Məhkəmə qərarları › İş №2(3-6)-1024/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1024/2026

07.04.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1024/2026 07.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı X6 cavabdeh Cavabdeh MMC-yə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi, elektron portalda və əmək kitabçasında müvafiq düzəlişin edilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “əmrin ləğv edilməsi, elektron portalda və əmək kitabçasında müvafiq düzəlişin edilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçının nümayəndəsi və vəkili X26, Cavabdehin nümayəndəsi və vəkili X16 iştirakları ilə, Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin faktiki halları:

1. Iddiaçı X6 cavabdeh Cavabdeh MMC-yə qarşı «əmrin ləğvi, portalda və əmək kitabçasında düzəlişin edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMCnin (direktoru şahid2 Şəmsəddin oğlunun) onunla bağlanmış ##.##.2022-ci il tarixli **-K-A saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrinin ləğv edilməsi, onun Əmək Məcəlləsinin 68ci maddəsinin «a» bəndi ilə işdən azad edilməsinə dair portalda və əmək kitabçasında düzəliş edilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh Cavabdeh MMC-dən onun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.2019-cu il tarixdən ##.##.2022-ci il tarixə kimi Cavabdeh MMC-də müxtəlif vəzifələrdə çalışmışdır. Son olaraq onu ##.##.2022-ci il tarixinə formal olaraq anbardar vəzifəsinə təyin etmişlər. Formal olaraq ona görə ki, MMC-nin anbarı olmadığı halda o, anbardar təyin edilmişdir. Təyin edilən zaman ona heç bir anbar və ya mallar təhvil verilməmişdir. MMC-nin rəsmi anbarı yox idi. Gələn mallar birbaşa satış mağazalarına verilirdi. Malların siyahısı isə ona verilirdi ki, elektron sistemə yükləsin. O, heç bir mal görmürdü, sadəcə olaraq siyahını sistemə yığırdı. Mallar gələn zaman hər bir mağazanın işçisi gələrək mallarını götürərək gedirdi. Sonda isə ona gömrükdən keçən malların siyahısı verilirdi. Bu vəzifəyə müvəqqəti olaraq təyin edildiyini bildirmişlər. Bir müddətdən sonra o, əvvəlki işinə qayıtmalı idi. Lakin, təxminən 2022-ci ilin avqust ayının əvvəllərində MMC-yə təzə direktor təyin edilən şahid2 MMC-nin satış mağazalarında sayım aparmış və guya bir sıra malların çatışmadığı aşkar edilmişdir. Lakin, bu sayımlarda o, iştirak etməmişdir. Ümumiyyətlə onu dəvət etmədən bu sayım işi aparılmış və anbardar kimi guya bu mallara onun cavabdeh olmasını əsas gətirərək onun barəsində Nəsimi rayon Polis Idarəsinə şikayət edilmişdir. Bu müddət ərzində ona işdən çıxarılması barədə heç bir məlumat verilməmişdir. Bundan sonra ##.##.2022-ci il tarixdə Nəsimi rayon Polis Idarəsində araşdırmalar aparılmağa başlanılmış və ##.##.2023-cü il tarixdə «cinayət işinin başlanılmasının rədd edilməsinə dair» qərar çıxarılmışdır. Bu qərardan narazı olan MMC Nəsimi rayon Polis Idarəsinin ##.##.2023-cü il tarixli qərarından Nəsimi Rayon Məhkəməsinə şikayət vermişdir. Həmin qərar məhkəmənin ##.##.2023-cü il tarixli qərarı ilə ləğv edilərək istintaqın yenidən aparılması qərara alınmışdır. Həmin qərardan verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılmış və məhkəmənin ##.##.2023-cü il tarixli qərarı ilə Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qərarı dəyişiklik edilmədən saxlanılmışdır. Bundan sonra iş materialları yenidən Nəsimi rayon Polis Idarəsində araşdırılmağa başlanılmışdır. Onun tərəfindən verilən vəsatətlərlə MMC-dən əlində olan sənədlərin istintaqa təhvil verilməsi təklif edilsə də, MMC oğurlandığını iddia etdiyi malların varlığını belə sübut edən heç bir sənədi istintaqa təhvil verə bilməmişdir. Çünki, heç bir oğurluq hadisəsi olmamışdır. MMC-nin yeni direktorunun onunla olan şəxsi ədavəti məsələnin bu həddə çatmasına səbəb olmuşdur. Nəsimi rayon Polis Idarəsi tərəfindən ##.##.2023-cü il tarixli qərarla təkrarən cinayət işinin başlanması rədd edilmişdir. Cavabdeh MMC ona aparılan araşdırmalar zamanı işdən çıxarmağı barədə heç bir məlumat verməmişdir, sonradan ona məlum olmuşdur ki, ##.##.2022-ci il tarixdə onu Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad etmişdir. Belə ki, o, iş üzrə araşdırmalar başa çatdıqdan sonra «xxxx» MMC-də «müştəri məmnuniyyətinin artırılması üzrə metodoloq» vəzifəsində işə başlamışdır. Işə qəbul edilən zaman elektron portalda onun işdən çıxarılma səbəbi görünmürdü. Həmçinin təzə iş yerində ondan əmək kitabçası belə istənilməmişdir. Odur ki, heç bir problem olmadan o, işə qəbul edilmişdir və düşünürdü ki, bu məsələ artıq başa çatıb və təqsirsizliyi sübut olunub. Sonradan «xxxx» MMC-nin bağlı olduğu Holdinqin təhlükəsizlik departamenti tərəfindən aparılan yoxlamalar zamanı onun Cavabdeh MMC-dən Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad edilməsi müəyyən edilmişdir. Bu barədə ona bildirildikdə, bundan xəbəri olmadığını demişdir. Ona qısa müddətdə bu işin həll edilməli olduğu barədə şifahi xəbərdarlıq edilmişdir. Bununla bağlı olaraq vəkillə müqavilə bağlanmış və vəkil tərəfindən Cavabdeh MMCyə sorğu verilərək sənədlər tələb edilmişdir. ##.##.2024-cü il tarixdə sorğunu qəbul edən Cavabdeh MMC ##.##.2024-cü il tarixdə əmri və əmək kitabçasını vəkilə təhvil vermişdir. Vəkil tərəfindən mübahisənin barışıq yolu ilə həll edilməsi təklifi rədd edildikdən sonra həmin gün məsələnin mediasiya vasitəsi ilə barışıqla həll edilməsi üçün təklif cavabdehə təqdim edilmişdir. Lakin mediasiya proseslərində də barışıq əldə edilməsi mümkün olmamışdır. Bu müddət ərzində isə mübahisənin həlli uzandığı üçün «xxxx» MMC ona öz ərizəsi ilə işdən çıxmasını təkid etmişdir. O, çıxılmaz vəziyyətdə qaldığı üçün Cavabdeh MMC-nin qanunsuz hərəkətinə görə yeni işindən çıxmalı olmuşdur. Heç bir günahı olmadığı halda onu Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad etmələri onun əmək hüququnun pozulmasına səbəb olur. «xxxx» MMC-nin ##.##.2024-cü il tarixli əmri ilə işdən azad edilmişdir. Hazırda da başqa işə götürənlər onun əmək kitabçasında və elektron portalda olan işdən çıxarılma səbəbinə görə onu işə qəbul etmirlər. Işəgötürən Cavabdeh MMC qanunsuz olaraq onun əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam vermişdir. Cavabdeh MMC-nin ##.##.2022-ci il tarixli **-K-A saylı əmrində deyilir: «Baş ofis» bölməsində «Anbardar» vəzifəsində işləyən X6 ilə bağlanmış *******000300 nömrəli əmək müqaviləsinə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda» bəndinə əsasən ##.##.2022-ci tarixdə xitam verilsin». Vəzifə səlahiyyətindən heç vaxt sui-istifadə etməmişdir. Əmrdə göstərilən əmək funksiyalarını heç vaxt pozmamışdır. MMC-nin anbarı olmadığı halda onun anbardan nəsə oğurladığını iddia etmək absurddur. Çünki gələn mallar birbaşa mağazalara verilirdi. Əmək qanunvericiliyinin göstərilən tələblərinin heç birini pozmamışdır. Işəgötürənin öz əmrində istinad etdiyi hal isə şər və böhtandır. Təqdim edilən sənədlərdən də göründüyü kimi Nəsimi rayon Polis Idarəsində araşdırmalar ##.##.2023-cü il tarixinə kimi davam etmişdir. Işəgötürən Cavabdeh MMC isə bu araşdırmaların sona çatmasını gözləmədən və ona heç bir xəbər vermədən onu qanunsuz olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad etmişdir. Halbuki, Nəsimi rayon Polis Idarəsinin son qərarında da onun heç bir təqsirinin olmadığı müəyyən edilir. Işəgötürən Cavabdeh MMC onu Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad etsə də, bu barədə əmri ona təqdim etməmişdir. Qanunvericiliyin tələbi bu halda da pozulmuşdur. Göründüyü kimi cavabdeh təşkilatın əmri qanunvericiliyin tələbinə uyğun şəkildə tərtib edilməmiş, əmrdə onun hansı səbəbdən 70-ci maddənin «ç» bəndi ilə işdən azad edilməsi, hansı qanunsuz əməllər törətməsi, əmək müqaviləsinin ləğv edilməsinin əsasları, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin dövrdə işəgötürən onu Əmək Məcəlləsinin 62-ci maddəsinə əsasən müvəqqəti olaraq işdən kənarlaşdırmalı idi. Əgər onu hansısa qanunsuz əməllərdə ittiham edirdisə və bu barədə Polis orqanlarında araşdırma aparılırdısa, nəyə görə birbaşa təsdiqini tapmamış əsasla onu işdən azad edirdi? Nəyə görə müvafiq icra hakimiyyəti orqanının araşdırmalarının son nəticəsi gözlənilmirdi? Burada yeni təyin edilən direktor şahid2 şəxsi intriqaları əsas götürülürdü. Odur ki, onu qanunsuz olaraq işdən azad etmişlər və ona bu barədə heç bir məlumat verilməmişdir. Yuxarıda da qeyd etdiyi kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad edilməsi ##.##.2024-cü il tarixdə ona məlum olmuşdur. Cavabdeh MMC onu Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad edən zaman əmrdə konket olaraq hansı qanunsuz əməllər törətməsini, bu qanunsuzluqları təsdiq edən qərarı göstərməli idi. Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndində «əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini icra etməmək» göstərilir. Işçinin 70-ci maddənin «ç» bəndinə istinad edib işdən çıxaran zaman göstərilən iki hal yoxdursa, 72-ci maddədə sadalanan hallara istinad edilməlidir. Əmrdə isə 72-ci maddənin heç bir bəndinə istinad edilməmişdir. Çünki o, bu maddədə göstərilən heç bir əməli törətməmişdir. Işəgötürənə maddi zərər vurmamış, hansısa kommersiya və ya dövlət sirrini yaymamış, nə də işəgötürənin qanuni mənafeyinə xələl gətirməmişdir. Həmçinin bildirir ki, mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün ** saylı Mediasiya Təşkilatına 50 manat pul vəsaiti ödəmişdir. Iddia ərizəsinin verilməsi üçün isə 50 manat dövlət rüsumu ödəmişdir.

3. Cavabdeh iddia ərizəsnə etiraz edərək etirazını belə əsaslandırmışdır ki, iddia ərizəsi tamamilə əsassızdır və təmin edilməməlidir. Belə ki, iddiaçı ##.##.2022-ci il tarixində Cavabdeh MMC-də anbardar vəzifəsinə təyin olunmuşdur. şahid2 Şəmsəddin oğlu MMC-yə direktor təyin edildikdən sonra MMC-nin satış mağazalarında malların sayımının aparılmasına başlamışdır. ## ### 2022-ci il tarixli inventarizasiya aktında əskiklik müəyyən edilmədiyi təqdirdə ## ###### 2022-ci il tarixli inventarizasiya aktında 35 adda elektron avadanlıq əskik gəlmişdir. Bundan sonra, əksisgəlmənin səbəbləri müzakirə olunmuş və təqdim olunmuş sənədlər və izahatlara əsasən (əməkdaşlar şahid1 Mağaza bölmə rəhbəri, X5 - Mağaza meneceri, X9 - Mağaza menecerinin izahatları) əksik gələn mallar üçün məsul şəxsin Cavabdehin anbardar vəzifəsində çalışan Iddiaçı X6 olduğu məlum olmuşdur. Bununla bağlı, Iddiaçının izahatı alınmış, və o, öz izahatında əksik gələn mallardan 21 ədədini mənimsəyib pulunu götürdüyünü etiraf etmiş və ##.##.2022-ci il tarixində 10.000 AZN məbləğində zərərin bir hissəsini nağd olaraq geri qaytarmışdır. Iddiaçının əmək müqaviləsinə ##.##.2022-ci il tarixində Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Iddiaçı ərizəsində qeyd etmişdir ki, Cavabdeh tərəfindən tərtib olunmuş əmrdə onun hansı səbəbdən işdən azad edildiyi göstərilməmişdir. Halbuki, ##.##.2022-ci il tarixli, **-K-A saylı Əmrə Iddiaçının külli miqdarda elektron avadanlığın oğurluq və mənimsəmə əməllərini törətdiyini əks etdirən akt əlavə olunmuşdur. Iddiaçı ərizəsində qeyd etmişdir ki, onun əmək müqaviləsinə xitam verilməməli, o, Məcəllənin 62-ci maddəsinə əsasən işdən müvəqqəti olaraq kənarlaşdırılmalı idi. Həmin maddənin "c" bəndinə əsasən, iş vaxtı ərzində işçi bilavasitə iş yerində müvafiq səlahiyyətli orqanın qərarı ilə təsdiqlənən inzibati xətaları və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdikdə işəgötürən mülkiyyətçinin və işçilərin mənafeyini qorumaq, baş verə biləcək əməyin mühafizəsi qaydalarının pozulmasının qarşısını almaq və əmək intizamını təmin etmək məqsədi ilə işçini müvafiq iş vaxtı ərzində işdən kənar edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının ## ###### 2022-ci il tarixli qərarına əsasən, həmin maddədə səlahiyyətli orqanın qərarı dedikdə, Cinayət-Prosessual Məcəllənin 90 və 91-ci maddələrinə müvafiq olaraq, şübhəli şəxs qismində tanınma və ya təqsirləndirilən şəxs qismində cəlb etmə barədə cinayət prosesini həyata keçirən orqanın qərarı və Azərbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 99.4-cü maddəsinə uyğun olaraq inzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə müvafiq akt başa düşülür. Həmin iş üzrə də ## ###### 2022-ci il tarixdə Nəsimi Rayon Polis Idarəsində Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanılmışdır. Halbuki, Konstitusiya Məhkəməsi onu da qeyd edir ki, Məcəllənin 62-ci maddəsi üzrə işçinin işdən kənarlaşdırılması işəgötürənin hüququnu təşkil edir. Onu da qeyd etməliyik ki, 62-ci maddənin "c" bəndindən fərqli olaraq, 70-ci maddə ilə işçinin əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi hər hansı orqanın və ya məhkəmənin qərarı ilə şərtləndirilməmişdir. Məcəllənin 71.3-cü maddəsinə əsasən, 70-ci maddədə qeyd olunan əsaslarla müqaviləyə xitam verilməsi üçün yeganə tələb onun zəruriliyinin əsaslandırılmasıdır. Belə ki, qeyd olunan hallar üçün kifayət qədər əsaslar olduqda, işçinin əmək müqaviləsinə xitam verilməsi işəgötürənin səlahiyyətindədir. Bundan başqa, iddiaçı iddia ərizəsində MMC-nin oğurlandığını iddia etdiyi malların varlığını sübut edən sənədlərin istintaqa təhvil verilmədiyini qeyd etmişdir. Halbuki, # #### 2023-cü il tarixdə cinayət əməlini ifşa edən audit rəyinin surəti və işlə bağlı aşağıdakı sənədlər qeyd olunmuş tarixlərdə Nəsimi rayon Polis Idarəsinə təqdim olunmuşdur: 1) ## #### 2023-cü il tarixdə cinayət əməlləri barədə iddiaçının cavabdehə təqdim etdiyi şifahi ifadələr səs yazısı formatında; 2) ## ######## 2023-cü il tarixdə izahatların və aşağıdakı sənədlərin təqdim edilməsi ilə bağlı: a. Gömrük bəyannamələrin surətləri - 95 vərəq; b. malların müəssisədə hərəkətinə dair hesabatların təsdiq edilmiş surətləri - 5 vərəq; c. malların əskikliyi və həmin malların məhz Ayaz Ibrahimovda olmasına dair Cavabdehin əməkdaşlarından əldə edilən izahatların və Ayaz Ibrahimovun izahatının təsdiq edilmiş surətləri - 6 vərəq; d. Ayaz Ibrahimovla əmək müqaviləsinə xitam verilməsinə dair bildirişin təsdiq edilmiş surəti - 1 vərəq; e. inventarizasiya aktların surətləri - 2 vərəq. Iddiaçı Nəsimi rayon Polis Idarəsində işə ##.##.2023cü il tarixində xitam verildiyini qeyd etmişdir. Halbuki bununla bağlı Cavabdehə heç bir yazılı məlumat verilməmişdir. Yalnız 2023-cü ilin dekabr ayının axırında şifahi olaraq bildirmişdir ki, hələ 2023-cü ilin noyabr ayında işə xitam verilmişdir. Bununla belə, Cavabdehə bu barədə qərar təqdim edilməmişdir. Bu isə Cavabdehə qarşı qərəzli mövqenin olduğunu, işin araşdırılması ilə bağlı heç bir tədbir görülmədiyini, təqdim edilmiş sübutların və audit rəyinin nəzərə alınmadığını, bilərəkdən işin gedişatı haqqında Cavabdehə məlumat verilmədiyini göstərir. Onu da qeyd edirik ki, cinayət işinə istintaq zamanı xitam verilməsi faktı hər hansı preyudisiya qüvvəsinə malik deyil.

4. Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi (hakim Vüsalə Musayeva) ilə iddia təmin edilmiş, Ccavabdeh Cavabdeh MMC-nin (direktoru şahid2 Şəmsəddin oğlunun) iddiaçı X6 ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında ##.##.2022-ci il tarixli **-K-A saylı əmrinin ləğv edilməsi, iddiaçı X6 Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən işdən azad edilməsi barədə müvafiq portalda və əmək kitabçasında düzəlişlərin edilməsinin cavabdeh Cavabdeh MMC-yə həvalə olunması, ödənilmiş məhkəmə xərclərinə görə 100 (bir yüz) manat məbləğində pulun cavabdeh Cavabdeh MMC-dən iddiaçı X6 xeyrinə tutulması qərara alınmışdır.

5. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Birinci apellyasiya baxışı:

6. Cavabdeh apellyasiya şikayətinin dəlili kimi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etməmiş, nəticədə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş və iş üzrə düzgün olmayan qənaətə gəlmişdir. Qeyd edilənlərə əsasən, qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Fuad Talışinski və Azad Imanov) apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Kassasiya instansiyası:

9. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarı ilə (hakimlər X17 (məruzəçi), X4 və X2) cavabdehin kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## #### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır.

11. Tərəflərin izahatı:

12. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətini müdafiə edərək, onun dəlillərinə uyğun izahat verdi və bildirdi ki, iddiaçı özünün həm MMC-yə, həm də barəsində olan cinayət işi üzrə yazdığı izahatlarında cavabdehə məxsus əmlakları taladığını etiraf etmiş, vurulmuş zərərin bir hissəsinin əvəzi kimi MMC-yə 10.000 manat pul vəsaiti ödəmiş, yalnız vəkillər işə qoşulandan sonra ilkin izahatlarından imtina etmiş, ödədiyi pulu isə geri tələb etməmişdir, rayon məhkəməsi və bundan qabaq işə baxan apellyasiya məhkəməsi də bu hallara düzgün qiymət verməmişlər, odur ki, şikayətin təmin edilməsini xahiş etdi.

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayəti ilə razılaşmayaraq təmin olunmamasını xahiş etdi və bildirdi ki, iddiaçının ilkin etirafları aldatma nəticəsində ortaya çıxmışdır, o özü vəkli kimi işə qoşulandan sonra iddiaçı etirafla bağlı ilkin izahatlarından imtina etmişdir, zərərin bir hissəsinin əvəzi kimi MMC-yə ödənilmiş 10.000 manat pul vəsaiti hazırkı vaxtadək geri tələb olunmayıb, lakin onların belə bir tələbi olacaqdır. Sübutların tədqiqi:

14. Mülki iş materiallarında olan ## ###### 2018-ci il tarixdə X6 adına açılmış ******* saylı əmək kitabçasının surətindən görünür ki, X6 ##.##.2019-cu il tarixdə **/K-Y nömrəli əmr ilə Cavabdeh MMC-də satıcı vəzifəsinə işə qəbul edilmiş, ##.##.2022-ci il tarixdə **/K-D nömrəli əmr ilə anbardar vəzifəsinə keçirilmiş və ##.##.2022-ci il tarixdə **/K-A nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən işdən azad edilmişdir.

15. Cavabdeh MMC-nin ##.##.2022-ci il tarixli **-K-A saylı əmək müqaviləsinə xitam verilməsi barədə əmrindən görünür ki, X6 ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə əsasən ##.##.2022-ci il tarixdən xitam verilmişdir.

16. Nəsimi RPI IŞ-nin müstəntiqi, R X12 ## ###### 2023-cü il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X6 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir.

17. Nəsimi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-**/**** saylı qərarından görünür ki, şahid2 Şəmsəddin oğlunun şikayəti təmin edilmiş, Nəsimi RPI IŞ-nin müstəntiqi, R X12 ## ###### 2023-cü il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərarı ləğv edilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının ##.##.2023-cü il tarixli 6(103)- ***/**** saylı qərarından görünür ki, şikayətçi X6 müdafiəçisi X26 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Nəsimi Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli *(***)-**/**** saylı qərarı dəyişiklik edilmədən saxlanılmışdır.

19. Nəsimi RPI IŞ-nin baş müstəntiqi, R X10 ## ####### 2023-cü il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X6 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 39.2-ci maddəsinə əsasən xitam verilmişdir.

20. Iddiaçının nümayəndəsi və vəkili X26 Cavabdeh MMC-nin rəhbərliyinə ünvanladığı ##.##.2024-cü il tarixli ərizəsindən görünür ki, o, nümayəndəsi və vəkili olduğu X6 əmək kitabçası və işdən azad edilməsinə dair əmrin surətinin rəsmi şəkildə iddiaçıya təqdim edilməsini xahiş etmişdir.

21. X6 *******000311 nömrəli əmək müqaviləsinin bildirişinin “Əmək və məşğulluq” altsistemindən çıxarışından görünür ki, ##.##.2019-cu il tarixdə bağlanmış müddətli əmək müqaviləsinə ##.##.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə xitam verilmişdir.

22. «xxxx» MMC-nin ##.##.2024-cü il tarixli ***/****K saylı əmək müqaviləsinə xitam verilməsi haqqında əmrdən görünür ki, «xxxx» MMC-də Müştəri məmnuniyyət departamentinin müştəri məmnuniyyətinin artırılması üzrə metodoloqu vəzifəsində işləyən X6 əmək müqaviləsinə ## ####### 2024-cü il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndinə (işçinin təşəbbüsü ilə) əsasən xitam verilmişdir.

23. Bakı ** saylı Mediasiya təşkilatının ##.##.2024-cü il tarixli MŞB/**/****-***** saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışından görünür ki, iddiaçının nümayəndəsi ##.##.2024-cü il tarixdə saat 10.00-da keçirilən mediasiya sessiyasına gəlsə də, cavabdehin nümayəndəsi gəlməmişdir. 50 manat mediasiya xərci və 10 manat poçt xərci iddiaçı tərəfindən ödənilmişdir.

24. Cavabdeh MMC-nin balansında olan Dəniz Mall-da yerləşən “Alma Store” X19 rəhbəri şahid1 ##.##.2022-ci il tarixli izahatının surətindən görünür ki, Cəmiyyətin mühasibat uçotuna əsasən (həmçinin elektron uçot sisteminə əsasən) anbardar X6 tərəfindən Cəmiyyətin anbarından ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan aralıqda işlədiyi Alma Store online mağazaya 172 ədəd müxtəlif seriya kodu ilə 217.669,90 manat dəyərində telefon cihazı məxaric olunmasına baxmayaraq, faktiki olaraq o, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarix aralığında onun işlədiyi Alma Store online mağazaya 147 ədəd eyni seriya kodu ilə telefon cihazı 166.843,14 manat dəyərində telefon cihazlarını X6 qəbul etmişdir. Əskik gələn 25 ədəd (6 (altı) ədəd ZKMLL63RMA, 3 (üç) ədəd ZKMLL93RMA, 1 (bir) ədəd ZKMLLP3RKA, 4 (dörd) ədəd ZKMLLU3RKA, 1 (bir) ədəd ZKMLMJ3RKA, 1 (bir) ədəd ZKMLMR3RKA, 1 (bir) ədəd ZKMLVD3RMA, 3 (üç) ədəd ZKMND33RKA, 2 (iki) ədəd ZKMND43RKA, 1 (bir) ədəd ZKMNE23RMA, 1 (bir) ədəd ZKMV7N2RUA, 1 (bir) ədəd ZKMLWK3RUA seriya kodları ilə) telefon və qulaqlıq cihazları 49843.14 (qırx doqquz min səkkiz yüz qırx üç manat, 14 qəpik) manat dəyərində telefon cihazlarını X6 mənimsəmişdir.

25. Cavabdeh MMC-nin balansında olan Dəniz Mall-da yerləşən “Alma Store” X27 X9 ##.##.2022-ci il tarixli izahatının surətindən görünür ki, Cəmiyyətin mühasibat uçotuna əsasən (həmçinin elektron uçot sisteminə əsasən) anbardar X6 tərəfindən Cəmiyyətin anbarından ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarix aralığında işlədiyi X3 Store mağazaya 21 ədəd müxtəlif seriya kodu ilə 49.841,79 manat dəyərində telefon cihazı məxaric olunmasına baxmayaraq, faktiki olaraq o, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarix aralığında işlədiyi X3 Store mağazaya 17 ədəd eyni seriya kodu ilə telefon cihazı 40.379,85 manat dəyərində telefon cihazlarını X6 qəbul etmişdir. Əskik gələn 4 ədəd (1 (bir) ədəd ZKMLL63RMA, 1 (bir) ədəd ZKMLLA3RMA, 1 (bir) ədəd ZKMLLE3RMA, 1 (bir) ədəd ZKMLMA3RKA seriya kodları ilə) 9049.14 (doqquz min qırx doqquz manat, 14 qəpik) manat dəyərində telefon cihazlarını X6 mənimsəmişdir.

26. Cavabdeh MMC-nin balansında olan Dəniz Mall-da yerləşən “Alma Store” X27 X5 ##.##.2022-ci il tarixli izahatının surətindən görünür ki, Cəmiyyətin mühasibat uçotuna əsasən (həmçinin elektron uçot sisteminə əsasən) anbardar X6 tərəfindən Cəmiyyətin anbarından ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarix aralığında işlədiyi X1 Alma Store mağazaya 5 (beş) ədəd ZKMLLA3RMA seriya kodu ilə 12.201,75 manat dəyərində telefon cihazı məxaric olunmasına baxmayaraq, faktiki olaraq, o, ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarix aralığında işlədiyi X1 Alma Store mağazaya 4 (dörd) ədəd ZKMLLA3RMA seriya kodu ilə 9.761,40 manat dəyərində telefon cihazlarını X6 qəbul etmişdir. Əskik gələn 1 ədəd ZKMLLA3RMA seriya kodu ilə telefon cihazı 2.238,53 manat dəyərində telefon cihazlarını X6 mənimsəmişdir.

27. Cavabdeh MMC-nin maddi məsul şəxsi anbardarı X6 Cəmiyyətin balansında olan “Alma Store” mağazasının Port Baku filialında yerləşən anbarında fəaliyyət göstərdiyi ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan dövr ərzində anbara mədaxil olan malların və anbardan Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olan malların hərəkətini əks etdirən hesabatdan görünür ki, ##.##.2022-ci il tarixə X6 öhdəliyində qalan mal qalığı 53.738,65 manat dəyərində 93 məhsul, mədaxil olunan mallar 245.200,46 manat dəyərində 192 məhsul, Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olunan mallar 252.263,318 manat dəyərində 207 məhsul, ##.##.2022-ci il tarixə X6 öhdəliyində qalan mal qalığı 48.063,66 manat dəyərində 78 məhsul müəyyən edilmişdir.

28. Cavabdeh MMC-nin maddi məsul şəxsi anbardarı X6 Cəmiyyətin balansında olan “Alma Store” mağazasının Dəniz Mall filialında yerləşən anbarında fəaliyyət göstərdiyi ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan dövr ərzində anbara mədaxil olan malların və anbardan Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olan malların hərəkətini əks etdirən hesabatdan görünür ki, ##.##.2022-ci il tarixə X6 öhdəliyində qalan mal qalığı 66.317,63 manat dəyərində 101 məhsul, mədaxil olunan mallar 192.577,67 manat dəyərində 158 məhsul, Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olunan mallar 211.476,001 manat dəyərində 175 məhsul, ##.##.2022-ci il tarixə X6 öhdəliyində qalan mal qalığı 47.944,80 manat dəyərində 84 məhsul müəyyən edilmişdir.

29. Cavabdeh MMC-nin maddi məsul şəxsi anbardarı X6 Cəmiyyətin balansında olan “Alma Store” mağazasının onlayn satış üçün nəzərdə tutulmuş anbarında fəaliyyət göstərdiyi ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan dövr ərzində anbara mədaxil olan malların və anbardan Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olan malların hərəkətini əks etdirən hesabatdan görünür ki, ##.##.2022-ci il tarixə X6 öhdəliyində qalan mal qalığı 31.995,26 manat dəyərində 48 məhsul, mədaxil olunan mallar 241.145 manat dəyərində 177 məhsul, Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olunan mallar 190.706,80 manat dəyərində 157 məhsul, ##.##.2022-ci il tarixə X6 öhdəliyində qalan mal qalığı 82.266,46 manat dəyərində 68 məhsul müəyyən edilmişdir.

30. Cavabdeh MMC-nin maddi məsul şəxsi anbardarı X6 Cəmiyyətin balansında olan “Alma Store” mağazasının Park Bulvar filialında yerləşən anbarında fəaliyyət göstərdiyi ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan dövr ərzində anbara mədaxil olan malların və anbardan Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olan malların hərəkətini əks etdirən hesabatdan görünür ki, ##.##.2022-ci il tarixə X6 öhdəliyində qalan mal qalığı 51.131,95 manat dəyərində 81 məhsul, mədaxil olunan mallar 197.482,93 manat dəyərində 163 məhsul, Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olunan mallar 219.826,545 manat dəyərində 171 məhsul, ##.##.2022-ci il tarixə X6 öhdəliyində qalan mal qalığı 31.195,39 manat dəyərində 73 məhsul müəyyən edilmişdir.

31. Cavabdeh MMC-nin maddi məsul şəxsi anbardarı X6 Cəmiyyətin balansında olan “Alma Store” mağazasının 28 Mall filialında yerləşən anbarında fəaliyyət göstərdiyi ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan dövr ərzində anbara mədaxil olan malların və anbardan Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olan malların hərəkətini əks etdirən hesabatdan görünür ki, ##.##.2022-ci il tarixə X6 öhdəliyində qalan mal qalığı 51.603,65 manat dəyərində 81 məhsul, mədaxil olunan mallar 298.869,43 manat dəyərində 220 məhsul, Cəmiyyətin balansında olan 5 mağazaya məxaric olunan mallar 328.326,978 manat dəyərində 240 məhsul, ##.##.2022-ci il tarixə X6 öhdəliyində qalan mal qalığı 25.789,63 manat dəyərində 61 məhsul müəyyən edilmişdir.

32. Cavabdeh MMC tərəfindən məhkəməyə təqdim edilmiş əskikgəlmə barədə siyahıdan görünür ki, 35 məhsul əskik gəlmişdir və onların dəyəri 93.855 manat təşkil edir.

33. X6 tərəfindən Cavabdeh MMC-yə ünvanlanmış ##.##.2022-ci il tarixli izahatdan görünür ki, o, Cavabdeh şirkətinə məxsus “Alma Store” dükanlarından və anbarından 21 ədəd “iPhone 13 Pro Max” model telefonları götürmüş və pulunu mənimsəmişdir.

34. Cavabdeh MMC-nin maddi məsul şəxsi anbardarı X6 Cəmiyyətin anbarında fəaliyyət göstərdiyi ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarix aralığında olan dövrün anbar əməliyyatlarını yoxlayaraq Cəmiyyətin balansında olan 5 mağazaya elektron cihazların göndərilməsinin ##.##.2022-ci il tarixi vəziyyətinə inventarizasiyasının keçirilməsi barədə **/K-İ nömrəli əmrdən görünür ki, inventarizasiya komissiyasının yaradılması və inventarizasiya prosesinin ##.##.2022-ci il tarixdə başlanılaraq ##.##.2022-ci il tarixdə yekunlaşdırılması əmr edilmişdir.

35. Cavabdeh MMC-nin işçiləri – şahid2 Şəmsəddin oğlu, X11, X7 və şahid1 tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli aktın surətindən görünür ki, ## ###### 2022-ci il tarixində keçirilmiş inventarizasiya zamanı Cavabdeh MMC-də anbardar vəzifəsində çalışan X6 tərəfindən külli miqdarda elektron avadanlığın oğurluq və mənimsəmə əməllərinin törədilməsi aşkar edilmişdir, faktı imzaları ilə təsdiq etmişlər ki, ümumi dəyəri 93.855 manata bərabər olan 35 adda elektron avadanlıq əskik gəlir.

36. Cavabdeh MMC tərəfindən tərtib edilmiş inventarizasiya aktından görünür ki, inventarizasiya prosesinin nəticəsində Cavabdeh MMC-nin maddi məsul şəxsi - anbardarı X6 Cəmiyyətin anbarında fəaliyyət göstərdiyi ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarix aralığında olan dövrün anbar əməliyyatlarını yoxlayaraq Cəmiyyətin balansında olan 5 mağazaya 31 ədəd olmaqla 63.352,98 manat dəyərində malları təhvil verməyərək mənimsədiyi aşkar olunmuşdur.

37. GDĞ/1 seriyalı ****** nömrəli kassa mədaxil orderinin surətindən görünür ki, iddiaçı Ibrahimov Ayaz tərəfindən ##.##.2022-ci il tarixdə Cavabdeh MMC-yə 10.000 manat ödənilmişdir.

38. Cavabdeh MMC-nin işçiləri – X11, şahid1 və X13 tərəfindən tərtib edilmiş ##.##.2022-ci il tarixli aktın surətindən görünür ki, ##.##.2022-ci il tarixində inventarizasiya keçirilmiş və heç bir elektron avadanlıq əskik gəlməmişdir.

39. “xxxx” MMC tərəfindən tərtib edilmiş razılaşdırılmış prosedurlarla bağlı auditor xidmətlərinin göstərilməsinə dair rəydən görünür ki, sayım prosesində ##.##.2023-cü il tarixinə sifarişçi Cavabdeh MMC-nin təqdim etdiyi anbar qalıqlarının mühasibat uçotu məlumatları ilə faktiki olaraq anbarda mövcud olan fiziki malların üzləşdirilməsi həyata keçirilmişdir. ##.##.2023cü il tarixinə sifarişçinin dörd anbarında ümumi pərakəndə satış dəyəri 78.699 manat olmaqla 31 sayda mal üzrə əskikgəlmə müəyyən olunmuşdur.

40. Cavabdeh MMC tərəfindən X6 ünvanlanmış teleqramdan görünür ki, “xxxx" MMC-də anbardar vəzifəsində işlədiyi ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək olan dövr ərzində apardığı anbar əməliyyatlarının inventarizasiyasının keçirilməsi ilə əlaqədar ##.##.2022-ci il tarixdə saat 22.00-da Cəmiyyətin mağazalarına dəvət olunmuşdur. (forma və məzmun şirkət tərəfindən tərtib edilmiş, sənəd üzərində poçtun ##.##.2022-ci il tarixli ştampı var.) Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikası Əmək Məcəlləsi Maddə 10. Əmək müqaviləsi üzrə işçinin əsas vəzifələri aşağıdakılardır: a) əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanla yerinə yetirmək; b) əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək; c) əməyin təhlükəsizliyi normalarına əməl etmək; ç) işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq; d) dövlət sirrini, habelə işəgötürənin kommersiya sirrini müəyyən olunmuş qaydada və şərtlərlə gizli saxlamaq; e) iş yoldaşlarının əmək hüquqlarını və qanuni mənafelərini pozmamaq; ə) fərdi, kollektiv əmək mübahisələri üzrə məhkəmə qərarlarını (qətnamələrini) yerinə yetirmək; f) əmək qanunvericiliyinin tələblərinə əməl etmək. Maddə 70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Maddə 71.2. Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Maddə 71.3. Işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi. Maddə 84.1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda müəssisənin adı, hüquqi ünvanı, əmrin (sərəncamın, qərarın) sıra nömrəsi, tarixi və onu imzalayan işəgötürənin vəzifəsi, adı, atasının adı və soyadı, işçinin adı, atasının adı, soyadı, əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı, əmək müqaviləsinin ləğv edilməsinin əsası,həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi, əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir. Maddə 186.1. Işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.

2. Işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

45. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.

46. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.

47. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.

48. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

49. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

50. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:

51. 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

52. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

53. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

54. 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;

55. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

56. Maddə 420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Apellyasiya Məhkəməsinin baxışının hədləri:

57. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.

58. Hazırkı halda Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayətinə əsasən tam yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:

59. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki iş materiallarını apellyasiya şikayətinin dəlillərinə əsasən araşdıraraq və tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

60. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin tələbinə görə kassasiya qaydasında işə baxan məhkəmənin qərarında şərh olunan göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

61. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsi”nə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2012-ci il tarixli Qərarında da müəyyən edilmişdir ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 407.1.4, 407.2 və 408.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiya məhkəməsi üçün məcburidir.

62. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra Ali Məhkəmənin Mülki kollegiyasının) Qərarında qeyd edilmiş göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, Məhkəmə həmin göstərişlərlə razılaşaraq onları nəzərə alır.

63. Apellyasiya instansiya məhkəməsinin bundan öncəki qərarını ləğv etmiş Ali Məhkəmənin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərarında qeyd edilir:

64. Apellyasiya instansiyası məhkəməsi iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşmışdır. Birinci instansiyası məhkəməsi əmrin əsaslı olduğunu təsdiq etmək üçün işəgötürən tərəfindən təqdim edilmiş aktları, işçilərin izahatlarını, audit rəyini, şahid ifadələrini, o cümlədən iddiaçının özünün verdiyi izahatı mötəbər sübut kimi qəbul etməmiş, bunun səbəbini MPM-nin 220.4-cü maddəsinin tələbinə uyğun əsaslandırmamışdır. Məhkəmə qeyd etmişdir ki, işəgötürən tərəfindən işçinin ehtimal edilən pozuntuya yol verməsi ilə bağlı hüquq mühafizə orqanına müraciət edilsə də, mötəbər sübutlar təqdim edə bilmədiyindən həmin araşdırma çərçivəsində şəxsin təqsirliliyi sübut edilməmişdir.

65. Kollegiya bu əsaslandırma ilə bağlı qeyd edir ki, prosessual qanunvericilikdə tərəflərin mülki mübahisəyə baxılarkən sübut etməkdən azad olduqları halların dairəsi konkret müəyyən edilmişdir. MPM-nin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Qeyd edilən normaya əsasən qanuni qüvvəyə minmiş hökm olmadan, istintaq orqanının “Cinayət təqibinə xitam verilməsi” barədə qərarı mülki mübahisəyə baxan məhkəmə üçün şəxsin iddia olunan pozuntunu törətmədiyini və ya həmin pozuntunun törədilməsində təqsirli olmadığını, o cümlədən təqdim edilmiş sübutların mötəbərliyini müəyyən edən sübut kimi qəbul edilə bilməz. Iddiaçının cinayət əməli törətdiyi təsdiq edilməsə belə, mülki işə baxan məhkəmə işəgötürənin təqdim etdiyi sübutlar üzrə özü araşdırma apararaq onun əməlində mülki hüquq pozuntusu (delikt) olub-olmadığına, konkret iş üzrə işəgötürənə iddiaçı tərəfindən maddi ziyan vurulub-vurulmadığına hüquqi qiymət verməli idi. Istintaq orqanının qərarında öz əksini tapmış izahatlar və ifadələr mülki mübahisə üzrə məhkəmə tərəfindən MPMnin 106.1-ci maddəsinə əsasən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilə bilər.

66. Iş materiallarına əlavə edilmiş, iddiaçı tərəfindən əlyazma ilə yazılmış izahatda Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus mağazalardan və anbardan 21 ədəd telefonun götürüldüyü və pulunun mənimsənildiyi etiraf edilmişdir. Apellyasiya məhkəməsi bu sübutu mötəbər sübut kimi qəbul etməyərək mövqeyini belə əsaslandırmışdır ki, əlyazmanın kimə ünvanlanması və kim tərəfindən alınması göstərilməmişdir. Məhkəmə eyni zamanda cavabdehin təqdim etdiyi 10000 manat maddi ziyanın ödənilməsi barədə “Kassa mədaxil orderi”ni sübut kimi qəbul etməyərək qeyd etmişdir ki, orderdə ödənişin təyinatı göstərilmədiyindən və ödəyən şəxsin imzası olmadığından etibarlı sübut hesab etməmişdir.

67. Məhkəmə bu qənaətə gələrkən iddiaçının birinci instansiya məhkəməsində işə baxılarkən cavabdeh tərəfindən təqdim edilmiş ##.##.2022-ci il tarixli izahatın işəgötürənin təkidi ilə onun tərəfindən yazıldığını, o cümlədən atası tərəfindən şirkətə 10000 manat pul ödənildiyinin ona məlum olduğunu təsdiq etdiyini, 10.000 manat pul ödənişinin atası tərəfindən həyata keçirildiyinin istintaq orqanına verdiyi sonuncu ifadəsində də qeyd etdiyini nəzərə almamaqla işdə iştirak edən şəxslərin izahatlarının iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməli olduğuna dair prosessual normanı pozmuşdur.

68. MPM-nin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, qeyd edilən normaya əsasən sübutlar qiymətləndirilərkən tərəflərin həqiqiliyini mübahisələndirmədiyi faktlar və sübutlar məhkəmə tərəfindən işin mübahisəsiz, müəyyən edilmiş halı kimi qəbul edilməli, məhkəmə yalnız tərəflərin mübahisələndirdiyi sübutların mötəbərliyinə hüquqi qiymət verməlidir.

69. Işin hallarına əsasən eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı istintaq orqanına ##.##.2022-ci il tarixdə verdiyi ilk ifadəsində də MMC-nin anbarından 21 adda məhsulu mənimsədiyini təsdiq etmiş, sonradan bu ifadəsini dəyişərək yalan ifadə verdiyini göstərmişdir. Məhkəmə tərəfindən tərəflərin izahatlarına, ifadələrə və təqdim edilmiş digər sübutlara MPM-nin 88-ci və 106.1-ci maddələrinin tələbinə uyğun əlaqəli şəkildə qiymət verilməli olduğu halda, qanunun tələbinə müvafiq qiymətləndirmə həyata keçirilməmiş, işəgötürənə maddi ziyan vurulmadığı halda iddiaçının atası tərəfindən hansı səbəbdən işəgötürənə istintaqın gedişində 10.000 manat ödəniş edildiyinə və bu məbləğin geri tələb edilmədiyinə hüquqi qiymət verilməmişdir.

70. Məhkəmə Ali Məhkəmənin göstərişləri ilə razılaşaraq qeyd edir ki, iddiaçının Cavabdeh MMC-yə ünvanlanmış ##.##.2022-ci il tarixli izahatında və istintaq orqanında verdiyi ifadədə öz əməlini – 21 ədəd telefonu mənimsəməsini etiraf etməsi, mülki iş materiallarında olan şahidlərin izahatları, inventarizasiya aktı və audit rəyi ilə bunun öz təsdiqini tapması, eləcə də 10000 (on min) manat məbləğində pulun iddiaçının adından cavabdehə ödənilməsi və həmin məbləğin geri tələb edilməməsi iddiaçının həqiqətən də əmək vəzifələrini kobud şəkildə pozduğunu, işəgötürən tərəfindən onun əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsinin əsaslı olmasını göstərir. Belə ki, MPM-in 106.1-ci maddəsinə əsasən iddiaçının izahatını (ifadəsini) mülki iş materiallarında olan digər sübutlarla yanaşı qiymətləndirdikdə, iddiaçının – işçinin təqsirli hərəkətləri nəticəsində işəgötürənə maddi ziyan vurulduğu müəyyən olur.

71. Həmçinin MPM-in 106.3-cü maddəsinə əsasən cavabdehin iddiaya etirazında əsaslandığı faktları iddiaçının etiraf etməsi, yəni 21 ədəd mobil telefonu mənimsəməsini etiraf etməsi, iddiaçı sonradan bu ifadəsini dəyişsə belə, iş materiallarındakı digər sübutlarla da təsdiqini tapdığından, cavabdehi həmin faktları sübutetmə vəzifəsindən azad etməklə, Məhkəmə tərəfindən mülki işin mübahisəsiz müəyyən edilmiş halı kimi qiymətləndirilir.

72. Apellyasiya icraatı zamanı müəyyən olunmuşdur ki, iddiaçı cavabdehə məxsus əmlakları götürməsi və öz ehtiyaclarına sərf etməsinə dair ilkin izahatlarından yalnız həmin faktla bağlı barəsində aparılan cinayət təqibi üzrə icraat zamanı məhz vəkillərin prosesə qoşulmasından sonra imtina etmiş, eləcə də həmin cinayət işinin icraatına bəraətverici əsaslarla xitam verilsə də, zərərin bir hissəsinin əvəzi kimi cavabdeh MMC-yə ödənilmiş 10.000 manat pulu da geri tələb etməmişdir.

73. Belə olan halda məlum olur ki, rayon məhkəməsi iddia tələblərini təmin edərkən tədqiq olunmuş sübutlara düzgün qiymət verməmiş və müvafiq olaraq da yanlış nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsaslıdır, şikayət təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələblərinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməlidir.

74. MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Nəticə:

75. Göstərilənlərə əsasən Məhkəmə qeyd edir ki, rayon məhkəməsi tərəfindən işin faktiki halları düzgün müəyyən olunmamış, maddi və prosessual normaların tətbiq və təfsirində səhvə yol verilmiş, nəticədə də düzgün olmayan qətnamə qəbul edilmişdir ki, buna görə də cavabdehin apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməməlidir.

76. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

77. Məhkəmə hesab edir ki, şikayət təmin olunduğundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu 50 (əlli) manat iddiaçıdan cavabdehin xeyrinə tutulmalıdır.

78. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDI:

Cavabdeh Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunsun. Nəsimi Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin, iddia tələbləri təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu 50 (əlli) manat iddiaçı X6 cavabdeh Cavabdeh MMC-nin xeyrinə tutulmalıdır. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar