Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1192/2026 03.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı X1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “müqaviləyə dəyişiklik edilməsi” tələbi barədə iddia ərizəsi Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** saylı qərardadından Əli Bahadur Oktay oğlu tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X1 cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “müqaviləyə dəyişikliklər edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” **** saylı, ##.##.2018-ci il tarixli Müqavilənin-əvvəlində göstərilən, “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegıyasının ##.##.2014cü il tarixli, 2(102)-4357\**** saylı Qərarı” sözündən sonra, “Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin K-*** saylı, ##.##.1998-ci il tarixli məktubu; “Torpaq sahəsinin icarəyə verilməsi haqqında” **** saylı, ##.##.2010-cu il tarixli Müqaviləyə xitam verildiyindən, faktiki istifadə olunan torpaq sahəsi mövcud istifadə vəziyyətdə memar İ.Ağayev tərəfindən tərtib olunan plan-sxemə; Azərbaycan Respublikasının * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-4108\**** saylı, ##.##.2013-cü il tarixli Qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 2-1inz(103)-249\**** saylı, ##.##.2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının 2- 2(102)-452\**** saylı, ##.##.2014-cü il tarixli Qərarı”- sözlərinin əlavə edilməklə; 1.1-ci bəndində göstərilən, “911 (doqquz yüz on bir)” sozünün “871 (səkkiz yüz yetmiş bir)” sözü ilə; 7.4-cü bəndində göstərilən- “537 (beş yüz otuz yeddi) manat 49 qəpik” sozünün “513 (beş yüz on üç) manat 89 qəpik” sözünə- dəyişdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" **** saylı, ##.##.2018-ci il tarixli Müqavilənin əvvəlində göstərilən, "Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2014-cü il tarixli, 2(102)- 4357\**** saylı Qərarı" sözündən sonra, "Bakı şəhər Nizami rayon İcra Hakimiyyətinin K-*** saylı, ##.##.1998-ci il tarixli məktubu; "Torpaq sahəsinin icarəyə verilməsi haqqında" **** saylı, ##.##.2010-cu il tarixli Müqaviləyə xitam verildiyindən, faktiki istifadə olunan torpaq sahəsi mövcud istifadə vəziyyətdə “xxxx" MMC tərəfindən tərtib olunan geodeziya işarələrinə"- Azərbaycan Respublikasının * saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2inz(81)-4108\**** saylı, ##.##.2013-cü il tarixli Qərarı, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi KoIlegiyasının 2-1inz (103)-249\**** saylı, ##.##.2014-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi Kollegiyasının 2- 2(102)-452\**** saylı, ##.##.2014-cü il tarixli Qərarı” sözləri əlavə edilmiş, müqavilənin 1.1-ci bəndində göstərilən, "911 (doqquz yüz on bir)" sözü "871 (səkkiz yüz yetmiş bir)" sözü ilə; 7.4-cü bəndində göstərilən "537 (beş yüz otuz yeddi) manat 49 qəpik" sözü "513 (beş yüz on uç) manat 89 qəpik" sözü ilə dəyişdirilmişdir. Əli Bahadur Oktay oğlu ərizə ilə məhkəməyə müraciət edərək qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunduğundan maraqlı şəxs kimi işə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, 2(009)- ****/**** saylı qərardadı ilə iddiaçı X1 – cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə qarşı “müqaviləyə dəyişikliklər edilməsi” tələbinə dair mülki iş üzrə Əli Bahadur Oktay oğlu maraqlarına toxunan şəxs kimi tanınması qərara alınmışdır. İddiaçı X1 şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ##.##.2025-ci il tarixli qərardadının ləğv olunması və Əli Bahadur Oktay oğlunun ərizəsinin təmin edilməməsi, hazırkı şikayət təmin edilmədiyi, baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyi halda, AR MPM-nin 397.2-ci maddəsinə əsasən, şikayət üzrə işə məhkəmə iclasında baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayətin təmin edilməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, *(***)-****/**** saylı qərardadının ləğv edilməsi, ərizənin təmin edilməməsi qərara alınmışdır. Əli Bahadur Oktay oğlu şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadının ləğv edilməsi və onun *(***)-****/**** saylı mülki iş üzrə maraqlarına toxunan şəxs qismində tanınmağı barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qeyd edildiyi kimi “xxxx” MMC-nin hazırladığı “Geodeziya işləri” adlı sənəddə birbaşa olaraq iddiaçının icarəsinə verilmiş torpaq sahəsi ilə onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin 40 kv.m. hissədə üst-üstə düşməsi faktı təsdiq edildiyindən həmin mülki iş üzrə irəli sürülmüş iddianın onun mülkiyyət hüquqlarıma toxunması hər hansı şübhəyə və ya mübahisəyə səbəb ola bilməz. Məhz bu səbəbdən o irəli sürülmüş iddia çərçivəsində maraqlarına toxunan toxunan şəxs qismində tanınmalı və Mülki Məcəllənin 157-ci maddəsində təsbit edilmiş hüquqlarından istifadə edərək mülkiyyət hüquqlarını müdafiə etməsinə imkan yaradılmalıdır. Lakin Bakı şəhəri Səbail Rayon Məhkəməsi onu maraqlarına toxunan şəxs qismində tanımamaqla onu bu hüquqdan məhrum edib. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə Kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Ali Məhkəmənin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qərarından görünür ki, iddiaçı Əli Bahadur Oktay oğlunun cavabdehlər X1 və Bakı şəhər İcra Hakimiyyətinə qarşı “icarə müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ### 2022-ci il tarixli 2(007)- ***/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin X1 icarəsinə verilməsinə dair Bakı şəhəri İcra Hakimiyyəti ilə X1 qanuni nümayəndəsi X3 (Əli qızı) arasında bağlanmış ##.##.2018ci il tarixli, **** nömrəli icarə müqaviləsinin etibarsız hesab edilməsi və X1 həmin torpaq sahəsindən çıxarılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-**/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətlərinin təmin edilməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli, ## ### 2022-ci il tarixli qətnaməsinin ləğv edilməsi, “icarə müqaviləsinin etibarsız hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbi”nə dair iddianın rədd edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 manat məbləğində pul vəsaitinin iddiaçı Əli Bahadur Oktay oğlundan tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməsi, mütəxəssis rəyinin verilməsi ilə əlaqədar cavabdeh X1 tərəfindən ödənilmiş 95 manat məbləğində pul vəsaitinin iddiaçı Əli Bahadur Oktay oğlundan tutularaq cavabdeh X1 ödənilməsi qət edilmişdir Ali Məhkəmənin ##.##.2024-cü il tarixli *(***)-****/**** saylı qərarından görünür ki, iddiaçı Əli Bahadur Oktay oğlunun kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının *(***)-**/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın qərara alınmışdır. Həmin qərardan görünür ki, “apellyasiya instansiyası məhkəməsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin mütəxəssis rəyi, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin ##.##.2024-cü il tarixli ekspert rəyi və məhkəmə tərəfindən mübahisəli sahə yerində müayinə edilməklə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən Bakı şəhər İcra Hakimiyyəti ilə X1 arasında bağlanmış ##.##.2018-ci il tarixli torpaq icarə müqaviləsinə əsasən icarəyə verilmiş ünvan 2 ünvanında yerləşən torpaq sahəsinin hər hansı hissəsi iddiaçının mülkiyyətində olan Bakı şəhəri, Çobanzadə küçəsi, 45a, 8-ci km qəsəbəsində yerləşən 1549,1 kv.metr torpaq sahəsi ilə üst-üstə düşmür və cavabdehlər tərəfindən iddiaçının torpaq sahəsinə hər hansı müdaxilə yoxdur. Mülki qanunvericiliyə əsasən üçüncü şəxslər tərəfindən tərəf olmadığı müqavilələrin etibarlılıq şərtlərinin mübahisələndirilməsinə o halda yol verilir ki, həmin müqavilənin bağlanması nəticəsində onun hüquq və mənafeləri pozulmuş olsun. Məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır ki, Bakı şəhər İcra Hakimiyyəti ilə X1 arasında bağlanmış ##.##.2018-ci il tarixli torpaq icarə müqaviləsinin iddiaçının hüquq və mənafelərinə toxunduğu məhkəmə araşdırması zamanı təsdiq edilmədiyindən iddiaçının həmin müqaviləni mübahisələndirməyə subyektiv hüququ yoxdur”. Məhkəmə kollegiyası, Bakı şəhər İcra Hakimiyyəti ilə X1 arasında bağlanmış ##.##.2018-ci il tarixli torpaq icarə müqaviləsinin iddiaçının hüquq və mənafelərinə toxunduğu məhkəmə araşdırması zamanı təsdiq edilmədiyindən Əli Bahadur Oktay oğlunun həmin müqaviləni mübahisələndirməyə subyektiv hüququnun olmamasının müəyyən edilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğunu nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə qəbul edilmiş Bakı şəhəri Səbail Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2022-ci il tarixli qətnamə Əli Bahadur Oktay oğlunun maraqlarına toxunmur. Beləliklə, Məhkəmə Kollegiyası hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməyərək birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 263 və 264-cü maddələrini rəhbər tutaraq Məhkəmə Kollegiyası QƏRARA ALDI: Şikayət təmin edilməsin. Bakı şəhəri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №2(3-6)-1192/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1192/2026
03.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver