Məhkəmə qərarları › İş №2(3-6)-1218/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-1218/2026

17.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1218/2026 17.06.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı iddia tələbi ilə əlaqədar iş üzrə (Açar sözlər: “pulun tutulması, kəsici müddətin tətbiqi” tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), Abdullayev Elşən Uğur oğlu və Qafarova Rəna Nazim qızından ibarət tərkibdə, Abdullayeva Çiçək Pərviz qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “pulun tutulması” tələbinə dair Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. "xxxx” MTK (İcraçı) və İddiaçı (Payçı) arasında ##.##.2016-cı il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, "İcraçı” "Payçı”ya Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49 məhəlləsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.metr olan qeyriyaşayış sahəsini bir pay kimi verir, müqavilə üzrə qeyri-yaşayış sahəsinin dəyəri 1 kv.metr üçün 2000 manat, cəmi 100 kv.metr üçün 200000 manat təyin edilir.

2. ##.##.2016-cı il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx” MTK-nın Qaraçuxur qəsəbəsi, 4048/49 məhəlləsində inşa etdiyi yaşayış binasının 1 -ci blok, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir.

3. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, 2(010)- ****/**** nömrəli qətnaməsindən görünür ki, ilk iddia rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1 -ci mərtəbə, ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinin verilməsi barədə "xxxx” MTK və İddiaçı arasında bağlanmış ##.##.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir.

4. ##.##.2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, İddiaçı tərəfindən ##.##.2016-cı il tarixli müqavilə üzrə ödənilmiş 200000 manat məbləğində pul vəsaitinin 5 gün müddətində geri qaytarılması tələb edilmiş, əks halda iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.

5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən ##.##.2025-ci il tarixdə verilmiş */*** nömrəli məhkəmə-xətşünaslıq ekspertizasının nəticələrinə dair ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, "xxxx” MTK tərəfindən İddiaçı adına verilmiş 02.02.20İ6-cı il tarixli arayışda "xxxx” MTKnın direktoru qrafasındakı imza - İsmayılov Cəfər Həsən oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra edilmişdir.

6. "xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ci il tarixdə verilmiş ***/E nömrəli mütəxəssis rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanında inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 m2 olan qeyri-yaşayış sahəsinin ##.##.2016cı il tarixə bazar dəyəri 129000 manat və hazırkı tarixə bazar dəyəri 262100 manat müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı İddiaçı cavabdeh "xxxx” Mənzil-Tikinti Kooperativinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh "xxxx” MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinin alınması üçün iddiaçı tərəfindən ödənilmiş məbləğin tam şəkildə geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx” MTK tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.metr olan qeyri- yaşayış sahəsinin dəyəri olan 129000 manat pul vəsaitinin və məhkəməyə ödənilmiş 419 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ##.##.2016-cı il tarixdə iddiaçı İddiaçı cavabdeh ilə müqavilə bağlayaraq, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4040/49-cu məhəllədə inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasından qeyriyaşayış sahəsi almaq barədə razılığa gəlmişdir. Müqavilədə nəzərdə tutulan qeyriyaşayış sahəsi iddiaçıya təhvil verilməmişdir. Ona görə də iddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış ##.##.2016-cı il tarixli müqaviləyə əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi 4040/49-cu məhəllədə inşa olunan yüksək mərtəbəli mansardlı yaşayış binasından qeyri-yaşayış sahəsinin iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə gedişatında cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə ilkin iddia rədd edilmişdir. Lakin qarşılıqlı iddia təmin edilərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanında inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1 -ci mərtəbə, ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinin verilməsi barədə cavabdeh və iddiaçı arasında bağlanmış ##.##.2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Müqavilənin etibarsız hesab edilməsi nəticəsində iddiaçı qeyri-yaşayış sahəsindən faktiki olaraq məhrum olunduğunu müəyyən etmişdir. Belə olan halda iddiaçı qeyri-yaşayış sahəsini almaq üçün ödədiyi məbləğin ona geri qaytarılmasını tələb edir. Çünki cavabdeh tərəfindən ##.##.2016-cı il tarixində iddiaçıya arayış verilmişdir. Həmin arayışda qeyd edilmişdir ki, həqiqətən iddiaçı cavabdehin Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49 məhəlləsində inşa etdiyi yaşayış binasının 2-ci blok, 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinin dəyərini tam ödəmişdir. Həmin arayış cavabdehin direktoru Cəfər İsmayılov tərəfindən şəxsən iddiaçının yanında imzalanmışdır və cavabdehin möhürü ilə təsdiq edilmişdir. Müqavilə və arayışda olan imzalara diqqətlə baxdıqda isə görünür ki, imzalarda az da olsa fərq var. İddiaçıya sözügedən qeyri-yaşayış sahəsinin dəyərini tam ödəməsi barədə arayış verdikdən sonra cavabdeh tərəfindən müqavilənin sonradan iddiaçıya veriləcəyi bildirilmişdir. İddiaçı müqaviləni əldə etdikdə müqavilədə olan direktor adından atılan imzanın saxta olduğu haqqında heç bir fikri olmamışdır. Müqavilənin həqiqiliyinə inanmışdır. Lakin hazırda müqavilə məhkəmə qətnaməsinə əsasən etibarsız hesab edilmişdir. Müqavilə etibarsız hesab edildikdən sonra iddiaçı cavabdehə ##.##.2024-cü ildə müraciət edərək, sözügedən qeyri-yaşayış sahəsinə ödədiyi məbləğin tam şəkildə qaytarılmasını tələb etmişdir. Lakin iddiaçının müraciətinə cavab verilməmiş və ödəniş iddiaçıya geri qaytarılmamışdır. Təəssüf ki, iddiaçıya verilmiş arayışda ödədiyi məbləğ qeyd edilməmişdir. Yalnız müqavilədə məbləğ göstərilib, həmin müqavilə isə məhkəmə qətnaməsi ilə etibarsız hesab edildiyi üçün iddiaçı ödədiyi məbləğin miqdarını sübut edə bilmir. Belə olan halda iddiaçı hesab edir ki, cavabdeh tərəfindən Qaraçuxur qəsəbəsi, 4048/49 məhəlləsində inşa edilmiş yaşayış binasının 2-ci blok, 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinin 2016-cı ildə satış dəyəri ekspertiza vasitəsilə müəyyən edilərək iddiaçıya həmin məbləğ geri qaytarılmalıdır.

10. Cavabdeh məhkəməyə iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək göstərmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 20.112023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvanda inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1 -ci mərtəbə, ümumi sahəsi 100 m2 olan qeyri-yaşayış sahəsinin verilməsi barədə "xxxx” Mənzil-Tikinti Kooperativi ilə İddiaçı arasında bağlanmış ## ###### 2016-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi qət edilmişdir. Etibarsız hesab edilməsinə səbəb isə tərəflər arasındakı müqavilənin ## ###### 2016-cı il tarixdə bağlanmasına baxmayaraq, araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı 7 ildən artıq bir müddət ərzində həmin qeyri-yaşayış sahəsini təhvil almamış, ondan heç vaxt istifadə etməmiş və ona sahiblik etməmişdir. Hətta keçirilmiş yerli baxış zamanı da müəyyən olunmuşdur ki, i iddiaçı tərəf, ümumiyyətlə, hansı qeyri-yaşayış sahəsinə dair müqavilə bağladığını bilmir və müqavilə üzrə tələb etdiyi qeyri-yaşayış sahəsini göstərə bilmir. İddiaçı tərəfdə yalnız müqavilə və arayış mövcuddur ki, həmin müqavilə üzrə də imza "xxxx” MTK-nin direktoru İsmayılov Cəfər Həsən oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2023-cü il tarixli, 3-16-16/2-*/**** №-li ekspert rəyində qeyd olunmuşdur ki, ekspertizaya təqdim edilmiş mülki işin 43-cü vərəqində "xxxx” MTK-nın direktoru İsmayılov Cəfər Həsən oğlu ilə İddiaçı adlarından olan ## ###### 2016-cı il tarixli müqavilədə "İcraçı” hissəsində "İsmayılov C.H” qrafasındakı imza - İsmayılov Cəfər Həsən oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Belə olan halda iddiaçının pul tələbi üzrə subyektiv hüququ yaranmamışdır. Həmçinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*l*)-****/**** nömrəli qətnaməsi ##.##.2023-cü il tarixdə qəbul edilmişdir, hazırkı iddia ərizəsi isə ##.##.2024-cü il tarixdə verilmişdir. Göründüyü kimi, bir illik iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.1-ci maddəsinə əsasən, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə əsasən, bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” # ##### 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən, müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. Göründüyü kimi, iddiaçı tərəfindən iddia müddəti ötürüldükdən sonra məhkəməyə müraciət edilmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

11. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.(hakim X1)

12. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, məhkəmə qətnaməsi ilə əhəmiyyətsizliyi təsbit edilmiş ##.##.2016-cı il tarixli müqavilə üzrə Cavabdeh MTK-ya ödədiyini iddia etdiyi vəsaiti cavabdehdən tələb etmişdir. O, cavabdehə ödəniş etdiyini təsdiq edən sübut kimi məhkəməyə ##.##.2016-cı il tarixli arayışı təqdim etmişdir. Cavabdeh MTK-nın direktoru İsmayılov C.H adından imzalanmış bu arayışda mübahisəli qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənildiyi qeyd edilmişdir. Həmin arayışda Cavabdeh MTK-nın direktoru adından çəkilmiş imzanın həqiqətən həmin şəxs tərəfindən icra edilməsi ilə bağlı tərəflər arasında mübahisə olduğundan məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, müvafiq ekspert rəyində sözügedən arayışda Cavabdeh MTK-nın direktoru qrafasındakı imzanın İsmayılov Cəfər Həsən oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Göründüyü kimi, iddianın əsasını təşkil edən halla bağlı məhkəməyə təqdim edilmiş yeganə sübut ##.##.2016-cı il tarixli arayış olmuşdur ki, bu arayışdakı imzanın da etibarsızlığı ekspert rəyi əsasında müəyyən edilmişdir. Məhkəmə müvafiq ekspert rəyi ilə ona görə razılaşır ki, tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığına da bu hal səbəb olmuşdur. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, müqavilədə Cavabdeh MTK-nın direktoru adından çəkilmiş imzanın həqiqətən həmin şəxs tərəfindən icra olunubolunmaması ilə bağlı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən verilmiş rəydə imzanın başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Məhkəmə də müvafiq rəyi iş üzrə digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək, yekunda tərəflər arasında heç bir müqavilə bağlanmadığı, dolayısı ilə ##.##.2016-cı il tarixli müqavilənin əhəmiyyətsiz əqd olduğu nəticəsinə gəlmişdir. Belə görünür ki, həm müqavilədəki, həm də bu müqavilə əsasında müvafiq ödəniş edildiyini təsdiq edən arayışdakı imzalar Cavabdeh MTK-nın dirtektoruna məxsus deyil. Belə olan halda sözügedən arayışı iş üzrə mötəbər sübut kimi qəbul etmək, bu əsasla etibarsız əqd üzrə ödənilmiş vəsait kimi cavabdehdən iddiaçının xeyrinə hansısa məbləğdə pul tutmaq mümkün deyil. Mübahisəyə iddia müddətinin tətbiqinə münasibətdə məhkəmə qeyd etmişdir ki, tərəflər arasında bağlandığı iddia olunan müqavilənin etibarsız (əhəmiyyətsiz) əqd olması barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilmiş qərarında qeyd edildiyi kimi, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər. Hazırkı işdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK ilə aralarında bağlanmış və əhəmiyyətsizliyi artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsbit edilmiş əqd üzrə qarşı tərəfə verdiyini iddia etdiyi əvəz edilən əşyanı - pul vəsaitini cavabdehdən tələb edir. Belə olan halda Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilmiş hüquqi mövqeyinə uyğun olaraq, mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddət tətbiq edilməlidir. Bu vəziyyətdə məhkəmə hesab edir ki, sözügedən müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə hansısa məbləğdə vəsait ödənildiyi sübuta yetirilmiş olsa idi belə, hazırkı iş üzrə əhəmiyyətsiz ##.##.2016-cı il tarixli əqdin icrasına başlanıldığı gündən, yəni müvafiq vəsaitin ödənildiyi iddia olunan gündən (arayışın tərtib edildiyi ##.##.2016-cı il tarixdən) bir ildən çox vaxt keçdiyindən iddianın təmin edilməsi istisna edilir

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci, 337.2-ci, 351-ci, 354-cü, 372-ci, 375-ci, 1091-ci, 1092-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 82-ci, 88-ci, 119-cu, 217.4cü, 218.3-cü, 220.5-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2021-ci il tarixli qərarına istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Apellyasiya şikayətinin dəlilləri

14. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışd, əlavə olaraq göstərmişdir ki, məhkəmə iddiaçı tərəfindən təqdim edilmiş əsas sübuta-arayışa düzgün hüquqi qiymət verməmək, əhəmiyyət verməmək işin faktiki hallaram aydmlaşdmlmadığım bariz göstərir. İddiaçının təqdim etdiyi arayışda cavabdeh MTK-nə məxsus möhür var. Arayış Cavabdehin möhürü ilə necə ola bilər ki təsdiq edilsin. Məhkəmə qətnamədə bu barədə heç bir qeyd aparmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. ç) Proses iştirakçılarının izahatı

17. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

18. Cavabdeh və üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə uyğun olaraq məhkəmə apellyasiya şikayətinə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

d) Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir; 324.2-ci maddəsinə görə əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir; 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir; 337.1-ci maddəsinin tərəblərinə görə bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər; 337.2-ci maddəsinə görə isə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir; 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. 1091.1-ci maddəsinə əsasən Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır;

21. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2021-ci il tarixli qərarı. Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müvafiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Yuxarıda vurğulandığı kimi, əhəmiyyətsiz əqd heç bir əlavə şərtdən, o cümlədən müddətin keçməsindən, tərəflərin iradəsindən, məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq bağlandığı andan özlüyündə etibarsız olan əqddir. Bu baxımdan özlüyündə etibarsız olan əhəmiyyətsiz əqdlər məhkəmə tərəfindən yenidən etibarsız hala gətirilə bilməz və Mülki Məcəllənin 354.1-ci maddəsində göstərilən müddət əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı məhkəmədə iddia qaldırılması üçün nəzərdə tutulmuş müddət deyildir. Bu müddət əhəmiyyətsiz əqdlərin nəticələrinin tətbiqi ilə bağlı müəyyən edilmiş müddətdir. ...əvəzedilən əşyalar mülki dövriyyədə yalnız say, ölçü, çəki ilə müəyyənləşdirilən əşyalardır ki, bu əşyalar əhəmiyyətsiz əqd üzrə verilmiş olsa belə, əldə edənin əmlakına qarışdığından, sonuncunun həmin əşya üzərində hüququ yaranır. Lakin əldə edənin əşya üzərində hüququ heç bir hüquqi əsas olmadan yarandığından, əsassız varlanmaya səbəb olur. Məhz bu halda əhəmiyyətsiz əqd üzrə şəxs digər tərəfə qarşı tələb hüququnu reallaşdıraraq, Mülki Məcəllənin 354.1-ci maddəsi ilə müəyyən edilmiş bir il müddət ərzində əhəmiyyətsiz əqd üzrə icra edilmişlərin geri qaytarılması ilə bağlı iddia verə bilər. Yəni həmin maddədə müəyyən edilmiş bir illik müddət əhəmiyyətsiz əqdin icrası nəticəsində yaranmış əsassız varlanma halları ilə bağlı tələblər üçün keçərlidir. Beləliklə, əhəmiyyətsiz əqd əsasında əsassız varlanma halı baş verdiyi təqdirdə, Mülki Məcəllənin 354.1-ci maddəsinə uyğun olaraq qarşı tərəfin əhəmiyyətsiz əqd əsasında əldə etdiklərinin geri qaytarılması, bu mümkün olmadıqda onların dəyərinin ödənilməsi ilə bağlı tələb hüququ bir il ərzində irəli sürülə bilər.

e) Apellyasiya baxışının hədləri

22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

24. İddiaçı tərəfindən qətnamə tam mübahisələndirilərək onun ləğv edilməsi və yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməsi xahiş edildiyindən, qətnamə bütövlükdə yoxlanılır.

ə) Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

26. Hazırkı işin faktiki hallarına əsasən iddiaçı İddiaçı (Payçı) və cavabdeh "xxxx” MTK (İcraçı) adından İsmayılov C.H. arasında ##.##.2016-cı il tarixli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, İcraçı Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49 məhəlləsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 m2 olan qeyri-yaşayış sahəsini Payçıya verməyi, Payçı isə qeyri- yaşayış sahəsinin müqavilədə göstərilmiş dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən, qeyri-yaşayış sahəsinin 1 m2-i 2000 manat olmaqla, 100 m2 üçün 200000 manat məbləğində müəyyən edilmişdir. "xxxx” MTK-nın direktoru İsmayılov C.H adından imzalanıb "xxxx” MTK-nın möhürü ilə təsdiq edilərək İddiaçı verilmiş ##.##.2016-cı il tarixli arayışda Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, 4048/49 məhəlləsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının 2-ci blok, 1 -ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 m2 olan qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənildiyi qeyd edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2023cü il tarixli, 2(010)- ****/**** nömrəli qətnaməsi ilə İddiaçı və "xxxx” MTK arasında bağlanmış ##.##.2016-cı il tarixli müqavilə etibarsız hesab edilmişdir.

27. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı İddiaçı və cavabdeh Cavabdeh MTK arasında ##.##.2016-cı il tarixli müqavilə bağlanmışdır. Bu müqaviləyə əsasən, cavabdeh mübahisəli qeyri-yaşayış sahəsini iddiaçıya verməyi, iddiaçı isə bu sahənin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh Cavabdeh MTK-nın direktoru İsmayılov C.H adından imzalanmış ##.##.2016-cı il tarixli arayışda müvafiq qeyri-yaşayış sahəsinin dəyərinin tam şəkildə ödənildiyi qeyd edilmişdir. Lakin qanuni qüvvəyə minmiş Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə ##.##.2016-cı il tarixli müqavilə etibarsız hesab edilmişdir. Hazırda iddiaçı İddiaçı etibarsız hesab edilmiş həmin müqavilə üzrə ödədiyini iddia etdiyi vəsaiti cavabdehdən tələb edir. Cavabdeh Cavabdeh MTK isə mübahisəyə iddia müddətinin tətbiq edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir.

28. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə tərəflər arasında bağlanmış ##.##.2016-cı il tarixli müqavilənin etibarsız (əhəmiyyətsiz) əqd olduğu təsbit edilmişdir. Nəzərə alınmalıdır ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi, maddə 82.3).

29. Bununla belə o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Belə ki, o, məhkəmə qətnaməsi ilə əhəmiyyətsizliyi təsbit edilmiş ##.##.2016-cı il tarixli müqavilə üzrə Cavabdeh MTK-ya ödədiyini iddia etdiyi vəsaiti cavabdehdən tələb etmişdir. O, cavabdehə ödəniş etdiyini təsdiq edən sübut kimi məhkəməyə ##.##.2016-cı il tarixli arayışı təqdim etmişdir. Cavabdeh MTK-nın direktoru İsmayılov C.H adından imzalanmış bu arayışda mübahisəli qeyri-yaşayış sahəsinin dəyərinin tam ödənildiyi qeyd edilmişdir. Həmin arayışda Cavabdeh MTK-nın direktoru adından çəkilmiş imzanın həqiqətən həmin şəxs tərəfindən icra edilməsi ilə bağlı tərəflər arasında mübahisə olduğundan məhkəmə tərəfindən məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, müvafiq ekspert rəyində sözügedən arayışda Cavabdeh MTK-nın direktoru qrafasındakı imzanın İsmayılov Cəfər Həsən oğlu tərəfindən yox, başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir.

30. Göründüyü kimi, iddianın əsasını təşkil edən halla bağlı məhkəməyə təqdim edilmiş yeganə sübut ##.##.2016-cı il tarixli arayış olmuşdur ki, bu arayışdakı imzanın da etibarsızlığı ekspert rəyi əsasında müəyyən edilmişdir. Məhz tərəflər arasında bağlanmış müqavilənin etibarsızlığına da bu hal səbəb olmuşdur. Belə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən görünür ki, müqavilədə Cavabdeh MTK-nın direktoru adından çəkilmiş imzanın həqiqətən həmin şəxs tərəfindən icra olunub-olunmaması ilə bağlı məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş, ekspert tərəfindən verilmiş rəydə imzanın başqa şəxs tərəfindən icra olunması müəyyən edilmişdir. Məhkəmə də müvafiq rəyi iş üzrə digər sübutlarla əlaqəli şəkildə qiymətləndirərək, yekunda tərəflər arasında heç bir müqavilə bağlanmadığı, dolayısı ilə ##.##.2016-cı il tarixli müqavilənin əhəmiyyətsiz əqd olduğu nəticəsinə gəlmişdir. Belə görünür ki, həm müqavilədəki, həm də bu müqavilə əsasında müvafiq ödəniş edildiyini təsdiq edən arayışdakı imzalar Cavabdeh MTK-nın dirtektoruna məxsus deyil. Belə olan halda sözügedən arayışı iş üzrə mötəbər sübut kimi qəbul etmək, bu əsasla etibarsız əqd üzrə ödənilmiş vəsait kimi cavabdehdən iddiaçının xeyrinə hansısa məbləğdə pul tutmaq mümkün deyil.

31. İşin hallarına əsasən məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən qanunla müəyyən edilmiş hüququnun həyata keçirilməsi ilə bağlı müddəti də ötürmüşdür. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 0# ##### 2021-ci il tarixli Qərarında göstərilir ki, mülki qanunvericilikdə etibarsızlığa səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlər də fərqli şəkildə tənzimlənir. Məsələn, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir.

32. Həmin Qərara əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsində müəyyən edilmiş müddətlər iradə ifadəsinin zədələnməsi hallarında əqdi mübahisələndirmək hüququnun həyata keçirilməsi ilə bağlı nəzərdə tutulmuş kəsici müddətlərdir.

33. “B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ### 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2020-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyinə əsasən “Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz... Bununla yanaşı, Mülki Məcəllənin 354cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir.

34. Qanunvericiliyə əsasən maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığını mübahisə etmək hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Göründüyü kimi, qeyd olunan müddət hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətlərinə aid deyil, kəsici müddətlərə aiddir. Bununla bağlı iddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsinə zərurət də yoxdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, qanunla bu cür iddialar üçün müəyyənləşdirilmiş kəsici müddət keçdiyinə görə iddia tələbini təmin etməməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

35. Hazırkı işdən görünür ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh MTK ilə aralarında bağlanmış və əhəmiyyətsizliyi artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsbit edilmiş əqd üzrə qarşı tərəfə verdiyini iddia etdiyi əvəz edilən əşyanı - pul vəsaitini cavabdehdən tələb edir. Belə olan halda Konstitusiya Məhkəməsinin Plenumunun yuxarıda istinad edilmiş hüquqi mövqeyinə uyğun olaraq, mübahisəyə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 354.1-ci maddəsində nəzərdə tutulmuş müddət tətbiq edilməlidir. Bu vəziyyətdə məhkəmə hesab edir ki, sözügedən müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə hansısa məbləğdə vəsait ödənildiyi sübuta yetirilmiş olsa idi belə, hazırkı iş üzrə əhəmiyyətsiz ##.##.2016-cı il tarixli əqdin icrasına başlanıldığı gündən, yəni müvafiq vəsaitin ödənildiyi iddia olunan gündən (arayışın tərtib edildiyi ##.##.2016-cı il tarixdən) bir ildən çox vaxt keçdiyindən iddianın təmin edilməsi istisna edilir. Eyni zamanda qeyd edilməlidir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli qətnaməsinin çıxmasından belə bir il keçmişdir. Belə ki, həmin qətnamə qəbul edildikdəndə sonra bir il ərzində belə bir tələblə müraciət etməmiş, hazırki tələblə yalnız ## ###### 2024-cü il tarixdə müraciət etmişdir.

36. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla yuxarıda qeyd edilənlərlə təkzib edildiyindən qətnamənin dəyişdirilməsinə və ya ləğv edilməsinə hər hansı əsas vermir. Bu səbəbdən apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 382-ci, 384-cü, 392-ci, 393-cü, 403-cü, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli ## ###### 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına elektron qaydada kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar