Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-99/2026 28.04.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı Balakən Rayon Icra Hakimiyyətinin cavabdeh Cavabdeh qarşı dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqdan qanunsuz istifadəyə son qoyulması, aidiyyəti üzrə geri qaytarılması tələbinə dair mülki iş üzrə (Açar sözlər: “dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqdan qanunsuz istifadəyə son qoyulması, aidiyyəti üzrə geri qaytarılması” tələbi, qüvvə) Hakimlər X7 (sədrlik edən və məruzəçi), Mehdiyev Elçin Məhəmməd oğlu və Musayev Taleh Valeh oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı Balakən Rayon Icra Hakimiyyətinin nümayəndəsi X2 iştirakları ilə, Iddiaçı Balakən Rayon Icra Hakimiyyətinin cavabdeh Cavabdeh qarşı dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqdan qanunsuz istifadəyə son qoyulması, aidiyyəti üzrə geri qaytarılması tələbinə dair mülki iş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları
1. Iddiaçı Balakən rayon Icra Hakimiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh tərəfindən dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı (X:603955 Y4612198) torpaqdan qanunsuz istifadə edilməsinə son qoyulması, aidiyyəti üzrə geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Balakən RIH başçısının ##.##.2001-ci il tarixli ** nömrəli sərəncamı ilə 9,5 ha dövlət mülkiyyətinə aid (3,9 ha ictimai tikinti altı və 5,6 ha örüş) torpaq sahəsi Nəsibov Əhmədilov Ibrahimxəlil oğlunun icarəsinə verilmişdir. Həmin sərəncamda icarənin müddəti göstərilməmiş, məsələ ilə bağlı digər hüquqi sənədlər hazırlanmamışdır.Ə.Nəsibovla icarə müqaviləsi bağlanmadığından icarə hüququnun DƏDR-də dövlət qeydiyyatı aparılmamışdır.Sözügedən ərazinin icarəyə verilməsinin hüquqi əsası olmadığına görə Balakən Rayon Icra Hakimiyyəti başçısının ** nömrəli, ##.##.2015-ci il tarixli Sərəncamı ilə Balakən RIHBnın ##.##.2001-ci il tarixli ** nömrəli sərəncamı ləğv edilmişdir. Qeyd edilən Sərəncamın 2015-ci ildə ləğv edilməsinə baxmayaraq Ə.Nəsibov sağlığında sərəncamın ləğvinə heç bir münasibət bildirməmişdir. ##.##.2018-ci ildə mərhum Nəsibov Əhmədilov Ibrahimxəlil oğlunun iştirakı ilə Balakən RIH tərəfindən əraziyə baxış keçirilmiş, dövlət mülkiyyətinə məxsus ərazidə hüquqmüəyyənedici sənədlər olmadan yeni ev tikildiyi, eyni zamanda Dövlət mülkiyyətində olan 9,5 ha torpaq sahəsindən qanunsuz istifadə edildiyi müəyyən olunmuşdur. Ə.Nəsibovun hərəkətlərinə hüquqi qiymət verilməsi üçün RIH tərəfindən ## #### 2018-ci ildə 01-280 məktubla rəsmi olaraq rayon polis şöbəsinə müraciət edilmişdir. Əhmədilov Nəsibov ##.##.2020-ci il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra övladları arasında dövlət mülkiyyətində olan torpaq sahəsi və həmin torpaq sahəsinin bir hissəsində yerləşən daşınmaz əmlakla əlaqədar mübahisə yaranmışdır. Həmin torpaq sahəsinin üzərində kolxoz dövründə, 0,06 ha ərazidə sahəsi 600 kv.m, 0,1518 ha ərazidə sahəsi 1518 kv.m olan qeyri-yaşayış binaları və 0,0114 ha ərazidə sahəsi 114.2 kv.m olan fərdi yaşayış evi inşa edilmişdir. Uzun sürən məhkəmə çəkişmələrindən sonra qeyd olunan tikililərin 14/18 hissəsinə X1, 4/18 hissəsinə isə Nəsibov Əhmədilov Ibrahimxəlil oğlunun mülkiyyət hüquqları qeydə alınmışdır. Həmin ərazidən və əmlaklardan faktiki olaraq Cavabdeh istifadə edir və o, dövlət mülikiyyətində olan 9,5 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özünün icarəsinə verilməsi xahişi ilə bir neçə dəfə rayon icra hakimiyyətinə müraciət etmişdir. Eyni zamanda onun qardaşı X1 da sözügedən əmlakın icarəsinə verilməsi, qardaşının həmin əmlakdan istifadəsinə son qoyulması xahişi ilə dəfələrlə rayon icra hakimiyyətinə müraciət etmişdir. Qardaşlar arasında olan mübahisə və digər xüsusatlar nəzərə alınaraq RIH tərəfindən qeyd olunan ərazinin onların heç birinin icarəsinə verilməməsi məqsədəuyğun hesab edilmiş,ərazidən qanunsuz istifadənin dayandırılması üçün müvafiq orqanlara müraciət olunmuşdur. ## ###### 2022-ci ildə Balakən Rayon Icra Hakmiyyətinin, AR Iqtisadiyyat Nazirliyi yanında ƏMDX-nin Şəki Ərazi şöbəsinin, Mahamalar bələdiyyəsinin məsul vəzifəli şəxsləri tərəfindən aparılan monitorinq zamanı Cavabdeh 3,9 ha ictimai tikinti altı və 5,6 ha örüş torpaq sahəsindən istifadə etməsi faktı müvafiq qaydada aktlaşdırılmış, müvafiq sənədlər Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinə göndərilmişdir. Balakən RIH tərəfindən # ### 2024-cü ildə *-**/*-***/**** saylı məktubla rayon polis şöbəsinə,## ###### 2024- cü ildə 5-36/2- ****/**** saylı məktubla rayon prokurorluğuna rəsmi müraciət edilmiş,Cavabdeh barəsində qanunamüvafiq tədbirlərin görülməsi xahiş edilmişdir.## ###### 2025-ci ildə Balakən RIH tərəfindən Cavabdeh ünvanına məktub göndərilməklə ərazini boşaltması tələb olunmuşdur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
3. Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Hümbət Səlimov) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh Balakən rayonu Mahamalar kəndinin “Təpəçöl” adlanan ərazisində yerləşən, Dövlət mülkiyyətində olan 1,1966 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi Idarəsinin ## ######## 2024-cü il tarixli *-**-*-**/*- ****/**** nömrəli mütəxəssis rəyinə əlavə edilmiş yerquluruşu planına uyğun çıxarılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, cavabdeh Cavabdeh 100 manat dövlət rüsumunun alınıb dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Konstitusiyasına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 238.1 və 238.3-cü maddələrinə, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 82, 84 və 111-ci maddələrinə istinad etmişdir.
5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: Işdə olan və məhkəmə iclasında tədqiq edilən Balakən Rayon Icra Hakimiyyəti başçısı tərəfindən Balakən rayon prokuroru cənab Camal Bağırova ünvanlanmış ## ###### 2024-cü il tarixli *-**/*-****/**** nömrəli məktubda göstərilmişdir: “Balakən rayonunun Şambul kənd sakini X1 rayon icra hakimiyyətinə müraciət edərək qardaşı Cavabdeh rayonun Mahamalar kəndinin “Təpəçöl” adlanan ərazisində dövlət mülkiyyətində olan 9.5 ha torpaq sahəsindən qanunsuz istifadə etdiyini bildirmiş, onun barəsində qanuna müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. Məlumat üçün bildiririk ki, X1 və Cavabdeh ayrı-ayrılıqda həmin torpaq sahəsinin icarələrinə verilməsi xahişi ilə rayon icra hakimiyyətinə dəfələrlə müraciət etmiş, lakin həmin ərazidə yerləşən tikililərdən istifadə edilməsi ilə əlaqədar Cavabdeh, qardaşı X1 və digər qohumların aralarında mübahisə olduğundan qeyd edilən torpaq sahəsindən səmərəli istifadə olunacağına əsaslı şübhələr yarandığı üçün ərazinin X1 və Cavabdeh icarələrinə verilməsi RIH tərəfindən məqsədəuyğun hesab edilməmişdir. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh heç bir hüquqi sənədi olmadan dövlət ehtiyat fondu torpağını zəbt edərək istifadə edir. Dövlət mülkiyyətində olan torpaq sahəsini özbaşına zəbt etdiyi üçün Cavabdeh barəsində qanunamüvafiq tədbir görülməsini xahiş edirik”. Işdə olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Şəki Ərazi şöbəsi tərəfindən ## ###### 2022-ci il tarixdə tərtib edilmiş Aktın surətindən görünür ki, ## ###### 2022-ci il tarixdə Talalar kəndininin Bayrambinə yaşayış məntəqəsinin sərhəddində yerləşən Mahamalar IƏD-nə aid olan Dövlət mülktiyyəti torpaq sahəsinə monitorinq aparılan zaman Mahamalar kənd sakini Cavabdeh tərəfindən torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən heç bir hüquqi sənəd olmadan Dövlət ehtiyat fondundan 3,9 ha ictimai tikinti altı ,5,6 ha isə örüş torpaq sahəsini qeyri-qanuni olaraq zəbt edərək istifadə etdiyi aşkar olundu.Bu da Cinayət Məcəlləsinin 188-ci maddəsinin yaratmasına səbəb olmuşdur.Ərazinin koordinatları X-603950, X-4612195. Işdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Icra Hakimiyyəti başçısı tərəfindən Balakən rayon polis şöbəsinin rəisinə ünvanlanmış 0# ### 2024-cü il tarixli *-**/*-***/**** nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin # #### 2012-ci il tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.16.3. bəndinə əsasən müvafiq ərazidə dövlət mülkiyyətində olan torpaqlardan istifadə edilməsini planlaşdırmaq, habelə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaqlardan təyinatı üzrə istifadə edilməsinə nəzarəti həyata keçirmək və müvafiq tədbirlər görmək RIH başçısının səlahiyyəti kimi müəyyən edilmişdir. Bu məqsədlə rayon icra hakimiyyəti tərəfindən keçirilən növbəti monitorinq zamanı Mahamalar kənd sakini Cavabdeh dövlət mülkiyyətində olan torpaq sahəsini özbaşına zəbt etməklə ərazidə balıq yetişdirmək üçün göl yaratdığı, iribuynuzlu heyvanlar saxladığı və atası tərəfindən qanunsuz inşa etdirilmiş kürsülü evdə ailəsi ilə yaşadığı müəyyən olunmuşdur. Cavabdeh dəfələrlə tərəfimizdən sözügedən torpaq sahəsinin dövlət ehtiyat fondu torpağı olduğu,bu ərazidən qanunsuz istifadə etməyə cəhd etdiyi halda barəsində qanunvericiliyə uyğun tədbir görüləcəyi bildirilmişdir. Lakin o, buna məhəl qoymadan həmin ərazidən istifadə etməkdə davam edir. Dövlət mülkiyyətində olan torpaq sahəsini özbaşına zəbt etdiyi üçün Cavabdeh barəsində qanuna müvafiq tədbir görülməsini xahiş edir. Işdə olan və məhkəmə iclasında tədqiq edilmiş Balakən rayon Icra Hakimiyyəti tərəfindən Cavabdeh ünvanlanmış ## ###### 2025-ci il tarixli 5- **/*-T-**-***/**** nömrəli məktubda göstərilmişdir: “məlumdur ki, Balakən RIH başçısının ##.##.2001-ci il tarixli ** nömrəli sərəncamı ilə rayonun “Təpəçöl” adlanan ərazisində 9,5 ha dövlət mülkiyyətinə aid (3,9 ha ictimai tikinti altı və 5,6 ha örüş) torpaq sahəsi Nəsibov Əhmədilov Ibrahimxəlil oğlunun icarəsinə verilmişdir. Həmin sərəncamda icarənin müddəti göstərilməmiş, icarə ilə bağlı digər hüquqi sənədlər hazırlanmamış,Ə.Nəsibovla icarə müqaviləsi bağlanmadığından DƏDR-də dövlət qeydiyyatı aparılmamışdır.Sözügedən ərazinin icarəyə verilməsinin hüquqi əsası olmadığına görə Balakən Rayon Icra Hakimiyyəti başçısının ** nömrəli, ##.##.2015-ci il tarixli Sərəncamı ilə Balakən RIHBnın ##.##.2001-ci il tarixli ** nömrəli sərəncamı ləğv edilmişdir. Qeyd edilən Sərəncamın 2015-ci ildə ləğv edilməsinə baxmayaraq Ə.Nəsibov sağlığında sərəncamın ləğvinə heç bir münasibət bildirməmişdir.Əhmədilov Nəsibov ##.##.2020-ci il tarixdə vəfat etmişdir.Qardaşınız X1 dəfələrlə rayon icra hakimiyyətinə müraciət edərək dövlət mülkiyyətində olan həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin icarəsinə verilməsini xahiş etmiş, lakin bu ərazidə yerləşən miras əmlakın pay bölgüsü ilə bağlı aranızda mübahisə olduğundan torpaq sahəsindən səmərəli istifadə olunacağına əsaslı şübhələr yarandığı üçün ərazinin qardaşınızın və ya sizin icarənizə verilməsi məqsədəuyğun hesab edilməmişdir. Bildiririk ki, hazırda dövlət mülkiyyətində olan torpaq sahəsində yerləşən, mərhum atanızın mülkiyyətində olmuş və ailənizə miras qalmış fərdi yaşayış evi, mal damı, yem talvarının bölgüsü ilə bağlı qardaşınız X1yla aranızda olan mübahisə üzrə məhkəmə prosesi yekunlaşmış, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının qərarı qanuni qüvvəsini almışdır. Məhkəmələrin qətnamə və qərarlarında sizin və ya qardaşınızın dövlət mülkiyyətində olan torpaq sahəsinə hər hansı bir hüququnuz müəyyən edilməmişdir. Sizə dəfələrlə tərəfimizdən sözügedən torpaq sahəsinin dövlət ehtiyat fondu torpağı olduğu, bu ərazidən qanunsuz istifadə etdiyiniz halda barənizdə qanunvericiliyə uyğun tədbirlər görüləcəyi bildirilmişdir. Lakin, siz buna məhəl qoymadan həmin ərazidən istifadə etməyi davam etdirirsiniz. Məlumat üçün bildiririk ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma cinayət məsuliyyəti yaradır və üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Sizdən sözügedən dövlət mülkiyyətində olan torpaq sahəsini ən qısa müddətdə zəbtdən azad etməyiniz tələb olunur”. Işdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi Idarəsinin ## ######## 2024-cü il tarixli *-**-*-**/*- ****/**** nömrəli mütəxəssis rəyində göstərilmişdir ki: 1.Balakən rayonu Mahamalar kəndi ərazisində yerləşən, mübahisəli 9.5 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin naturada ölçüləri 9.13 hektardır. 2.Sözügedən mübahisələndirilən 9.13 ha torpaq sahəsininin 0.14 ha hissəsi hüquqları dövlət reyestrində qeydiyyata alınmış reyestr nömrəli 4********** olan çıxarış sənədində göstərilən Dövlət mülkiyyətinə aid 9.34 ha ehtiyat fondu torpaqları örüş ərazisinin hüdudları daxilinə,geri qalan ərazi isə TEKUIS məlumat bazasına əsasən Mahamalar bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı kolluqlar, örüş, əkin,tikinti altında olan ərazilərin hüdudları daxilində yerləşir. 3.Mübahisəli 9.13 hektar torpaq sahəsində yerləşən tikililər və həmin tikililər torpaq sahəsininin hansı hissəsində yerləşməsi barədə məlumatlar tərtib edilmiş yerquruluşu planında göstərilmişdir. 4.Cavabdeh Cavabdeh mübahisəli 9.13 hektar torpaq sahəsindən naturada istifadə edir Həmin 9.13 ha torpaq sahəsininin 0.14 ha hissəsi hüquqları dövlət reyestrində qeydiyyata alınmış, reyestr nömrəsi 4********** olan çıxarış sənədində göstərilən Dövlət mülkiyyətinə aid 9.34 ha ehtiyat fondlu torpaqları örüş ərazisinin hüdudları daxilinə, geri qalan ərazi isə TEKUIS məlumat bazasına əsasən Mahamalar bələdiyyəsinin mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı kolluqdlar, örüş, əkin, tikinti altında olan ərazilərin hüdudları daxilində yerləşir.Torpaq sahəsinin yerləşmə vəziyyəti ölçüləri və döngə nöqtələrinin koordinatları tərtib edilmiş yerquluruşu planında göstərilmişdir. Işdə olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2024-cü il tarixli *(***)-****/**** nömrəli qərarından görünür ki,həmin qərarla Cavabdeh kassasiya şikayətinin təmin edilməməsi,iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2023-cü il tarixli,*(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Cavabdeh аpellyаsiyа şikаyəti vermişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh Cavabdeh apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, o məhkəmə iclaslarında izahat verərkən bildirmişdir ki, iddiada qeyd olunan 3,9 ha torpaq sahəsinin üzərində ona və digər mülkiyyətçilərə məxsus tikililər mövcuddur. Iddia ərizəsində qeyd olunan 3,9 ha torpaq sahəsi mərhum atası Nəsibov Əhmədilov Ibrahimxəlil oğlundan miras qalmış və hazırda mən, X1, X4, X5 və X6 məxsus, əvvəllər kolxoza məxsus olmuş 1 ədəd yem talvarı (altıaçıq), 1 ədəd mal damı, 2 ədəd fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsinin müəyyən hissəsindən həmin əmlaklara daxil olmaq, çıxmaq və onlardan istifadə etmək məqsədi ilə istifadə edirlər. Həmin tikililər üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi heç vaxt dövlət ehtiyyat fondu torpağı ola bilməz, çünki, qeyd olunan tikililərin yerləşdiyi ərazi bələdiyyə mülkiyyətinə aiddir. Hesab edir ki, Balakən Rayon Məhkəməsi qeyd olunan torpaq sahəsində yerləşən tikililərlə bağlı Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrim PHŞ ** saylı Zaqatala Ərazi Idarəsinə müraciət edərək, həm həmin tikililərin sənədlərini əldə edə bilər, həm də müvafiq mütəxəssis rəyi əldə edə bilər. O, iddiada qeyd olunan 5,6 ha torpaq sahəsindən isə ümumiyyətlə istifadə etmir və etməmişdir. Belə ki, qardaşı X1 bundan təqribən 1-2 il əvvəl də onun həmin torpaq sahəsini zəbt etməyi ilə bağlı şikayət etmişdi. Həmin şikayətə əsasən Balakən Rayon Polis Şöbəsində araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Çünki, həmin şikayət də hazırki iddia ərizəsi kimi əsassız və qanunsuz olmuşdur. O, heç bir torpaq sahəsini özbaşına tutmamışdır. Iddiada qeyd olunan 3,9 ha torpaq sahəsinin üzərində ona, X1, X4, X5 və X6 məxsus tikililər mövcud olsa da iddiaçı Balakən Rayon Icra Hakimiyyəti yalnız onu cavabdeh qismində işə cəlb etmişdir. Hesab edir ki, Balakən Rayon Icra Hakimiyyətinin niyyəti onun mülkiyyətində olan tikintilərdən istifadə etməyinin qarşısını almaqla həmin əraziləri X1 icarəyə verməkdir. Icra Hakimiyyəti öz qərəzini hazırki iddia ərizəsi ilə bir daha sübut edir. Çünki, o, dəfələrlə qeyd olunan torpaq sahələrinin ona icarəyə verilməsi ilə bağlı Balakən Rayon Icra Hakimiyyətinə və digər dövlət qurumlarına müraciət etsə də, Icra Hakimiyyəti torpaq sahəsini icarəyə verməmişdir. Lakin, Balakən Rayon Məhkəməsi əsassız və qanunsuz olaraq iddia tələbini qismən təmin edərək Balakən rayonu Mahamalar kəndinin “Təpəçöl” adlanan ərazisində yerləşən, Dövlət mülkiyyətində olan 1,1966 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi Idarəsinin ## ######## 2024- cü il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyinə əlavə edilmiş yerquluruşu planına uyğun çıxarılması barədə qətnaməni qəbul etmişdir. Hansı ki, Azərbaycan Repsublikasının Konstitusiyasının 13-cü maddəsinin İ və II hissələrinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Balakən Rayon Məhkəməsi işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamış, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, Balakən Rayon Məhkəməsi qətnaməni belə əsaslandırmışdır ki, məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cavabdeh Balakən rayonu Mahamalar kəndinin “Təpəçöl” adlanan ərazisində yerləşən, Dövlət mülkiyyətində olan 1,1966 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi Idarəsinin ## ######## 2024-cü il tarixli 3-21-3-47/2- ****/**** nömrəli mütəxəssis rəyinə əlavə edilmiş yerquluruşu planına uyğun çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Halbuki, məhkəmə iclasında qeyd etmişdir ki, iddiaçının iddia etdiyi 3,9 ha torpaq sahəsi mərhum atası Nəsibov Əhmədilov Ibrahimxəlil oğlundan miras qalmış və hazırda o, X1, X4, X5 və X6 məxsus, əvvəllər kolxoza məxsus olmuş 1 ədəd yem talvarı (altıaçıq), 1 ədəd mal damı, 2 ədəd fərdi yaşayış evi vardır. Həmin torpaq sahəsinin müəyyən hissəsindən həmin əmlaklara daxil olmaq, çıxmaq və onlardan istifadə etmək məqsədi ilə istifadə edirlər. Həmin tikililər üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin torpaq sahəsi heç vaxt dövlət ehtiyyat fondu torpağı ola bilməz, çünki, qeyd olunan tikililərin yerləşdiyi ərazi bələdiyyə mülkiyyətinə aiddir. Bundan başqa mütəxəssis rəyində tərəfindən 1,1966 ha torpaq sahəsinin zəbt olunması qeyd olunmamışdır. Ümumiyyətlə mütəxəssis rəyi aydın şəkildə izah olunmamışdır. Rəydə qeyd edilir ki, mübahisəli 9.13 hektar torpaq sahəsindən 0.14 ha hissəsi hüquqları dövlət reyestrində qeydiyyata alınmış, reyestr nömrəsi 4********** olan çıxarış sənədində göstərilən Dövlət mülkiyyətinə aid 9.34 ha ehtiyat fondlu torpaqları örüş ərazisinin hüdudları daxilində yerləşir, yəni tərəfindən həmin torpaq sahəsinin 0,14 ha hissəsi istifadə olunur. Lakin Balakən Rayon Məhkəməsi formal olaraq qətnamə qəbul edərək Balakən rayonu Mahamalar kəndinin “Təpəçöl” adlanan ərazisində yerləşən, güya Dövlət mülkiyyətində olan 1,1966 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılmağıma dair qətnamə qəbul etmişdir. Bundan başqa məhkəmə iclasında qeyd etmişdir ki, həmçinin iddiaçının iddia ərizəsində də qeyd olunmuşdur ki, Cavabdeh 3,9 ha ictimai tikinti altı və 5,6 ha örüş torpaq sahəsindən istifadə etməsi faktı müvafiq qaydada aktlaşdırılmış, müvafiq sənədlər Azərbaycan Respublikasının Daxili Işlər Nazirliyinə göndərilmişdir. Balakən RIH tərəfindən # ### 2024-cü ildə *-**/*-***/**** saylı məktubla rayon polis şöbəsinə,## ###### 2024-cü ildə 5-36/2- ****/**** saylı məktubla rayon prokurorluğuna rəsmi müraciət edilmiş, Cavabdeh barəsində qanunamüvafiq tədbirlərin görülməsi xahiş edilmişdir. Lakin Balakən Rayon Polis Şöbəsində araşdırma aparılmış və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Halbuki, məhkəmə bu faktı araşdırmamış, Balakən Rayon Polis Şöbəsindən həmin rədd materialının məhkəməyə təqdim edilməsinə dair sorğu verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsində (sübutların qiymətləndirilməsi) qeyd olunur ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmMehman hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bununla da, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.1, 76, 82 və 88-ci maddələrinin tələblərini pozmuşdur ki, bu da son nəticədə qəbul edilmiş qətanamənin qanuni və əsaslı olmamasına əsas yaratmışdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun ## ###### 2005-ci il tarixli, 4 N-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Qərarın 2.1-ci bəndində məhkəmələrin diqqəti Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamənin qanuni və əsaslı tərtib olunması zəruriliyinə cəlb edilir. Qərarın 2.2ci bəndinə görə, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə, qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qərarın 6.2-ci bəndinə görə, qətnamənin əsaslandırıcı hissəsinə xüsusi diqqət verilməlidir. Qətnamənin həmin hissəsində işin məhkəmə tərəfindən müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir.
8. Ona görə də, Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
10. Cavabdeh Cavabdeh işə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə kollegiyasının iclasına gəlməmiş, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti nümayəndəsini göndərməmişdir. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Balakən Rayon Icra Hakimiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
12. Azərbaycan Respublikası Konstitusiyası: 13-cü maddəsinin İ və II hissələrinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. 29-cu maddəsinin İ, II və IV hissələrinə görə hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 238.1 və 238.3-cü maddələrinə əsasən daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Həmin Məcəllənin 239.2-ci maddəsinə görə fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir.
14. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri başqa torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarını pozmamalıdırlar. 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyati üzrə geri qaytarılmalıdır.
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci mаddəsinə görə аpellyаsiyа instаnsiyаsı məhkəməsi qətnаməni dəyişdirmədən, аpellyаsiyа şikаyətini isə təmin etmədən sаxlаyа bilər. 385.2-ci maddəsində qeyd edilir ki, birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər.
19. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.
20. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.
21. Cavabdeh Cavabdeh Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** nömrəli qətnaməsinin tam ləğv edilməsini xahiş etdiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını tam yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Cavabdeh apellyasiya şikayətində birinci instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın qismən olsada təmin edilməsi üçün əsasların olmadığını və sair göstərsə də, apellyasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır.
24. Belə ki, birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddia tələbi bilavasitə sübutetmə ilə bağlıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2,217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların mövcud olub olmamasını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər hansı dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Hazırkı işdə iddiaçı Balakən Rayon Icra Hakimiyyəti Balakən rayonu Mahamalar kəndinin “Təpəçöl” adlanan ərazisində yerləşən Dövlət mülkiyyətində olan 9.5 hektar torpaq sahəsindən cavabdeh Cavabdeh qanunsuz istifadə etdiyini göstərsə də bu barədə hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında müəyyən olunmuşdur ki, cavabdeh Cavabdeh mübahisəli 9.13 hektar torpaq sahəsindən naturada istifadə edir. Cavabdehin istifadə etdiyi həmin torpaq sahəsinin isə cəmi 1,1966 hektar hissəsi Dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq olunan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutları tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab etmişdir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh Cavabdeh Balakən rayonu Mahamalar kəndinin “Təpəçöl” adlanan ərazisində yerləşən, Dövlət mülkiyyətində olan 1,1966 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ** saylı Zaqatala Ərazi Idarəsinin ## ######## 2024-cü il tarixli 3-21-3-47/2- ****/**** nömrəli mütəxəssis rəyinə əlavə edilmiş yerquluruşu planına uyğun çıxarılmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
25. Nəzərə alınmalıdır ki, torpaq münasibətlərinin tənzimlənməsi mexanizmlərini təkmilləşdirmək, torpaqların elektron uçotunu aparmaq, elmi-texniki tərəqqinin inkişafı nəticəsində yaranmış müasir coğrafi informasiya sistemləri, geodeziya avadanlıq və cihazları tətbiq edilməklə torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılmasına nail olmaq, torpaqlardan daha səmərəli istifadəni təmin etmək məqsədi ilə “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## #### 2016-cı il tarixli, *** nömrəli Fərmanı imzalanmışdır.
26. Həmin Fərmanla “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları” təsdiq edilmişdir.
27. Göründüyü kimi Fərmanla yaradılan torpaqların elektron kadastr uçotu informasiya sisteminin və rəqəmsal kadastr xəritəsinin əsas məqsədlərindən biri məhz torpaqların faktiki istifadə vəziyyəti ilə hüquqları təsdiq edən sənədlərdə olan uyğunsuzluqların aradan qaldırılması olmuşdur. Fərmanın 2.3-cü bəndinə əsasən digər məsələlər yanaşı, həmin sistem və xəritə hazırlanarkən torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların (sərhəd, yerləşmə və konfiqurasiya fərqlərinin) Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə tapşırılmışdır. Fərmanın icrası qaydasında Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu işləri aparılmış və həmin məlumatlar Torpaqların elektron kadastr uçotu informasiya sisteminə (TEKUIS) və AZCADinteqrasiya edilmişdir.
28. Cavabdeh apellyasiya şikayətində ## ######## 2024-cü il tarixli *-**-*-**/*-****/**** nömrəli mütəxəssis rəyini mübahisələndirsə də, işdə olan həmin rəyə nəzər yetirdikdə, mübahisələndirilən mütəxəssis rəyi əsaslandırılmış və mütəxəssis qarşısında qoyulan suallara aydın cavab verməklə qeyri-mötəbərliyinə əsas verəcək heç bir hal aşkar edilməmişdir.
29. Bununla yanaşı, birinci instansiyası məhkəməsinin iclasında dindirilmiş Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ** saylı Zaqatala Ərazi Idarəsinin daşınmaz əmlakın kadastr, texniki inventarlaşdırma,qiymətləndirmə və ünvan reyestri şöbəsinin böyük yerquruluşu üzrə mühəndisi Şahid ifadəsində göstərmişdir ki, hazır ki mülki iş üzrə mübahisəli torpaq sahəsinə dair mütəxəssis rəyi onun tərəfindən hazırlanmış, mübahisəli 9,5 hektar torpaq sahəsinin naturada ölçüləri 9,13 hektardır. Həmin torpaq sahəsinin cəmi 1,1966 hektar hissəsi Dövlət mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir. Həmin torpaq sahəsində heç bir tikili yoxdur və bu torpaq sahəsi cavabdeh Cavabdeh tərəfindən istifadə olunur. Qeyd etdiyi hallar mütəxəssis rəyinə əlavə edilmiş sxemdən aydın görünür.
30. Odur ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini nəzərə alıb iş üzrə sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmişdir.
31. Avropa Insan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa Insan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
32. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, birinci instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Birinci instansiyası məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, birinci instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
33. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
34. Məhkəmə kollegiyаsı iş üzrə toplаnmış sübutlаrı yuxаrıdа şərh olunаn mаddi və prosessuаl hüquq normаlаrı ilə əlаqəli şəkildə tədqiq edərək hesаb edir ki, birinci instаnsiyа məhkəməsi iddianı qismən təmin edərkən, düzgün nəticəyə gəldiyindən və qətnаmə həmin fаktlаr nöqteyi-nəzərindən qаnuni və əsаslı, mаhiyyəti üzrə isə düzgün olduğundаn, işdə qətnаmənin ləğv edilməsi üçün əsаslаr olmаdığındаn, cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmamalı, Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Cavabdeh tərəfindən verilmiş аpellyasiya şikayəti təmin edilməsin. Iş üzrə Balakən Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməzsə, qəbul edildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.