Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1172/2026 31.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Ikram Şirinov və Elşən Kazımovdan ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi, iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi vəkil2 və cavabdeh-iddiaçı cavabdeh1 Meybulla oğlunun vəkili və nümayəndəsi vəkil1 iştirakı ilə, iddiaçı İddiaçı cavabdehlər cavabdeh2 Ibrahim qızı, cavabdeh1 Meybulla oğlu, cavabdeh5, cavabdeh2, cavabdeh1, X1 və X2 qarşı “kompensasiya verilməklə mənzildən çıxarılma barədə” ilk iddiasına, iddiaçılar cavabdeh2 və cavabdeh1 Meybulla oğlunun cavabdeh İddiaçı qarşı “reyestr çıxarışının ləğvi, özəlləşdirmənin etibarsız hesab edilməsi və mənzildən istifadə hüququna xitam verilməsi barədə” qarşılıqlı iddiasına dair mülki iş üzrə Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh1 Meybulla oğlunun apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Mübahisə predmeti 1.Mübahisə Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsi, dalan 13, ev 3də yerləşən, ümumi sahəsi 38,60 kv.m təşkil edən * nömrəli mənzillə bağlıdır (bundan sonra – mənzil). Mənzil üzərində İddiaçı mülkiyyət hüququ ##.##.2024-cü il tarixdə dövlət reyestrində qeydə alınıb. Birinci instansiya məhkəməsində icraat 2.İddiaçı ilk iddia ərizəsində və iddianın dəyişdirilməsi barədə ərizəsində tələb olunub ki, İddiaçı tərəfindən cavabdeh1 Meybulla oğlu, cavabdeh2 Ibrahim qızı, cavabdeh1, cavabdeh2, cavabdeh5, Nailə Səftər qızı və yetkinlik yaşına çatmayan X3 cəmi 11.520 manat kompensasiya verilməklə həmin şəxslərin mənzildən istifadə hüququna xitam verilsin, onlar mənzildən çıxarılsın və İddiaçı mənzilə köçürülsün. 3.cavabdeh2 və cavabdeh1 Meybulla oğlunun qarşılıqlı iddia ərizəsində tələb olunub ki, mənzilə dair İddiaçı adına verilmiş reyestrdən çıxarış ləğv edilsin, mənzilin özəlləşdirilməsi etibarsız hesab edilsin, İddiaçı mənzilə hüququ itirilmiş hesab edilsin və istifadə hüququna xitam verilsin. 4.Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsi ilə İddiaçı ilk iddiası təmin edilərək göstərilənlər qət olunub: 1) İddiaçı tərəfindən 11.520 manat kompensasiya verilməklə cavabdeh2 Ibrahim qızı, cavabdeh1 Meybulla oğlu, cavabdeh2 və cavabdeh1 mənzildən çıxarılsınlar; 2) cavabdeh5, X1 və X2 mənzildən çıxarılsınlar; 3) İddiaçı müvafiq kompensasiya məbləğinin alınıb cavabdeh2 Ibrahim qızı, cavabdeh1 Meybulla oğlu, cavabdeh2 və cavabdeh1 verilməsi ilə həmin şəxslərin mənzildən çıxarılmaları eyni vaxtda icra olunsun. 5.Bundan başqa, qətnamə ilə qət olunub ki, cavabdeh2 və cavabdeh1 Meybulla oğlunun qarşılıqlı iddia ərizəsində irəli sürülmüş mənzilə istifadə hüququna xitam verilməsi barədə tələb rədd edilsin. 6.Eyni gündə Yasamal Rayon Məhkəməsinin qəbul etdiyi qərardadla qərara alınıb ki, iş üzrə icraata hissəvi - cavabdeh2 və cavabdeh1 Meybulla oğlunun qarşılıqlı iddia ərizəsinində irəli sürülmüş reyestr çıxarışının ləğv edilməsi və özəlləşdirmənin etibarsız hesab edilməsi barədə tələbə aid hissədə xitam verilsin. Apellyasiya instansiyası məhkəməsində icraat 7.cavabdeh1 Meybulla oğlunun apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin. 8.Məhkəmə iclasında iştirak edən iddiaçı-cavabdeh İddiaçı vəkili və nümayəndəsi vəkil2 bildirdi ki, apellyasiya şikayətinə etiraz edir, lakin təmsil etdiyi tərəf apellyasiya şikayəti vermiş şəxsə - cavabdeh1 Meybulla oğluna təklif etdiyi kompensasiyanın məbləğini artıraraq Yasamal Rayon Məhkəməsinin qətnaməsində qət olunmuş kompensasiyadan əlavə ona 18.480 manat kompensasiya təklif edir və artırılmış kompensasiya nəzərə alınmaqla müvafiq qətnamə qəbul edilməsini xahiş edir. 9.Məhkəmə iclasında iştirak edən cavabdeh-iddiaçı cavabdeh1 Meybulla oğlunun vəkili və nümayəndəsi vəkil1 bildirdi ki, təmsil etdiyi tərəf əks tərəfin Yasamal Rayon Məhkəməsinin qətnaməsində qət olunmuş kompensasiyadan əlavə 18.480 manat kompensasiya verilməsi barədə təklifini qəbul edir, kompensasiyanın məbləği ilə razılaşır və artırılmış kompensasiya nəzərə alınmaqla müvafiq qətnamə qəbul edilməsini xahiş edir. 10.Işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmişlər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 11.Qətnamədən cavabdeh1 Meybulla oğlu apellyasiya şikayəti verdiyinə görə, qətnamənin əsaslılığı yalnız ona aid hissədə yoxlanılmalıdır. Qətnamə kompensasiyanın məbləğinə aid hissədə dəyişdirilməli, qalan mübahisələndirilən hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. 12.Mənzilin mülkiyyətçisi İddiaçı təklif etdiyi kompensasiyanın məbləğini apellyasiya icraatı zamanı yalnız bir şəxsə - apellyasiya şikayəti vermiş cavabdeh1 Meybulla oğluna münasibətdə artıraraq ona Yasamal Rayon Məhkəməsinin qətnaməsində qət olunmuş 11.520 manat kompensasiyadan əlavə 18.480 manat kompensasiya təklif etmişdir. cavabdeh1 Meybulla oğlu isə həmin təkliflə razılaşmışdır. Hər iki tərəf məhkəməyə bu barədə ərizə vermişdir. Hər iki tərəfin vəkili və nümayəndəsinin məhkəmə iclasında verdiyi izahatdan müəyyən olunur ki, onlar kompensasiyanın məbləğinin yalnız bir şəxsə - cavabdeh1 Meybulla oğluna münasibətdə 18.480 manat artırılması ilə öz aralarındakı mübahisəni yekunlaşdırmağa razıdır. 13.Kompensasiyanın məbləğinin apellyasiya icraatı zamanı artırılması mümkündür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” ##.##.2016-cı il tarixli qərarında qeyd olunub: “Kompensasiyanın məbləği iddianın predmetinə aid olmadığı üçün həmin məbləğin yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilməsi mümkündür”. Ona görə də məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin göstərişinə əsaslanaraq hesab edir ki, Yasamal Rayon Məhkəməsinin qətnaməsi kompensasiyanın məbləğinə aid hissədə dəyişdirilməli, həmin qətnamədə qət olunmuş 11.520 manat kompensasiyadan əlavə yalnız cavabdeh1 Meybulla oğluna 18.480 manat kompensasiya verilməli, qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 14.Işdə iştirak edən digər şəxslər apellyasiya şikayəti vermədiklərinə görə, qətnamənin onlara aid hissəsinin əsaslılığı apellyasiya qaydasında yoxlanılmadı. 15.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti qismən təmin olunsun. Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsi kompensasiyanın məbləğinə aid hissədə dəyişdirilsin. cavabdeh1 Meybulla oğlunun Bakı şəhəri, Yasamal rayonu, Zülfü Adıgözəlov küçəsi, dalan 13, ev 3-də yerləşən, ümumi sahəsi 38,60 kv.m təşkil edən * nömrəli mənzildən çıxarılması üçün İddiaçı tərəfindən yalnız cavabdeh1 Meybulla oğluna Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-****/**** nömrəli qətnaməsində qət olunmuş 11.520 manat kompensasiyadan əlavə 18.480 (on səkkiz min dörd yüz səksən) manat məbləğində kompensasiya ödənilsin. Qətnamə qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-6)-1172/2026
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1172/2026
31.07.2026 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver