Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1123/2026 25.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X10 və X7 ibarət tərkibdə, Məhkəmə iclas katibi X2, İddiaçının nümayəndəsi-vəkili vəkil1 Cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı (Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs PHŞ mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: İddiaçı ##.##.2003-cü il tarixdə “X9” İstehsalat Birliyi Füzuli rayon Kənd İçməli Sutəchizatı müəssisəsində II qaldırıcı n/s-ya maşinist peşəsinə qəbul edilmiş, ##.##.2023-cü il tarixdə “xxxx” ASC-nin X3 İdarəsi bağlanmış əmək müqaviləsinə əsasən Füzuli Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun Zobcuq II qaldırıcı n/s-na 2-ci dərəcə ilə nasos qurğularının maşinisti peşəsinə qəbul edilmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 tərəfindən İddiaçı “ştat vahidinin ixtisara düşməsi barədə” ##.##.2024-cü il tarixli xəbərdarlıq bildirişi ünvanlanmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 X3 İdarəsinin Həmkarlar komitəsinin ##.##.2024-cü il tarixli ** saylı protokolunun surətindən görünür ki, təsdiq edilmiş ştat cədvəlinə əsasən ştat vahidlərinin ixtisarı ilə əlqədar adları qeyd olunan işçilərinin (İddiaçı) əmək müqavilələrinə ləğv edilməsinə etiraz edilmədiyi qərara alınmışdır. ##.##.2024-cü il tarixində bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə ləğv edilmişdir. Hazırda iddiaçı əmrin ləğv edilməsini və işə bərpa olunmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcbur işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi, daha sonra isə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ##.##.2024-cü il tarixli ***/K saylı əmrin ləğv edilməsini, əvvəlki vəzifəsinə bərpa edilməsini və məcburi işburaxma müddətinə görə əmək haqqının cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, ##.##.2003-cü il tarixdən 17 K №li əmrlə X9 İstehsalat Birliyi Füzuli rayon kənd içməli su Təchizatı müəssisəsində 2-ci qaldırıcı n/s-ya maşinist vəzifəsinə qəbul edilmişdir. Düz 22 il müxtəlif vəzifələrdə cavabdeh təşkilatda qüsursuz və heç bir intizam tənbehi almadan işləmişdir. 2024-cü ilin oktyabr ayında Su Təsərrüfatı İdarələri birləşdirilərək “xxxx” ASC-nin X3 İdarəsi adlandırılmış və bu zaman struktur dəyişiklikləri ilə əlaqədar olaraq həmin idarədə ştat ixtisarı aparılmışdır. O, həmin idarədə qüsursuz işlədiyinə baxmayaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi və 78-ci maddəsinin 1-ci bəndinin tələblərini pozan cavabdeh onu qanunsuz və əsassız olaraq əmək müqaviləsini ləğv etməklə ştatların ixtisarı adı ilə işdən çıxarmışdır. Onun əmək kitabçasında işdən çıxarılmanın tarixi ##.##.2024-cü il tarix göstərilmişdir. Qeyd etmişdir ki, onun əmək kitabçası ##.##.2024-cü il tarixdə yazılmış olsa da, o, təxminən 15 gün sonra idarəyə gedərək əmək kitabçasını ala bilmişdir. Lakin, idarə rəhbərliyi ona əmək kitabçasının nə vaxt təqdim olunması barədə arayış verməkdən imtina edir. O, ##.##.2024-cü il tarixdə elektron qaydada Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə bu qanunsuzluq barədə müraciət etmişdir. Həmin təşkilatdan ##.##.2024-cü il tarixli *-**-*/*-D-*****/**** saylı məktubla ona bildirilmişdir ki, “müraciəti ilə əlaqədar işəgötürən tərəfindən cavab ala bilmədiklərindən bu barədə ona əlavə məlumat veriləcəkdir və o, məhkəməyə müraciət edə bilər”. O, məhkəməyə müraciət etmək məqsədi ilə əvvəlcədən * saylı X23 Horadiz filialına müraciət etmişdir. Müraciəti ##.##.2024-cü il tarixdə qeydiyyata alınmış və bu barədə ona “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 21.8 maddəsi ilə ##.##.2024-cü il tarixdə arayış verilmişdir. O, hüquqlarını bilmədiyindən Mediasiya Təşkilatının texniki işçiləri onun işə bərpa olunmağı üçün ona kömək etmək məqsədi ilə iddia ərizəsi yazmışlar. Çox təəssüf ki, iddia ərizəsi tərtib edən şəxs qanunu bilmədiyindən ərizəni aidiyyatı üzrə Füzuli Rayon Məhkəməsinə deyil, Şirvan İnzibati Məhkəməsinə göndərmişlər. Bundan 2 ay ötdükdən sonra o, başa düşmüşdür ki, ərizənin tərtibatında yalnışlığa yol verilmişdir. Ona görə də bunu izah etməklə Şirvan İnzibati Məhkəməsinə işin geri qaytarılması barədə teleqramla müraciət etmişdir. Şirvan İnzibati Məhkəməsi ##.##.2025-ci il tarixli, *-*(***)-****/**** saylı qərardadla işi geri qaytarmışdır. Yuxarıdakıları əldə əsas tutaraq müddətin ötürülməsi barədə ərizəsini işə əlavə edərək yuxarıdakı sənədləri sübut növü kimi təqdim edərək ötmüş müddəti bərpa edərək iddia ərizəsinə baxılmasını istəyir. Onun əmək kitabçasında işdənçıxma səbəbi kimi ştatların ixtisarı göstərilərək əlavə olaraq qeyd etmişdir ki, onun pensiya yaşının tamam olmağına təxminən 2 il yarım qalmışdır. Lakin, müdiriyyət uzun illər həmin idarədə işlədiyinə baxmayaraq ştatlar ixtisar edilən zaman bunu nəzərə almamışdır. O, həmin idarədə tutduğu peşə üzrə istənilən mexanizmin idarə olunmasında bir maşinist kimi müxtəlif vəzifələrdə, ən çətin anlarda, ən çətin vəziyyətdə belə qüsursuz işləmiş və bu sahədə artıq 22 il peşəkar kimi təcrübəli iş stajı vardır. Lakin, son 10 il ərzində müxtəlif peşələrə, vəzifələrə qəbul olunmuş, nisbətən təcrübəsiz, hətta, maşın və mexanizmlərdən kifayət qədər başı çıxmayan bir çox işçilər ştatlar ixtisar olunan zaman yuxarıda qeyd etdiyi kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 1-ci hissəsində qeyd olunmasının əksinə olaraq işdə saxlanılmışlar. Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 X3 İdarəsinin##.##.2024-cü il tarixli, ***/K nömrəli əmrinin ləğv edilməsi, iddiaçı İddiaçı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 X3 İdarəsinin Füzuli sukanal sahəsinin nasos qurğularının maşinisti vəzifəsinə bərpa edilməsi, iddiaçı İddiaçı işdən çıxarıldığı ##.##.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqının hesablanaraq ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 X3 İdarəsi Füzuli Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun Zobcuq II qaldırıcı n/s-na nasos qurğularının maşinisti İddiaçı “ştat vahidinin ixtisara düşməsi barədə” ##.##.2024-cü il tarixli xəbərdarlıq bildirişi ünvanlanmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 X3 İdarəsinin ##.##.2024cü il tarixli, ***/K saylı əmrinə əsasən işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. İşəgötürənin müraciəti üzrə Həmkarlar İttifaqı Komitəsinin ##.##.2024-cü il tarixli məktubuna əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə etiraz edilməmişdir. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 ##.##.2024cü il tarixdən etibarən qüvvədə olan ştat cədvəlinə əsasən Zobcuq II qaldırıcı n/s-də nasos qurğularının maşinisti vəzifəsi üzrə 6 ştat vahidi mövcuddur. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən cavabdeh tərəfindən qüvvədə olan əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi iddiaçının tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı göstərilmişdir. Halhazırda təqdim edilmiş ştat cədvəlində də Zobcuq II qaldırıcı n/s-də nasos qurğularının maşinisti vəzifəsinin 6 ştatın mövcud olduğu müəyyən olunur. Göründüyü kimi, məhkəmə araşdırması zamanı ştatın ixtisarı faktı iş materialları ilə öz təsdiqini tapmamışdır. Eyni zamanda, iddiaçının yeni şöbə yaradılarkən əmək məcəlləsi ilə müəyyən edilən üstünlük hüququ və iş təcrübəsi nəzərə alınmamışdır. Belə ki, iddiaçı 2003-cü ildən həmin müəssisədə nasos qurğularının maşinisti vəzifəsində çalışırdı. Digər tərəfdən məhkəmə hesab etmişdir ki, həmkarlar ittifaqının müvafiq qərarı formal xarakter daşıyır. Belə ki, X3 İdarəsinin Həmkarlar komitəsinin ##.##.2024-cü il tarixli ** saylı protokolundan da görünür ki, protokolun iştirakçıları arasında iddiaçı yoxdur, iddiaçı dəvət edilməmiş və ümumiyyətlə bu məsələ ilə bağlı iclasın keçiriləcəyinə dair məlumatlandırılmamışdır. Məhkəmə qeyd etmişdir ki, işəgötürənin effektiv iqtisadi fəaliyyətinin həyata keçirilməsi üçün kadr fəaliyyətini həyata keçirmək, o cümlədən işçiləri qəbul etmək, onları vəzifələrə təyin etmək və əmək müqavilələrinə xitam vermək hüququ vardır. Lakin, o, bu hüquqdan işçinin Əmək Məcəlləsi ilə müəyyən olunmuş təminatlarını gözləməklə istifadə etməlidir. İşçilərinin sayının və ya ştatların ixtisarının aparılması müəssisədə idarəetməni təkmilləşdirmək, işin həcminin azalması səbəbindən artıq xərclərin qarşısını almaq, işin fəaliyyətini optimallaşdırmaq və bunun kimi digər zəruri islahatlar aparmaq məqsədilə müəyyən edilmiş vəzifə və ya struktur üzrə bir və ya bir neçə ştat vahidinin ləğv edilməsi başa düşülür. Bu zaman konkret vəzifə ümumilikdə müəssisənin ştat cədvəlindən çıxarılır, eyni və ya oxşar funksiyaları həyata keçirən bütün işçilər isə ixtisar olunur. Bu elə hallarda mümkün ola bilər ki, işəgötürənin fəaliyyətində baş verən dəyişikliklər nəticəsində mövcud olan vəzifəyə zərurət aradan qalxsın. Ştat cədvəlində bir adla müəyyən olunan vəzifənin çıxarılması, lakin eyni funksiyaları həyata keçirən ştatların başqa adla əlavə edilməsi (saxlanılması) ixtisarın real olmamasının göstəricisidir. Məhkəmə hesab etmişdir ki, iddiaçı İddiaçı işdən çıxarıldığı ##.##.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti əmək haqqı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 tərəfindən iddiaçı İddiaçı ödənilməlidir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli **** nömrəli Fərmanının 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 yaradılmışdır. Həmin Fərmanın 6.3-cü bəndinə əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən X1dir. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki X1lərin fəaliyyətinin təmin edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il *** nömrəli qərarı ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Nizamnaməsi təsdiq edilmiş, müvafiq qaydada dövlət qeydiyyatına alınmışdır. Fərmanın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən ##.##.2024-cü il tarixli ***/* nömrəli əmr verilmişdir. Həmin əmrə əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ nin strukturu təsdiq edilmiş, X1 ştat vahidlərinin sayı 14.000-dən 7.700 dək azaldılmış, PHŞ-nin aparatının ştat vahidi isə 180 olmuşdur (Əmr iş materiallarına əlavə edilmişdir.) Həmin strukturda X3 İdarəsinin Füzuli Sukanal sahəsi cavabdehin struktur təşkilatı kimi nəzərdə tutulmamışdır. Qeyd olunan normativ hüquqi aktlardan göründüyü kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri üzrə xidmət göstərəcəkdir. Həmin 5 şəhərdən başqa Azərbaycan Respublikasının digər ərazilərinə xidmət göstərilməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 həvalə edilmişdir. İddiaçının çalışmış olduğu Füzuli Sukanal sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 tərkibinə verilərək Füzuli Su meliorasiya sistemlərinin İstismarı İdarəsi yaradılmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 alt qurumu olmadığı üçün cavabdehin ona göstəriş vermək səlahiyyəti yoxdur. İddiaçının işlə təmin edilib-edilməməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 daxili işidir. Hal-hazırda cavabdehin X3 İdarəsinin Füzuli Sukanal sahəsi adında struktur təşkilatı mövcud deyil, həmçinin iddiaçının ştat vahidi də mövcud deyil. Bu kimi hallar olmasına və cavabdehin Füzuli rayonuna xidmət göstərməməsinə baxmayaraq məhkəmə tərəfindən əsassız olaraq iddia tələbi təmin edilmişdir. İddianın təmin edilməsi qətnamənin icrasını mümkünsüz edir. Məhkəmə bu halda da düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddiaçının əmək müqaviləsinin ləğv edilməsinə münasibət bildirilməsi barədə həmkarlara müraciət ünvanlanmış və həmkarların ##.##.2024-cü il tarixli məktubunda və iclas protokolunda əmək müqaviləsinin ləğvinə etiraz edilmədiyi bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli protokolu ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs iş üzrə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e- *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddiaçı İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1rşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə Kollegiyası mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı uzun müddət “xxxx” ASC-də əmək fəaliyyəti ilə məşğul olmuş, sonuncu dəfə onunla “xxxx” ASC-nin X3 İdarəsi arasında ##.##.2023-cü il tarixli əmək müqaviləsi bağlanmışdır. ##.##.2024-cü il tarixində əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə ləğv edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərkən belə qənaətə gəlmişdir ki, cavabdehin ##.##.2024-cü il tarixdən etibarən qüvvədə olan ştat cədvəlinə əsasən Zobcuq II qaldırıcı n/s-də nasos qurğularının maşinisti vəzifəsi üzrə 6 ştat vahidi mövcuddur. Lakin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ##.##.2023-cü il tarixli, **** nömrəli Fərmanı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 yaradılmış və həmin X1 Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərinin göstərilməsi həvalə edilmişdir. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli, *** nömrəli qərarı ilə həmin X1 Nizamnaməsi təsdiq edilmiş, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyinin ***/f saylı, ##.##.2025-ci il tarixli əmrinə əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-in strukturu və ştat cədvəlinin təsdiq olunması əmr edilmişdir. Yeni strukturda X3 idarəsi yoxdur. Şərh olunanlardan göründüyü kimi, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 nəzdində X3 İdarəsi artıq mövcud deyil, həmin Hüquqi Şəxs yalnız Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində fəaliyyət göstərir. Belə olan halda birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin icrası da mümkünsüz olur. Əmək Məcəlləsinin tələblərinə əsasən işçilərin ştatları ixtisar olunduqda işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən azı doqquz təqvim həftəsi öncə (işçinin on ildən çox əmək stajı olduqda) rəsmi xəbərdar edilməlidir. Bundan başqa, işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi bu əsasla müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. İşdən görünür ki, cavabdeh əmək qanunvericiliyin bu tələblərinə riayət etmiş, əmək müqaviləsi ləğv edilməmişdən azı doqquz təqvim həftəsi öncə iddiaçını rəsmi xəbərdar etmiş, əmək müqaviləsi ləğv edilməmişdən əvvəl müəssisədə fəaliyyət göstərən və qanunvericiliyə əsasən işəgötürən tərəfindən deyil, işçilər tərəfindən yaradılmış həmkarlar ittifaqı təşkilatının razılığını almışdır. Beləliklə, Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşaraq hesab etmişdir ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, qətnamə maddi hüquq normalarının düzgün tədbiq edilməməsi ilə qəbul edilmişdir. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilərək işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə iddiaçı İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, # ####### 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qət edilmişdir. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən bu Fərmanın 3-cü hissəsi və 5.3-5.5-ci bəndləri nəzərə alınmaqla, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Azərbaycan Meliorasiya və X6 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X14 Xidməti, Fərmanın 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaradılmışdır. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən X14 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat)– içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən X1dir. Fərmanın 6.3-cü bəndinə əsasən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən X1dir. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 tərəfindən İddiaçı “ştat vahidinin ixtisara düşməsi barədə” ##.##.2024-cü il tarixli xəbərdarlıq bildirişi ünvanlanmış, bundan sonra İddiaçı ##.##.2024-cü il tarixində bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə ləğv edilmişdir. Apellyasiya məhkəməsi İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 tərəfindən İddiaçı ştat vahidinin ixtisara düşməsi barədə Əmək Məcəlləsində nəzərdə tutulmuş proseduru başlatmaq və İddiaçı əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar səlahiyyətləri olubolmamasına hüquqi qiymət verməmişdir. İş üzrə cavabdeh apellyasiya şikayətində göstərmişdir ki, Fərmanın icrasını təmin etmək məqsədi ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən ## ### 2024-cü il tarixli ***/* nömrəli əmr verilmişdir. Həmin əmrə əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin strukturu təsdiq edilmiş, X1 ştat vahidlərinin sayı 14000- dən 7700-dək azaldılmış, PHŞ-nin aparatının ştat vahidi isə 180 olmuşdur. (Əmr iş materiallarına əlavə edilmişdir.) Həmin strukturda X3 İdarəsinin Füzuli Sukanal sahəsi cavabdehin struktur təşkilatı kimi nəzərdə tutulmamışdır. Qeyd olunan normativ hüquqi aktlardan göründüyü kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri üzrə xidmət göstərəcəkdir. Həmin 5 şəhərdən başqa Azərbaycan Respublikasının digər ərazilərinə xidmət göstərilməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 həvalə edilmişdir. İddiaçının çalışmış olduğu Füzuli Sukanal sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 tərkibinə verilərək Füzuli Su meliorasiya sistemlərinin İstismarı İdarəsi yaradılmışdır. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 alt qurumu olmadığı üçün cavabdehin ona göstəriş vermək səlahiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi əvvəlki bənddə qeyd edilmiş apellyasiya şikayətində göstərilənləri nəzərə almaqla iş üzrə iddiaçının işlədiyi təşkilatın hazırda hüquqi varisinin hansı təşkilat olduğunu araşdırıb, hüquqi varisin işə cəlb edilməsi məsələsinə hüquqi qiymət verməli olduğu halda belə araşdırma və hüquqi dəyərləndirmə aparmamışdır. Apellyasiya instansiyası məhkəməsi işçilər tərəfindən yaradılmış həmkarlar ittifaqı təşkilatının razılığının alındığına da istinad etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi həmkarlar ittifaqının iclasının qanunvericiliyin tələbinə uyğun keçirilib keçirilmədiyinə əsaslandırılmış hüquqi qiymət verməmişdir. Qeyd edilənlərə əsasən kassasiya kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin araşdırılması və sübutlara qiymət verilməsi ilə əlaqədar prosessual hüquq normalarının tələbləri pozulmuş və bu, düzgün olmayan qətnamə qəbul edilməsi ilə nəticələnmişdir”. Apellyasiya instansiyası məhkəməsində hazırki icraat: Hazırki apellyasiya baxışı zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 58-ci maddəsinə əsasən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi X14 Xidməti X1 hüquqi varis kimi işə cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi-vəkili ayrıayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının əvvəlki iclasında iştirak edən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs nümayəndəsi apellyasiya şikayətinin təmin edilib edilməməməsini məhkəmənin mülahizəsinə buraxmışdı. Məhkəmə Kollegiyasının son iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəf öz nümayəndəsinin Məhkəmə Kollegiyasının iclasında iştirakını təmin etmədiyindən işə onun nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Əmək Məcəlləsi: 3.3. İşəgötürən am fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq və ya qeyri-sahibkarlıq fəaliyyətini (xüsusi notarius, vəkillik və mediator fəaliyyətini) həyata keçirən vergi ödəyicisi olan fiziki şəxsdir. 11.“b”. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrinə xitam verməkişəgötürənin əsas hüquqlarından biridir. 68.1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 70,“b” bəndi. İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilir. 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür. 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. 77.1. İşçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda– azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda-azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda-azı doqquz təqvim həftəsi. 77.2. Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. 77.4. İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. 78.1. Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyəsini işəgötürən müəyyən edir. İşəgötürən işçinin peşəkarlıq səviyyəsini müəyyən edərkən onun peşə hazırlığı səviyyəsinin yüksəldilməsini, yeni ixtisasa yiyələnməsini və ixtisasının artırılmasını nəzərə alır. 80.1. Bu Məcəllənin 70-ci maddəsinin “b” və “ç” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə həmin həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla xitam verilir. 80.2. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsinə bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar xitam vermək istəyən işəgötürən həmin müəssisədə və ya fiziki şəxs olan işəgötürənin yaratdığı iş yerində fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 300.1. Əgər, işəgötürən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş xitam verilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ##.##.2023-cü il tarixli **** nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanı: Bənd 5. Agentliyin tabeliyində aşağıdakı X1lər yaradılsın: 5.1. bu Fərmanın 3-cü hissəsi və 5.3-5.5-ci bəndləri nəzərə alınmaqla, tabeliyindəki Azərbaycan Meliorasiya və X6 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X14 Xidməti; 5.2. bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti; Bənd 6. Müəyyən edilsin ki: ... 6.2. X14 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat)– içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən X1dir; 6.3. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat)– içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən X1dir. Bənd 8.1.6. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın 5.1-ci və 5.2-ci bəndlərində nəzərdə tutulan X1lər dövlət qeydiyyatına alındığı gündən aşağıdakı dövlət əmlakının balansdan balansa verilməsi ilə bağlı tədbirlər görsün: 8.1.6.1. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin balansındakı əmlakın (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinə xidmət göstərən su təchizatı və tullantı suları sistemləri üzrə) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin balansına; 8.1.6.2. Azərbaycan Meliorasiya və X6 Səhmdar Cəmiyyətinin balansındakı əmlakın və bu Fərmanın 8.1.6.1-ci yarımbəndi nəzərə alınmaqla “xxxx” Açıq Səhmdar Cəmiyyətinin balansındakı digər əmlakın X14 Xidmətinin balansına. Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2024-cü il tarixli, *** nömrəli qərarı: Bənd 2. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Nizamnaməsi” təsdiq edilsin (* nömrəli əlavə) Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 və 385.1.2-ci maddələrinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilməli, iddia qismən təmin edilməlidir. Belə ki, işin faktiki hallarından görünür ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 X3 İdarəsi Füzuli Sukanal sahəsinin İstismarın təşkili və idarə edilməsinə nəzarət qrupunun Zobcuq II qaldırıcı n/s-na nasos qurğularının maşinisti İddiaçı “ştat vahidinin ixtisara düşməsi barədə” ##.##.2024-cü il tarixli xəbərdarlıq bildirişi ünvanlanmışdır. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 X3 İdarəsinin ##.##.2024-cü il tarixli, ***/K saylı əmrinə əsasən işçi İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilmişdir. İşəgötürənin müraciəti üzrə Həmkarlar İttifaqı komitəsinin ##.##.2024cü il tarixli məktubuna əsasən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən (ştatların ixtisarı) xitam verilməsinə etiraz edilməmişdir. Göründüyü kimi iddiaçı ilə əmək müqaviləsinə xitam verilmə əsası kimi iddiaçının tutduğu vəzifə üzrə ştat vahidinin ixtisarı göstərilmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, iddia tələbi mahiyyəti üzrə əsaslı olsa da, birinci instansiya məhkəməsi nəticə etibarlı ilə iddiaçının Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 X3 İdarəsinin Füzuli sukanal sahəsinin nasos qurğularının maşinisti vəzifəsinə bərpa edilməsi gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamışdır. Belə ki, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin ## ###### 2023-cü il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən bu Fərmanın 3-cü hissəsi və 5.3-5.5-ci bəndləri nəzərə alınmaqla, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Azərbaycan Meliorasiya və X6 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X14 Xidməti, Fərmanın 5.2-ci bəndinə əsasən bu Fərmanın 5.5-ci bəndi nəzərə alınmaqla, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki “xxxx” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti yaradılmışdır. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən X14 Xidməti meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını həyata keçirən, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat)-içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən X1dir. Fərmanın 6.3-cü bəndinə əsasən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini göstərən X1dir. İş materiallarından göründüyü kimi də “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 tərəfindən İddiaçı “ştat vahidinin ixtisara düşməsi barədə” ##.##.2024-cü il tarixli xəbərdarlıq bildirişi ünvanlanmış, bundan sonra İddiaçı ##.##.2024-cü il tarixində bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ştat vahidi ixtisar edildiyinə görə ləğv edilmişdir. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi isə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə iddiaçının işlədiyi təşkilatın hazırda hüquqi varisinin hansı təşkilat olduğunu araşdırıb, hüquqi varisin işə cəlb edilməsi məsələsinə hüquqi qiymət verməli olduğu halda belə araşdırma və hüquqi dəyərləndirmə aparmamışdır. Bu baxımdan Məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən ## ### 2024-cü il tarixli ***/* nömrəli əmrə əsasən “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin strukturu təsdiq edilmiş, X1 ştat vahidlərinin sayı 14000-dən 7700-dək azaldılmış, PHŞ-nin aparatının ştat vahidi isə 180 olmuşdur. Həmin strukturda X3 İdarəsinin Füzuli Sukanal sahəsi cavabdehin struktur təşkilatı kimi nəzərdə tutulmamışdır. Qeyd olunan normativ hüquqi aktlardan göründüyü kimi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” Bakı, Sumqayıt, Gəncə, Mingəçevir və Şirvan şəhərləri üzrə xidmət göstərəcəkdir. Həmin 5 şəhərdən başqa Azərbaycan Respublikasının digər ərazilərinə xidmət göstərilməsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 həvalə edilmişdir. İddiaçının çalışmış olduğu Füzuli Sukanal sahəsi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 tərkibinə verilərək Füzuli Su meliorasiya sistemlərinin İstismarı İdarəsi yaradılmışdır. Göründüyü kimi Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 tərkibinə yaradılmış Füzuli Su meliorasiya sistemlərinin İstismarı İdarəsi məhz iddiaçının işlədiyi təşkilatın, yəni Füzuli Sukanal sahəsinini varisi olmuşdur. Qeyd olunanlara əsasən Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 tərkibinə yaradılmış Füzuli Su meliorasiya sistemlərinin İstismarı İdarəsinə nasos qurğularının maşinisti vəzifəsinə bərpa edilməli, işdən çıxarıldığı ##.##.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti əmək haqqısı səlahiyyəti olmadan işdən çıxma barədə əmr verməklə iddiaçının hüquqlarını pozan cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 tərəfindən ona ödənilməlidir. Kollegiya bu qənaətə gələrkən İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 nümayəndəsinin iddiaçının işdən azad olunana kimi əmək haqqısının məhz həmin X1dən almasına dair izahatında göstərilənləri nəzərə alınmışdır. Bundan başqa kollegiya qeyd edir ki, həmkarlar ittifaqının müvafiq qərarı formal xarakter daşıyır. Belə ki, X3 İdarəsinin Həmkarlar komitəsinin ##.##.2024-cü il tarixli ** saylı protokolundan da görünür ki, protokolun iştirakçıları arasında iddiaçı yoxdur, iddiaçı dəvət edilməmiş və ümumiyyətlə bu məsələ ilə bağlı iclasın keçiriləcəyinə dair məlumatlandırılmamışdır. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin göstərilən pozuntu ilə əlaqədar qəbul etdiyi qətnaməsi ləğv edilməli, iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi: Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 X3 İdarəsinin ##.##.2024-cü il tarixli, ***/K nömrəli əmri ləğv edilsin. İddiaçı İddiaçı Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 tərkibinə yaradılmış Füzuli Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinə nasos qurğularının maşinisti vəzifəsinə bərpa edilsin. İddiaçı İddiaçı işdən çıxarıldığı ##.##.2024-cü il tarixdən işə bərpa olunduğu günədək məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanaraq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 tərəfindən ödənilsin. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.