Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1154/2026 27.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçının nümayəndəsi-vəkili vəkil2 Cavabdeh cavabdeh2 Cavabdehin nümayəndəsi-vəkili nümayəndə2 iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh3 qarşı (Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, “xxxx” ASC və * saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər qismində işə cəlb edilməklə) yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “xxxx” ASC tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, Əbdüləzimova (Cəfərova) Şüküfə Əziz qızı Bakı Şin zavodunda (indiki “xxxx” ASC-də) Cəbrayıl rayonundan məcburi köçkün kimi ##.##.1994-cü il tarixdən Bakı Şin zavodu üzrə **-k saylı ##.##.1994-cü il tarixli əmrlə zavodun vulkanlaşdırma sexinə 3 dərəcəli iş bölüşdürücü kimi işə qəbul olunmuşdur. ##.##.1998-ci il tarixindən *** saylı ##.##.1998-ci il tarixli əmrlə zavod üzrə əsas proseslərini tam dayandırdığından öz hesabına ödənişsiz məzuniyyətə göndərilmişdir. Əbdüləzimova (Cəfərova) Şüküfə Əziz qızı işə qəbul olunarkən əmək kitabçası işğal olunmuş Cəbrayıl rayonunda qaldığından əmək kitabçası işə qəbul olunmuşdur. Bakı Şin zavodunun Həmkarlar Komitəsinin *** saylı ##.##.1994-cü il tarixli protokolu ilə Əbdüləzimova (Cəfərova) Şüküfə Əziz qızına Şin zavodunun F.Xoyski prospektində yerləşən ***A saylı yataqxanasının ** saylı otağı ordersiz yaşamaq üçün müvəqqəti verilmişdir. ## #### 1998-ci il tarixli ** saylı Protokola əsasən həmin binanın ** saylı otağı orderlə yaşamaq üçün müvəqqəti olaraq əlavə ona verilmişdir. Bakı Şin zavodunun (indiki “xxxx” ASC) yataqxanaları, yaşayış binaları, 2003-cü il # ###### tarixindən etibarən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan Xüsusi təyinatlı mənzil təsərrüfatı birliyinə verilmişdir. İddiaçı adında bir şəxs Bakı Şin zavodunun (indiki “xxxx” ASC-ti) işçisi olmamışdır. Onun haqqında heç bir arxiv sənədi mövcud deyildir. Onun adına verilmiş 184-18-50 seriyalı ** saylı orderin verilməsi haqqında Həmkarlar Komitəsinin Protokolu eləcədə ayrı bir sənəd mövcud deyildir. Mənzil Məcəlləsində göstərildiyi kimi yataqxanalarda yaşayış sahəsi ancaq zavod işçilərinə verilir. Ona orderin hansı şəraitdə verilməsi ASC-yə məlum deyildir. Bakı Şin Zavodu üzrə ## ##### 1994-cü il tarixli əmrdən görünür ki, Əbdüləzimova (Cəfərova) Şüküfə Əziz qızı ##.##.1994-cü il tarixdən vulkanlaşdırma sexinə 3 dərəcəli iş bölüşdürücü kimi işə qəbul olunmuşdur. Bakı Şin zavodunun Həmkarlar Komitəsinin *** saylı ##.##.1994-cü il tarixli protokoldan görünür ki, Əbdüləzimova (Cəfərova) Şüküfə Əziz qızına Şin zavodunun F.Xoyski prospektində yerləşən ***A saylı yataqxanasının ** saylı otağı ordersiz yaşamaq üçün müvəqqəti verilmişdir. ## #### 1998-ci il tarixli ** saylı Protokoldan və *** nömrəli orderdən müəyyən olunur ki, Əbdüləzimova (Cəfərova) Şüküfə Əziz qızına Şin zavodunun F.Xoyski prospektində yerləşən ***A saylı yataqxanasının ** saylı otağı orderlə yaşamaq üçün müvəqqəti olaraq əlavə ona verilmişdir. *** saylı ##.##.1998-ci il tarixli əmrdən görünür ki, Əbdüləzimova Şüküfə Əziz qızı ##.##.1998-ci il tarixindən öz hesabına ödənişsiz məzuniyyətə göndərilmişdir. * saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən vəkil sorğusuna verilmiş ##.##.2024-cü il tarixli cavab məktubunda qeyd olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 140A da yerləşən keçmiş yataqxana binası Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının ##.##.2003-cü il tarixli, *** saylı Sərəncamına əsasən ##.##.2003-cü il tarixdə “xxxx” ASC-nin balansından, Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansına mövcud vəziyyətdə, əvəzsiz olaraq qəbul edilmişdir. Həmin bina hal-hazırda * saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyində olan *** saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidməti ərazisində yerləşir. *** saylı Mənzil-Kommunal İstismar Sahəsinin verdiyi ##.##.2024-cü il tarixli, ** saylı məlumata əsasən ** saylı mənzil ##.##.2002-ci il tarixli, ***-**-**/** saylı orderlə “xxxx” ASC tərəfindən İddiaçı verilmişdir. İddiaçı ##.##.2022-ci il tarixdən ** saylı mənzildə daimi pasport qeydiyyatındadır. Əlavə olaraq bildiririk ki, Cəbrayıl rayonundan məcburi köçkün olan Əbdüləzimova Şükufə Əziz qızı ailəsi ilə birlikdə ** saylı mənzildə məskunlaşdığı halda ** saylı mənzili zəbt etmişdir. Cəfərova (Əbdüləzimova) Şükufə Əziz qızına 6 nəfər ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikası Qaçqın və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Bakı şəhəri, Qaradağ rayonu “Qobu Park” yaşayış kompleksində 3 otaqlı mənzillə təmin olunmuşdur. Belə olan halda cavabdeh2 başqa mənzillə təmin olunan vaxtdan X1 küçəsi, ***A saylı evin 94 və ** saylı mənzillərini boşaldaraq *** saylı Mənzil-Kommunal İstismar Sahəsinə təhvil verilməli idi, lakin həmin mənzilləri boşaltmamışdır. Beləliklə, təqdim olunan sənədlərdən məlum olur ki, X1 küçəsi, ***A saylı evin ** saylı mənzili İddiaçı aiddir. Bakı şəhəri Nərimanov rayonu, F.X.Xoyski 140A ünvanında qeydiyyatda olan 5 nəfər şəxs tərəfindən tərtib olunmuş ##.##.2024-cü il tarixli aktda qeyd olunmuşdur ki, Cəbrayıl rayonundan qaçqın gəlmiş cavabdeh2 Bakı şəhəri Şin zavodunun işçisi olduğuna görə ailəsi ilə birlikdə Bakı şəhəri Şin zavodu tərəfindən verilmiş ** nömrəli mənzildə 30 il yaşadıqlarının şahidi olmuşlar. Onlar İddiaçı tanımırlar. Cavabdeh Cəfərova Şüküfə Əziz qızı tərəfindən məhkəməyə təqdim olunmuş elektrik enerjisindən və sudan istifadəyə görə 2017-2023-cü il tarixlərə dair ödəmələri edilməsi barədə qəbzlərdən görünür ki, ünvan 1 ünvanı üzrə ödəmələr “cəbrayıl 5” adı ilə həyata keçirilmişdir. Mənzil-kommunal Təsərrüfatı Departamenti tərəfindən ##.##.2008-ci il tarixdə verilmiş sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsının II Dövlət Proqramının həyata keçirilməsi ilə əlaqədar özəlləşdirilən dövlət müəssisələrinə, ləğv olunmuş nazirlik, dövlət şirkəti və konsernlərinə, digər təşkilatların isə müraciətlərinə əsasən onlara məxsus olan yaşayış binaları, o cümlədən, yataqxanalar (idarə mənzil fondu) əvəzsiz olaraq Bakı Şəhər İcra Hakimiyyətinin mənzil fonduna daxil edilməklə Departamentın balansına verilmişdir. Bakı şəhəri, X1 küçəsi, 140A saylı ünvanda yerləşən keçmiş yataqxana binası da mənzil fonduna daxil edildiyindən, İddiaçı Bakı Şəhər Mənzıl-Kommuna Təsərrüfatı Departamentinə ərizə ilə müraciət edərək, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 2-ci hissəsinə əsasən faktiki olaraq yaşadığı mənzilə öz adına icarə müqaviləsi bağlanılmasını xahiş etmişdir. Vətəndaş İddiaçı 2002-ci ildən Bakı şəhəri, X1 küçəsində yerləşən ***A saylı evin, yaşayış sahəsi 15,0 kv.metr olan 1 otaqlı ** saylı mənzilində tək qeydıyyatsız yaşayır. Bu səbəbdən Bakı şəhəri, X1 küçəsində yerləşən ***A saylı evin, yaşayış sahəsi 15,0 kv.metr olan 1 otaqlı ** saylı mənzilinə İddiaçı adına icarə müqaviləsi bağlanması və onun həmin mənzilin icarədarı hesab olunmasına göstəriş verilmişdir. * saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi tərəfindən vəkil sorğusuna verilmiş ##.##.2023-cü il tarixli cavab məktubunda qeyd olunur ki, F.X.Xoyski prospekti 140A saylı yataqxana binasının ** saylı mənzili “xxxx” ASC tərəfindən verilmiş ##.##.2002-ci il tarixli, 184-18-50 seriya ** saylı order sənədi ilə vətəndaş İddiaçı verilmişdir. “Asan 2” xidməti tərəfindən ##.##.2022-ci il tarixdə verilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi “Yaşayış yeri üzrə qeydiyyat haqqında" ******* saylı arayışa əsasən vətəndaş İddiaçı ünvan 5 ünvanında ##.##.2022-ci il tarixdən pasport qeydiyyatındadır. Həmin ünvanda qeydiyyatda başqa şəxslər yoxdur. Hal hazırda binanın ** saylı mənzilində Cəbrayıl rayonundan məcburi köçkün olan, binanın ** saylı mənzilində də yaşayan vətəndaş cavabdeh2 (binanın ** saylı mənzili “xxxx” Dövlət Şirkətinin Bakı Şin Zavodu tərəfindən ##.##.1998-ci il tarixli, *** saylı orderlə Əbdüləzimova Şükufə Əziz qızına verilmişdir), oğlu cavabdeh3, qızı X4 və nəvəsi X3 ilə birlikdə mənzili zəbt edərək faktiki yaşayırlar. Azəbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ## ###### 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Cəbrayıl şəhərində məcburi köçkünlər cavabdeh1, həyat yoldaşı cavabdeh2, övladı cavabdeh3, gəlini X4 və 2 nəvəsi də olmaqla cəmi 6 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri, F.Xoyski prospekti, 140A ünvanından köçürülərək dövlət tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə # ####### 2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu, “Qobu park 2” yaşayış kompleksində yerləşən ** saylı binanın ** nömrəli 3 otaqlı mənzili ilə təmin olunmuşlar. Hazırda iddiaçı cavabdehlərin mənzildən çıxarılmasını xahiş edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat: İddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iddia ərizəsi və iddia həcminin artırılması barədə ərizə ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Nərimanov rayonu, X1 küçəsi, ev 140A ünvanda yerləşən ** saylı mənzilin iddiaçının sahibi olması, Cəbrayıl rayonundan məcburi köçkün düşmüş cavabdehlərin ** nömrəli mənzildən çıxarılması, ** nömrəli və ** nömrəli mənzillərə daxildən açılmış qapının bağlanılması, cavabdehlər tərəfindən dəhlizdə ** nömrəli mənzilin dəhlizdən olmuş giriş qapısının qarşısında quraşdırdığı sanitar qovşağının (tualetin) sökülməsi, ** nömrəli mənzilə dəhlizdən olmuş giriş qapısının açılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və həmin mənzilə iddiaçının köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin balansında olmuş Bakı şəhəri Nərimanov rayonu, X1 küçəsi, ev 140A ünvanda yerləşən yataqxanadan ** nömrəli otaq (mənzil) 184-18-50 seriyalı ** saylı order sənədi ilə İddiaçı verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ***/* №-li, ##.##.2008-ci il tarixli Sərəncamı ilə o, qeyd olunan mənzilin icarədarı hesab olunmuşdur. Mənzilin kimin sahibliyində olması barədə sorğuya cavab olaraq Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin ##.##.2023-cü il tarixli, *** №-li məktubla ətraflı cavab verilmişdir. Həmin mənzil məcburi köçkün olan cavabdehlər tərəfindən zəbt olduğuna görə, İddiaçı qeyd olunan mənzildə yaşaya bilməmişdir. Cavabdehlər ona məxsus mənzilin qonşuluğunda olan ** saylı mənzili, lakin bu otaq onlara az olduğundan ona məxsus mənzili də zəbt etmişlər. ##.##.2024-cü il tarixdə yerli müayinə keçirilən zaman müəyyən olunmuşdur ki, yataqxananın yerləşən 94 və ** saylı otaqları arasında cavabdehlər tərəfindən qapı açılmış, ** saylı otağın qapısı bağlanaraq qapının qarşısında dəhlizdə tualet tikilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## ### 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edlmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddia tələbinin mahiyyətini Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti ***A saylı yataqxana binasının ** saylı mənzildən cavabdehlərin çıxarılması və mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması təşkil edir. ** saylı mənzil ##.##.2002-ci il tarixli orderlə “xxxx” ASC tərəfindən iddiaçıya verilmişdir. İddiaçı ##.##.2022-ci il tarixdən ** saylı mənzildə pasport qeydiyyatındadır. ##.##.1994-cü il tarixli protokolu ilə cavabdeh cavabdeh2 ** saylı otaq ordersiz yaşamaq üçün müvəqqəti verilmiş, ## #### 1998-ci il tarixli Protokola əsasən həmin binanın ** saylı otağı isə orderlə yaşamaq üçün müvəqqəti verilmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, orderin verilməsi və tərəflərin mənzilə dair hüquqlarının yaranması tarixini nəzərə alaraq məhkəmə hazırkı mülki işə 2009-cu ilin oktyabr ayının 1-dək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəalarının tətbiq etmişdir. Həmin Məcəllənin 106-cı maddəsinə əsasən fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. İş materiallarında olan sənədlərdən sözügedən yataqxananın “xxxx” ASC-nin (əvvəlki Bakı Şin Zavodu) balansında olduğu, ASC tərəfindən işçilərə yaşayış üçün orderlərin verildiyi aydın olur. Məhkəmə daha sonra qeyd etmişdir ki, “xxxx” ASC tərəfindən məhkəməyə təqdim olunmuş sübutlardan cavabdeh cavabdeh2 zavodda işlədiyi və buna görə də ona ** saylı mənzildə yaşaması üçün müvəqqəti verildiyi aydın olur. Bu faktı ASC-nin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bir daha təsdiq etmişdir. Yəni aydın olur ki, cavabdeh cavabdeh2 həmin zaman qüvvədə olan qanunvericiliyə uyğun olaraq mənzilə köçmüşdür. Cavabdehlərin mənzildən çıxarılmasını tələb edən iddiaçı bu tələbini, özünün mənzilə mülkiyyət hüququnun olmasını və cavabdehlərin mənzildən istifadə hüquqlarının olmamasını sübutlarla əsaslandırmalıdır. Qeyd olunan mənzili order əsasında şəxslərin istifadəsinə vermək səlahiyyəti daşımış “xxxx” ASC tərəfindən edilmiş yazılı müraciətdə iddiaçının zavodun işçisi olmadığı və mənzilə dair orderin hansı qaydada alınmasının ASC-yə məlum olmadığını bildirilmişdir. Müvafiq iddia tələbləri olmadığından məhkəmə işə iddia tələbi həcmində baxmalı olsa da, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik olması məsələsini araşdırmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, nə iddiaçı, nə də cavabdeh cavabdeh2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. Lakin mənzilə dair hər iki tərəfin adına müvafiq orderlər mövcuddur. İddiaçı cavabdeh cavabdeh2 adına olan orderi mübahisələndirməmiş, bu orderin etibarsız olması iş materialları ilə müəyyən olunmamışdır. İddiaçı özü cavabdeh cavabdeh2 adına order olduğunu qəbul etmiş, lakin bu orderi mübahisələndirməmiş, orderlə bağlı iddia tələbləri qaldırmamışdır. İddiaçı tərəf iddia tələbinin əsaslılığına dair hər hansı sübutlar təqdim etməmişdir. Digər tərəfdən “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsi, habelə “Məcburi köçkünlərin məskunlaşdırılması Qaydası”nın 4-cü maddəsinin müddəaları tələb edir ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri taparkən digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onları başqa yaşayış yerlərinə köçürməlidirlər. “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları (yerli icra hakimiyyəti orqanları) tərəfindən həyata keçirilir. Məskunlaşdırma məqsədilə yaşayış üçün yararlı olan və ya yararlı hala salınması mümkün olan yaşayış, inzibati və yardımçı binalardan, habelə digər binalardan istifadə edilir. Məcburi köçkünləri belə binalarda məskunlaşdırmaq mümkün olmadıqda və ya müəyyən yaşayış məntəqələrində əhali sıxlığı buna imkan vermədikdə onlar məcburi köçkünlər üçün xüsusi olaraq təşkil edilmiş düşərgələrdə məskunlaşdırılırlar. Düşərgələr yaşayış üçün zəruri tələblərə cavab verməlidir. Məcburi köçkünlərin müstəqil olaraq müvəqqəti məskunlaşmasına o halda yol verilə bilər ki, bu digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın. Belə hallar mövcud olduqda müvafiq icra hakimiyyəti orqanları məcburi köçkünlərin həmin yaşayış məntəqəsi daxilində başqa yaşayış sahəsinə köçürülməsini təmin etməlidir. Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ## ###### 2024-cü il tarixli məktubunda Cəbrayıl rayonundan məcburi köçkün olan cavabdeh3, cavabdeh2, cavabdeh1, X4 və 2 nəvəsi olmaqla 6 nəfər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, X1 küçəsində yerləşən ***A saylı ünvandan köçürülərək başqa yaşayış sahəsi ilə təmin olunması göstərilsə də, yerli müayinə zamanı cavabdehlərin və əşyalarının mübahisəli yaşayış sahəsində hələ də qalması müəyyən olunmuş, cavabdeh cavabdeh2 həmin yaşayış sahəsinin onlara təhvil verilmədiyini, mənzildən imtina etdiyini bildirmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh cavabdeh2 adına verilmiş protokol və orderin qanunsuz olub-olmaması məhkəmə araşdırmasının predmeti olmadığından, hazırkı iddia tələbi üzrə həmin sənədlərin mövcud olmadığı və qanunsuz olması sübuta yetirilmədiyi halda, cavabdehin və onun ailə üzvlərinin mənzildən çıxarılması üçün qanuni əsaslar yaranmır. Cavabdehlər mənzildən çıxarılmadığı halda “mənzillərə daxildən açılmış qapının bağlanılması, cavabdehlər tərəfindən dəhlizdə 95№li mənzilin dəhlizdən olmuş giriş qapısının qarşısında quraşdırdığı sanitar qovşağının (tualetin) sökülməsi, ** saylı mənzilə dəhlizdən olmuş giriş qapısının açılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” hissəsində iddia tələbləri təmin edilə bilməz. Nəzərə alınmalıdır ki, mübahisəli yaşayış sahəsi Bakı Şəhəri İcra Hakimiyyəti MKTD-nin * saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır, həmin qurumun baxılan iş üzrə cavabdeh cavabdeh2 və onun ailə üzvlərinə qarşı yaşayış sahəsindən çıxarılma və bununla əlaqəli olan iddia tələbləri olmamışdır. Halbuki bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malikdir. Qətnamədən iddiaçının nümayəndəsi-vəkili vəkil2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlərə faktiki olaraq zavoddan ayrılmış mənzil, Bakı şəhəri Nərimanov rayonu, X1 küçəsi, ev 140A ünvanda yerləşən ** saylı mənzil olmuşdur. Bu səbəbdən də iddiaçıya məxsus həmin mənzilin qonşuluğunda olan ** nömrəli mənzildə qalması qəbul edilməzdir. Cavabdehlər iddiaçının mənzilini də istifadə etməklə onun mənzilə olan hüquqlarını pozmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin məktubundan məlum olur ki, Cəbrayıl şəhərindən məcburi köçkünlər cavabdeh1, həyat yoldaşı cavabdeh2, və 2 nəvəsi də olmaqla cəmi 6 nəfər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti 140A ünvandan köçürülərək dövlət tərəfindən yaşyış şəraitinin yaxşılaşdırılması məqsədilə ##.##.2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park 2” yaşayış kompleksində yerləşən ** saylı binanın ** nömrəli 3 otaqlı mənzillə təmin olunmuşdur. Cavabdeh cavabdeh2 məhkəmədə bildirmişdir ki, onun ailəsinə ayrılmış 3 otaqlı mənzili qəbul etmir, yaşayış şəraiti çox pis olan Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti, 140A ünvanda yerləşən * nömrəli yataqxananın 94 və mübahisəsi gedən ** nömrəli otaqlarda qalıb yaşamasını istəyir. Həmin yataqxana sökülmək üzrədir və cavabdeh cavabdeh2 yataqxananın ərazisində tikinti işlərini aparacaq “xxxx” MMC ilə əldə etdiyi razılaşmaya görə ona həmin otaqlara görə kompensasiya veriləcəkdir. Cavabdeh cavabdeh2 və ailəsinə Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən rahat 3 otaqlı mənzil təqdim edildiyi üçün o, müvəqqəti istifadə və iddia etdiyi ** nömrəli otağa artıq öz hüquqlarını itirmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı özü də cavabdeh cavabdeh2 adına order olduğunu qəbul etmiş, lakin bu orderi mübahisələndirməmiş, orderlə bağlı iddia tələbləri qaldırmamışdır. Bununla bağlı bildirir ki, məhkəmənin gəldiyi nəticə belə ziddiyyətlidir. Əvvəla ** saylı otağa “Şinzavod” tərəfindən cavabdeh cavabdeh2 order verilməmişdir, yalnız müvəqqəti yaşamaq üçün həqiqiliyi şübhə altına alınan latın qrafikası ilə rus dilində makinada 1994-cü il tarix kimi tərtib edilməsi göstərilən ** saylı otaq Protokolla onun ailəsinə verilmişdir. ** saylı otağa cavabdeh2 orderi olmamışdır ki, İddiaçı onu mübahisələndirsin. Porotkola gəlincə cavabdehlərə Azərbaycan Respublikası Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park 2” yaşayış kompleksində yerləşən ** saylı binanın ** nömrəli 3 otaqlı mənzili ilə təmin edildiyi üçün, protokol artıq əhəmiyyətini itirir (protokol cavabdehlərə ** saylı otağa müvəqqəti istifadə hüququnu vermişdir), iddiaçının otağını boşaltmalı, ona təhvil verməlidirlər. Apellyasiya məhkəməsi tərəfindən mənzillərə daxildən açılmış qapının bağlanılması, cavabdehlər tərəfindən dəhlizdə 95№-li mənzilin dəhlizdən olmuş giriş qapısının qarşısında quraşdırdığı sanitar qovşağının (tualetin) sökülməsi, ** saylı mənzilə dəhlizdən olmuş giriş qapısının açılmasının texniki cəhətdən mümkün olub-olmamasının araşdırılması üçün məhkəmə tikinti-texniki ekspertizası təyin olunmuş və müvafiq rəy alınmışdır. Məhkəmə Ekspertizası Mərkəzinin # #### 2025-ci il tarixli, **/**** nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri Nərimanov rayonu, X1 küçəsində yerləşən 140A yaşayış binasının ** saylı mənzilinin ümumi dəhlizə tərəf olan divarının qarşısında ümumi istifadədə olan dəhlizdə sanitariya qovşağı tikilisinin inşa edildiyi, həmin sanitariya qovşağı tikilisinin söküləcəyi təqdirdə 94 və ** nömrəli mənzillərin daxilində açılmış qapının bağlanmasının və ** saylı mənzilə dəhlizdən olmuş giriş qapısının açılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-***/**** nömrəli, # ######## 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməsi, cavabdehlərin ## ##### 2002-ci il tarixli, ***-**-**/** nömrəli orderə əsasən iddiaçıya məxsus olan Bakı şəhəri Nərimanov rayonu, X1 küçəsi, ev 140A ünvanda yerləşən yataqxananın ** nömrəli mənzilindən çıxarılmaları, Bakı şəhəri Nərimanov rayonu, X1 küçəsi, ev 140A ünvanda yerləşən yataqxananın ** nömrəli mənzilindən ** nömrəli mənzilinə daxildən açılmış qapının bağlanılması, ** nömrəli mənzilin dəhlizdən olmuş giriş qapısının qarşısında quraşdırılmış sanitar qovşağının (tualet) sökülərək ** saylı mənzilə dəhlizdən olmuş giriş qapısının açılması vəzifəsinin cavabdehlər cavabdeh1, cavabdeh2, cavabdeh3 üzərinə qoyulması, iddiaçının Bakı şəhəri Nərimanov rayonu, X1 küçəsi, ev 140A ünvanda yerləşən yataqxananın ** nömrəli mənzilinə köçürülməsi qət olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi, ev 140A da yerləşən yataqxananın ** saylı otağı ## ##### 2002-ci il tarixli, ***-**-**/** nömrəli orderə əsasən iddiaçıya verilmiş, həmin order qüvvədədir və mübahisələndirilməmişdir. Hal-hazırda yataqxana * saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansındadır və həmin birliyin məktubu ilə də bu hal təsdiqini tapır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il #######ın #-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə Kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin isə etirazının əsasını o təşkil edir ki, mübahisə predmeti olan Bakı şəhəri Nərimanov rayonu, X1 prospektində yerləşən ***A saylı yataqxanasının ** saylı otağı ordersiz müvəqqəti yaşamaq üçün ona verilmiş, ** saylı otağı order əsasında yaşamaq üçün ona verilmişdir. İddiaçı isə heç bir zaman Bakı Şin zavodunun (indiki “xxxx” ASC-nin) işçisi olmamış və orada yaşamamışdır, onun haqqında heç bir arxiv sənədi də mövcud deyildir. Etirazın bu dəlilini Məhkəmə Kollegiyası əsassız hesab etmişdir. Belə ki, yuxarıda qeyd olunduğu kimi iddiaçıya verilmiş order qüvvədədir və mübahisələndirilməmişdir, ** saylı otaq cavabdehə müvəqqəti yaşamaq üçün, hüquq müəyyənedici sənəd-order olmadan verilmişdir. Birinci instansiya məhkəməsi isə işin hallarını düzgün qiymətləndirməyərək hazırkı iddia üzrə araşdırılmalı olmayan, maraqlı şəxs tərəfindən inzibati qaydada mübahisələndirildiyi halda araşdırılmalı olan məsələlərə qiymət verərək iddiaçının zavodun işçisi olmadığına və mənzilə dair orderin hansı qaydada alınmasının məlum olmadığına istinad etmişdir. Məhkəmə Kollegiyası daha sonra qeyd etmişdir ki, maraqlı hal ondan ibarətdir ki, cavabdehin mübahisə predmeti olan ** saylı otağa dair hüquq müəyyənedici sənədi olmadığı halda qeyd etmişdir ki, “mənzilə dair hər iki tərəfin adına müvafiq orderlər mövcuddur. İddiaçı cavabdeh cavabdeh2 adına olan orderi mübahisələndirməmiş, bu orderin etibarsız olması iş materialları ilə müəyyən olunmamışdır. İddiaçı özü də cavabdeh cavabdeh2 adına order olduğunu qəbul etmiş, lakin bu orderi mübahisələndirməmiş, orderlə bağlı iddia tələbləri qaldırmamışdır.” Halbuki, işin hallarından görünür ki, cavabdehin adına ** saylı otağa order mövcud deyildir. Belə olduğu halda iddiaçının hansı orderi mübahisələndirilməli olduğu anlaşılan deyildir. İddiaçının tələbi order əsasında cavabdehə verilmiş ** saylı otaqla deyil, ** saylı otaqla bağlıdır. Həmin otağa dair order isə iddiaçının adınadır. Digər tərəfdən birinci instansiya məhkəməsi “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinə və “Məcburi köçkünlərin məskunlaşdırılması Qaydası”nın 4-cü maddəsinə istinad etsə də, işin hallarını həmin normalar baxımından da düzgün qiymətləndirməmişdir. Bu normalarda qeyd olunur ki, məcburi köçkünlər özlərinə müstəqil surətdə yaşayış yeri taparkən digər şəxslərin mənzil hüquqlarını pozarlarsa, dövlət hakimiyyəti orqanları onları başqa yaşayış yerlərinə köçürməlidirlər, məcburi köçkünlərin məskunlaşdırılması müvafiq icra hakimiyyəti orqanları (yerli icra hakimiyyəti orqanları) tərəfindən həyata keçirilir. Məhkəmə Kollegiyası onu da vurğulamışdır ki, iş materiallarında olan Azəbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ## ###### 2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, Cəbrayıl şəhərində məcburi köçkünlər cavabdeh1, həyat yoldaşı cavabdeh2, övladı cavabdeh3, gəlini X4 və 2 nəvəsi də olmaqla cəmi 6 nəfər ailə üzvü ilə birlikdə Bakı şəhəri, F.Xoyski prospekti, 140A ünvanından köçürülərək dövlət tərəfindən mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə # ####### 2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayonu, “Qobu park 2” yaşayış kompleksində yerləşən ** saylı binanın ** nömrəli 3 otaqlı mənzili ilə təmin olunmuşlar. Yəni, mübahisə predmeti olan ** saylı otaq order olmadan müvəqqəti yaşamaq üçün cavabdeh və ailə üzvlərinə verilsə belə, hazırda bu zərurət aradan qalxmış, onlar müvafiq icra hakimiyyəti tərəfindən mənzillə təmin olunmuşlar. Buna görə də Məhkəmə Kollegiyası bu qənaətə gəlmişdir ki, cavabdehlərin mübahisə predmeti olan otağı zəbt edərək orada yaşamaları üçün hər hansı bir hüquqi əsas mövcud deyildir. Bakı şəhəri Nərimanov rayonu, X1 küçəsi, ev 140 A ünvanda yerləşən ** saylı mənzili orderə əsasən iddiaçıya məxsus olduğundan cavabdehlər həmin mənzildən çıxarılmalı və iddiaçı oraya köçürülməlidir. Məhkəmə Kollegiyası daha sonra bildirmişdir ki, iddianın ** nömrəli və ** nömrəli mənzillərə daxildən açılmış qapının bağlanılması, cavabdehlər tərəfindən dəhlizdə ** nömrəli mənzilin dəhlizdən olmuş giriş qapısının qarşısında quraşdırdığı sanitar qovşağının (tualetin) sökülməsi, ** nömrəli mənzilə dəhlizdən olmuş giriş qapısının açılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması hissəsində qeyd olunan halların texniki cəhətdən mümkünlüyü ilə bağlı ekspertiza keçirilmiş və ekspert rəyində qeyd olunmuşdur ki, Bakı şəhəri Nərimanov rayonu, X1 küçəsində yerləşən 140A yaşayış binasının ** saylı mənzilinin ümumi dəhlizə tərəf olan divarının qarşısında ümumi istifadədə olan dəhlizdə sanitariya qovşağı tikilisinin inşa edildiyi, həmin sanitariya qovşağı tikilisinin söküləcəyi təqdirdə 94 və ** nömrəli mənzillərin daxilində açılmış qapının bağlanmasının və ** saylı mənzilə dəhlizdən olmuş giriş qapısının açılmasının texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, iddianın bu hissədə də təmin olunması üçün hüquqi əsaslar mövcuddur. Məhkəmə Kollegiyası sonda qeyd etmişdir ki, 1992-93-cü illərdə ölkədə baş vermiş məlum hadisələr nəticəsində yüz minlərlə insanın qaçqın və məcburi köçkün düşməsi çox ciddi sosial problemlər yaratmışdı. Ona görə də ictimai maraq tələbləri baxımından mülkiyyət hüquqlarının müvəqqəti məhdudlaşdırılması, o cümlədən zəbt edilmiş mənzillərdə məskunlaşmış qaçqın və məcburi köçkünlərin həmin yerlərdə müvəqqəti qalmaları ictimai zərurətdən irəli gəlmişdir. Hal-hazırda həmin hadisələrin üzərindən 30 ildən artıq müddət keçmiş, məcburi köçkünlər cəmiyyətə adaptasiya etmiş, onların sosial təminatı ilə bağlı dövlət səviyyəsində kompleks tədbirlər həyata keçirilmiş, qaçqın və məcburi köçkünlərin böyük əksəriyyəti, o cümlədən iddiaçı və ailə üzvləri yaşayış sahələri ilə təmin edilmişdir. Eyni zamanda 2020-2023-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü tam təmin edilərək, işğal altında olan bütün ərazilər, o cümlədən, cavabdehlərin məcburi köçkün düşənədək yaşadıqları Cəbrayıl rayonu işğaldan tam azad edilmiş, artıq məcburi köçkünlərin öz evlərinə geri dönməsi prosesi başlanmışdır. Mövcud vəziyyətdə mülkiyyətçilərin hüquqlarına qoyulan məhdudiyyətin davam etdirilməsi mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığın pozulmasına, bununla da, hüquq sahibinin xüsusi və həddən artıq məhrumiyyətlərə məruz qalmasına səbəb ola bilər. Qətnamədən cavabdeh cavabdeh2 (vəkil-nümayəndə2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsindəki birinci icraat: Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarı ilə cavabdeh cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)- ***/**** nömrəli, # ######## 2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və mülki işin yenidən baxılması üçün həmin apellyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “Apellyasiya instansiya məhkəməsi tərəfindən işə baxılarkən iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, hazırkı mübahisəyə tərəflərə mübahisəli yaşayış sahəsinə köçürülmə ilə bağlı orderin verildiyi vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. ##.##.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Qeyd olunan normadan göründüyü kimi yaşayış sahəsinə dair order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Apellyasiya instansiyası məhkəməsi isə iddia tələbinin qanuni əsasını düzgün müəyyən etməməklə yanaşı iddia tələbini təmin edərkən, qətnamənin əsaslandırılması üçün irəli sürülmüş bir sıra dəlillərə, o cümlədən mübahisəli ** saylı yaşayış sahəsinin cavabdehlərə iddiaçıdan daha əvvəl, Bakı Şin zavodunun Həmkarlar Komitəsinin *** saylı ##.##.1994-cü il tarixli protokolu ilə ordersiz yaşamaq üçün müvəqqəti verilməsinə, ##.##.1998-ci il tarixli ** saylı protokola əsasən kirayə müqavilələri birləşdirilərək həmin binanın ** saylı yaşayış sahəsinin də orderlə yaşamaq üçün müvəqqəti olaraq əlavə onlara verilməsinə, cavabdehlərin 30 ildən artıq müddət ərzində həmin yaşayış sahəsində yaşamalarına, həmin müddət ərzində heç kimin onlara etiraz etməmələrinə, iddiaçıya orderin verildiyi vaxt yaşayış sahəsinin boş olmamasına (həmin vaxt qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinin ikinci hissəsinə əsasən isə order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər), iddiaçının orderi əldə etdikdən sonra qeyd olunan yaşayış sahəsinə ehtiyacının olmasını nümayiş etdirməməsinə hüquqi qiymət verməmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi, ##.##.2002-ci il tarixdə ona orderin verilməsindən uzun müddətin keçməsinə baxmayaraq iddiaçının mənzil qanunvericiliyinə müvafiq qaydada mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacının olub-olmamasını, onu yaşayış sahəsi ilə təmin etmiş müəssisə ilə iddiaçının əmək münasibətlərini hansı əsasla kəsməsinin (könüllü, yaxud başqa əsasla), yaşayış sahəsinə hüquqlarını itirib-itirməməsinin müəyyən edilməsi məqsədi ilə, mübahisəli mənzil münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 87 və 108-ci maddələrinin tələbləri baxımından əhəmiyyət kəsb etsə də həmin halları araşdırmamış, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olub-olmamasına, belə hüququ olmadığı halda onun mübahisəli yaşayış sahəsində qeydiyyatda olmasının hər hansı əhəmiyyət kəsb edib-etməməsinə hüquqi qiymət verməmişdir. Belə ki, iddiaçı iddia tələbində müəssisə tərəfindən ** nömrəli otağın ##.##.2002-ci il tarixli orderə əsasən ona verilməsini, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin ##.##.2008-ci il tarixli Sərəncamına əsasən onun, qeyd olunan mənzilin icarədarı hesab olunmasını, mənzilin kimin sahibliyində olması barədə sorğuya cavab olaraq Mənzil Kommunal Təsərrüfatı Departamentinin ##.##.2023-cü il tarixli məktubu ilə həmin mənzilin məcburi köçkün olan cavabdehlər tərəfindən zəbt olduğuna görə mənzildə yaşaya bilməməsini göstərsə də, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı vardırsa, ona orderin verildiyi vaxtdan keçən 21 il ərzində iddiaçının hansı ünvanda və şəraitdə yaşaması apellyasiya instansiyası məhkəməsi tərəfindən aydınlaşdırılmamışdır. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi tərəfindən, iddiaçının onu yaşayış sahəsi ilə təmin etmiş müəssisə ilə əmək münasibətlərini hansı əsasla və nə vaxt kəsməsinin müəyyənləşdirilməsi məqsədi ilə onun əmək fəaliyyəti elektron informasiya sistemləri vasitəsi ilə yoxlanılmamış, həmçinin Elektron Məhkəmə İnformasiya Sistemində əmlak məlumatları bölməsində iddiaçının mülkiyyətində daşınmaz əmlakın, mənzilin olmasına hər hansı hüquqi qiymət verilməmişdir. Göründüyü kimi iddianı təmin edən apellyasiya instansiyası məhkəməsi işdə iştirak edən şəxslərin izahatlarını müqayisəli şəkildə tədqiq edib yoxlamamış, həmçinin işdə olan sübutlara obyektiv baxıb onlara Mülki Prosessual Məcəllənin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından hüquqi qiymət verməmiş və ən əsası məhkəmə icraatı üzrə həqiqəti müəyyən etmədən, iddia tələbini təmin edilməsi barədə nəticəyə gəlmişdir. Odur ki, yuxarıda qeyd olunan hallar araşdırılmadan apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı mövqeyi düzgün olmamışdır. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən ##.##.2002-ci il tarixdə ona orderin verilməsindən uzun müddətin keçməsinə baxmayaraq iddiaçının mənzil qanunvericiliyinə müvafiq qaydada mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacının olub-olmaması, onu yaşayış sahəsi ilə təmin etmiş müəssisə ilə iddiaçının əmək münasibətlərini hansı əsasla kəsməsi (könüllü, yaxud başqa əsasla), yaşayış sahəsinə hüquqlarını itirib-itirməməsi, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olub-olmaması araşdırılmalı, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir” Apellyasiya instansiyası məhkəməsində hazırki icraat: Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə Kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh2 və onun nümayəndəsi-vəkili ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə Kollegiyasının iclasının baxılma vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş digər tərəflər Məhkəmə Kollegiyasının iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
29. İ. Hər kəsin mülkiyyət hüququ vardır. II. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
Mülki Məcəllə:
5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
Mənzil Məcəlləsi (##.##.2009-cu il tarixədək qüvvədə olan).
6. Yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada хidməti yaşayış sahələri və yataqхanalar kimi istifadə оlunmaq üçündür. Yaşayış evlərində sənaye хarakterli ehtiyaclar üçün sahələr verilməsi qadağandır.
28. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar SSR İttifaqı qanunvericiliyində, bu Məcəllədə və Azərbaycan SSR-in digər qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində istifadə üçün yaşayış sahəsi almaq hüququna malikdirlər. Həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara (SSR İttifaqı və Azərbaycan SSR qanunvericiliyində başqa qayda müəyyən edilməmişdirsə) yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqxanalardan istifadə edilə bilər. Yataqxanalar xüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqxanalar orada qalan vətəndaşların yaşaması, məşğul olması və istirahəti üçün lazım olan mebellə, digər ev müxəlləfatı və mədəniməişət predmetləri ilə komplektləşdirilir. SSR İttifaqı qanunvericiliyinə uyğun olaraq yataqxanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və komsomol orqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Soveti, SSRİ nazirlikləri, dövlət komitələri və baş idarələri təsdiq edirlər.
48. Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Orderin formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarına uyğun olaraq hərbi şəhərciklərdə yaşayış sahələri orderləri SSR İttifaqı qanunvericiliyində nəzərdə tutulmuş qaydada verilir.
49. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacları haqqında vətəndaşların həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikləri, orderdə göstərilmiş yaşayış sahəsi üçün başqa vətəndaşların və ya təşkilatların hüquqlarının pozulduğu, yaşayış sahəsi verilməsi məsələsinin həllində vəzifəli şəxslərin hüquqa uyğun olmayan hərəkətlər etdikləri hallarda, habelə yaşayış sahəsi verilməsi qaydasının və şərtlərinin pozulduğu başqa hallarda yaşayış sahəsi orderi məhkəmə qaydasında etibarsız hesab oluna bilər.
89. Dövlət və ya ictimai mənzil fоndu evində yaşayış sahəsindən çıхarma hallarına yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə yоl verilir. Yaşayış sahəsindən çıхarma məhkəmə qaydasında həyata keçirilir. Ancaq yaşayış sahəsini özbaşına tutmuş və ya uçmaq qоrхusu оlan evlərdə yaşayan şəхslərin prоkurоrun sanksiyası ilə inzibati qaydada çıхarılmasına yоl verilir. Vətəndaşlar yaşayış sahəsindən çıхarılarkən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna edilməklə, eyni zamanda başqa yaşayış sahəsi verilir.
106. Fəhlələrin, qulluqçuların, tələbələrin, məktəblilərin, habelə digər vətəndaşların iş və ya təhsil dövründə yaşaması üçün yataqхanalardan istifadə edilə bilər. Yataqхanalar хüsusi tikilmiş və ya həmin məqsədlər üçün yenidən qurulmuş yaşayış evlərində yerləşdirilir. Yataqхanalar оrada qalan vətəndaşların yaşaması, məşğul оlması və istirahəti üçün lazım оlan mebellə, digər ev müхəlləfatı və mədəni-məişət predmetləri ilə kоmplektləşdirilir. SSR Ittifaqı qanunvericiliyinə uyğun оlaraq, yataqхanalar haqqında nümunəvi əsasnaməni müvafiq həmkarlar ittifaqı və kоmsоmоl оrqanları ilə razılaşdırmaqla Azərbaycan SSR Nazirlər Sоveti, SSRI nazirlikləri, dövlət kоmitələri və baş idarələri təsdiq edirlər.
107. Yataqхanalarda mənzil sahəsi verilməsi və оndan istifadə qaydası SSR Ittifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqхanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqхanalar üçün müəyyən оlunmuş nоrmaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı kоmitəsinin və kоmsоmоl kоmitəsinin birgə qərarı ilə verilir. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqхanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən оrder verilir. Yataqхanada mənzil sahəsi tutmaq üçün оrder fоrmasını Azərbaycan SSR Nazirlər Sоveti müəyyən edir. Müddətli hərbi хidmətə çağırılmaqla əlaqədar yataqхanadan getmiş şəхslər hərbi хidmətini başa vurduqdan sоnra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqхanada оnlara yenə də mənzil sahəsi verilməlidir.
108. İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəхslər, habelə məktəblərdə охumuş və оradan getmiş şəхslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqхanadan digər yaşayış sahəsi verilmədən çıхarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar оlaraq yataqхanada yer almış başqa işçiləri üzrlü səbəblər оlmadan öz arzusu ilə, əmək intizamını pоzduğuna və ya cinayət etdiyinə görə işdən çıхarıldıqda digər yaşayış sahəsi verilmədən çıхarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəхslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəхslər yalnız digər yaşayış sahəsi verilməklə çıхarıla bilərlər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ###### 2006-cı il tarixli qərarı: “Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsi ilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.”
“M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının ## ### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu ## #### 2008-ci il tarixli Qərarı: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativhüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”
Mülki Prosessual Məcəllə:
14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
420. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, şikayətin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, işin faktiki hallarından görünür ki, Cəfərova Şüküfə Əziz qızı Bakı Şin zavodunda (indiki “xxxx” ASC-də) Cəbrayıl rayonundan məcburi köçkün kimi ##.##.1994-cü il tarixdən Bakı Şin zavodu üzrə **-k saylı ##.##.1994-cü il tarixli əmrlə zavodun vulkanlaşdırma sexinə 3 dərəcəli iş bölüşdürücü kimi işə qəbul olunmuşdur. ##.##.1998-ci il tarixindən *** saylı ##.##.1998-ci il tarixli əmrlə zavod üzrə əsas proseslərini tam dayandırdığından öz hesabına ödənişsiz məzuniyyətə göndərilmişdir. Bakı Şin zavodunun Həmkarlar Komitəsinin *** saylı ##.##.1994-cü il tarixli protokolu ilə Cəfərova Şüküfə Əziz qızına Şin zavodunun F.Xoyski prospektində yerləşən ***A saylı yataqxanasının ** saylı otağı ordersiz yaşamaq üçün müvəqqəti verilmişdir. ## #### 1998-ci il tarixli ** saylı Protokola əsasən həmin binanın ** saylı otağı orderlə yaşamaq üçün müvəqqəti olaraq əlavə ona verilmişdir. Bakı Şin zavodunun (indiki “xxxx" ASC) yataqxanaları, yaşayış binaları, # ###### 2003-cü il tarixindən etibarən Bakı şəhəri İcra Hakimiyyətinin nəzdində olan Xüsusi təyinatlı mənzil təsərrüfatı birliyinə verilmişdir. Bununla yanaşı F.X.Xoyski prospekti ***A saylı yataqxana binasının ** saylı mənzili “xxxx” ASC tərəfindən verilmiş ##.##.2002-ci il tarixli, 184-18-50 seriya ** saylı order sənədi ilə İddiaçı verilmişdir. Hazırda iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” ASC-nin balansında olmuş Bakı şəhəri Nərimanov rayonu, X1 küçəsi, ev 140A ünvanda yerləşən yataqxanadan ** nömrəli otağın 184-18-50 seriyalı ** saylı order sənədi ilə ##.##.2002ci il tarixdə ona verilməsini, Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin ***/* №-li, ##.##.2008-ci il tarixli Sərəncamı ilə onun, qeyd olunan mənzilin icarədarı hesab olunmasını, mənzilin kimin sahibliyində olması barədə sorğuya cavab olaraq Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamentinin ##.##.2023-cü il tarixli, *** №-li məktubla ətraflı cavab verilməsini, həmin mənzilin məcburi köçkün olan cavabdehlər tərəfindən zəbt olduğuna görə mənzildə yaşaya bilməməsini qeyd edərək, mübahisəli mənzilin onun sahibi olması, cavabdehlərin ** nömrəli mənzildən çıxarılması, ** nömrəli və ** nömrəli mənzillərə daxildən açılmış qapının bağlanılması, cavabdehlər tərəfindən dəhlizdə ** nömrəli mənzilin dəhlizdən olmuş giriş qapısının qarşısında quraşdırdığı sanitar qovşağının (tualetin) sökülməsi, ** nömrəli mənzilə dəhlizdən olmuş giriş qapısının açılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması və həmin mənzilə iddiaçının köçürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiyası məhkəməsi iddia tələbini rədd edərkən, “xxxx” ASC tərəfindən məhkəməyə təqdim olunmuş sübutlardan cavabdeh cavabdeh2 zavodda işlədiyi və buna görə də ona ** saylı mənzildə yaşaması üçün müvəqqəti verildiyinin, bu faktı ASC-nin nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatında bir daha təsdiq etməsini, cavabdeh cavabdeh2 həmin zaman qüvvədə olan qanunvericiliyə uyğun olaraq mənzilə köçməsinin aydın olduğunu, cavabdehlərin mənzildən çıxarılmasını tələb edən iddiaçının bu tələbini, özünün mənzilə mülkiyyət hüququnun olmasını və cavabdehlərin mənzildən istifadə hüquqlarının olmamasını sübutlarla əsaslandırmalı olmasını, mənzili order əsasında şəxslərin istifadəsinə vermək səlahiyyəti daşımış “xxxx” ASC tərəfindən edilmiş yazılı müraciətdə iddiaçının zavodun işçisi olmadığı və mənzilə dair orderin hansı qaydada alınmasının ASC-yə məlum olmadığını bildirilməsini, nə iddiaçı, nə də cavabdeh cavabdeh2 mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınmadığını, mənzilə dair hər iki tərəfin adına müvafiq orderlər mövcud olsa da, iddiaçının cavabdeh cavabdeh2 adına olan orderi mübahisələndirməməsini, bu orderin etibarsız olmasının iş materialları ilə müəyyən olunmamasını, iddiaçı tərəfin iddia tələbinin əsaslılığına dair hər hansı sübutlar təqdim etməməsini, mübahisəli yaşayış sahəsinin Bakı Şəhəri İcra Hakimiyyəti MKTD-nin * saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin balansında olmasını, həmin qurumun baxılan iş üzrə cavabdeh cavabdeh2 və onun ailə üzvlərinə qarşı yaşayış sahəsindən çıxarılma və bununla əlaqəli olan iddia tələblərinin olmamasını, həmin qurumun bu tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olmasını qeyd edərək, cavabdeh cavabdeh2 adına verilmiş protokol və orderin qanunsuz olub-olmaması məhkəmə araşdırmasının predmeti olmadığından, hazırkı iddia tələbi üzrə həmin sənədlərin mövcud olmadığı və qanunsuz olması sübuta yetirilmədiyi halda, cavabdehin və onun ailə üzvlərinin mənzildən çıxarılması üçün qanuni əsaslar yaranmadığı barədə nəticəyə gəlmişdir. Birinci instansiyası məhkəməsi iddia tələbinin qanuni əsası kimi 2009-cu ilin oktyabr ayının 1dək qüvvədə olmuş Mənzil Məcəlləsinə istinad etmişdir. Məhkəmə Kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən iddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq norması düzgün tətbiq edilmişdir. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddia tələbinin mahiyyəti Bakı şəhəri, Nərimanov rayonu, F.X.Xoyski prospekti ***A saylı yataqxana binasının ** saylı mənzildən cavabdehlərin çıxarılması və mənzildən istifadəyə yaradılmış maneələrin aradan qaldırılması təşkil edir. ** saylı mənzil ##.##.2002-ci il tarixli orderlə “xxxx” ASC tərəfindən İddiaçı verilmişdir. İddiaçı ##.##.2022-ci il tarixdən ** saylı mənzildə pasport qeydiyyatındadır. ##.##.1994-cü il tarixli protokolu ilə Cəfərova Şüküfə Əziz qızına ** saylı otaq ordersiz yaşamaq üçün müvəqqəti verilmiş, ## #### 1998-ci il tarixli protokola əsasən həmin binanın ** saylı otağı isə orderlə yaşamaq üçün müvəqqəti verilmişdir. Göründyü kimi hazırkı mübahisəyə tərəflərə mübahisəli yaşayış sahəsinə köçürülmə ilə bağlı orderin verildiyi vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir. ##.##.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. Qeyd olunan normadan göründüyü kimi yaşayış sahəsinə dair order yalnız boş olan ayrıca yaşayış sahəsinə verilə bilər. İş materiallarında olan sənədlərdən sözügedən yataqxananın “xxxx” ASC-nin (əvvəlki Bakı Şin Zavodu) balansında olduğu, ASC tərəfindən işçilərə yaşayış üçün orderlərin verildiyi aydın olur. “xxxx” ASC tərəfindən məhkəməyə təqdim olunmuş sübutlardan cavabdeh2 zavodda işlədiyi və buna görə də ona ** saylı mənzildə yaşaması üçün müvəqqəti verildiyi aydın olur. Bu faktı ASC-nin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında verdiyi izahatında bir daha təsdiq etmişdir. Yəni aydın olur ki, cavabdeh2 həmin zaman qüvvədə olan qanunvericiliyə uyğun olaraq mənzilə köçmüşdür. Bundan başqa cavabdehlərin mənzildən çıxarılmasını tələb edən iddiaçı bu tələbini, özünün mənzilə mülkiyyət hüququnun olmasını və cavabdehlərin mənzildən istifadə hüquqlarının olmamasını sübutlarla əsaslandırmalıdır. Qeyd olunan mənzili order əsasında şəxslərin istifadəsinə vermək səlahiyyəti daşımış “xxxx” ASC tərəfindən edilmiş yazılı müraciətdə iddiaçının zavodun işçisi olmadığı və mənzilə dair orderin hansı qaydada alınmasının ASC-yə məlum olmadığını bildirilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, müvafiq iddia tələbləri olmadığından məhkəmə işə iddia tələbi həcmində baxmalı olsa da, işin halları baxımından eləcə də iş üzrə Ali Məhkəməsinin Mülki kollegiyasının *(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərarında qeyd edilənlərə əsasən iddiaçının hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüquqa malik olması məsələsini araşdırmalıdır. Belə ki, iş materiallarından göründüyü kimi nə İddiaçı, nə də cavabdeh2 mübahisəli evə mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmamışdır. İddiaçı tərəf iddia tələbinin əsaslılığına dair hər hansı sübutlar təqdim etməmişdir. Nəzərə alınmalıdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Digər tərəfdən iş materiallarından görünür ki, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ## ###### 2024-cü il tarixli məktubunda Cəbrayıl rayonundan məcburi köçkün olan cavabdeh3, cavabdeh2, cavabdeh1, X4 və 2 nəvəsi olmaqla 6 nəfər ailə üzvləri ilə birlikdə Bakı şəhəri, X1 küçəsində yerləşən ***A saylı ünvandan köçürülərək başqa yaşayış sahəsi ilə təmin olunması göstərilsə də cavabdeh tərəf həmin yaşayış sahəsinə köçməmələrini, ümumiyyətlə mənzildən imtina etmələri müəyyən edilmişdir. İddiaçı tərəf cavabdeh tərəfin Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən digər mənzillə təmin edilməsinə dair sübut təqdim etməmişdir. Göründüyü kimi cavabdeh2 adına verilmiş protokol və orderin qanunsuz olub-olmaması məhkəmə araşdırmasının predmeti olmadığından, hazırkı iddia tələbi üzrə həmin sənədlərin mövcud olmadığı və qanunsuz olması sübuta yetirilmədiyi halda, cavabdehin və onun ailə üzvlərinin mənzildən çıxarılması üçün qanuni əsaslar yaranmır. Cavabdehlər mənzildən çıxarılmadığı halda “mənzillərə daxildən açılmış qapının bağlanılması, cavabdehlər tərəfindən dəhlizdə ** №-li mənzilin dəhlizdən olmuş giriş qapısının qarşısında quraşdırdığı sanitar qovşağının (tualetin) sökülməsi, ** saylı mənzilə dəhlizdən olmuş giriş qapısının açılması vəzifəsinin cavabdehlərin üzərinə qoyulması” hissəsində iddia tələbləri təmin edilə bilməz. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində müəssisə tərəfindən ** nömrəli otağın ##.##.2002-ci il tarixli orderə əsasən ona verilməsini, Bakı şəhəri İcra Hakimiyyəti MənzilKommunal Təsərrüfatı Departamentinin ##.##.2008-ci il tarixli Sərəncamına əsasən onun, qeyd olunan mənzilin icarədarı hesab olunmasını, mənzilin kimin sahibliyində olması barədə sorğuya cavab olaraq Mənzil Kommunal Təsərrüfatı Departamentinin ##.##.2023-cü il tarixli məktubu ilə həmin mənzilin məcburi köçkün olan cavabdehlər tərəfindən zəbt olduğuna görə mənzildə yaşaya bilməməsini göstərsə də, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı vardırsa, ona orderin verildiyi vaxtdan keçən 21 il ərzində iddiaçının hansı ünvanda və şəraitdə yaşamasına dair hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Halbuki, kollegiya tərəfindən DƏDRX tərəfindən verilmiş sorğuya ## #### 2026-cı il tarixli cavab məktubundan görünür ki, İddiaçı adına ##.##.2012-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 10, mənzil 28 qeydiyyatdan keçmiş və hazırda mülkiyyətindədir. ##.##.2014-cü il tarixində ünvan 6 döngə ünvanında yerləşən ***a saylı fərdi yaşayış evi qeydiyyatdan keçmiş, lakin ##.##.2015-ci il tarixli, 4Ə-**** reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İddiaçı (arxiv materiallarında təvəllüd və FİN barədə məlumat aşkar edilməmişdir) adına Ağsu rayonu, Növcü kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ ilə 0,62 ha həyətyanı torpaq sahəsinə dair ##.##.2001-ci il tarixli, JN- **A nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” tərtib edilmişdir. Həmçinin iddiaçı “xxxx” ASC ilə əmək münasibətlərində olmasına dair sübutlar da təqdim etməmişdir. Məhkəmə Kollegiyası nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə Kollegiyası kassasiya instansiyası məhkəməsinin götərişləri və işin araşdırılmış halları baxımından həmçinin hesab edir ki, iddiaçının “xxxx” ASC ilə əmək münasibətlərində olmamaqla, eləcə də adına order verilən vaxt mübahisəli mənzilin boş olmaması müəyyən edildiyindən hazırki iş üzrə subyektiv hüququn olub-olmamasını qiymət verilməsinə zərurət yoxdur. Belə ki, kollegiyanın qənaətinə görə belə bir hüququ olmuş olsa idi belə,iddia tələbləri yuxarıda gösğərilən əsaslara görə əsaslı sayıla bilməzdi. Qeyd edilənlərə əsasən Məhkəmə Kollegiyası hesab edir ki, iddiaçı İddiaçı cavabdehlər cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, “xxxx” ASC və * saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticyə gəlmişdir. Beləliklə də, Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Məhkəmə Kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası
Qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ### 2024-cü il tarixli, e-2(005) ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.