Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1092/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçı iddiaçı1 cavabdeh Cavabdeh qarşı “torpaq sahəsinə müdaxilənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ: İddiaçı iddiaçı2 cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Vişnyovka-2 bağ massivi, *** saylı bağ massivində yerləşən və mülkiyyətində olan bağın qarşısındakı neytral sahənin boşaldılması, yəni bağına giriş-çıxış yolun açılması və cavabdeh Cavabdeh tərəfindən tikilmiş hasarın onun hesabına sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. ## ######## 2025-ci il tarixdə iddiaçı1 məhkəməyə ərizə ilə müraciət edərək, onun *(***)-**/**** nömrəli mülki iş üzrə əsl iddiaçı kimi işə cəlb edilməsinin məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin: - 369-cu maddəsinə əsasən, işdə iştirak edən şəxsin apellyasiya şikayətindən imtina etməsi birinci instansiya məhkəməsi qətnaməsinin qanuni qüvvəyə minməsinə səbəb olur. - 369.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti verən şəxs apellyasiya instansiyası məhkəməsində qətnamə qəbul edilənə kimi yazılı formada ondan imtina edə bilər. - 369.3-cü maddəsinə əsasən, məhkəmə bu Məcəllənin 191-ci maddəsində nəzərdə tutulan əsaslar olduqda şikayətdən imtinanı rədd edə və işə apellyasiya qaydasında baxa bilər. - 369.4-cü maddəsinə əsasən, şikayətdən imtinanın qəbul edilməsi haqqında məhkəmə qərardad qəbul edir və bu qərardadla apellyasiya şikayətindən imtina etmiş şəxslərə münasibətdə apellyasiya icraatına xitam verir. Apellyasiya baxışı zamanı iddiaçı iddiaçı1 “AZEMİS” vasitəsilə elektron kabinetdən ərizə ünvanlayaraq apellyasiya şikayətindən imtina etdiyini bildirmiş, tərəflər arasında yaranmış mübahisənin aradan qalxdığını və mülkiyyətində olan torpaq sahəsini satdığından məsələ həll olunduğundan iş üzə apellyasiya icraatına xitam verilməsini xahiş etmişdir. Yuxarıda göstərilənləri və prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətindən imtinası qanuna zidd olmadığından və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından qəbul edilməli, mülki iş üzrə apellyasiya icraatına xitam verilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.6, 263-264, 369 və 400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏRARA ALDI: İddiaçı iddiaçı1 Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul olunsun və mülki iş üzrə apellyasiya icraatına xitam verilsin. İddiaçı iddiaçı1 cavabdeh Cavabdeh oğluna qarşı “torpaq sahəsinə müdaxilənin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-**/**** saylı qətnaməsi qanuni qüvvəyə minsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ona qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(3-6)-1092/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1092/2026
20.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver