Azərbaycan̈Respublikası̈adından Qərardad Bakı̈şəhəri İş̈№̈2(3-6)-1177/2026 01.04.2026 BAKÏAPELLYASIYÄMƏHKƏMƏSI Hakimlər:̈MərdanoväXumar Afəẗqızının̈sədrliyïvə̈məruzəsïilə, Bəhrəmzadə̈Sabit Xanlar oğlüvə̈Səmədov̈Rəşid̈Əfraim̈oğlundan ibarəẗtərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.01.2026-cı il tarixli, e-2(005)-3958/2025 saylı qərardadından cavabdeh “Şakir” MTK tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin̈binasındäyazılı̈icraat qaydasındäbaxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Hüseynov Rəhman Vidadi oğlu cavabdeh “Şakir” MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Şakir” MTK-nın üzvlərinin ümumi yığıncağının protokolunun və maliyyə arayışının (mənzilə dair pay haqqının ödənilməsi və borcun olmaması barədə) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, habelə məhkəmədə hüququnun müdafiəsi üçün ödənilmiş 320 manat vəkil xərci və 100 manat dövlət rüsumu üçün ödənilmiş vəsaitin cavabdehdən̈tutularaq ona ödənilməsïbarədə̈qətnamə̈qəbul̈edilməsinïxahiş̈etmişdir. Bununla yanaşı cavabdeh “Şakir” MTK iddiaçı Hüseynov Rəhman Vidadi oğluna qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 851-ci məhəllədə inşa edilən 6 blok, 9 mərtəbəli yaşayış evinin 5-ci blok, 6cı mərtəbə, ümumi sahəsi 165 kv.m olan 92 nömrəli mənzilin boşaldılaraq MTK-ya təhvil verilməsi, eyni zamanda vəkil üçün ödənilmiş 320 manat xərcin və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 100 manat rüsumun qarşılıqlı iddia üzrə cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə̈qəbul̈edilməsinïxahiş̈etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.01.2026-cı il tarixli, e-2(005)-3958/2025 saylı qərardadı ilə cavabdeh “Şakir” MTK-nın iddiaçı Hüseynov Rəhman Vidadi oğluna qarşı “mənzilin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin geri qaytarılması və dövlət rüsumu kimi ödənilmiş 100 (yüz) manat məbləğində pulun (Bakı Şəhəri üzrə Baş Maliyyə İdarəsi vasitəsilə, mədaxil qəbzinin nömrəsi - 1945281124) rüsum ödəyicisi Astanov Aslan Fuad oğluna (cavabdeh “Şakir”̈MTK-nın̈nümayəndəsi-vəkili)̈geri qaytarılması̈qəraräalınmışdır. Həmin qərardaddan cavabdeh “Şakir” MTK tərəfindən şikayət verilərək, qərardadın ləğv edilərək qarşılıqlı iddia ərizəsinin icraata götürülməsi əks halda şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə̈göndərilməsïbarədə̈qərardad̈qəbul̈edilməsïxahiş̈edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qarşılıqlı iddianın 20 gün müddətində təqdim edilməsinin cavabdehdən asılı olmayan səbəblərə görə mümkün olmadığına dair hər hansı sübut təqdim edilmədiyini qeyd etsə də, mülki işin materiallarının Nizami Rayon Məhkəməsindən tələb edilməsini, həmin materialların məhkəməyə sonradan daxil olmasını, daxil olduqdan sonrakı ilk məhkəmə iclasında qarşılıqlı iddianın verilməsini nəzərə almamışdır. Nizami Rayon Məhkəməsindən daxil olmuş materiallarla tanış olmadan qarşılıqlı iddianın verilməsini əsaslandırmağın mümkün olmaması nəzərə alınmalı, əsaslar yeni yarandığından qarşılıqlı iddia icraata götürülməli idi. Bundan əlavə məhkəmə prosessual qənaət prinsipindən çıxış etməli, iddianın müstəqil qaydada veriləcəyi halda müstəsna aidiyyət qaydalarına uyğun olaraq işin yenidən Nərimanov Rayon Məhkəməsində baxılmalı olduğunu nəzərə almalı olduğu halda qeyd olunan halı nəzərə almamışdır. Əlavə olaraq gələcəkdə iddianın müstəqil qaydada veriləcəyi halda bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməli olması nəzərə alınmalı, prosessual qənaət prinsipindən çıxış edilərək qarşılıqlı iddia ərizəsi icraata götürərək bir-biri ilə əlaqəlïolan işlərə̈birgə̈baxmalı̈və̈qanuni ədalətlïqərar̈qəbul̈etməlïidi. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05.03.2026-cı il tarixli, e-2(005)-3958/2025 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə̈göndərilməsïqəraräalınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər̈haqqındäxəbərdar̈etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, cavabdeh tərəfindən apellyasiya şikayətinə etiraz daxil olmuşdur. Məhkəmə Kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı Hüseynov Rəhman Vidadi oğlunun cavabdeh “Şakir” MTK-ya qarşı “ümumi yığıncağın protokolunun və maliyyə arayışının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi məhkəmənin icraatına 08.08.2025-ci il tarixdə daxil olmuşdur. Cavabdehə 25.08.2025-ci il tarixdə bildiriş, həmçinin iddia ərizəsinin surəti qanuna müvafiq qaydada elektron kabinetinə yerləşdirilmişdir. 23.10.2025ci il tarixdə cavabdehin nümayəndəsi-vəkili elektron kabinet vasitəsi ilə vəkil müraciəti etmiş və onun MTK-nın nümayəndəsi-vəkili kimi mülki işə əlavə edilməsini xahiş etmişdir. MTK-nın nümayəndəsi-vəkili 13.11.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmişdir. 24.12.2025-ci il tarixdə cavabdehin nümayəndəsi-vəkili məhkəmə iclasının təxirə salınması barədə ərizə vermişdir. Qarşılıqlı iddia ərizəsi isə bundan uzun müddət sonra, 29.01.2026-cı il tarixində verilmişdir və cavabdeh tərəfindən bu qədər müddət sonra üzrlü və ya ondan asılı̈olmayan səbəblərdən̈verilməsinin̈mümkün̈olmadığı̈əsaslandırılmamışdır. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 155-ci maddəsinə əsasən cavabdeh ilk iddia ilə birlikdə baxılmaq üçün iddiaçıya qarşılıqlı iddia verməyə haqlıdır. Qarşılıqlı iddia bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddət ərzində verilməlidir. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra və ya məhkəmə baxışı zamanı qarşılıqlı iddia o halda verilə bilər ki, onun verilməsi üçün əsaslar həmin dövrdə əmələ gəlmiş olsun və ya cavabdeh qarşılıqlı iddianın həmin müddətdə təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu Məcəllənin 154.1-ci maddəsində nəzərdə tutulmuş müddətin keçməsindən sonra bu Məcəllənin 156.1.3-cü̈maddəsində̈nəzərdə̈tutulmuş̈əsaslarläqarşılıqlı̈iddianın̈verilməsinə̈yol verilmir. Hazırki şikayətində isə cavabdeh tərəf qarşılıqlı iddianın verilməsi üçün əsasların Nizami Rayon Məhkəməsindən daxil olmuş materiallarla tanış olduqdan sonra yaranmasını bildirsə də, Məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçı Hüseynov Rəhman Vidadi oğlunun - “Şakir” MTK-nın üzvlərinin ümumi yığıncağının protokolunun və maliyyə arayışının (mənzilə dair pay haqqının ödənilməsi və borcun olmaması barədə) verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiasından cavabdeh tərəf kimi “Şakir” MTK məlumatlı olmuş, həmçinin MTK-nın nümayəndəsi-vəkili 13.11.2025-ci il tarixdə keçirilmiş məhkəmə hazırlıq iclasında iştirak etmişdir, lakin “mənzilin boşaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsinin verilməsi üçün konkret olaraq hansı əsasların məhz digər məhkəmədən iş materiallarının daxil olmasından sonra yaranmasını̈əsaslandıräbilməmişdir. Göründüyü kimi cavabdeh həmin materiallar gələnə qədər onun qarşılıqlı iddia qaldırmaq üçün hüquqi və ya faktiki əsaslarının olmamasını sübut etməli olsa da, şikayətində bununla bağlı konkret faktlara istinad edilməmişdir, həmçinin iş materialları ilə həmin hallar müəyyən edilməmişdir. Belə olan halda Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq belə qənaətə gəlmişdir ki, qarşılıqlı iddia ərizəsi qanunvericiliklə nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir, eləcə də qarşılıqlı iddia ərizəsinin verilməsi üçün əsasların sonradan əmələ gəldiyinə və ya qarşılıqlı iddianın 20 gün müddətində təqdim edilməsinin cavabdehdən asılı olmayan səbəblərə görə mümkün olmadığına dair hər hansı sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı̈dəyişdirmədən̈saxlayıb̈şikayətïtəmin̈etməsin. Beləliklə Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan respublikası MPM-nin 263-264, 397-398, 400, 402ci maddələrinïrəhbər̈tutaraq, Məhkəmə̈Kollegiyası QƏRARA ALDI: Cavabdeh “Şakir”̈MTK tərəfindən̈verilmiş̈şikayəẗtəmin̈edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29.01.2026-cı il tarixli, e-2(005)-3958/2025 saylı̈qərardadı̈dəyişdirilmədən̈saxlanılsın. Qərardad̈qəbul̈edildiyi andan qüvvəyə̈minir. Qərardaddan̈şikayəẗverilə̈bilməz.
Məhkəmə qərarları › İş №2(3-6)-1177/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1177/2026
01.04.2026 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver