Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1034/2026 14.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Ibrahimova Pərvin Adil qızının katibliyi ilə, *(***)-****/**** saylı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamədən cavabdeh “xxxx” MMC-nin verdiyi apellyasiya şikayətinə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDI: Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı irəli sürdüyü “əmrin ləğv edilməsi və işə bərpa edilməsi tələbi barədə” iddiasına dair mülki işə baxmış Binəqədi Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-ci il tarixli qətnamə ilə iddianın təmin edilməsini qət etmişdir. Cavabdeh MMC-nin həmin qətnamədən verdikləri apellyasiya şikayətinə baxılan zaman iş üzrə tərəflər, onların arasında bağlanmış aşağıdakı məzmunda (olduğu kimi əks edilir) “Barışıq sazişini” Məhkəməyə təqdim edərək, “Sazişin” təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdilər: “- Tərəflərin razılığına əsasən iddiaçı tərəf İddiaçı iddiasının “işə bərpa və məcburi iş buraxmaya görə ##.##.2025-ci il tarixdən əmək haqqının ödənilməsi” hissəsindən tam imtina edir, iddiaçının hazırki iddiası və xahişi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qəbul edilmiş, ##.##.2025 tarixli, ****-IR-**** nömrəli xitam əmrinə düzəliş edilməsi və xitam əsası kimi əmrdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinin qeyd edilməsidir. - Razılığa əsasən cavabdeh tərəf Cavabdeh MMC iddiaçı İddiaçı işdən azad edilməsi ilə bağlı ##.##.2025 tarixli, ****-IR-**** nömrəli xitam əmrinə düzəliş edilməsini və xitam əsası kimi əmrdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinin qeyd edilməsini öz üzərinə götürür. - Barışıq sazişi təsdiq edilməsi üçün ##.##.2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsində keçiriləcək məhkəmə iclası zamanı məhkəmə kollegiyasına təqdim edilsin. - Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. - Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. - Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirmiayəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. - Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. - Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir”. Məhkəmə qeyd edir ki, tərəflərin bağladıqları “Barışıq sazişi” yazılı formada ifadə edilmiş və “Sazişi” bağlamış şəxslər sazişi imzalamışlar. Iş üzrə iddiaçının vəkili (nümayəndəsi) bildirdi ki, iddiaçı, qeyd edilən “Barışıq sazişinin” şərtlərinə uyğun olaraq iddia tələbinin “məcburi iş buraxmaya görə ##.##.2025-ci il tarixdən əmək haqqının ödənilməsi” hissəsindən tam imtina etmişdir. Apellyasiya baxışı iclasında iştirak edən iddiaçı isə bu halı təsdiq etmişdir. Apellyasiyanın nəticələri ilə müəyyən edilir ki, “Saziş” qanuna zidd deyil və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur. Bunları nəzərə alan Məhkəmə, hesab edir ki, “Barışıq sazişi” təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 191.2-ci maddəsinə görə, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. Iddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. MPM-in 261.0.5-ci maddəsinə görə, iş üzrə tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. MPM-in 384.0.5-ci maddəsinin mənasına görə, iş üzrə tərəflər işə apellyasiya qaydasında baxılan zaman barışıq sazişi bağlamışlarsa, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iş üzrə qəbul edilmiş qətnaməni ləğv edərək iş üzrə icraata xitam verə bilər. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-nin 261 və 384-ci maddələrinə əsasən hesab edir ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə apellyasiya baxışının predmeti olan hissəsə ləğv edilməli və həmin hissədə iş üzrə icraata xitam verilməlidir. MPM-in 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. “Barışıq sazişi” Məhkəmə tərəfindən təsdiq olunduğundan, Məhkəmə, MPM-in 261 və 384-ci maddələrinə əsasən hesab edir ki, Rayon Məhkəməsi tərəfindən hazırki iş üzrə qəbul edilmiş qətnamə ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-in 262.4-cü maddəsinə görə, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Odur ki, yuxarıda göstərilənləri, MPM-in 263 və 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Iddiaçı İddiaçı ilə cavabdeh “xxxx” MMC arasında bağlanılmış və aşağıdakı məzmunda olan “Barışıq sazişi” təsdiq edilsin: “- Tərəflərin razılığına əsasən iddiaçı tərəf İddiaçı iddiasının “işə bərpa və məcburi iş buraxmaya görə ##.##.2025-ci il tarixdən əmək haqqının ödənilməsi” hissəsindən tam imtina edir, iddiaçının hazırki iddiası və xahişi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən qəbul edilmiş, ##.##.2025 tarixli, ****-IR-**** nömrəli xitam əmrinə düzəliş edilməsi və xitam əsası kimi əmrdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinin qeyd edilməsidir. - Razılığa əsasən cavabdeh tərəf Cavabdeh MMC iddiaçı İddiaçı işdən azad edilməsi ilə bağlı ##.##.2025 tarixli, ****-IR-**** nömrəli xitam əmrinə düzəliş edilməsini və xitam əsası kimi əmrdə Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” yarımbəndinin qeyd edilməsini öz üzərinə götürür. - Barışıq sazişi təsdiq edilməsi üçün ##.##.2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsində keçiriləcək məhkəmə iclası zamanı məhkəmə kollegiyasına təqdim edilsin. - Sazişin imzalanması sadəcə bu Sazişlə əhatə olunan məsələlərə aiddir və Tərəflər arasında digər irad və tələblərə aid edilmir. - Sazişin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. - Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirmiayəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. - Tərəflər razılığa gəlirlər ki, Tərəflərin birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə Tərəflər razılığa gəlirlər ki, digər müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. - Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və Tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir”. “Barışıq sazişi” təsdiq edildiyindən hazırkı mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2026-cı il tarixli qətnamə ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Hazırkı qərardadın, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 10 gün müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına MPM-in tələblərinə, “MPM-ə əlavə 3-də” müəyyən edilmiş forma və məzmuna uyğun tərtib edilmiş qaydada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-1034/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1034/2026
14.04.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver