Məhkəmə qərarları › İş №2(3-6)-1102/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1102/2026

10.04.2026 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1102/2026 10.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), İkram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı İddiaçı və cavabdeh “Bakı Dövlət Universiteti” publik hüquqi şəxsi nümayəndələri nümayəndə1 və İsmət Bayramovun iştirakı ilə, iddiaçı İddiaçı İsa oğlunun cavabdehlər “Bakı Dövlət Universiteti” publik hüquqi şəxsi, həmin universitetin rektoru cavabdeh1 Səfərəli oğlu və X1 Xidmətinə qarşı “dərs saatlarının bərpa edilməsi, müddətsiz əmək müqaviləsinin bağlanması və mənəvi zərərin əvəzinin ödənilməsi barədə” iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçının apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları 1.İddiaçı İddiaçı ilə cavabdeh BDU-nin arasında “Tədrisin aparılmasına saathesabı qaydada cəlb edilmə haqqında” ##.##.2024-cü il tarixli müqavilə bağlanıb. Müqavilədə qeyd olunub ki, bu müqavilə tərəflər arasında əmək hüquq münasibəti yaratmayıb, BDU ilə tədirisin aparılmasına saathesabı qaydada cəlb edilən şəxslər arasında mülki hüquq münasibətlərini, tərəflərin əsas hüquq və öhdəliklərini, saathesabı ödəniş məbləğini, qaydasını və digər məsələləri tənzimləmək məqsədilə Azərbaycan Respublikası Mülki Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır. 2.Müqaviləyə əsasən, iddiaçı İddiaçı cavabdeh BDU-də tədris prosesinə cəlb edilib. Müqavilənin qüvvədə olma müddəti ##.##.2024-cü il tarixdən ##.##.2025-ci il tarixədək müəyyən edilib. Müqavilənin 11-ci bəndində qeyd olunub ki, müqaviləyə müddət başa çatdıqda xitam verilir. 3.İddia ərizəsi ##.##.2025-ci il tarixdə, yəni müqavilənin müddəti bitdikdən 3 ay sonra verilib. Birinci instansiya məhkəməsində icraat 4.İddia ərizəsində tələb olunub: 1) iddiaçı İddiaçı cavabdeh BDU-nin “İqtisadiyyat” kafedrasında dərs saatları bərpa edilsin; 2) iddiaçı İddiaçı ilə cavabdeh BDU-nin arasında müddətsiz əmək müqaviləsi bağlansın; 3) mənəvi zərərin əvəzi kimi 25.000 manat cavabdeh BDU-nin rektoru cavabdeh1 iddiaçı İddiaçı xeyrinə tutulsun. 5.Tələb onunla əsaslandırılıb ki, iddiaçı İddiaçı cavabdeh BDU-nin “İqtisadiyyat” kafedrasında üç ildən artıq saathesabı müəllim işləyib, BDU-nin rektoruna “İqtisadiyyat” kafedrasına dosent qəbul edilməsi barədə etdiyi müraciətdən sonra həmin kafedranın saathesabı müəllimliyindən də məhrum edilib. İddiaçı rektora təkrar müraciət edərək bildirib ki, rektora etdiyi müraciətə görə ona saathesabı dərs verilməyib. Həmin müraciətə verilən cavabda təsdiq olunub ki, bu ilin dərs yükü iddiaçıya verilməyib. İddiaçı dövlət başçısına müraciət edərək xahiş edib ki, onun dərs saatlarının bərpa edilməsi və yarımştat dosent vəzifəsinə qəbul edilməsi rektora tapşırılsın. Lakin rektor həmin müraciətə laqeyidlik və biganəlik nümayiş etdirib. İddiaçı əmək fəaliyyəti dövründə iş funksiyalarını vicdanla yerinə yetirib, iş intizamını pozmayıb. 6.Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə qət olunub ki, iddia təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsində icraat 7.Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia təmin olunsun. 8.Məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətinin əsaslı olduğunu bildirdi 9.Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı Dövlət Universiteti publik hüquqi şəxsi nümayəndələri nümayəndə1 və İsmət Bayramov apellyasiya şikayətinin əsassız olduğunu bildirdilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 10.İddia ərizəsindəki tələblər barədə məhkəmə aşağıdakıları qeyd edir. Birinci tələb barədə 11.Birinci instansiya məhkəməsi birinci tələbi, yəni dərs saatlarının bərpa edilməsi barədə tələbi təmin etməməklə düzgün nəticəyə gəlib. 12.Belə ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin ##.##xxxx“Təhsil, təlimtərbiyə müəssisələrinin rəhbər, inzibati-təsərrüfat, tədris-köməkçi və digər işçilərinin tutduqları vəzifə ilə yanaşı ixtisasları üzrə dərs yükü (pedaqoji iş) aparmaları haqqında Normalar”ın 6-cı bəndinin 4-cü abzasında qeyd olunub: “Ali məktəblərə kənardan dərs deməyə cəlb edilən yüksək ixtisaslı mütəxəssislərə tədris ili ərzində 480 saata qədər dərs verilə bilər”xxxx“Büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri haqqında” ##.##.2024-cü il tarixli *** nömrəli qərarı ilə büdcədən maliyyələşdirilən müəssisə, idarə və təşkilatlarda tədris məşğələlərinin aparılmasına cəlb edilən işçilərin əməyinin saathesabı ödənilməsi məbləğləri təsdiq edilib. İddiaçı İddiaçı cavabdeh BDU-də tədirsə kənardan cəlb edilib, tərəflərin arasında bu barədə mülki hüquqi müqavilə bağlanıb, həmin müqavilənin qüvvədə olma müddəti bitib. Cavabdeh BDU yeni mülki hüquqi müqavilə bağlamağa məcbur edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.3cü maddəsində qeyd olunub: “Müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir”. Cavabdeh BDU-nin müqavilə bağlamaq vəzifəsi qanunvericilikdə nəzərdə tutulmayıb və ya o, müqavilə bağlamaq barədə könüllü öhdəlik götürməyib. İkinci tələb barədə 13.Birinci instansiya məhkəməsi ikinci tələbi, yəni müddətsiz əmək müqaviləsi bağlanması barədə tələbi təmin etməməklə düzgün nəticəyə gəlib. 14.Belə ki, cavabdeh BDU iddiaçı İddiaçı ilə əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 1-ci hissəsində qeyd olunub: “Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz”. Üçüncü tələb barədə 15.Birinci instansiya məhkəməsi üçüncü tələbi, yəni mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələbi təmin etməməklə düzgün nəticəyə gəlib. 16.Belə ki, iddiaçıya mənəvi zərər o halda vurula bilər ki, onun hər hansı hüququ, azadlığı və ya qanunla qorunan mənafeyi cavabdeh tərəfindən pozulmuş olsun. Lakin belə pozuntu müəyyən edilmir. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, mənəvi zərərin əvəzinin ödənilməsi barədə tələb təmin edilə bilməz. 17.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Yasamal Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar