Məhkəmə qərarları › İş №2(3-6)-1208/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1208/2026

03.07.2026 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1208/2026 03.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1; iddiaçı cavabdeh2 cavabdehlər İddiaçı, cavabdeh4, cavabdeh3 ASC, Bakı şəhəri ** saylı Notariat ofisi və Bakı şəhəri ** saylı notariat ofisinə qarşı mülki iş üzrə (Açar sözlər: mənzilə istifadə hüququna xitam verilməsi; alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi) hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, məhkəmə iclas katibi İsmayılova Ayşən Səaddin qızının iştirakı ilə, iddiaçı (birləşdirilmiş mülki iş üzrə cavabdeh) İddiaçı cavabdeh (birləşdirilmiş mülki iş üzrə iddiaçı) cavabdeh2 və cavabdeh cavabdeh1 qarşı “mənzilə istifadə hüququna xitam verilməsi” tələbinə dair ilkin mülki iş; birləşdirilmiş mülki iş üzrə iddiaçı (cavabdeh) cavabdeh2 birləşdirilmiş mülki iş üzrə cavabdeh (iddiaçı) İddiaçı və cavabdehlər cavabdeh4, cavabdeh3 ASC, Bakı şəhəri ** saylı Notariat ofisi və Bakı şəhəri ** saylı notariat ofisinə qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair birləşdirilmiş mülki iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı (birləşdirilmiş mülki iş üzrə cavabdeh) İddiaçı və cavabdehlər cavabdeh4 və cavabdeh3 ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinə baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ƏMDK-nin yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsi tərəfindən ##.##.2019-cu il tarixdə Qarayev Zöhrab Qəzənfər oğluna verilmiş reyestr ************-*****-****** nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 57.4 kv/m olan mənzili tam mülkiyyət üzrə tam mülkiyyət hüququ üzrə ona məxsusdur.

2. Qarayev Zöhrab Qəzənfər oğlu ilə cavabdeh4 arasında bağlanılmış ##.##.2023-cü il tarixli AN-İ seriyalı, ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı Qarayev Zöhrab Qəzənfər oğlu ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 57.4 kv/m olan mənzili tam mülkiyyət üzrə alıcının cavabdeh4 mülkiyyəyinə verməyi öhdəsinə götürmüşdür.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ şəxsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların X17 daşınmaz əmlakın Dövlət reyestri”ndən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.40 kv.m olan mənzil ##.##.2023-cü il tarixində cavabdeh4 adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır.

4. Satıcı cavabdeh4, ipoteka saxlayan “xxxx” ASC və alıcı (ipoteka qoyan)-borcalan İddiaçı arasında bağlanmış ##.##.2023-cü il tarixli ******-NEDVIJ-**** saylı “alqı-satqı və ipoteka müqaviləsi”nin notarial qaydada tədiq edilmiş surətindən görünür ki, satıcı ünvan 7 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDKY DƏDRX hüquqların X17 Daşınmaz Əmlak tərəfindən ## #### 2023-cü il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi 009011002293-05101-093015 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı-ipoteka qoyanın mülkiyyətinə verir. Daşınmaz əmlakın növü mənzil, ümumi sahəsi 57.40, yaşayış sahəsi 39.6, otaqların sayı 2-dir. Daşınmaz əmlakın satış qiyməti 95000 manatdır, daşınmaz əmlakın dəyərinin 150000 manat məbləğində olan hissəsi alıcı-ipoteka qoyanın özü tərəfindən, 80000 manat məbləğində olan hissəsi kreditor-ipoteka saxlayan tərəfindən kreditor-ipoteka saxlayan və alıcı- ipoteka qoyan-borcalan arasında Bakı şəhərində bağlanmış ## #### 2023-cü il tarixli 372175-1- ***** nömrəli kredit müqaviləsinə əsasən alıcı-ipoteka qoyana verilmiş kredit vəsaiti hesabına ödənilir.

5. Suleimanov Sakhıl, İddiaçı və cavabdeh3 ASC arasında bağlanmış “## #### 2023-cü il tarixli ******-NEDVIJ-**** saylı “alqı-satqı və ipoteka müqaviləsinə” əlavə dəyişikliklər edilməsi barədə” ##.##.2023-cü il tarixli ** saylı əlavə razılaşmadan görünür ki, tərəflər razılığa gəlmişlər ki, kredit müqaviləsi və Azərbaycan Respublikası Prezidentinin 2016-cı il ## #### tarixli *** nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının İpoteka və Kredit zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası”na uyğun oləraq, Kredit müqaviləsinə əlavə və dəyişikliklər edilməsi barədə ## #### 2023-cü il tarixli, ** saylı Əlavə Razılaşmanın 2-ci bəndində nəzərdə tutulmuş hallarda ipoteka krediti üzrə tələb hüququ müvəkkil bank, yəni Kreditor-ipoteka Saxlayan tərəfindən geri alındığı andan 'Kredit müqaviləsi'nin 1.1-ci bəndi və “Müqavilə’nin 1.6.3-cü bəndi üzrə kredit üzrə illik faiz dərəcəsi 14 (on dörd faiz) % müəyyən ediləcəkdir. Bu razılaşmanın tam və hər hansı hissəsinin etibarsızlığı müqavilənin etibarsızlığına səbəb olmur.

6. Kreditor cavabdeh3 ASC ilə İddiaçı arasında bağlanmış ## #### 2023-cü il tarixli, ******-*-***** saylı kredit müqaviləsindən görünür ki, kreditor bu müqavilənin şərtlərinə uyğun olaraq Borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə, faizlər ödənilmək və təminatlılıq əsasında 80000 manat məbləğində illik 8 faiz dərəcəsi ilə 300 ay müddətinə ipoteka krediti verməyi, borcalan kredit üzrə əsas borcun və hesablanmış faizlərin ödənilməsini bu müqavilədə göstərilmiş qaydada həyata keçirməyi öhdəsinə götürmüşdür. Kredit borcalana Bakı şəhəri, Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383/2387 məhəlləsi, ev 154, mənzil 1 ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDKY DƏDRX hüquqların X17 Daşınmaz Əmlak tərəfindən ## #### 2023-cü tarixində verilmiş qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi 009011002293-05101-093015 olan daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən müəyyən edilən daşınmaz əmlakın alınmasına verilir.

7. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüququ şəxsi tərəfindən verilmiş ##.##.2023-cü il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların X17 daşınmaz əmlakın Dövlət reyestri”ndən Çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 57.40 kv.m olan mənzil ##.##.2023-cü il tarixində İddiaçı adına xüsusi mülkiyyət hüququ ilə qeydə alınmışdır.

8. III-ЖГ seriyalı, ****** nömrəli “nikah haqqında şəhadətnamə”-nin surətindən görünür ki, Qarayev Zöhrab Qəzənfər oğlu ilə X7 arasında Bərdə rayonu Nazirli kənd sovetində ##.##.1984-cü il tarixdə nikah bağlanmış və bu barədə akt qeydləri kitabında 08 nömrə ilə qeyd edilmişdir, ərə Qarayev, arvada Qarayeva soyadı verilmişdir.

9. AZ-II seriyalı, ****** nömrəli “ölüm haqqında şəhadətnamə”-nin surətindən görünür ki, Qarayev Zöhrab Qəzənfər oğlu ##.##.2024-cü il tarixdə dəqiqləşdirilməmiş ürək dayanması səbəbindən ölmüş və bu barədə akt qeydləri kitabında 510 nömrə ilə qeyd edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı (birləşdirilmiş mülki iş üzrə cavabdeh) İddiaçı cavabdeh (birləşdirilmiş mülki iş üzrə iddiaçı) cavabdeh2 və cavabdehlər cavabdeh1 və cavabdeh1 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdehlər cavabdeh2, Qarayev Zöhrab Qəzənfər oğlu və cavabdeh1 mülkiyyətində olan ünvan 7 ünvanına istifadə hüquqlarına xitam verilməsi və onların əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmalarına dair qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddia onunla əsaslandırılmışdır ki, onun ünvan 7 üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onun adına ##.##.2023-cü il tarixdə qeydiyyat nömrəsi ********** olan çıxarış verilmişdir. Mənzilin ona satılması zamanı mənzilin keçmiş sahibi olmuş Sahil adlı şəxs ona bildirmişdir ki, bu mənzilin ondan qabaq da sakinləri olmuş şəxslər - cavabdehlər cavabdeh2, Qarayev Zöhrab Qəzənfər oğlu və cavabdeh1 mənzildə kirayədə yaşamaqla hər ay kirayə haqqı ödəyir, onlara bir il, yəni ## #### 2024-cü il tarixə kimi yaşamaq üçün möhlət verir, onlar ya kirayə haqqı ödəyər, yaxud da kirayə haqqının əvəzi olaraq bir il ərzində hər ay aylıq 700 ipoteka borcunu ödəyərlər. O, cavabdehlərdən cavabdeh1lə razılıq əldə etmiş və o ailə üzvləri ilə bu mənzildə yaşamaqda davam etmişdir. Lakin cavabdehlər verdiyi vədə əməl etməmiş və mənzili dedikləri vaxtda boşaldaraq ona təhvil verməmişlər, əksinə o, onlardan bu mənzili boşaltmalarını tələb etdikdə onlar barəsində bir sıra orqanlara şikayət etmiş, ona böhtan atmış və şərləmişlər. Cavabdehlər mənzilin əvvəlki sakinləri olsalar da, onlar mənzili Sahil adlı şəxsə alqı-satqı etmişlər. Sahil də aralarında bağlanmış alqı-satqı və ipoteka müqaviləsinə əsasən ona satmışdır. Həmin şəxslərin onunla hər hansı bir qohumluq əlaqəsi də yoxdur. Cavabdehlər mənzili satmaqla bu mənzilin dəyərini almış və bu səbəbdən də onların mənzilə istifadə hüquqlarına xitam verilməlidir. Bu şəxslərin mənzilində yaşamaqda davam etmələri onun mülkiyyət hüquqlarını pozur, nəticədə o, öz mənzilindən rahat şəkildə istifadə edə bilmir.

12. Birləşdirilmiş mülki iş üzrə iddiaçı (ilkin mülki iş üzrə cavabdeh) cavabdeh2 birləşdirilmiş mülki iş üzrə cavabdeh (ilkin mülki iş üzrə iddiaçı) İddiaçı və cavabdehlər cavabdeh4, cavabdeh3 ASC, Bakı şəhəri ** saylı Notariat ofisi və Bakı şəhəri ** saylı notariat ofisinə qarşı Bakı Şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Qarayev Zöhrab Qəzənfər oğlu ilə cavabdeh cavabdeh4 arasında Bakı şəhəri ** saylı Notariat Ofisində ##.##.2023-ci il tarixdə bağlanmış AN-İ ******* saylı, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 4 ünvanında yerləşən mənzilin cavabdeh4-ın adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair ##.##.2023-cü il tarixli çıxarışın ləğv edilməsi, cavabdehlər cavabdeh4, İddiaçı və "xxxx" (Azərbaycan) arasında ## #### 2023-cü il tarixdə Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış ******-NEDVIJ-**** saylı alqı-satqı və ipoteka müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 3 ünvanında yerləşən mənzilin İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. İddia onunla əsaslandırılmışdır ki, “Çinar” İBQ.Musabəyov adına BÇZ tərəfindən ##.##.2000-ci il tarixdə verilmiş ** saylı orderə əsasən ünvan 2 ünvanında yerləşən mənzil həyat yoldaşı Qarayev Zöhrab Qəzənfər oğluna, ailə üzvləri siyahısında onun və cavabdeh1 adı qeyd edilməklə verilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələrləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin * saylı Bakı Ərazi İdarəsi tərəfindən ##.##.2019-cu il tarixdə verilmiş çıxarışa əsasən, ünvan 3 ünvanında yerləşən mənzil Qarayev Zöhrab Qəzənfər oğlunun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. O, ## #### 1984-cü ildə Qarayev Zöhrab Qəzənfər oğlu ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuş və həyat yoldaşı Qarayev Zöhrab Qəzənfər oğlu ##.##.2024-cü il tarixdə vəfat etmişdir. 2023-cü ildə ailələrinin maliyyə problemləri olduğundan, oğlu cavabdeh1 təklifi ilə həyat yoldaşının mülkiyyətində olan mənzili lombarda girov qoyaraq, faizlə pul götürmək qərarına gəlmişlər. Oğlu "Tap.az" saytı vasitəsilə lombard kimi fəaliyyət göstərdiyini bildirən, "Emin" adlı şəxs vasitəsilə danışıqlar apararaq, 26.000 manat müqabilində mənzili girov qoymaq barədə razılığa gəlmişlər. 26.000 manat müqabilində 30.000 manat qaytarmaq şərti ilə müqaviləni rəsmiləşdirmək üçün ** saylı Notariat Ofisinə müraciət edən zaman, əvvəllər tanımadığı, cavabdeh4 adlı şəxslə aralarında kredit və girov müqaviləsi bağlamaq barədə razılaşsalar da, Notariat Ofisi müqaviləni onların iradə ifadəsinə uyğun deyil, alqı-satqı kimi rəsmiləşdirmişdir. ## #### 2023-cü il tarixli alqı-satqı müqaviləsində mübahisələndirilən mənzilin 70.000 manata alqı-satqı olması qeyd edilsə də, Notariat Ofisində alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra 26.000 manat ödəniş edilmiş, həmin məbləğdən də 5.000 manat hissəsini 2 aylıq faiz olaraq Eminə geri qaytarmışdır. Bu müqavilədən sonra, cavabdeh cavabdeh4 müqavilənin onların iradəsinə zidd tərtib olunduğunu bildiyindən, bir neçə gün sonra yəni 12 gün sonra ## #### 2023-cü il tarixdə oğluna müraciət edərək, aylıq 2.500 manat ödənişin həddindən artıq çox olmasını, ipoteka müqaviləsi rəsmiləşdirilərsə, aylıq ödənişin daha az məbləğdə olacağını bildirdiyindən, Suleımanov Sahillə İddiaçı və "xxxx" (Azərbaycan) ASC arasında alqı-satqı və ipoteka müqaviləsi rəsmiləşdirilmişdir. Alqı-satqı və ipoteka müqaviləsində isə evin dəyəri 95.000 manat məbləğində qeyd edilmiş, ## #### 2023-cü il tarixli kredit müqaviləsində isə illik faiz dərəcəsi 8 faiz olmaqla, 80.000 manat kredit verilməsi qeyd edilmişdir. Bundan sonra, ##.##.2023-cü il tarixdən etibarən ilk ay 724,12 manat, ##.##.2023-cü il tarixdən isə aylıq 617,45 manat olmaqla, 10 ay müddətində 6.898,62 manat kredit ödənişini şəxsən oğlu cavabdeh1 həyata keçirmişdir. Bundan sonra, 2024-cü ilin iyun ayında həyat yoldaşı vəfat etdikdən sonra mənzili satmaq qərarına gəlmişlər və bununla bağlı, müqavilənin bağlanmasında iştirak edən X4 ilə görüşmüşdür və bu zaman ona məlum olmuşdur ki, mənzil artıq alqı-satqı olunub, başqa şəxsin mülkiyyətindədir. Borcu ödəmək istəsə belə, artıq mənzili geri almaq mümkün deyildir. Müqavilə ##.##.2023-cü il tarixdə rəsmiləşdirilsə də, o, ailə üzvləri ilə birlikdə mənzil alındığı vaxtdan hal-hazırkı vaxtadək, həmin mənzildə yaşamaqda davam etmişlər. Cavabdeh cavabdeh4 mənzilə dair alqı-satqı müqaviləsi bağlanan zaman və ondan sonra da 1 ildən artıq müddətdir bir dəfə olsun ona məxsus mənzilə gəlməmiş, mənzilin daxilində hər hansı şəraitlə tanış olmamış, hətta otaqların yerləşmə sxemi barədə məlumatı belə yoxdur. Bundan başqa, mənzilə dair alqı-satqı müqaviləsi müqavilənin 70.000 (yetmiş min) manata satılması qeyd edilsə də, ünvan 6 ünvanında yerləşən mənzilin real dəyərini əks etdirmir. Mənzilin real bazar dəyəri müqavilə bağlanan anda 70.000 deyil, 95.000-100.000 manat olmuş, hal-hazırda isə təxminən 110.000 manat təşkil edir. Müqavilələrdəki qiymət fərqi də aydın görünür. Mənzilin dəyərinin 12 gün ərzində 25.000 manat məbləğində qalxması mümkün deyildir. Bundan başqa, müqavilənin 11-ci bəndinə əsasən alqı-satqı müqaviləsi təsdiq olunduqdan sonra, satıcı daşınmaz əşyanı ##.##.2023-cü il tarixinədək alıcı cavabdeh4ə təhvil verməyi öhdəsinə götürməsi qeyd edilmişdir. Lakin, ##.##.2023-cü il tarixdən 2024-cü ilədək mənzil cavabdehlərə təhvil verilməmiş, cavabdeh isə mənzilin təhvil verilməsi ilə bağlı ona məhkəmədə hər hansı iddia qaldırmamışdır. Eyni zamanda 2023-cü ildən 2024-cü ilin oktyabr ayınadək yaşadıqları, mülkiyyətində olan mənzilin başqa şəxsin mülkiyyətində olması barədə məlumatı olmamış, cavabdeh bu müddət ərzində bir dəfə olsun mənzilə baxmaq üçün, köçmək üçün və ya mənzilin ona təhvil verilməsi üçün onlara müraciət etməmişlər. Qeyd olunanlardan isə müəyyən edilir ki, X10 ilə cavabdeh cavabdeh4 arasında Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış ##.##.2023-ci il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi uydurma əqd olmaqla, görünüş üçün bağlanmış, bağlandığı andan isə etibarsızdır. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Göründüyü kimi "niyyət" ifadəsindən istifadə olunub, yəni əqdin uydurma olub-olmadığı niyyətə əsasən təyin olunur. Alqı-satqı müqaviləsinin bağlandığı tarixə qədər satıcının və ya onun qanuni nümayəndələrinin sahəni satmağa, alıcının isə sahəni almağa yönələn hər hansı hərəkət etdiyi müəyyən olunmur. Yəni satıcının qanuni nümayəndəsi satış barədə elan verməyib və ya alıcı axtarmağa yönələn hər hansı hərəkət etməyib, alıcı isə qeyri-yaşayış sahəsi almaq üçün satıcı axtarmağa yönələn hər hansı hərəkət etməyib. Ümumiyyətlə, alıcının motivi və məqsədi bəlli deyil, yəni aydın deyil ki, alıcı sahəni hansı tələbatını ödəmək üçün alıb və oradan hansı məqsədlə istifadə etmək istəmişdir. Alıcı almaq istədiyi sahəyə baxış keçirməmişdir. Alqı-satqı müqaviləsi bağlandıqdan sonra indiyə kimi sahə alıcıya təhvil verilməmişdir. Müqavilənin bağlanmasından 2 ildən artıq müddət keçməsinə baxmayaraq, alıcı 2023-cü ilin sentyabr ayında şərikli biznes fəaliyyətinə son qoymaq qərarına gəldikdən sonra, aralarında yaranmış pul mübahisəsindən sonra alıcı sahənin ona verilməsi üçün məhkəməyə müraciət edib. Əgər alqı-satqı həqiqi olsaydı alıcı 2 ildən artıq müddətdə müqavilənin ləğv edilməsini və ödədiyi pulun geri qaytarılmasını tələb edərdi. Bütün bunlar isə onu təsdiq edir ki, alqı-satqı həqiqi deyil, müqavilə satıcının nümayəndəsi ilə alıcının qanuni nümayəndələri arasında görünüş üçün bağlanıb.

14. Birləşdirilmiş mülki iş üzrə cavabdeh cavabdeh4 vəkil-nümayəndəsi Nümayəndə iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, iddia tələbinin predmeti mövcud olsa da əsası yoxdur. İddiaçı maddi hüquq normalarına istinad etsə də iddia tələbinin əsaslandırilması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. ##.##.2023-cü il tarixli AN-İ ******* saylı “Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi” ilə satıcı daşınmaz əmlakı satmış, cavabdeh də onu almışdır. Göründüyü kimi ##.##.2023-cü il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün hüquqi əsaslar mövcud deyildir. Eyni zamanda müqavilənin bağlanmasından sonra və onun başqa şəxsə şəxsə satılmasından xeyli müddət ərzində müqavilə mübahisələndirilməmişdir. Beləliklə, mübahisə edilən əqdlər bir tərəfdən mübahisələndirilənədək etibarlı əqdlər kimi hüquqi nəticələri yaradır. Hesab edir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış daşınmaz əmlakın alqısatqısına dair müqavilənin etibarlılığını şübhə altına alan hallar mövcud deyildir və alqı-satqı müqaviləsi bu cür əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən ona qarşı irəli sürülmüş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilməlidir.

15. Birləşdirilmiş mülki iş üzrə cavabdeh cavabdeh3 ASC-nin nümayəndəsi iddia tələbinin dəlillərinə qarşı etiraz ərizəsi təqdim edərək qeyd etmişdir ki, cavabdeh2 iddia ərizəsində tərəflər arasında bağlanmış kredit razılaşmasının formal xarakter daşıdığını, həmin əqdin uydurma əqd olduğunu bildirmişdir. cavabdeh2 bu iddiası ilə bağlı bildirirlər ki, Suleymanov Sakhıl, “xxxx(Azərbaycan)” ASC və İddiaçı arasında bağlanmış ##.##.2023-cü tarixli razılaşma qanunvericiliyin tələbinə uyğun olaraq bağlanmışdır. Belə ki, ##.##.2023- cü il tarixli ******- NEDVIJ-**** saylı, “Alqı-satqı və İpoteka müqaviləsi” tərəflər arasında hüquq və vəzifələr əmələ gətirmişdir. Həmin müqavilədə kredit məbləği, icra müddəti və kreditin hansı formada veriləcəyi müəyyən olunmuşdur. Bu səbəbdən də iddia ərizəsi üzrə iddiaçının razılaşmasını əhəmiyyətsiz əqd olaraq qeyd etməsi əsassızdır. Eyni zamanda müqavilənin etibarsızlığını tələb edən iddiaçı iddia ərizəsində Bank tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin hansı maddəsinin tələbinin pozulduğunu istinad edə bilməmişlər. Çünki Bank tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337-ci maddəsinə görə Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin şərtlərini pozmaqla bağlanmış müqavilə etibarsız hesab edilə bilər. Bank tərəfindən həmin Məcəllənin bütün tələblərinə riayət edilmişdir. Tərəflər arasında bağlanmış ipoteka müqaviləsi qanunvericilikdə nəzərdə tutulan tələblərə uyğun olaraq tərtib edilmiş və qanun tələbinə uyğun formada da imzalanaraq qeydiyyata alınmışdır. Bu hallar isə öz növbəsində ipoteka müqaviləsinin etibarsız hesab edilməsi üçün heç bir əsasın olmadığını sübuta yetirir.

16. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 bildirmişdir ki, Taleh tərəfindən onlar barəsində polisə rəsmi şikayət olmamışdır. Onun barəsində edilən şikayət üzrə polisə izahatında bildirmişdir ki, başına belə işlər gəib. Bu səbəbdən polis onları çağırmış, orada ifadə vermişlər. Hazırda verdiyi ifadəni təsdiq edir. Bildirmişdir ki, makler vasitəsilə cavabdeh1lə tanış olmuşdur. Taleh ilə onu malkerlər, yəni Elçin və Emin tanış etmişlər. Onlar bildirmişlər ki, cavabdeh1 evini satıb, girov qoyub biznes fəaliyyəti ilə məşğul olmaq istəyir. Rusiyadan gələn dostu var idi ki, o, iş görmək istəyirdi. Onunla birlikdə onlar evə gedib baxmışlar. cavabdeh1 atası həmin vaxt sağ idi. Atasına demişlər ki, oğlun bu işlə məşğul olmaq istəyir, ağsaqqal kimi nə deyə bilərsiniz, atası xeyir-dua vermişdir. Evin içərisinə girməmişlər. Padval kimi yerə düşmüşlər, qapı açıldı, evin içərisinə baxmışlar. Notariusa gəlmişlər və Sahilin adına alqı-satqı edilmişdir. 70 min manata alqı-satqı olundu. 40 min manat pulu cavabdeh1 götürdü və 30 min manatı qaytardı. O, 40 min manatı iş görmək üçün götürdü. cavabdeh1 evi 70 min manata satmağa razılaşdı. Əslində evi satmırdı, evi girov qoydu, iş görmək məqsədi ilə pul götürürdü. Bildirmişdir ki, faiz götürməyib deyə, Taleh aylıq ödəniş etmirdi, yəni, aralarında aylıq ödəniş barədə razılıq yox idi, gəlirindən olan qazancını verəcəyini bildirmişdir. Bildirmişdir ki, 1.500-2.000 manat qazanc verəcək. Qazanc məqsədilə pul götürüb, 40 min manat pulu isə bildirdi ki, alacaqları var, alıb, borcunu bağlayacaq. 40 min manatdan vergi, bankın xərcləri, notariusun xərcləri çıxılmışdır. Həmin puldan 3.000-4.000 evin vergisinə, 0.2 faiz kassaya qoyulmasına, 50 manat sığortaya, 50 manat forma 1-ə ödənilib. 40 min manat pula görə cavabdeh1 Sahilə əvvəlcədən razılaşdırılmış 4.000 manat xeyir vermişdir. Qeyd etmişdir ki, iddiaçı bildirir ki, ona 25 min manat pul verilib, 20 min manatı özünə götürüb, 5 min manatı ona verib, lakin belə bir şey olmayıb. Tap.az saytında elanı yoxdur. Elçin və Elvin qardaşları var, onlar makler kimi maşın krediti ilə məşğul olurlar, onların vasitəsilə tanış olmuşdur. Bir müddət sonra sonra cavabdeh1 ona müraciət etdi ki, işləri yaxşı getmir, ipoteka yolu ilə evini geri almaq istəyir. O da, Talehə bildirmişdr ki, ipoteka işləri ilə məşğul olan bir tanışı var, adı Mövsümdür. Onlar üçü-Taleh, o və X5 görüşmüşlər. O, Talehi Mövsümlə tanış etmiş və qalan şərtləri onlar öz aralarında danışmışlar. Onların hansı şərtlərlə razılığa gəlmələri barədə məlumatı olmamışdır. Mövsüm müəllim köhnə hərbçi olmuşdur. cavabdeh1 də hərbidə həmin vaxtı işləyirdi. Bir-birilərinə tanışlıq verdilər, tanış hərbiçi dostları çıxdı. Sonradan bilib ki, Sahilə deyiblər ki, ipoteka üçün sənəd hazırla. Sahil ipoteka üçün sənədləri hazırlayıb, arvadının razılığını almışdır. Sonra Sahili ipoteka müqaviləsi bağlamaq üçün çağırıblar. Ona qədər Taleh özünün və valideynlərinin razılıq ərizələrini hazırlayıb Mövsüm müəllimə verib ki, guya ki, evin satılmasına razıdır. İpoteka müqaviləsinin sənədləşdirilməsi 1 ay vaxt almışdır. Sahillə o ipoteka müqaviləsinin bağlanması üçün getmişdir. Notariat ofisində Mövsüm, Sahil olmuş və evi Vüqarın adına bankda girov yülkü etmişlər. Həmin ərəfə Talehə zəng ediblər ki, gəl pulun qalığını götür, lakin o, işdən çıxa bilməyəcəyini bildirmiş və Mövsüm müəllim nə deyirsə onu edin demişdir. İpoteka zamanı Sahil 40.000 manat və əlavə razılaşdırılmış 4.000 manat məbləğində pul vəsaitini götürmüşdür. Evin ipoteka müqaviləsi ilə satılmasını cavabdeh1 özü tələb etmişdir. O, Mövsüm müəllimi bank işçisi olaraq tanımışdır. Ümumi dostlarının ipoteka işlərini həll etdiyini bilirdi. Mövsümün bu işdən qazancını dəqiq bilməsə də, yəqin qazancı olub ki, gəlib ipoteka müqaviləsi bağlamaqda iştirak etmişdir. Oradan çıxanda Mövsüm ona 13.500 manat və ödəniş cədvəli vermişdir ki, Talehə ver. Mülkiyyətçi Taleh idi, nə olsun ki Sahilin adına alqı-satqı olmuşdur. Evin sahibi o, idi. O ipoteka yolu ilə evi almaq istəmişdir ki, uzun müddət ödəsin və evi öz adına keçirsin. O da pulu və ödəniş cədvəlini Talehə vermiş və Taleh həmin puldan 1000 manat ona verərək sağ ol demişdir. Həmçinin qeyd etmişdir ki, Mövsüm deyir ki, o, pulun hamısını verib evi ondan almışdır. O, ipotekanı ödəyə bilmir, evdən çıxarmasınlar deyə uzadır. ##.##.2025-ci il tarixli məhkəmə iclasında həmçinin bildirmişdir ki, pulun üzərinə qoyulan 15.000 manat məbləğində pul vəsaiti pulu verənə qaytarılmışdır. O pulu gətizdirmişdilər. 80.000 manatdan 44.000 manatı Sahil götürdü və qalanı Mövsümə verdi. Mövsüm isə ona 13.500 manat məbləğind pul vəsaiti verdi ki, Talehə versin. Qalan hissə isə Taleh ilə Mövsüm müəllim arasında razılaşdırılmışdır.

17. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, 25-ci PB-də izahat vermişdir və həmin izahatı təsdiq edir. Emin adlı şəxs ona zəng edərək demişdir ki, ev var, istəyən olsa xəbər et. Çünki o, Eminə öncədən ev olsa xəbər etməsini bildirmişdir. Sonra Taleh, o və Emin görüşmüşlər. Emin dedi ki, Taleh evi satmaq istəyir. Onlar 95.000 manata razılaşmışlar. Evin dəyərinin 15.000 manatı ilkin olaraq ödənilmiş, qalan məbləğ isə bankdan çıxarılıb verilmişdir. O, Emini çoxdan tanıyır. Eminlə o, paqon yoldaşı olubdur. Evi öz adına ala bilmədiyi üçün rəhmətlik dostunun oğlunun adına almışdır. Formal olaraq Vüqarın adına rəsmiləşdirilmişdir. Çünki onun yaşına ipoteka düşmür. Alqı-satqıda Sahil və Vüqar iştirak edib, o isə çöldə gözləmişdir. Alqı-satqı məbləğini Vüqar Sahilə vermişdir. O, Sahili iki dəfə, bir sənədləri notariusa verəndə, bir də alqı-satqı zamanı görmüşdür. Taleh ona 5-6 ay kirayədə qalmasına icazə verməsini xahiş etdiyi üçün o, razılaşmışdır ki, 5-6 ay evin 5-6 ay ipoteka ödənişini o etsin. X23 üçün ona göndərirdi o, ödəyirdi. İpoteka müqaviləsinin rəsmiləşdirilməsi zamanı bütün ödənişləri Vüqar ödəmişdir. Səs yazısına münasibətdə bildirmişdir ki, həmin səs yazısı montaj edilmişdir. Heç biri ona aid deyil.

18. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddiaçı İddiaçı cavabdehlər X8 və cavabdeh1 Bakı şəhəri Nizami rayonu, Elşən Süleymanov küçəsi, 2383-87-ci məhəllə, ev 154,* saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və onların əmlakları ilə birlikdə həmin mənzildən çıxarılmaları barədə iddia tələbinin rədd edilməsi; birləşdirilmiş mülki iş üzrə iddiaçı X8 iddia tələbi qismən təmin edilərək, Qarayev Zöhrab Qəzənfər oğlu ilə cavabdeh4 arasında Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış ##.##.2023-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli, daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ünvan 6 ünvanında yerləşən mənzilin cavabdeh4in adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair ##.##.2023-cü il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi; cavabdehlər Suleımanov Sakhil, İddiaçı və "xxxx" (Azərbaycan) arasında ## #### 2023-cü il tarixdə Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış ******- NEDVIJ-**** saylı alqı-satqı və ipoteka müqaviləsinin qismən, yəni cavabdeh4 ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi hissəsində etibarsız hesab edilməsi, ünvan 6 ünvanında yerləşən mənzilin İddiaçı adına tam mülkiyyət hüququ ilə qeydiyyata alınmasına dair ##.##.2023-cü il tarixli, ********** nömrəli çıxarışın ləğv edilməsi; Daşınmaz Əmlakın Dövlət Reyestrində ünvan 6 ünvanında yerləşən mənzilə mülkiyyət hüququna dair Qarayev Zöhrab Qəzənfər oğlunun xeyrinə düzəliş edilməsi; birləşdirilmiş mülki iş üzrə iddiaçı cavabdeh2 iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir.

19. Məhkəmə ilk öncə qeyd etmişdir ki, cavabdeh2 Qarayev Zöhrab Qəzənfər oğlunun vərəsəsi olaraq hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməkdə subyektiv hüquqa malikdir.

20. Məhkəmə daha sonra qeyd etmişdir ki, ilkin alqı-satqı müqaviləsinin bağlanılmasında Qarayev Zöhrab Qəzənfər oğlunun əvəzinə onun etibarnamə üzrə nümayəndəsi qismində cavabdeh1 iştirak etmiş və müqavilənin bağlanılmasına qədər bütün danışıqlar onun tərəfindən aparılmış, razılaşma onunla X2 arasında əldə edilmişdir. Yəni, sözügedən müqavilənin bağlanılmasına qədər bütün danışıqlarda və müqavilənin bağlanılmasında ailəni cavabdeh1 təmsil etmişdir. İşin tədqiq edilən halları ilə cavabdeh1, ailəni təmsil edərkən, vəkalət verəninatasının iradəsindən kənar hərəkətlər etməsi müəyyən edilməmişdir. İddiaçı və onun nümayəndəsi qismində məhkəmə iclasında iştirak edən cavabdeh1 nə qədər də ki, sözügedən müqavilənin alqı-satqı olaraq rəsmiləşdirilməsindən məlumatlı olmadıqlarını bildirsə də, bu məhkəmə tərəfindən ağlabatan və səmimi izahat olaraq qiymətləndirilməmişdir. Qeyd edilən məzmunlu izahat birləşdirilmiş mülki iş üzrə iddiaçı tərəfin iddia tələblərinin təmininə nail olmaq məqsədilə verilmiş izahat olaraq qiymətləndirilmişdir.

21. İlk növbədə ona görə ki, işin müəyyən edilmiş halı odur ki, cavabdeh2, cavabdeh1 və Qarayev Zöhrab Qəzənfər oğlu tərəfindən notariat ofisinə ünvanlanmış ərizələrə əsasən müəyyən edilmişdir ki, onlar tərəfindən mənzilin alqı-satqısına razılıq verilməsinə dair ərizələr verilmişdir. Həmçinin ağlabatan deyildir ki, notarius tərəfindən tərəflərə onların hüquq və vəzifələri, müqavilənin məzmunu, hüquqi nəticələri izah edilməsin. Yəni birləşdirilmiş mülki iş üzrə iddiaçı tərəf müqavilənin aldatma nəticəsində alqı-satqı olaraq rəsmiləşdirildiyini, onların həmin müqavilənin alqı-satqı müqaviləsi olaraq rəsmiləşdirilməsindən məlumatlı olmadıqlarını bildirsələr də, qeyd edilən hal iddiaçı tərəfindən sübuta yetirilə bilməmiş, məhkəmə tərəfindən müəyyən edilməmişdir.

22. Hazırki mülki işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, ünvan 6 ünvanında yerləşən mənzilə dair Qarayev Zöhrab Qəzənfər oğlunun əvəzinə onun etibarnamə üzrə nümayəndəsi qismində cavabdeh1 ilə cavabdeh4 arasında bağlanılmış ##.##.2023-cü il tarixli müqavilənin “alqı-satqı olaraq rəsmiləşdirilməsində” tərəflər arasında bir-birinə münasibətdə aldadıcı hərəkət yoxdur. Məhkəmə həmçinin onu da qeyd etməyi zəruri hesab etmişdir ki, işin müəyyən edilmiş faktiki halları onu deməyə əsas verir ki, cavabdeh1 evə dair bağlanılmış müqavilənin alqı-satqı olaraq rəsmiləşdiriməsində ailəsinə münasibətdə aldadıcı hərəkətləri olmamışdır. Bununla belə işin məhkəmə tərəfindən araşdırılmış halları ilə müəyyən edilmişdir ki, ##.##.2023-ci il tarixli müqavilə bağlanılan zaman tərəflərin iradə ifadəsi real alqı-satqı münasibətlərinə daxil olmağa yönəlməmişdir.

23. Məhkəmə qeyd etmişdir ki, işin tədqiq edilən halları o nəticəyə gəlməyə əsas verir ki, iddiaçı “tap.az” saytında yerləşdirilmiş “girov ilə kredit verilməsi” təklifinə dair elan vasitəsilə X2 ilə tanış olmuşdur (qeyd edilən hal Quliyev Eminin izahatı ilə də təsdiqini tapmışdır). Müəyyən edilmişdir ki, tərəflər arasında əldə edilmiş razılıq ondan ibarət olmuşdur ki, Sahil-Emin tərəfindən cavabdeh1 verilən pul vəsaitinin təminatı olaraq mübahisə obyekti olan mənzil cavabdeh cavabdeh4in adına rəsmiləşdirilmişdir. Belə ki, cavabdeh cavabdeh4in izahatında bildirdikləri - “cavabdeh1 ilə ilk öncə mənzilin alqı-satqısı barədə razılıq əldə etdiyi, notariat ofisindən çıxdıqdan sonra isə Taleh ondan 40.000 manat məbləğində pul vəsaiti istədiyi, 70.000 manat məbləğində pul vəsaitinin 30.000 manatını ona qaytararaq 40.000 manat məbləğində pul vəsaitini götürdüyü” məhkəmə tərəfindən ağlabatan olaraq qiymətləndirilməmişdir. Qeyd edilən məzmunlu izahat onun məhkəmədə real alqı-satqı münasibətlərinə daxil olmasına inam yaratmaq üçün verilmiş izahat olaraq qiymətləndirilmişdir. Həmçinin bu izahat işin müəyyən edilmiş digər halları ilə yanaşı, X1nun izahatı ilə təkzib olunur. Düzdür ilk məhkəmə iclasında X1 cavabdeh1 evi girov qoyduğunu, evi satmaq niyyəti olmadığını bildirsə də, sonra, yəni cavabdeh Sahilin izahatından sonra ifadəsini dəyişsə də, bu məhkəmə tərəfindən məqsədyönlü şəkildə dəyişilmiş izahat olaraq qiymətləndirilmişdir. Həmçinin nəzərə alınmalı olan məqam odur ki, əgər həqiqətən cavabdeh4in niyyəti evin satınalınması olsa idi, onda nə üçün həmin müqavilənin bağlanılmasından 13 gün sonra ev başqasının adına rəsmiləşdirilirdi. Mübahisə obyekti olan mənzilin cavabdeh1 verilmiş pul vəsaitinin təminatı olaraq cavabdeh4in adına rəsmiləşdirilməsi işin mübahisəsiz halı olsa da, işin mübahisəli, yəni müəyyən edilməmiş halı verilən pul vəsaitinin miqdarıdır. Belə ki, qeyd edilən hala dair iddiaçı ona 26.000 manat pul vəsaiti verildiyini, cavabdeh tərəf isə 40.000 manat məbləğində pul vəsaiti verdiyini bildirsə də tərəflər məhkəməyə qeyd edilən hala dair mötəbər sübut təqdim etməmişlər.

24. ##.##.2023-cü il tarixli müqavilə üzrə hər iki tərəf kənar şəxslərdə real alqı-satqı münasibətlərinə daxil olduqlarına dair görüntü yaratmaq, realda mənfəət əldə etmək məqsədi ilə, həmin əqdə uyğu hüquqi nəticə yaratmaq niyyəti olmadan sözügedən müqaviləni bağlamışlar. Belə ki, həmin müqavilə üzrə Suleimanov Sakhilin məqsədi verilən pul müqabilində əlavə gəlir əldə etmək, iddiaçı tərəfin məqsədi isə ehtiyaclarını ödəmək üçün pul vəsaitini borc olaraq almaq olmuşdur. Həmçinin nə iddiaçı tərəfin mübashiə obyekti olan mənzili satmaq, nə də ki, cavabdeh tərəfin həmin mənzilə mülkiyyət hüququ əldə etmək niyyəti müəyyən olunmamışdır.

25. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bu nəticəyə gəlmişdir ki, Qarayev Zöhrab Qəzənfər oğlu ilə cavabdeh4 arasında bağlanmış ##.##.2023-cü il tarixli müqavilə tərəflərin həmin əqdə uyğun hüquqi nəticə yaratmaq niyyəti olmadığından, başqa əqdi pərdələmək üçün bağlanan əqd olduğundan bağlandığı andan etibarsız, yəni arzu olunan hüquqi nəticə yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Məhkəmə onu da qeyd etmişdir ki, tərəflər arasında yaranmış münasibətlərə həm pərdələnən əqdin xarakteri, həm də hazırki mülki işin faktiki halları nəzərə alınmaqla pərdələnən əqdə aid qaydaların tətbiqi mümkün deyildir. Belə ki, əşyanın yüklü hala gətirilməsi ilə bağlı əqd əşyaya sərəncam xarakterli olmaqla belə əqd Mülki Məcəllənin 144.1-ci maddəsinə əsasən notarial qaydada təsdiqlənməlidir. Həmin maddəyə görə, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir.

26. Digər tərəfdən müəyyən edilmişdir ki, cavabdeh cavabdeh4 ##.##.2023-cü il tarixli “alqısatqı və ipoteka müqaviləsi”nin bağlanılmasından əldə edilmiş pul vəsaiti hesabına cavabdeh1 verilmiş pul vəsaitini (dəqiq əbləğ müəyyən edilməmişdir) və əlavə olaraq razılaşdırılmış 4000 manat məbləğində pul vəsaitini götürmüşdür.

27. Məhkəmə həmçinin qeyd etmişdir, iddiaçının nümayəndəsi cavabdeh1 ##.##.2023-cü il tarixli müqavilənin bağlanılmasından, mahiyyətindən (görünən tərəfindən) tam məlumatlı olmuşdur. Belə ki, müvafiq notariat işində olan cavabdeh1, Qarayev Zöhrab Qəzənfər oğlu və cavabdeh2 tərəfindən verilmiş ərizələr, məhkəmə iclasında tərəflərin verdiyi izahatlar, şahid ifadələri, məhkəmə iclasında tədqiq edilmiş səs yazısı onu deməyə əsas verir ki, Suleimanov Sakhıl ilə İddiaçı arasında alqı-satqı müqaviləsinin bağlanmasından və mənzilin ipoteka ilə yüklü edilməsindən cavabdeh1 məlumatı olmuşdur (ən azı öna görə ki, ona verilmiş ödəniş qrafikində İddiaçı adı yazılması digər halda onda sual yaratmalı idi).

28. Məhkəmə tərəfindən işin tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, mübahisə obyketi olan mənzilə dair ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlandıqdan sonra Emin Quliyev tərəfindən cavabdeh1 mənzili ipoteka ilə yüklü edərək aylıq ipoteka ödənişlərini həyata keçirməsininin daha məqsədəmüvafiq olduğu izah edilmiş və bu təklif cavabdeh1 tərəfindən ağlabatan hesab edilərək razılıq vermişdir. Daha sonra Quliyev Emin cavabdeh1 Arifzadə Mövsüm ilə tanış etmiş və onlar (üçü də) görüşüb razılığa gəlmişlər. Razılaşmaya əsasən cavabdeh1 mənzilin ipoteka ilə yüklü edilməsinə razılıq vermiş, müəyyən müddətdən sonra isə mənzil cavabdeh1 adına rəsmilədirilməli idi. Daha sonra Suleimanov Sakhıl ilə İddiaçı arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Həmçinin cavabdeh “xxxx ASC ilə İddiaçı arasında ipoteka müqaviləsi bağlanılmış və mübahisə obyekti olan mənzil İddiaçı ilə cavabdeh “xxxx ASC arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. Alqı-satqı müqaviləsi üzrə mənzilin dəyəri 95.000 manat olaraq qiymətləndirilmiş, həmin mənzilin dəyərinin 15.000 manat hissəsi nağd qaydada notariat ofisinin depozit hesabına qoyulmuş və 80.000 manat hissəsi isə cavabdeh “xxxx ASC-dən kredit götürülmüşdür. Götürülən kredit vəsaitindən cavabdeh1 Suleimanov Sakhıl tərəfindən ödənilmiş pul vəsaiti (dəqiq məbləğ müəyyən edilməyib) üzərində əlavə ödənişlə (cavabdehin deməsinə görə 4.000 manat) verilmiş, o cümlədən həmin pul vəsaitindən 25.000 manat hissəsi isə X4 tərəfindən götürülmüş, X4 tərəfindən isə İddiaçı müqavilənin adına rəsmiləşdirilməsi üçün müəyyən (deməsinə görə 12.000 manat) məbləğdə pul vəsaiti verilmişdir.

29. ##.##.2023-cü il tarixli “alqı-satqı müqaviləsi” etibarsız əqddir, həmin müqavilə əsasında cavabdeh İddiaçı mənzil üzərində mülkiyyət hüququ yaranmamışdır. Cavabdeh Suleimanov Sakhilin mübahisə obyekti olan mənzilə dair sərəncam əqdi imzalamağa səlahiyyəti olmasa da, işin müəyyən edilmiş halı odur ki, o sözügedən əqdi cavabdeh1 razılığı ilə imzalamışdır.

30. Məhkəmə qeyd etmişdir ki, cavabdeh Suleimanov Sahil tərəfindən mübahisə obyekti olan mənzilə sərəncam əqdi bağlaması əqdin etibarsızığı üçün əsas olmasa da, işin müəyyən edilmiş halları ilə müəyyən edilmişdir ki, sözügedən alqı-satqı müqaviləsi üzrə cavabdeh İddiaçı vicdanlı alıcı olmamış, onun mənzil üzərində mülkiyyət hüququ yaranmamışdır. Belə ki, ağlabatan deyildir ki, cavabdeh İddiaçı işin halları barədə, mənzilin Sahilə məxsus olmadığı barədə məlumatlı olmamış olsun. Müəyyən edilmişdir ki, İddiaçı ümumiyyətlə gedib evə baxmamış, cavabdeh1 ilə danışıq aparmamışdır. Hətta aylıq ipoteka ödənişlərinin cavabdeh1 tərəfindən ödənilməsinə nəzarət X4 tərəfindən həyata keçirilmiş, ödəniş qəbzləri Taleh tərəfindən Mövsümə göndərilmişdir. Yəni İddiaçı mənzil mülkiyyətçisi olaraq mənzil ilə ümumiyyətlə maraqlanmamışdır. Həmçinin cavabdeh Süleimanov Sahil izahatında bildirmişdir ki, alqı-satqı zamanı o kassadan pul verilən zaman ona düşən hissəni (44.000 manat) götürmüşdür. Alqı-satqı zamanı isə notariat ofisində (içəridə) Sahil və Vüqar olmuşdur. X1 isə bildirmişdir ki, alqı-satqı zamanı 15000 manat məbləğində olan nağd ödəniş kənardan gətirilmiş, sonra həmin şəxsə qaytarılmışdır. Yəni evin alqı-satqısı üçün ödənilən 15.000 manat məbləğində nağd ödəniş alıcı olan İddiaçı tərəfindən ödənilməmişdir.

31. Həmçinin məhkəmə iclasında şahid qismində dindirilmiş X4, X2 ifadələri, məhkəmə iclasında tədqiq edilmiş səs yazısı onu göstərir ki, mübahisə obyekti olan mənzil İddiaçı adına formal olaraq rəsmiləşdirilmişdir. Məhkəmə iclasında X4 izahatında bildirmişdir ki, mübahisə obyekti olan mənzili o, satın almış, lakin onun yaşı ilə əlaqədar ona ipoteka krediti verilmədiyi üçün dostunun oğlu olan İddiaçı adına rəsmiləşdirmişdir. Məhkəmə iclasında tədqiq edilmiş səs yazısından isə aydın olur ki, X4 bildirir ki, o, İddiaçı mənzilin onun adına rəsmiləşdirilməsi üçün müəyyən məbləğdə (12.000 manat) pul vəsaiti vermişdir. Odur ki, ##.##.2023-cü il tarixli müqavilə bağlanılan zaman tərəflərin iradə ifadəsi, hüquqi niyyətləri alqı-satqı müqaviləsinə uyğun hüquqi nəticə yartamaq niyyəti olmadan yalnız görünüş üçün əqd bağlamağa yönəlmişdir.

32. Məhkəmə qeyd etmişdir ki, işin faktiki halı odur ki, əslində mübahisə obyekti olan mənzilə münasibətdə iki razılaşma əldə edilmişdir: pərdələyən əqd və pərdələnən əqd. Pərdələnən razılaşma cavabdeh1 ilə X4 arasında əldə edilmişdir. Pərdələyən razılaşma isə Suleimanov Sakhıl ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsidir. Pərdələnən əqd ondan ibarət olmuşdur ki, cavabdeh1 tərəfindən ödəniş həyata keçirildikdən sonra mənzil iddiaçı tərəfin adına keçirilməli idi.

33. Suleimanov Sahil ilə İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi üzrə tərəflərin iradə ifadəsi real alqı-satqı münasibətlərinə daxil olmağa yönəlməmiş, həmin əqdə uyğun hüquqi nəticə əmələ gətirmək niyyətləri olmamış, mənfəət əldə etmək məqsədi ilə ətrafdakılarda (notarius, ipoteka saxlayan) etibarlı alqı-satqı münasibəti görüntüsü yaradaraq əslində digər əqdi pərdələmişlər. Məhkəmə tərəflərin mənfəət əldə etmək üçün görüntü yaratmaq niyyəti ilə əqd bağlamalarına münasibətdə qeyd etmişdir ki, cavabdeh İddiaçı müqavilənin bağlanılmasından, mənzilin onun adına rəsmiləşdirilməsindən əldə etdiyi mənfəət X4 tərəfindən ona qeyd edilən razılaşma üçün ödənilən məbləğ olmuş, cavabdeh Suleimanov Sakhilin əldə etdiyi mənfəət isə ən azı öz deməsinə görə verdiyi pul vəsaiti müqabilində 12 gün kimi qısa müddət ərzində 4.000 manat vəsait əldə etməsi olmuşdur. Məhkəmə həmçinin İddiaçı adına rəsmiləşdirilən kreditə münasibətdə onu qeyd etmişdir ki, həmin kredit müqaviləsinin təminatı olaraq mənzil ipoteka ilə yüklü edildiyindən o hər bir halda razılaşmadan mənfəət əldə edən tərəf olmuşdur.

34. Pərdələnən əqdə münasibətdə məhkəmə qeyd etmişdir ki, əslində faktiki olaraq borclunun razılığı ilə Suleimanov Sakhil ilə X4 arasında tələbin güzəşti olmuşdur. Yəni Suleimanov Sakhilin mənzil girovu ilə təmin edilmiş pul tələbi X4 ötürülmüşdür. Lakin pərdələnən əqd üzrə forma tələblərinə riayət ediməmişdir. Belə ki, hazırki mülki iş üzrə pərdələnən əqd cavabdeh1 ilə X4 arasında yaranmış və mənzil girovu ilə təmin edilmiş borc münasibətləri olsa da, mübahisə obyekti olan mənzil tərəflər arasında mövcud olan əqdin təminatı olaraq deyil, İddiaçı ilə cavabdeh3 ASC arasında olan öhdəliyin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İşin faktiki halı odur ki, hər iki əqd üzrə cavabdeh1 münasibətdə dəyişən vəziyyət kreditorun əvəz edilməsi olmuşdur. Belə ki, ikinci əqd üzrə cavabdeh1 tərəfindən yenidən məbləğ əldə edilməmişdir. Onun mövcud olan borcu qalmaqda davam etmiş, sadəcə yeni razılaşma üzrə o, mövcud borcu daha uzun müddətə və üzərində X4 əlavə faiz ödəməklə ödəməli olmuşdur.

35. Məhkəmə qeyd etmişdir ki, cavabdeh1 tərəfindən nə qədərdə ki, X4 ilə arasında olan razılaşmaya əsasən ona əlavə pul ödəmək barədə razılıq olmadığını bildirsə də, bu ağlabatan və inandırıcı deyildir. Həmçinin məhkəmə iclasında tədqiq edilmiş səs yazısından da görünür ki, səs yazısında X4 cavabdeh1 “görülən işə” görə onun da “halallığını alacağını” bildirdiyini qeyd etmiş, cavabdeh1 isə səs yazısında etirazı görünməmişdir. Lakin məhkəmə qeyd etmişdir ki, ağlabatan deyildir ki, cavabdeh1 X4 onun “gördüyü işin müqabilində” 25000 manat məbləğində pul vəsaiti götürməsi barədə razılıq vermiş olsun. Belə ki, cavabdeh tərəfin və şahidin dediyi kimi hesab edilsə ki, cavabdeh1 40.000 manat məbləğində pul vəsaiti borc olaraq və ya gəlir əldə etmək məqsədilə verilmiş və həmin vəsaitin isə 4.000 əlavə ödənişlə geri qaytarılması barədə razılıq əldə edilmiş, həmçinin mənzil ipoteka ilə yüklü edilməklə krediti götürüldükdən sonra ona 13.500 manat pul verilmiş, yəni qarşı tərəfin deməsinə görə cavabdeh1 ümumilikdə 53.500 manat pul vəsaiti əldə etmişdir. Bu zaman sual yaranır ki, nə üçün cavabdeh1 müqaviləyə əsasən 95.000 manat dəyərində, demələrinə görə 12.000 manat olan mənzili satıb borcu ödəmək əvəzinə 53.500 manat məbləğində pul vəsaitinə görə evin ipoteka ilə yüklü edilməsinə, 80.000 manat kredit və əlavə 105.344,14 manat faiz ödəməyə, o cümlədən ipoteka kreditinin rəsmiləşdirilməsi üçün xərcləri ödəməyə razılıq vermişdir.

36. İşin tədqiq edilən halları onu göstərir ki, Emin Quliyev ilə Arifzadə Mövsüm əvvəlcədən əldə edilmiş razılıq üzrə, qazanc əldə etmək məqsədi ilə cavabdeh1 aldadaraq mənzili ələ keçirmişlər. Belə ki, iddiaçı tərəfin düşdüyü çətin vəziyyətdən sui-istifadə edərək, ## #### 2023- ##.##.2023-cü il tarixi kimi qısa bir müddət ərzində cavabdeh1 verilən pul vəsaitinin müqabilində iddiaçının bildirməsinə görə 5.000 manat, cavabdehin bildirməsinə görə 4.000 manat pul vəsaiti əldə edilməsi, daha sonra isə mənzilin ipoteka ilə yüklü edilərək ipoteka kreditinin götürülməsi üçün xərclərin cavabdeh1 ödətdirilməsi, o cümlədən X4 tərəfindən “gördüyü işin müqabilində” 25.000 manat məbləğində pul vəsaitinin ələ keçirilməsi, yəni cavabdehin deməsinə görə 40.000 manat borc olaraq alınan pul vəsaitinin müqabilində kredit və faiz hesablanmadan, təkcə əlavə xərclərə görə 30.000 manatdan çox pul vəsaiti sərf edilməsi, daha sonra isə cavabdeh1 qarşı mənzildən çıxarılması ilə bağlı tələb irəli sürülməsi bu qeyd edilən halları təsdiq edir. Bu həmçinin vicdanlılıq prinsipinə, ədalət, insaf və mənəviyyat tələblərinə zidd olan hərəkətlər olaraq qiymətləndirilməlidir.

37. Məhkəmə həmçinin onu da nəzərə çatdırmağı zəruri hesab etmişdir ki, X2 ilə X4 gəlir əldə etmək üçün iddiaçının düşdüyü çətin vəziyyətdən istifadə edərək birgə hərəkət etməsi barədə nəticəyə gəlməsi üçün əsas sübutlardan biri, məhkəmə iclasında tədqiq edilmiş səs yazısı olmuşdur. Həmin səs yazısından görünür ki, X4 qeyd edir ki, “bu onun Emin ilə gördüyü birinci iş deyil, bir neçə dəfə belə işlər görmüşlər. Emingil faizlə pul verirlər. Bir dəfə onlar bir qadından 14.000 manat pula görə 28.000 manat pul vəsaiti almışlar. O, həmin qadına kömək edərək bankdan 45.000 manat pul vəsaiti çıxarmış, mənzili onların əlindən almışdır və hər ay qadın həmin məbləği ödəyir”.

38. Məhkəmə həmçinin iddiaçı tərəf tərəfindən mənzilin alqı-satqı müqavilələrinin etibarsızlığı ilə bağlı tələb irəli sürülməsini hüquqdan sui-istifadə olaraq qiymətləndirməmişdir. İlk növbədə iddiaçı tərəf tərəfindən mənzilin etibarsızlığı ilə bağlı iddia qaldırılması o halda suiistifadə olaraq qiymətləndirilərdi ki, o pul vəsaitini əldə etdikdən sonra heç bir ödəniş etməzdi. Hazırki halda isə ipoteka 9-10 aylıq ipoteka ödənişləri, hər iki alqı-satqı müqaviləsi üzrə xərclər onun tərəfindən ödənilmiş, həmçinin mənzil ipoteka ilə yüklü edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş səs yazısına əsasən məhkəmə cavabdeh1 məhkəməyə bildirdiklərinin – atasının ölümündən sonra evi satmaq niyyətinə gəldikləri, bundan sonra onlar aldadıqlarını başa düşmələri barədə bildirdikləri real olaraq qiymətləndirilmişdir. Belə ki, səs yazısında görünür ki, X4 bildirir ki, Vüqar ödənişlə bağlı zəng vuranlara (banka) atasının (Talehin) öldüyünü, evi satacaqlarını bildirmişdir. Həmçinin həmin səs yazısından görünür ki, X4 yazısında evin satışı ilə bağlı elan yerləşdirdiyini, evi 120-140 minə satışa qoyduğunu bildirir. Məhz bu qeyd edilən hal digər tərəfin əldə edilmiş razılığı pozduğunu, evi iddiaçının adına keçirmək niyyətləri olmadığını, evi ələ keçirmək niyyətləri olduğunu təsdiq edir. Yəni iddiaçı tərəf hazırki iddia tələbi ilə, yəni müqavilələrin etibarsızlığı tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur, hüquqdan sui-istifadə deyildir.

39. İşin faktiki halından görünür ki, iddiaçı tərəf tərəfindən əldə edilmiş razılaşmaya uyğun olaraq hər ay ipoteka ödənişləri həyata keçirilmiş, daha sonra digər tərəfin əldə edilmiş razılıq üzrə hərəkət etmədiyini, mənzili ələ keçirdiyini gördükdən, özünün deməsinə görə 26.000 manat, cavabdeh tərəfin deməsinə görə isə 40.000 manat məbləğində pul vəsaiti müqabilində 95.000 manat dəyərində (ən azı müqavilə üzrə müəyyən edilən) mənzilin itirildiyini gördükdən sonra hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfin məhkəməyə bildirdikləri qəbul edildiyi halda belə iddiaçı tərəfin deyil, cavabdeh tərəfin (o cümlədən X4) hərəkətləri hüquqdan sui-istifadə olaraq qiymətləndirilməlidir. Belə ki, cavabdeh tərəfin bildirdiyinə əsasən cavabdeh1 əlavə 4.000 manat üzərində ödəmək şərtilə 40.000 manat məbləğində pul vəsaiti verilmiş, daha sonra isə mənzilin ipoteka ilə yüklü edilməsi zamanı götürülən kredit məbləğindən 13.500 manat cavabdeh1 verilmiş, yəni ümumilikdə cavabdeh1 mənzilin müqabilində 53.500 manat məbləğində pul vəsaiti əldə etmişdir. Həmçinin mənzilin ipoteka ilə yüklü edilməsi zamanı çəkilən xərclər onun tərəfindən ödənilmiş, o cümlədən şahid Emin Quliyevin verdiyi izahata əsasən müəyyən olunur ki, ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsi üzrə də çəkilən xərclər 40.000 manat məbləğində pul vəsaitindən çıxılmışdır. Mənzilin aylıq ipoteka ödənişləri də 9-10 ay cavabdeh1 tərəfindən ödənilmişdir. Hesab edilsə ki, iddiaçı tərəf 95.000 manat dəyərində olan mənzilin müqabilində 53.500 manat məbləğində pul vəsaiti əldə etmişdir, bu zaman onun düşdüyü çətin vəziyyət, çəkilən xərclər, ödənilən aylıq ipoteka ödənişləri nəzərə alındıqda bağlanılan müqaviləni hər bir halda etibarlı əqd olaraq qiymətləndirmək olmaz.

40. Məhkəmə pul vəsaitinin qaytarılmasına münasibətdə isə qeyd etməyi zəruri hesab etmişdir ki, bağlanılmış hər iki müqavilə üzrə ödənilən pul vəsaitinin miqdarı (Suleimanov Sakhilin cavabdeh1 ödədiyi, ikinci razılaşma üzrə cavabdeh1 ödəməli olduğu) ilə bağlı mübahisə olduğundan və hazırki mülki iş üzrə tələb irəli sürülmədiyindən, həmin ödənişlər ilə bağlı əlavə araşdırmalı olan hallar olduğundan tərəflərin həmin vəsaitlə bağlı ayrıca tələb irəli sürməsi daha məqsədəmüvafiqdir.

41. Məhkəmə ünvan 5 ünvanında yerləşən mənzilə dair cavabdeh cavabdeh3 ASC ilə İddiaçı arasında bağlanmış ipoteka müqaviləsinə münsibətdə isə qeyd etmişdir ki, işin tədqiq edilən halları ilə sözügedən müqavilənin etibarsızlığı üçün əsas müəyyən edilməmişdir. Mülki Məcəllənin 140-ci maddəsinə əsasən ipoteka saxlayanın hüquqları qorunduğundan, ipoteka saxlayanın Suleimanov Sakhilin xeyrinə reyestrə daxil edilmiş qeydin qeyri-dəqiq olması barədə məlumatı olduğu müəyyən edilmədiyindən müqavilə ipoteka saxlayana münasibətdə etibarsız hesab edilə bilməz. Qeyd edilən hal həmçinin onunla da təsdiq edilir ki, tədqiq edilmiş səs yazısında X4 bildirir ki, “biz banka demirik ki, biz aldadırıq, onu desək bizi yaxın qoymazlar”. Odur ki, iddia tələbi cavabdeh cavabdeh3 ASC ilə İddiaçı arasında bağlanmış ipoteka müqaviləsinin etibarsız hesab edilməsinə dair hissədə təmin edilə bilməz.

42. Məhkəmə ilkin mülki iş üzrə isə belə nəticəyə gəlmişdir ki, sözügedən alqı-satqı müqaviləsi məhkəmə tərəfindən etibarsız hesab edildiyindən, yəni həmin əqd əsasında iddiaçı İddiaçı mübahisə obyekti olan mənzilə mülkiyyət hüququ yaranmadığından, yəni onun müqavilə üzrə iddia olunan subyektiv hüququ yaranmadığından hazırda “cavabdehlərin mənzilə olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması” ilə bağlı iddia tələbi irəli sürməyə subyektiv hüququ yoxdur.

43. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki 140, 141.1, 157.2, 337.1, 337.2, 337.3, 337.4, 337.5, 339.2, 339.3, 339.4, 340.1, 340.2 və 358.1-ci maddələrinə; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2021-ci il tarixli Qərarına; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2022-ci il tarixli Qərarına; “Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinin və 29-cu maddəsinin İ və II hissələrinin tələbləri baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 329, 340.2 və 661-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun## #### 2025-ci il Qərarına; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının # ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ## ##### 2021- ci il tarixli Qərarına istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin dəlilləri

44. Həmin qətnamədən iddiaçı (birləşdirilmiş mülki iş üzrə cavabdeh) İddiaçı apellyasiya şikayəti verərək, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsinin tamamilə ləğv edilməsi, onun ilkin iddia tələbinin təmin edilməsi və digər iddiaların rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

45. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnamədə belə nəticəyə gəlmişdir ki, guya o, "vicdanlı alıcı" deyil və mənzil alqı-satqısı "pərdələyən əqd" xarakteri daşıyır. Bu nəticə tamamilə absurddur və işin materialları ilə ziddiyyət təşkil edir. Belə ki, o, mənzili rəsmi dövlət reyestrindən çıxarışı olan şəxsdən (Suleimanov Sakhıl) almışdır. Mülki Məcəllənin 139-1-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquqlara etimad edilir. O da bu etimada əsaslanmışdır. O, bu mənzili almaq üçün 25 il müddətinə bank qarşısında külli miqdarda maliyyə öhdəliyi götürmüşdür. Əgər bu "yalançı" və ya "formal" bir əqd idisə, o, niyə özünü bank qarşısında bu qədər böyük məbləğdə (faizlərlə birlikdə) borc altına salmalıdır? Məhkəmənin "İddiaçı digər şəxslərlə əlbir olub" iddiası heç bir sübuta əsaslanmır. Qarşı tərəf iddia edir ki, onlar "Emin" adlı şəxsdən faizə pul götürüblər. Onun Emin adlı şəxslə heç bir tanışlığı, əlaqəsi və ya işbirliyi yoxdur. O, sadəcə ev elanı əsasında evi bəyənən və bank krediti ilə onu rəsmiləşdirən alıcıdır. Başqa şəxslərin (Qarayevlərin, Eminin, Mövsümün) öz aralarındakı borc münasibətlərinin ona aidiyyəti olmamalıdır. Məhkəmə işi araşdırarkən yalnız cavabdeh2 "biz aldadıldıq", "biz bilmirdik" kimi emosional və sübutsuz ifadələrinə əsaslanmışdır. Halbuki, iş materiallarında notariusun təsdiq etdiyi sənədlər var. cavabdeh1 və digər ailə üzvləri notariusda mənzilin satılmasına rəsmi razılıq veriblər, sənədləri imzalayıblar. Yetkinlik yaşına çatmış, fəaliyyət qabiliyyətli insanların notariusda imzaladıqları sənədin mahiyyətini anlamadıqlarını iddia etmələri və məhkəmənin buna inanması hüquqi məntiqə sığmır. Məhkəmə həmçinin nəzərə almamışdır ki, Qarayevlər ailəsi mənzilin satışından (və ya öz dilləri ilə desək "girovundan") əldə etdikləri pulları xərcləyiblər. İndi isə həm pulu xərcləyiblər, həm də mənzili geri istəyirlər. O, isə ortada həm mənzilsiz qalır, həm də banka olan borc onun üzərində qalır. Bu, ədalət prinsipinin kobud şəkildə pozulmasıdır. Qanunvericilik daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasını və bu qeydiyyata hər kəsin etimad etmək hüququnu təsbit edir. O, mənzili alarkən Suleimanov Sakhıl-ın adına olan və qüvvədə olan Çıxarışa etibar etmişdir. Məhkəmənin onun mülkiyyət hüququnu ləğv etməsi dövlət reyestrinin mötəbərliyi prinsipini sarsıdır. Məhkəmə onun iştirakçısı olduğu alqı-satqı müqaviləsini "pərdələyən əqd" kimi qiymətləndirmişdir. Halbuki, pərdələyən əqd üçün hər iki tərəfin (həm alıcının, həm satıcının) ortaq saxta iradəsi olmalıdır. Onun iradəsi mənzilə mülkiyyət hüququ əldə etmək olmuşdur və bunun müqabilində real olaraq 15.000 manat nağd ödəniş etmiş, 80.000 manat məbləğində bank borcu altına girmişdir. Real maliyyə öhdəliyi yaradan əqd "yalan əqd" hesab oluna bilməz. Cavabdehlər aldadıldıqlarını iddia etsələr də, bu aldatmanın onun tərəfindən edildiyinə dair heç bir sübut təqdim etməyiblər. O, kənar şəxs (vicdanlı alıcı) olduğu halda, satıcı və əvvəlki sahiblər arasındakı gizli münasibətlərin nəticələri onun mülkiyyət hüququna şamil edilə bilməz. Məhkəmə yalnız qarşı tərəfin şifahi izahatlarına üstünlük vermiş, onun təqdim etdiyi notarial qaydada təsdiq olunmuş sənədlərə, bank tərəfindən aparılmış hüquqi ekspertiza sənədlərinə və ödəniş qəbzlərinə lazımi hüquqi qiymət verməmişdir. Qətnamə ehtimallara və cavabdehlərin ziddiyyətli ifadələrinə əsaslanır. Məhkəmə cavabdeh1 onun adına olan krediti 10 ay ərzində ödəməsi faktını (bu fakt onun mülkiyyət hüququnun onlar tərəfindən tanınması deməkdir) əsaslandırmadan rədd etmişdir.

46. Həmçinin həmin qətnamədən cavabdeh4 apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsinin birləşmiş mülki iş üzrə iddiaçı cavabdeh2 iddia tələbi üzrə Qarayev Zöhrab Qəzənfər oğlu ilə Süleymanov Sahil arasında Bakı şəhəri ** saylı Notariat ofisində bağlanmış ##.##.2023-cü il tarixli AN-İ seriyalı, ****** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsi və onunla İddiaçı və “xxxx” (Azərbaycan) arasında ## #### 2023-cü il tarixdə Bakı şəhəri ** saylı Notariat Ofisində bağlanmış 372175-NEDVİJ-308* saylı müqavilənin alqı-satqı hissələrində ləğv edilməsini, qalan hissədə dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

47. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qeyd edilən maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, iş materiallarından görünür ki, iddia tələbinin predmeti mövcud olsa da əsası yoxdur. ##.##.2023-cü il tarixli AN-İ ******* saylı Daşınmaz Əmlakın Alqı-satqı müqaviləsi ilə satıcı daşınmaz əmlakı satmış, cavabdeh də onu almışdır. Hazırkı mübahisə üzrə tərəflər arasında bağlanılmış daşınmaz əmlakın alqısatqısına dair müqavilənin etibarlılığını şübhə altına alan hallar mövcud deyildir və alqı-satqı müqaviləsi bu cür əqdin həyata keçirilməsi üçün qanunla müəyyən edilmiş qaydada həyata keçirildiyindən ona qarşı irəli sürülmüş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilməlidir. Ona görə də hesab edir ki, iddiaçı cavabdeh2 Qarayev Zöhrab Qəzənfər oğlunun onunla Bakı şəhəri ** saylı Notariat ofisində ##.##.2023-cü il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, ##.##.2023cü il tarixli çıxarışın ləğv edilməsi, onunla İddiaçı və “xxxx” arasında bağlanmış ## #### 2023cü il tarixli, 372175-NEDVİ-308* saylı alqı-satqı və ipoteka müqaviləsinin qismən etibarsız hesab edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. İddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir.

48. Həmçinin həmin qətnamədən cavabdeh3 ASC apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli 2(007)-365/2025 qətnaməsinin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

49. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üç tərəfli müqavilənin bir hissəsi etibarsız hesab edilsə də, müqavilənin qalan hissəsinə məhkəmə tərəfindən aydınlıq gətirilməmişdir. İddiaçının tələbi təmin olunduqda, qətnamə qanuni qüvvəyə mindikdə, o zaman MM 337.5-ci maddəsi baxımından Bankın pozulmuş hüququ necə bərpa olunacaq?! Bu suala da birinci instansiya məhkəməsi qətnaməsində cavab verməyərək natamam qətnamə qəbul etmişdir. Kredit müqaviləsinə əsasən Bank tərəfindən müəyyən vəsait verilib, öhdəliklərin icrasının təminatı kimi, mənzil ipoteka müqaviləsi ilə yüklü edilib, qeyd edilən kredit müqaviləsinin təminatı necə olacaqdır? Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən Bankın maraqlarına zidd qərar qəbul edilmişdir. İddiaçının tələbinin rədd edilməsinin digər əsası da odur ki, qanunvericiliyə əsasən Bank vicdanlı, qanunvericiliyin tələblərinə riayət edərək davranıb. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nizami Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinin 28,29,30-cu bəndində göründüyü kimi Qarayev Zöhrab Qəzənfər oğlu (hazırda vəfat etmiş), cavabdeh2 və cavabdeh1 hazırda mübahisələndirilən əmlakın satılmasına dair razılıq ərizələrini Notariat Kontorunda təsdiq etmişdilər. Məhkəmənin gətirdiyi əsaslandırma da düzgün deyil. Çünki, mülki qanunvericilik sonradan bağlanan müqavilənin mütləq etibarsızlığını nəzərdə tutmur. Əgər bu belə olsaydı vicdanlı əldə edən şəxslərin qanunla təminat verilən hüquqları şübhə altına alınar və nəticədə vicdanlı əldə edənə aid qanunvericiliyə daxil edilmiş müddəların mövcudluğu öz əhəmiyyətini itirmiş olar. Üstəlik iddiaçının iddia etdiyi hallar ona məlum olduqdan sonra bağlanılmış müqavilələrin hüquqi nəticələrinin etibarsızlığını mübahisələndirmək hüququ olduğu halda bunu etməmişdir. Məhkəmə iddiaçının daşınmaz əmlakın həqiqi dəyərindən aşağı qiymətə satılması ilə bağlı dəlilinə münasibətdə göstərib ki, necə ola bilər ki, əmlakın qıyməti 10-15 günə belə kəskin fərqlə satılıb?! Əvvəla 15 və 20 min manat fərqlə satılan əmlaka kəskin bahalaşmaya uğrayan əmlak demək olmaz, azad iqtisadi, bazar münasibətləridir, bu qiymət yüksək də ola bilər, aşağıda qiymətdə ola bilər, bunlar nisbi anlayışlardır. Qanunvericiliyin tələbindən də göründüyü kimi alqı-satqı müqaviləsinin predmetini təşkil edən əmlakın qiyməti tərəflərin qarşılıqlı razılaşması əsasında müəyyənləşdirilir və qanunvericilik qiymətlə bağlı hər hansı imperativ norma təsbit etməmişdir. Bu isə o deməkdir ki, mübahisələndirilən alqı-satqı müqavilələri bağlanarkən müəyyənləşdirilmiş satış qiyməti tərəflərin iradəsi əsasında formalaşdığından həmin müqavilələrin etibarsız hesab edilməsinə zəmin yaratmır. Birinci instansiya məhkəməsi iş üzrə şahidlər ifadələrini də tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanmasını təsdiq edən sübut kimi qəbul etmiş və bunu onunla əsaslandırmışdır ki, həmin ifadələr digər tutarlı faktlarla da sübut olunur. Bununla yanaşı, şahidlər ifadələrinin digər sübutlarla öz təsdiqini tapmadığını nəzərə alaraq, birinci instansiya məhkəməsi həmin şəxslərin ifadələrini mötəbər sübut kimi qiymətləndirməmişdir. Məhkəmə qeyd etmişdir ki, (60 bənd) iddiaçı iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Hazırkı işdə tərəflər arasında notariat kontorunda təsdiq edilmiş alqı-satqı müqaviləsi var. İddiaçı müqavilənin əhəmiyyətsiz müqavilə olması barədə bəyanat verməklə həmin müqaviləni, onun şərtlərini qüvvədən sala bilməz. Yazılı sübutun qüvvədən düşməsi üçün onun həqiqiliyini şübhə altına alan mötəbər sübutlar təqdim edilməlidir. Belə sübutlar olmadan müqavilədə yazılan şərtlərin həqiqiliyi presumpsiyası qüvvəsini saxlayır. Özü də nəzərə almaq lazımdır ki, müqavilənin əhəmiyyətsiz olması dəlilini iddiaçı tərəf irəli sürdüyündən həmin sübutları təqdim etmək vəzifəsi onun üzərinə düşür. Yuxarıda qeyd olunanlarla bağlı kifayət qədər sual yaranır ki, onların cavablandırılması birinci instansiya məhkəməsində qeyri-mümkün olmuşdur. Hesab edirlər ki, məhkəmənin diqqətini özünə cəlb etməli olan əsas hallardan biri qətnamənin 26 bəndində əks olunmuşdur. Bakı şəhəri ** saylı Notariat ofisi tərəfindən “xxxx” ASC-yə ünvanlanmış ##.##.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Y.Əliyev küçəsi 22, M13, mənzil 7-də qeydiyyatda olan cavabdeh4 notariat qaydasında təsdiq ediləcək “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” üzrə ödənilməli olan 70.000 manat məbləğində pulun müvafiq müqavilə ilə təsdiq edildikdən sonra onun məktubu əsasında ünvan 1-də qeydiyyatda olan cavabdeh1 ödənilməsi üçün “xxxx” ASCdə olan AZ**MUGA***************AZM** saylı depozit hesabına qəbul olunmasını xahiş edir. Bunlar iş materiallarına əlavə olunmuş Bakı şəhəri ** saylı Notariat Ofisinin ##.##.2023-cü il tarixli *** saylı “xxxx” ASC-yə ünvanlandığı məktubda, əks olunmuşdur, bu o deməkdir ki, daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən notariusun depozit hesabından 70.000 manat məbləğində vəsaiti məhz cavabdeh1 götürmüş və o, məbləğin yüksək həcmində olmasından dərk edirdi ki, həmin vəsait ev alqı-satqı müqaviləsinə əsasən verilmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Apellyasiya şikayətinə qarş etiraz daxil olmamışdır.

Apelyasiya baxışının hədləri

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

52. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

53. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.

54. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı, Süleymanov Sahil və cavabdeh3 ASC tərəfindən verilmiş apellyasiya şikayətlərinin məzmunundan görünür ki, onlar birinci instansiya məhkəməsinin qətnaməsinin ilkin mülki iş üzrə iddianın təmin edilmədiyi, birləşdirilmiş mülki iş üzrə isə cavabdeh2 iddiasının təmin edildiyi hissədə, yəni Qarayev Zöhrab Qəzənfər oğlu ilə Süleymanov Sahil arasında Bakı şəhəri ** saylı Notariat Ofisində ##.##.2023-cü il tarixdə bağlanmış AN-İ seriyalı, ****** nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin, habelə İddiaçı ilə cavabdeh3 ASC arasında Bakı şəhəri ** saylı Notariat Ofisində ##.##.2023-cü il tarixdə bağlanmış 372175-NEDVİJ-3081 nömrəli alqı-satqı və ipoteka müqaviləsinin alqısatqıya aid hissəsinin etibarsız hesab edilməsinə dair hissədə ləğv edilməsini xahiş etmişlər. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin ilkin mülki iş üzrə təmin edilməyən, birləşdirilmiş mülki iş üzrə isə təmin edilən hissələrdə yoxlanılması təşkil edir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

55.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasında təmsil edilmədiyindən və məhkəmə iclasında üzrlü səbəblərdən iştirak edə bilməyəcəyi barədə mötəbər sübutlar təqdim etmədiyindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq norması

Azərbaycan Respublikası Konstitusiyasının

56.13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 57.43-cü maddəsinin 1-ci bəndinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz.

Azərbaycan Respublikası Mülki Məcəlləsinin

58.14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarındandır. 59.139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 60.139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. 61.139-1.1.3-cü maddəsinə əsasən, daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, icra sənədlərinin məcburi icrası ilə əlaqədar daşınmaz əmlak barədə “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsinə əsasən verilən şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. 62.140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 63.141.1-ci maddəsinə əsasən, əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər. 64.144.2-ci maddəsinə əsasən, sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. 65.149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 66.152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 67.157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 68.324.1-ci, 324.2-ci və 324.3-cü maddələrinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 69.337.1-ci və 337.2-ci maddələrinin məzmununa görə məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 70.337.3-cü və 337.4-cü maddələrinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 71.337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. 72.340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir.Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. 73.358.1-ci maddəsinə əsasən səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır

74.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” ##.##.2022-ci il tarixli Qərarında Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il ## #### və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il ## ######## tarixli Qərarlar).

75.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### 2021-ci il tarixli Qərarı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.2-ci maddəsinə uyğun olaraq, mübahisə edilən əqdlərin etibarsızlığı əqdin mübahisələndirilməsi ilə bağlı iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə şərtləndirilir. Əqdin etibarsızlığı ilə bağlı mübahisə yaranarsa tərəflər məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqd üzrə yaranan əsassız varlanma halları ilə bağlı icra edilmişlərin geri qaytarılması tələblərinə tətbiq edilir. Bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks etdirilən hüquqi mövqelərə uyğun olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsində müəyyən edilmiş restitusiya və 354.1-ci maddəsində göstərilən bir illik müddət həmin Məcəllədə belə əqdlərin etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmadığı hallarda tətbiq edilir.

Tətbiq edilən prosessual hüquq norması

Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin

76. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.77-ci və 217.4-cü maddələrinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. 78.106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

79.Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayətlər təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

80. Mübahisələndirilən qətnamədən göründüyü kimi, birinci instansiya məhkəməsi iş üzrə toplanmış sübutları kompleks şəklində qiymətləndirərək müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış ##.##.2023-cü və ##.##.2023-cü il tarixli alqı-satqı müqavilələri tərəflərin həqiqi iradəsini əks etdirməmiş, daşınmaz əmlakın özgəninkiləşdirilməsi məqsədi daşımamışdır. Məhkəmənin qənaətinə görə, həmin müqavilələr borc münasibətlərini və daşınmaz əmlakın borcun təminatı kimi istifadəsini gizlətmək məqsədilə bağlanmış yalan (pərdələyən) əqdlər olmuşdur. Bu səbəbdən Mülki Məcəllənin 340.2-ci maddəsi tətbiq edilərək müqavilələr etibarsız hesab edilmişdir.

81. Məhkəmə sonrakı əldə edənin hüquqi vəziyyətini ayrıca qiymətləndirərək onun vicdanlı əldə edən statusuna malik olmadığı nəticəsinə gəlmişdir. Bu qənaət alıcının müqavilənin formal xarakterini, əvvəlki razılaşmaları və daşınmaz əmlak üzərində faktiki münasibətləri bildiyini və ya bilməli olduğunu göstərən sübutların (tərəflərin izahatları, şahid ifadələri, səs yazıları, ödənişlər və digər hallar) məcmusu ilə əsaslandırılmışdır. Məhkəmə hesab etmişdir ki, bu şəraitdə dövlət reyestrində aparılmış qeydiyyat sonrakı əldə edən üçün mülkiyyət hüququnun yaranmasına əsas vermir.

82. Məhkəmə həmçinin müəyyən etmişdir ki, iddiaçının müqavilələrin etibarsız sayılması barədə tələbi hüquqdan sui-istifadə kimi qiymətləndirilə bilməz. Çünki iddiaçının oğlu tərəflər arasında əldə olunmuş razılaşmaya uyğun davranaraq kredit ödənişlərini həyata keçirmiş və yalnız qarşı tərəfin əldə olunmuş razılaşmanın mahiyyətinə uyğun davranmadığını və mənzilin təminat məqsədilə deyil, faktiki olaraq özgəninkiləşdirilmiş kimi rəsmiləşdirilməsindən istifadə edərək həmin mənzildən istifadələrini məhdudlaşdırmaq istədiyini müəyyən etdikdən sonra pozulmuş hüquqlarının müdafiəsi məqsədilə məhkəməyə müraciət etmişdir.

83. Məhkəmə eyni zamanda onu da qeyd etmişdir ki, tərəflər arasında yaranmış hüquq münasibətlərinin xarakteri, pərdələnən əqdin mahiyyəti və hazırki mülki iş üzrə müəyyən edilmiş faktiki hallar birlikdə qiymətləndirildikdə, həmin münasibətlərə pərdələnən əqdə dair hüquq normalarının tətbiqi mümkün hesab edilə bilməz.

84. Bununla yanaşı, məhkəmə ipoteka (hazırda apellyasiya baxışının predmetini təşkil etməyən) münasibətlərini ayrıca hüquqi münasibət kimi qiymətləndirmiş və müəyyən etmişdir ki, ipoteka saxlayan bankın vicdansız davranışı sübuta yetirilməmişdir. Bank dövlət reyestrinin məlumatlarına etimad etdiyindən, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi ipoteka müqaviləsinin avtomatik etibarsızlığına səbəb olmamışdır.

85. Yuxarıda göstərilənlərə əsasən, məhkəmə birləşdirilmiş mülki iş üzrə gəldiyi qənaətin məntiqi davamı olaraq ilkin mülki iş üzrə də belə nəticəyə gəlmişdir ki, ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edildiyindən, yəni həmin əqd əsasında iddiaçı İddiaçı mübahisə obyekti olan mənzilə mülkiyyət hüququ yaranmadığından, yəni onun müqavilə üzrə iddia olunan subyektiv hüququ yaranmadığından hazırda “cavabdehlərin mənzilə olan istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılması” ilə bağlı iddia tələbi irəli sürməyə subyektiv hüququ yoxdur.

86. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi ilə müəyyən edilmiş işin faktiki hallarını Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Daşınmaz əşyalara dair əşya hüquqlarının əldə edilməsində üçüncü şəxslərin vicdanlılığı ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” ##.##.2026-cı il tarixli **/**** nömrəli Qərardadında ifadə olunmuş hüquqi mövqe baxımından qiymətləndirərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

87. Belə ki, birinci instansiya məhkəməsi haqlı olaraq ilk növbədə müəyyən etmişdir ki, iddiaçının mübahisə predmeti olan mənzil üzərində hüquqi marağı və müdafiə edilməli subyektiv hüququ mövcuddur. Bununla yanaşı, mənzilin sonradan cavabdeh cavabdeh4in, ondan sonra İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alındığı müəyyən edilmişdir. Beləliklə, Kollegiya qərardadının 31-ci bəndində nəzərdə tutulan ilk iki şərtin mövcudluğu iş materialları ilə təsdiq edilmişdir.

88. Bununla belə, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərək müəyyən etmişdir ki, ##.##.2023-cü və ##.##.2023-cü il tarixli alqı-satqı müqavilələri tərəflərin həqiqi iradəsini ifadə etməmiş, daşınmaz əmlakın özgəninkiləşdirilməsi məqsədi daşımamış, borc münasibətlərini və əmlakın təminat funksiyasını pərdələmək üçün bağlanmış yalan əqd olmuşdur. Bu səbəbdən Mülki Məcəllənin 340.2-ci maddəsi tətbiq edilərək həmin müqavilələr etibarsız hesab edilmişdir.

89. Belə olan halda, Kollegiya qərardadının 31-ci bəndində nəzərdə tutulan üçüncü şərt – üçüncü şəxslə bağlanmış etibarlı dövriyyə əqdinin mövcudluğu – iş üzrə müəyyən edilməmişdir. Etibarlı dövriyyə əqdinin mövcudluğu təsdiq edilmədiyindən, həmin bənddə göstərilən sonrakı mərhələlərin, yəni özgəninkiləşdirənin reyestr qeydinin əsaslı olubolmamasının və üçüncü şəxsin (İddiaçı) vicdanlı əldə edən hesab edilib-edilməməsinin araşdırılması hüquqi baxımdan həlledici əhəmiyyət kəsb etmir.

90. Belə ki, məhkəmə ilk növbədə cavabdeh Süleymanov Sahilə münasibətdə işin faktiki hallarını, tərəflərin izahatlarını, şahid ifadələrini, səs yazılarını və digər sübutları qiymətləndirərək ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinin tərəflərin həqiqi iradəsini ifadə etmədiyi, başqa hüquqi münasibəti pərdələmək məqsədilə bağlanmış yalan əqd olduğu və bu səbəbdən etibarsız hesab edilməli olduğu nəticəsinə gəlmişdir. Sonradan məhkəmə eyni hüquqi yanaşmanı tətbiq etməklə İddiaçı tərəf olduğu ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsini də araşdırmış, həmin müqavilənin də əvvəlki yalan əqdin davamı olaraq tərəflərin həqiqi iradəsini əks etdirmədiyi və etibarsız olduğu qənaətinə gəlmişdir.

91. Buna baxmayaraq, məhkəmə qətnaməsində sonrakı şərtləri də araşdırmış, əlavə olaraq İddiaçı vicdanlı əldə edən olmadığını müxtəlif sübutlarla əsaslandırmışdır. Lakin bu qiymətləndirmə, məhkəmənin artıq alqı-satqı müqaviləsini yalan əqd kimi etibarsız hesab etməsindən sonra aparılmış əlavə hüquqi əsaslandırma xarakteri daşımış və iş üzrə gəlinmiş hüquqi nəticənin düzgünlüyünə təsir göstərməmişdir.

92. Məhkəmə kollegiyası həmçinin, birinci instansiya məhkəməsinin ilkin mülki iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, hazırda iddiaçı (cavabdeh) İddiaçı mübahisə obyekti olan mənzil üzərində Mülki Məcəllənin istinad edilən maddələrinə əsasən müdafiə oluna biləcək əşya hüququnun mövcudluğu müəyyən edilməmişdir.

93. Yuxarıda qeyd edilənlərə əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəmələrinin iş üzrə gəldiyi qənaəti düzgündür və qətnamənin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

94. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

95. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

96. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1, 392, 393,402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ:

İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. cavabdeh3 ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin *(***)-***/**** saylı ## ###### 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar