Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1133/2026 01.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İbrahimov Azad Sabir oğlunun cavabdeh Cavabdeh QSC-yə qarşı mülki iş üzrə (açar sözlər: işə bərpa və əmək haqqı tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, Quluzadə Jalə Vadət qızının katibliyi, İddiaçı İbrahimov Azad Sabir oğlunun, Cavabdeh Cavabdeh QSC-nin nümayəndəsi (vəkili) vəkil1 iştirakı ilə, İddiaçı İbrahimov Azad Sabir oğlunun cavabdeh Cavabdeh QSC-yə qarşı “işə bərpa və əmək haqqı” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İbrahimov Azad Sabir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı İşəgötürən Cavabdeh QSC və işçi İbrahimov Azad Sabir oğlu arasında bağlanmış müddətli əmək müqaviləsindən görünür ki, əmək müqaviləsi ƏM-in 47 f bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə ##.##.2020-ci il tarixindən ##.##.2024-cü il tarixinədək 3 il 10 ay 1 gün müddətinə bağlanmışdır. Müddətli əmək müqaviləsinin şərtlərinə əsasən, işçiyə hər ay 1013 manat məbləğində əmək haqqı ödənilməli, işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməli, iş saatı 08:00 başlamalı, saat 16:00 qurtarmalı, nahar vaxtı saat 12:00-dan saat 13:00-dək olmalıdır. Müddətli əmək müqaviləsinin şərtlərindən daha sonra müəyyən olunur ki, işçinin iş rejimi aşağıdakı kimidir: İşçi bazar ertəsi-cümə günləri 7 saat, şənbə günü 5 saat, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. İstirahət günləri hər həftənin bazar günləridir. Bazar ertəsi-cümə: saat 08:00 başlanır, saat 16:00 qurtarır, şənbə: saat 08:00 başlanır, saat 14:00 qurtarır. İşçi işə gəlib-getməsi üçün nəqliyyatla təmin edilir. Xidmət üçün müraciətlə bağlı bildirişdən müəyyən olunur ki, Cavabdeh QSC tərəfindən İbrahimov Azad Sabir oğluna ##.##.2024-cü il tarixdə aşağıdakı məzmunda bildiriş göndərilmişdir: «Nəzərinizə çatdırmaq istəyirəm ki, Cavabdeh QSC ilə Sizin aranızda bağlanmış ##.##.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə uyğun olaraq, əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar ##.##.2024-cü il tarixdən xitam veriləcəkdir. Odur ki, nəzərə almağınız xahiş olunur». Bakı * saylı Mediasiya Təşkilatının ##.##.2025-ci il tarixli, MŞB/*-***** nömrəli Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İbrahimov Azad Sabir oğlu mediasiya sessiyasında iştirak etmiş və 50 manat mediasiya xərci ödəmişdir. Cavabdeh QSC isə iştirak etməmişdir. İddiaçı İbrahimov Azad Sabir oğluna məxsus 510307********** saylı kart hesabından çıxarışdan görünür ki, bir neçə dəfə onun hesabına 900,38 manat köçürmə olmuşdur. 2024-cü ilin dekabr ayının 12-də isə onun hesabına 900,38 manat və 798,21 manat məbləğində ödənişlər aparılmışdır. İş haqqında ******* nömrəli məlumatdan görünür ki, ##.##.2024-cü il tarixində ARƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müqaviləyə xitam verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən görünür ki, iddiaçı Hüseynov Allahverdi İsmayıl oğlunun cavabdeh Cavabdeh QSCyə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində göstərilməklə) əlavə iş günləri və saatlara görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə iddianın qismən təmin edilməsi, iddiaçı Hüseynov Allahverdi İsmayıl oğlunun ##.##.2023-cü il tarixdən ##.##.2024-cü il tarixə kimi qeyri-rəsmi iş günlərində işlədiyi, lakin ödənilməmiş şənbə günü üçün saat 14:00-dan 18:00-a kimi əmək haqqı məbləğinin 2 qatı, bazar günləri üçün əmək haqqı məbləğinin 1 qatı əmək haqqı məbləğinin cavabdeh Cavabdeh QSC-dən ona ödənilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadına əsasən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı Hüseynov Allahverdi İsmayıl oğlu tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işlə bağlı iddiaçı Hüseynov Allahverdi İsmayıl oğlunun iddiadan imtinaya dair ərizəsi qəbul edilərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ləğv edilmiş, iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı İbrahimov Azad Sabir oğlu cavabdeh Cavabdeh QSC-yə qarşı işə bərpa və əmək haqqıxxxxiddiaçı İbrahimov Azad Sabir oğlunun “xxxx QSC” müəssisəsində ## ####### 2021-ci il tarixindən ## ###### 2024-cü il tarixədək işlədiyi əlavə saatların və həftəlik istirahət günlərindəki iş vaxtına uyğun olaraq əlavə ödənişinin verilməsi, həmçinin gecikdirilmiş əmək haqqına görə ümumi 127.025 manatın, 50 manat dövlət rüsumunun və 326 manat vəkil tərəfindən göstərilmiş hüquqi yardımın əvəzinin “xxxx QSC” tərəfindən tutulub iddiaçı İbrahimov Azad Sabir oğluna ödənilməsinin təmin edilməsi, “xxxx QSC” ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab edilməsi və İbrahimov Azad Sabir oğlunun işə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İbrahimov Azad Sabir oğlu 2020-ci ilin oktyabr ayından ## ####### 2021-ci il tarixinədək Cavabdeh QSC-də mühafizəçi vəzifəsində çalışmışdır. Lakin bu müddət əmək kitabçasında qeyd olunmamışdır. Daha sonra ## ####### 2021-ci il tarixindən etibarən Cavabdeh QSC-də sürücü-operator vəzifəsində iş fəaliyyətini davam etdirmişdir. İşlədiyi illər ərzində məsuliyyətlə və intizamla çalışmış, işini layiqincə yerinə yetirmişdir. Hətta iş saatlarından kənar, axşam saatlarında və istirahət günlərində işləməsinə baxmayaraq, İbrahimov Azad Sabir oğluna heç bir əlavə ödəniş olunmamışdır. Cavabdeh QSC aşağıdakı sahələr üzrə fəaliyyət göstərir: neft və qaz, neft-kimya, enerji, mülki və digər sənaye layihələri üçün mühəndislik, satınalma və tikinti xidmətləri, polad istehsalı, metal konstruksiyaların və modul tipli binaların quraşdırılması, müxtəlif növ sənaye avadanlıqlarına (mühərriklər, kompressorlar, nasoslar və s.) servis və texniki xidmət; sənaye avadanlıqlarının tədarükü və təchizatı. Əmək müqaviləsinə əsasən, iş saatları 08:00-16:00, həftədə 6 iş günü müəyyən edilsə də, faktiki olaraq İbrahimov Azad Sabir oğlu saat 17:00,18:00,19:00 saatlarına qədər çalışıb, bəzən isə həftənin bazar günləri də işləməyə məcbur olmuşdur. Buna baxmayaraq, bütün bu əlavə iş saatlarına görə iddiaçıya heç bir əlavə ödəniş edilməmişdir. Odur ki, əlavə işlədiyi saatların ödəniləcək məbləği 17.746 (on yeddi min yeddi yüz qırx altı) manat təşkil edir. Məlum olduğu kimi, hər ay 467 (dörd yüz altmış yeddi) manat ona ödənilməlidir. Buna əsasən, gecikdirilmiş əmək haqqının ## ####### 2021-ci ildən bu günə qədər olan dövrü üçün 1% faizlə hesablanması nəticəsində ümumi məbləğ 109.279 (yüz doqquz min iki yüz yetmiş doqquz) manat təşkil edir. Beləliklə, Cavabdeh QSC tərəfindən ödəniləcək ümumi borc məbləği 127.025 (yüz iyirmi yeddi min iyirmi beş) manat təşkil edir. 2024cü ilin 27-28 noyabr tarixlərində 10-15 nəfər işçi ilə birlikdə “SİMA” layihəsinə keçəcəklərini bildirildi və əmək müqavilələri müddəti bitdikdə avtomatik uzadılacağı qeyd edildi. Lakin iddiaçı İbrahimov Azad Sabir oğlunun xəbəri olmadan ## ###### 2024-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Müqaviləyə xitam Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən həyata keçirilib. Bununla belə, əmək kitabçasında ## ###### 2024-cü il xitam tarixi kimi göstərilsə də, son əmək haqqı ## ###### 2024-cü ildə ödənilmişdir. Bu isə müqaviləyə hüquqi əsaslarla xitam verilmədiyini və İbrahimov Azad Sabir oğlunun əmək hüquqlarının pozulduğunu sübut edir. Cavabdeh Cavabdeh QSC-nin vəkili vəkil1 tərəfindən iddia müddətinin tətbiqi və iddia tələbinin rədd edilməsi barədə ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, fərdi əmək mübahisəsi üzrə iddiaçı tərəfindən iddia müddəti ötürülərək iddia tələbi məhkəməyə verilmişdir. Azərbyacan Respublikası Əmək Məcəlləsinin 296.4-cü maddəsinə əsasən pul tələbi və digər əmlak tələbləri üzrə iddia müddəti bir il təşkil edir. İddiaçı ilə əmək müqaviləsi ##.##.2021-ci il tarixində bağlanmışdır. İddiaçı məhkəməyə ##.##.2025-ci il tarixdə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı ilə əmək müqaviləsinə isə ##.##.2024-cü il tarixində xitam verilmişdir. Beləliklə aydın olur ki, iddiaçının ##.##.2021-ci il tarixindən əlavə ödənişlərin ona ödənilməsi tələbi əsassızdır və yalnız ##.##.2024cü il tarixindən ##.##.2024-cü il tarixinədək əhatə edən dövr üçün məsələyə məhkəmədə baxıla bilər. İddiaçının digər tələbi əsassız əmək müqaviləsinə xitam verilməsi və işə bərpa ilə bağlıdır. İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsi ##.##.2024-cü il tarixində bitmişdir. Əmək müqaviləsinə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b”- bəndinə uyğun olaraq, əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar ##.##.2024-cü il tarixdə xitam verilmişdir. Bununla bağlıda iddiaçıya ##.##.2024-cü il tarixində bildiriş göndərilmişdir. Eyni zamanda iddiaçının bu hissədə tələbində də iddia müddəti ötürülmüşdür. İddiaçının ##.##.2024-cü il tarixindən əmək müqaviləsinə xitam verilmiş və iddiaçının bundan xəbəri olmuşdur. İddiaçı ##.##.2025-ci il tarixində mediasiya təklifi göndərmiş və mediasiyada işə ##.##.2025-ci il tarixində baxaraq arayış verilmişdir. İddiaçı isə məhkəməyə ##.##.2025-ci il tarixində müraciət etmişdir. Beləliklə iddiaçı ümumilikdə 03 ay gecikmə ilə məhkəməyə müraciət etmişdir. Bundan əlavə qeyd etmək istərdi ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 4.17-ci maddəsində qeyd edilir ki, işçi bazar ertəsi-cümə günləri 7 saat, şənbə günü 5 saat, həftə ərzində 40 saatdan çox olmayaraq işləyir. İstirahət günləri hər həftənin bazar günləridir. Bazar ertəsi-cümə saat: 08:00 başlayır, saat 16:00 qurtarır, şənbə günü saat 08:00 başlanır, saat 14:00-da qurtarır. Ümumiyyətlə iddiaçı əlavə işlədilməsi ilə bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim etməmişdir. İddiaçı əmək müqaviləsi üzrə ümumiyyətlə iş saatlarından artıq işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İbrahimov Azad Sabir oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verdi və təmin edilməsini məhkəmədən xahiş etdi. O, qeyd etdi ki, işdən əsassız olaraq çıxarılıb. Üstəlik uzun müddət əlavə saatlarda işlədilməyinə baxmayaraq, ona əmək haqqı ödənilməyib. Belə ki, hər gün səhər saat 08:00-da işə gedib və axşam saat 18:00, 19:00-a qədər işləmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı İbrahimov Azad Sabir oğlunun nümayəndəsi və vəkili Qurbanov İbrahim Nizami oğlu iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. O, qeyd etdi ki, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsi iddiaçının X3 müraciət etməsi ilə əlaqədar yaranıb. İddia tələblərinin əsaslılığını təsdiq edən bütün sübutlar məhkəməyə təqdim edilib. Cavabdeh isə yalnız iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim etməklə kifayətlənib. Hesab edirlər ki, bu da cavabdehin iddiaya mahiyyəti üzrə etirazını əsaslandıra bilməməsini göstərir. Məhkəmə iclasında iştirak edən cavabdeh Cavabdeh QSC-nin vəkili vəkil1 iddia tələbinin əsassız olduğunu və rədd edilməsini xahiş etmişdir. O, qeyd etdi ki, dəvət edilmiş şahidlər mahiyyəti üzrə iddiaçının dəlillərini təsdiq edə bilməyiblər. İddiaçının iddia ərizəsi subyektiv mülahizələrdən ibarətdir. Bundan başqa onun tərəfindən iddia müddəti ötürülüb. İddiaçının Əmək Müfəttişliyinə müraciət etməsi müddət axımının dayandırılmasına əsas verən hal deyil. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirdi ki, 2022-ci ilin dekabr ayında Mingəçevir filialında işə başlayıb. 2023-cü ilin aprel ayına kimi iddiaçı ilə birlikdə işləyib. Bayram günləri və istirahət günləri işlədiliblər, əvəzi ödənilməyib. Bununla bağlı məhkəməyə müraciət etməyib. Əvvəlki məhkəmə iclasında şahid qismində dəvət edilən şahid Hüseynov Allahverdi İsmayıl oğlu bildirdi ki, iddiaçı ilə ##.##.2023-cü ildən ##.##.2024-cü il tarixə kimi birlikdə işləmişlər. Onun vəzifəsi kranın idarəedilməsi ilə bağlı olub. İşdən haqsız olaraq çıxarılıb və bir gün öncə xəbərdarlıq edilib. Onlarla 1 aylıq müqavilə bağlanıldığını və müqavilə təqdim edilmədiyini, daha sonra isə müqavilənin verildiyi bildirildi. Qeyd etdi ki, onun da işə bərpa tələbi ilə iddiası olub. Əvvəlki məhkəmə iclasında şahid qismində dəvət edilən şahid Əliyev Mübariz İsrayıl oğlu bildirdi ki, iddiaçı QSC-də 2019-cu ildən fəaliyyət göstərir. İddiaçıdan 6 ay öncə işdən çıxmışdır. İşlərinin bitdiyini və ərizələrinin yazaraq çıxmağını bildirilib. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İbrahimov Azad Sabir oğlunun cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia tələbinin təmin olunmaması qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, əmək qanunvericiliyi əmək hüquqlarının müdafiəsi üçün müddətlər müəyyən etmişdir və həmin müddətlər ərzində də səlahiyyətli şəxslər öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilərlər. Bu müddət, yəni iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə bilər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Hazırki mülki iş üzrə cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsi ##.##.2021-ci il tarixində bağlanmış, ##.##.2024-cü il tarixində isə xitam verilmişdir. İddiaçı tərəfindən mediasiya təklifi ##.##.2025-ci il tarixdə göndərilmiş, mediasiya arayışı ##.##.2025-ci il tarixdə təqdim edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsi ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Beləliklə, müəyyən edilir ki, iddiaçı tərəfindən iddia tələbinin “əmək haqqı” hissəsi ilə bağlı iddia müddəti ötürülmüşdür. Bu səbəbdən, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Əmək haqqı tələbinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddiaçı ##.##.2021-ci il tarixdən ##.##.2024-cü il tarixədək əlavə iş saatları və həftəlik istirahər günlərində işlədiyinə görə ona ödənilməli olan əmək haqqının ödənilməsini tələb edir. Məhkəmə qeyd edir ki, pul və digər əmlak tələbləri ilə əlaqədar tələblərə 1 illik iddia müddəti tətbiq edilir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, əvvəlki illərə görə əmək haqqının tələb edilməsi əsassızdır və iddia tələbi həmin hissədə də iddia müddəti tətbiq edilməklə rədd edilməlidir. Məhkəmə iddiaçının ## ###### 2024-cü il tarixdə məhkəməyə müraciət etdiyini, mediasiya ayışının ## ##### 2025-ci il tarixdə təqdim edildiyini nəzərə alaraq, hesab edir ki, həmin müddət ərzində iddia müddətinin axımının dayandırılmış olmasını nəzərə almaq lazımdır. Məhkəmə hesab edir ki, həmin müddət nəzərə alınaraq iddiaçının son bir illik əmək haqqı tələbini irəli srərəkən müddəti ötürməmişdir. Məhkəmə iddiaçının əmək müqaviləsinə xitam verilməsi və işə bərpa tələbi ilə bağlı qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsi ##.##.2024-cü il tarixində bitmiş və əmək müqaviləsinə də Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə uyğun olaraq, əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar ##.##.2024-cü il tarixdə xitam verilmişdir. Bununla bağlıda iddiaçıya ##.##.2024-cü il tarixində bildiriş göndərilmiş və iddiaçı xəbərdar olmuşdur. Bundan başqa iddiaçı ilə bağlanmış əmək müqaviləsinin 4.17-ci maddəsində qeyd edilir ki, işçi bazar ertəsi-cümə günləri 7 saat, şənbə günü 5 saat, həftə ərzində 40 saatdan çox olmayaraq işləyir. İstirahət günləri hər həftənin bazar günləridir. Bazar ertəsi-cümə saat: 08:00 başlayır, saat 16:00 qutarır, şənbə günü saat 08:00 başlanır, saat 14:00-da qurtarır. İddiaçı tərəfindən əlavə işlədilməsi ilə bağlı heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmiş, iddiaçı əmək müqaviləsi üzrə ümumiyyətlə iş saatlarından artıq işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. İddiaçının izahatı və şahidlərin ifadəsi bu iddianın təmin edilməsi üçün yetərli və kifayət sübut hesab edilə bilməz. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7.2, 7.2-1, 10, 42.1, 43.1, 44.1, 68.1, 70-ci maddənin “ç” bəndi, 72.1, 75.1.1, 75.2.2, 80.1, 186.1, 186.2, 296.2, 296.3, 296.5, 296.6, 311-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ## ###### 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “L.İ.Binnətovanın şikayəti üzrə” 2008-ci il # ### tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun B.Mürsəlovun şikayəti üzrə 2020-ci il ## #### tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il ## ###### tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il ## ####### tarixli Qərarına, X7rşı iş üzrə 1985-ci il ## ###, Bellet Fransaya qarşı iş üzrə 1995-ci il # ###### tarixli Qərarına istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri İddiaçı İbrahimov Azad Sabir oğlu Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya ikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İbrahimov Azad Sabir oğlu cavabdeh Cavabdeh QSC-yə qarşı “işə bərpa və əmək haqqı”xxxx“xxxx QSC” müəssisəsində ## ####### 2021-ci il tarixindən ## ###### 2024-cü il tarixədək işlədiyi əlavə saatların və həftəlik istirahət günlərindəki iş vaxtına uyğun olaraq əlavə ödənişinin verilməsi, həmçinin gecikdirilmiş əmək haqqının ümumi 127.025 manat, 50 manat dövlət rüsumu və 326 manat vəkil tərəfindən göstərilmiş hüquqi yardımın “xxxx QSC” tərəfindən tutulub iddiaçı İbrahimov Azad Sabir oğluna ödənilməsi təmin edilməsi, “xxxx QSC” ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinin qanunsuz hesab edilməsi və işə bərpa olunmağı barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddiaçı İbrahimov Azad Sabir oğlunun cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı işə bərpa və əmək haqqı tələbinə dair iddia tələbi təmin olunmamışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Аzərbаycаn Respublikasının Əmək Məcəlləsinin 9 və 43.2-ci maddəsi Аzərbаycаn Respublikasının Əmək Məcəlləsinin 43.2-ci maddəsinin “e” və “ə” bəndlərinə əsasən, əmək müqaviləsində mütləq qaydada şərtləşdirilməli olan hallardan biri də işçinin əmək funksiyası və əmək şəraitinin şərtləridir. Cavabdeh QSC və İbrahimov Azad Sabir oğlu arasında bağlanmış əmək müqaviləsinə əsasən, müqavilənin ##.##.2020-ci il tarixindən ##.##.2024-cü il tarixinədək 03 il 10 ay 01 gün müddətinə bağlanması, işçiyə hər ay 1.013 manat məbləğdə əmək haqqı ödənilməsi, işçinin gündə 08 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməsi, bazar ertəsi-cümə günləri üçün iş saatının 08:00 başlanması, saat 16:00 qurtarması, şənbə günü isə iş saatının 08:00 başlanması, saat 14:00 qurtarması, nahar vaxtının saat 12:00 dan saat 13:00-dək olması müəyyən edilmişdir. Bildirmək istəyir ki, 2020-ci ilin oktyabr ayından ## ####### 2021-ci il tarixinədək Cavabdeh QSC-də mühafizəçi vəzifəsində çalışmışdır. Lakin bu müddət əmək kitabçasında qeyd olunmamışdır. Daha sonra ## ####### 2021-ci il tarixindən etibarən Cavabdeh QSC-də sürücü-operator vəzifəsində iş fəaliyyətini davam etdirmişdir. İşlədiyi illər ərzində məsuliyyətlə və intizamla çalışmış, işini layiqincə yerinə yetirmişdir. Hətta iş saatlarından kənar, axşam saatlarında və istirahət günlərində də çalışmışdır. Bunu məhkəmə iclasında iştirak edən şahidlərin ifadələri də təsdiq edir. Belə ki, məhkəmə iclasında şahid qismində ifadə verən Şahid bildirmişdir ki, 2023-cü ilin aprel ayına kimi onunla birlikdə işləmiş, əlavə olaraq bayram günləri və istirahət günləri də işlədilmişdir. Bundan başqa məhkəmədə şahid qismində dindirilən Əliyev Mübariz İsrayıl oğlu da oxşar ifadə verərək bu faktı təsdiq etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 9-cu maddəsinin “e” bəndinə əsasən, işçinin iş vaxtından artıq vaxtda işə cəlb olunduqda əlavə əmək haqqını almaq və ya onun verilməsini tələb etmək hüququ vardır. Qeyd edir ki, iş saatının 16:00-da bitməsinə baxmayaraq, faktiki olaraq 17:00, 18:00, 19:00 saatlarına qədər, bəzən isə həftənin bazar günləri də işləməyə məcbur olmuşdur. Buna baxmayaraq, əlavə iş saatlarına görə ona heç bir ödəniş edilməmişdir. Əlavə olaraq, cavabdeh Cavabdeh QSC qeyd etmişdir ki, işə gəlmək və işdən çıxmaq başqa bir şirkət tərəfindən icra olunur. Lakin cavabdeh Cavabdeh QSC-nin həmin şirkətlə müvafiq müqavilənin olmasını təsdiq edən hər hansı sənədlər məhkəməyə təqdim edilməmişdir. Аzərbаycаn Respublikasının Əmək Məcəlləsinin 99 və 165-ci maddələrinin birinci hissəsinin tələblərinə əsasən, iş vaxtından artıq iş işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Аzərbаycаn Respublikasının Əmək Məcəlləsinin 165ci maddəsinin birinci hissəsinin tələblərinə əsasən, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Göstərilən maddi hüquq normalarının müqayisəli şəkildə təhlili göstərir ki, işçi işə götürənlə əmək müqaviləsini rəsmiləşdirməklə qanunvericilikdə müəyyən olunmuş iş vaxtında çalışmaq, iş vaxtından sonra və həftələrarası istirahət günlərindən istifadə etmək hüququ əldə edir. İşçi işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində əmək funksiyasını yerinə yetirməyə cəlb edilə bilər ki, onun müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində əmək funksiyası yerinə yetirməyə cəlb edilməsi ilə bağlı tələb olunan nə işəgötürənin müvafiq əmri (sərəncam, qərar), nə də onun razılığı olmamışdır. Həmçinin qanunvericilikdə bu müddətə uyğun olaraq ödənilməli olan əlavə əməkhaqqı da ona ödənilməmişdir. Əlavə iş vaxtlarında onun işləməsinə dair faktın təkzib edilməsi ilə bağlı cavabdeh tərəfindən heç bir sübut birinci instansiya məhkəməsinə təqdim olunmamışdır. Nəzərə alınmalıdır ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif hesab edilir. İşçinin əməkhaqqı bir qayda olaraq, onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. Xüsusilə qeyd olunmalıdır ki, məhkəmə iclasında şahid qismində dindirilən Hüseynov Allahverdi İsmayıl oğlu onunla birlikdə 2023-2024-cü illərdə birlikdə işlədiyini qeyd etmişdir. Analoji olaraq, iddiaçı Hüseynov Allahverdi İsmayıl oğlunun cavabdeh Cavabdeh QSC-yə qarşı əlavə iş günləri və saatlara görə əmək haqqının ödənilməsi tələbinə dair mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olmuşdur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsilə iddia qismən təmin edilmiş, iddiaçı Hüseynov Allahverdi İsmayıl oğlunun ##.##.2023-cü il tarixindən ##.##.2024-cü il tarixə kimi qeyri-rəsmi iş günlərində işlədiyi, lakin ödənilməmiş şənbə günü üçün saat 14:00-dan 18:00-na kimi əməkhaqqı məbləğinin 2 qatı, bazar günləri üçün əməkhaqqı məbləğinin 1 qatı əməkhaqqı məbləği cavabdeh Cavabdeh QSC-dən tutularaq Hüseynov Allahverdi İsmayıl oğluna ödənilməsi qət edilmişdir. Qətnamə onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında dindirilmiş, sözügedən müəssisənin əvvəlki işçiləri olan şahidlərin həm özləri, həm də iddiaçı ilə bağlı eyni hüquq pozuntularını törətmələrini bildirmələri cavabdehin iddia edilən əmək hüquqlarını pozduğuna kifayət qədər dəlalət edir. Məhkəmə bu qənaətə gələrkən şahid ifadələrinin mülki məhkəmə icraatı zamanı geniş istifadə olunan sübutetmə vasitələrindən biri olmasını qeyd edir. Lakin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi onunla əsaslandırılmışdır ki, iddiaçının izahatı və şahidlərin ifadəsi bu iddianın təmin edilməsi üçün yetərli və kifayət sübut hesab edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. 2024-cü ilin 27-28 noyabr tarixlərində onları 10-15 nəfər işçi ilə birlikdə “SİMA” layihəsinə keçid etdikləri bildirildi və əmək müqavilələrinin müddəti bitdikdə avtomatik uzadılacağı qeyd edildi. Lakin onun xəbəri olmadan ##.##.2024-cü il tarixində əmək müqaviləsinə xitam verilmişdir. Müqaviləyə xitam Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə (əmək müqaviləsinin müddətinin bitməsi) əsasən həyata keçirilib. Cavabdeh tərəfindən təqdim edilən ərizədə bildirilmişdir ki, iddiaçıya ##.##.2024-cü il tarixində bildiriş göndərilmişdir. Lakin bu bildiriş cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qeyd edir ki, “Elektron Məhkəmə” sisteminə işçilərin giriş-çıxış saatlarını əks etdirən fotoşəkillər yüklənməsinə baxmayaraq, məhkəmə bu sübutları ümumiyyətlə qiymət verməmişdir. Cavabdeh Cavabdeh QSC tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim olunmuşdur. Məhkəmə iddia müddətinin tətbiqinə dair ərizəni əsas götürərək əvvəlki illərə görə əmək haqqının tələb edilməsini əsassız hesab etmişdir. Lakin iş üzrə şahid ifadələri, işçilərin giriş-çıxış saatlarını əks etdirən cədvəllər məhkəmə tərəfindən iddia tələbinin təmin edilməsi üçün yetərli və kifayət sübut hesab edilməmişdir. Əlavə olaraq, cavabdeh Cavabdeh QSC tərəfindən iddia müddətinin tətbiqinə dair ərizə təqdim edilməsi iddia tələbinin qəbul edilməsi deməkdir. Məhkəmə qanunvericiliyin tələblərini kobud şəkildə pozaraq qeyd olunan nüansları həqiqətə uyğun olmayan şəkildə qətnamədə əks etdirmişdir. Bununla da onun hüquqları kobud şəkildə pozulmuşdur və bu da apellyasiya şikayətinin təmin edilməsi üçün əsasdır. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunur. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı yazılı qaydada etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçı İbrahimov Azad Sabir oğlu apellyasiya şikayətini müdafiə edib, izahatında göstərmişdir ki, o, dörd il işləmişdir. Bakı şəhəri Nərimonov Rayon Məhkəməsində iddia tələbində əmək haqqı tələbi, əlavə saatlar, bazar günləri, qeyri-iş günü saatları bağlı məsələləri göstərmişdir. Belə ki, iş saatları 16:00-da bitsə də, o, ən azı 18:00-a kimi işləmişdir. Əlavə işləməsi çox olub ki, az olmayıb. Bunu şahidlər də təsdiq ediblər. Şahidin ifadəsi nəzərə alınmayıb. Ona heç bir əlavə ödəniş edilməyib, bu onun bank çıxarışından da görünür. Əmək haqqından əlavə ona heç bir ödəniş edilməyib. Fləşkartda təqdim etdiyi fotoşəkillər oxunur. Şəkillərdə iş yerinə giriş-çıxış imzaları görünür, saatları yazılır. Aylıq tabletlərdə adlar gəlirdi. Ay ərzində, hər gün 8-9 saat işləmişdir. İddia qismən də təmin oluna bilərdi. Onunla birlikdə 7 ay işləyib, işdən çıxmış işçi Seymurun iddiası Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən təmin olunmuşdur. O, 2021-ci ildə əmək müqaviləsi bağlamış, əvvəl mühafizəçi, sonra operator vəzifəsində işləmişdir. Müqavilənin tarixi ##.##.2024-cü il tarixdə bitmişdir. Bununla bağlı ona heç bir xəbərdarlıq olunmamışdır. 2024-cü ilin noyabr ayında 10 nəfərə işin azaldığını və “Sima” üzərinə keçdiklərini, bununla bağlı 10 nəfərin müqaviləyə imza çəkməsini demişlər. Onlar da imzalamışlar. Sonra ona müqaviləyə xitam verilməsini, işdən azad olunmasını demişlər. O, əvvəl Əmək Müfəttişliyinə müraciət etmiş, ona yoxlamaların aparılmadığı deyilmişdir. Mediasiyaya o, 3 ay sonra müraciət etmiş, 1 dəfə təklif göndərmişdir. İşdən çıxdıqdan 3 gün sonra ona istifadə etmədiyi məzuniyyət günlərinin əvəzi 11 dekabrda ödənilmişdir. 10 dekabrda o, cavabdehin onunla işləmək istəmədiyini bilmişdir. İddia ərizəsindəki məbləğ vəkil tərəfindən hesablanmışdır. Onun əmək haqqı 900 manat olmuş, tələb etdiyi vəsait 4 ili əhatə edir. O, hələ indi bilmişdir ki, əlavə artıq saatlarda işləmişdir. Mühafizə günlük iş idi. Ancaq orada da əlavə işlər olurdu. Ona görə də heç bir ödəniş olunmayıb. Onun işi növbəli olub, əlavə növbəyə görə ona ödəniş olunmayıb. Öz maaşını almışdır. Əlavə işə cəlb olunması barədə onun ərizəsi olmamışdır. Ona hədə-qorxu gəlmişlər, verilən əlavə işi görmədikdə işdən çıxarırdılar. İndi necə işdən çıxardılarsa, onda da elə işdən çıxardırdılar. Müddətli müqaviləni işəgötürən bağlamış, onun məlumatı olmamışdır. Halhazırda o, Kristal İnşaatda sürücü olaraq işləyir. Onunla 6 aylıq müddətli əmək müqaviləsi bağlanmışdır. Əmək haqqı 1100 manat təşkil edir. Əlavə iş saatlarını ödəyirlər, Qarabağa yük daşıyır. Ona görə də ona kompensasiya ödənilir. O, hal-hazırda işə bərpa olunmaq istəmir. Onun iddia tələbi yalnız əmək haqqıdır. Artıq işlədiyi saatlara görə həftənin 5 günü 2 saat, 6-cı gün 5 saat, bazar günü 7 saatları – qeyri-iş gününün 8 saatının 2 qatının ödənilməsini istəyirəm. Cavabdeh ona 3000-5000 manat pul təklif etmişdir. O, bu təkliflə razılaşmamışdır. Cavabdeh mübahisənin həlli ilə bağlı heç bir cavab verməmişdir. O, Allahverdidən bəzi məsələləri dəqiqləşdirmiş, onun giriş-çıxış saatları itmişdir. O isə bildirmişdir ki, bugünə kimi hamısı sistemdə vardır. Layihələrdə giriş-çıxış kart üzrə yox, imza ilə olub. Onlar hər ay mühafizəçi lövhəsinə işçilərin giriş-çıxış saatlarını görmələri üçün vurulmuşdur. Onlarda kart sistemi olmamış, imza ilə giriş-çıxış aparılmışdır. Bunu şahidlər də təsdiq edir. Mövcud 4 şahidimin 4-də bu faktı təsdiqləyib, lakin rayon məhkəməsində bu nəzərə alınmayıb. Şahidlər ondan 2-3 ay əvvəl işdən çıxarılıblar. Onlardan biri 7-8 ay əvvəl işdən çıxarılmışdır. Mühafizə məsələsində isə, cavabdeh öz müqaviləsini məhkəməyə təqdim etməmişdir. Axırıncı layihə “Sanqaçal” layihəsi olmuşdur. Onlar əlavə işə cəlb olunmalarına etiraz etsələr də, həmişə onlara vədlər verilmiş, hər şeyin yaxşı olacağı bildirilmişdir. Etiraz etdikdə onlarla bağlanan müqavilələrə xitam verilirdi. Onun 5 ilinə, yəni müqavilənin müddətsiz olmasına az qalmışdı. Ona işdən çıxarıb, yenidən işə götürəcəklərini demişlər. O, ailəsini fikirləşib, işdən çıxarılmaması üçün əlavə satları işləmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdeh Cavabdeh QSC-nin nümayəndəsi (vəkili) vəkil1 apellyasiya şikayəti ilə razılaşmayıb, izahatında göstərmişdir ki, Allahverdi apellyasiya mərhələsində iddia tələbindən imtina etdiyi üçün həmin mülki iş üzrə iddia tələbləri üzrə icraata xitam verilmişdir. Allahverdi ilə iddiaçı eyni zamanda işləməmişlər. Allahverdinin işdən çıxma müddətləri ilə, qarşı tərəfin işdən çıxma müddətləri tamamilə ayrıdır. İddiaçı 2021-ci ildən 2024-cü ilin # ######ına kimi işləmiş, müddətli əmək müqaviləsinə xitam verilərkən hər hansı qanun pozuntusuna yol verilməmişdir. 26 noyabr tarixində iddiaçıya “Sima” tətbiqi üzərindən bildiriş göndərilmişdir. Bu barədə sübut mülki işə əlavə olunmuşdur. İddiaçıya onunla bağlanan əmək müqaviləsinə 7 dekabr tarixində xitam verilməsi bildirlmişdir. İddiaçı proqramda bildirişlər hissəsinə girdikdə bununla tanış ola bilir. Bildirişin çatdırılma üsulu “Sima” olaraq müəyyən edilib. 7 dekabr tarixindən sonra iddiaçı 1 gün olsun belə işə gəlməyib, ayın 10-nu iddiaçının son haqq-hesab köçürülüb. İddiaçının Əmək Müfəttişliyinə müraciəti də son haqq-hesabla bağlı olub. Əmək Müfəttişliyində də araşdırma zamanı müəyyən olunub ki, 3 gün müddətində gecikmə olub. Ona görə işəgötürən 1500 manat cərimə olunub və cərimə ödənilib. Cavabdehə iddiaçının 127.000 manatı necə hesablaması məlum deyil. 900 manat əmək haqqı olan iddiaçının hesabladığı 127.000 manat fantastik rəqəmdir. Real deyildir ki, şəxs 2021-ci ildən hər gün – həftəsonu, bazar ertəsi mütəmadi olaraq işləsin. Tərəfin təqdim etdiyi oxunmayan sübutların əsilləri tələb edilsə də, araşdırmaya təqdim edilməmişdir. Onlar podratçı şirkət olduqlarından tikinti ərazisi onlara aid olmamışdır. İddiaçının iş yerinə giriş-çıxışı kart sistemi ilə olub, imza ilə olmayıb. Bu barədə məlumatlar əvvəlki dövrlərə görə maksimum 6 ay üçün yaddaşda saxlanılır. Bu məsələ Əmək Müfəttişliyində də araşdırlmış, həmin vaxt məlum oldu ki, 2024-cü il üçün sistemdən məlumatları çıxarmaq olmur. Təqdim olunan fotoşəkillər araşdırılmış iddiaçının adının orada olmadığı müəyyən olunmuşdur. Bundan başqa həmin cəvəllərin hansı dövrü əhatə etdiyi bizə aydın deyil. 7 dekabra qədər iddiaçı heç bir yerə şikayət ünvanlamamış, heç bir formada məlumat verməmiş, baxmayaraq ki, Azad hüquqlarını çox gözəl bilir. İddiaçı iddia müddətini də ötürmüşdür. İddiaçı artıq başqa işə düzəldiyindən, işə bərpa olunmaq istəmir. İddiaçı ilə mübahisənin sülh yolu ilə həll edilməsinə cəhd edilsə də, iddiaçı cavabdehdən 50.000 manat tələb etmişdir. Çəkilişlərin heç bir divara vurulmayıb. Həmin sənədlərin hansı dövrləri əhatə etməsi barədə məlumatı yoxdur. Hansı dövr olması, necə əldə olunduğu və necə çəkildiyi barədə informasiyaları mövcud deyildir. Onlarda işçilərin iş yerlərinə giriş-çıxışları kartla aparılıb. İmza etməklə aparılmayıb. İşçilər kartla oxudub, giriş-çıxış ediblər. Belə sənədlər ümumiyyətlə cavabdeh tərəfindən tərtib olunmayıb. Ümumiyyətlə o ərazilərin mühafizəsi onlara aid deyil, onların şirkət subpodratçı olaraq dövlət layihələrini həyata keçirir. Bu da “xxxx” ASC-nin yarımstansiya tikintisi ilə bağlı layihəsi olub. Onlar podratçı şirkət olaraq o əraziyə daxil olmuşlar. Həmin ərazinin də mülkiyyət hüququ başqa şirkətdə olub. Xüsusi zonada yerləşən bir ərazi olub. Oradakı mühafizəçi işçilər belə onların işçiləri olmamışdır. Onların işçiləri oradakı mühafizə qaydalarına uyğun olaraq ora daxil olub, işləyiblər. İddiaçı işə girdiyi gündən istəyir və o çox gözəl hüquqlarını bilir. Əgər iddiaçı artıq işləsəydi, vaxtında müraciət edərdi. Şirkət daxili və ya əmək müfəttişliyinə hər hansı bir formada müraciət edərdi. Heç birini etməyib, sadəcə əmək müqaviləsi bitdikdən sonra birdən iddiaçının yadına düşür ki, onun əlavə iş saatları var. Məhkəməyə müraciət etməlidir. İddiaçı iddia müddətini də ötürülüb. Hər məsələdə iddia müddəti ötürülüb. İddiaçı işə bərpa olunmaq istəmədiyini, artıq işinin olmasını bildirir. Amma ən azından iddiasını geri götürməyib. İşə bərpa tələbində, pul tələbində iddia müddətini ötürüb. Şahid iddiaçıdan əvvəl işləmişlər. İddiaçı əlavə işə cəlb olunmayıb və onun hüquqları işəgötürən tərəfindən pozulmayıb. İddiaçı sonuncu layihədə işləyib. Sanqaçal layihəsində mühafizəçi kimi deyil, sürücü kimi fəaliyyət göstərmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. II. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. III. Heç kəs zorla işlədilə bilməz. IV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. VI. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2. 1.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. 2.Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3.Azərbaycan Respublikasının Əmək Məcəlləsi (bundan sonra ismin müvafiq hallarında «bu Məcəllə») əmək münasibətlərində tərəflərin: hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Maddə 11.
1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək;
2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin 12-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Maddə 12.
1. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 42.
1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 43. 1.Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir.
3. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.
4. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa, əmək müqaviləsinin şərtləri birtərəfli qaydada dəyişdirilə bilməz. Maddə 45.
1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Maddə 46. 1.Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəlikləri göstərilməklə fərdi qaydada bağlanılır. 6.Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər əmək müqaviləsinə daxil edilir. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər ayrılıqda tərtib edilib təsdiqlənirlər. Elektron sənəd formasında bağlanılan əmək müqavilələrində dəyişiklik edildikdə, ilkin əmək müqaviləsi yenidən tərtib olunaraq təsdiq edilir. Maddə 47. Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin “c” bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda. Maddə 68.
1. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 73. 1.Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. 2.İşçinin müəyyən üzürlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə bu maddənin 1-ci hissəsində nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdirsə, işçi işə çıxdığı gün işəgötürən tərəfindən xitam verilə bilər. Maddə 83. 1.Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. 2.Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Maddə 99. 1.İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 2.Təbii fəlakətin, istehsalat qəzasının və digər fövqəladə hadisələrin qarşısının alınması, onların nəticələrinin aradan qaldırılması, hərbi vəziyyət rejiminin təmin edilməsi, habelə tezkorlanan malların itkisinin qarşısını almaq məqsədi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla işçinin iş vaxtından artıq işlərə cəlb edilməsinə yol verilir.
3. Xüsusilə ağır və zərərli sahələrdə işləyən işçilərin və bu Məcəllədə nəzərdə tutulmuş digər hallarda iş vaxtından artıq işə cəlb edilməsinə yol verilmir.
4. Əmək şəraiti ağır və zərərli olan sahələrdə bütün iş günü (növbəsi) ərzində iş vaxtından artıq işlərin müddəti 2 saatdan çox ola bilməz.
5. İş vaxtından artıq işlərin görülməsinə cəlb olunmuş işçilər üçün işəgötürən bu Məcəllənin “Əməyin mühafizəsi” bölməsində nəzərdə tutulmuş normalara uyğun istehsalat və sosial-məişət şəraiti yaratmalı, əməyin təhlükəsizliyini təmin etməlidir. Maddə 100.
1. Hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. Maddə 101.
1. İş vaxtından artıq işlərə yalnız aşağıdakı müstəsna hallarda yol verilir: a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə; b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal xidmət sahələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün; c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda; ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda; d) işçini əvəz edə biləcək başqa işçinin olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.
2. İşəgötürən işdə olmayan işçinin başqa işçi ilə əvəz olunmasını, habelə bu maddədə nəzərdə tutulan müstəsna hallarda iş vaxtından artıq işlərə işçilərin cəlb edilməsini doğuran səbəblərin vaxtında aradan qaldırılması üçün bütün zəruri tədbirləri görməyə borcludur. Maddə 102.
1. İşəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur.
2. İş vaxtının uçotunun aparılması forması və qaydası işəgötürən tərəfindən müəyyən edilir. Maddə 296.
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının “yaxın qohumu” dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 405. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər: 405.0.1. qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il ## #### tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il ## ###### tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il ## ##### tarixli qərarlar). Sübutlar qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı № *****/**, §282). Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarı
1. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğun hesab edilsin.
2. Məhkəmələr Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər.
Apellyasiya baxışının hədləri
Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki işdə iddia tələbi təmin edilmədiyindən, qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən, qətnamənin əsaslılığı bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, qüvvədə olan əmək qanunvericiliyinə əsasən əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək münasibətləri sahəsində işəgötürənin əmək müqavilələrini Əmək Məcəlləsində nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq vəzifəsidir. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, Əmək Məcəlləsinin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. Müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya Əmək Məcəlləsinin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur. Hazırkı işdən müəyyən olunur ki, işəgötürən Cavabdeh QSC ilə işçi İbrahimov Azad Sabir oğlu arasında ƏM-in 47-ci maddəsinin f bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə ##.##.2020-ci il tarixindən ##.##.2024-cü il tarixinədək, yəni 3 il 10 ay 1 gün müddətinə müddətli əmək müqaviləsi bağlanmışdır. Müddətli əmək müqaviləsinin şərtlərinə əsasən, işçiyə hər ay 1013 manat məbləğində əmək haqqı ödənilməli, işçi gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməli, iş saatı 08:00 başlamalı, saat 16:00 qurtarmalı, nahar vaxtı saat 12:00-dan saat 13:00-dək olmalıdır. Müddətli əmək müqaviləsinin şərtlərindən daha sonra müəyyən olunur ki, işçinin iş rejimi aşağıdakı kimidir: İşçi bazar ertəsi-cümə günləri 7 saat, şənbə günü 5 saat, həftə ərzində isə 40 saatdan çox olmayaraq işləyir. İstirahət günləri hər həftənin bazar günləridir. Bazar ertəsi-cümə: saat 08:00 başlanır, saat 16:00 qurtarır, şənbə: saat 08:00 başlanır, saat 14:00 qurtarır. İşçi işə gəlib-getməsi üçün nəqliyyatla təmin edilir. Mülki işdə olan xidmət üçün müraciətlə bağlı bildirişdən müəyyən olunur ki, Cavabdeh QSC tərəfindən İbrahimov Azad Sabir oğluna ##.##.2024-cü il tarixdə aşağıdakı məzmunda bildiriş göndərilmişdir: «Nəzərinizə çatdırmaq istəyirəm ki, Cavabdeh QSC ilə Sizin aranızda bağlanmış ##.##.2020-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin b bəndinə uyğun olaraq, əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar ##.##.2024-cü il tarixdən xitam veriləcəkdir. Odur ki, nəzərə almağınız xahiş olunur». Tədqiq olunan sübutlardan daha sonra müəyyən olunur ki, iddiaçı İbrahimov Azad Sabir oğlu ilə bağlanmış müddətli əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə ƏM-in 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilmişdir. İddiaçı hazırkı iddia tələblərində qanunsuz olaraq işdən azad edildiyi üçün işə bərpa olunması ilə yanaşı cavabdeh Cavabdeh QSC müəssisəsində ##.##.2021-ci il tarixindən ##.##.2024-cü il tarixədək işlədiyi əlavə saatlara, həftəlik istirahət günlərindəki iş vaxtına uyğun olaraq əlavə ödənişlərə, gecikdirilmiş əmək haqqına görə cəmi 127.025 manatın və məhkəmə xərclərinin cavabdehdən onun xeyrinə tutulmasını xahiş edir. Kollegiya qeyd edir ki, fiziki şəxslərin əməyə olan qabiliyyətlərinin tətbiqi ilə bağlı yaranan əmək münasibətlərini tənzimləyən əsas normativ hüquqi akt Əmək Məcəlləsidir. Həmin Məcəllənin 2-ci maddəsinə görə, əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinə görə, tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Normanın məzmunundan göründüyü kimi, əgər tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı varsa işin və ya göstərilən xidmətin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda belə əmək müqaviləsinin müəyyən müddətə bağlanması mümkündür. İş materiallarından görünür ki, tərəflər arasında bağlanmış əmək müqaviləsi işçinin və işəgötürənin qarşılıqlı razılığı əsasında ##.##.2020-ci il tarixdən ##.##.2024-cü il tarixədək, yəni 3 il 10 ay 1 gün müddətinə bağlanmış, iddiaçı müqaviləni imzalamaqla onunla bağlanan müddətli əmək müqaviləsinin bağlanmasında razılğının və iradə ifadəsinin olmasını nümayiş etdirmiş, işlədiyi müddət ərzində bu əmək müqaviləsinin şərtlərini mübahisələndirməmişdir. İddiaçıya göndərilən bildirişdən müəyyən olunur ki, işəgötürən ##.##.2024-cü il tarixdə onunla bağlanan müddətli əmək müqaviləsinə müddəti bitdikdə, yəni ##.##.2024-cü il tarixdə xitam veriləcəyi barədə xəbərdarlıq etmişdir. Göründüyü kimi işə götürən iddiaçı ilə bağladığı müddətli əmək müqaviləsinə xitam verərkən əmək qanunvericiliyinin tələblərinə əməl etmişdir. Ona görə də kollegiya iddiaçının işə bərpa tələbinə dair apellyasiya şikayətlərinin dəlillərini əsassız hesab edir. Kollegiya iddiaçının apellyasiya şikayətinin cavabdeh Cavabdeh QSC müəssisəsində ##.##.2021-ci il tarixindən ##.##.2024-cü il tarixədək işlədiyi əlavə saatlara, həftəlik istirahət günlərindəki iş vaxtına uyğun olaraq əlavə ödənişlərə, gecikdirilmiş əmək haqqına görə cəmi 127.025 manatın və məhkəmə xərclərinin cavabdehdən onun xeyrinə tutulması ilə bağlı dəlilləri üzrə qeyd edir ki, bu tələbin təmin edilməsi üçün şahid ifadələri, məhkəməyə təqdim edilən kim tərəfindən, nə vaxt tərtib olunması müəyyən olunmayan, hər hansı bir formada təsdiq edilməyən cəvəllərin foto şəkilləri iddiaçının işəgötürən tərəfindən iş vaxtından artıq işə cəlb edilməsi, ona əmək haqqının düzgün hesablanmaması qənaətinə gəlmək üçün əsas ola bilməz. Belə ki, həmin cəvəllərin məhz işəgötürən tərəfindən tərtib olunması araşdırma zamanı öz təsdiqini tapmamışdır. Bundan başqa işçinin iş vaxtından sonra iş yerində olması onun işəgötürən tərəfindən iş vaxtından artıq işə cəlb edilməsi qənaətinə gəlmək üçün yeganə əsas ola bilməz. Belə ki, işçinin iş vaxtından artıq işə cəlb edilməsi üçün işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı tələb olunur. Bundan başqa işçinin iş vaxtından artıq işlərə cəlb edilməsi üçün əmək qanunvericiliyi ilə müəyyən olunan hallar, yəni təbii fəlakət, istehsalat qəzası və s. baş verməlidir, yəni işəgötürənə işçini əlavə işə cəlb etməsi üçün zərurət olmalıdır. Apellyasiya şikayətinin dəlilləri araşdırılarkən də cavabdehin iddiaçını iş vaxtından əlavə işlərə cəlb etməsi faktı öz təsdiqini tapmamışdır. Bu qənaətə gələrkən kollegiya iddiaçının, onun, eləcə də şahid qismində cəlb etdiyi iş yoldaşlarının iş vaxtından artıq işə cəlb edildiklərini iddia etdikləri vaxtdan hüquqlarının müdafiəsi üçün müraciət etməmələrini, işəgötürənin bu hərəkətinə qarşı hər hansı formada etirazlarını bildirməmələrini də nəzərə alır. Kollegiya eyni zamanda qeyd edir ki, iddiaçının məhkəməyə təqdim etdiyi artıq ləğv olunan məhkəmə aktı da, iddiaçının bu dəlilinin təsdiq edilməsi üçün əsas ola bilməz. Belə ki, yalnız bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırkı halda isə iddiaçı bu dəlilini sübut etmək vəzifəsi daşıyır. Kollegiya eyni zamanda qeyd edir ki, tərəflər arasında ##.##.2021-ci il tarixdə bağlanmaqla ##.##.2024-cü il tarixdə müddəti bitdiyindən xitam verilmiş müddətli əmək müqaviləsi üzrə hüquqlarının pozulmasını iddia edən, mediasiya təklifini, yalnız ##.##.2025-ci il tarixdə işəgötürənə göndərən, hazırkı iddia ərizəsi ilə ##.##.2025-ci il tarixdə məhkəməyə müraciət edən iddiaçı ##.##.2024-cü il tarixdən işdən azad olunmasını bildiyi üçün hazırkı iddia tələblərinin bir hissəsi üzrə iddia müddətini də ötürmüşdür. Belə ki, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün isə hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 405-406-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
Qət etdi
İddiaçı İbrahimov Azad Sabir oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.