Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-111/2026 10.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İddiaçı cavabdeh Cavabdeh (Bakı şəhər Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməklə) qarşı mülki iş üzrə (Açar sözlər: mənzildən çıxarılma və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, İddiaçı İddiaçı iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh (Bakı şəhər Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “mənzildən çıxarılma və.s” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi İŞİN HALLARI
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma və sair” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin ünvan 2 ünvanında yerləşən iddiaçıya məxsus mənzildən çıxarılması, mənzilin boşaldılaraq, iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58, mənzil 5 ünvanında yerləşən iddiaçıya məxsus mənzildən çıxarılması, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, iddiaçı və ailə üzvlərinin həmin mənzilə yaşamaq üçün köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ## #### 2025-ci il tarixində cavabdeh Cavabdeh, onun ailəsi və şəxsiyyəti iddiaçıya məlum olmayan, özünü cavabdehin nümayəndəsi kimi tanıdan ## ###### 1975-ci il təvəllüdlü X1 adlı bir qadın iddiaçının yaşadığı Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58, mənzil 5 ünvanına gələrək müşahidə kameralarını qıraraq zorla mənzilə daxil olmuşlar və iddiaçıya məxsus əmlakı zəbt etmişlər. İddiaçı dərhal Daxili İşlər Nazirliyin 102 qaynar xəttinə şikayət etmiş, Xətai Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlmişlər və uzun sürən danışıqlardan sonra cavabdeh qapını açmış və əmlakın ona məxsus olduğunu və mənzili tərk etməyəcəyini bildirmişdir. Mənzildə iddiaçıya məxsus mebel, avadanlıq və 20000 manat dəyərində qızıl-zinət əşyaları mövcuddur. Bu barədə polis idarəsində iddiaçının verdiyi izahatda da bildirmişdir. Qeyd olunan mənzildə iddiaçı 2018-ci ildən qeydiyyatdadır. Həmin mənzil iddiaçının mərhum xalası X11 orderlə məxus olmuşdur. ## ###### 2020-ci il tarixində iddiaçının mərhum xalası tərəfindən iddiaçıya bütün əmlakları vəsiyyət edilmişdir. Həmin vəsiyyətnamə ** saylı Notariat kontorunun notariusu A.K.Məmmədov tərəfindən təsdiq edilmişdir. İddiaçının mərhum xalasının bütün ehtiyacları hələ sağlığında iddiaçı tərəfindən qarşılanırdı. Cavabdeh mərhumun öz doğma övladı olmasa belə sənəd üzrə anası kimi xalası qeyd olunmuşdur. Cavabdehlə iddiaçının xalası arasında ümumiyyətlə gediş-gəliş belə olmamış, heç bir yaxın münasibət olmamışdır. İddiaçının xalası vəfat etdikdən sonra həmin mənzilə faktiki sahiblik edir, bütün kommunal və digər xərclər iddiaçı tərəfindən edilmişdir. Cavabdeh ümumiyyətlə adı çəkilən mənzildə yaşamamış və həmin mənzildə qeydiyyatı da yoxdur. İddiaçının xalası vəfat etdikdən sonra cavabdeh daha əvvəl də həmin mənzilə zorla girmiş, lakin polisə iddiaçı tərəfindən şikayət edildikdən sonra mənzili tərk etmişdir. Cavabdeh tərəfindən mənzilə daxil olmağına, mənzildən istifadə etməyinə maneələr yaradılır və əlavə olaraq da iddiaçıya məxsus dəyərli əşyalar və qızıl-zinət əşyalar verilmir. Nə qədər ki, kirayəçinin sağlığında və ölümündən sonra həmin mənzildə yaşayan iddiaçıdır, ona görə də qanuna uyğun olaraq da kirayə hüquq münasibətləri iddiaçı ilə davam etdirildiyindən yeganə hüququ sahibi iddiaçıdır.
4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58 ünvanında yerləşən * saylı mənzildən çıxarılması, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58 ünvanında yerləşən * saylı mənzil boşaldılaraq, iddiaçı İddiaçı təhvil verilməsi, iddiaçı İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58 ünvanında yerləşən mənzilə köçürülməsi qət edilmişdir.
5. Məhkəmə qeyd etmişdir ki, mülki işdə olan sübutlarla təsdiq edilir ki, iddiaçı mübahisəli mənzildə qeydiyyatda olmaqla yanaşı X12 vəsiyyətnamə üzrə vərəsəsidir. Bununla yanaşı təsdiq edilir ki, cavabdeh Səfərov Cavabdeh Gülxarə Zeynal qızının qanun üzrə vərəsəsi olsa da, mübahisəli mənzili hələ də özəlləşdirilmədiyinə görə dövlət mülkiyyəti hesab edildiyindən sonuncudan qalan miras əmlak mövcud deyil. Beləliklə, nəzərə alaraq ki, mübahisəli mənzillə bağlı kirayə müqaviləsi X12 ilə bağlanmışdır və o, həmin mənzili əvəzsiz özəlləşdirmək hüququna malik olduğu üçün həmin mənzilin mülkiyyətinə keçməsi ilə bağlı gözlənti hüququna malik olan şəxs olmaqla İddiaçı ailə üzvü kimi həmin mənzilə köçürmüşdür, İddiaçı onun ailə üzvü hesab edildiyi üçün həmin mənzili əvəzsiz özəlləşdirmək hüququna malik olan və mənzildən istifadə hüququ olan şəxsdir. Məhkəmə eyni zamanda hesab edir ki, cavabdeh Cavabdeh hazırda mübahisəli mənzildə heç bir qanuni əsas və hüquq olmadan yaşayır və həmin mənzilin özəlləşdirilməsi ilə bağlı müraciəti mövcud deyil. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəllənin 27.1, 152.1, 152.5, 157.8, 1133.1, 1133.2, 1134.1, 1134.2, 1151.1-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 29.1, 30.1, 30.2, 30.3-cü, Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanununun 1, 5-ci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 1 və 5-ci maddələrinə istinadla əsaslandırmışdır.
APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ ŞİKAYƏTƏ ETİRAZIN DƏLİLLƏRİ
6. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Məhkəmə vərəsəlik işi açılmadan iddiaçını qanunsuz və əsassız olaraq vərəsə kimi tanımışdır. Mübahisəli mənzil cavabdehin mərhum anasına məxsusdur, iddiaçının həmin mülkiyyətə hər hansı hüququ olmamasına baxmayaraq məhkəmə iddia tələbini təmin etmişdir. Həmçinin iddiaçı ilə mərhum anası arasında hər hansı müqavilə olmamışdır. Mərhum anasının yeganə vərəsəsi cavabdeh olmağına baxmayaraq məhkəmə onu mənzildən çıxarmaqla vərəsəlik hüququndan məhrum etmişdir.
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
MƏHKƏMƏ İCRAATI İŞTİRAKÇILARININ İZAHATLARI
9. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi.
10. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
MÜBAHİSƏNİN HƏLLİ İLƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKİL EDƏN SƏNƏDLƏR
11. ## #### 1995-ci il tarixli orderin surətindən görünür ki, “Azərneft yağ” İB-nin müdiriyyəti vətəndaş X12 ərizəsini mənzil şərtlərini nəzərə alaraq, yaşadığı * nömrəli mənzildə boşalmış 25 kv.m-dən ibarət 2 otağı onun 20 kv.m-dən ibarət olan yaşayış sahəsinə birləşdirilmişdir.
12. Sabunçu rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-II seriyalı, ****** nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ## ###### 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir.
13. Bakı şəhəri ** saylı notariat kontoru tərəfindən təsdiq edilmiş ## ###### 2020-ci il tarixli vəsiyyətnamənin surətindən görünür ki, X12 ona məxsus olan bütün əmlakını ünvan 2 ünvanında qeydiyyatda olan basıcı qızı İddiaçı vəsiyyət etmişdir.
14. AR-III seriyalı, ****** nömrəli, ## ###### 2023-cü il tarixli etibarnamənin surətindən görünür ki, X12 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hallarla bağlı İddiaçı etibarnamə vermişdir.
15. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ## ###### 2025ci il tarixli ******* nömrəli arayışdan görünür ki, İddiaçı, X2 və Nəcəfli Murad ünvan 1 ünvanında qeydiyyatdadırlar.
16. X3, X15, X8 və X6 tərəfindən imzalanmış ## ######## 2025-ci il tarixli aktdan görünür ki, həmin şəxslər Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58, mənzil 5 ünvanında yaşamış mərhum X12 qonşuları olmuşlar. Səfərova Gülxarənin sağlığında onun bütün baxımı, ehtiyacları və s. İddiaçı və onun ailə üzvləri tərəfindən qarşılanmışdır. İddiaçı ilə mərhum Səfərova Gülxarə ana övlad münasibətində olmuşlar, onların bir-birilərinə olan səmimi və isti münasibətləri bütün qonşular tərəfindən görülmüşdür. Cavabdeh adlı şəxslə anası sayılan Gülxarə Səfərova arasında heç bir bağlılıq olmamış, aralarında münasibətlər soyuq olmuşdur. Dəfələrlə Cavabdeh anasına qarşı təhqiramiz ifadələr işlədərək, pul tələb etdiyinin şahidi olmuşlar. Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58, mənzil 5 ünvanında İddiaçı və onun ailə üzvləri yaşamış, Cavabdeh isə heç vaxt həmin ünvanda yaşamamışdır. Cavabdeh adlı şəxsin başqasına məxsus evə girərək, onu zəbt etməsi və onun dəfələrlə qonşularla mübahisə etməsi, həmin şəxsin onların qonşuluğunda olması və onun həyat tərzi onları ciddi şəkildə narahat etmişdir.
17. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəmə sorğusuna cavab olaraq təqdim edilmiş ## ####### 2025-ci il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58, mənzil 5 ünvanının dövlət qeydiyyatına alınmasına dair məlumat aşkar edilməmişdir.
18. Xətai RPİ-nin 37-ci PŞ-nin təhqiqatçısı, R X16 ## #### 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarının surətindən görünür ki, X9 şikayəti üzrə araşdırılma aparılmış, cinayət işinin başlanması rədd edilmiş, X9 və Cavabdeh mülki mühakimə icraatı qaydasında məhkəmə orqanına müraciət etmək hüququ izah edilmişdir. Həmin qərarın məzmunundan görünür ki, X9 şikayətində bildirmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58, mənzil 5 ögey bacısı X12 adına olmuş, həmin evi onun qızı İddiaçı vəsiyyət edərək, etibarnamə vermiş, və qızını iki övladı ilə qeydiyyata salmışdır. Ögey bacısı xəstələndiyi üçün onun yanında ona qulluq etmək üçün qalmışlar, ##.##.2024-cü il tarixdə G.Səfərova uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. ##.##.2025-ci il tarixdə gecə saat 01:00 radələrində Cavabdeh ailə üzvləri ilə gələrək evə daxil olmuş, ev onun anasının olduğu üçün birinci vərəsə oduğunu idda edərək, mübahisə etməyə başlamış, saat 01:10-da İddiaçı DİN 102 xidmətinə zəng edərək əlində bıçaq olan şəxsin evinə basqın etməsi barədə şikayət vermişdir. Həmin qərarda Cavabdeh ailəsi ilə Xəzər rayonunda Binə qəsəbəsində yaşadığını qeyd etmişdir.
19. Elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Cavabdeh ünvan 5 ünvanında qeydiyyatdadır.
20. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qərarının surətindən görünür ki, Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinərək, barəsində 300 manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.
21. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, iddiaçı Nərgiz onun xalasının nəvəsidir. Gülxarə onun xalası qızıdır. Onun Gülxarə ilə gediş-gəlişi olub, mütəmadi telefon danışıqları olmuşdur. Mərhum Gülxarənin saxlanılmasında, qulluğunda, hər bir maddi və mənəvi məsələsində Nərgiz və onun əri iştirak etmişdir. Gülxarə ailə qurmamışdı, tək yaşayırdı. Gülxarəgil 4 bacı olublar. Bacısı X9 ailəsi ilə birlikdə həmişə Gülxarənin qulluğundan dururdu. Nərgiz ailə qurandan sonra 10 il Gülxarənin balası oldu. Gülxarə 300 manat pensiya alırdı, onunla dolana bilmirdi. Gülxarə deyirdi ki, Nərgiz və Babək onun qulluğunda dururlar. Hətta istirahətə gedəndə də Nərgiz xalasını özü ilə aparırdı. Gülxarə komaya düşəndə Nərgizin anası Həqiqət və atası X14 xəstəxanasına aparmış, 3 gün sonra rəhmətə getmişdi. Tamella Bağırova təsdiq etmişdir ki, Gülxarə rəhmətə gedəndə orada Nərgizi və onun ailəsini görmüş, cavabdeh Cavabdeh iştirak etməmişdir. Yas mərasimini də Nərgizin əri təşkil etmişdir.
22. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, o, mərhum Gülxarə xanımın qonşusu olmuşdur. Nərgizi subay olandan tanıyır. Anası tez-tez gedib-gəlirdi Gülxarənin yanına. Zamini də tanıyır. Zamin Gülxarənin qardaşı oğludur. Zamin hərdən bir Gülxarə xanımdan ya uşaqlarının ac olmasını, ya da maşını xarab olduğunu deyərək ancaq pul istəməyə gəlirdi. Gülxarə xanım onun kartına pul göndərirdi. Münasibətləri yaxşı deyildir, çünki Zamin Gülxarə xanımı incidirdi. Gülxarə xanımın bütün kommunal xərclərini də Nərgiz ödəyirdi. Nərgiz ya özü qalırdı Gülxarə xanımın yanında, ya da anasını qoyurdu. Nərgiz onu istirahətə gedəndə də aparırdı. Zamin təzəlikcə Gülxarə xanım öləndən sonra onun evində qalmağa başlayıb, əvvəllər heç vaxt yaşamayıb, uşaq vaxtı hərdən nənəsi ilə gəlib gedirmiş.
23. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, o, Nərgizin bacısıdır. Ailə həyatı qurandan sonra Sona Muradova kirayədə yaşamışdır. Xalası Gülxarə rəhmətə gedəndən sonra Nərgiz bacısına onunla yaşamağı təklif etmişdir. Sonanın əri işi ilə əlaqədar rayonda olduğundan, Sona uşağı ilə xalasının evinə Nərgizlə birlikdə yaşamağa başlamışdır. Sona orada 10-11 ay qalmışdır. Cavabdeh evə gecə saatlarında basqın edəndə Sona rayonda olmuş, ancaq uşağı həmin evdə olmuşdur. Uşaq qorxub ağlamış, hətta Zamin uşağın ayağını tapdalayaraq, sakit durmasını, qonşuların onun səsini eşidəcəyini bildirmişdir. Zamin evin kameralarını sındırmışdır. Sonanın bütün əşyaları o evdə qalmış, Zaminin yanında olan Arifə Cəfərova adlı qadın hədə-qorxu etmiş, yalnız uşağın beşiyi və böyük maşınını qapıdan vermiş, onları içəri buraxmamışdır. Xalası Gülxarənin meyidi yerdə olanda Zamin onun seyfini açdırmış, vəsiyyətnaməni orada görüb səs-küy salmış, belə ananı istəmədiyini bildirmiş və çıxıb getmişdir. Hətta dəfn zamanı Zamin Nərgizdən dəfn yeri üçün pul istəmiş, lakin sonradan bilmişlər ki, Zamin anasını atasının qəbrinin yanında pulsuz dəfn etdirmişdir. Gülxarə xalası sağlığında vəsiyyətnamə barədə Zaminə heç nə deməməklərini xahiş etmiş, çünki Zamin narkotik istifadəçisi olmuş, ona hədə-qorxu gəlmiş, xalası Gülxarə həmişə Zamindən qorxmuşdur. Nərgiz Zaminlə xalası öləndən sonra danışığa gəlmək istəmiş, öz payını götürməsini bildirmiş, lakin Zamin onu balasının ölümü ilə hədələmişdir.
24. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o, Nərgizin atasıdır. Zamin gecə saat 2-də evə basqın edəndə, həmin evdə olmuş, Zamin evə girəndə polislər gəlmişdir. E.Yusibovu evdən çıxarmışlar, səhərə qədər qonşunun evində gözləmişdir. Evdən heç bir əşyanı götürə bilməmişlər. E.Yusibov bildirmişdir ki, Gülxarə xanım onun arvadı Həqiqətin bacısı olduğu üçün 2015-ci ildən onun qeydinə qızı Nərgiz və arvadı Həqiqət qalırdı. O, özü aiəsi ilə 6-cı mikrorayonda yaşasa da tez-tez mübahisə predmeti olan mənzildə olmuş, Gülxarə xanımın qeydinə qalmışdır.
25. Mülki işdə olan və məhkəmə iclasında tədqiq edilmiş fotoşəkillər və video çəkilişlərdə iddiaçı İddiaçı xalası X12 ilə birlikdə müxtəlif ailə tədbirlərində əks olunmuşdur.
26. Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Xətai Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin ## ### 2026-cı il tarixli, *-**-**-*/*-***/**** nömrəli məktubu ilə bildirilmişdir: “Azneftyağ” İB-nə məxsus olmuş ünvan 4 ünvanı 2002-ci il tarixdən etibarən ünvan 3 mərtəbəli, 3 girişli 12 mənzildən ibarət olmaqla istismar müddəti bitmiş qəzalı evlər siyahısındadır. Xidməti ərazi üzrə *** nömrəli MKİS-nin verdiyi məlumata əsasən müəyyən olunmuşdur ki, Zakir Yusifov küçəsi ev 58 ünvanında yerləşən * nömrəli mənzil “Azneft” İB tərəfindən X12 verilmişdir. Hazırda qeyd olunan mənzildə iddiaçı İddiaçı 2 nəfər ailə üzvü ilə (qızı, oğlu) qeydiyyatda olmasına baxmayaraq yaşamır. Mənzildə cavabdeh Cavabdeh qeydiyyatsız yaşayır. Qeyd edirik ki, İddiaçı və Cavabdeh Zakir Yusifov küçəsi ev 58 ünvanında yerləşən 5-ci mənzilin kirayəçisi qismində tanınmamış və onlarla rəsmi olaraq kirayə müqaviləsi bağlanılmamışdır. Məlumat üçün bildiririk ki, qeyd olunan şəxslərin mənzilin kirayəçisi qismində tanınması və kirayə müqaviləsinin bağlanılması barədə sərəncamın verilməsi müvafiq olaraq Xətai Rayon İcra Hakimiyyətinin səlahiyyətlərinə aiddir. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair Xətai Rayon MKTB-nin münasibəti ondan ibarətdir ki, işin faktiki hallarının araşdırılması və hüquqi qiymətin verilməsi məhkəmənin səlahiyyətlərinə aid olduğunu nəzərə alaraq qəbul ediləcək qərara etiraz etmirik.
27. Bakı şəhəri ** saylı Notariat Ofisinin ## ### 2026-cı il tarixli məktubu ilə, Bakı şəhəri ** saylı notariat ofisində rəsmiləşdirilmiş, ##.##.2020-ci il tarixli vəsiyyətnamə işi üzrə notariat işinin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ və MƏHKƏMƏNİN MÖVQEYİ
28. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
29. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
30. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi xahiş edilir.
31. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -Maddə 6.1.4. Mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən hesab edilir. 27.1-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 158.1.2. Əmlakdan istifadə hüququ mülkiyyət hüququ ilə yanaşı əmlak hüquqları sayılır.. Maddə 158.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə 159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər.
32. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 29.1-ci maddəsinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi ona mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahəsi barəsində onun təyinatına uyğun olaraq və bu Məcəllə, həmçinin digər qanunlarla müəyyən edilmiş hüdudlarda sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir. 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar.
33. İşin mübahisəsiz halları ondan ibarətdir ki, Bakı şəhəri, Xətai rayonu,Zakir Yusifov küçəsi,ev 58, mənzil 5 iddiaçının xalası mərhum X12 order əsasında verilmiş, lakin həmin mənzil özəlləşdirilməmişdir. X12 ## ###### 2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. İddiaçı İddiaçı X12 bacısı qızıdır. Cavabdeh Səfərov Cavabdeh Gülxarə Zeynal qızı tərəfindən övladlığa götürülmüş qardaşı oğludur.
34. Mülki işdə olan sübutlarla təsdiq edilir ki, X12 özünə məxsus bütün əmlakını vəsiyyətnamə ilə bacısı qızı hazırkı mülki iş üzrə iddiaçı İddiaçı vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə Bakı şəhəri ** saylı notariat kontoru tərəfindən ## ###### 2020-ci il tarixdə təsdiq edilmişdir. Vəsiyyətnamədən də görünür ki, iddiaçı həmin mənzildə qeydiyyatda olmuşdur. İş materiallarında olan sübutlarla da təsdiq edilir ki, İddiaçı mübahisəli mənzildə 2015-ci ildən qeydiyyatdadır. AR-III seriyalı, ****** nömrəli ## ###### 2023-cü il tarixli etibarnaməyə əsasən X12 bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi və digər hallarla bağlı İddiaçı etibarnamə də vermişdir.
35. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə hüquqi qiymət verərkən iddiaçının gözlənilən mülkiyyət hüququna istinad etsə də, hazırkı mübahisənin mahiyyəti mülkiyyət hüququnun əldə edilməsinə dair gözlənti ilə deyil, mövcud faktiki sahiblik və istifadə hüququnun müdafiəsi ilə bağlıdır.
36. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə sahiblik dedikdə əşyaya faktiki hökmranlıq etmək imkanı başa düşülür. Məcəllənin 164-cü maddəsinə əsasən isə sahiblik hüququ qanunsuz müdaxilələrdən müdafiə edilir və sahiblikdən məhrum edilmiş şəxs həmin sahibliyin bərpasını tələb edə bilər. Mülki qanunvericilikdə sahibliyin müdafiəsi üçün mütləq mülkiyyət hüququnun sübuta yetirilməsi tələb olunmur. Sahibliyin müdafiəsi institutu əşyaya faktiki hakimiyyəti həyata keçirən şəxsin hüquqi vəziyyətinin qorunmasına xidmət edir.
37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14, 77, 88 və 217-ci maddələrinin tələblərinə görə məhkəmə işin faktiki hallarını tərəflərin təqdim etdikləri sübutlar əsasında müəyyən etməli, hər bir sübuta ayrıca və onların məcmusuna hüquqi qiymət verməli, gəldiyi nəticəni işin müəyyən edilmiş halları və tətbiq edilən hüquq normaları ilə əsaslandırmalıdır. İş materiallarından müəyyən edilir ki, mübahisəli yaşayış sahəsi uzun müddət mərhum X11 istifadəsində olmuş, iddiaçı isə 2018-ci ildən həmin mənzildə daimi yaşamış və qeydiyyatda olmuşdur. Tərəflər arasında mübahisələndirilməyən haldır ki, mərhumun sağlığında onun qayğısı, gündəlik ehtiyaclarının ödənilməsi və sosial təminatı əsasən iddiaçı tərəfindən həyata keçirilmişdir. Həmçinin iş materiallarında olan sübutlarla müəyyən edilir ki, mərhumun vəfatından sonra da mübahisəli mənzildə faktiki yaşayan şəxs iddiaçı olmuş, kommunal xidmət haqları və mənzilin saxlanılması ilə bağlı xərclər onun tərəfindən ödənilmişdir. Cavabdehin isə həmin mənzildə daimi yaşaması, qeydiyyatda olması və ya kirayə münasibətlərinin iştirakçısı olması sübut edilməmişdir. İddiaçının polis orqanlarına etdiyi müraciətlərdən və verdiyi izahatlardan görünür ki, cavabdeh mənzilə daxil olaraq iddiaçının istifadəsinə maneələr yaratmış, mənzildə qalan əmlakın, o cümlədən mebel, məişət avadanlıqları və qızıl-zinət əşyalarının qaytarılmasından imtina etmişdir. Cavabdeh tərəfindən həmin əmlakın ona məxsus olmasını təsdiq edən mötəbər və yol verilən sübutlar təqdim edilməmişdir.
38. Kollegiya hesab edir ki, mübahisəyə qiymət verilərkən yalnız formal qeydiyyat və ya qohumluq münasibətləri deyil, həm də şəxsin yaşayış sahəsi ilə faktiki və davamlı bağlılığı nəzərə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə hər kəsin mülkiyyət hüququ vardır və heç kəs məhkəmə qərarı olmadan öz mülkiyyətindən məhrum edilə bilməz. Konstitusiyanın 43-cü maddəsi isə yaşayış yeri hüququnun təminatını nəzərdə tutur. Bu hüququn mahiyyəti yalnız yaşayış sahəsinə formal sahiblikdən ibarət olmayıb, şəxsin faktiki yaşayış yerinə hörmət edilməsini də əhatə edir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin yaşayış sahəsindən istifadə hüququnu tənzimləyən müddəalarına əsasən kirayəçinin vəfatından sonra onunla birlikdə yaşayan və yaşayış sahəsindən daimi istifadə edən ailə üzvlərinin və digər şəxslərin hüquqları qorunmalı, yaranmış hüquq münasibətlərinə faktiki yaşayış prinsipi baxımından qiymət verilməlidir.
39. Kollegiya qeyd edir ki, iş üzrə müəyyən edilmiş hallar iddiaçının mübahisəli mənzillə uzunmüddətli, davamlı və real bağlılığını təsdiq edir. Bu bağlılıq təkcə qeydiyyat faktı ilə deyil, həm də həmin mənzildə faktiki yaşaması, kommunal ödənişləri həyata keçirməsi, mərhum kirayəçinin qayğısını çəkməsi və ölümündən sonra da mənzili idarə etməsi ilə təsdiqlənir.
40. Bundan əlavə, iş materiallarında olan ## ###### 2020-ci il tarixli vəsiyyətnamədən görünür ki, mərhum X11 ona məxsus əmlakı iddiaçıya vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə notariat qaydasında təsdiq edilmişdir. Kollegiya hesab edir ki, bu hal özlüyündə yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün birbaşa əsas olmasa da, mərhumun iradəsini və iddiaçı ilə arasındakı faktiki ailə və etimad münasibətlərini təsdiq edən mühüm sübut kimi nəzərə alınmalıdır.
41. Kollegiya həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarını nəzərə alır. Azərbaycan Respublikasının qoşulduğu İnsan Hüquqlarının və X26 haqqında Konvensiyanın 8-ci maddəsinə əsasən hər kəsin öz şəxsi və ailə həyatına, mənzilinə və yazışmasına hörmət hüququ vardır. Avropa İnsan Hüquqları Məhkəməsinin McCann v. United Kingdom, Connors v. United Kingdom və Winterstein and Others v. France işləri üzrə formalaşdırdığı hüquqi mövqeyə görə “ev” anlayışı milli qanunvericilikdəki formal hüquqi statusla məhdudlaşmır. Şəxsin müəyyən yaşayış sahəsi ilə kifayət qədər davamlı və faktiki əlaqəsinin mövcudluğu həmin sahənin Konvensiyanın 8-ci maddəsi mənasında onun “evi” hesab olunmasına əsas verir. Avropa İnsan Hüquqları Məhkəməsi dəfələrlə vurğulamışdır ki, şəxsin uzun müddət yaşadığı yaşayış sahəsindən məhrum edilməsi və ya həmin yaşayış sahəsinə çıxışının məhdudlaşdırılması ən ciddi müdaxilə formalarından biridir və belə müdaxilə qanuni məqsədə xidmət etməli, zəruri olmalı və mütənasiblik meyarına cavab verməlidir. Kollegiya hesab edir ki, hazırkı iş üzrə iddiaçının mübahisəli mənzil ilə uzun illər davam edən faktiki əlaqəsi müəyyən edilmişdir. Buna görə də həmin yaşayış sahəsi Konvensiyanın 8ci maddəsinin mənasında iddiaçının “evi” hesab edilməlidir və onun bu hüququ məhkəmə müdafiəsi ilə təmin olunmalıdır. Bundan əlavə, İnsan Hüquqlarının və X26 haqqında Konvensiyaya əlavə edilmiş * saylı Protokolun 1-ci maddəsinə görə hər bir fiziki şəxs öz əmlakından maneəsiz istifadə etmək hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna görə “əmlak” anlayışı yalnız mövcud maddi əşyaları deyil, həm də şəxsin qanuni gözləntilərini və faktiki olaraq istifadə etdiyi əmlak maraqlarını əhatə edir. İş üzrə müəyyən edilmiş hallar iddiaçının mənzildə yerləşən əmlak üzərində faktiki sahiblik və istifadə hüququnun mövcudluğunu təsdiq edir. Belə olan halda kollegiya hesab edir ki, cavabdehin hərəkətləri nəticəsində iddiaçının həm yaşayış sahəsindən istifadə hüququna, həm də mənzildə yerləşən əmlak üzərində sahiblik və istifadə hüquqlarına müdaxilə edilmişdir.
42. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə mahiyyət etibarilə düzgün olsa da, tətbiq edilən hüquqi əsas tam dəqiq olmamışdır. Bu səbəbdən qətnamə ləğv edilməli, iddia tələbi iddiaçının sahiblik və istifadə hüquqlarının müdafiəsi əsası ilə təmin edilməlidir. 43.MPM-nin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2, 384, 392, 393 və 402.1 maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58 ünvanında yerləşən * saylı mənzildən çıxarılsın. Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58 ünvanında yerləşən * saylı mənzil boşaldılaraq, iddiaçı İddiaçı təhvil verilsin. İddiaçı İddiaçı ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Zakir Yusifov küçəsi, ev 58 ünvanında yerləşən mənzilə köçürülsünlər. Apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov