Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1108/2026 13.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) qarşı mülki iş üzrə (açar sözlər: xidmət haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X4 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İddiaçı MMC-nin nümayəndəsi (vəkili) vəkil1, Cavabdeh Cavabdeh, Cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil2 iştirakı ilə, İddiaçı İddiaçı MMC-nin cavabdeh Cavabdeh qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) “xidmət haqqı və dövlət rüsumunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı ##.##.2024-cü il tarixli təlim xidməti müqaviləsindən görünür ki, tərəflər (İddiaçı MMC ilə Cavabdeh) arasında aşağıdakı şərtlərlə müqavilə bağlanmışdır: 1.1. Hazırki müqaviləyə əsasən Şirkət nəqliyyat vasitələri, onlara texniki xidmət və onların ehtiyat hissələrinin marketinqi ilə bağlı zəruri olan nəzəri və təcrübi biliklərə yiyələnməsi üçün müvafiq mütəxəssislər vasitəsilə «xxxxa» zəruri nəzəri və təcrübi təlimlərin keçirilməsini təşkil etməyi, təlim başa çatdıqdan sonra imtahandan müvəffəqiyyətlə keçməyi bacaran «xxxx»ı şirkətin müvafiq şöbələrində iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. Təlim Şirkətə məxsus olan filiallarda təşkil edilir və icra ediləcək. 1.2. Hazırki müqaviləyə əsasən «xxxx» isə Şirkət tərəfindən təşkil edilmiş təlimlərdə iştirak etməyi, təlim zamanı davamiyyətə və nizam-intizama əməl etməyi, təlim bitdikdən sonra verdiyi imtahanın nəticəsinə uyğun olaraq «Şirkət» tərəfindən müəyyən ediləcək şöbə və vəzifədə işləmək üçün «Şirkət»lə əmək müqaviləsi bağlayaraq «Şirkət»də işləməyi öhdəsinə götürür. Şirkət tərəfindən xxxxa keçiləcək təlimin müddəti 3 aydır. Müqavilənin 2-ci bəndi təlim xidmətinin dəyəri və ödənişi qaydasını müəyyən edir. Belə ki, müqavilənin 2.1, 2.2, 2.3-cü yarımbəndlərinə əsasən təlimin hər bir ayı üçün xidmət haqqının məbləği müqavilə ilə 1.000 manat olmaqla 3 ay üçün 3.000 manat məbləğində razılaşdırılmışdır. xxxx 5 il müddətində fasiləsiz olaraq əmək müqaviləsinə əsasən «Şirkət»də işləyərsə 3.000 manat məbləğində xidmət haqqı ondan alınmayacaq. xxxx hər hansı bir səbəbdən Şirkətlə bağlanmış əmək müqaviləsinə xitam verərsə 3.000 manat məbləğində xidmət haqqını Şirkətə ödəməlidir. ##.##.2024-cü il tarixli əmək müqaviləsindən görünür ki, Cavabdeh İddiaçı MMC tərəfindən operator vəzifəsinə işə qəbul edilmiş, ##.##.2025-ci il tarixdən isə kontent üzrə kiçik mütəxəssis vəzifəsinə təyin olunmuşdur. Təqdim olunmuş qeydiyyat jurnalı məlumatlarından görünür ki, digər şəxslər kimi Cavabdeh ##.##.2024-cü il tarixdən etibarən ##.##.2024-cü il tarixədək olan müddətdə müvafiq təlimlərə cəlb edilmiş, təlimlərdə iştirak edərək, təlim mövzuları və s. göstəricilər qeyd olunmaqla, cavabdeh hər bir təlim mövzusu ilə tanış olaraq imzası ilə təsdiq etmişdir. Cavabdeh test nəticələrindən görünür ki, yoxlama testində olan 18 suala düz, 2 suala səhv cavab vermişdir. Cavabdeh ##.##.2025-ci il tarixli ərizəsindən görünür ki, o, «xxxx» MMC-nin direktoruna müraciət edərək, onun ##.##.2025-ci il tarixdən öz xahişi ilə tutduğu vəzifədən azad edilməsini və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. ##.##.2025-ci il tarixli xəbərdarlıqdan görünür ki, «xxxx» MMC Cavabdeh 7 gün müddətində 3.000 manat xidmət haqqının ödənilməsinin təmin edilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq etmişdir. ##.##.2025-ci il tarixli ərizədən görünür ki, Cavabdeh Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər İdarəsinə ərizə ilə müraciət edərək, İddiaçı MMC tərəfindən hüquqlarının pozulduğunu bildirmiş və 1 il öncə imzalamış olduğu müqavilənin ona təqdim edilməsinin təmin olunmasını xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər İdarəsinin Cavabdeh ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli müraciətlərinə cavab məktubundan görünür ki, Cavabdeh İddiaçı MMC-də əmək hüquqlarının pozulması barədə Xidmətə ünvanlanmış müraciətlərinə Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır. Qeyd olunmuşdur ki, müraciətlə əlaqədar ətraflı məlumat verməsi məqsədilə ünvanına (Bakı şəhəri Nəsimi rayonu Neftçilər prospekti ev 145 mənzil 126) ##.##.2025-ci il tarixli *-**-*/*-C-*****/**** nömrəli məktub göndərilmiş, izahatı və əmək haqqı bank hesabından çıxarışı araşdırmaya təqdim edilmişdir. Müraciətlə əlaqədar İddiaçı MMC-nin ünvanına ##.##.2025-ci il tarixli, 3-17- */*-*****/**** nömrəli məktubla müraciət olunaraq ona aid olan sənədlərin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, müəssisə zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə müvafiq olaraq inzibati xəta məsuliyyətinin nəzərdə tutulduğu barədə məlumatlandırılmışdır. İddiaçı MMC-dən X5 Xidmətinin Bakı şəhər İdarəsinə təqdim edilmiş məktub və sənədlərdən və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin «Əmək və Məşğulluq» altsisteminə baxış keçirilərkən onunla İddiaçı MMC arasında ##.##.2024-cü il tarixdən bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin «a» bəndi ilə ərizəsinə əsasən (tərəflərdən birinin təşəbbüsü) xitam verildiyi və 798 manat son haqq-hesabın bank hesabına köçürüldüyü məlum olmuşdur. Həmçinin ##.##.2024-cü il tarixdən Təlim Xidməti müqaviləsi, ##.##.2024-cü il tarixdən isə əmək müqaviləsi bağladığı, lakin əmək fəaliyyətinə ##.##.2024-cü il tarixdən cəlb edildiyini bildirmişdir. Bununla bağlı təsdiqedici sənəd və sübutlar təqdim ediləcəyi təqdirdə müraciətə yenidən baxılaraq cavab veriləcəkdir. İddiaçı MMC-dən sənədlər tam təqdim edilmədiyindən İddiaçı MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən ##.##.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək qanunvericiliyə uyğun olaraq inzibati xəta haqqında iş aidiyyəti üzrə ##.##.2025ci il tarixli MN seriyalı ******* nömrəli qərardadla Yasamal Rayon Məhkəməsinə göndərilmiş, həmçinin müəssisənin işəgötürəni barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3-cü maddəsinə əsasən ##.##.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Eyni zamanda müəssisədən təqdim edilmiş məktubda onun müraciətində qeyd edilən 06.08.202-cü il tarixdən bağlanmış Təlim Xidməti müqaviləsi cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə əlaqədar təşkil etdiyi ödənişli təlim xidməti ilə bağlı olmaqla sırf mülki hüquq münasibəti olduğu və müqavilə üzrə tərəflər arasında razılaşdırılmış xidmət haqqını ödəməkdən imtina etdiyi üçün cəmiyyət tərəfindən xidmət haqqının alınması ilə bağlı ona qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırıldığı bildirilmişdir. Nəzərə çatdırılmışdır ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 6-cı maddəsinin «d» bəndinə əsasən podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllənin şamil edilmir. Müraciətdə qeyd etdiyi məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququ vardır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhər İdarəsinin ##.##.2025-ci il tarixli məktubdan görünür ki, cavabdehin müraciəti ilə bağlı İdarə tərəfindən iddiaçı İddiaçı MMC məktub ünvanlanaraq zəruri sənədlərin təqdim edilməsi tələb olunmuşdur. ##.##.2025-ci il tarixli ********** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 50,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. ##.##.2025-ci il tarixli **** saylı ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən Bakı * saylı Vəkil Bürosuna 320 manat hüquqi xidmət haqqı ödənilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı İddiaçı MMC cavabdeh Cavabdeh qarşı «xidmət haqqı və dövlət rüsumunun ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.000 manat məbləğində xidmət haqqı və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdeh Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı İddiaçı MMC Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 3.000 (üç min) manat məbləğində xidmət haqqı, 320 manat məbləğində hüquqi yardım xərci və ödənilmiş 50 manat dövlət rüsumunun cavabdeh Cavabdeh İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İddiaçı MMC iddia ərizəsini onunla əsaslandırmışdır ki, «xxxx» MMC ## ###### 2024-cü il tarixli təlim xidməti müqaviləsinə əsasən nəqliyyat vasitələri, onlara texniki xidmət və onların ehtiyat hissələrinin marketinqi ilə bağlı zəruri olan nəzəri və təcrübi biliklərə yiyələnməsi üçün müvafiq mütəxəssislər vasitəsilə «xxxxa» zəruri nəzəri və təcrübi təlimlərin keçirilməsini təşkil etməyi, təlim başa çatdıqdan sonra imtahandan müvəffəqiyyətlə keçməyi bacaran «xxxx»ı şirkətin müvafiq şöbələrində iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. Cavabdeh isə «xxxx» MMC tərəfindən təşkil edilmiş təlimlərdə iştirak etməyi, təlim zamanı davamiyyətə və nizam-intizama əməl etməyi, təlim bitdikdən sonra verdiyi imtahanın nəticəsinə uyğun olaraq «Şirkət» tərəfindən müəyyən ediləcək şöbə və vəzifədə işləmək üçün «Şirkət»lə əmək müqaviləsi bağlayaraq «Şirkət»də işləməyi öhdəsinə götürmüşdür. Təlimin hər bir ayı üçün xidmət haqqının məbləği müqavilə ilə 1.000 manat olmaqla 3 ay üçün 3.000 manat məbləğində razılaşdırılmışdır. xxxx 5 il müddətində fasiləsiz olaraq əmək müqaviləsinə əsasən «Şirkət»də işləyərsə 3.000 manat məbləğində xidmət haqqı ondan alınmayacaq. «xxxx» MMC üzərinə düşən öhdəlikləri icra edərək cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etmişdir. Lakin cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməyərək ## ###### 2024-cü il tarixli «xxxx» MMC ilə bağlanmış təlim xidməti müqaviləsini ##.##.2025-ci il tarixli ərizə ilə birtərəfli qaydada ləğv etdiyini bildirmişdir. Belə olduğu halda ## ###### 2024-cü il tarixli təlim xidməti müqaviləsinin 2.3-cü bəndinə əsasən «xxxx» hər hansı bir səbəbdən «Şirkət»lə bağlanmış əmək müqaviləsinə xitam verərsə 3.000 manat məbləğində xidmət haqqını «Şirkət»ə ödəməlidir. «xxxx» MMC tərəfindən cavabdehə 3 ay müddətində təlim keçirilmişdir. Bu müddət ərzində keçirilən təlim xidmətinin ümumi dəyəri 3.000 manat təşkil edir. Lakin cavabdeh keçirilmiş təlim üçün xidmət haqqını «xxxx» MMC-yə ödəməmişdir və ödəməkdən də imtina etmişdir. Hesab edirlər ki, qeyd edilən hərəkətləri ilə cavabdeh ## ###### 2024-cü il tarixli təlim xidməti müqaviləsi üzrə götürdüyü öhdəliklərini və «xxxx» MMC-nin hüquqlarını pozmuşdur. İddiaçının nümayəndəsi (vəkili) vəkil1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul etmədi və izahatında bildirdi ki, məhkəməyə iddiaya etiraz və həmin etiraza əlavə təqdim etmişdir. Həmin etirazda və etiraza əlavədə qeyd etdiklərinə əlavəsi yoxdur. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə təqdim edilmiş iddia tələbinə etirazdan görünür ki, hazırda məhkəmənin icraatında İddiaçı MMC tərəfindən ona qarşı verilmiş iddia ərizəsi vardır. Həmin ərizədə iddiaçı bildirir ki, İddiaçı MMC ## ###### 2024-cü il tarixli təlim xidməti müqaviləsinə əsasən nəqliyyat vasitələri, onlara texniki xidmət və ehtiyat hissələrinin zəruri olan nəzəri və təcrübi biliklərə yiyələnməsi üçün müvafiq nəzəri və təcrübi təlimlərin keçirilməsini təşkil etməyi, təlim başa çatdıqdan sonra imtahandan müvəffəqiyyətlə keçməyi bacaran “xxxx”ı şirkətin müvafiq şöbələrində iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürür. Cavabdeh isə İddiaçı MMC tərəfindən təşkil edilmiş təlimlərdə iştirak etməyi, təlim zamanı davamiyyətə və nizam-intizama əməl etməyi, təlim bitdikdən sonra verdiyi imtahanın nəticəsinə uyğun olaraq “Şirkət” tərəfindən müəyyən ediləcək şöbə və vəzifədə işləmək üçün “Şirkət”lə əmək müqaviləsi bağlayaraq “Şirkət”də işləməyi öhdəsinə götürmüşdür. Təlimin hər bir halı üçün xidmət haqqının məbləği müqavilə ilə 1000 manat olmaqla 3 ay üçün 3.000 manat məbləğində razılaşdırılmışdır. xxxx 5 il müddətində fasiləsiz olaraq əmək müqaviləsinə əsasən “Şirkət”də işləyərsə, 3.000 manat məbləğində xidmət haqqı ondan alınmayacaqdı. İddiaçının bildirdiyinə görə İddiaçı MMC üzərinə düşən öhdəlikləri icra edərək cavabdehə müvafiq nəzəri və təcrübi dərslərin keçirilməsini təşkil etmişdir. Lakin, cavabdeh müqavilə üzrə götürdüyü öhdəliklərə əməl etməyərək ## ###### 2024-cü il tarixli İddiaçı MMC ilə bağlanmış təlim xidməti müqaviləsini ##.##.2025-ci il tarixli ərizə ilə birtərəfli qaydada ləğv etdiyini bildirmişdir. Belə olduğu halda ## ###### 2024-cü il tarixli təlim xidməti müqaviləsinin 2.3-cü bəndinə əsasən “xxxx” hər hansı bir səbəbdən “Şirkət”lə bağlanmış əmək müqaviləsinə xitam verərsə, 3.000 manat məbləğində xidmət haqqını “Şirkət”ə ödəməlidir. Məhkəməyə bildirir ki, bu iddiaya etiraz edir və iddia ərizəsində qeyd edilən faktiki, hüquqi halları tamamilə qəbul etmir. Ona işə qəbul zamanı belə bir sənəd imzaladılıb. Lakin, həmin sənəd müqavilə statusu daşımır və heç bir hüquqi nəticə yaratmaq iqtidarında deyil. Hər şeydən əvvəl, onun müddəaları olduqca ümumidir. Belə ki, təlim dedikdə nə nəzərdə tutulur? Hansı cədvəl, qrafik üzrə ona təlimlər keçirilir? Təlimçi kimdir? Təlim prosesinin mərhələləri və nəticəliliyi necə müəyyən edilir? və s. bu kimi suallara “müqavilə” heç bir cavab vermir. Halbuki bu şərtlərin hər biri detallı və konkret şəkildə həmin sənəddə öz əksini tapmalı idi. Məsələn, “müqavilə”nin 2.1-ci bəndində deyilir: “Şirkət” tərəfindən keçiriləcək təlimin hər bir ayı 1.000 manat olmaqla ümumilikdə 3.000 manatdır". Suallar yaranır: “Bu qiymət nəyin əsasında formalaşdırılıb? Bir ay ərzində neçə təlimin keçirilməsi nəzərdə tutulub? Belə bir məbləği təsdiq edən hansı sübutlar var? və s.”. Bu sualların heç birinə nə müqavilədə, nə də iddiaçının məhkəməyə təqdim etdiyi iş materiallarının içərisində heç bir cavab yoxdur. Əgər bu sənəd müqavilədirsə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən: “Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır”. Deməli, həmin “müqavilə” xidmətlərin göstərilməsini nəzərdə tutduğundan podrat müqaviləsi üçün Mülki Məcəllədə nəzərdə tutulmuş mühüm və ya zəruri şərtlər həmin müqavilədə öz əksini tapmalı idi. Həmin sənəddə isə nə müqavilənin predmeti konkretləşdirilib, nə podrat müqaviləsinə aid zəruri şərtlər (smeta və s.) öz əksini tapıb, nə də tərəflərdən birinin müraciəti əsasında müqaviləyə dəyişikliklər edilməsi qaydası razılaşdırılıb. Yəni bu sənəd mülki-hüquqi formallıq baxımından belə müqavilə tələblərinə cavab vermir və belə bir sənəd imzalamağına baxmayaraq onun üçün heç bir hüquqi nəticələr yarada bilməz. “Təlim xidməti müqaviləsi”ndə nəzərdə tutulmuş şərtlərə iddiaçının özü tərəfindən doğrudüzgün riayət edilməyib. Məsələn, “müqavilə”nin 1.2-ci bəndinə əsasən: “Hazırkı müqaviləyə əsasən “xxxx” “Şirkət” tərəfindən təşkil edilmiş təlimlərdə iştirak etməyi, təlim zamanı davamiyyətə və nizam intizama əməl etməyi, təlim bitdikdən sonra verdiyi imtahanın nəticəsinə uyğun olaraq “Şirkət” tərəfindən müəyyən ediləcək şöbə və vəzifədə işləmək üçün “Şirkət”lə əmək müqaviləsi bağlayaraq “Şirkət”də işləməyi öhdəsinə götürür”. Əvvəla, qeyd edir ki, “Şirkət” tərəfindən hər hansı bir təlim təşkil edilməyib. Ona sadəcə, əmək funksiyaları izah edilib ki, bu da normal əmək münasibətidir və hər bir iş yerində təzə gələn işçiyə belə bir izahat verilir - bu təcrübədə aydındır. Bunun ayrıca xidmət kimi təqdim edilməsi nə hüquqidir, nə də ağlabatandır. İkincisi, o, iddiaçının qeyd etdiyi kimi təlim bitdikdən sonra imtahan nəticələrinə uyğun olaraq işə qəbul edilməmişdir. Onunla elə “Təlim xidmətlərinin göstərilməsi” barədə müqavilə bağlandıqdan cəmi bir gün sonra - ## ###### 2024-cü il tarixində əmək müqaviləsi bağlanılıb. Məntiqlə, onunla ən azından üç ay sonra əmək müqaviləsi bağlanmalı idi. Çünki “xidmətlər”in icrası müddəti 3 ay müəyyən edilmişdi. Lakin, onunla cəmi bir gün sonra əmək müqaviləsi bağlandı. Bu da bir daha təsdiq edir ki, ona heç bir xidmət göstərilməyib ki, cavabdeh onun haqqını da ödəməli olsun. Üçüncüsü, ondan heç bir imtahan götürülməyib və ona hər-hansı bir sertifikat təqdim edilməyib. Əgər, doğrudan da, ona təlim keçirilmişdirsə və ondan imtahan götürülmüşdürsə, bunun nəticələrini təsdiq edən müvafiq sənədlər olmalı idi. Bu sənədlər yoxdur, onlar cavabdehə təqdim edilməyib. Eləcə də məhkəməyə bununla bağlı heç bir sübut verilməyib. Belə olan halda cavabdeh niyə ona göstərilməyən xidmətin əvəzini ödəməlidir? Bu ki, iddiaçı üçün əsassız varlanma olar. İndiki halda da iddiaçı onun hesabına hüquqi əsas olmadan əmlak əldə etmək istəyir. “Təlim xidmətlərinin göstərilməsi müqaviləsi” ## ###### 2024cü il tarixində bağlanılıb. Cavabdeh elə həmin gündən faktiki olaraq iddiaçı üçün işlərin görülməsinə başlamış və onunla əmək müqaviləsi ## ###### 2024-cü il tarixində bağlanılıb. Faktiki işlədiyi müddəti öyrənmək üçün məhkəmə iddiaçıdan cavabdehin tabel cədvəlini də sorğu edə bilər, onun bunu əldə etmək imkanı yoxdur, buna görə də məhkəmədən xahiş edərdi ki, bunu etsin. Bu və digər əmək hüquqları pozuntuları barədə tezliklə Azərbaycan Respublikasının X5 də müraciət edəcəkdir. Bu müraciətinin nəticələrini proses gedişində məhkəməyə də təqdim edəcəkdir və məhkəmənin özü də X5 sorğu verib müraciətin nəticələrini izləyə bilər - bunu da məhkəmədən xahiş edir. Doğrudur, bu məsələ ayrı bir mübahisə mövzusudur və o, bununla bağlı inzibati icraat qaydasında prosesin başladılması üçün lazımi addımları atacaqdır. Sadəcə, iddiaçının davranışlarının xarakterizə edilməsi baxımından bu faktı da məhkəmənin nəzərinə çatdırmağı özünə borc bildi İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti əmək hüquqlarının pozuntusunu özünün, demək olar ki, gündəlik fəaliyyətinin tərkib hissəsinə çevirib. Aşağıdakı başlıqlarda digər bu kimi pozuntuları da qeyd edəcəkdir və bu pozuntular öz əksini məhkəmə praktikasında da tapıb. Cavabdehin vəzifə öhdəliyi, əsasən, iddiaçının sosial şəbəkə hesablarının idarə edilməsi olub. Belə olan halda, nəqliyyat vasitələri, onlara texniki xidmət və onların ehtiyat hissələrinin marketinqi ilə bağlı zəruri olan nəzəri və təcrübi biliklər ona niyə gərəkli olsun axı? Axı cavabdeh maşın ustası işləməmişdir. Ələlxüsusən də, aylıq xidmət haqqının 1.000 manat olması nə dərəcədə ağlabatandır? Onun elə aylıq maaşı cəmi 400 manat olub. Bunu əmək müqaviləsindən də görmək mümkündür. Bu da bir daha təsdiq edir ki, ona heç bir təlim keçirilməyib, heç belə bir təlimə ehtiyac da olmayıb. Sadəcə, iddiaçı belə bir “tələ mexanizmi qurub ki, işçilər işdən ayrılmaq istədikdə onların hesabına əsassız əmlak əldə etsin. “Müqavilə”nin 2.2-ci bəndi tamamilə hüquqaziddir. 2.2-ci bənddə qeyd edilir: “Tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, “xxxx” 5 il müddətində fasiləsiz olaraq əmək müqaviləsinə əsasən “Şirkət”də işləyərsə, 3.000 manat məbləğində xidmət haqqı ondan alınmayacaq”. Bu, sadəcə olaraq, işçini əmək münasibətlərinə məcbur etməkdir və ciddi konstitusion hüquq pozuntusudur. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin III hissəsinə əsasən: “Heç kəs zorla işlədilə bilməz”. Onların yazdıqları bəndin mahiyyəti isə belədir ki, əgər onlarla beş il işləməsən, onlar işçidən 3.000 manat pul alacaqlar. Belə bir bənd cavabdehin əmək hüquqlarını pozmaqla yanaşı, mülki-hüquqi baxımdan da heç bir qüvvəyə malik deyil. Bu əqd isə məhz belə bir şərtlə bağlanıb. Çünki, onun beş il ərzində işdən ayrılmağı, yaxud işdən iddiaçının özü tərəfindən çıxarılmağı tamamilə tərəflərin iradəsindən asılı olan şərtdir. Çünki, o, dözülməz əmək hüquqları pozuntusuna məruz qalaraq da könüllü olaraq işdən ayrıla bilər - bu cavabdehin hüququdur və məhz bu hal baş verib. Eləcə də işəgötürən də öz iradəsi əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verə bilər. Belə olan halda, sanki iddiaçı bildirir ki, onlar nə edirsə, etsin, işçi də dözüb onlarla beş il işləməlidir, yaxud onlar işçidən işdən azad etsə belə, bunun məsuliyyətini hər bir halda işçi daşıyacaqdır. Təbii ki, belə bir şərtlə bağlanmış əqdin heç bir etibarı olmamalıdır. “Müqavilə”nin 2.3-cü bəndi hüquqaziddir. 2.3-cü bəndə əsasən: “xxxx” hər hansı bir səbəbdən “Şirkət”lə bağlanmış əmək müqaviləsinə xitam verərsə, 3.000 manat məbləğində xidmət haqqını “Şirkət”ə ödəməlidir”. Əvvəla, əmək qanunvericiliyi hər bir işçiyə hüquq verir ki, o, istənilən səbəbdən özünün əmək münasibətlərinə xitam versin. Hətta heç bir səbəb olmadan da işçi öz işindən ayrıla bilər. İşçinin bu hüququ nə əmək müqaviləsi, nə də hər hansı bir mülki-hüquqi əqd ilə məhdudlaşdırıla bilər. İkincisi, “hər hansı bir səbəbdən” ifadəsi tamamilə mücərrəddir və bu hüquqaziddir. O, konkret olaraq ciddi əmək hüququ pozuntularına məruz qalmışdır (əmək müqaviləsi olmadan işlərin görülməsinə cəlb edilmiş, əməkhaqqı vaxtında və tam həcmdə ödənilməyib - bununla bağlı öz bank hesabından çıxarışları da qoşmaya əlavə edir, iş vaxtından kənar vaxtlarda - bayram günlərində işlərin görülməsinə cəlb edilmiş və buna görə ona heç bir əlavə əmək haqqı ödənişi edilməyib, iş yerində psixoloji zorakılığa məruz qalmış və s. - bu halların hamısı ilə bağlı müvafiq orqana şikayət edəcəkdir, məhkəmə bu şikayətləri əsasında başlanmış inzibati icraatlar barədə məlumatları lazımi dövlət orqanlarından sorğulaya bilər), belə olan halda cavabdeh nəyə görə həmin müəssisədə beş il müddətində işləməlidir? O, niyə öz konstitusion hüquqlarının pozuntularına dözməlidir? O, belə hallara dözmədi və işdən ayrıldı. Belə olan halda, iddiaçı onu “cəzalandırmaq” üçün ona əvvəlcə rəsmi xəbərdarlıq verdi, daha sonra isə məhkəməyə iddia ərizəsi ilə müraciət etdi. Bu isə prosessual hüquqlardan sui-istifadə səviyyəsində bir əməldir. İşin bütün halları göstərir ki, indiki halda iddiaçı həm məhkəmənin iş yükünü artırmaqla, həm də onu əlavə əsassız stress altında saxlamaqla özünün prosessual hüquqlarından vicdansızcasına istifadə edir. Lakin, cavabdeh Azərbaycan Respublikasının məhkəməsinə güvənir və inanır ki, onun, əslində, nəinki cavabdeh, zərərçəkmiş vəziyyətində olduğunu məhkəmə aydınca görür. “Təlim xidmətlərinin göstərilməsi müqaviləsi” ona, ümumiyyətlə, verilməyib. “Müqavilə”nin 6.1-ci bəndinə əsasən: “Hazırkı müqavilə Azərbaycan dilində, hər ikisi, eyni hüquqi qüvvəyə malik olan 2 nüsxədə tərtib olunub, nüsxələrdən biri “Şirkət”də digəri isə “xxxx”da qalır”. Həmin “müqavilə”nin nüsxəsi onda qalmayıb. O, işlədiyi müddət ərzində dəfələrlə işəgötürəndən xahiş etsə də, həmin sənədi ona verməyiblər və faktiki olaraq cavabdehin həmin müqaviləni nə mübahisələndirmək, nə də onun şərtlərinə dəyişiklik və əlavələr etmək imkanı olub. Hətta ən sonunda Əmək Müfəttişliyinə müraciət etmişdir ki, onunla belə bir müqavilə imzalanıb və müəssisə cavabdehə bu müqavilənin nüsxəsini təqdim etmir. O, həmin sənədin surətini yalnız iddia ərizəsini əlbəəl məhkəmədən götürdüyü tarixdə ala bilmişdir. Məhkəməyə bildirir ki, o, həmin sənədin mahiyyətinə varmadan, sadəcə iş tapmaq və dolanışığını təmin etmək ümidi ilə imzalamışdır. Yalnız o, işdən ayrılmaq istədikdə rəsmi xəbərdarlıqla cavabdehə bildiriş göndəriblər ki, əgər işdən ayrılsa, gərək iddiaçıya 3.000 manat məbləğində ödəniş etsin. Bu nə dərəcədə ədalətli və ağlabatandır? “Müqavilə”nin mətni özlüyündə ziddiyyətlidir. “Müqavilə”nin 2.2-ci bəndində deyilir ki, tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, “xxxx” 5 il müddətində fasiləsiz olaraq əmək müqaviləsinə əsasən “Şirkət”də işləyərsə, 3.000 manat məbləğində xidmət haqqı ondan alınmayacaq. Lakin, onunla əmək müqaviləsi cəmi 6 ay müddətinə bağlanılıb. Əgər, doğrudan da, iddiaçı onunla 5 il müddətində əmək münasibətlərini davam etdirməkdə maraqlı idisə, niyə cəmi 6 ay müddətinə əmək müqaviləsi bağlayırdı? Deməli, iddiaçının da heç marağında olmayıb ki, onunla beş il müddətində əmək münasibətlərini davam etdirsin. O, sadəcə, maraqlı olub ki, ondan 3.000 manat pul “qopartsın”. Məhkəməyə bildirir ki, bu iddiaçının ilk belə iddiası deyil. Belə ki, başqa işçilərə qarşı da belə bir vasitədən istifadə edilib və iddiaçının iddiası müvafiq məhkəmələr tərəfindən təmin edilməyib. Məsələn, Şəki Apellyasiya Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-****/**** saylı Qətnaməsinə əsasən: “İddiaçı “İdeal Motors” MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Qax Rayon Məhkəməsinin ## #### 2024-cü il tarixli, e- *(***)-***/**** nömrəli qətnaməsi iddiaçı “İdeal Motors” MMC-nin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır”. Məhkəməyə bildirir ki, həmin iş də analoji hallara əsaslanır. Belə ki, iddiaçı “İdeal Motors” MMC cavabdeh Kazımlı İsayeva Ayşəm Eldəniz qızına qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək 3.000 manat məbləğində dəbbə pulu və 50 manat məbləğində dövlət rüsumunun əvəzinin Kazımlı İsayeva Ayşəm Eldəniz qızından tutularaq “İdeal Motors” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.4, 7.5, 14-cü maddələrinə, BƏT-in “Məcburi əmək haqqında” Konvensiyasının 2-ci maddəsinə, Məcburi əməyin qadağan edilməsi barədə BƏT-in ## #### 1998-ci ildə qəbul etdiyi “Əmək sahəsində təməl prinsiplər və hüquqlar və onların reallaşdırılması mexanizmi haqqında” Bəyannaməsinə, Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ##.##.2006-cı il tarixli Qərarına, «Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88,119.1, 217.1, 217.3, 217.4, 218.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi isə belə olmuşdur ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin iddiaçının apellyasiya şikayətinə münasibətdə ləğv olunması üçün əsas yoxdur. Bundan başqa, Sumqayıt apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli, 2(105)- ****/**** saylı Qətnaməsinə əsasən: “İddiaçı İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh X1 qarşı “dəbbə pulu və sair tələbinə dair” iddiası təmin edilməmişdir”. Məhkəməyə bildirir ki, həmin iş də analoji hallara əsaslanır. Cavabdeh Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixdə təqdim edilmiş iddia tələbinə etiraza əlavədən görünür ki, daha öncə iş üzrə iddia ərizəsinə etirazını məhkəməyə təqdim etmişdi. Hazırda həmin etiraz üzrə digər bir faktiki halı nəzərə çatdırmaq üçün bu etiraza əlavəni məhkəməyə təqdim edir. Həmin faktiki hal o, ilkin etirazını yazdıqdan sonra ortaya çıxıb. Belə ki, qarşı tərəf ona ## ######## 2025-ci il tarixində elektron məktub yazaraq bildirib: “Sizinlə bağlanılmış ##.##.2024-cü il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin “2-ci” bəndinə əsasən ##.##.2025-ci il tarixində xitam verilmişdir. Əmək kitabçanızı (N°0083445) təhvil almağınız üçün Sizin və ya etibarnamə əsasında nümayəndənizin müəssisəyə (ünvan: Bakı şəh., Həsən bəy Zərdabi pr. 88D) gəlməyi xahiş olunur”. Cavabdeh həmin elektron məktuba belə bir cavab vermişdir: “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinə əsasən: “Əmrin (əmək münasibətlərinə xitam verilmə barədə) surəti işçinin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir”. Qeyd etdiyiniz kimi, mənimlə bağlanmış əmək müqaviləsinə ## ###### 2025-ci il tarixində xitam verilmişdir. Yəni sonuncu iş günüm ## ###### 2025-ci il tarixi olub. Deməli, əmək kitabçası və müvafiq əmrin surəti mənə həmin tarixdə verilməli idi. Lakin heç biri mənə verilməyib. Yalnız ## ######## 2025-ci il tarixində mənə elektron poçt vasitəsilə əmək kitabçamı təhvil almağımı bildirirsiniz. Təəssüf ki, mən müəssisəyə yaxınlaşaraq əmək kitabçasını təhvil almayacağam. Məlumatlısınız ki, müəssisə mənə aarşı pul tələbi ilə məhkəməyə müraciət edib və növbəti məhkəmə iclası ## ####### 2025-ci il tarixinə saat 14:45-ə təyin olunub. Mən sözügedən ******* nömrəli əmək kitabçasını yalnız yuxarıda qeyd edilmiş tarixdə və saatda Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsində məhkəmə iclası zamanı hakim qarşısında qəbul etməyə hazıram. Başqa digər heç bir halda mən əmək kitabçasını təhvil almayacağam. Xahiş edirəm, nəzərə alasınız və həmin əmək kitabçasının salamat şəkildə növbəti məhkəmə iclası vaxtı müəssisənin nümayəndəsi tərəfindən təqdim edilməsini təmin edəsiniz”. Məhkəmədən xahiş edir ki, bu halı da etirazının əmək hüquq pozuntuları hissəsinin davamı kimi nəzərə alsın: müəssisə ona sonuncu iş günündə əmək kitabçasını və xitam əmrinin surətini verməyib. Odur ki, qarşı tərəfdən xahiş etdi ki, həmin kitabçanın surətini ona ali orqan olan məhkəmə qarşısında təqdim etsin. Çünki, bu sənəd ona aiddir və əgər qanunla tələb edilən vaxtda onlar bunu cavabdehə təhvil verməyiblərsə, onun həmin sənədi yaxınlaşıb müəssisədən götürməyi tamamilə dispozitivdir - onun səlahiyyət dairəsinə daxildir və o, həmin sənədi yalnız məhkəmə qarşısında iclas vaxtı görürəcəkdir ki, bu öz əksini iclas protokolunda, digər iş materiallarında da tapsın və möhtərəm hakim də müşahidə edə bilsin ki, qarşı tərəfin hüquq pozuntularına meyilliliyi hansı səviyyədədir. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, cavabdeh Cavabdeh tanıyır. Onunla iş yoldaşı olmuşdur və aralarında iş yoldaşı münasibətləri vardır. ##.##.2024-cü il tarixdə “xxxx” şirkətinə aid olan avtomobillər üzrə satış təmsilçisi vakansiyası üçün təşkil edilmiş müsahibədən keçmişdir. Şirkətin idarə heyətinin sədr müavini Əlişad Xıdırov ona və digər namizədlərə demişdir ki, sabahdan işə başlaya bilərlər. Aralarında olan razılaşmaya əsasən, 3 aylıq təlimə cəlb ediləcəkdilər. Müqaviləyə əsasən, onlar xarici şirkətlərin mütəxəssislərinin keçirdiyi təlimlərə qoşulacaq və iş onlara öyrədiləcəkdi. Təlim sonunda isə işçilərə sertifikat təqdim edilməli idi. Həmçinin, işçilər 5 il müddətində həmin müəssisədə işləməli, əks təqdirdə isə 5.000 manat məbləğində təzminat ödəməli idilər. Təlim olan müddətdə işçilər işləmişdir. Şirkətin mütəxəssisləri təlim adı altında onlarla söhbət aparmışdılar. Sonda isə onlara sertifikat verilmədi. Müqavilədə pulun kimə və hansı qaydada ödənilməsi barədə məlumat mövcud deyil. ##.##.2024-cü il tarixdə əmək müqaviləsi 6 ay müddətinə bağlanmışdı. Maraqlıdır ki, əgər işçilər 5 il müddətinə işləməli idilərsə, müqavilələr hansı səbəbdən 6 ay müddətinə bağlanılırdı. ##.##.2025-ci il tarixdə çox çətinliklə də olsa, işdən çıxmağlı bacarmışdır. İşdən çıxan bütün işçilərə iddiaçı iddia qaldırmışdır. Özünün cavabdeh olduğu mülki iş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin icraatındadır. İşdən çıxmaq istədiyini bildirdikdə iddiaçı tərəfindən ona dəfələrlə “bullying” olunmuş, yeni şirkətlərdə çalışmağın qarşısı alınmış və pul almaq məqsədi ilə məhkəməyə müraciət olunmuşdur. Müəssisədə iş şəraiti çox pisdir. İşçilər həmin müəssisədə uzun müddət qalmır və oradan çıxırlar. Bunun qarşısını almaq məqsədilə həmin müddəa müqavilədə qeyd olunmuşdur. Özü və Mədinə xanım tərəfindən X5 Xidmətinə şikayət ərizəsi təqdim edilmişdir. Maddi və mənəvi cəhətdən işçiləri istismar edirlər. Həmin müqavilə işçiləri minimum əməkhaqqı ilə məcburi şəkildə işlətmək üçün saxta sənəd formasıdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia təmin edilərək cavabdeh Cavabdeh 3.000 (üç min) manat xidmət haqqı, 320 (üç yüz iyirmi) manat hüquqi xidmət haqqı və ödənilmiş 50 (əlli) manat dövlət rüsumuna görə pulun tutularaq iddiaçı İddiaçı MMC-yə ödənilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər mülki hüquq münasibətlərinə aid olan müqavilə bağlamış, müqavilə şərtinə əsasən iddiaçı cavabdehə təlim xidməti göstərilməsi öhdəliyini götürmüş, həmçinin təlim xidmətinin haqqının cavabdehin iddiaçı ilə 5 il müddətində davam edəcək əmək münasibətləri çərçivəsində tələb edilməyəcəyinə dair şərt müəyyən edilmişdir. İşin araşdırılmış hallarına əsasən iddiaçının cavabdehə təlim xidməti göstərməsi təlimin qeydiyyatı jurnalında təlimdə iştirak edən şəxslərin, o cümlədən cavabdehin imzası ilə təsdiq edilmişdir. Hazırda iddiaçının dəlilləri ondan ibarətdir ki, iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh müqavilə şərtlərinə riayət etməmişdir. Bu səbəbdən, iddiaçının yuxarıda qeyd olunan xidmət haqqını, eləcə də xidmət haqqının alınması üçün sərf etdiyi xərcləri cavabdehdən tələb etməyə subyektiv hüququ yaranmışdır. Cavabdehin dəlillləri isə iddiaçı tərəfindən belə bir təlim xidmətinin onlara göstərilməməsindən ibarət olmuşdur. Cavabdeh təkidlə bildirmişdir ki, o, iddiaçı hüquqi şəxsdə əmək müqaviləsi bağlayaraq əmək fəaliyyətinə başlamışdır. Bu müddətdə isə onlara qismən təlimatlar verilmişdir. Lakin heç də iddiaçının iddia etdiyi kimi onlara təlim keçirilməmişdir. Həmçinin cavabdeh müqaviləni bütövlükdə və ayrı-ayrı şərtlər baxımından mübahisələndirmişdir. Cavabdeh hesab edir ki, onun əmək hüquqlarının məhdudlaşdırılmaqla xidmət müqaviləsində şərt müəyyən edilməsi əsassızdır. Cavabdeh bildirir ki, iddiaçı xidmət müqaviləsinin 5 il müddətində əmək münasibətləri davam edəcəyi halda xidmət haqqının tələb edilməməsi əsaslı hesab edilə bilməz. Çünki iddiaçının işəgötürən olaraq təmin etdiyi iş şəraiti dözülməzdir. Məhkəmə cavabdehin istinad olunan dəlili ilə bağlı qeyd etmişdir ki, şəxslər sərbəst şəkildə həm mülki hüquqi müqavilələr və həmçinin əmək müqavilələri bağlayırlar. İki tərəf arasında bağlanmış xidmət müqaviləsinin xidmət haqqının eyni tərəflər arasında bağlanmış əmək müqaviləsi şərtlərinə asılı edilməsi tərəflərin iradə sərbəstliyinə əsaslanır. Həmçinin də xidmət göstərən şəxsin göstərmiş olduğu xidmətin dəyərini müqavilənin əmək münasibətlərinin 5 il müddətində davam etmədiyi halda tələb etməsi əsası ilə irəli sürməsinə mane olan hal mövcud deyildir. Məhkəmə tərəflərin faktiki və hüquqi cəhətdən tənzimlənmiş münasibətləri ilə bağlı qeyd etmişdir ki, cavabdeh heç bir kənar təsir olmadan iddiaçı ilə əmək müqaviləsi bağladığı kimi mülki hüquq münasibətlərinin tənzimləndiyi xidmət müqaviləsi bağlamışdır. İddiaçının həmin təlimin cavabdehə həqiqətən də keçirilməsinə dair sübutları müvafiq müddət ərzində təlimlərin qeydiyyatının aparıldığı jurnalda cavabdehin iştirakı ilə bağlı qeydiyyatın və imzanın olmasına dair yazılı sənədlərdir. Hazırda da iddiaçı cavabdehlə əmək münasibətlərinə xitam verildiyi üçün həmin ödənişin ondan tutulması tələbini irəli sürməkdə haqlıdır. Cavabdeh isə həmin xidmət haqqının ondan tutulmasının əsassız olduğunu hesab etsə də, bunu onun kimi digər işçilərə də xidmətin keçirilməməsi ilə əsaslandırmış, lakin buna dair mötəbər sübutlar təqdim edə bilməmişdir. Həmçinin cavabdehin iddiaçı barədə X5 etdiyi müraciətdə onun əmək hüquqlarının pozulması halı müəyyən edilməmiş, habelə hazırki mübahisənin mülki hüquqi xarakterli olması onun diqqətinə çatdırılmışdır. Məhkəmə cavabdehin istinad etdiyi onun vəsatəti əsasında şahid qismində dindirilmiş X3 ifadəsi ilə bağlı qeyd etmişdir ki, həmin şahidin ifadəsi cavabdehin dediklərini, yəni onlara təlim keçirilməməsi hissəsində qismən təsdiqləsə də, digər hər hansı mötəbər sübutla təsbit edilmir. Həmçinin nəzərə alınmalıdır ki, X9 qarşı da eyni iddia tələbi ilə ərazi aidiyyəti üzrə məhkəməyə müraciət edilmişdir. Cavabdeh və onun vəsatəti əsasında dindirilmiş şahid işlədikləri müddətdə təlim xidməti müqaviləsini mübahisələndirməmişlər, yalnız iddiaçı ilə əmək münasibətlərinə xitam verildikdən və iddiaçı təlim xidməti haqqının ödənilməsi tələbi ilə müraciət etdikdən sonra qeyd etdikləri dəlilləri irəli sürmüşlər. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6, 385.1, 386.1, 390.1, 405.1, 425.1, 442, 443. 448.1, 448.2-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 119.1, 217.1, 217.3, 217.4, 218.1, 218.3, 220.4-cü maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» ## ###### 2006-cı il tarixli Qərarına, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 2008-ci il ## #### tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya ikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi mübahisəyə baxarkən müqavilənin forması və adı ilə kifayətlənmiş, onun məzmununun qanunvericiliyin tələblərinə uyğunluğunu qiymətləndirməmiş, nəticə etibarilə hüquqi baxımdan natamam və etibarsız olan sənədi qüvvədə olan müqavilə kimi qəbul etmişdir. Bu isə maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə və iş üzrə səhv hüquqi nəticənin çıxarılmasına gətirib çıxarmışdır. “Heç kəs zorla işlədilə bilməz”. “Müqavilə”nin 2.2-ci bəndi tamamilə hüquqaziddir. 2.2-ci bənddə qeyd edilir: “Tərəflər qarşılıqlı surətdə razılığa gəlirlər ki, “xxxx” 5 (beş) il müddətində fasiləsiz olaraq əmək müqaviləsinə əsasən “Şirkət”də işləyərsə, 3000 (üç min) manat məbləğində xidmət haqqı ondan alınmayacaq”. Bu, sadəcə olaraq, işçini əmək münasibətlərinə məcbur etməkdir və ciddi konstitusion hüquq pozuntusudur. Birinci instansiya məhkəməsi belə bir ciddi konstitusion hüquq pozuntusunun üzərindən, sadəcə, sükutla keçib və belə bir şərtlə bağlanmış “əqd”i hüquqi əsas kimi qəbul edib. Xidmətin icrası ilə əmək münasibətinə məcburiyyət arasında əlaqənin yaradılması işçinin hüquqlarını pozur və ödəniş tələbinin əsaslı olmasına heç bir hüquqi zəmin buraxmır. Apellyasiya instansiyasından xahiş olunur ki, işçinin konstitusion hüquqlarının bu pozuntusu nəzərə alınaraq, 2.2-ci bəndin hüquqi mahiyyəti və iddia tələbinin əsaslılığı hərtərəfli qiymətləndirilsin. “Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin”. Ondan heç bir imtahan götürülməyib və ona hər hansı bir sertifikat təqdim edilməyib. Əgər, doğrudan da, ona təlim keçirilmişdirsə və ondan imtahan götürülmüşdürsə, bunun nəticələrini təsdiq edən müvafiq sənədlər olmalı idi. Bu sənədlər yoxdur, ona təqdim edilməyib. Eləcə də məhkəməyə bununla bağlı heç bir sübut verilməyib. Belə olan halda niyə ona göstərilməyən xidmətin əvəzini ödəməlidir? Bu iddiaçı üçün əsassız varlanma olar. İndiki halda da iddiaçı onun hesabına hüquqi əsas olmadan əmlak əldə etmək istəyir. Birinci instansiya məhkəməsi isə iddia tələbinin hüquqi konstruksiyasını təhlil etmədən, iddianın predmeti ilə iddia tələbinin hüquqi əsası arasında mövcud olan ziddiyyətləri aradan qaldırmadan və sübutetmə yükünün iddiaçıya məxsus olduğunu nəzərə almadan qərar qəbul etmişdir. “İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir”. Bu yanaşma hazırkı iş üzrə tətbiq edildikdə, müqavilədə əks olunan iradə ifadələrinin ağlabatan və həyatın real şəraitinə uyğun izahı iddiaçının mövqeyini deyil, cavabdehin arqumentlərini təsdiqləyir. Ağlabatan mühakimə baxımından belə bir nəticəyə gəlmək olar ki, əmək bazarında təcrübəsiz və ya iş axtaran şəxsin əsas iradəsi ödənişli “təlim xidməti” almaq deyil, əmək münasibətlərinə başlamaq və sabit gəlir əldə etməkdir. Bu reallıq nəzərə alınmadan, müqavilədə işlədilən terminlərin formal məzmununa istinad edilməsi iradənin həqiqi mahiyyətini əks etdirmir. Eyni zamanda, ağlabatan mühakimə onu da göstərir ki, real və müstəqil təlim xidməti göstərildiyi halda: təlim əmək funksiyasından ayrılmış formada təşkil edilməli, təlimə görə ödəniş əvvəlcədən və ya mərhələli şəkildə müəyyən edilməli, xxxxın işdən çıxmasından asılı olmayan müstəqil hüquqi nəticələr formalaşmalı idi. Hazırkı münasibətlərdə isə iddiaçı tərəfindən irəli sürülən 3000 (üç min) manat tələbi yalnız əmək münasibətlərinə xitam verildiyi halda gündəmə gəlir. Bu faktın özü göstərir ki, müqavilədə ifadə olunan iradə “təlim xidmətinin dəyərinin ödənilməsi” deyil, işçinin əmək münasibətlərində saxlanılması və ya çıxışının cəzalandırılması məqsədi güdür. Bundan əlavə, ağlabatan mühakimə baxımından izah olunmazdır ki, iddiaçı bir tərəfdən 5 il fasiləsiz işləmə şərti irəli sürür, digər tərəfdən isə bu müddətin başa çatmasına imkan verməyən qısa müddətli əmək müqaviləsi bağlayır. Bu ziddiyyət iradə ifadəsinin səmimi və ardıcıl olmadığını göstərir və müqavilə şərtlərinin real hüquqi münasibətləri əks etdirmədiyini ortaya qoyur. Beləliklə, iradə ifadələrinin təfsiri zamanı ağlabatan mühakimə tətbiq edildikdə nəticə ondan ibarət olur ki, mübahisəli müqavilə tərəflərin bərabər iradəsinə əsaslanmır, əmək münasibətlərini müstəqil təlim münasibəti kimi təqdim etməyə çalışır, faktiki olaraq işçiyə qarşı maliyyə təzyiq mexanizmi yaradır. Bu səbəbdən, müqavilədə istifadə edilən söz və ifadələrin hərfi mənasına söykənərək iddiaçının tələblərini əsaslı saymaq iradənin həqiqi məzmununa və ağlabatan mühakiməyə zidd nəticələrə gətirib çıxarır və hüquqi cəhətdən qəbuledilməzdir. Tərəflərin iradəsindən asılı olan şərt, yəni baş verməsi və ya baş verməməsi yalnız tərəflərin əqddəki arzusundan asılı olan şərt etibarsızdır. Belə şərtlə bağlanmış əqd etibarsızdır”. Bu əqd isə məhz belə bir şərtlə bağlanıb. Çünki onun beş il ərzində işdən ayrılması, yaxud işdən iddiaçının özü tərəfindən çıxarılması tamamilə tərəflərin iradəsindən asılı olan şərtdir. Çünki o, dözülməz əmək hüquqları pozuntusuna məruz qalaraq da könüllü olaraq işdən ayrıla bilər – bu onun hüququdur və məhz bu hal baş vermişdir. Eləcə də işəgötürən də öz iradəsi əsasında onunla bağlanmış əmək müqaviləsinə xitam verə bilər. Belə olan halda, sanki iddiaçı bildirir ki, «biz nə ediriksə, edək, sən dözüb bizimlə beş il işləməlisən, yaxud biz səni işdən azad etsək belə, bunun məsuliyyətini hər bir halda sən daşıyacaqsan.» Təbii ki, belə bir şərtlə bağlanmış əqdin heç bir etibarı olmamalıdır. Birinci instansiya məhkəməsi isə bu fundamental hüquqi məsələləri nəzərə almadan, belə bir iradəyə bağlı şərti qüvvədə olan müqavilə kimi qəbul etmişdir. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu hüquqi mövqe mübahisəli müqaviləyə tətbiq edildikdə aydın olur ki, birinci instansiya məhkəməsi müqavilə şərtlərini yalnız formal və fraqmentar şəkildə, ayrı-ayrı bəndlərin hərfi mətninə istinad etməklə təhlil etmiş, lakin tərəflərin həqiqi iradəsini və müqavilənin ümumi məqsədini araşdırmamışdır. Belə ki, müqavilənin mətnində “təlim”, “xidmət haqqı” və “5 il fasiləsiz işləmə” kimi ifadələrdən istifadə edilsə də, tərəflərin faktiki davranışı və münasibətlərin real icrası göstərir ki, iddiaçının əsas məqsədi ona uzunmüddətli və sistemli təlim vermək deyil, əmək münasibətlərinə xitam verildiyi halda maliyyə sanksiyası tətbiq etmək üçün hüquqi əsas formalaşdırmaq olmuşdur. Əgər müqavilənin həqiqi məqsədi təlim xidməti olsaydı təlimin konkret məzmunu, həcmi və müddəti, təlimin mərhələləri və nəticələrinin qiymətləndirilməsi mexanizmi, təlim xərclərinin real hesablaması müqavilədə aydın və ölçülə bilən formada əksini tapmalı idi. Lakin mübahisəli müqavilədə bu elementlərin heç biri mövcud deyil. Bundan başqa, müqavilənin 2.2-ci bəndinin digər şərtlərlə müqayisəli təhlili onu göstərir ki, 5 (beş) il müddətində fasiləsiz işləmə tələbi ilə əmək müqaviləsinin cəmi 6 (altı) ay müddətinə bağlanması arasında daxili hüquqi disbalans mövcuddur. Bu disbalans müqavilənin bütövlükdə məntiqini pozur və onun real icrasını əvvəlcədən mümkünsüz edir. Belə olan halda, həmin şərtin hərfi mənasına istinad edərək cavabdehin üzərinə 3000 (üç min) manat öhdəlik qoymaq təfsir qaydalarının kobud şəkildə pozulması deməkdir. Müqavilənin bütövlükdə mənası və tərəflərin iradə ifadəsinin həqiqi məzmunu onu göstərir ki, onun bu sənədi imzalamaqda əsas məqsədi işlə təmin olunması və əmək münasibətlərinə başlamaq olmuşdur. Onun iradəsi nə ayrıca ödənişli təlim xidməti almağa, nə də işdən ayrıldığı halda ağır maliyyə məsuliyyəti daşımağa yönəlmişdir. İddiaçının iradəsi isə faktiki olaraq əmək münasibətlərinin davamını təmin etməkdən çox, işdən çıxma halını maddi riskə çevirməyə yönəlmişdir. Bu baxımdan, müqavilənin şərtləri təfsir edilərkən: tərəflərin real iradəsinin, müqavilənin icra mexanizminin, şərtlər arasındakı daxili əlaqənin və ziddiyyətlərin nəzərə alınmaması, iş üzrə düzgün hüquqi nəticəyə gəlməyə imkan vermir. Beləliklə, hesab edir ki, mübahisəli müqavilənin təfsiri zamanı onun yalnız sözbəsöz oxu nuşuna əsaslanmaq yox, əmək hüququnun qoruyucu xarakteri, ədalət, ağlabatanlıq və proporsionallıq prinsipləri nəzərə alınmalıdır. Bu prinsiplər tətbiq edildikdə isə 3000 (üç min) manat məbləğində ödəniş tələbinin müqavilənin həqiqi mənası və tərəflərin real iradəsi ilə uzlaşmadığı aydın şəkildə üzə çıxır. Bundan əlavə müqavilədə göstərilən 3000 manatlıq məbləğ hüquqi baxımdan əsaslandırılmamışdır və onun hesablanma mexanizmi tamamilə qeyri-müəyyəndir. İşçinin işdən çıxacağı təqdirdə əhəmiyyətli məbləğdə pul ödəməyə məcbur edilməsi faktiki olaraq onu əmək münasibətlərində qalmağa məcbur edən mexanizmə çevrilir ki, bu da hüquqi mahiyyətinə görə məcburi əməyin dolayı formasıdır. Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2006-cı il və ##.##.2019-cu il tarixli qərarlarında vurğulandığı kimi, məhkəmələr mübahisəni həll edərkən yalnız müqavilənin formal mətninə deyil, onun real hüquqi nəticələrinə və konstitusion hüquqlara təsirinə qiymət verməlidirlər. Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2024-cü il tarixli qətnaməsi də eyni hüquqi mövqeni təsdiqləyir. Həmin işdə də məhkəmə nəticəyə gəlmişdir ki, işçinin əmək münasibətlərinə xitam verməsi ilə bağlı ona qarşı dəbbə pulu və digər maliyyə tələblərinin irəli sürülməsi qanuni əsasdan məhrumdur və əmək münasibətlərinin təbiətinə ziddir. Bütün bunlar onu deməyə əsas verir ki, hazırkı iş üzrə iddiaçı tərəfindən irəli sürülən 3000 (üç min) manat tələbi hüquqi baxımdan yeni deyil, məhkəmələr tərəfindən artıq dəfələrlə araşdırılmış və rədd edilmiş oxşar iddialarla eyni mahiyyət daşıyır, formaca “təlim müqaviləsi”, mahiyyətcə isə işçinin azad əmək hüququnun məhdudlaşdırılması məqsədi güdür. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı qaydada etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh nümayəndəsi (vəkili) vəkil2 apellyasiya şikayətini müdafiə edib, şikayətin məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı “xxxx” MMC-nin nümayəndəsi (vəkili) vəkil1 apellyasiya şikayəti ilə razılaşmayıb, şikayətin təmin edilməməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs rəsmi qaydada məlumat verilmiş, lakin üçüncü şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən də Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçünü şəxs Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 6.1. Mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır: 6.1.1. mülki hüquq subyektlərinin bərabərliyi; 6.1.2. mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 6.1.5. müqavilələr azadlığı; Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №*****/**, §282). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2021-ci il tarixli Qərarı .... Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. O da diqqətə alınmalıdır ki, əqdin etibarsızlığı ilə bağlı mübahisələrə baxan məhkəmələr əqdin etibarsız hesab edilməsindən sui-istifadə olunduğunu müəyyən edərlərsə, əqdin etibarsızlığını irəli sürmək vicdanlılıq prinsipinə zidd hesab edilməlidir. Qanunvericilikdə bütün əqdlər üçün tələb olunan etibarlılıq şərtləri ilə yanaşı, yalnız müəyyən növ əqdlər baxımından tələb olunan xüsusi etibarlılıq şərtləri də nəzərdə tutulmuşdur. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia təmin edildiyindən və qətnamə apellyasiya şikayətinə əsasən cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, mülki qanunvericiliyə əsasən, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, MM-də həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. MM-də müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsız ola bilər. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Hazırkı mülki iş üzrə tədqiq olunmuş sübutlardan müəyyən olunur ki, tərəflər arasında bağlanmış ##.##.2024-cü il tarixli təlim xidməti müqaviləsinə əsasən, iddiaçı nəqliyyat vasitələri, onlara texniki xidmət və onların ehtiyat hissələrinin marketinqi ilə bağlı zəruri olan nəzəri və təcrübi biliklərə yiyələnməsi üçün müvafiq mütəxəssislər vasitəsilə cavabdehə zəruri nəzəri və təcrübi təlimlərin keçirilməsini təşkil etməyi, təlim başa çatdıqdan sonra imtahandan müvəffəqiyyətlə keçməyi bacaran cavabdehi şirkətin müvafiq şöbələrində iş yeri ilə təmin etməyi və onunla əmək müqaviləsi bağlamağı öhdəsinə götürmüş, cavabdeh isə hazırki müqaviləyə əsasən, iddiaçı tərəfindən təşkil edilmiş təlimlərdə iştirak etməyi, təlim zamanı davamiyyətə və nizam-intizama əməl etməyi, təlim bitdikdən sonra verdiyi imtahanın nəticəsinə uyğun olaraq şirkət tərəfindən müəyyən ediləcək şöbə və vəzifədə işləmək üçün şirkətlə əmək müqaviləsi bağlayaraq şirkətdə işləməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış müqavilə şərtlərindən daha sonra müəyyən olunur ki, şirkət tərəfindən xxxxa keçiləcək təlimin müddəti 3 ay, təlimin hər bir ayı üçün xidmət haqqının 1.000 manat olmaqla 3 ay üçün 3.000 manat olması, xxxxın 5 il müddətində fasiləsiz olaraq əmək müqaviləsinə əsasən şirkətdə işləyərsə 3.000 manat məbləğində xidmət haqqının ondan alınmayacağını, xxxx hər hansı bir səbəbdən şirkətlə bağlanmış əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam verərsə 3.000 manat məbləğində xidmət haqqını şirkətə ödəməli olması barədə razılığa gəlmişlər. Araşdırma zamanı daha sonra müəyyən olunmuşdur ki, cavabdeh ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixədək olan müddətdə iddiaçı tərəfindən müvafiq təlimlərə cəlb edilmiş, təlimlərdə iştirak edərək, təlim mövzuları və s. göstəricilər qeyd olunmaqla, hər bir təlim mövzusu ilə tanış olmasını imzası ilə təsdiq etmiş, cavabdeh test nəticələrinə görə 18 suala düz, 2 suala səhv cavab vermiş, ##.##.2024-cü il tarixdə tərəflər arasında əmək müqaviləsi bağlanmış, cavabdeh İddiaçı MMC-də operator vəzifəsinə işə qəbul edilmiş, ##.##.2025-ci il tarixdən isə kontent üzrə kiçik mütəxəssis vəzifəsinə təyin olunmuş, cavabdehin ##.##.2025-ci il tarixli ərizəsinə əsasən tərəflər arasında bağlanmış əmək müqaviləsinə xitam verilmiş, bundan sonra ##.##.2025-ci il tarixdə «xxxx» MMC Cavabdeh 7 gün müddətində 3.000 manat xidmət haqqının ödənilməsinin təmin edilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyini bildirmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Belə ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, tərəflərin ##.##.2024-cü il tarixli təlim xidməti müqaviləsi bağlayarkən müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəlməklə öz iradə ifadələrinə uyğun müqavilə bağlamaları, iddiaçının bu müqavilə üzrə öz öhdəliklərini icra etməsi cavabdehin özünün imzaladığı sənədlərlə öz təsdiqini tapdığından, cavabdehin isə müqavilə şərtinə əməl etməməsi araşdırma zamanı müəyyən olunduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Cavabdehin müqavilə öhdəliyini icra etməkdən yayınmaq məqsədi daşıyan apellyasiya şikayətinin dəlilləri isə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə isə dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsində baxılan mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan hazırkı qətnamədən kassasiya şikayətinə yol verilmir. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qət etdi: Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehə aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-1108/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1108/2026
13.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver