Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1067/2026 12.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (X7mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) təsirli divarın sürüşməsinin qarşısının alınması və maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə (açar sözlər: mülkiyyət hüququnun müdafiəsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (sədrlik edən və məruzəçi), X1 və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X5 katibliyi ilə, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakı ilə, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı (X7mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) təsirli divarın sürüşməsinin qarşısının alınması və maddi zərərin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən ## ######## 2016-cı il tarixli Çxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsində yerləşən ** saylı evin, ümumi sahəsi 38,3 kv.m. olan *a saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır.
2. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsində yerləşən ** saylı evin, ümumi sahəsi 31,4 kv.m. olan * saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh adına qeydiyyata alınmışdır.
3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ###### 2016-cı il tarixli qətnaməsinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında “xxxx” Dövlət Tarixi-Memarlıq Qoruğu Idarəsinin cavabdeh Cavabdeh qarşı Bakı şəhəri, Mirzə Mansur küçəsi, ** nömrəli evdə cavabdeh Cavabdeh tərəfindən zəbt olunmuş sahənin boşaldılması və abidənin tərkib hissəsi olan sahələrin ilkin vəziyyətə gətirilməsi barədə iddiası təmin edilməmişdir.
4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ####### 2021-ci il tarixli qətnaməsinə əsasən İddiaçı tərəfindən Bakı şəhəri, Mirzə Mənsur küçəsi, ** saylı evin *a saylı mənzilində özbaşına tikilmiş sanitar qovşağının sökülməsi və mənzildə texniki sənədlərdə olmayan kommunikasiya xətlərinin ləğv edilməsi, cavabdeh İddiaçı dəymiş mddi ziyanın əvəzi olaraq 333 manat tutularaq iddiaçı Cavabdeh ödənilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi, İddiaçı cavabdeh Cavabdeh qarşı cavabdehə məxsus mənzilin əvvəlki vəziyyətinə qaytarılması, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair qarşılıqlı iddiasının təmin olunmaması qət edilmişdir.
5. “xxxx” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsi tərəfindən İddiaçı ünvanlanmış ## #### 2023-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 1 ünvanındakı qonşusu (mənzil 14A) tərəfindən yükdaşıyan divarları zədələndikdən sonra yaranmış qəzalı vəziyyət barədə elektron müraciətinə baxılmışdır. Müraciəti ilə əlaqədar olaraq Idarənin və MKTX-nin mütəxəssisləri tərəfindən sözügedən ünvana baxış keçirilmişdir. Baxış zamanı hər hansı qəzalı vəziyyət müəyyən edilməyib. Bildirirlr ki, müraciətində qeyd etdiyi 14A mənzilin mülkiyyətçisi Cavabdeh tərəfindən qonşuların razılığı əsasında mənzilin girişinin və bir otağının tavanın taxta konstruksiyası istismara tam yararsız olduğu üçün 2006-cı ildə inşaat norma və qaydalarına uyğun bərpa-təmir işlərinin apardığı məlum olmuşdur. Eyni zamanda diqqətinə çatdırırlar ki, son 3 il ərzində Cavabdeh tərəfindən mülkiyyətində təmin işlərinin aparılmasına icazə verilməsinə dair Idarəyə müraciət daxil olmamışdır.
6. “xxxx” Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin Mənzil-kommunal və Təmir Xidməti tərəfindən Cavabdeh ünvanlanmış ## ### 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Bakı şəhəri, Mirzə Mənsur küçəsi, ev 94, 9 və ** saylı mənzillərdə çatların olması ilə bağlı “xxxx” Dövlət Tarix-Memarlıq Idarəsinin Mənzil-kommunal və Təmir Xidmətinə ünvanlanan ## ### 2024-cü il daxilolma tarixli, V-94 daxilolma nömrəli müraciətinə baxılmışdır. Nəzərinə çatdırırlar ki, bina yaşayış evi kimi 1850-ci ildə inşa edilmiş və Nazirlər Kabinetinin ## ###### 2021-ci il tarixli, *** nömrəli qərarına əsasən yerli əhəmiyyətli tarix və mədəniyyət abidələr siyahısına daxil edilmişdir (inventar No 2545). Bildirirlər ki, müraciətlə əlaqədar olaraq mütəxəssislər tərəfindən ünvanda araşdırmalar aparılmış və 1-ci mərtəbədə yerləşən ** saylı mənzilin tavanında xırda gözlə görünən çatlar və * saylı mənzilin arakəsmə divarlarında çatların olması aşkar edilmişdir. Bildirirlər ki, mənzilin divarlarında çatların hərəkəti dinamikasını izləmək məqsədi ilə Mənzil-Kommunal və Təmir Xidmətinin mütəxəssisləri tərəfindən divarlara mayaklar qoyulmuşdur.
Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94, * saylı mənzildə dəhlizdə çatmayan 1,5 metr uzunluğunda, 20 sm enində divarın mənzilin qapısı nəzərə alınmaqla 1,2 kv.m-lik hissəsi sürüşmənin qarşısın alınması məqsədi ilə tərəfindən mişar daşı ilə yerinə bərpa olunması, ilk iddiaya görə 100 manat, apellyasiya şikayətinə görə 50 manat, Ali Məhkəmə rüsumuna görə 50 manat dövlət ödənişi, vəkil ilə Ali Məhkəməsinə şikayəti tələbi ilə müqavilə bağlamaq üçün minimum 350 manat xərclərin labüd olması səbəbindən cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia onunla əsaslandırılmışdır ki, o, 2016-cı ildə Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94, mənzil 9A mənzilini əldə etmişdir. Ilk gündən qonşu – cavabdeh ilə aralarında qarşılıqlı pretenziyalar elan olunub. 2021-ci ildən mübahisələr məhkəmə müstəvisində həllini gözləyir. Cavabdehə məxsus * saylı mənzilin dəhlizində 20 sm enində 2,35 metr uzunluğu arakəsmə divarında 2 mayak qoyulan sürüşmə var. Buna səbəb bu divarın çatmayan (yenidənqurma nəticəsində) 1,5 metr uzunluqlu hissəsidir. Bu sürüşmə nəticəsində ona məxsus *a saylı mənzili qonşu – paralel-müstəqil arakəsmə divarında * saylı mənzilin, 35 metr divarın sürüşüb dartınma – qabarma yaranması nəticəsində *a saylı mənzilin divarında cavabdehin eqoist-şəristəsiz-qanunsuz-özbaşına yenidənqurma aparması nəticəsində təxminən 1 metr uzunluğunda çat yaratması nəticəsi qəzalı vəziyyətdir. Bu problemlə bağlı qoruğa müraciəti ilə ##.##.2023-cü il tarixli ötəri cavab verilmişdir. Sonra müraciətini Rəşadın təkili ilə detallı araşdırıb. Qoruq ##.##.2024-cü il tarixli yeni cavab vermişdir. Elə həmin gün * saylı mənzildə iki sürüşmə çatına əməkdaşı ilə mayaq qoymuşdur. Bu haldan bütün işlərə cavabdeh kimi adəti üzrə böhtan məqsədi yararlanmağa çalışır. Hazırkı iddianı verməsi bu münasibətin labüd nəticəsidir. Ancaq hazırkı vəziyyət müəyyən xərclər tələb edir deyə bu xərclərin cavabdehin maneçiliyi səbəbindən tutulması gərəkdir.
9. Iddiaçı İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küç., ev 94, * saylı mənzildə dəhlizdə çatmayan 1,5 metr uzunluğunda, 20 sm enində divarın mənzilin qapısı nəzərə alınmaqla 1,2 kv.metrlik hissəsi sürüşmənin qarşısın alınması məqsədi ilə tərəfindən mişar daşı ilə yerinə bərpa olunması, ilkin iddiaya görə 100 manat, apellyasiya şikayətinə görə 50 manat, Ali Məhkəmə rüsumuna görə 50 manat dövlət ödənişi, vəkil ilə Ali məhkəmə şikayəti tələbi ilə müqavilə bağlamaq üçün minimum 350 manat xərclərin labüd olması səbəbindən cavabdehdən alınaraq ona ödənilməsini xahiş olunmuşdur. Daha sonra dəqiqləşdirmə verilərək, 3-cü tələbin, yəni təsirli divarların sürüşməsin aradan qaldırmaq məqsədi ilə 9, 9a, və ** saylı mənzilin divarların 14a mənzilində istinad yükü predmeti boyunca 2006-2016-cı illərdə sökülmüş, hazırda fiksə olunan çat sahələr altı 25 m uzunluğu 20 sm diametrində taxta şalbanın cavabdeh tərəfindən videomüşayətlə “xxxx” Qoruğu tikinti-üslubuna uyğun yerləşdirilməsinin təmin olunmasına dair iddia tələbinin artırılmasını icraata götürüb, bu barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Işin obyektiv və ədalətli aparılması – tavanın sürüşməsinin aradan qaldırılması üçün proses gedişində hazırkı müraciət üzrə iddia tələbinin artırılması zərurəti əmələ gəlmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehə məxsus Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94, * saylı mənzildə arxiv surətinə əsasən dəhlizdə çatmayan otaqlararası 6 metr uzunluğunda, 20 sm enində yükdaşıyan arakəsmə divarın mənzildə sürüşmənin qarşısı alınması məqsədi ilə sonuncu tərəfindən mişar daşı ilə yerinə bərpa olunması, * saylı mənzilin müstəqil tavanı digər 3 mənzil tavanın üzərindən götürülərək 20 sm aşağı düşürülərək aşağı köhnə yerinə cavabdeh tərəfindən salınması, ilkin iddiaya görə 100 manat, apellyasiya şikayətinə görə 50 manat, Ali Məhkəmə rüsumuna görə 50 manat dövlət ödənişi, ekspertiza rəyinə görə 200 manat, mütəxəssis rəylərinə görə 2000 manat, vəkil ilə Ali Məhkəmə şikayəti tələbi ilə müqavilə bağlamaq üçün minimum 350 manat xərclərin labüd olması səbəbindən cavabdehdən cəmi 2750 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Cavabdeh Cavabdeh etirazı onunla əsaslandırılmışdır ki, * saylı mənzilin arakəsmə divarındakı məlum çatların yaranma səbəbinin, qonşu *a saylı mənzildə 7 metr uzunluğunda və 0,70 metr enində olan istinad divarının sökülməsinin olduğu halda (arxiv sənədləri və ekspert rəyi ilə sübut olunmuş hal üzrə), nələnsə əlbəttə ki, qərəzli olaraq səbəb kimi * saylı mənzildə söküntü olduğunu iddia edir və yenə də əlbətdə ki, heç bir sübut ortaya qoymadan. Bildirir ki, hələ 2015-2016-cı illərdə sözügedən *a saylı mənzildə qanunsuz yenidənqurma işləri aparılmış və bunun nəticələri hələ də digər qonşu mənzillərdə bu və ya başqa şəkildə özünü göstərməkdədir. Nəticə olaraq *a saylı mənzildə özbaşına tikilmiş bəzi arakəsmə divarlar hələ 2016-cı ildə Qoruq Idarəsi tərəfindən sökülmüş, digər qanunsuz quraşdırmalar isə məhkəmə tərəfindən ləğv edilmişdir (##.##.2021-ci il tarixli qətnamə ilə). Ona məxsus * saylı mənzilin arakəsmə divarında baş verənlərlə əlaqədar tərəfindən Səbail Rayon Məhkəməsində iddia qaldırılmışdır. Bildirir ki, ** saylı binanın 2-ci mərtəbə üzrə arxiv sənədindən çıxarışda və * saylı mənzilə aid texpasportdan da görünür ki, 9 və *a saylı mənzillər arasındakı, çiy kərpicdən olan arakəsmə divardır və bu divar sözügedən mənzillər bölünərkən inşa edilmişdir və binanın istinad divarı deyil, o səbəbdən ki, 1-ci mərtəbə üzrə bu sözügedən divar mövcud deyildir. * saylı mənzilin arxiv sənədləri üzrə bütün daş istinad divarları yerindədir və yalnız *a saylı mənzil üzrə daş istinad divarı qanunsuz olaraq sökülmüş və nəticə etibarı ilə yük arakəsmə divara düşdüyündən məlum divarda çatlar yaranmış, son 10 il üzrə müxtəlif vaxtlarda çatlar montaj edilmiş, arası doldurulmuş, lakin divarda hərəkətlilik olduğundan, Qoruq Idarəsi tərəfindən mayaklar qoyulmaqla nəzarətdə saxlanılır və digər məhkəmənin nəticəsi üzrə əməli işlərin aparılması planlaşdırılır. Iddiaçının özünün də dediyi kimi bu çatlar həmçinin *a saylı mənzildə də var və bu o deməkdir ki, məlum çatlar 9a da baş vermiş divar söküntüsünün nəticəsidir. Çünki * saylı mənzilin divarlarında və tavanında ümumiyyətcə təmir işləri aparılmamış, yalnız döşəmə təmir edilmişdir. Iddiaçıya aid *a saylı mənzildə isə çoxsaylı söküntü və normativlərə cavab verməyən qanunsuz tikinti işlərinin sübutu mötəbər sənədlərdə əks edilmişdir. Beləliklə, iddia ərizəsindəki bütün məqamlara aydınlıq gətirməklə birmənalı olaraq o qənaətə gəliri ki, məlum absurd iddia ərizəsi yalnız onun qanuni tələblərinə qarşı təzyiq vasitəsi kimi irəli sürülmüş, əksər hallarda qərəz dolu şər-böhtan, bəzi məqamlarda isə faktların təhrif edilməsi, ona aid olmayan hüquqlarla müşayiət edilməkdədir. Ümumiyyətlə, iddiaçı İddiaçı ona qarşı çoxsaylı və əsassız məhkəmə iddiaları qaldırmaqla, ümumi həyətdə birgəyaşayış qaydalarına hörmətsizlik edir və bununla da digər qonşularında qanunla qorunan hüquqlarına müdaxilə etmiş olur.
11. Məhkəmə mühəndis-texniki ekspertizasının **/**** saylı, ## ###### 2025-ci il tarixli rəyinə əsasən: - 1-ci sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, ** saylı binanın **a saylı mənzilin əvvəllər ümumi dəhliz kimi istifadə olunan sahəsində yerləşən iki arakəsmə divarının söküldüyü və layihədə sahəsi 6,6 kv.m. olan tikilinin arakəsmə divarının söküldüyü və layihədə sahəsi 6,6 kv.m. olan tikilinin arakəsmə divarının üzərində qapı boşluğunun açıldığı və digər arakəsmə divarının söküldüyü müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ** saylı binanın *a saylı mənzilin faktiki olaraq yükdaşıyan divarlarının (dəhlizlə yaşayış otağını ayıran divarı söküldüyü və yerində qalınlığı 0,22 m enində divarın hörüldüyü müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, *a saylı mənzilin (layihə üzrə * saylı tikili) tikilisinin arakəsmə divarının söküldüyü müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ** saylı binanın * saylı mənzilin texniki pasportun məlumatlarına uyğun olduğu və divarların sökülmədiyi müəyyən edilmişdir. Qeyd olunur ki, tədqiq olunan 9, 9a və **a saylı mənzillərə baxış keçirilən zamanı mənzillərin divarları üzərində təqribən (0,1-0,5mm) ölçüdə çatlar müşahidə olunmuşdur. Lakin həmin çatların nədən əmələ gəlməsi tikinti texniki ekspertin həll etdiyi məsələlər dairəsindən kənar olduğundan qərardadın birinci sualının ikinci hissəsi üzrə tədqiqat aparılmadı. - 2-ci sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ** saylı binanın *a saylı mənzilin 0,8 enində 7,40 m uzunluğunda yerləşən divarın, istinad sütunlarının söküldüyü müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, MIrzə Mənsur küçəsi, ** saylı binanın 9 və **a saylı mənzillərin istinad divarlarının sökülmədiyi müəyyən edilmişdir. - 3-cü sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ** saylı binanın 9 və 14 a saylı mənzillərinin istinad divarları sökülmədiyindən qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. - 4-cü sual üzrə: Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ** saylı binanın 14a və * saylı mənzillərin istinad divarlarının hazırkı vəziyyətdə “xxxx” X3 Qoruğu Idarəsi tərəfindən təqdim edilmiş layihəyə uyğun gəldiyi və istinad divarlarında dəyişikliyin aparılmadığı müəyyən edilir. - 5-ci sual üzrə: Binalarda sürüşmə hallarının baş vermə səbəbinin müəyyən edilməsi məsələsi tikinti texniki ekspertin həll etdiyi məsələlər dairəsindən kənar olduğundan qərardadın bu sualı üzrə tədqiqat aparılmadı.
12. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsinə əsasən iddia rədd edilmiş, məhkəmə xərclərinin iddiaçıya aid edilməsi, İddiaçı dövlət nəfinə keçirilmiş məhkəmə ekspertiza xərcinin əvəzi kimi 100 manat məbləğində pul tutulması və İddiaçı Cavabdeh xeyrinə hüquqi xidmət xərclərinə görə 200 manat məbləğində pul tutulması qət edilmişdir.
13. Qətnamənin əsaslarına görə, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsində yerləşən ** saylı evin *a saylı mənzili iddiaçının, həmin evin * saylı mənzili cavabdehin mülkiyyətindədir. Məhkəmə qaldırılan tələb üzrə zəruri biliyə malik olan ekspertin müvafiq rəyinin alınması zəruriliyini nəzərə alaraq həmin mülki iş üzrə məhkəmə mühəndis-texniki ekspertizası təyin edilmiş, ekspertlə mübahisəli evlərə baxış keçirilmiş və müvafiq rəy verilmişdir. Ekspert rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mansur küçəsi, ** saylı binanın **a saylı mənzilin əvvəllər ümumi dəhliz kimi istifadə olunan sahəsində yerləşən iki arakəsmə divarının söküldüyü və layihədə sahəsi 6,6 kv.m. olan tikilinin arakəsmə divarının söküldüyü və layihədə sahəsi 6,6 kv.m. olan tikilinin arakəsmə divarının üzərində qapı boşluğunun açıldığı və digər arakəsmə divarının söküldüyü müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ** saylı binanın *a saylı mənzilin faktiki olaraq yükdaşıyan divarlarının (dəhlizlə yaşayış otağını ayıran divarı söküldüyü və yerində qalınlığı 0,22 m enində divarın hörüldüyü müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, *a saylı mənzilin (layihə üzrə * saylı tikili) tikilisinin arakəsmə divarının söküldüyü müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ** saylı binanın * saylı mənzilin texniki pasportun məlumatlarına uyğun olduğu və divarların sökülmədiyi müəyyən edilmişdir. Qeyd olunur ki, tədqiq olunan 9, 9a və **a saylı mənzillərə baxış keçirilən zamanı mənzillərin divarları üzərində təqribən (0,1-0,5mm) ölçüdə çatlar müşahidə olunmuşdur. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ** saylı binanın *a saylı mənzilin 0,8 enində 7,40 m uzunluğunda yerləşən divarın, istinad sütunlarının söküldüyü müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, MIrzə Mənsur küçəsi, ** saylı binanın 9 və **a saylı mənzillərin istinad divarlarının sökülmədiyi müəyyən edilmişdir. Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ** saylı binanın 14a və * saylı mənzillərin istinad divarlarının hazırkı vəziyyətdə “xxxx” X3 Qoruğu Idarəsi tərəfindən təqdim edilmiş layihəyə uyğun gəldiyi və istinad divarlarında dəyişikliyin aparılmadığı müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tələbini cavabdeh tərəfindən arakəsmə divarının sökülməsi ilə bağlı irəli sürsə də, ekspert rəyi ilə cavabdehin mülkiyyətində olan mənzildə hər hansı istinad divarlarının sökülmədiyi, mənzilin istinad divarlarının hazırkı vəziyyətdə “xxxx” X3 Qoruğu Idarəsi tərəfindən təqdim edilmiş layihəyə uyğun gəldiyi və istinad divarlarında dəyişikliyin aparılmadığı müəyyən edilmişdir. Əksinə ekspert rəyində iddiaçının özünün mülkiyyətində olan mənzildə arakəsmə divarının söküldüyü müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında cavabdeh tərəfindən irəli sürdüyü tələbin əsaslı olması üçün istinad etdiyi hallar və dəllilər öz təsdiqini tapmamışdır və bunu təsdiq edən digər sübutlar məhkəməyə təqdim edilə bilməmişdir. Qanunvericiliyin tələblərindən görünür ki, hər bir tərəf irəli sürdüyü iddia tələblərini sübut etməldir və sübutlar kifayət qədər güclü və təkzib olunmaz faktlarla əsaslanmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələblərin əsaslı olması müəyyən olunmadığından, həmin tələblər əsassız hesab olunmalı və təmin edilməməlidir. Məhkəmə iddia tələbinin ilkin iddiaya görə 100 manat, apellyasiya şikayətinə görə 50 manat, Ali Məhkəmə rüsumuna görə 50 manat dövlət ödənişi, ekspertiza rəyinə görə 200 manat, mütəxəssis rəylərinə görə 2000 manat, vəkil ilə Ali Məhkəmə şikayəti tələbi ilə müqavilə bağlamaq üçün minimum 350 manat xərclərin labüd olması səbəbindən cavabdehdən cəmi 2750 manat pulun tutulması hissəsi üzrə qeyd etmişdir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, iddiaçının hazırkı tələbi təmin edilmədiyindən, hazırkı tələbə görə ödənilən dövlət rüsumu və məhkəmə xərcləri, həmçinin iş üzrə keçirilmiş ekspertiza xərci iddiaçıya aid edilməlidir. Əvvəllər tərəflər arasında mübahisə ilə əlaqədar mülki işə baxılarkən çəkilən xərcin (apellyasiya və kassasiya şikayətlərinə görə ödənilən dövlət rüsumu, vəkil xərci və s.) tutulması hissəsi üzrə isə məhkəmə qeyd edir ki, prosessual qanunvericilik hər bir mülki işə baxılarkən məhkəmə xərclərinin tutulması ilə bağlı qərar qəbul edilməsini də nəzərdə tutur. Məhkəmə cavabdehin iddia tələblərinin təmin olunmayacağı təqdirdə hüquqi yardıma görə vəkilə ödənilən pulun iddiaçıdan tutulması ilə bağlı təoləbi üzrə qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 121-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə iddia tələbinin rədd edildiyini, cavabdehin hüquqi xidmətlə bağlı vəkillə müqavilə bağladığını və bununla əlaqədar 800 manat məbləğində ödənişin edilməsini, lakin müdafiəçinin məhkəmə iclasında yalnız 1 dəfə iştirak etməsini, konkret halda hazırkı işlə əlaqədar göstərilən yardımın həcmini, işə baxılma müddətini nəzərə alaraq hesab edir ki, cavabdehə edilən hüquqi yardıma görə ağlabatan məbləğ kimi 200 manat məbləğində pulun iddiaçıdan tutulması müəyyən edilməlidir.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, 127-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 88, 101.7, 103.1, 107, 119, 121-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MIÜMK-nın ## ###### 2004-cü il tarixli Qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ### 2006-cı il tarixli Qərarına, Insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Iddiaçı İddiaçı həmin qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
16. Apellyasiya şikayətinin dəlillərinə görə, iddiaçı hazırki iddia tələblərini qonşu mənzilin digər hissəsində digər 1-ci mərtəbə sökülmüş divarında tələb etmişdir, lakin həmin dövrdə ekspertin yanlış rəyi ilə iddiası təmin olunnamışdır. Hazırki dövrdə də digər divar üzrə iddia irəli sürsə də, yenə yeni ekspertin natamam rəyi köhnə iddia etdiyi divarın sökülməsi barədə qeyd etsə də, hazırda iddia etdiyi divar barədə heç bir qeyd yazmamış və hazırda iddiasını realizə etməyə yenə imkan vermir. Sonrakı dövrdə də o, bu divarın söküldüyünü sübut etsə də, yenə gec olacaq. Odur ki, apellyasiya məhkəməsindən təkrar ekspertiza təyin olunmasını xahiş edəcək. Əks təqdirdə hüququnu haqlı tələb edən şəxsin böhtanlanması və bunun ayaq tutub yeriməsi ilə üzləşəcək. Cavabdehə məxsus * saylı mənzildə onun tərəfindən sahəni artırmaq məqsədi ilə sökülmüş 6 metr uzunluğundakı tavan yükü daşıyan divarın yerinə bərpa olunması və mənzildə hündürlüyü təmin etmək məqsədi ilə qonşu 3 mənzili tavanı üzərinə atılmış * saylı mənzil tavanın 20 sm köhnə vəziyyətinə endirilməsi bu * saylı mənzildə qeyribərabər yük düşən arakəsmə divarın sürüşməsinin qarşısını alacaq və bu da iddiaçıya məxsus qonşu * saylı mənzil arakəsməsində bu sürüşmə nəticəsində yaranmış dartılma-qabarma nəticəsi çatların dərinləşməsinin qarşısını alacaqdır. Bundan ötrü isə növbəti instansiya məhkəmələrinin bu hüquq pozmasının qarşının alınması üçün konkret prosessual tədbirlər görməsi gərəkir. Iddiaçı məhkəmə hazırlığı dövründə müstəqil ekspertizanın təyin olunmasına dair vəsatət versə də, bu təmin olunmamışdır. Nəticədə sübutların yoxluğu səbəbindən iddiası rədd olunmuşdur. 94 binası 2-ci mərtəbə sxemi olan Qoruq Arxiv sənədi - izahı: Iddiaçı məhkəməyə bu sübutu təqdim etsə də və burada * saylı mənzildə 6 metr çatmayan yükdaşıyan divarın sxemi qeyd olunsa da, məhkəmə bu sübutu nəzərə almamışdır. 2-ci mərtəbə mənzillərin yuxarıdan fotoşəkili - izahı: Iddiaçı bu fotoşəkili təqdim etsə də, bu şəkilin ətraflı iş üzrə zəruri tavanın tikinti normaları pozulmaqla yerləşməsi izahını versə də, məhkəmə bunu sübut olaraq qiymətləndirməmiş, buna dair müstəqil ekspert qarşısında sual qoyulmasını təmin etməmişdir. Köhnə 2022-ci il tarixli iddia ərizəsi - izahı: Buradan aydın olur ki, iddia tələbində qeyd olunan 14A mənzilində sökülmüş divar sonuncu ekspert rəyi ilə təsdiqini tapır. Bakı Inzibati Məhkəməsinin 2018-ci il tarixli qərarı - izahı: Burada görünür ki, cavabdeh * saylı mənzilində 6 metr uzunluğunda divarı və digər köməkçi sahələri sökdükdən sonra yaranmış boşluq əlavə 3 kv.metr sahənin bu mənzilin reyestrnə əlavə olunması üçün Bakı Inzibati Məhkəməsinə iddia ilə müraciət etmişdir. Iddiaçının hazırki iş üzrə ilkin (İ) və növbəti (II) iddia tələbində tələb olunanlar, sonuncu artırma-azaltma (III) daha zəruri olduğu üçün birinci instansiya tərəfindən müəyyən olunmaqla qalmışdır. Hesab edir ki, problemin üçüncü dəqiqləşdirmə iddia tələbi irəli sürərkən məhz bundan qaynaqlandığını bildiyi üçün vəkil xidmətinə müraciət etrmişdir. Lakin bunu digər işlərində olduğu kimi, məhkəmə diqqətinin yayındırılması məqsədi ilə törətdiyi araşdırılmamaqla düzgün qiymət verilmədiyi üçün nəticədə 200 manat vəkil xərci və natamam ekspert rəyi xərci iddiaçıdan əsassız tutulur. Bu ekspertiza rəyi iddiaçının vəsatəti təmin olunmadığına görə təyin olunmamışdır. Bu birinci instansiya məhkəməsinin və cavabdehin əks mövqeyi ilə əlaqədar olmuşdur. Apellyasiya instansiyası məhkəməsində o, bu ekspertizanın keçirilməsi tələbi ilə çıxış edəcək.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Cavabdeh Cavabdeh məhkəməyə apellyasiya şikayətinə etiraz təqdim edərək, ərizəsində göstərilənləri və işin hallarını, eləcə də etiraz ərizəsi üzrə işə əlavə etdiyi sənədləri sübutlar kimi qəbul etməklə, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.
18. Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, * saylı mənzilin arakəsmə divarındakı məlum çatların yaranma səbəbinin, qonşu *a saylı mənzildə 7.4 metr üzunluğunda və 0.80 metr enində olan istinad divarının sökülməsinin olduğu halda ( arxiv sənədləri və ekspert rəyləri ilə sübut olunmuş hal üzrə), nədənsə, əlbəttə ki, qərəzli olaraq, səbəb kimi * saylı mənzildə söküntü olduğunu iddia edir və yenədə əlbəttə ki, heç bir sübut ortaya qoymadan. Bildirir ki, hələ 2015-2016-cı illərdə, sözügedən, *a saylı mənzildə qanunsuz yenidənqurma işləri aparılmış və bunun nəticələri, hələdə, digər qonşu mənzillərdə, bu və ya başqa şəkildə özünü göstərməkdədir. Nəticə olaraq, *a saylı mənzildə özbaşına tikilmiş bəzi arakəsmə divarlar hələ, 2016-cı ildə Qoruq Idarəsi tərəfindən sökülmüş, digər qanunsuz quraşdırmalar isə məhkəmə tərəfindən ləğv edilmişdir (*(***)-***/**** saylı, ##.##.2021-ci tarixli qətnamə ilə). Cavabdehə məxsus * saylı mənzilin arakəsmə divarında baş verənlərlə əlaqədar onun tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsində iddia qaldırılmış, indiki iddiaçı olan İddiaçı cavabdeh qismində işə cəlb edilmiş, sonuncu, qarşılıqlı iddia ərizəsi ilə çıxış etmiş, işə baxan məhkəmə qarşılıqlı iddia ərizəsini icraata qəbul etməmiş və nəticədə İddiaçı məlum iddia tələbləri ilə bu icraatı başlatmış, eyni zamanda, *(***)-**/**** nömrəli iş üzrə icraat yekunlaşaraq, ##.##.2026-cı il tarixli qətnamə qəbul edilmişdir (*(***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnamə əlavə edilir. Qoşma 1). Eləcə də bildirir ki, ** saylı binanın 2-ci mərtəbə üzrə arxıv sənədindən çıxarışdan və * saylı mənzilə aid texniki pasportdan da görünür ki, 9 və *a saylı mənzillər arasındakı çiy kərpicdən olan, arakəsmə divardır və bu divar sözügedən mənzillər bölünərkən inşa edilmişdir və binanın istinad divarı deyil, o səbəbdən ki, 1-ci mərtəbə üzrə bu, sözügedən, divar mövcud deyildir. * saylı mənzilin arxiv sənədləri üzrə bütün daş istinad divarları yerindədir və yalnız *a saylı mənzil üzrə daş istinad divarı qanunsuz olaraq sökülmüş və nəticə etibarı ilə, yük, arakəsmə divara düşdüyündən, məlum divarda çatlar yaranmış, son 10 il üzrə, müxtəlif vaxtlarda çatlar mantaş edilmiş, arası doldurulmuş, lakin divarda hərəkətlilik olduğundan, Qoruq Idarəsi tərəfindən mayaklar qoyulmaqla nəzarətdə saxlanılır və digər məhkəmənin nəticəsi üzrə əməli işlərin aparılması planlaşdırılır. Iddiaçının özünün də dediyi kimi bu çatlar, həmçinin *a saylı mənzildə də var və bu o deməkdir ki, məlum çatlar 9a da baş vermiş divar söküntüsünün nəticəsidir. Çünki * saylı mənzilin divarlarında və tavanında ümumiyyətcə təmir işləri aparılmamış, yalnız döşəmə, təmir edilmişdir. Iddiaçıya aid *a saylı mənzildə isə çoxsaylı söküntü və normativlərə cavab verməyən qanunsuz tikinti işlərinin sübutu mötəbər sənədlərdə əks edilmişdir. Apellyasiya şikayətində guya ki, cavabdehə məxsus * saylı mənzildə hansısa istinad divarının söküldüyü yenə də iddia edilir, baxmayaraq ki, ekspert rəyində məhz 9 və ** saylı mənzillərdə yükdaşıyan istinad divarlarının sökülmədiyi qeyd edilmiş, iddiaçıya aid *a saylı mənzildə isə məhs yükdaşıyan divarın söküldüyü (arxiv sənədlərinə istinadla) göstərilmişdir... Həmçinin, iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş FHN-nin ##.##.2025-ci il tarixli rəyindən də görünür ki, sözügedən divarda yaranan vəziyyətin təbii fəlakətlə əlaqəsi yoxdur. Həmçinin, *(***)-**/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnamədən də görünür ki, 9 və *a saylı mənzillərin ortaq arakəsmə divarındakı çatlar məhz *a saylı mənzildə 7.4 metr üzünlüğünda və 0.80 metr qalınlığında istinad divarının sökülməsi nəticəsində yaranmışdır. Eləcə də, işə əlavə edilmiş DTMQI-nin çoxsaylı məktublarından da görünür ki, sözügedən *a saylı mənzildə müxtəlif vaxtlarda qanunsuz yenidənqurma işləri aparılmış və bu işlər normativlərə cavab verməməklə edilmişdir. Deməli baş verənlərə ümumi olaraq baxsaq, səbəb və nəticə arasındakı qarşılıqlı əlaqə aşağıdakı kimi birbənalı olaraq görünür. Birincisi, məlum arakəsmə divarda çatlar ən azından iki səbəbdən baş verə bilərdi, təbii fəlakət nəticəsində və ya yenidənqurma tikinti-texniki səbəbindən. FHN-nin ##.##.2025-ci il tarixli rəyi təbii fəlakət versiyasını istisna edir və qalır ikinci versiya, yəni tikinti-texniki qaydalarının pozulması ilə qanunsuz yenidənqurma işlərinin aparılması versiyası ki, ekspert də məhz bu halı aşkar etmiş və mötəbər sənədlərlə əsaslandırmış rəy vermişdir. Eləcə də, apellyasiya şikayətində təkrar ekspertizanın keçirilməsi kimi fikir yürüdülür və bununla əlaqədar bildirir ki, məhz digər paralel gedən *(***)-**/**** nömrəli işdədə ekspertiza rəyi mövcutdur və nəticələr təxminən eynilik təşkil edir, yəni nəticə olaraq çatlara səbəb iddiaçının özünə məxsus *a saylı mənzildə yükdaşıyan divarın sökülməsi səbəbidir ki, bu da hamıya bəlli olan faktlardır ki, ##.##.2026-cı il tarixli qətnamə ilə də haqlı olaraq bu nəticəyə gəlinmişdir. Iş materiallarında olan ekspertiza rəylərinin sayı 5-dir. 2021-ci il tarixli, 720/2021-saylı iş üzrə olan və tərəfindən təqdim edilmiş birinci rəy, *(***)-***/**** saylı baxılan iş üzrə və tərəfin vəsatəti ilə ərsiyə gələn ikinci rəy, *(***)-**/**** nömrəli iş üzrə eyni predmet barəsindəki təqdim edilmiş üçüncü rəy, FHN-nin ##.##.2025-ci il tarixli, iddiaçının özü tərəfindən təqdim edilmiş dördüncü rəy, “AID Consulting”in eyni predmet barəsində tərəfindən təqdim edilən beşinci rəy. Beləliklə, iddia ərizəsindəki və Apellyasiya şikayətindəki bütün məqamlara aydınlıq gətirməklə, birmənalı olaraq o qənaətə gəlinir ki, məlum absurd iddia ərizəsi və apellyasiya şikayəti yalnız cavabdehin qanuni tələblərinə qarşı təzyiq vasitəsi kimi irəli sürülmüş, əksər hallarda qərəz dolu şər-böhtan, bəzi məqamlarda isə faktların təhrif edilməsi, ona aid olmayan hüquqlarla müşayiət edilməkdədir. Ümumiyyətcə, iddiaçı olan İddiaçı cavabdehə qarşı çoxsaylı və əsassız məhkəmə iddiaları qaldırmaqla, ümumi həyətdə birgəyaşayış qaydalarına hörmətsizlik edir və bununla da digər qonşuların da qanunla qorunan hüquqlarına müdaxilə etmiş olur.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Iddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
20. Cavabdeh Cavabdeh apellyasiya şikayətinə etirazın məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunmadan, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
21. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X7(onun nümayəndəsi) məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlmədiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmışdır.
Tətbiq edilən hüquq
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər
23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1. Daşınmaz əmlak - üzərində hüquqlar dövlət qeydiyyatına alınmalı olan torpaq sahələri, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlərdir. Maddə 7.1. Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir.
24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayəti ilə qətnamənin ləğv edilib, iddianın təmin olunması tələb edildiyindən məhkəmə aktı şikayətin dəlilləri üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları, o cümlədən qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir.
27. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayətində hər hansı yeni bir dəlil irəli sürülməmiş, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, həmçinin qətnamənin ləğv olunması və ya dəyişdirilməsi üçün digər bir əsas qeyd olunmamışdır. Şikayət iddiaçının birinci instansiya məhkəməsində irəli sürdüyü dəlillərlə əsaslandırılmış, həmin dəlillər əsasında isə məhkəmə tərəfindən ətraflı araşdırma və qiymətləndirmə aparılmışdır.
28. Birinci instansiya məhkəməsi haqlı və düzgün olaraq qeyd etmişdir ki, iddiaçı tələbini cavabdeh tərəfindən arakəsmə divarının sökülməsi ilə bağlı irəli sürsə də, ekspert rəyi ilə cavabdehin mülkiyyətində olan mənzildə hər hansı istinad divarlarının sökülmədiyi, mənzilin istinad divarlarının hazırkı vəziyyətdə “xxxx” X3 Qoruğu Idarəsi tərəfindən təqdim edilmiş layihəyə uyğun gəldiyi və istinad divarlarında dəyişikliyin aparılmadığı müəyyən edilmişdir. Əksinə ekspert rəyində iddiaçının özünün mülkiyyətində olan mənzildə arakəsmə divarının söküldüyü müəyyən edilmişdir. Beləliklə məhkəmə iclasında cavabdeh tərəfindən irəli sürdüyü tələbin əsaslı olması üçün istinad etdiyi hallar və dəllilər öz təsdiqini tapmamışdır.
29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır və qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə əlaqədar gəldiyi nəticə faktiki cəhətdən əsaslı, maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanunidir, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qətnamənin ləğvinə və ya dəyişdirilməsinə əsas vermir. Bu səbəbdən qətnamə dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir.
30. Göstərilənlərə əsasən və MPM-in 392, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi:
Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.