Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1019/2026 23.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair mülki iş üzrə (Açar sözlər: fərdi yaşayış evinə köçürülmə ) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X4 və X5 ibarət tərkibdə, məhkəmə iclasının katibi Həsənova Bahar Elxan qızının katibliyi, iddiaçılar iddiaçı2 və iddiaçı1, cavabdeh cavabdeh2 və onun nümayəndəsi və vəkili vəkil1, mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iştirakları ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı iddiaçı1 və cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, cavabdeh2 ilə X6 nikahları ##.##.1978-ci il tarixdə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada “Əliyeva” soyadı verilmişdir;
2. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ##.##.1981-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Atası cavabdeh2, anası iddiaçı2dır;
3. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2016-cı il tarixli qətnaməsindən görünür ki, X16 ilə X12 arasında ##.##.2007-ci il tarixdə Bakı şəhəri, Əzizbəyov rayon VVADQ şöbəsində **** saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş ##.##.2011-ci il təvəllüdlü X9 anası X13 yanında saxlanılması qət edilmişdir;
4. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2024- cü il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsi, ev 8, 10, 12, mənzil 15 (yeni qaydalarla : AZ 1008, ünvan 2) üzərində ½ hissədə cavabdeh2, ½ hissədə iddiaçı2 pay hüquqlarının tanınması qət edilmişdir;
5. Azərbaycan Respublikası Daxili Işlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya Idarəsinin ##.##.2025-ci il tarixli məktubunun surətindən görünür ki, ##.##.1981-ci il təvəllüdlü Abdullayarı (Abdullayeva) Ruziyə Mehman qızı ##.##.2010-cu il tarixdən ##.##.2022-ci il tarixədək ünvan 3-də, ##.##.2022-ci il tarixdən hazıradək Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsi, ev 8, 10, 12, mənzil 15 (Yeni qaydalarla: ünvan 2)-də; ##.##.1952ci il təvəllüdlü iddiaçı2 ##.##.1983-cü il tarixdən ##.##.2022-ci il tarixədək ünvan 3-də, ##.##.2022-ci il tarixdən hazıradək Bakı şəhəri, Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsi, ev 8, 10, 12, mənzil 15 (Yeni qaydalarla: ünvan 2) ünvanında yaşayış yeri üzrə qeydiyyatdadırlar;
6. Azərbaycan Respublikasının Iqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X8 * saylı Bakı Ərazi Idarəsinin ##.##.2025-ci il tarixli məktubundan görünür ki, ünvan 4a saylı fərdi yaşayış evinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir;
7. Azərbaycan Respublikası Bakı Şəhəri mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2in ##.##.2025-ci il tarixli məktubundan görünür ki, Nərimanov rayonu, Habil Mirzəyev küçəsi, ev 75 ünvanında iddiaçı2 məxsus fərdi yaşayış evinin genişləndirilməsinə icazə verilməsi ilə bağlı müraciətin edilməsi barədə məlumat aşkarlanmamışdır. Həmçinin Nərimanov rayonu, Habil Mirzəyev küçəsi, ev 75 a ünvanının hansı tarixdə və kimin müraciəti əsasında verilməsi barədə məlumat aşkarlanmadı;
8. ##.##.2025-ci il tarixli yerli baxış protokolundan görünür ki, ünvan 4 ünvanında yerləşən özbaşına tikiliyə baxış keçirilərkən müəyyən olunmuşdur ki, ev ümumi 2 yataq otağı, 1 mətbəx, 1 qonaq otağı və sanuzeldən ibarətdir. Evin dəhlizinə 2 otağın və sanuzelin qapısı açılır. Sol tərəfdə bir yataq otağı, sağ tərəfdə isə mətbəx yerləşir. Mətbəxin daxilindən isə iç-içə yerləşən digər 2 otağa qapı açılır. Özbaşına tikilinin dəhliz hissəsi təmirsizdir. Digər otaqlar isə orta təmirlidir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı2 və iddiaçı1 azyaşlı oğlu ##.##.2011-ci il təvəllüdlü X10 ilə birlikdə ünvan 4 a ünvanında yerləşən evə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. 10.Iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı2 cavabdeh cavabdeh2 ilə ##.##.1978-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahdan cavabdeh1 və iddiaçı1 anadan olmuşdur. O, 1978-ci ildə ailə qurarkən həyat yoldaşı cavabdeh2 ilə əvvəlcə müxtəlif ünvanlarda yaşamış, 1981-ci ildə Mehmanın valideynlərinə məxsus “Çermet” deyilən ərazidə yerləşən torpaq sahəsində, indiki ünvan 4 a ünvanında ev tikmiş və həmin evə köçüb yaşamağa başlamışlar. Həyat yoldaşı cavabdeh2 ilə uzun illərdir ki, ciddi problemləri olmuşdur. cavabdeh2 1998-ci ildə köçüb başqa ünvanda yaşamışdır. Nikah pozulmamışdır. 1993-cü ildə ünvan 3 ünvanında ümumi həyətdə yerləşən ev almışlar. Bina tikintisi ilə əlaqədar həmin ev sökülmüş, əvəzində bir otaqlı mənzil verilmişdir. Məhkəmə qətnaməsi ilə həmin mənzil üzərində iddiaçı2 və cavabdeh2 ½ payı müəyyən edilmişdir. Qeyd edilən mənzil artıq satılmışdır. 2017-2018-ci illərdə söküntü zamanı əldə edilən pulla o, 2018-ci ildə Nərimanov rayonu, Habil Mirzəyev küçəsi, ev 75a ünvanında həyətdə ev tikmişdir. Köhnədən qalan evi də yenidən qurub, yeni evə birləşdirmişdir. O, hazırda qızı iddiaçı1 və onun oğlu ##.##.2011- ci il təvəllüdlü X10 ilə kirayədə yaşayırlar. Nərimanov rayonu, Habil Mirzəyev küçəsi, ev 75a ünvanında yerləşən evdə həyat yoldaşı cavabdeh2 və cavabdeh1 yaşayır. Qızı iddiaçı1 əri X17 ayrılıb, onunla yaşayır. Oğlu cavabdeh1 arvadı X1 boşanmışdır. Əliyeva Diana 6 uşağı ilə birlikdə atasının evində yaşayır. O, uzun müddət yaşadığı və tikdiyi evə qayıtmaq istəsə də, oğlu cavabdeh1 və əri cavabdeh2 buna mane olur və onu evə buraxmırlar. Hazırda onun qızı və nəvəsi ilə birlikdə başqa yaşayış yeri yoxdur. Məcburiyyət qarşısında qalıb kirayədə yaşayırlar. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində uzun müddət yaşadığı evdən, evdə qalmış əmlaklarından, əşyalarından istifadə etmək hüququndan qanunsuz olaraq məhrum olmuşdur. Qeyd olunan evin rəsmi sənədləri yoxdur. Üç otaq, mətbəx və girişdən ibarət olan evin yalnız ** saylı MKIS-in mühəndisi tərəfindən çəkilmiş sxemi vardır. Onun həmin ünvanda yaşamağını və həmin ünvanda ev tikməyini qonşular şahid kimi təsdiq edə bilərlər.
11. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Çermet deyilən ünvanda olan evə 1979- cu ildə gəlin gəlmişdir. Daha sonra yola getmədikləri üçün Biləcəriyə köçmüşdür. 1981-ci ildə anasının evinə getmişdir. Bir müddət orada qalmışdır. Uşağı da onun əlindən alınmışdır. Sonra evinə qayıtmışdır. Gəlin getdiyi ev qaynatasının olmuşdur. 90-cı illərdən həmin evdə yaşamışdır. 1998-ci ildə keçmiş əri onunla mübahisə edərək həmin evdən çıxıb başqa ünvanda yaşamağa başlamışdır. Lakin o, uşaqları ilə mübahisələndirilən evdə yaşamağa davam etmişdir. Orada yaşadığı vaxt yığdığı pul hesabına 2018-ci ildə əlavə otaq tikmişdir. Oğlunun uşaqları ilə həmin otaqda yaşayırdı. Təmir pulunu o vermişdir. Bir müddət oğlu ilə yola getmədikləri üçün qardaşının evində qalmışdır. Sonra qardaşı həmin evi satmışdır. Iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasında iştirak edən iddiaçı iddiaçı1 bildirmişdir ki, 1981-ci ildən o evdə böyümüşdür. 2008-ci ildə ailə həyatı qurub getmiş, bir neçə ildən sonra o evə qayıtmışdır. Əvvəl 2 otaq idi. Sonradan anası Icra Hakimiyyətinə müraciət etmiş və 2018-ci ildə evi anasının vəsaiti hesabına tikmişlər. 2020-ci ildən dayısının evində yaşayırdılar. Bu ilin fevral ayından kirayədə yaşayırlar. 1994-cü ilə qədər Nərimanov rayonu, Habil Mirzəyev küçəsi, ev 75 a ünvanında qeydiyyatda olmuşlar. Lakin cavab məktubunda qeydiyyatda olanların siyahısında onların adı yoxdur. 1998-ci ildə atası başqası ilə qeyri rəsmi ailə quraraq evdən çıxıb getmişdir. Iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh2 bildirmişdir ki, o, iddiaçı iddiaçı2 ilə evləndikdən sonra Habil Mirzəyev küçəsi, ev 75 ünvanına onu heç vaxt qeydiyyata salmamışdır. 1993-cü ildə ünvan 3 ünvanında yerləşən mənzili aldıqdan sonra iddiaçıları oraya qeydiyyata salmışdır. Iddiaçıların həmin evə heç bir haqları yoxdur. Iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
14. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 bildirmişdir ki, o, atasının və əmisinin razılığı ilə Nərimanov rayonu, Habil Mirzəyev küçəsi, ev 75 a ünvanına ##.##.2025-ci ildə qeydiyyata düşmüşdür. Həyətdə iki ev olmağına baxmayaraq 75 a ünvanı ##.##.2025-ci ildən portala əlavə edilmişdir. Atası və anası arasında nikah pozulduğundan birlikdə yaşamırlar. Onlar iddiaçılarla birlikdə yaşaya bilmirlər. O, 2 otağı öz vəsaiti hesabına tikmişdir. Ümumiyyətlə sözügedən evi iddiaçılar tikməyiblər. O ev onun babasından qalmışdır. Nə anası, nə də bacısı Habil Mirzəyev küçəsi, ev 75 ünvanında heç vaxt qeydiyyatda olmamışlar. Bacısı 2016-cı il tarixdə boşanıb gəlmişdir. Iddia tələbinin rədd olunmasını xahiş etmişdir.
15. Məhkəmə iclasında şahid qismində dindirilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bildirmişdir ki, o, 1961-ci ildən ** saylı mənzildə yaşamış və orada qeydiyyatda olmuşdur. O evi atası tikmişdir. Qardaşı ailə həyatı qurduqdan sonra maddi çətinliyi olduğu üçün Nərimanov rayonu, Habil Mirzəyev küçəsi, ev 75 ünvanında 2 otağı qardaşına vermişdir. Ev köhnəldiyindən icra hakimiyyətinə müraciət etmişdir. Yeni evin tikilməsi üçün icazə alaraq, 75a evini tikdirmişlər. Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsi, ev 14, mənzil 12 satıldıqdan sonra Səbuhi 75a-ya qeydiyyata düşmüşdür. Həmin o evi Səbuhi öz maşınını satıb tikdirmişdir. Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsi, ev 14, mənzil 1 ümumilikdə onun adınadır. Onun icazəsi ilə cavabdeh1 o həyətdə evi tikə bilmişdir. 75a ünvanı son 1 ilədək mövcud olmamışdır.
17.Məhkəmə işin faktiki halları ilə bağlı qeyd etmişdir ki, iddiaçı2 ilə cavabdeh2 ##.##.1978-ci il tarixdə ailə həyatı qurmuşdur. Birgə nikahdan iki övladı cavabdeh1 və iddiaçı1 doğulmuşdur. Tərəflər ailə həyatı qurduqdan sonra bir müddət fərqli ünvanlarda yaşamış, daha sonra 1981-ci ildə ünvan 4 ünvanına köçmüşlər. 2018-ci ildə ünvan 4 ünvanında yerləşən mənzilə bitişik bir otaqlı fərdi yaşayış evi tikmişlər. Iddiaçı iddiaçı1 2016-ci ildə boşanmış və boşandıqdan sonra anası iddiaçı2 ilə yaşamışdır. Hazırda iddiaçılar başqa yaşayış yerinin olmadığını və məcburiyyət qarşısında kirayədə qaldıqlarını, evdən istifadə hüquqlarının olduğunu bildirirərək, iddiaçı iddiaçı2 və iddiaçı X12 azyaşlı oğlu ##.##.2011-ci il təvəllüdlü X9 ilə birlikdə ünvan 1 ünvanında yerləşən evə köçürülmələrini xahiş edirlər. Cavabdehlər isə iddiaçıların mənzilə dair hər hansı hüquqlarının olmadığını bildirərək iddiaya etiraz edirlər. 18.Məhkəmə qeyd etmişdir ki, iddiaçının tələbi dövlət reyestrində qeydiyyatdan keçmədiyinə görə hüquqi statusu etibarilə özbaşına tikili hesab edilən evlə bağlıdır və ölkə qanunvericiliyində özbaşına tikiliyə köçürülmə məsələlərini birbaşa tənzimləyən maddi hüquq norması mövcud deyildir. Bununla belə, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur - həmin maddədə yalnız özbaşına tikinti aparmış şəxsin ona mülkiyyət hüququnu əldə etməyəcəyi, onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarının olmadığı təsbit olunmuşdur.
19. Iddiaçı keçmiş əri ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və 1981-ci ildə mübahisələndirilən evə köçərək qaynatası ilə birlikdə yaşamışlar. Qanunvericilik mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarının tətbiq edilməsini nəzərdə tutduğundan və özbaşına tikiliyə dair hüquq münasibətlərini tənzimləyən xüsusi normalar olmadığından, hazırkı mübahisə üzrə ## ####### 2009-cu il tarixədək qüvvədə olmuş keçmiş Mənzil Məcəlləsi tətbiq olunmalıdır.
20. Nəzərə alınmalıdır ki, iddiaçı iddiaçı2 cavabdeh cavabdeh2 ilə ##.##.1978-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 1981-ci ildən etibarən ünvan 4 ünvanında yerləşən yaşayış sahəsində köçərək qaynatasıgillə birgə yaşamışdır. Müəyyən dövrlərdə münasibətlər kəskinləşdiyi zaman evdən çıxıb getsə də, yenidən həmin evə qayıtmış, 1998-ci ildən daimi orada yaşamışdır. Həmin yaşayış sahəsinə bitişik 1 otaqlı ev sonradan, 2018-ci ildə tikilmiş və həmin evə 75 a ünvanı verilmişdir. Iddiaçı iddiaçı2 bu otağın onun vəsaiti hesabına tikildiyini bildirsə də, cavabdeh olan oğlu - cavabdeh1 anasının onunla birlikdə yaşadığını inkar etməmiş, lakin otağın tikintisini öz vəsaiti hesabına həyata keçirdiyini bildirmişdir. Məhkəmə tərəfindən qeyd edilən ünvana yerli baxış keçirilmiş və tikilinin faktiki baxımdan vahid yaşayış sahəsi olduğu aşkar edilmişdir.
21. Məhkəmə iddiaçı iddiaçı2 mübahisələndirilən fərdi yaşayış evinə köçürülməsi ilə bağlı qeyd etmişdir ki, iddiaçı iddiaçı2 mübahisəli yaşayış sahəsinə ailə üzvü qismində köçürülmüş, uzun müddət – onilliklər ərzində həmin evdə faktiki yaşamış, ailə təsərrüfatında iştirak etmiş və yaşayış sahəsinin saxlanılması və yaxşılaşdırılmasında iştirak etmişdir. Onun yaşayış sahəsini tərk etməsi isə könüllü xarakter daşımamış, ailədaxili münaqişələr və cavabdehlər tərəfindən yaradılan maneələr nəticəsində baş vermişdir. Bu baxımdan qeyd edilməlidir ki, iddiaçının müəyyən dövrdə mübahisəli yaşayış sahəsində faktiki yaşamaması onun evdən istifadə hüququnu itirməsi kimi qiymətləndirilə bilməz. Qanunvericilik yaşayış sahəsindən istifadə hüququnun itirilməsini yalnız şəxsin daimi yaşamaq məqsədilə başqa yaşayış sahəsinə köçməsi ilə əlaqələndirir. Halbuki iş üzrə müəyyən edilmiş hallar iddiaçı iddiaçı2 belə bir iradə nümayiş etdirmədiyini, əksinə, mübahisəli yaşayış sahəsinə qayıtmaq niyyətinin davamlı olduğunu təsdiq edir. O da qeyd edilməlidir ki, məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür özbaşına tikililərə hər hansı bir hüquq əldə etmədən və tanımadan köçürülməsi təcrübəsi mövcuddur.
22. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab etmişdir ki, iddiaçı iddiaçı2 ünvan 4a ünvanında yerləşən evə köçürülməsi tələbi qanuni və əsaslı olduğundan təmin edilməlidir.
23. Məhkəmə iddiaçı1 oğlu, ##.##.2011-ci il təvəllüdlü X10 ilə birlikdə ünvan 4 a ünvanında yerləşən evə köçürülməsi tələbinə münasibətdə qeyd etmişdir ki, şəxsin əvvəllər yaşadığı yaşayış sahəsini tərk edərək daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi qənaətinə gəlmək üçün mütləq onun özünə məxsus yaşayış sahəsinə malik olması halının müəyyən olunmasına ehtiyac yoxdur. Burada əsas dəyərləndirilməli olan məqam şəxsin tərk etdiyi yaşayış sahəsi ilə bağlılığını nə qədər qoruyub saxladığı, oraya yaşamaq üçün qayıtmaq niyyətinin olub-olmadığı və ən əsası bununla bağlı real təşəbbüslər göstərib-göstərmədiyidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı1 yetkinlik yaşına çatdıqdan sonra ailə həyatı quraraq mübahisəli yaşayış sahəsini tərk etmiş, uzun müddət başqa ünvanda daimi yaşamışdır. Bu dövrdə onun mübahisəli yaşayış sahəsinə qayıtmaq məqsədilə real təşəbbüslər göstərməsi, həmin sahədə daimi yaşamaq niyyətini ifadə edən konkret hərəkətlər etməsi iş materialları ilə təsdiq olunmamışdır. Əksinə, onun yaşayış yerini faktiki olaraq dəyişməsi, ailə həyatı qurararaq başqa ünvana daimi köçməsi mübahisəli yaşayış sahəsi ilə faktiki bağlılığının kəsildiyini göstərir. Məhkəmə onu da nəzərə almışır ki, sonradan şəxsin mübahisəli yaşayış sahəsinə qayıtmaq istəyi belə, əvvəl itirilmiş istifadə hüququnun bərpasına əsas vermir. Qanunvericilikdə belə hüququn yalnız şəxsin subyektiv niyyəti ilə bərpa olunması nəzərdə tutulmamış, bunun üçün hüquqi əsasların mövcudluğu tələb edilmişdir. Bu səbəbdən iddia tələbi ona münasibətdə təmin edilməməlidir. O da qeyd edilməlidir ki, iddiaçı 75 a ünvanına köçürülməsini xahiş etsə də, həmin otağın sonradan tikintisində, təmirində iştirakını təsdiq edən hər hansı sübut təqdim etməmişdir.
24. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1, 11.2, 13.4, 27.1, 162, 164, 180.1, 180.2, 27.2-ci; ## ####### 2009-cu ilə tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci və 3-cü hissəsi, 123, 60, 87-cü maddəsi; “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 1999-cu il tarixli Qərarı; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair ## #### 2001-ci il tarixli Qərarı və Mülki Prosessual Məcəllənin 119.1 və 216-220-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
25. Qətnamədən iddiaçı iddiaçı1 apellyasiya şikayəti verərək qətnamənin qismən - iddiaçı iddiaçı1 iddiasının təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə təmin edilməsini xahiş etmişdir.
26. Iddiaçının apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı iddiaçı1 1981-ci ildə mübahisəli evdə anadan olmuş və böyümüşdür. 2008 ailə həyatı qurmuş, lakin 2012-ci ildə ərindən faktiki ayrılıb anasının yanına qayıtmışdır. Hal-hazırda da iddiaçı iddiaçı1 azyaşlı oğlu ilə birlikdə anası ilə bir yerdə kirayədə yaşayır. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində uzun müddət yaşadığı evdən qanunsuz olaraq məhrum olmuşdur. Ona görə də iddiaçı iddiaçı1 iddia tələbi təmin edilməlidir.
27. Qətnamədən həmçinin cavabdeh cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
28. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı sözügedən mənzildə yaşamayıb, onun həmin mənzildə yaşamağa qoyulmaması və mənzildən zorla çıxarılması barədə hüquq mühafizə orqnlarına müraciət olunmamışdır. Iddiaçı mənzildə yaşamamış, mənzilə sahiblik etməmişdir. Məhkəmə bu faktı araşdırmamışdır. Mənzil onun ata-baba torpağında şəxsi vəsaiti hesabına tikilmişdir. Iddiaçılar sözügedən mənzilə köçməmiş, həmin mənzildə yaşamamış, mənzildən istifadə etməmişlər. Iddiaçı iddia tələbində göstərdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. Iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi halları, yəni mübahisəli evə dair hər hansı bir hüququnun qanunvericiliklə mövcud olmasını və cavabdehin onun hüquqlarını pozmasını sübut edə bilməmişdir. Məhkəmə sübutları iddiaçının xeyrinə uyğun qiymətləndirmişdir. Cavabdeh iddianı qəbul etməyib, iddia tələbini etiraf etməyib, iddiaçı isə iddiasını əsaslandırmaq üçün məhkəməyə heç bir əsas və mötəbər sübut təqdim etməyib.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
b) Proses iştirakçılarının izahatı
30.Məhkəmə kollegiyasının iclasında iddiaçı iddiaçı1 izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, o, 1981-ci ildə anadan olmuş və həmin evdə yaşamışdır. 2008-ci ildə ailə qurmuş, həmin vaxtadək o evdə yaşamışdır. O ev anası və dayıları tərəfindən tikilib. Orada atasının anası və atasının evi olub. O evin arxa tərəfində ev tikilib. Əmisi isə sonradan ev tikib və orada yaşayıb. Nənəsi və babası vəfat etdikdən sonra onların evi sökülüb, onların evi isə qalıb. 1998-ci ildən atası onları tərk edib, başqa ailəsi var, onlarla maraqlanmayıb. Anası onlara baxıb. O, 18 yaşından işləməyə başlamış, təhsil almışdır. Qardaşnın 6 uşağı var, o da boşanandan sonra uşaqları ilə anasının yanına qayıtmışdır. Ev kiçik olduğu üçün anası Icra hakimiyyətinə müraciət etdi və icazə aldıqdan sonra evi tikildi. Əmisi deyir ki, icazəni o verib, lakin belə olmayıb. Qardaşının da köməyi olsa da, əsas anası evi tikib. Sonradan onları o evdən çıxardılar. 2016-cı ildən ayrılmışdır, 2011-ci ildən anası ilə yaşamışdır. Onun o evə hüququ çatır, orada yaşamışdır, onun da əziyyəti olub. O, o evdə yaşamaq istəyir. Həm əmlak kimi, həm övlad kimi o evə hüququ var. 1994-cü ildə babası onları qeyri-qanuni evdən qeydiyyatdan çıxarmışdı. Sonradan dayısı anasının adına ev aldı və onları o evə qeydiyyata saldı. O ev söküləndə dövlət tərəfindən onlara 300 manat pul verilirdi. Anası o pulları yığıb, ev tikmək istəyirdi. Digər evin satılması nəticəsində bu ev tikilməyib. Qardaşı onları evdən çıxardı. Atasının yeni tikilən evdə heç bir əməyi, zəhməti olmayıb. Hər şeyi dayıları və anası edib. Axırıncı səfər o evdə 2020-ci ildə yaşamışdır. 2020-ci ildə onlar dayısının anasının adına aldığı evə köçdülər. Öz evində yaşamaq istəyir, çünkü o, o evdə doğulub, böyümüşdür.
31. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh2 izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, qarşı tərəfin bildirdiklərinin hamısı yalandır. Vəkilin qurduğu ssenaridir. Oğlunun ailəsinin dağılmasının səbəbi də iddiaçılardır. O evdə heç bir hüquqları yoxdur. O, onlar üçün ev almışdı, qeydiyyata salmışdı. Sonradan oğlunu uşaqları ilə birlikdə evdən qeydiyyatdan çıxardılar. O, onlarla bir evdə yaşaya bilməz. O, hazırda o həyətdə yaşayır. Varis onun qardaşıdır, atası o evi qardaşına vəsiyyət edib. Ünvan əvvəllər ünvan 4 olub, sonradan oğlu o evə qeydiyyata düşdü və ünvan olaraq ev 75A kimi qeyd edildi. Bir həyətdir, 2 ev var. Birində qardaşı, digərində oğlu ilə o, (cavabdeh) yaşayır. O evin yerində ata evləri olub. Sonradan uşaqlar çox olduğu üçün qardaşının razılığı ilə o evin yerində yeni ev tikdilər.
32. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili vəkil1 izahatında qeyd etdi ki, onların apellyasiya şikayətinin dəlilləri iddiaçı2 barəsində olan qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi ilə bağlıdır. Həmin ərazi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mülkiyyətindədir. O bununla bağlı sənədləri gətirib. Bir əmi kimi həmin evin tikilməsinə icazəni o verib.
33. Məhkəmə kollegiyasının iclasında iddiaçı iddiaçı2 izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, o, qızı və nəvəsi ilə birlikdə kirayədə qalır. Özü 2-ci qrup əlildir. Pulu azdır, çatdıra bilmir. Özü tikdiyi evə köçmək istəyir. Oğlu gedib usta gətirib. Qalan məsələləri o, həll etmişdir. Pulu oğluna o verirdi. Hazırda o evdə oğlu tək yaşayır. Öz ailəsini, 6 uşağını da gecə vaxtı yağışda evdən qovub. 3 otağı zəbt edib, heç kimə də o evə girməyə icazə vermir.
34. Məhkəmə kollegiyasının iclasında üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 izahatında və ona verilən suallara cavab olaraq qeyd etdi ki, 1992-ci ildən olan sərəncamlar var. Eyni həyətdə 2 ev var. O, torpağı sənədləşdirmişdir. Qanun üzrə vərəsəliklə bağlı şəhadətnamə var. Iddiaçılar heç vaxt orada qeydiyyatda olmayıblar. Çıxarışla bağlı müraciət etmişdir. Qısa müddətdə hazır olacaq.
35. Iş üzrə digər cavabdeh cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən digər cavabdeh cavabdeh1 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq normaları:
36. Azərbaycan Respublikası Konstitutsiyası Maddə 43, hissə 1. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
37. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 2.1.Azərbaycan Respublikasının mülki qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasına əsaslanır və bu Məcəllədən, digər qanunlardan və onların əsasında qəbul edilən, mülki hüquq normalarını müəyyənləşdirən başqa normativ hüquqi aktlardan ibarətdir. Maddə 11.1.Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Maddə 180.1.Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Maddə 180.2.Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
38. 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsi
Maddə 53.Icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 60.Icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Maddə 87.Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. Icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
39. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
42. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Belə ki, işin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçı iddiaçı2 cavabdeh cavabdeh2 ilə ##.##.1978-ci il tarixdə rəsmi nikaha daxil olmuş, 1981-ci ildən etibarən ünvan 4 ünvanında yerləşən yaşayış sahəsində köçərək qaynatasıgillə birgə yaşamışdır. Müəyyən dövrlərdə münasibətlər kəskinləşdiyi zaman evdən çıxıb getsə də, yenidən həmin evə qayıtmış, 1998-ci ildən daimi orada yaşamışdır. Həmin yaşayış sahəsinə bitişik 1 otaqlı ev sonradan, 2018-ci ildə tikilmiş və həmin evə 75 a ünvanı verilmişdir. Iddiaçı iddiaçı2 bu otağın onun vəsaiti hesabına tikildiyini bildirsə də, cavabdeh olan oğlu - cavabdeh1 anasının onunla birlikdə yaşadığını inkar etməmiş, lakin otağın tikintisini öz vəsaiti hesabına həyata keçirdiyini bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən ünvana yerli baxış keçirilmiş və tikilinin faktiki baxımdan vahid yaşayış sahəsi olduğu aşkar edilmişdir.
45. Iddiaçı iddiaçı2 1978-ci ildə keçmiş əri ilə rəsmi nikaha daxil olaraq ailə qurmuş və 1981ci ildə mübahisələndirilən evə köçərək qaynatası ilə birlikdə yaşamışlar.
46. Buna görə də kollegiya qeyd edir ki, qanunun analogiyası üzrə məhkəmə düzgün olaraq əvvəlki Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinad etmişdir.
47. ## ####### 2009-cu ilə tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
48. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə görə, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
49. Həmin Məcəllənin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53- cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin; ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.
50. Istinad olunan normaların dispozitiv şərtlərinin hazırki işin faktiki halların uyğunluğu baxımından kollegiya qeyd edir ki, iddiaçı iddiaçı2 mübahisəli yaşayış sahəsinə ailə üzvü qismində köçürülmüş, uzun müddət – onilliklər ərzində həmin evdə faktiki yaşamış, ailə təsərrüfatında iştirak etmiş və yaşayış sahəsinin saxlanılması və yaxşılaşdırılmasında iştirak etmişdir. Onun yaşayış sahəsini tərk etməsi isə ailədaxili münaqişələr və cavabdehlər tərəfindən yaradılan maneələr zəminində baş vermiş, daimi tərk etməsini göstərəcək hər hansı bir hal aşkar edilməmişdir. 51.Bundan əlavə, iddiaçı iddiaçı2 iddia edir ki, nikahda olduğu dövrdə qeyd edilən yaşayış sahəsində tikili tikmişdir. Iş materialına ** saylı MKIS-in mühəndisi tərəfindən təsdiq edilmiş sxem əlavə edilmişdir. 52.Kollegiya qeyd edir ki, yeni tikilinin tikilməsi işin mübahisəsiz halıdır. 53.Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 bildirmişdir ki, o, 1961-ci ildən ** saylı mənzildə yaşamış və orada qeydiyyatda olmuşdur. O evi atası tikmişdir. Qardaşı ailə həyatı qurduqdan sonra maddi çətinliyi olduğu üçün Nərimanov rayonu, Habil Mirzəyev küçəsi, ev 75 ünvanında 2 otağı qardaşına vermişdir. Ev köhnəldiyindən icra hakimiyyətinə müraciət etmişdir. Yeni evin tikilməsi üçün icazə alaraq, 75a evini tikdirmişlər. Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsi, ev 14, mənzil 12 satıldıqdan sonra Səbuhi 75a-ya qeydiyyata düşmüşdür. Həmin o evi Səbuhi öz maşınını satıb tikdirmişdir. Nərimanov rayonu, Fəxrəddin Əsədov küçəsi, ev 14, mənzil 1 ümumilikdə onun adınadır. Onun icazəsi ilə cavabdeh1 o həyətdə evi tikə bilmişdir. 75a ünvanı son 1 ilədək mövcud olmamışdır. 54.Işə birinci instansiya məhkəməsində baxıldıqdan sonra mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 mübahisə predmeti olan tikilinin yerləşdiyi torpaq sahəsinə ##.##.1998-ci il tarixdə vəfat etmiş X2 vərəsəsi kimi ## #### 2026-cı il tarıxdə vərəsəlik hüququ haqqında şəhadətnamə alımışdır. 55.Kollegiya hesab edir ki, bu hal işə baxan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv edilməsi üçün əsas deyil. Çünki, iddiaçı2 gəlin kimi istifadə hüququ daha əvvəl yaranmış və əlavə tikili də tikilmişdir. 56.Kollegiya onu da qeyd edir ki, iddiaçı2 iddiasının təmin olunmasını cavabdeh cavabdeh1 mübahisələndirməmiş, apellyasiya şikayəti verməmişdir. Halbuki, şahid ifadəsində qeyd etmişdir ki, yeni tikili iddiaçının oğlu olan cavabdeh cavabdeh1 vəsaiti hesabına tikilmişdir.
57. Digər iddiaçı X11 tələbi ilə bağlı qeyd edilməlidir ki, Iş materiallarından görünür ki, iddiaçı1 yetkinlik yaşına çatdıqdan sonra ailə həyatı quraraq mübahisəli yaşayış sahəsini tərk etmiş, uzun müddət başqa ünvanda daimi yaşamışdır. Bu dövrdə onun mübahisəli yaşayış sahəsinə qayıtmaq məqsədilə real təşəbbüslər göstərməsi, həmin sahədə daimi yaşamaq niyyətini ifadə edən konkret hərəkətlər etməsi iş materialları ilə təsdiq olunmamışdır. Əksinə, onun yaşayış yerini faktiki olaraq dəyişməsi, ailə həyatı qurararaq başqa ünvana daimi köçməsi mübahisəli yaşayış sahəsi ilə faktiki bağlılığının kəsildiyini göstərir.
58. Buna görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, iddiaçı Abdullayarı Ruzuiyə 2008-ci ildə ailə qurandan sonra daimi yaşamaq üçün mübahisəli evdən getdiyi üçün, onun həmin evə olan yaşamaq hüququ itirilmişdir.
59. Kollegiya əlavə edir ki, sözügedən hüquq göstərilən əsaslarla yaranmış olsa belə, bu hüquq həmişəlik və ya ehtiyyat bir hüquq sayılmır. Yəni, qanunda nəzərdə tutulmuş əsaslar yarandıqda bu hüququn aradan qalxması (xətm olması) mümkündür. Aradan qalxdıqdan sonra isə həmin hüquq qanuni əsaslarla yenidən yaranmadıqda ona istinad oluna bilməz.
60. Beləliklə Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. 61.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 62.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı iddiaçı1 və cavabdeh cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu tərəfin özünə aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Məhəmməd Rüstəmli Rəşid Səmədov