Məhkəmə qərarları › İş №2(3-6)-1169/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1169/2026

20.05.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1169/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili İsmayılov Rahib Ramiz oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı “işə bərpa” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, aşağıdakıları MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı işə bərpa tələbi barədə iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh QSC arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsinə dair ##.##.2025-ci il tarixli, **-**** nömrəli əmrin ləğv edilməsi, iddiaçı İddiaçı işə bərpa edilməsi, iddiaçı İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı və digər ödənişlərin cavabdeh Cavabdeh QSC tərəfindən ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Davit Tsiklauri tərəfindən verilmiş ## ######## 2025-ci il tarixli, **-**** nömrəli əmrin ləğv edilməsi, iddiaçı İddiaçı işə (Cavabdeh bölməsində müştəri xidmətləri üzrə baş mütəxəssis vəzifəsinə) bərpa edilməsi, ona ## ######## 2025ci il tarixdən məcburi işburaxma müddəti üçün əmək haqqı və digər ödənişlər qanunamüvafiq qaydada hesablanaraq ödənilməsi qət edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili R.İsmayılov iddiaçı və cavabdehin aralarındakı mübahisəni barışıq yolu ilə həll etdiklərini və barışıq sazişi bağladıqlarını qeyd edir və barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini xahiş edir. Cavabdeh məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh QSC arasında ## ### 2026-cı il tarixində imzalanmış barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdirlər. Məhkəmə kollegiyası, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Təqdim edilmiş Sazişindən görünür ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gəlmişlər: “1. Bank, İşçi ilə arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsinə (bundan sonra "əmək müqaviləsi" adlandırılacaq) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə ##.##.2025-ci il tarixli **-**** saylı əmrin ləğv edilərək əmək müqaviləsinə xitam əsasının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 (a) bəndinə dəyişdirilməsi üçün müvafiq dövlət orqanına müraciət etməyi öhdəsinə götürür.

2. İşçi təsdiq və bəyan edir ki, ##.##.2025-ci il tarixli "Kredit Portfeli Keyfiyyətinin və X4" ilə bağlı akt və İşçinin ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli izahatlarında qeyd olunan fakt və məlumatlar həqiqəti əks etdirir və İşçi öz hərəkət və hərəkətsizlikləri nəticəsində əmək müqaviləsindən irəli gələn əmək funksiyalarını, xüsusilə də X2, Daxili İntizam Qaydaları və digər daxili qayda və siyasətlərindən irəli gələn tələbləri və icra intizamını pozmuşdur.

3. İşçi təsdiq və bəyan edir ki, onun Banka qarşı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər hansı maddi, mənəvi və ya digər tələbi yoxdur.

4. İşçi Banka qarşı əmək müqaviləsindən irəli gələn tələblər, eləcə də işə bərpa tələbi, məcburi işburaxma müddətinə görə əmək haqqı, son haqq-hesab, mənəvi ziyan və ya hər hansı maddi tələblər irəli sürməyəcəyini bəyan edir.

5. İşçi bu Barışıq Sazişini imzalamaqla təsdiq edir ki, Bankın onun qarşısında Barışıq Sazişinin 1-ci bəndində əks olunan öhdəlikdən başqa icra olunmamış və ya icra olunmalı olan hər hansı öhdəliyi mövcud deyildir.

6. X1 imzalanması Bank tərəfindən İşçinin Banka qarşı verilmiş iddiasının qəbul edilməsi və ya etiraf edilməsi mənasına gəlmir.

7. Tərəflərdən hər birinin hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəməsində çəkdiyi məhkəmə xərcləri, o cümlədən hüquqi yardıma görə ödənilmiş və ya ödənilməli olan xərclər onun özünə aid edilir və bu xərclərin əvəzinin ödənilməsini digər tərəfdən tələb edə bilməz.

8. Bu Saziş imzalandığı andan qüvvəyə minir və tərəflərin öhdəlikləri tam icra olunana qədər qüvvədədir.

9. Tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (mülki işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır.

10. Saziş hər biri eyni hüquqi qüvvəyə malik olan 2 (iki) əsl nüsxədən ibarət olmaqla tərtib olunmuşdur. Nüsxələr hər birində bir nüsxə olmaqla tərəflərdə saxlanılır.

11. Tərəflər Sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların hüquqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər.”

Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.3, 52.5, 191.2, 261.0.5, 370-ci maddələrini nəzərə alaraq iş materiallarını nəzərdən keçirib, prosessual qanunvericiliyin qeyd olunan müddəalarını rəhbər tutmaqla və təqdim olunmuş barışıq sazişinin şərtlərini tədqiq etməklə hesab edir ki, tərəflərin bağladıqları barışıq sazişi qanuna zidd deyildir və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Mübahisə edən tərəflərin iradələrinə uyğun olaraq aralarında bağlanılmış barışıq sazişi təsdiq olunmaqla, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək işin icraatına xitam verilməli və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi diqqətə çatdırılmalıdır. Məhkəmə xərcləri üzrə kollegiya belə qənaətə gəlir ki, ödənilən dövlət rüsumu hissəsində məhkəmə xərcləri tərəflərə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 370, 377, 384, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

QƏRARA ALDI: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı cavabdeh Cavabdeh Qapalı Səhmdar Cəmiyyəti arasında aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin: “1. Bank, İşçi ilə arasında bağlanmış ##.##.2024-cü il tarixli əmək müqaviləsinə (bundan sonra "əmək müqaviləsi" adlandırılacaq) Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilməsi barədə ##.##.2025-ci il tarixli **-**** saylı əmrin ləğv edilərək əmək müqaviləsinə xitam əsasının Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 (a) bəndinə dəyişdirilməsi üçün müvafiq dövlət orqanına müraciət etməyi öhdəsinə götürür.

2. İşçi təsdiq və bəyan edir ki, ##.##.2025-ci il tarixli "Kredit Portfeli Keyfiyyətinin və X4" ilə bağlı akt və İşçinin ##.##.2025-ci il, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixli izahatlarında qeyd olunan fakt və məlumatlar həqiqəti əks etdirir və İşçi öz hərəkət və hərəkətsizlikləri nəticəsində əmək müqaviləsindən irəli gələn əmək funksiyalarını, xüsusilə də X2, Daxili İntizam Qaydaları və digər daxili qayda və siyasətlərindən irəli gələn tələbləri və icra intizamını pozmuşdur.

3. İşçi təsdiq və bəyan edir ki, onun Banka qarşı əmək müqaviləsinə xitam verilməsi ilə bağlı hər hansı maddi, mənəvi və ya digər tələbi yoxdur.

4. İşçi Banka qarşı əmək müqaviləsindən irəli gələn tələblər, eləcə də işə bərpa tələbi, məcburi işburaxma müddətinə görə əmək haqqı, son haqq-hesab, mənəvi ziyan və ya hər hansı maddi tələblər irəli sürməyəcəyini bəyan edir.

5. İşçi bu Barışıq Sazişini imzalamaqla təsdiq edir ki, Bankın onun qarşısında Barışıq Sazişinin 1-ci bəndində əks olunan öhdəlikdən başqa icra olunmamış və ya icra olunmalı olan hər hansı öhdəliyi mövcud deyildir.

6. X1 imzalanması Bank tərəfindən İşçinin Banka qarşı verilmiş iddiasının qəbul edilməsi və ya etiraf edilməsi mənasına gəlmir.

7. Tərəflərdən hər birinin hazırkı mülki iş üzrə birinci instansiya məhkəməsində və apellyasiya instansiya məhkəməsində çəkdiyi məhkəmə xərcləri, o cümlədən hüquqi yardıma görə ödənilmiş və ya ödənilməli olan xərclər onun özünə aid edilir və bu xərclərin əvəzinin ödənilməsini digər tərəfdən tələb edə bilməz.

8. Bu Saziş imzalandığı andan qüvvəyə minir və tərəflərin öhdəlikləri tam icra olunana qədər qüvvədədir.

9. Tərəflər bəyan edir ki, bu Sazişin məhkəmə tərəfindən təsdiq olunmasının qanunvericilikdə nəzərdə tutulmuş nəticələri (mülki işin icraatına xitam verilməsi və eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilməməsi) onlara aydındır.

10. Saziş hər biri eyni hüquqi qüvvəyə malik olan 2 (iki) əsl nüsxədən ibarət olmaqla tərtib olunmuşdur. Nüsxələr hər birində bir nüsxə olmaqla tərəflərdə saxlanılır.

11. Tərəflər Sazişin şərtlərinin onlara tam aydın olduğunu və həmin şərtlərin onların hüquqi iradəsini ifadə etdiyini öz imzaları ilə təsdiq edirlər.”

Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar