Məhkəmə qərarları › İş №2(3-6)-1178/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1178/2026

20.05.2026 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1178/2026 20.05.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı QƏTNAMƏ İş № *(3-6)-1178/2026 (Açar sözlər: əmrin ləğvi, iddiaçının işə bərpası, məcburi iş buraxma dövrü üçün hesablanan aylıq əmək haqqının ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Babayev Fuad Fikrət oğlu (məruzəçi), X4 və X2 ibarət tərkibdə, Şirinova Gülyar Elman qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili vəkil1 Asəf oğlunun iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmrin ləğvi, işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə ## ### 2026-cı il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmrin ləğvi, işə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbini belə əsaslandırmışdır ki, o, ##.##.2018-ci il tarixdə *K saylı əmrlə cavabdeh təşkilatda baş məsləhətçi vəzifəsinə təyin olunmuşdur. Aralarında bağlanmış əmək müqaviləsi Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq müddətsiz bağlanmışdır. 2024-cü ilin iyul ayında rəhbərlik dəyişdikdən sonra ona bildirmişlər ki, onun ştatı ixtisara düşür və o, tutduğu vəzifədən aşağı olan aparıcı məsləhətçi ştatına keçmək, həmçinin müqaviləni dəyişib müddətli əmək müqaviləsi bağlamaq məcburiyyətindədir. Bununla bağlı rəhbərlik tərəfindən ona ərizə yazdırılmış, heç bir səbəb olmadan ##.##.2024-cü il tarixdə o, tutduğu vəzifədən daha aşağı ştata keçirilərək müddətsiz əmək müqaviləsi ləğv olunmuş və cavabdeh təşkilatla müddətli əmək müqaviləsi bağlamaq məcburiyyətində qalmışdır. Onun əmək müqaviləsi dəyişdirildikdən sonra məlum olmuşdur ki, əvvəl tutduğu baş məsləhətçi ştatı ləğv olunmamış, sadəcə şöbələrin adı süni şəkildə dəyişdirilmişdir. Yəni əsaslı struktur dəyişikliklər baş verməmişdir. Fondda aparılmış süni ad dəyişiklərinin onun fəaliyyət istiqamətində heç bir aidiyyatı olmamışdır. Faktiki olaraq həmin şöbənin və ştatların fəaliyyəti eyni istiqamətdə davam etmişdir. Cavabdeh təşkilat qanunsuz olaraq ləğv etdiyi müddətsiz əmək müqaviləsindən sonra aralarında bağlanmış müddətli əmək müqaviləsini heç bir əsaslı səbəb olmadan uzatmamaq qərarına gələrək onu işdən uzaqlaşdırmışlar. Beləliklə o, ##.##.2025-ci il tarixdə tutduğu vəzifədən azad edilmişdir. 2018-ci ildən 2025-ci ilə kimi o, cavabdeh təşkilatda işlədiyi dövr ərzində heç bir əmək pozuntusuna yol verməyərək qüsursuz fəaliyyət göstərmişdir. Hesab edir ki, cavabdeh təşkilatın onu bu şəkildə işdən uzaqlaşdırması tamamilə qanunsuz və əsassızdır. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, müəssisə ləğv edilməmiş, işçilərin sayı və ya ştatları ixtisar edilməmiş, peşəkarlıq səviyyəsinin, ixtisasının, peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilməmiş, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozulmamış, sınaq müddəti ərzində işçi özünü doğrultmama halları olmamış, dövlət büdcəsindən maliyyələşən işçisi çalışmanın yaş həddi tamam olmamışdır. İşəgötürən tərəfində əmək müqaviləsinin ləğv edilməsi üçün imperativ olan əsasların heç biri baş vermədiyi halda onunla bağlanmış müddətli əmək müqaviləsinə xitam verilmişdir. Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən tələblərin heç biri mövcud olmadığı halda cavabdeh təşkilat onunla müddətli əmək müqaviləsi bağlamışdır. Göründüyü kimi yeni rəhbərlik qərəzli şəkildə onun cavabdeh təşkilatda işləməyinə qarşı olmuşdur, bütün üsul və vasitələrdən istifadə edərək onun işdən kənarlaşdırılmasına nail olmuşdur. Cavabdeh təşkilat etdiyi əmələ mümkün qədər qanuni don geyindirməyə çalışsa da, həqiqət ondan ibarətdir ki, heç bir səbəb olmadan məqsəd onu işdən uzaqlaşdırmaq olmuşdur. Aydın məsələdir ki, heç bir işçi könüllü olaraq müddətsiz əmək müqaviləsinin ləğv olunaraq müddətli əmək müqaviləsinin bağlanmasına və tutduğu vəzifədən aşağı vəzifəyə keçirilməsi arzusunda ola bilməz. Ailədə yeganə işləyən şəxs o, olduğundan, iki azyazlı övladı olması səbəbindən və işsiz yaşamağın mümkünsüz olduğunu nəzərə alaraq qarşısında qoyulan tələbləri və onun işdən uzaqlaşdırılmayacağına dair rəhbərlik tərəfindən verilən vədləri nəzərə alaraq məcburi şəkildə müddətli əmək müqaviləsi bağlamağa razılaşmışdır. Lakin bu gün o, cavabdehin qanunsuz əmri ilə işdən kənarlaşdırılmışdır və işsizlikdən əziyyət çəkir. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdeh Cavabdeh tərəfindən onun əmək müqaviləsinə xitam verilməsi barədə ##.##.2025-ci il tarixli, *-**-*/*-*-***/**** saylı əmrin ləğv olunması, Cavabdeh Təbliğat və ləyihələrin idarə olunması şöbəsinə aparıcı məsləhətçi vəzifəsinə bərpa olunması və məcburi işburaxmaya görə əmək müqaviləsinə xitam verildiyi gündən işə bərpa olunması günə kimi əmək haqqının hesablanaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə (hakim Şahin Abdullayev) iddia ərizəsi təmin edilməmişdir.

4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 25 və 35-ci maddələrinə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 42, 45.1, 47-ci maddənin “f” bəndi, 68-ci maddəsinin “b” bəndi, 73.1, 73.2-ci maddələrinə, “Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 4.1, 14.2, 77.1, 80, 81, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

5. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Apellyasiya şikayəti iddia ərizəsinihn dəlillərinə uyğun əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli vəziyyəti, təqdim olunan sübutları düzgün qiymətləndirməmiş və işin hallarını araşdırmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. Apellyasiya şikayətinə qarşı cavabdeh tərəfindən etiraz verilərək qeyd olunmuşdur ki, İddiaçı iddia ərizəsində göstərdikləri həqiqəti əks etdirmir. Onun əvvəl tutduğu baş məsləhətçi vəzifəsi ixtisar olduğuna görə ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "b" bəndinə əsasən ştatı ləğv ediləcəyi bildirilmiş və ona həmin Məcəllənin 77-ci maddəsinin tələblərinə əsasən on ildən çox əmək stajı olduğuna görə azı doqquz təqvim həftəsi əvvəldən xəbərdarlıq edilməsi, eyni zamanda xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması və əmək müqaviləsi ləğv ediləcəyi təqdirdə orta aylıq əmək haqqının azı iki misli miqdarında işdənçıxarma müavinəti ödəniləcəyi nəzərinə çatdırılmışdır. Bunula yanaşı iddiaçı İddiaçı 1 il müddətinə əmək müqaviləsi bağlayaraq aparıcı məsləhətçi ştatına keçməsinin mümkünlüyü də təklif edilmişdir. İddiaçı İddiaçı baş məsləhətçi vəzifəsi ixtisar olunduğunu nəzərə alaraq, təklifə razılaşaraq aparıcı məsləhətçi ştatına keçməsinə etiraz etməyərək yeni əmək müqaviləsi bağlamışdır. Onunla bağlanan əmək müqaviləsinin müddətinin qurtarmasına görə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən Fondun 06 noyabr əmri ilə tutduğu vəzifədən azad olunmuşdur. Əmək Məcəlləsində göstərilmişdir ki, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. Göründüyü kimi əmr qanunvericiliyin tələblərinə uyğun verilmişdir və ləğvi üçün hər hansı bir əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində göstərilmişdir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

c) Proses iştirakçılarının izahatı

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili vəkil1 Asəf oğlu apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir.

9. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

10. İşin halları, eləcə də şikayətə işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmasının mümkünlüyü nəzərə alınaraq məhkəmə kollegiyası tərəfindən Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə gəlməyən tərəfin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası

11. Maddə 35, IV hissə. Əmək müqaviləsi sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

Azərbaycan Respublikası Əmək Məcəlləsi

12. Maddə 42.1. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

13. Maddə 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.

14. Maddə 45.4. Əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

15. Maddə 47, “f” bəndi. Tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər.

16. Maddə 68.2, “b” bəndi. Əmək müqaviləsinin müddətinin qurtarması ona xitam verilməsinin əsaslarından biridir.

17. Maddə 73.1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.

18. Maddə 300. 1-ci hissə. Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

22. Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

23. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

26. Hazırki iş üzrə apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin və əsaslılığının tam yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

28. Birinci instansiya məhkəməsinin qətnaməsi maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmir.

29. Belə ki, işin müəyyən olunmuş hallarına əsasən, iddiaçı İddiaçı ##.##.2018-ci il tarixdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Cavabdeh X5 şöbəsinə baş məsləhətçi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən qəbul edilmiş ##.##.2024-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin tabeliyində Cavabdeh aparatının struktur və ştat cədvəlinin təsdiq edilməsi nəzərdə tutulmuşdur. ##.##.2024-cü il tarixdə işəgötürən tərəfindən iddiaçıya “Ştatların ixtisar edilməsi barədə xəbərdarlıq” təqdim edilərək, Cavabdeh aparılan struktur dəyişikliyi ilə əlaqədar olaraq İddiaçı gələcəkdə gözləyən işdən azad edilmə barədə xəbərdar edilmişdir. Cavabdeh ##.##.2024-cü il tarixli əmrinə əsasən Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Cavabdeh X5 şöbəsinin baş məsləhətçisi İddiaçı struktur dəyişikliyi ilə əlaqədar ilkin mərhələdə 3 aylıq əmək müqaviləsi bağlanılmaqla ##.##.2024-cü il tarixdən Təbliğat və layihələrin idarə olunması şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə keçirilmişdir. Tərəflər arasında bağlanılmış əmək müqaviləsinə edilmiş dəyişikliyə əsasən Azərbaycan Respublikası ƏM-nin 47-ci maddəsinin “f” bəndinə əsasən ##.##.2018-ci il tarixli əmək müqaviləsi 7 il 5 ay 23 gün, yəni ##.##.2025-ci il tarixədək bağlanılmışdır. Cavabdeh 3- 32-2/3-1- ***/**** nömrəli, ##.##.2025-ci il tarixli əmri ilə Cavabdeh Təbliğat və layihələrin idarə olunması şöbəsinin aparıcı məsləhətçisi İddiaçı ilə bağlanmış ##.##.2018-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən müqaviləsinə müddətinin bitməsi ilə əlaqədar onunla bağlanmış əmək müqaviləsinə ##.##.2025-ci il tarixdən xitam verilmişdir.

30. Hazırda iddiaçı müddətsiz əmək müqaviləsinin formal olaraq müddətli ilə əvəz edilməsi və sonradan bu müddətin bitməsi ilə işdən azad olunması barədə əmrin əsassız olduğunu bildirir, cavabdeh isə hər hansı pozuntunun mövcud olmadığını qeyd edərək iddia tələbini qəbul etmir.

31. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən belə qənaətə gəlmişdir ki, müddətli əmək müqaviləsinin bağlanması tərəflərin razılığı ilə baş tutmuşdur və mübahisələndirilən əmrdə İddiaçı əmək müqaviləsinə xitam verilməsinə onun müddətinin qurtarmasının səbəb olması göstərilmişdir. Buna görə də cavabdehin əməlində hər hansı pozuntu mövcud deyil. Lakin kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır.

32. Belə ki, cavabdeh iddiaçı ilə bağladığı ##.##.2024-cü il tarixli əmək müqaviləsinin 3 aylıq müddətə bağlandığını bildirmiş və bunun tərəflər arasındakı razılıqdan irəli gəlməsi ilə əsaslandırmışdır. Halbuki Əmək Məcəlləsinin 45.4-cü maddəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.

33. Həmin Məcəllənin 47-ci maddəsinə əsasən aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər: a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş yeri və vəzifəsi saxlanılmaqla qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda müəyyən səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi tərəfindən icrasının zəruriyyəti olduqda; b) təbii və iqlim şəraitinə və ya işin xüsusiyyətinə görə il boyu görülə bilməyən mövsümü işlərin yerinə yetirilməsi zamanı; c) işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda; ç) müvafiq vəzifə (peşə) üzrə əmək funksiyasının mürəkkəbliyi, məsuliyyətliliyi baxımından işçinin əmək və peşə vərdişlərinin mənimsənilməsi, yüksək peşəkarlıq səviyyəsinin əldə edilməsi tələb olunan (stajkeçmə, rezidentura dövrləri) hallarda; d) işçinin şəxsi, ailə-məişət vəziyyəti ilə bağlı olan, o cümlədən işləməklə yanaşı təhsil aldığı, müəyyən səbəbdən müvafiq yaşayış məntəqəsində müvəqqəti yaşadığı, pensiya yaşına çatdıqda işləmək istəyi olduğu hallarda; e) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) göndərişi ilə haqqı ödənilən ictimai işlər görülərkən; ə) bu Məcəllənin 6-cı maddəsinin «c» bəndində göstərilən orqanlar istisna olmaqla seçkili orqanlarda (təşkilatlarda, birliklərdə) seçkili vəzifələrə seçilərkən; f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə; g) bu Məcəllənin 46cı maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş qaydada işçilərlə briqada, işçi qrupu halında kollektiv əmək müqaviləsi bağlandıqda; ğ) qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda.

34. Qəbul etdiyi əmrin qanuni və əsaslı olmasını sübut etmək vəzifəsi daşıyan işəgötürənin nümayəndəsi tərəflər arasında qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsinin bağlamasını bildirsə də, bu halı məhkəmə araşdırması zamanı sübuta yetirə bilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanan əmək müqaviləsində hansı səbəbdən müqavilənin müddətli bağlamasına dair hər hansı bir şərt göstərilməmişdir. Əksinə, əmək müqaviləsindən və məhkəmə tədqiqatı zamanı izahatlardan müəyyən olunmuşdur ki, işçinin əvvəlki işində olan əmək funksiyaları ilə cari işi arasında heç bir fərq mövcud olmamış, işçinin hazırki əmək funksiyalarına da müəyyən müddətə deyil, icrası müddətsiz xarakter daşıyan işlər daxil edilmişdir. Bu da yeni müqavilənin əvvəlki müddətsiz əmək müqaviləsinin məntiqi davamı olması anlamına gəlir.

35. Bundan başqa, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin f) bəndinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müddətli bağlanmasına yol verilir. Lakin tərəflər arasında bağlanan əmək müqaviləsindən bu prinsipə əməl edilməsi, yəni uzun müddət (5 ildən artıq) müddətsiz əmək müqaviləsinə əsasən işləyən işiçinin işlədiyi müəssisə ləğv edildikdən sonra hansı səbəbdən daimi xarakter daşıyan işlərə görə müddətli əmək müqaviləsi bağlamağa razı olması müəyyən olunmur.

36. Kollegiya hesab edir ki, müddətsiz əmək müqaviləsi üzrə işləyən işçinin struktur dəyişikliyi nəticəsində yeni yaradılan qurumda 3 aylıq müddətlə işə götürülməsi Əmək Məcəlləsinin prinsipləri və şərtləri ilə uzlaşmır. Belə ki, həmin Məcəllənin 56-cı maddəsinin 1- 2-ci hissələrinə görə, istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. İşəgötürən əmək şəraitinin şərtlərini (bu Məcəllənin 55-ci maddəsində nəzərdə tutulan şərtlərdən başqa) dəyişdirməzdən azı bir ay əvvəl işçini yazılı məlumatı və ya əmri (sərəncamı) ilə xəbərdar etməlidir. Əgər işçi yeni əmək şəraiti ilə işi davam etdirməyə razılıq vermirsə, onda o, başqa vəzifəyə keçirilməli, bu mümkün olmadıqda isə əmək müqaviləsinə bu Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

37. Göstərilən normanın şərtləri gerçəkləşdiyi halda əmək münasibətlərinin bu qaydada tənzimlənməsi əvəzinə müddətsiz əmək müqaviləsi ilə çalışan işçinin işdən azad edilməklə (öz xahişi əsasında olsa belə) onunla qısa müddətli əmək müqaviləsi əsasında eyni (yaxud oxşar) işə götürülməsi ƏM-nin 47-ci maddəsinin “f” bəndinin tələblərinə uyğun hesab edilə bilməz.

38. Məlum olduğu kimi, əmək münasibətlərində zəif tərəf olan işçinin hüquqlarının daha etibarlı şəkildə qorunması üçün əmək qanunvericiliyində bir sıra təminatlar nəzərdə tutulmuşdur. Bunlardan biri də işçinin adətən daha təşkilatlanmış və geniş imkanlara malik olan işəgötürənin qeyri-mütənasib təsir və ya təziyindən qorunması üçün müddətli əmək müqaviləsinin tərəflərin razılığı əsasında bağlanması zamanı hüquq bərabərliyi prinsipinə riayət olunmasıdır. ƏM-nin 47-ci maddəsinin “f” bəndi tərəflərin qarşılıqlı razılığı ilə əmək müqaviləsinin müəyyən müddətə bağlanması üçün hüquq bərabərliyi prinsipinə əməl edilməsi” şərtini nəzərdə tutur. İşçinin uzun illər ərzində müddətsiz müqavilə əsasında işlədiyi, bir qayda olaraq özünün və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyi olan işdən ağlabatan səbəb olmadan çıxması və dərhal qısa müddətli əmək müqaviləsi bağlamasının (başqa sözlə həmin müddətin bitməsi ilə özünün işdən azad olunmasına imkan yaratmasının) şəxsin öz iradəsi əsasında atılmış addım kimi qiymətləndirilməsi çətindir. İşçinin bu cür (bir qayda olaraq öz xeyrinə olmayan) dəyişikliyə getməsi, ağlabatan bir səbəblə izah olunmadıqda, belə razılaşmaların işəgötürənin təzyiqi altında bağlanması daha inandırıcı görünür.

39. Məhkəmə kollegiyası həmçinin nəzərə alır ki, mülki dövriyyə iştirakçıları arasında mövcud olan bir sıra digər münasibətlərdən fərqli olaraq əmək hüquq münasibətləri üçün tərəflər arasında tabeçilik, işəgötürənin işçiyə nisbətən daha güclü tərəf kimi çıxış etməsi xarakterikdir. İşçi ilə əmək müqaviləsinə xitam verilməsinin qanunvericiliyin tələblərinə ciddi riayət olunmaqla həyata keçirilməsi, belə rəsmiləşdirmənin mötəbərliyini şübhə altına almamaq üçün qabaqlayıcı tədbirlərin görülməsini təmin etmək vəzifəsi işəgötürənin üzərinə düşür.

40. Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” ## #### 2011-ci il tarixli qərarında ifadə olunmuş belə bir hüquqi mövqeyi diqqətəlayiqdir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur.

41. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işdən azad edilməsi zamanı həyata keçirilmiş sənədləşmənin nəticələrindən irəli gələn anlaşılmazlıq və ziddiyyətlər də işçinin xeyrinə həll olunmalıdır.

42. Beləliklə, məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, əvvəlki işə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair əsaslı olan tələblərini təmin etməməkdə haqlı olmamış, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Buna görə də apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməlidir.

43. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə ## ###### 2011-ci il tarixli Qərarı).

44. Məhkəmə kollegiyası onu da vurğulamağı zəruri hesab edir ki, Mülki Prosessual Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür.

46. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

47. Azərbaycan Respublikası MPM-nın 385.1.1-ci və 385.1.4-cü maddələrinə əsasən, maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi və qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddia tələbi təmin olunsun. İddiaçı İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında Cavabdeh ##.##.2025-ci il tarixli, *-**-*/*-*-***/**** saylı əmri ləğv edilsin, İddiaçı Cavabdeh Təbliğat və layihələrin idarə olunması şöbəsinin aparıcı məsləhətçisi vəzifəsinə bərpa edilsin. ##.##.2025-ci il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Fuad Babayev Hakimlər: Cəmilə Musayeva Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar