mәhkәmә icraatı, habelә “Elektron mәhkәmә” informasiya sisteminin tәtbiq olunduğu mәhkәmәlәrdә mülki işlәr üzrә mәhkәmә icraatı, o cümlәdәn әrizә, şikayәt vә digәr sәnәdlәrin göndәrilmәsi, qәbulu, habelә məhkəmə sənədlərinin mәhkәmәyә vә proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə hәyata keçirilir (maddə 10-1.3) vә bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz (maddə 10-1.5). Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 360-cı maddәsinә әsasәn, apellyasiya şikayәti mәhkәmә qәtnamәsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilә bilәr. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 361.1-ci maddәsinin tәlәblәrinә uyğun olaraq, bu Mәcәllә ilә müәyyәn edilmiş formada (forma - həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmişdir) verilәn apellyasiya şikayәtindә - şikayәtin verildiyi mәhkәmәnin adı vә ünvanı (maddə 361.1.1), şikayәti verәn şәxsin soyadı, adı, atasının adı, şәxsiyyәtini eynilәşdirmәyә imkan verәn digәr mәlumatlar, yaşayış yeri vә ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istәnildiyi digәr ünvan, işdә prosessual vәziyyәti (maddə 361.1.2), barәsindә şikayәt verilәn mәhkәmә aktı, onun qәbul edilmә tarixi, nәticә hissәsi, hәmin aktı qәbul edәn mәhkәmәnin adı (maddə 361.1.3), şikayәti verәn şәxsin tәlәbi vә mәhkәmә aktının hansı hissәdә mübahisәlәndirildiyi (maddə 361.1.4), şikayәt verәn şәxsin mәhkәmә aktını düzgün hesab etmәdiyi konkret әsaslar (maddə 361.1.5), şikayәt verәn şәxsin istinad etdiyi konkret fakt vә hallar, habelә onları tәsdiq edәn sübutlar (maddə 361.1.6) vә şikayәtә әlavә edilәn sәnәdlәrin siyahısı (maddə 361.1.7) göstәrilmәlidir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 366-cı maddәsinin tәlәblәrinә görә, apellyasiya instansiyası mәhkәmәsi iş mәhkәmәyә daxil olduqdan sonra 15 gün müddәtindә apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işә apellyasiya qaydasında baxılması üçün prosessual әsasların olması daxildir (maddə 366.1), әgәr apellyasiyanın mümkünlüyü üçün әsaslar yoxdursa, o, qәbul olunmamış hesab edilә bilәr (maddə 366.2), apellyasiyanın mümkünlüyü üzrә mәhkәmә qәrardad çıxarır (maddə 366.3) vә apellyasiyanın qeyri-mümkün hesab edilmәsi barәdә qәrardaddan kassasiya instansiyasına şikayәt verilә bilәr (maddə 366.4). Mәhkәmә kollegiyası, iddiaçı İddiaçı Ismayıllı Rayon Mәhkәmәsinin ## #### 2026cı il tаrixli, *(***)-****/**** nömrәli qәtnamәsindәn verdiyi apellyasiya şikayәtini vә iş materiallarını öyrәnib, apellyasiya şikayәtinin mümkünlüyünü müzakirә edәrәk belә nәticәyә gәlir ki, aşağıda göstәrilәnlәrә әsasәn iddiaçı İddiaçı apellyasiya şikayәtinә apellyasiya qaydasında baxılması qeyri-mümkündür. Belə ki, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tаrixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (maddə 361) apellyasiya şikayətlərinin verilməsi üçün müəyyən edilmiş tələbləri pozulmuş və eyni zamanda, həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına riayət olunmamışdır. Yəni, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tаrixli, *(***)-****/**** nömrəli qətnaməsindən ## ###### 2026-cı ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə iddiaçı İddiaçı tərəfindən elektron qaydada imzalanaraq təqdim edilmiş apellyasiya şikayəti natamam formada və məzmunda, yəni ümumiyyətlə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin tələblərinə və həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun tərtib edilmədən verilmişdir. Halbuki, Mülki-Prosessual Mәcәllәnin tәlәblәrinә görә qәtnamәdәn apellyasiya şikayәti elektron qaydada tәrtib edilib, elektron qaydada imzalanmaqla yanaşı, hәm dә şikayətin forma və məzmunu Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 361.1-ci maddəsinin yuxarıda qeyd olunan tələblərinə və həmin Məcəlləyə “Əlavə 2” ilə müəyyən edilmiş apellyasiya şikayətinin formasına uyğun olmalıdır. Qeyd etmәk lazımdır ki, şikayәtçi tәrәfindәn elektron qaydada imzalanaraq tәqdim edilmiş hazırkı natamam apellyasiya şikayәtindәn әlavә, “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinetә digәr bir apellyasiya şikayәtinin mәtni dә adi qaydada tәrtib edilәrәk, elektron qaydada imzalanmadan, adi sәnәd kimi "PDF" formatında elektron kabinetә daxil edilmişdir. Lakin, belә bir “apellyasiya şikayәti” nüsxәsinin - elektron formada Mülki-Prosessual Mәcәllәnin 361.1-ci maddәsinin tәlәblәrinә vә hәmin Mәcәllәyә “Əlavә 2” ilә müәyyәn edilmiş apellyasiya şikayәtinin formasına uyğun tәrtib edilәn apellyasiya şikayәti kimi qәbul edilmәsi mümkün deyildir. Çünki, “Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsindә dәyişiklik edilmәsi haqqında” Azәrbaycan Respublikasının ## #### 2021-ci il tarixli Qanunu ilә Mülki- Prosessual Mәcәllәdә bir sıra dәyişikliklәr edilәrәk (## ####### 2021-ci il tarixindәn qüvvәyә minmişdir), yeni redaksiyada MPM-in 361-ci maddәsindә - apellyasiya şikayәtinin bu Mәcәllә ilә müәyyәn edilmiş formada verilmәsi nәzәrdә tutulmuşdur (hәmin forma isә Mәcәllәyә yuxarıda göstәrilәn Qanunla әlavә edilmiş “Əlavә 2”-dә göstәrilmişdir). "Elektron imza vә elektron sәnәd haqqında” Azәrbaycan Respublikası Qanununun 1.1.15-ci maddәsinә әsasәn, elektron sənəd - informasiya sistemindә istifadә üçün elektron formada tәqdim edilәn vә elektron imza ilә tәsdiq olunmuş sәnәddir. Göründüyü kimi, yuxarıda qeyd olunan nöqsanlara əsasən müəyyən edilir ki, iddiaçı İddiaçı tərəfindən verilmiş hazırkı apellyasiya şikayəti - Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin apellyasiya şikayətinin forma və məzmununa dair ümumi prosessual tələbləri müəyyənləşdirən 361-ci maddəsinin tələblərinə və eyni zamanda, şikayətin “Elektron məhkəmə” informasiya sistemində formasını müəyyənləşdirən həmin Məcəlləyə “Əlavə 2”-də təsbit olunmuş mühüm tələblərə uyğun deyildir. Qeyd etmәk lazımdır ki, Azәrbaycan Respublikası Konstitusiyasının 60-cı maddәsinin 1-ci hissәsi ilә tәminat verilәn mәhkәmә müdafiәsi hüququ - yalnız birinci instansiyada mәhkәmә müdafiәsinin tәmin olunmasını deyil, onun hәmçinin apellyasiya vә kassasiya instansiyalarında da hәyata keçirilmәsini nәzәrdә tutur vә hәr hansı mәhkәmә instansiyasına şikayәt etmәk hüququ - mәhkәmә müdafiәsi hüququndan irәli gәlir. Lakin, nәzәrә alınmalıdır ki, mәhkәmә müdafiәsi hüququ mütlәq hüquq deyildir vә prosessual şәrtlәrin mövcudluğunda bәzi mәhdudiyyәtlәrә mәruz qala bilәr. Ona görә dә, mәhkәmәnin qәrarından yuxarı instansiya mәhkәmәsinә şikayәt verilmәsi üçün bir sıra mühüm prosessual qaydalar vә mәhdudiyyәtlәr nәzәrdә tutulmuşdur ki, bunlara - Mülki Prosessual Mәcәllәnin 361-ci maddәsindә nәzәrdә tutulmuş prosessual qaydalar da aiddir vә apellyasiya şikayәti hәmin maddәnin tәlәblәrinә riayәt edilmәklә verilmәlidir. Çünki, Mülki-Prosessual Mәcәllәnin 361-ci maddәsindә apellyasiya şikayәti üçün zәruri olan forma vә mәzmuna dair tәlәblәr nәzәrdә tutulmuşdur. Elәcә dә, Mülki-Prosessual Mәcәllәnin apellyasiya şikayәtinin mәzmununa dair ümumi tәlәblәri müәyyәnlәşdirәn 361-ci maddəsi ilә yanaşı, hәmin Mәcәllәyә “Əlavə 2”-dә dә apellyasiya şikayәtinin forması ilә bağlı mühüm tәlәblәr öz әksini tapmışdır. Bu sәbәbdәn dә, qeyd olunan tәlәblәrin düzgün vә bir qaydada yerinә yetirilmәsi üçün “Elektron mәhkәmә” informasiya sistemindә apellyasiya şikayәtinin ümumi formasını müәyyәn edәn “Əlavә 2”-yә uyğun elektron apellyasiya şikayәti nümunәsi dә tәrtib edilәrәk, apellyasiya şikayәti hazırlayan proses iştirakçılarının istifadәsinә verilmişdir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 363.1.1-1-ci maddәsinә әsasәn, apellyasiya şikayәti bu Mәcәllәnin 361-ci maddәsinin tәlәblәrinә riayәt edilmәdәn verilmişdirsә - apellyasiya şikayәti birinci instansiya mәhkәmәsi tәrәfindәn qaytarılır. Hәmin Mәcәllәnin 363.1.5-ci maddәsinә әsasәn, “Elektron mәhkәmә” informasiya sisteminin tәtbiq olunduğu mәhkәmәlәrdә Mülki-Prosessual Mәcәllәnin 10-1.3-cü maddәsindә nәzәrdә tutulmuş qaydada aparılan elektron mәhkәmә icraatında apellyasiya şikayәti hәmin maddәnin tәlәblәrinә uyğun verilmәdikdә - apellyasiya şikayәti birinci instansiya mәhkәmәsi tәrәfindәn qaytarılır. Bundan əlavə, *(***)-****/**** nömrəli mülki işin materialları və həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə olan sənəd və məlumatlarla işin faktiki halları kimi aşağıda qeyd edilənlər müəyyən olunur: - "AZEMIS" Elektron Mәhkәmә Informasiya Sistemindәki mәlumat bazasında olan mәlumatlardan görünür ki, ## #### 2026-cı ildәn iddiaçı İddiaçı “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabineti vardır. - "AZEMIS" Elektron Mәhkәmә Informasiya Sistemindәki mәlumat bazasında olan mәlumatlardan görünür ki, ## ###### 2025-ci ildәn cavabdeh Cavabdeh “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabineti vardır. - Iddiaçı İddiaçı ## ###### 2025-ci ildә cavabdeh Cavabdeh qarşı “alqı-satqı zamanı ödәdiyi pulun qaytarılması vә maddi-mәnәvi ziyanın ödәnilmәsi” tәlәbi barәdә iddia әrizәsi ilә Ismayıllı Rayon Mәhkәmәsinә müraciәt etmişdir (iş vәrәqi: 3-4). - Iş materiallarından görünür ki, hәmin iddia әrizәsinә baxılması ilә әlaqәdar Ismayıllı Rayon Mәhkәmәsindә sonuncu mәhkәmә baxış iclası ## #### 2026-cı il tarixindә keçirilmiş vә hәmin iclasda iddiaçı İddiaçı vә iddiaçının sәlahiyyәtli nümayәndәsi X2 iştirak etmişlәr (## #### 2026-cı il tarixli mәhkәmә iclas protokolu vә iclasın audiovideo yazısı - iş vәrәqi: 160-167). - Iddiaçı İddiaçı vә iddiaçının sәlahiyyәtli nümayәndәsi X2 iştirakı ilә ## #### 2026-cı ildә keçirilәn mәhkәmә iclasında qәbul edilmiş Ismayıllı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tаrixli, *(***)-****/**** nömrәli qәtnamәsi ilә iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alqı-satqı zamanı ödәdiyi pulun qaytarılması vә maddi-mәnәvi ziyanın ödәnilmәsi” tәlәbi barәdә iddia әrizәsi qismәn tәmin edilәrәk, hәmin Qәtnamәdә “Cavabdeh Cavabdeh 7500 manat ilkin alqı-satqı zamanı ödәnilmiş pul, 500 manat nağd şәkildә ödәnilmiş pul vә 3050 manat maddi ziyan olmaqla, ümumilikdә cәmi 11050 manat pul vә ödәnilmiş 123,15 manat dövlәt rüsumu mәblәğinin alınaraq, iddiaçı İddiaçı ödәnilmәsi” qәt edilmişdir (iş vәrәqi: 168-182). - Iddiaçı tәrәfin iştirakı ilә keçirilәn mәhkәmә iclasında qәbul edilmiş Ismayıllı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tаrixli, *(***)-****/**** nömrәli qәtnamәsinin tam mәtni ## #### 2026-cı ildә hәmin iş üzrә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinetә daxil edilәrәk, imzalanmış vә eyni zamanda, hәmin mәhkәmә Qәtnamәsi ## #### 2026-cı ildә, saat 1610-da iddiaçı İddiaçı mәxsus elektron kabinetә yerlәşdirilәrәk, ona bu barәdә mәlumat hәmin sistem vasitәsilә elektron qaydada çatdırılmışdır (bunu tәsdiq edәn elektron bildiriş çap edilәrәk, iş materiallarına әlavә olunmuşdur) - (iş vәrәqi: 184). Eyni zamanda, mәhkәmә kollegiyası işin hallarını nәzәrә almaqla, Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin tәlәblәrinә әsasәn qeyd etmәyi lazım bilir ki, “Elektron mәhkәmә” informasiya sistemindә müvafiq qaydada qeydiyyatdan keçmiş vә ## #### 2026-cı ildәn hәmin Sistemdә elektron kabineti olan iddiaçı İddiaçı mәhkәmә qәtnamәsinin müvafiq qaydada hәmin elektron kabinetә yerlәşdirilmәklә, rәsmi qaydada tәqdim olunması tәmin olunduqdan sonra, poçt vasitәsi ilә dә ona hәmin qәtnamәnin tәkrarәn göndәrilmәsi zәrurәti vә prosessual әsasları olmamışdır. Çünki, Mülki- Prosessual Mәcәllәnin tәlәblәrinә görә elektron qaydada tәqdim edilmiş sәnәdlәrin digәr qaydada verilmәsi tәlәb oluna bilmәz (maddә 10-1). - Iddiaçı İddiaçı tәrәfindәn ## ###### 2026-cı il tarixdә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vasitәsilә Ismayıllı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tаrixli, *(***)-****/**** nömrәli qәtnamәsindәn apellyasiya şikayәti verilmiş vә birinci instansiya mәhkәmәsi hәmin apellyasiya şikayәtini *(***)-****/**** nömrәli mülki işlә birlikdә baxılması üçün ## ###### 2026-cı il tarixli mәktubla Şәki Apellyasiya Mәhkәmәsinә göndәrmişdir. "Elektron imza vә elektron sәnәd haqqında" Azәrbaycan Respublikası Qanununun 27.1-ci maddәsinә әsasәn, şәxsәn, habelә başqasının adından çıxış etmәk sәlahiyyәti olan şәxs tәrәfindәn göndәrilmiş vә ya özünün proqramlaşdırdığı qaydada fәaliyyәt göstәrәn informasiya sisteminin avtomatik ötürdüyü elektron sәnәd Göndәrәn tәrәfindәn göndәrilmiş hesab edilir. Hәmin Qanunun 28.1-ci maddәsinә әsasәn, tәrәflәr arasında bağlanmış müqavilәdә başqa hallar müәyyәn edilmәmişdirsә, elektron sәnәdin Göndәrәnin vә ya onun adından çıxış edәn şәxsin nәzarәtindә olmayan informasiya sisteminә daxil olduğu an - elektron sәnәdin göndәrilmә vaxtı (tarix və vaxt) hesab edilir. Hәmin Qanunun 28.2-ci maddәsinә әsasәn, tәrәflәr arasında müqavilәdә başqa hallar müәyyәn edilmәmişdirsә, elektron sәnәdin Alanın göstәrdiyi informasiya sisteminә daxil olduğu an - elektron sәnәdin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi tərəfə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində apellyasiya şikayəti verilməli olmasına baxmayaraq, ## #### 2026-cı ildə iddiaçı İddiaçı məxsus elektron kabinetə yerləşdirilməklə, ona həmin tarixdə rəsmi qaydada təqdim olunmuş Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tаrixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti - “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə yalnız ## ###### 2026-cı il tarixdə təqdim edilmişdir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 130.1-ci maddәsinә әsasәn, qanunla müәyyәn edilmiş vә ya mәhkәmә tәrәfindәn tәyin edilmiş müddәt keçdikdә, prosessual hәrәkәtlәri etmәk hüququ keçmiş olur. Hәmin Mәcәllәnin 130.3-cü maddәsinә әsasәn, prosessual müddәtin bәrpa olunması barәdә vәsatәt verilmәmişsә, prosessual müddәtlәr keçdikdәn sonra verilәn şikayәtlәrә vә sәnәdlәrә baxılmır vә onları verәn şәxsә qaytarılır. Hәmin Mәcәllәnin 133.1-ci maddәsinә әsasәn, mәhkәmә qanunla müәyyәn edilmiş müddәtin buraxılmasının sәbәbini üzürlü hesab edәrsә, işdә iştirak edәn şәxsin әrizәsinә әsasәn buraxılmış müddәti bәrpa edir. Hәmin Mәcәllәnin 133.3-cü maddәsinә әsasәn, müddәtin bәrpası haqqında әrizә verilmәklә eyni zamanda müddәti buraxılmış zәruri prosessual hәrәkәt edilmәlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.). Odur ki, yuxarıda göstərilən bütün bu xüsusatlara və eyni zamanda, işin digər konkret hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tаrixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı ## ###### 2026-cı il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə verilmiş hazırkı apellyasiya şikayəti - apellyasiya şikayəti vermək üçün müəyyən edilmiş prosessual müddətin onun tərəfindən buraxılıb-buraxılmaması araşdırılmaqla - birinci instansiya məhkəməsi tərəfindən müvafiq qaydada yoxlanılmalı və bununla bağlı əsaslandırılmış qərardad qəbul edilməli idi. Lakin, işin yuxarıda qeyd olunan halları nəzərə alınmayaraq, birinci instansiya məhkəməsi tərəfindən məlum qətnamədən iddiaçının apellyasiya şikayətini verməsi müddətinin ötürülüb-ötürülməməsi yoxlanılmamış və həmin şikayət iş materialları ilə birlikdə baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 363.1 vә 363.1.3-cü maddәlәrinә әsasәn, apellyasiya şikayәti müәyyәn edilmiş müddәt keçdikdәn sonra verilmişdirsә - apellyasiya şikayәti birinci instansiya mәhkәmәsi tәrәfindәn qaytarılır. Mәhkәmә kollegiyası, onu da vurğulamağı zәruri hesab edir ki, prosessual müddәtlәrә riayәt olunması mülki mәhkәmә icraatının fundamental prinsiplәrinin tәmin edilmәsi baxımından mühüm әhәmiyyәt kәsb edir. Belә ki, uzun müddәt әvvәl yekunlaşmış vә tәrәflәr üçün hüquqi nәticәlәr doğurmuş mәhkәmә aktlarının sonradan apellyasiya qaydasında mübahisәlәndirilmәsi yalnız obyektiv vә әsaslandırılmış sәbәblәrә söykәnmәlidir. Əks yanaşma - hüquqi müәyyәnlik prinsipinin pozulmasına, habelә mәhkәmә qәrarının qanuni qüvvәsinә vә sabitliyinә inamın sarsılmasına sәbәb ola bilәr. Hәmçinin, mәhkәmә kollegiyası qeyd etmәyi lazım bilir ki, yuxarıda qeyd olunan qanunvericilik normaları imperativ qaydada apellyasiya şikayәti verilәrkәn şikayәtçinin etmәli olduğu hәrәkәtlәri tәsbit edir vә bu kimi hәrәkәtlәr edilmәdikdә vә yaxud, düzgün yerinә yetirilmәdikdә isә Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin tәlәblәrinә uyğun olaraq apellyasiya şikayәti geri qaytarılır. Çünki, Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 4.1-ci maddәsindә "bütün fiziki vә hüquqi şәxslәrin özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müəyyən edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malik olmaları" tәsbit olunmuş vә hәmin Mәcәllәdә qanunla müәyyәn edilmiş qaydada verilmәyәn apellyasiya şikayәtlәrinin birinci instansiya mәhkәmәsi tәrәfindәn qaytarılması institutu nәzәrdә tutulmuşdur (apellyasiya şikayəti - Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun apellyasiya instansiya məhkəməsində məhkəmə icraatı mümkündür). Beləliklə də, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Ismayıllı Rayon Məhkəməsinin ## #### 2026-cı il tаrixli, *(***)- ****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Mülki-Prosessual Məcəllənin 360 - 363-cü maddələrinin tələblərinə riayət edilmədən verildiyindən, həmin apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud deyildir. Bu səbəbdən də iddiaçı İddiaçı apellyasiya şikayəti qeyri-mümkün hesab olunaraq, iş materialları ilə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalı və birinci instansiya məhkəməsi isə həmin apellyasiya şikayətinə münasibətdə Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun olaraq sonrakı prosessual hərəkətləri etməlidir. Eyni zamanda, bununla әlaqәdar mәhkәmә kollegiyası qeyd etmәyi lazım bilir ki, Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 364.1-ci maddәsinin tәlәblәrinә görә, birinci instansiya mәhkәmәsi - apellyasiya şikayәtinin bu Mәcәllәnin 361-ci maddәsinin tәlәblәrinә uyğunluğunu yoxlayır vә bu Mәcәllәnin 361-ci maddәsinin tәlәblәrinә cavab verәn apellyasiya şikayәtini ona әlavә olunmuş sәnәdlәrlә vә işlә birlikdә apellyasiya şikayәtinin verilmә müddәti bitdikdәn sonra 7 gün müddәtindә apellyasiya instansiyası mәhkәmәsinә göndәrir. Hәmin Mәcәllәnin 363-cü maddәsindә isә prosessual tәlәblәrә riayәt edilmәdәn verilmiş apellyasiya şikayәtinin birinci instansiya mәhkәmәsi tәrәfindәn qaytarılmasının әsasları tәsbit olunmuşdur. Yәni, Mülki- Prosessual Məcəllədə apellyasiya şikayətlərinin qanunvericiliyin tələblərinə uyğun verilməsinin yoxlanılması və düzgün verilməyən apellyasiya şikayətlərinin geri qaytarılması vəzifəsi - imperativ qaydada birinci instansiya məhkəməsinə həvalə olunmuşdur. Lakin, birinci instansiya mәhkәmәsi hazırkı apellyasiya şikayәtinin Mülki- Prosessual Mәcәllәnin 361-ci maddәsinin tәlәblәrinә uyğunluğunu tam yoxlamadan, оnu baxılması üçün apellyasiya instansiyası mәhkәmәsinә göndәrmişdir. Azәrbаycаn Respublikаsı Mülki-Prosessuаl Mәcәllәsinin 399-cu maddәsinә әsasәn, birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Yuxarıda göstәrilәnlәrә әsasәn vә Azәrbaycan Respublikası Mülki-Prosessual Mәcәllәsinin 263, 264, 361-366, 399, 400, 402 vә 405-406-cı maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası Q Ə R A R A A L D İ: Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “alqı-satqı zamanı ödәdiyi pulun qaytarılması vә maddi-mәnәvi ziyanın ödәnilmәsi” tәlәbi barәdә iddia әrizәsinә dair mülki iş üzrә (Bakı şәhәri ** saylı Notariat Ofisi - iş üzrә mübahisә predmeti barәdә müstәqil tәlәb irәli sürmәyәn üçüncü şәxs qismindә cәlb olunmuşdur) Ismayıllı Rayon Mәhkәmәsinin ## #### 2026-cı il tаrixli, *(***)-****/**** nömrәli qәtnamәsindәn iddiaçı İddiaçı tәrәfindәn verilmiş apellyasiya şikayәti qeyri-mümkün hesab edilsin. Apellyasiya şikayəti işlə birlikdə sonrakı prosessual hərəkətlərin edilməsi üçün Ismayıllı Rayon Məhkəməsinə qaytarılsın. Qәrardaddan, rәsmi qaydada verildikdәn (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddәtindә Şәki Apellyasiya Mәhkәmәsi vasitәsi ilә Azәrbaycan Respublikası Ali Mәhkәmәsinә “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış elektron kabinet vә vәkil vasitәsi ilә kassasiya şikayәti verilә bilәr.
Məhkəmə qərarları › İş №2(3-10)-925/2026
Şəki Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-10)-925/2026
04.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver