Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1036/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: borcun silinməsi, borcun tutulması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X1 oğlundan ibarət tərkibdə, Əmiraslanova Nigar Çingiz qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh İstehsalat Birliyinə qarşı “borcun silinməsi tələbinə dair”, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İstehsalat Birliyinin cavabdeh İddiaçı qarşı “borcun ödənilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən Cavabdeh İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. ##.##.2025-ci il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, İddiaçı *************** nömrəli abonent kodu üzrə yaşayış sahəsinə baxış keçirilmiş və “Abonentin mənzilinə gedən qaz xəttinə baxış keçirilən zaman sayğacdan kənar qeyri-qanuni mənzilə qaz çəkildiyi aşkar olundu” barədə nöqsan qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir.
2. Cavabdeh İB-nin ##.##.2025-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, *************** saylı abonent koduna ##.##.2025-ci il tarixli, ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 12960 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur.
3. ##.##.2025-ci il tarixli “Abonent Saldosu”ndan görünür ki, Ağdaş MQKS, Qəbələ, 031 B.Pirəlli kəndi.–0000-4000 ünvanı üzrə İddiaçı məxsus *************** saylı abonent hesabına 06/2025-ci il tarixə 1555.20 manat borc hesablanmışdır. 05/2025-ci il tarixə ayın sonuna borc 117.51 manat təşkil edir.
4. İnzibati tənbeh vermə haqqında ******* nömrəli, ##.##.2025-ci il tarixli qərardan görünür ki, ##.##.2025-ci il tarixdə Qəbələ rayonu, Böyük Pirəlli kəndində yerləşən fərdi yaşyış evində qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində 1555.20 manat məbləğində ziyan vurmuşdur. Nəticədə İddiaçı tərəfindən İXM-nin 282.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İddiaçı barəsində 100 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin X2 İstismarı İdarəsi tərəfindən 2025-ci ilin mart ayında sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə əsassız olaraq hesablanaraq *************** nömrəli abonent koduna yazılmış 1555.20 manat cərimə məbləğinin yenidən hesablanaraq azaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yuxarıda göstərdiyi ünvanda ailə üzvlərilə birlikdə yaşayır, həmin bu evdə qaz hesabatları onun adınadır, müqavilə onunla bağlanmışdır. ## #### 2025-ci il tarixdə cavabdehin işçiləri onun yaşadığı fərdi yaşayış evinə baxış keçirən zaman sayğacdan kənar əlavə qaz xətti aşkar etmişlər və buna görə də ona qanunsuz olaraq 1555.20 məbləğində cərimə yazmışlar. Lakin bildirmək istəyir ki, həmin xətt aşkar edilsə də, o həmin xəttdən heç bir vaxt istifadə etməmiş, köhnə və istifadəsiz bir xəttdir. Aşkar edilən zaman da istifadə edilmirdi. Ona görə də o, hesablanaraq yazılmış məbləğ ilə razı deyil, hesab edirəm ki, tamamilə qanunsuz və həddən artıq şişirdilərək yazılmış və hesablanmışdır. Belə ki, cərimənin hesablanması zamanı hesabat aparılarkən mənzildə istifadə edilən qaz cihazının 360 günə hesablanması heç bir qanunla tənzimlənmir, tam qanunsuzdur, ona görə də yazılmış cərimə məbləği tam qanunsuzdur. Məhkəmə tərəfindən yenidən hesablanaraq azaldılmalıdır. Belə ki İstehlakçılara satılan qaza nəzarət şöbəsi tərəfindən tərtib edilmiş ## #### 2025-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə ona məxsus evdə qaz cihazı olan KOMBİ-nin orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. KOMBİ-nin konkret olaraq isitmə cihazı olduğunu, yay aylarında isə ümumiyyətlə heç bir isidici və ya qızdırıcı cihazlardan istifadə edilmədiyini nəzərə alınsa, həmin tələbnamənin tam absurd və qanunsuz formada tərtib edildiyi aydın görünmüş olar. Bundan əlavə bütün əhali abonentlərinin, o cümlədən də yaşadığı evə quraşdırılmış qaz sayğacına ayda bir dəfədən az olmayaraq baxış keçirilir, sayğac göstəricilərinə əsasən bildiriş təqdim edilir. Əgər onun mənzilində əvvəllər də sayğacdan kənar qaz xəttindən istifadə edilmiş olsaydı, bunu nəzarətçi aşkar edərdi. Göründüyü kimi əvvəllər də bundan istifadə edilmədiyi üçün bu aşkar edilməmişdir. Cavabdeh İB-nin əməkdaşları ##.##.2025-ci il tarixdə dəymiş zərəri müəyyənləşdirərkən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin Kollegial idarəetmə orqanı olan Şurasının ##.##.2011-ci il tarixli, ** nömrəli qərarı ilə təsdiqlənmış “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na və daxili təlimatlarına istinad etmişdir. Bununla əlaqədar bildirmək istəyir ki, Cavabdeh İB-nin istinad etdiyi həmin sənəd və ya sənədlər o vaxt sübut kimi qəbul edilə bilər ki, Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə qəbul edilsin. Həmin sənəd və ya sənədlər Azərbaycan Respublikası Konstitutsiyasının müvafiq normasına istinad edilməklə qəbul edilmədiyindən həmin sənədlər vətəndaşların sosial vəziyyətini ağırlaşdırır. Bu səbəbdən dəymiş zərərin müəyyənləşdirildiyi “İstehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması qaydaları”na və daxili təlimatları sübut kimi qəbul edilə bilməz. Göründüyü kimi cavabdeh orqan onlara verilmiş hüquqlardan sui-istifadə edərək onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozmuşlar.
7. Cavabdeh Cavabdeh İstehsalat Birliyi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə iddiaçı İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı akt əsasında hesablanmış 1555.20 manat borcun silinməsinə dair iddiasının rədd edilməsini, cavabdeh Qəbələ rayonu Böyük Pirəlli kəndində yaşayan ##.##.1990-cı il təvəllüdlü cavabdeh İddiaçı sayğac göstəricisinə əsasən hesablanmış 112.51 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə yaranan 1555.20 manat, cəmi 1667.71 manat əsas borcun, əvvəlcədən ödənilmiş 36.70 manat dövlət rüsumun və 0.40 qəpik bank xidmət haqqının, ümumilikdə isə 1704.81 manat borcun tutularaq "Azəriqaz” İstehsalat Birliyinin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh "Azəriqaz” İstehsalat Birliyinə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1555.20 manat borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, SOCAR "Azəriqaz” İB-nin X2 istismarı İdarəsinin Qəbələ xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Qəbələ rayonu Böyük Pirəlli kəndində cavabdeh İddiaçı məxsus mənzilində alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh İddiaçı *************** saylı qaz hesabında ödənilməmiş 1667.71 manat borc vardır, həmin borcun 112.51 manat hissəsi sayğac göstəricisinə əsasən və 1555.20 manat hissəsi isə həmin ünvanda sayğacdan kənar xətt vasitəsilə qeyri qanuni qazdan istifadə nəticəsində hesablanmış borc məbləğidir. 1) Sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış borc: İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 112.51 manat həcmindəki borc cavabdeh İddiaçı yaşadığı ünvanda ##.##.2021-ci il tarixdə istismardan açılan G4T markalı ******** nömrəli sayğacın 20951 m³ göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 2) Dəymiş ziyan ilə bağlı aparılmış hesabata görə yaranmış borc: İstehlakçının qaz hesabında olan qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə yaranan 1555.20 manat həcmindəki borc cavabdeh İddiaçı yaşadığı Qəbələ rayonu Böyük Pirəlli kəndində yerləşən mənzilində istismarda olan qaz sayğacından kənar qeyri-qanuni qoşulma vasitəsilə təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, İddiaçı yaşadığı ünvanında "Azəriqaz” İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin apardığı xidməti yoxlama zamanı, ##.##.2025-ci il tarixdə İddiaçı yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş, baxış zamanı mənzildə qeyri-qanuni olaraq sayğacdan kənar qoşulma vasitəsilə təbii qazdan istifadə olunduğu aşkarlanmışdır. Qeyd edirik ki, qanunsuz birləşmə küçədən keçən daşıyıcı qaz xəttinin həyətin giriş qapısının qarşısında olan hissəsdə beton döşəmənin daxilində bərkidildiyindən və bütün həyət boyu yeraltı çəkildiyindən onun kənardan müşahidə edilməsi qeyri mümkündür. Aşkarlanan qeyriqanuni olaraq sayğacdan kənar qoşulma üzrə video və foto çəkiliş aparılmışdır. Keçirilmiş baxış zamanı aşkarlanan təbii qazdan qeyri-qanuni istifadəyə görə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2025-ci il tarixli ******* saylı akt tərtib edilmiş və qaz cihazlarının inventarizasiyası aparılmışdır. Qaz cihazlarından Kombi- 28KV su qızdırıcının maksimal saatlıq qaz sərfinin 3 m³/saat orta günlük iş rejimi 12 saat və hesabat müddəti 360 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən Zaqatala RQİİ-nin ##.##.2025-ci il tarixli "dəymiş ziyanın bərpasına dair tələbnaməsi ilə 12960 m³ (və ya 1555.20 manat) həcmində dəymiş ziyan müəyyən edilmişdir. 3) İnzibati tənbeh barədə: Bundan əlavə araşdırma çərçivəsində toplanmış materiallar inzibati icraatın başlanılması üçün Azərbaycan Respublikası. Energetika Nazirliyinin X4 Agentliyinə təqdim edilmişdir. Bununla əlaqədar olaraq X4 Agentliyinin Şəki filialı tərəfindən İddiaçı Azərbaycam Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməklə ##.##.2025-ci il tarixli MN******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə İddiaçı Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək ##.##.2025-ci il tarixli MN******* nömrəli inzibati tənbeh vermə haqqında qərarala 100 manat həcmində inzibati cərimə edilmişdir və hal hazırda sözügedən qərar qanuni qüvvəsindədir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Şəhriyar Əliyev) ilkin iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İstehsalat Birliyi tərəfindən İddiaçı *************** saylı abonent koduna hesablanmış 1166,4 manat məbləğində borcun silinməsi, ilkin iddia tələbinin qalan hissədə rədd edilməsi, qarşılıqlı iddia tələbinin qismən təmin edilməsi, sayğac göstəricisinə əsasən hesablanmış 112.51 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə yaranan 388,8 manat, cəmi 501,31 manat borc İddiaçı alınaraq Cavabdeh İstehsalat Birliyinə ödənilməsi, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun Cavabdeh İB-nin özünə aid edilməsi qət edilmişdir.
10. Məhkəmə ilkin və qarşılıqlı iddia tələblərinə münasibətdə qeyd etmişdir ki, iddiaçının istifadə etdiyi qaz cihazları (4 gözlü qaz plitələri və otaqları qızdırmaq üçün AQV-80 markalı su qızdırıcı), iddiaçının təbii qazdan qanunsuz istifadədə təqsirli olması, Cavabdeh İB tərəfindən istehlakçının aktın tərtib edildiyi tarixdən əvvəlki on iki aylıq müddət ərzində qanunsuz qoşulmasına dair hər hansı sübut təqdim etməməsi, ilin mövsümü (qış ayları) olması nəzərə alınaraq, iddiaçının qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulduğu dövr ərzində istifadə edilmiş qazın dəyəri, aktın tərtib edildiyi tarixdən əvvəlki 3 aylıq müddət üçün hesablanmalıdır. Belə olan halda, istehlakçının qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulduğu dövrdə istifadə edilmiş qazın dəyəri 388,8 (1555,2/12*3) manat kimi müəyyən edilməlidir.
11. Məhkəmə, ilkin iddia tələbinə münasibətdə qeyd etmişdir ki, hesablanmış 1555,20 manat borcdan 1166,4 (1555,20 – 388,8 = 1166,4) manat borc silinməlidir.
12. Məhkəmə, qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, sayğac göstəricisinə əsasən hesablanmış 112,51 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə yaranan 388,8 manat olmaqla, cəmi 501,31 manat borc iddiaçıdan tutulmalıdır.
13. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 6-cı, 13cü maddəsinin 8-ci, 13-cü maddəsinin 8-1-ci, 13-cü maddəsinin 9-cu bəndində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2, 4.8, 6.5-1, 6.5-3, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 216-220, və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri
14. Qətnamədən ilkin iddia üzrə cavabdeh-qarşılıqlı iddia üzrə iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsi, ilkin iddianın təmin edilən, qarşılıqlı iddianın təmin edilməyən hissələrdə ləğv edilməsini, ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Apellyasiya şikayətində göstərilmişdir ki, qazdan istifadə qaydalarının pozulması faktı ilə əlaqədar iddiaçı tərəf toplanmış materialları Energetika Nazirliyinin X4 Agentliyinin Şəki filialına təqdim etmiş, EnergetikaNazirliyinin X4 Agentliyinin Şəki filialıisə cavabdeh İddiaçı Azərbaycan Respublikası İXMnin 282.1-ci maddəsi ilə təqsirli bilərək ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarala 100 manat həcmində inzibati cərimə etmiş və sözügedən qərar cavabdeh tərəfindən heç bir halda mübahisələndirməmişdir. Həmçinin inzibati xəta haqqında icraat aparan orqan qaz paylayıcısından daxil olmuş materialları araşdırarkən istehlakçının təqsirli olması barədə sübutları qiymətləndirir və vurulmuş zərərin hesablanmasının qaydalara uyğun aparılmasını araşdırır, hər hansı kənarlaşma və sübut yetərsizliyi olduğu halda isə ya inzibati xəta haqqında iş üzrə icraatın aparılmasının rədd edilməsi haqqında qərar qəbul edir, ya da zərərin hesablanmsının qaydalara uyğunlaşdırılmasına dair icrası məcburi olan göstəriş verir. Hazırkı mübahisə üzrə isə inzibati orqan inzibati xəta haqqında iş üzrə icraatın aparılmasının rədd edilməsi haqqında qərar qəbul etməmiş və ya zərər hesablanarkən qaydalara uyğun olmaması ilə bağlı hər hansı irad bildirilməmişdir. Ona görə də inzibati tənbeh vermə haqqında qərarda göstərilənlər qaydalara uyğun olması faktı təsdiq edilmiş və sonrakı prossesual hərəkətlərdə mübahisələndirilə (dəymiş ziyanın hesabatının on iki aparılması) bilməz. Lakin bununla belə birinci instansiya məhkəməsi dəymiş ziyanın hesabatının on iki ay yox bir ay kimi götürməsi heç bir maddi norma ilə əsaslandırmamış və sonda əsassız qənaətə gəlmişdir. Bu qənaət isə cavabdeh tərəfindən gələcəkdə eyni pozuntulara yol verilməməsi üçün çəkindirici (xəbərdaredici) təsiri olmamasına şərait yaradır. Cavabdeh İddiaçı qazın talanmasında təqsirli olması və hesabatın on iki ay müddətində aparılması inzibati tənbeh vermə haqqında qərarla təsdiq olunduğundan iddiaçı Cavabdeh İstehsalat Birliyinin cavabdehə qarşı dəymiş ziyanın ödənilməsi tələbi ilə çıxış etməsi qanuni və əsaslı olmuşdur. Ona görə də birinci instansiya məhkəməsinin qarşılıqlı iddia tələbinin təmin edilməyən hissəsində qətnaməsi ləğv edilməli və iddia tələbi həmin hissədə də təmin edilməlidir. Cavabdeh İB-nin Zaqatala RQİİninmütəxəssisləri tərəfindən ##.##.2025-ci il tarixdə İddiaçı istifadəsində olan G4 markalı ************* nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı İddiaçı Qəbələ rayonu Böyük Pirəlli kəndində yerləşən mənzilində sayğacdan kənar, qeyri-qanuni olaraq küçə xəttinə birbaşa qoşulmaqla təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Aşkarlanan fakt üzrə müvafiq qaydada video və foto çəkiliş aparılmışdır. Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında ##.##.2025-ci il tarixli ******* saylı akt tərtib etmişdir. Belə ki, mənzildə istismarda olan qaz işlədici Kombi-28Kv avadanlığının maksimal qaz buraxma qabiliyyəti 3 m /saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 360 gün qəbul edilməklə, itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin ##.##.2025-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsi” ilə 12960 m (və ya 1555.20 manat) həcmində müəyyən edilmişdir
b)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar (nümayəndə) məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu
18. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.
19. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir.
20. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu
21. Maddə 6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”
22. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (* nömrəli əlavə) əlavə edilir.
23. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.
24. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.
25. 2.12-ci bəndinə əsasən istehlakçılar qaz qurğularının “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq istismarına və işçi vəziyyətdə saxlanılmasına görə məsuliyyət daşıyırlar.
26. 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
27. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
28. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
32. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
33. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
34. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
35. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır.
37. Göründüyü kimi sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə) təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması halları cavabdeh tərəfindən sübuta yetirilməmişdir.
38. Kollegiya həmçinin qeyd edir ki, “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ### 2011-ci il tarixli Qərarının 6.5-ci bəndinə görə, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmaq kimi səlahiyyətli olmasına baxmayaraq, cavabdehin əməkdaşları bunu etməmişdir.
39. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, qeyd edir ki, sayğaca qanunsuz qoşulma hallarında, qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla, qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı nəzərə alınmaqla hesablanmalıdır.
40. Bununla belə, cavabdeh tərəfindən hesablama bu şərtlərə əməl edilmədən aparılmış, ilin mövsümü və əvvəlki dövrün orta gündəlik qaz sərfi nəzərə alınmamışdır. Belə olan halda kollegiya hesab edir ki, iddiaçının abonent koduna hesablanmış borcun azaldılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
41. Birinci instansiya məhkəməsi haqlı olaraq, iddiaçının istifadə etdiyi qaz cihazları (4 gözlü qaz plitələri və otaqları qızdırmaq üçün AQV-80 markalı su qızdırıcı), iddiaçının təbii qazdan qanunsuz istifadədə təqsirli olması, Cavabdeh İB tərəfindən istehlakçının aktın tərtib edildiyi tarixdən əvvəlki on iki aylıq müddət ərzində qanunsuz qoşulmasına dair hər hansı sübut təqdim etməməsi, ilin mövsümü (qış ayları) olması nəzərə alınaraq, iddiaçının qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulduğu dövr ərzində istifadə edilmiş qazın dəyəri, aktın tərtib edildiyi tarixdən əvvəlki 3 aylıq müddət üçün hesablamış və istehlakçının qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulduğu dövrdə istifadə edilmiş qazın dəyərini 388,8 (1555,2/12*3) manat kimi müəyyən etmişdir. Məhkəmə haqlı olaraq, 1555,20 manat borcdan 1166,4 (1555.20 – 388,8 = 1166,4) manat borcu silmişdir.
42. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğvi üçün əsas deyildir.
43. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.