Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1164/2026 20.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı X4 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər cavabdeh1 MMC və cavabdeh2 qarşı mülki iş (Açar sözlər: «iddia müddəti, işə bərpa») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov Ikram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə Ilahə Novruz qızının katibliyi, Iddiaçı İddiaçı nümayəndəsi nümayəndə6, nümayəndəsi və vəkili vəkil1, Cavabdeh cavabdeh1 MMC-nin nümayəndəsi X1, Cavabdeh cavabdeh2 nümayəndəsi nümayəndə3 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Işin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: işəgötürən “xxxx” MMC ilə işçi İddiaçı arasında bağlanmış ##.##.2019-cu il tarixli əmək müqaviləsinə əsasən, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti * saylı Rabitə xidmətləri mərkəzinə Xətt qurğularının istismarı şöbəsinin EATS-538/539 xətt montyoru vəzifəsinə işə qəbul edilmişdir.
2. Müqavilənin 2.9-cu bəndinə əsasən, bu Əmək müqaviləsi tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə, onların qarşılıqlı razılığı əsasında müddətli bağlanmışdır. 2.10-cu bəndinə əsasən, bu Əmək müqaviləsi ## ###### 2019-cu il tarixdən ## ###### 2020-ci il tarixinədək 3 ay sınaq dövrü olmaqla 1 (bir) il müddətinə bağlanmışdır. 2.11-ci bəndinə əsasən, bu Əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, bu əmək müqaviləsi eyni müddətə (1 (bir) il müddətinə) uzadılmış hesab olunur. Bu əmək müqaviləsinin yuxarıda (bu bənddə) qeyd olunan qaydada dəfələrlə uzadılması mümkündür.
3. ƏMAS-ın alt sistemindən Işəgötürən və işçilərlə rəsmi yazışmalar bölməsindən əldə edilmiş ##.##.2024-cü il tarixli məlumatda göstərilib ki, “xxxx” MMC tərəfindən İddiaçı ##.##.2024-cü il tarixdə bildiriş göndərilərək bildirilmişdir ki, onunla bağlanmış ##.##.2019-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2ci hissəsinin "b" bəndinə (əmək müqaviləsinin müddətinin qurtarması) əsasən, ##.##.2024-cü il tarixində xitam veriləcəyi diqqətinə çatdırır və ona gələcək işlərində müvəffəqiyyətlər arzu edir.
4. Əmək müqaviləsinə xitam verilməsi barədə ***/Ş/RXM* nömrəli, ##.##xxxx"xxxx Məhdud Məsuliyyətli Cəmiyyəti/* saylı Rabitə Xidmətləri Mərkəzi bölməsində “Xətt qurğularının istismarı şöbəsi EATS-536/539 xəttmontyor” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış ***T*BR****** nömrəli əmək müqaviləsinə ƏM-in 68.2-ci maddəsinin "b" bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əsası ilə ##.##.2024-cü il tarixindən xitam verilmişdir.
5. Azərbaycan Respublikası Rəqəmsal Inkişaf Nazirliyinin “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ***/*/BKT nömrəli, ##.##.2024-cü il tarixli əmrinə əsasən, Istehsalat zərurəti ilə əlaqədar olaraq Insan resurslarının idarə edilməsi departamentinin direktor müavini (ştatdankənar) vəzifəsində çalışan X2 ##.##.2024-cü il tarixindən ##.##.2024-cü il tarixinədək Insan resurslarının idarə edilməsi departamentinin direktoru vəzifəsi üzrə əmək funksiyalarının icrası aylıq 730 manat məbləğində əlavə əmək haqqı ödənilməklə həvalə edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
6. Iddiaçı İddiaçı cavabdehlər "xxxx" MMC və cavabdeh2 qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək əmək müqaviləsinə xitam verilməsi barədə ## ###### 2024-cü il tarixli əmrinin ləğv edilməsi və iddiaçının əvvəlki işinə (vəzifəsinə) işə bərpa edilməsi, işdən çıxarıldığı ## ###### 2024-cü il tarixdən işə bərpa olunacağı tarixədək məcburi işburaxma müddəti üzrə əmək haqqının və onun bütün tərkib hissələrinin cavabdehdən tutularaq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib.
7. Iddiada göstərilib ki, İddiaçı ##.##.2019-cu ildən etibarən fasiləsiz olaraq işləmiş, müqavilə hər il yenilənmişdir. Əmək müqaviləsi faktiki olaraq 5 ildən artıq uzadıldığından, Əmək Məcəlləsinin 45.5-ci maddəsinə görə müddətsiz hesab edilməlidir. Buna baxmayaraq, işəgötürən ##.##.2024 tarixli əmrlə “müddətin bitməsi” əsası ilə müqaviləyə xitam verib. X4 Xidməti də rəsmi cavabında təsdiqləyib ki, 5 ildən artıq uzadılan müqavilə müddətsiz sayılır və müddətin bitməsi əsası ilə xitam verilə bilməz. Mediasiya prosesi keçirilib, lakin nəticə əldə olunmadığı üçün mübahisə məhkəməyə daşınıb. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Tarix və Nömrə: məktubun üzərində “29.2-ci maddəsinə əsasən verilmişdir” qeydi var (tam rəsmi nömrə sənədin yuxarısında qeyd olunub, sənəddə “##.##.2025” tarixli qeydlə göstərilib) . Məzmun: Müfəttişlik rəsmi mövqeyində qeyd edir ki: Əmək Məcəlləsinin 45.5-ci maddəsinə görə 5 ildən artıq müddətə fasiləsiz uzadılan müddətli əmək müqaviləsi müddətsiz əmək müqaviləsi hesab olunur. Bu səbəbdən, “müddətin bitməsi” əsası ilə əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyə ziddir. Əlavə dəlil kimi: Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ##.##.2025-ci il tarixli məktubunda da təkrar ##.##.2025-ci il, № *-17-512-M-16103/2025 - li açıq şəkildə göstərilmişdir ki, 5 ildən artıq müddətə fasiləsiz uzadılan əmək müqaviləsi müddətsiz hesab olunur və bu əsasla əmək müqaviləsinə xitam verilməsi qanunsuzdur. Müfəttişliyin rəsmi cavabı ilə onun mövqeyi tam təsdiqlənmişdir.
8. cavabdeh1 MMC məhkəməyə vəsatət ünvanlayaraq Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş Idarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyat idarəsinin *-**-*-*-*/*-*****/**** nömrəli ##.##.2025-ci il tarixli çıxarışına əsasən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh1 Məhdud Məsuliyyətli Cəmiyyətinə qoşulduğunu və "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin onun hüquqi varisi olduğunu bildirmiş və bu səbəbdən cavabdeh "xxxx" MMC-nin cavabdeh1 MMC ilə əvəz edilməsini xahiş etmiş; işə baxan birinci instansiya məhkəməsi də iddiaçının razılığını nəzərə alaraq əsl olmayan cavabdeh "xxxx" MMC-ni əsl cavabdeh cavabdeh1 MMC ilə əvəz etmişdir.
9. Cavabdeh cavabdeh1 MMC iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinə iddia müddətinin tətbiq edilməsini xahiş edərək bildirmişdir ki, iddiaçı İddiaçı və "xxxx" (hal hazırda "xxxx” MMC) Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ##.##.2019-cu il tarixli müddətli əmək müqaviləsi imzalanmışdır. Tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi işəgötürən tərəfindən işçi İddiaçı ##.##.2024-cü il tarixdə bu barədə əmək müqaviləsinə xitam verilməsi barədə bildiriş verməklə ##.##.2024-cü il tarixdə xitam edilmişdir. Müddətli əmək müqaviləsinin Işəgötürən tərəfindən xitam edilməsi qanunvericiliklə nəzərdə tutulan müddət və tələblər gözlənilməklə tamamilə qanuni və əsaslı olmuşdur. Əmək müqaviləsinin xitam edilməsi barədə müvafiq əmr və onun əmək kitabçası iddiaçı İddiaçı qanunvericiliklə tələb edilən qaydada təqdim edilmiş, həmçinin əmək müqaviləsinin xitamı barədə bildiriş iddiaçının elektron şəxsi kabinetinə göndərilmişdir. Eyni zamanda əmək müqaviləsinin xitam edilməsi ilə bağlı olaraq əmək kitabçası iddiaçıya ##.##.2024-cü il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Iddiaçı tərəfindən əmrin və əmək kitabçasının təhvil alınmasını təsdiq edən sənəd qoşmaya əlavə edilmişdir. Hal-hazırda onunla bağlanmış əmək müqaviləsinin qanuni əsaslarla xitam edilməsi üzərindən xeyli müddət keçməsinə baxmayaraq iddiaçı tərəfindən sözügedən məhkəmədə iddia qaldırılmasını əsassız hesab edirlər. Belə ki, qanunvericiliklə sözügedən iddia ilə məhkəməyə müraciət edilməsi ilə bağlı nəzərdə tutulmuş müddət iddiaçı tərəfindən ötürülmüşdür. Iş materiallarından müəyyən edilir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə xitam verilmişdir. Iddiaçı isə həmin tələb üzrə məhkəməyə 2025-ci ilin sentyabr ayında müraciət etmişdir. Buradan da iddiaçının həmin tələb üzrə qanunvericilikdə nəzərdə tutulmuş bir aylıq müddəti ötürdüyü məlum olur.
10. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim Ayşən Sultanova-Məmmədova) iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, “xxxx” MMC ilə işçi İddiaçı arasında bağlanmış ##.##.2019-cu il tarixli müddətli (1 il) əmək müqaviləsi bağlanmış və hər il bu müddət daha 1 il uzadılmışdır. Iddiaçı iddia ilə məhkəməyə müraciət edərək, əmrin ləğvi, işə bərpa, işsiz qaldığı dövr üçün əmək haqqı və sosial ödənişlərin ödənilməsini tələb etmişdir. Cavabdeh cavabdeh1 MMC məhkəməyə iddia tələbinin tətbiq edilməsi barədə ərizə verərək, iddia müddətinin keçməsi ilə əlaqədar iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Iş materiallarından bəlli olmuşdur ki, işçiyə işəgötürən tərəfindən ##.##.2024-cü il tarixində əmək müqaviləsinə xitam veriləcəyi barədə rəsmi bildirişlə xəbərdarlıq edilmişdir. Tərəflər arasındakı əmək münasibətlərinə işəgötürənin ##.##.2024-cü il tarixli əmri ilə xitam verilmişdir və işçinin hüquqlarının pozulduğunu iddia etdiyi gün də həmin tarixdən hesablanmalıdır. ##.##.2024-cü ildə iddiaçı əmək kitabçasını imza ilə təhvil almışdır. Beləliklə, qanunvericiliklə nəzərdə tutulmuş bir aylıq iddia müddəti ##.##.2025-ci il tarixdə başa çatmışdır. Iddiaçı isə ##.##.2025-ci ildə (təxminən 8 ay gecikmə ilə) iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddiaçı, hazırki mübahisənin həlli ilə bağlı mediasiya təşkilatına ##.##.2025-ci il tarixində müraciət etmiş və ##.##.2025-ci il tarixində “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Lakin iddiaçı mediasiyaya müraciət etdikdə 1 aylıq prosessual müddəti artıq ötürülmüşdü. Iddiaçı atasının əlilliyi və ona qulluq etməsini üzrlü səbəb kimi göstərsə də, məhkəmə qeyd edir ki, iddiaçının atasının III qrup əlil olması (2021-ci ildən) iddiaçının məhkəməyə müraciət etmək kimi prosessual hüququnu həyata keçirməsinə mane olan "qarşısıalınmaz qüvvə" hesab edilmir. Iş materiallarından görünür ki, iddiaçı və ya onun ailə üzvləri həmin dövr ərzində müxtəlif dövlət qurumlarına (Milli Məclisin aparatı, Əmək Müfəttişliyi və s.) müraciətlər ünvanlamışlar. Bu, iddiaçının hüquqi müstəvidə hərəkət etmək imkanının olduğunu, lakin məhkəməyə müraciət üçün müəyyən edilmiş müddəti ötürdüyünü göstərir. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, həmin dövr ərzində iddiaçının qardaşı və hazırkı mülki iş üzrə nümayəndəsi nümayəndə6 digər bir məhkəmə instansiyasında (Bakı Apellyasiya Məhkəməsində) atalarının hüquqlarını müdafiə edərək nümayəndə qismində çıxış etmişdir. Bu fakt onu göstərir ki, ailədə xəstə valideynə qulluq məsələsi iddiaçının öz hüquqlarını məhkəmə qaydasında qorumasına mane olan fövqəladə və qarşısıalınmaz bir hal yaratmamışdır. Iddiaçının qardaşı digər bir məhkəmə işində nümayəndə qismində iştirak edə bildiyi halda, iddiaçının öz hüquqlarını qorumaq üçün eyni vaxtda və ya qısa müddət ərzində (1 ay daxilində) məhkəməyə müraciət etməməsi ağlabatan deyil və məhkəmə hesab edir ki, qeyd edilən hallar üzrlü səbəb hesab edilə bilməz. Mülki qanunvericiliyin tələblərinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Beləliklə, hazırkı iş üzrə iddia müddəti keçdiyindən və iddia müddətinin tətbiq edilməsi barədə məhkəməyə yazılı müraciət təqdim edildiyindən, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
12. Iddiaçı İddiaçı (nümayəndəsi və vəkili vəkil1) apellyasiya şikayətində qətnamənin ləğv, iddianın isə təmin edilməsini xahiş edib şikayətini iddia tələbi ilə eyni məzmunda əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, fərdi əmək mübahisələrində iddia müddətinin axımının hesablanması üçün Əmək Məcəlləsinin 296.3-cü maddəsində sadalanmış hadisələrin baş veribverməməsi, cavabdeh tərəfindən iddiaçıya işdənçıxarma əmrinin təqdim edilməməsinin səbəbləri, iddia müddətinin Əmək Məcəlləsinin 296.3-cü maddəsinin tələbi kontekstində ötürülüb-ötürülməməsi, əgər ötürülmüşsə Mülki Məcəllənin 55.5-ci maddəsinin tələbi kontekstində bunda cavabdehin təqsiri, habelə iddia müddətinin buraxılmamış hesab olunması barədə vəkilin, iddia müddətinin bərpası barədə iddiaçının nümayəndəsinin ərizəsində göstərilmiş xüsusatlar, habelə əsl cavabdeh “xxxx” MMC-nin müvafiq fərman və sərəncamlara əsasən cavabdeh1 MMC-yə qoşulma prosesinin başa çatıb-çatmaması, fəaliyyət göstəribgöstərməməsi, fəaliyyətinə xitam verilmişsə bununla bağlı qeydlərin kommersiya hüquqi şəxslərin dövlət reyestrinə daxil edilib edilməməsi, iddiaya əsl cavab verməli olan tərəf, habelə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “xxxx” publik hüquqi şəxsi ilə əvəz edilməsi məsələsi aydınlaşdırılmamışdır.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz.
13. Cavabdeh cavabdeh1 MMC elektron kabinet vasitəsilə məhkəməyə təqdim etdiyi apellyasiya şikayətinə yazılı etirazda şikayətin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş edib göstərmişdir ki, hazırki iş üzrə iddiaçı ilə müqavilə müddətli olaraq bağlanmış və bu müddətin daxilində qarşı tərəfi xəbərdar etməklə xitam edilmişdir. Həmçinin iddiaçının hazırki tələblə iddia müddətini ötürmədən məhkəməyə müraciət etmək imkanı olmuş və onun qarşısını alan hər hansı fövqəladə hal baş verməmişdir. Bununla belə işə birinci instansiya məhkəməsində baxılarkən yalnız müddət məsələsinə baxılmamış, iddia da mahiyyəti üzrə araşdırılmış və yekun nəticəyə gəlinmişdir. Bundan başqa, cavabdehin əsl cavabdehlə əvəz edilməsi vəsatətə müvafiq sənədlər təqdim edilməklə və iddiaçının razılığı alınmaqla həyata keçirilmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
14. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi nümayəndə6 və nümayəndəsi və vəkili vəkil1 ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın isə təmin edilməsini xahiş etdi.
15. Məhkəmə iclasında cavabdeh cavabdeh1 MMC-nin nümayəndəsi X1, eləcə də digər cavabdeh cavabdeh2 nümayəndəsi nümayəndə3 ayrı-ayrılıqda apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
16. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 35. İ, II, III, IV və VIII hissəsi. Əmək fərdi və ictimai rifahın əsasıdır. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Heç kəs zorla işlədilə bilməz. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Dövlət işsizliyin aradan qaldırılması üçün bütün imkanlarından istifadə edir.
17. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
Maddə 288. Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; d) əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi; Maddə 292 (1ci hissə). Işçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 292(2-ci hissə). Pozulmuş hüquqlarının bərpa edilməsi barədə işçi məhkəməyə, yaxud bu Məcəllənin 294-cü maddəsində nəzərdə tutulmuş məhkəməyə qədər əmək mübahisələrini həll edən müvafiq orqana müraciət edə, habelə bu Məcəllənin 295-ci maddəsi ilə müəyyən edilmiş şərtlərlə və qaydada təkbaşına tətil edə bilər. Maddə 296(2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Maddə 296 (3-cü hissə)(##.##.2024-cü ilə kimi qüvvədə olan variant). Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296(3-cü hissə) (##.##.2024-cü ildən sonra olan variant).Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Maddə 296 (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Işçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Maddə 296(6-cı hissə). Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Maddə 296(7-ci hissə). Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
18. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 2.3. Ailə, əmək münasibətləri, təbii ehtiyatlardan istifadə, ətraf mühitin mühafizəsi, müəlliflik hüququ və əlaqədar hüquqlar ilə bağlı münasibətlər, əgər ailə, əmək, torpaq, təbiəti mühafizə, müəlliflik və digər xüsusi qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, mülki qanunvericilik və başqa hüquqi aktlar ilə tənzimlənir. Maddə 372.1. Bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0 və 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri:
20. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi üçün əsas ola bilməz.
21. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
23. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də, şikayətin məzmunundan görünür ki, iddia təmin edilmədiyi üçün şikayətin obyektini qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
24. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə tam yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
25. Iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olsa da, olmasa da, yəni dispozisiya əlamətləri ilə uzlaşsa da, uzlaşmasa da, birinci instansiya məhkəməsi iddia müddəti ötürüldüyündən iddianı rədd etməklə gəldiyi nəticə düzgün olmuşdur.
26. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar yuxarıda qeyd olunan maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşsa da, uzlaşmasa da, cavabdehin etiraz və müdafiə hüquqlarına, yəni iddia müddəti ötürüldüyünə görə aradan qalxdığından iddia haqlı sayılmır.
27. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə tam, hərtərəfli, ətraflı və qərəzsiz olaraq araşdırma aparılmasına şərait yaradılımış və təqdim edilmiş sübutlar araşdırılmaqla düzgün nəticəyə gəlinmişdir. Belə ki, məhkəmə tərəfindən iddianın mahiyyətinə uyğun aparılmış hüquqi dəyərləndirmə işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmaqla dəqiq olmuş və hansısa maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri təsdiq olunmadığından, üstəlik qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün mülki prosessual qanunvericilikdə nəzərdə tutulan əsaslar müəyyən edilmədiyindən qətnamə ləğv edilə bilməz. Buna baxmayaraq, şikayətin dəlilləri üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquqi dəyərləndirmə aparılmasında əlavə bir fayda vardır.
28. Əvvəla, məhkəmə tərəfindən Əmək Məcəlləsinin 296.2 və 296.3-cü maddələri pozulmayıb. Belə ki, ## ###### 2024-cü ildən qüvvədə olan redaksiyada Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində göstərilib ki, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Qeyd olunduğu kimi 09.12.20124-cü ildə əmək müqaviləsinə xitam verilməsi barədə əmr və əmək kitabçası iddiaçıya təqdim edilmiş, həmçinin əmək müqaviləsinin xitamı barədə bildiriş iddiaçının elektron şəxsi kabinetinə göndərilmişdir(cild 1; i.v.183-186). Bununla yanaşı, iddiaçı tərəf həmin sənədlərin əmək müqaviləsi ləğv edilən gün ona təqdim edilməsini də apellyasiya baxışında inkar etmədi. Ən azından həmin tarixdən iddiaçı hüququnun pozulduğunu bilib. Başqa sözlə, Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü hissəsində hüququnun pozulmasının aşkar edildiyi günün yalnız işçiyə müvafiq əmrin (sərəncamın, qərarın) yaxud əmək kitabçasının verildiyi gün olduğu qənaətinə gəlmək düzgün deyil. Çünki bu maddədə sadalanan əsaslardan biri kifayət edir ki, işçi hüququnun pozulduğu günü bilməli olsun. Ona görə də yalnız əmək kitabçasının yaxud əmrin şəxsən iddiaçıya çatdırılmasının sübut olunmamasına görə iddia müddətinin axımı başlana bilməz kimi bir yanaşma əsaslı deyildir. Demək ki, iddia müddətinin ötürülməsi mülahizə ilə deyil, sübuta istinad edilməklə əsaslandırılıb.
29. Məhkəmə tərkibi əmək münasibətlərində işçinin daha zəif tərəf olduğu mövqeyini nəzərə alaraq Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində nəzərdə tutulan müddətin üzrlü səbəbdən ötürülməsinə əsas olan səbəblərin mövcud olub-olmaması barədə də hüquqi dəyərləndirmə apardı. Ancaq nə bu normada nəzərdə tutulan səbəblər, nə də digər obyektiv hallar aşkar edilmədi. Hətta iddiaçı da bu cür üzrlü səbəblərin olmasına dair mötəbər sübut təqdim etməyib. Atasının 3-cü dərəcə əlil olması və ona qulluq etməsi ilə bağlı dəlillərin həqiqi olması belə müddətin üzrlü səbəbdən ötürülməsi kimi qiymətləndirilə bilməz. Çünki bu hallar iddiaçıya 8 aya yaxın bir müddətdə məhkəməyə müraciət etmək üçün maneə deyildi. Bu cür vəziyyətdə ötürülmüş müddətin üzrlü səbəbdən baş verməsi də hər hansı bir sübutla təsdiq edilmədiyindən məhkəmə tərkibi iddia müddətinin tətbiq edilməməsi üçün əsas müəyyən etmədi.
30. Beləliklə, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh tərəf iddia müddətinin tətbiqinə dair ərizə vermişdir. Iddia müddətinin keçməsi isə məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Belə ki, Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
31. Şərh olunanlara əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bu səbəbdən də, apellyasiya şikayəti təmin edilməməli və mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
32. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.