Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1020/2026 11.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Muxtarov İzzət Şakir oğluna qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “mənzildən çıxarılma” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Mehtiyev Emin Əlixan oğlu və X1 ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Muxtarov İzzət Şakir oğlunun, Mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Maraqlı şəxs, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 oğlunun iştirakları ilə, İddiaçı İddiaçı cavabdeh Muxtarov İzzət Şakir oğluna qarşı “mənzildən çıxarılma” tələbinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzə məhkəmə icraatı
1. Ödəniş qəbzlərinə əsasən, kommunal ödənişləri Məlahət Fərzəliyevanın adından həyata keçirilmişdir.
2. Bakı şəhəri ** saylı Vəkil Bürosunun vəkili vəkil1 tərəfindən Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə ünvanlanmış ##.##.2025-ci il tarixli ** saylı məktuba əsasən İddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin başqa şəxslərə satılması və ya həmin evin qanunsuz zəbt olunması barədə 37-ci Polis Şöbəsinə edilən müraciət barədə məlumat verilməsi xahiş edilmişdir.
3. Mənzil Kommunal İstismar Sahəsinin ** saylı çıxarışına əsasən 2001-ci ildə tikilmiş, Nazim Şükürov küçəsi ev 1/1A ünvanında yerləşən evin sahibi Muxtarov İzzət Şakir oğludur və orada yaşayır.
4. Mənzil Kommunal İstismar Sahəsinin ##.##.2006-cı il tarixli ** saylı çıxarışına əsasən 2001-ci ildə tikilmiş evin sahibi X5r.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı İddiaçı cavabdeh Muxtarov İzzət Şakir oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən ona məxsus fərdi yaşayış evindən cavabdeh Muxtarov İzzət Şakir oğlunun çıxarılması, onun tərəfindən fərdi yaşayış evinin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Muxtarov İzzət Şakir oğlundan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçıya məxsusdur. Kommunal xərclər keçmiş həyat yoldaşı X5 adından ödənilmişdir. Özü uzun müddət həmin fərdi yaşayış evində yaşamışdır. Müvəqqəti olaraq yuxarıda adı çəkilən ünvanda qısa bir müddət ərzində yaşamamağından istifadə edən cavabdeh ona məxsus fərdi yaşayış evini ələ keçirmişdir. İddiaçı fərdi yaşayış evinə gələndə orada 2024-cü ilin axırlarında təmir işlərinin aparılmasının şahidi oldmuşdur. Cavabdehdən işin dayandırılması və ona məxsus evin boşaldılmasını tələb etmişdir. Lakin cavabdeh ona rədd cavabı vermişdir. Buna görə də Xətai RPİ-nin 37-ci PŞ-a müraciət etmişdir. Bir müddət sonra ona mülki qaydada məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Cavabdeh ona məxsus fərdi yaşayış evini boşaltmaqdan imtina edir. Odur ki, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Cavabdeh iddia tələbinə etiraz ərizəsi ünvanlayaraq qeyd etmişdir ki, iddia əsassızdır və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Mübaisəli fərdi yaşayış evinin ona məxsus olması bununla bağlı hüququ təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəməyə sübut kimi təqdim edilən qəbzlərdən də görünür ki, işıq pulunu ödəyən Mətanət Fərzəliyevadır. Yəni bu da bir daha sübut edir ki, iddiaçının qeyd edilən fərdi yaşayış evinə dair heç bir hüququ yoxdur. Buna görə də iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
8. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Samirə Eyvazova)
9. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək ixtiyarı yoxdur. Əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Özbaşına tikiliyə yalnız öz əmlakı kimi sahiblik edən şəxsin üçüncü şəxslər tərəfindən müdafiə olunan sahiblik hüquqları vardır. İddiaçı özbaşına tikilidən cavabdehin çıxarılmasını tələb etmiş, məhkəmə iclasında tikilinin dəyərindən aşağı satıldığını, əlavə pul verilərsə mübahisə olmayacağını bildirmişdir. İddiaçının hazırki iddianı qaldırmaqda subyektiv hüququ mövcud deyil.
10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü, 29cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü, 14-cü, 16-cı, 180-ci, 152-ci, 157-ci, 560-cı maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1ci, 119.1-ci, 217.4-cü maddələrinə, bir sıra Kontitusiya və Ali Məhkəmənin Plenum qəralarına istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
b) Apellyasiya şikayətinin dəlilləri
11. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, həyat yoldaşınn ərizəsi əsasında Masallı Rayon Məhkəməsinin qətnaməsinə əsasən məcburi qaydada Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X9”na yerləşdirilidikdən sonra, onun orda olmağından istifadə edərək həyat yoldaşı evini cavabdehə satmışdı. Xəstəxanadan çıxdıqdan sonra uzun illər öncə tərəfindən ailəvi yaşamaq üçün tikdiyi həmin evə qayıdanda evində başqası tərəfindən təmir işləri aparıldığını görmüşdür. Bu səbəbdən ona məxsus olan evin geri qayatrılmasını tələb edir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
ç) Proses iştirakçılarının izahatı
14. Məhkəmə iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmiş, izahatında bildirmişdir ki, o, uzun müddət həbsxanada, daha sonra isə müalicə müəssisəsində olduğu üçün həmin evdə yaşaya bilməmişdir. 2024-cü ildə o, Maştağadakı müalicə müəssisəsindən çıxdıqdan sonra, evində təmir işləri aparıldığını görmüş. Bildiyi qədərilə cavabdehə məlumat verilmişdir ki, o, Maştağada müalicə müəssisəsindədir. Həyat yoldaşı, qardaşı, oğlu əlbir olaraq, həm onu yenidən Maştağada müalicə müəssisəsində yerləşdirmək üçün, həm də evi satmaq üçün yoxluğundan istifadə ediblər. Cavabdehə bildirmişdir ki, evi alarkən ödədiyi 40000 manatı ona geri qaytara bilər. Cavabdeh onun bu şərtilə razı olmadı. Hətta ona bildirdi ki, ev üçün həyata keçirdiyi yaxşılaşdırma işləri üçün, gərək, ümumilikdə 70.000 manat pul versin. Həyat yoldaşıla rəsmi nikahının olmasına baxmayaraq, evin satılmasına dair razılığı əldə edilməmişdir. Qonşular da təsdiq edirlər ki, bu ev onun tərəfindən əvvəldən alınmışdır. Həmin ev 2000-ci ildə alınıb, 2002-2003-cü illərdə evə köçmüşdür və 2004-cü ildə artıq təmir işləri görülməyə başlanmışdır. Onlar 1997-ci ildə birgə nikaha daxil olmuşlar.
15. Məhkəmə iclasında cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir.
16. Apellyasiya icraatı zamanı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Maraqlı şəxs apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, izahatında bildimişdir ki, evin sənədi yoxdur. Sadəcə Mənzil İstismarı İdarəsinin (JEKin) sənədi onun adınadır. Sözügedən sənəddə onun və uşaqlarının adı qeyd olunub. Əlavə olaraq kommunal xidmətlərlə müqavilədə onun adınadır. İddiaçı onu sözügedən evdən qovmuşdu. Bir müddət kirayədə yaşamışlar. Sonra iddiaçı həbs olundu. O, onkoloji xəstəliyə tutuldu. Bu ərəfələrdə kommumal idarələr onu cərimələndiyini, borcunu ödəməli olduğunu bildirdi. O, xəstə olduğuna görə oğlunu göndərdi, öyrəndi ki, qaza sayğacdan kənar qoşulma olub, sayğac onun adına olduğu üçün 9000 manat cərimələnmişdir. Qohum-əqrəba onun iynə-dərman almağına kömək edirdi. Lakin bəs etmirdi. Həm kommunal borclarına, həm də xəstəliyimə görə o, pula ehtiyyacı olduğundan məcbur qalıb evi satıb. Evi 40.000 manata satmışdır. Buna dair etyibarnamədə vermişdir və video qaydada da çəkilmişdir. Onun cavabdehlə heç bir tanışlığı olmayıb. Onu vasitəçi (makler) vasitəsilə tapmışdır. Evə baxıb, razılaşmışlar. Həmin puldan 10000 manat kommunal borca ödəyib. Qalan hissəsini isə müalicəsinə sərf etişdir. İddiaçının alınmış pulda haqqı yoxdur. Evin sənədində 3 nəfərin adı qeyd olunub. Onun və uşaqların. Əgər iddiaçı hesab edirsə ki, alınmış pulda haqqı var, o, onun payını artıqlaması ilə ödəmişdir.
17. Apellyasiya icraatı zamanı mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmiş, izahatında bildimişdir ki, alqı-satqının aparılmasında şəxsən o, da iştirak etmişdir. Etibarnaməni cavabdehə anası verib. Anası xəstə olduğuna görə videogörüntü vasitəsilə etibarnamə verib. Ev satılan vaxt atası Maştağada xəstəxanadaydı. Alqı-satqı prosesi 6 aydan çox davam edib. Ev uzun müddət saytda satışda qalıb. Anasının xəstəliyi ilə əlaqəli pula ehtiyyacıları olduğu üçün evi satmışlar.
d) Tətbiq edilən hüquq
18.Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur 159-ci maddəsinə əsasən sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. 163.1-ci maddəsinə əsasən sahiblik əşyanın özünün verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktik sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. 166-cı maddəsinə əsasən Daşınar əşyanın sahibi haqqında ehtimal edilir ki, o əşyaya mülkiyyətçi hüququ ilə sahiblik edir. Hər hansı əvvəlki sahib haqqında ehtimal edilir ki, öz sahibliyi zamanı o, mülkiyyətçi olmuşdur. Daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. 180-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
e) Apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
21. pellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
22. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və iddianın tələb edilməsi xahiş olunduğundan, qətnamə bütövlükdə yoxlanılır.
ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
23. Məhkəmə kollegiyası tərəfləri dinləyib, аpеllyаsiyа şikаyətinin dəlillərini iş mаtеriаllаrı ilə birlikdə аrаşdırаrаq hеsаb еdir ki, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə və ya dəyişdirilməsinə əsas yoxdur.
24. Məhkəmə kollegiyası işin hallarına və apellyasiya şikayətinin dəlillərinə istinadən qeyd etməyi zəruri hesab edir ki, mübahisə predmeti olan fərdi yaşayış evi İddiaçı və X5 birgə nikah dövründə tikilmiş özbaşına tikilidir və tikili X5 tərəfindən cavabdeh Muxtarov İzzət Şakir oğluna satılmışdır. Fərdi yaşayış evinin özbaşına tikili olması mübahisələndirilmir. Hazırda iddiaçı ona məxsus olan tikilinin onun razılığı olmadan satılmasına əsaslanmaqla cavabdeh Muxtarov İzzət Şakir oğlunun ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmasını tələb edir.
25. İş materiallarından göründüyü kimi fərdi yaşayış evində çıxarılma tələb edilən ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır və mübahisəli evə dair heç bir hüquqverici sənəd olmamaqla özbaşına tikilidir. Tərəflər də bunu təkzib edəcək hər hansı hüquqmüəyyənedici sənədləri məhkəməyə təqdim edə bilməmişlər.
26. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə özbaşına tikintiyə istifadə hüququnun tanınması ilə bağlı hər hansı norma mövcud deyil. Lakin belə tikintilərin reallıqda mövcud olması və həmin tikintinin hansı şəxsin vəsaiti hesabına inşa edilməsi aşikardır.
27. Məhkəmə kollegiyası sözügedən özbaşına tikilinin daşınmaz əmlak kimi qəbul edilməməsinə istinadən həmin tikiliyə dair şəxslər arasında birindən hər hansı maddi vəsait verilməsi ilə digərinin sahibliyinə keçməsinə reyestrdə qeydiyyata alınmayan daşınar əşyaların alqı-satqısının həyata keçirilməsinə uyğun formada yanaşılmasını məqsədəmüvafiq hesab edir. Belə ki, mübahisə predmeti olan tikili dövlət qeydiyyatına alınmış daşınmaz əmlak statusuna malik olmadığından, onun üzərində dövlət tərəfindən tanınan mülkiyyət hüququ yaranmamışdır. Bununla belə həmin tikili iqtisadi dəyərə malik əmlak olmaqla, faktiki sahibliyində olan şəxs tərəfindən digər bir şəxsə təhvil verilə və bunun müqabilindən əvəz əldə edilə bilər. Belə münasibətlər dövlət qeydiyyatına alınmış daşınmaz əmlakın özgəninkiləşdirilməsi kimi deyil, faktiki əmlakın və ona sərf edilmiş maddi dəyərlərin verilməsi üzrə mülki-hüquqi münasibət kimi qiymətləndirilməlidir. Yəni yuxarıda qeyd edildiyi kimi, əşyaya faktiki sahiblik edən şəxsin sahibliyi digər şəxsə əvəz müqabilində verməsilə həyata keçirilir. Hazırki işin halları baxımından da iddiaçının arvadı olan müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs bu qaydada etmişdir.
28. Göründüyü kimi, mübahisəli tikili iddiaçının arvadı Maraqlı şəxs faktiki sahibliyində olmuş (həmin vaxt iddiaçı orada yaşamamış işin mübahisəsiz halıdır), 40.000 manat müqabilində hazırki iş üzrə cavabdeh Muxtarov İzzət Şakir oğluna təhvil vermiş və cavabdeh həmin vaxtdan etibarən tikiliyə faktiki sahiblik etməyə başlamaqla orada yaşayır. Bu hal, yəni faktiki sahibliyin iddiaçının ailə üzvü olan şəxs tərəfindən könüllü qaydada əvəz müqabilində cavabdehə verilməsi işin mübahisəsiz halı kimi kollegiya tərəfindən məhkəmə araşdırması zamanı təsdiq edilmişdir.
30. Kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü cavabdehin mübahisəli tikilidən çıxarılması və tikilinin ona təhvil verilməsi tələbi təmin edilə bilməz. Belə ki, cavabdeh mübahisəli tikiliyə iddiaçının ailə üzvü olan Maraqlı şəxs iradəsi ilə faktiki sahiblik əldə etmişdir. Əgər iddiaçı hesab edirsə ki, arvadı Maraqlı şəxs faktiki sahibliyi onun məlumatı olmadan əvəz müqabilində düzgün olmayaraq cavabdehə təhvil verməklə iqtisadi dəyərə malik olan tikilidən onu məhrum etmişdir, bu hal cavabdehin həmin tikilidən çıxarılması üçün əsas ola bilməməklə, iddiaçı üçün Maraqlı şəxs tərəfindən əldə edilmiş pul vəsaiti ilə bağlı tələb irəli sürmək hüququ yarada bilər. Kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü hal cavabdehin faktiki sahibliyinə xitam verilməsi və onun həmin tikilidən çıxarılması üçün hüquqi əsas hesab edilə bilməz. Bunun əksi yanaşma hüquqdan sui-istifadəyə gətirib çıxarar ki, bu da yolverilməzdir. Bu baxımdan da kollegitya hesab edir ki, iddiaçının iddia tələbi təmin edilə bilməz.
31. Beləliklə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Faktlar nöqteyinəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnamə isə yalnız formal mülahizələrə görə ləğv edilə və ya dəyişdirilə bilməz. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə