Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1082/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Ilkin iddia tələbi üzrə iddiaçı “xxxx” MTK-nın cavabdehlər Nasibov Valekh Ələddin oğlu və Rzayev Ramil Əli oğluna qarşı ilkin, qarşılıqlı iddia tələbi üzrə iddiaçı Rzayev Ramil Əli oğlunun cavabdeh “xxxx” MTK-ya qarşı iş üzrə QƏTNAMƏ Iş № *(3-6)-1082/2026 (Açar sözlər: qəzalı vəziyyətdə olan çoxmənzilli yaşayış binalarının sökülməsi ilə bağlı mübahisələr, mülkiyyətin ədalətli kompensasiyası və s.) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X3 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Ilkin iddia üzrə iddiaçının nümayəndələri X1 və X2 iştirakları ilə, Ilkin iddia tələbi üzrə iddiaçı “xxxx” MTK-nın cavabdehlər Nasibov Valekh Ələddin oğlu və Rzayev Ramil Əli oğluna qarşı “mənzilin sökülməsi” tələbinə dair ilkin iddiası və qarşılıqlı iddia tələbi üzrə iddiaçı Rzayev Ramil Əli oğlunun cavabdeh “xxxx” MTK-ya qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbinə dair qarşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən ilkin iddia üzrə iddiaçı “xxxx” MTK tərəfindən verilmiş apelyasiya şikayətinə ## ##### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. Iş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
1. Ilkin iddia tələbi üzrə iddiaçı “xxxx” MTK cavabdehlər Nasibov Valekh Ələddin oğlu və Rzayev Ramil Əli oğluna qarşı “mənzilin sökülməsi” tələbinə dair ilkin iddia ərizəsi və iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh2 məxsus olan ünvan 3 ünvanında yerləşən ** saylı, sahəsi 46.38 kv.m olan mənzilin əvəzinə * saylı çoxmərtəbəli yaşayış binasında, 4-cü mərtəbədə bir ədəd 94 kv.m.sahəsi olan 3 otaqlı, *C-** saylı təmirli mənzilin onun mülkiyyətinə verilməsini, yeni mənzillə təmin olunanadək “xxxx” MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi və cavabdehə məxsus mənzilin sökülməsi, cavabdeh Rzayev Ramil Əli oğluna ünvan 2 ünvanında yerləşən, sahəsi 73.90 kv.m olan ** saylı mənzilin əvəzinə “xxxx” Mənzil Tikinti Kooperativi tərəfindən həmin ərazidə, yeni tikiləcək * saylı binada 13-cü mərtəbədə 1 ədəd, 94 kv.m yaşayış sahəsi olan 3 otaqlı *A-** saylı təmirli yeni mənzilin və * saylı binada 16-cı mərtəbədə 1 ədəd 1 otaqlı 52 kv.m sahəsi olan *A-*** saylı mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzillə təmin olunanadək “xxxx” MTK tərəfindən ona hər ay 700 manat kirayə haqqının ödənilməsi və cavabdehə məxsus mənzilin sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Iddia onunla əsaslandırılmışdır ki, Bakı Şəhər Icra Hakimiyyəti Başçısının ##.##.2021ci il tarixli *** saylı sərəncamı ilə “xxxx” Mənzil-Tikinti Kooperativinin ##.##.2021-ci il tarixli, */** saylı müraciəti, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin ##.##.2021-ci il tarixli, XO-**-**-****-***** saylı, Azərbaycan Respublikası Iqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin ##.##.2021-ci il tarixli, 21********** saylı rəyləri və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyi "Azərdövlətlayihə" Dövlət Baş Layihə Institunun ##.##.2021-ci il tarixli, **/**-***** saylı razılıq məktubu, eləcə də Azərbaycan Respublikasının Prezidentinin ## #### 2012-ci il tarixli *** saylı fərmanı ilə təsdiq olunmuş "Yerli Icra Hakimiyyətləri haqqında" Əsasnamənin və torpaq qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllədə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6,02 ha. torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun tənzimlənməsi şərti ilə yeni, çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün “xxxx” Mənzil-Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilmişdir. “xxxx” Mənzil-Tikinti Kooperativi həmin sərəncamların icrası ilə əlaqədar mühüm işlər görmüş, ərazidə yaşayan sakinlərin əksəriyyəti ilə razılıq əldə edərək onların yaşadığı istismar müddəti bitmiş, yaşayış üçün yararsız olan binaları sökərək yeni müasir tipli, yüksəkmərtəbəli binalar tikmiş, əvvəlki mənzillərdən daha artıq yaşayış sahəsi olan mənzilləri tam təmirli vəziyyətdə razılığa gəlmiş sakinlərin istifadəsinə vermişdir. Həmin işlər hal-hazırda davam etdirilir. Lakin binalar üzrə sakinlərin əksəriyyəti ilə müqavilələr bağlansa da tikinti işlərinə hələ də başlanmamışdır. Bunun səbəbləri cavabdehlər tərəfindən törənən maneələrdir. Belə ki, cavabdehlər istifadəsində olan qeyri-yaşayış sahələrinin əvəzinə onlara 2-3 dəfə artıq qeyri-yaşayış və ya yaşayış sahəsi eləcə də dəyərindən 2-3 dəfə artıq kompensasiya tələb edirlər. Əgər şirkət həmin tələbləri yerinə yetirərsə nəinki gəlir əldə edə bilər, hətta ziyanla işləyər. Cavabdehlərin qanuna zidd, qeyri-humanist, hüquqdan sui-istifadəyə uyğun hərəkətləri ilə əlaqədar MTK ilə razılığa gələn sakinlər getdikcə yaxın zamanda yeni mənzil əldə etmək ümidlərini itirirlər. Kooperativ onlarla bağlanmış müqavilələrin şərtlərinə müəyyən edilmiş müddət ərzində əməl etməzsə külli miqdarda zərərlə üzləşə bilər. Belə olan halda, kooperativin məhkəməyə müraciət etməkdən başqa çarəsi qalmır. Bildirilir ki, cavabdeh Nasıbov Valeknin ünvan 3 ünvanda yerləşən ** saylı, sahəsi 46.38 kv.m olan mənzili var. Onlar onun əvəzinə həmin ərazidə “Kursusünvan 4-Tikinti Kooperativi tərəfindən inşa edilən * saylı çoxmərtəbəli yaşayış binasında 4-cü mərtəbədə bir ədəd 94 kv.m sahəsi olan 3 otaqlı *C-** saylı təmirli mənzilin onun mülkiyyətinə verilməsini, yeni mənzillə təmin olunanadək “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsini təklif edirlər. Cavabdeh Rzayev Ramil Əli oğlunun ünvan 1 ünvanda yerləşən, sahəsi 73.90 kv.m olan ** saylı mənzilin əvəzinə həmin ərazidə, yeni tikiləcək * saylı binada 13-cü mərtəbədə 1 ədəd, 94 kv.m yaşayış sahəsi olan 3 otaqlı *A-** saylı təmirli yeni mənzilin və * saylı binada 16-cı mərtəbədə 1 ədəd 1 otaqlı 52 kv.m sahəsi olan *A-*** saylı mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzillə təmin olunanadək “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən ona hər ay 700 manat kirayə haqqının ödənilməsini təklif edirlər. Göründüyü kimi hər bir mülkiyyətçiyə təxminən 50-70 % əlavə yaşayış və ya qeyri yaşayış sahəsi təklif olunur. Bundan başqa, mənzlini təhvil verdiyi gündən, yeni mənzili təhvil alana qədər orta səviyyəli mənzillərdə yaşamaq üçün kirayə haqqı ödəyirlər. Lakin, həmin mülkiyyətçilər onların bu humanist təklifləriniz qəbul etmirlər. Daha çox sahəsi olan mənzillər və ya qeyri-yaşayış sahələri və ya fantastik məbləğdə pul tələb edirlər. "Fortis- Bayıl" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu münasibətləri tənzimləyən qərarı "Qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmələr tərəfindən mübahisəli məsələyə baxılarkən həmin normativ hüquqi akt qüvvədə olmuşdur". Həmin qərarda daha sonra qeyd olunur ki, "Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur". Göründüyü kimi ən yüksək məhkəmə instansiyası hesab edilən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu cür mübahisələrdə hüquqdan sui-istifadə hallarına yol verilməməsi, bir və ya bir-neçə şəxsin mənafeyinin çoxluğun mənafeyindən üstün tutulmasının aradan qaldırılması üçün konseptual mövqe müəyyən etmiş, eyni zamanda yeni normativ-hüquqi aktların qəbul olunmasının zəruriliyini əlaqədar dövlət orqanlarının nəzərinə çatdırmışdır. Lakin, bəzi hallarda aşağı məhkəmə instansiyalarında bu cür mübahisələrə baxılarkən hakimlər Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında müəyyən edilən tövsiyələrə etinasız yanaşırlar, mülkiyyət toxunulmazlığı prinsipini əsas tutaraq fərdlərin mənafeyinin toplumun mənafeyindən daha üstün tutan qərarlar qəbul edirlər. Bu da haqlı olaraq uzun illər davam edən məhkəmə çəkişmələrinə gətirib çıxarır. Bir və ya bir-neçə şəxsin mənzil toxunulmazlığı qorunsa da, çoxluğun daha abad, müasir, geniş mənzillərdə yaşamaq arzusu nəzərə alınmır. Hazırkı mübahisə üzrə cavabdehlərə də sahib olduqları əmlakın əvəzinə daha geniş, abad əmlaklar təklif olunmuşdur. Lakir onlar hüquqdan sui-istifadə edərək daha çox sahəsi olan mənzil və ya fantastik məbləğdə kompensasiya tələb edirlər.
3. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Rzayev Ramil Əli oğlu cavabdeh “xxxx” Mənzil- Tikinti Kooperativinə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət edərək, məhkəmədən ilkin iddia tələbinin rədd edilməsi, cavabdeh “xxxx” MTK-dan 60000 manat məbləğində maddi zərərin, 100000 manat məbləğində mənəvi zərərin və ödənilmiş 450 manat dövlət rüsumunun tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, e-**(***)-***/**** saylı qərardadına əsasən, ərizə təmin edilmiş, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsində, 2519cu məhəllədə yerləşən 39, 41, 43 və **/** saylı yaşayış binalarının əlavə tikililərlə birlikdə istismarının dərhal dayandırılması və bu barədə əlaqədar təşkilatlar məlumatlandırılması, 39, 41, 43 və **/** saylı yaşayış binalarının sakinləri binalardan və onların mənzillərindən köçürülmələri, həmin mənzillərin tam boşaldılması, binalara girişin qadağan edilməsi və binaların ətrafının şərti olaraq çəpərlənməsi və müvafiq xəbərdarlıq nişanlarının qoyulması, Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 39, 41, 43 və **/** saylı yaşayış binalarının mövcud sakinlərinin müvəqqəti yaşayış sahəsi ilə təmin edilmələri vəzifəsinin “Kursusünvan 4-Tikinti Kooperativinə həvalə edilməsi, qərardadın icrasının Bakı şəhəri Nizami rayon Icra Şöbəsinə həvalə edilməsi, qərardadın dərhal icra edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin **(***)- ***/**** saylı ##.##.2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinin **(***)-***/**** saylı ##.##.2024- cü il tarixli qərardadı ləğv edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 16(007)- ***/**** saylı ##.##.2024-cü il tarixli qərardadı icra olunarkən o və ailə üzvləri məcburi şəkildə ailəsinə məxsus Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, ev 43, mənzil 20-dən zorla çıxarılmışlar, əşyaları çölə-yağışın altına tökülmüş, mənzillərin qapı, pəncərəsi, elektrik xətləri, su xətləri sökülərək atılmış, mənzilləri tam yararsız hala salınmışdır. O, ailəsi ilə birlikdə məcbur qalaraq öz vəsaiti hesabına kirayə mənzil tutaraq müvəqqəti ora yerləşmişlər. Mülkiyyətində olan məzildən məhrum olmuşlar. Bakı şəhəri Nizami rayon Məhkəməsinin **(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qərardadının icrası ilə bağlı ona 60 000 manatdan çox məbləğdə zərər dəymişdir. Mənzilinə baxış keçirilsə görünər ki, əvvəlki vəziyyətinə qaytarmaq üçün 60 000 manatdan çox vəsait tələb olunur. Çünki həmin qərardadı icra edərkən MTK-nın nümayəndələri və onların işə cəlb etdiyi fəhlələr mənzilini tamamilə dağıtmışdır. Bu günədək “xxxx” Mənzil-Tikinti Kooperativi mənzili əvvəlki vəziyyətə qaytarılması, dəymiş zərərin aradan qaldırılması ilə bağlı heç bir addım atmamışdır. Bütün bu qeyd etdikləri Bakı şəhəri Nizami rayon Məhkəməsinin **(***)-***/**** saylı ##.##.2025-ci il tarixli qərardadı ilə öz təsdiqini tapmışdır. Nəticə etibarı ilə cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativi onun təqsiri ucbatından dəymiş 60 000 manat dəyərində maddi zərəri, 100 000 manat məbləğində mənəvi zərəri ona ödəməyə borcludur. Belə olan halda pozulmuş hüquqlarının bərpası və dəymiş zərərin ödənilməsi ilə bağlı Məhkəməyə müraciət etmək məcburiyyətindədir.
5. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Starə Əliyeva) ilkin iddia tələbinin təmin edilməməsi; qarşılıqlı iddia tələbi üzrə iddiaçı Rzayev Ramil Əli oğlunun cavabdeh “xxxx” Mənzil-Tikinti Kooperativinə qarşı cavabdeh “xxxx” MTK-dan 60.000 manat məbləğində maddi zərər, 100000 manat məbləğində mənəvi zərər və ödənilmiş 450 manat dövlət rüsumunun tutulmasına dair qarşılıqlı iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 16, 29 və 43cü maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1, 16.1, 152.1, 152.5, 152.6, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Qətnamədən ilkin iddia üzrə iddiaçı “xxxx” MTK apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsi və ilkin iddianın qismən təmin olunması, cavabdeh cavabdeh2 məxsus olan ünvan 3 ünvanında yerləşən ** saylı, sahəsi 46.38 kv.m olan mənzilin əvəzinə * saylı çoxmərtəbəli yaşayış binasında, 4-cü mərtəbədə bir ədəd 94 kv.m.sahəsi olan 3 otaqlı, *C-** saylı təmirli mənzilin onun mülkiyyətinə verilməsi, yeni mənzillə təmin olunanadək “xxxx” MTK tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsi və cavabdehə məxsus mənzilin sökülməsi, qalan hissədə qətnamənin dəyişdirilmədən saxlanması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
8. Apelyasiya şikayətində bildirilmişdir ki, cavabdeh Rzayev Ramil Əli oğlu ilə iddiaçı şirkət arasında razılaşma əldə olunmuş, tərəflər arasında notarial qaydada təsdiq olunmuş əvəzləşmə müqaviləsi bağlanmışdır, bu səbəbdən cavabdeh Rzayev Ramil Əli oğluna münasibətdə qətnamə mübahisələndirilmir. Digər cavabdeh cavabdeh2 ünvan 3 ünvanda yerləşən ** saylı, sahəsi 46.38 kv.m olan mənzili var. Şirkət həmin mənzilin əvəzinə həmin ərazidə “Kursus ünvan 4-Tikinti Kooperativi tərəfindən inşa ediləcək * saylı çoxmərtəbəli yaşayış binasında 4-cü mərtəbədə bir ədəd 94 kv.m sahəsi olan 3 otaqlı *C-** saylı təmirli mənzilin onun mülkiyyətinə verilməsini, yeni mənzillə təmin olunanadək “xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən ona hər ay 600 manat kirayə haqqının ödənilməsini təklif edir. Göründüyü kimi təklif olunan mənzilin sahəsi cavabdehin mənzilinin sahəsindən 2 dəfədən də çoxdur. Bakı şəhərində heç bir tikinti şirkəti sakinlərə bu qədər əlavə sahə təklif etmir. Belə olan halda məhkəmə hansı arqumentlərə istinad edərək iddiaçının həmin cavabdehə zərər vurması qənaətinə gəlmişdir. "Fortis-Bayıl" Mənzil-Tikinti Kooperativinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2020-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin bu münasibətləri tənzimləyən qərarı "Qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və qəzalı vəziyyətdə olan binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə qəbul edilmişdir. Bu Qərar qəzalı vəziyyətdə olan əmlakın mülkiyyətçidən alınması deyil, insanların yaşaması və ya istifadəsi üçün nəzərdə tutulmuş tikinti obyektlərində sağlam və təhlükəsiz yaşayışın təmin edilməsi üçün əmlakın yenidən qurulub, istismara yararlı vəziyyətə salınıb mülkiyyətçinin istifadəsinə qaytarılması məqsədi daşıyır. Həmin qərarda daha sonra qeyd olunur ki, "Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi vacib hesab edir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyri-mümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlımütənasiblik prinsipinin pozulmasına səbəb olur". Göründüyü kimi ən yüksək məhkəmə instansiyasıhesab edilən Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi bu cürmübahisələrdə hüquqdan suiistifadə hallarına yol verilməməsi, bir və ya bir neçə şəxsin mənafeyinin çoxluğun mənafeyindən üstün tutulmasının aradan qaldırılması üçün konseptual mövqe müəyyən etmiş, eyni zamanda yeni normativ-hüquqi aktların qəbul olunmasının zəruriliyini əlaqədar dövlət orqanlarının nəzərinə çatdırmışdır. Lakin bəzi hallarda aşağı məhkəmə instansiyalarında bu cür mübahisələrə baxılarkən hakimlər Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qeyd edilən qərarında müəyyənedilən tövsiyələrə etinasız yanaşırlar, mülkiyyət toxunulmazlığı prinsipini əsas tutaraq fərdlərin mənafeyinin toplumun mənafeyindən daha üstün tutan qərarlar qəbul edirlər. Bu da haqlı olaraq uzun illər davam edən məhkəmə çəkişmələrinə gətirib çıxarır. Bir və ya bir-neçə şəxsin mənzil toxunulmazlığı qorunsa da, çoxluğun daha abad, müasir, geniş mənzillərdə yaşamaq arzusu nəzərə alınmır. Hazırkı mübahisə üzrə cavabdehə də sahib olduğu əmlakın əvəzinə daha geniş, abad əmlak təklif olunmuşdur. Lakin o, hüquqdan sui-istifadə edərək daha çox sahəsi olan mənzil və ya fantastik məbləğdə kompensasiya tələb edir.Göründüyü kimi, Nasibov Valekh Ələddin oğluna münasibətdə ilkin iddia rədd olunarkən məhkəmənin qətnamədə göstərdiyi nəticələri işin hallarına uyğun gəlmir. Ona görə də qanunsuz və əsassız qətnamə qəbul olunmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
10. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
11. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, binada artıq heç kəs qalmayıb. Bacardıqları qədər artıq sahə verməyə çalışmışlar. 3 otaqlı, təmirli, öz əvvəlki mənzilindən 2 dəfə artıq ölçülərə malik mənzil verməyi təklif edirlər.
12. Işə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər tərəflər məhkəmə iclasına gəlmədiyindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Konstitusiyası
13. Maddə 13. (İ hissə). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
14. Maddə 16 ( İ hissə). Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır.
15. Maddə 29. ( İ hissə). Hər kəsin mülkiyyət hüququ vardır. - (II hissə). Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. - (III hissə). Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. - (IV hissə). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.
16. Maddə 43. ( İ hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
18. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.
19. Maddə 15. Yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir.
20. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur;
21. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir;
22. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur;
23. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir;
24. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
28. Maddə 385.1.2. Birinci instansiya məhkəməsinin məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas təşkil edir.
Apellyasiya baxışının hədləri
29. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
30. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yalnız ilkin iddia üzrə iddiaçı “xxxx” MTK-nın qətnamənin qarşılıqlı iddia üzrə cavabdeh Nasibov Valekh Ələddin oğluna qarşı tələbi hissəsində mübahisələndirildiyindən, qətnamə yalnız həmin hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
31. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli və iddia həmin hissədə təmin edilməlidir.
32. Birinci instansiya məhkəməsi işin mühüm hallarını aydınlaşdırmamış və iş üzrə təqdim olunmuş sübutlara düzgün qiymət verməmişdir ki, bu da mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün əsaslar yaratmışdır.
33. Belə ki, Bakı şəhər Icra Hakimiyyətinin Başçısının ##.##.2021-ci il tarixli, *** saylı “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” Sərəncamından görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6.02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün “xxxx” Mənzil-Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.
34. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 41, mənzil 21 xüsusi mülkiyyət hüququ ilə ##.##.2023-cü il tarixində Nəsibov Valekhin adına qeydiyyata alınmışdır.
35. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Ekoloji Ekspertiza Agentliyinin ##.##.2025-ci il tarixli “ekoloji ekspertiza rəyi” iş materiallarına əlavə edilmişdir.
36. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 X12 Ekspertiza Baş idarəsinin ##.##.2025-ci il tarixli ***** nömrəli ekspertiza rəyindən görünür ki, Bakı şəhəri Nizami rayonu, 2519-cu məhəllə, Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində yerləşən yaşayış və qeyriyaşayış binalarının söküntüsü üzrə layihə razılaşdırılmışdır.
37. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 Agentliyi Azərdövlətlahiyə Azərbaycan Dövlət Baş Layihə Institunun Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 4 ədəd yaşayış binalarının söküntüsünün təşkili layihəsi iş materiallarına əlavə edilmişdir.
38. “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsi tərəfindən “xxxx” MTK-ya ünvanlanmış ##.##.2025-ci il tarixli məktubdan görünür ki, Nizami rayonu, Kamil Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində yerləşən yaşayış kompleksinin xarici su təchizatı şəbəkəsinin layihələndirilməsi üçün verilmiş ## ###### 2025-ci il tarixli, Q-**/** nömrəli Texniki şərtlərə əsasən hazırlanmış layihə sənədləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “Iri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Publik Hüquqi Şəxsi tərəfindən razılaşdırılmışdır. Verilmiş ## ###### 2025-ci il tarixli Q-**/** nömrəli “Texniki şərtlərin tələblərinə və ## ###### 2025-ci il tarixli, 3-53-6/2- **/**** nömrəli razılaşdırılmış layihə sənədlərinə əsasən tikinti-quraşdırma işlərinin aparılmasına etiraz etmirlər.
39. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Su və meliorasiya Kompleksinin layihələndirilməsi Institutu” PHŞ-in **** nömrəli müqaviləsi iş materiallarına əlavə edilmişdir.
40. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X10 Agentliyi Azərdövlətlahiyə Azərbaycan Dövlət Baş Layihə Institutunun “Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 39, 41, 43 və **/** saylı yaşayış binalarının texniki vəziyyətləri barədə” ##.##.2024-cü il tarixli rəy iş materiallarına əlavə edilmişdir.
41. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli, **/**** nömrəli rəydən görünür ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Tikintidə X9 Agentliyinin “Azərdövlətlayihə” Dövlət Baş Layihə Institutunun mütəxəssis rəyinə əsasən rəy verilmişdir.
42. Kollegiya apelyatorun şikayətinə hüquqi qiymət verilməsi üçün tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinin aydınlaşdırılmasını zəruri hesab edərək, aşağıdakıları qeyd edir.
43. Belə ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən, mülkiyyətçi ona məxsus mənzilin (yaşayış binasının) qəza vəziyyətinə düşməməsi üçün onu vaxtı-vaxtında əsaslı təmir etmək, mənzil (yaşayış binası) təbii fəlakət və ya mülkiyyətçidən asılı olmayan digər səbəblərdən qəza vəziyyətinə düşdükdə isə onu mümkün olan ən qısa müddət ərzində təmir və bərpa etmək vəzifəsini daşıyır. Həmin Məcəllənin 28.3-cü maddəsinə müvafiq olaraq, mənzilin (yaşayış binasının) mülkiyyətçisi bu Məcəllənin 28.1-ci maddəsində göstərilən vəzifəsini yerinə yetirmədikdə kirayəçilərin, qonşuların və ya digər maraqlı şəxslərin, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) iddiası əsasında mənzilin (yaşayış binasının) qəza vəziyyətində olması barəsində məhkəmə tərəfindən qərar qəbul edilə bilər. Həmin qərarda qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) təmiri üçün ağlabatan müddət müəyyən olunmalıdır. Bu təmir qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçisi tərəfindən və onun hesabına həyata keçirilir. Məcəllənin 28.4cü maddəsinə görə, qəza vəziyyətində olan mənzilin (yaşayış binasının) mülkiyyətçiləri bu Məcəllənin 28.3-cü maddəsində nəzərdə tutulan məhkəmə qərarını müəyyən edilmiş müddətdə icra etmədikdə və ya ümumiyyətlə dərhal tələb olunan təmirdən imtina etdikdə, qəza vəziyyətində olan mənzil (yaşayış binası) məhkəmənin qərarı ilə açıq hərracda tələb olunan təmiri həyata keçirməyə razılıq verən şəxsə satılmalıdır. Həmin məhkəmə qərarında, həmçinin məhkəmə tərəfindən müstəqil qiymətləndiricinin təklifləri nəzərə alınmaqla mənzilin (yaşayış binasının) açıq hərraca çıxarılacaq qiyməti müəyyən olunur.
44. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən, hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. Məsələn, şəxsin yaşamaq hüququ təminatını mühafizə edilməsi üçün dövlət tərəfindən mülkiyyət hüququ ağlabatan həcmdə məhdudlaşdırıla bilər.
45. Hazırki iş materialları və məhkəmə tədqiqatı ərzində müəyyən olunmuşdur ki, “Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 39, 41, 43 və **/** saylı yaşayış binaları qəzalı vəziyyətdədir.
46. Həmçinin iş materialları ilə müəyyən olunur ki, Bakı şəhər Icra Hakimiyyətinin Başçısının ##.##.2021-ci il tarixli, *** saylı “Yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi məqsədilə torpaq sahəsinin icarə əsasında istifadəyə verilməsi haqqında” Sərəncamından görünür ki, Bakı şəhəri, Nizami rayonu, 2519-cu məhəllə, K.Balakişiyev və Nəsimi küçələrinin kəsişməsində, yerquruluşu planında göstərilən koordinatlar daxilində yerləşən 6.02 ha torpaq sahəsi ərazidə qeydə alınmış daşınmaz əmlakların istifadəçiləri (mülkiyyətçiləri) ilə mülki münasibətlərin müvafiq qanunvericiliyin tələblərinə uyğun qarşılıqlı razılıq əsasında "xxxx” Mənzil-Tikinti Kooperativi tərəfindən tənzimlənməsi şərti ilə yeni çoxmərtəbəli yaşayış binalarının və qeyri-yaşayış sahələrinin tikintisi üçün “xxxx” Mənzil-Tikinti Kooperativinin icarə əsasında istifadəsinə verilməsi qərara alınmışdır.
47. Məhkəmə kollegiyası qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
48. Göründüyü kimi, iddiaçı “xxxx” MTK-nın qeyd olunan tələblə çıxış etməsi üçün subyektiv hüququ olmuş, bu hüquq ona Bakı şəhər Icra Hakimiyyətinin Başçısının ##.##.2021-ci il tarixli, *** saylı sərəncamı ilə verilmişdir. Bu baxımdan araşdırılmalı digər məqam dövlət tərəfindən iddiaçıya həvalə olunan vəzifənin, yəni konstitusion təminat olan “mütənasiblik prinsipi”nin iddiaçı tərəfindən pozulub-pozulmamasını araşdırmaqdır.
49. Mülkiyyət hüququna müdaxiləyə haqq qazandırmaq üçün həmin müdaxilənin qanuni məqsəd daşıdığının bəyan edilməsi kifayət deyildir. Məsələn, «Sporronq və Lonnrot Isveçə qarşı» məhkəmə işində Məhkəmə müdaxiləyə haqq qazandırılmasının aşağıdakı mühüm prinsipini ifadə etmişdir - «… Məhkəmə müəyyən etməlidir ki, cəmiyyətin maraqları ilə şəxsin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilibmi… Bu cür tarazlığa riayət edilməsi bütövlükdə Konvensiyaya xas olan cəhətdir və * saylı Protokolun 1-ci maddəsinin quruluşunda da öz əksini tapıb»
50. Qeyd edilməlidir ki, mövcud qanunvericilikdə Şəhərsalma və Tikinti Məcəlləsinin müddəalarına uyğun olaraq ərazi planlaşdırılması, mənzil fondunun yenilənməsi məqsədi ilə qəzalı vəziyyətdə olan tikililərin yenidən qurulmasına dair qaydalar aydın göstərilməmişdir. Bu qaydaların dəqiq müəyyən olunmaması bəzi hallarda mülkiyyətçilərin öz əmlak hüquqlarından sui-istifadə etməsi, sökülən mənzillərin əvəzinə bazar qiymətinə uyğun olmayan yüksək kompensasiya tələb etməsi ilə nəticələnir. Mülkiyyətçilərlə razılığın əldə olunmasının qeyrimümkünlüyü isə digər mülkiyyətçilərin hüquqlarının pozulmasına, söküntü və tikinti işlərinin əsassız uzanmasına və nəticədə mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb olur.
51. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” Çıxarışdan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Kamil Balakişiyev küçəsi, ev 41, mənzil 21 xüsusi mülkiyyət hüququ ilə ##.##.2023-cü il tarixində Nəsibov Valekhin adına qeydiyyata alınmışdır.
52. Hazırki təcrübə onu deməyə əsas verir ki, söküntü aparıldığı halda cari yaşayış sahəsi 20 kv.m dən az olmamaqla əlavə edilməklə, mülkiyyətçiyə yeni yaşayış sahəsi təqdim edilməlidir. Hazırda apellyator ilkin iddia üzrə cavabdeh Valekh Nəsibovun mülkiyyətində olan ünvan 3 ünvanında yerləşən ** saylı, sahəsi 46.38 kv.m olan mənzilin əvəzinə * saylı çoxmərtəbəli yaşayış binasında, 4-cü mərtəbədə bir ədəd 94 kv.m.sahəsi olan 3 otaqlı mənzil verməyi təklif etmişdir.
53. Göründüyü kimi, apelyator nəinki mülkiyyətindəki mənzilin 20%-i həcmində, hətta mənzilin ölçüsünün 2 qatı həcmdə mənzil təklif edir ki, burada iddiaçı tərəfindən mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulması halına yer qalmamış olur.
54. Həmçinin qeyd olunmalıdır ki, iddia tələbində yeni mənzillə təmin olunanadək “xxxx” MTK tərəfindən cavabdeh Nəsibov Valekhə hər ay 600 manat kirayə haqqının ödənilməsi nəzərdə tutulmuşdur ki, həmin məbləğ ağlabatan hesab olunmaqla bu hissədə də mülkiyyət hüququna müvəqqəti müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulması halları aşkar olunmur.
55. X5 Məhkəməsi tərəfindən ifadə edilmiş, “Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen” işi üzrə 09 Mart 1999-cu il tarixli qərarında həmin məhkəmə qeyd etmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur.
56. Göründüyü kimi, ilkin iddia üzrə iddiaçı tərəfindən cavabdeh Nəsibov Valekhin mülkiyyət hüququna müdaxilə ilə bağlı mütənasiblik prinsipinin pozulmasına səbəb ola biləcək hər hansı tədbir görülməmişdir. Bu baxımdan, qəzalı vəziyyətdə olan mənzilə dair həmin əsasla iddiaçıya süni maneələr yaradılması cavabdeh tərəfindən hüquqdan sui-istifadə halı kimi qiymətləndirilməlidir.
57. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 3cü hissəsində “Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz” müddəası qeyd olunmuşdur.
58. Belə ki, hazırda “Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev və İ.Nəsimi küçələrinin kəsişməsində, 2519-cu məhəllədə yerləşən 39, 41, 43 və **/** saylı yaşayış binalarının digər mülkiyyətçiləri, hətta hazırki iş üzrə digər cavabdeh ilə müvafiq müqavilələr bağlanmışdır. Lakin cari iş üzrə cavabdeh Nəsibov Valekhlə razılaşma əldə oluna bilməməsi tikinti işlərin dayandırılmasına gətirib çıxarır ki, bu da müvafiq şəxslərin bilavasitə hüquqlarının pozulmasına gətirib çıxarır.
59. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin bütün hallarını lazımi qaydada araşdırmamış və bu halların hərtərəfli qiymətləndirilməsini həyata keçirməmişdir. Buna görə də iddiaçının apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə ləğv edilməli, həmin hissədə iş üzrə yeni qətnamə çıxarılaraq iddia təmin edilməlidir.
60. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).
61. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir.
62. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
63. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.
64. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
65. Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
66. Kollegiya hesab edir ki, iddia ərizəsi və apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri onu ödəmiş şəxsin özünə aid olunmalıdır.
67. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi mübahisələndirilən, yəni Nasibov Valekh Ələddin oğluna münasibətdə ləğv edilsin və həmin hissədə yeni qətnamə çıxarılsın. Ilkin iddia tələbi Nasibov Valekh Ələddin oğluna münasibətdə təmin edilsin. Ilkin iddia üzrə cavabdeh Nasibov Valekh Ələddin oğluna məxsus olan ünvan 3 ünvanında yerləşən ** saylı, sahəsi 46.38 kv.m olan mənzil “xxxx” MTK tərəfindən sökülsün. Ilkin iddia üzrə cavabdeh Nasibov Valekh Ələddin oğluna məxsus olan ünvan 3 ünvanında yerləşən ** saylı, sahəsi 46.38 kv.m olan mənzilin əvəzinə “xxxx” MTK tərəfindən, * saylı çoxmərtəbəli yaşayış binasında, 4-cü mərtəbədə bir ədəd 94 kv.m. sahəsi olan 3 otaqlı, *C-** saylı təmirli mənzil onun mülkiyyətinə verilsin. Yeni mənzillə təmin olunanadək “xxxx” MTK tərəfindən cavabdeh Nasibov Valekh Ələddin oğluna hər ay 600 (altı yüz) manat kirayə haqqı ödənilsin. Iddia ərizəsi və apellyasiya şikayəti üzrə ödənilmiş dövlət rüsumlarının məbləğləri onu ödəmiş şəxsin özünə aid olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Elşən Kazımov