Məhkəmə qərarları › İş №2(3-6)-123/2026

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-6)-123/2026

08.04.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-123/2026 08.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh “X2” Qapalı Səhmdar Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğvi, işə bərpa və pul) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədzadə Günay Sarastən qızının katibliyi, Iddiaçı İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, Iddiaçı İddiaçı cavabdeh “X2” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi və s.” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxaraq, müəyyən etdi IŞIN HALLARI

1. Iddiaçı İddiaçı cavabdeh “X2” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı İddiaçı ##.##.2021-ci il tarixdə “X2” QSCnin mühafizəçi işinə qəbul edilmiş və iddiaçı ilə ##.##.2021-ci il tarixli, ***/** saylı əmək müqaviləsi bağlanmışdır. Aylıq əmək haqqı 555,43 manat təşkil etmişdir. “X2” QSC-nin direktoru Kamran Məmmədovanın imzaladığı ##.##.2024-cü il tarixli xəbərdarlıq məktubu təqdim edilmiş və iddiaçı ilə bağlanmış ##.##.2021-ci il tarixli, ***/** saylı əmək müqaviləsinə ##.##.2024- cü il tarixdə xitam veriləcəyi bildirilmişdir. Lakin iddiaçı xəbərdarlıq məktubuna "Xəbərdarlığı qəbul etmirəm” sözünü yazmışdır. Bundan sonra isə, yəni “X2” QSC-nin rəhbərinin ##.##.2024-cü il tarixli əmri ilə iddiaçı işdən çıxarılmışdır. Lakin işdən çıxarılmağının səbəbi iddiaçıya məlum deyildir və iddiaçıya işdən çıxarılma barədə əmr təqdim edilməmişdir. Iddiaçı ##.##.2024-cü il tarixli ərizə ilə “X2” QSC-nin rəhbərinə müraciət edərək, iddiaçı ilə bağlanmış əmək müqaviləsinin surətinin və işdən azad edilməyi barədə əmrin surətini təqdim edilməsini xahiş etmişdir. Lakin cavabdeh əmrin surətini iddiaçıya təqdim etsə də, əmək müqaviləsinin müqaviləsinin surətini təqdim etməmişdir. Iddiaçı hesab edir ki, iddiaçı qanunsuz olaraq işdən çıxarılmış və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş əmək hüququ və yaşamaq hüququ pozulmuşdur. Hesab edir ki, “X2” QSC-nin rəhbərinin ##.##.2024-cü il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli və iddiaçının əmək hüquqları təmin edilməlidir. Göstərilənlərə əsasən “X2” QSC-nin rəhbərinin ##.##.2024-cü il tarixli əmrinin ləğv edilməsi və işə bərpa olunmağı barədə “X2” QSC-nin direktorunun qanunsuz əmri nəticəsində məcburi iş buraxma müddəti üçün əmək haqqının, həmçinin istifadə olunmamış məzuniyyət haqlarının hesablanıb cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, mediasiya təşkilatına ödədiyi 60 manat haqqın cavabdehdən alınıb iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

2. Cavabdeh “X2” QSC iddia ərizəsinə qarşı etirazını izahat formasında təqdim edərək, iddiaçı İddiaçı iddiasının əsassız olduğundan rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçının əmək müqaviləsinə xitam verilməmişdən öncə qanuna müvafiq əmək məcəlləsinin tələblərinə uyğun öncədən xəbərdarlıq edilmiş, lakin iddiaçının özünün qeyd etdiyi kimi xəbərdarlığı qəbul etməkdən imtina etmişdir. Digər tərəfdən, iddiaçını işdən azad etməmişdən öncə ##.##.2024-cü il ona qanunvericiliyi izah edib və xəbərdarlığı özünə oxutdurub imzalamağı bildirmişlər, lakin xəbərdarlığın nə ilə bağlı olduğunu bilib anlaqlı şəkildə imzalamaqdan boyun qaçırmışdır. Etdiyi əməli həmin xəbərdarlığın alt hissəsinə öz sözləri ilə yazıb qeyd etmişdir ki, xəbərdarlığı qəbul etmirəm. Tərəflərindən həmin sənədin surəti məhkəmə prosesi zamanı iş materiallarına əlavə edilmişdir. ##.##.2024-cü il tarixdə iddiaçıya işdən azad olunma əmrinin surətini təqdim edib həmin sənədin aşağısına öz sözləri ilə sənədin surətinin qəbul etdim sözləri yazdırmışlar. Həmin sənədin surəti məhkəmə prosesi zamanı iş materiallarına əlavə edilmişdir. Əmək müqaviləsi işəgötürən ilə işçi arasında əmək müqaviləsi bağlanan zaman təqdim edilmişdir. Lakin təkrar olaraq əmək müqaviləsinin surəti məhkəmə prosesi zamanı iş materiallarına əlavə edilmişdir. Işəgötürən ilə işçi arasında bağlanan əmək müqaviləsi qanunvericiliyin tələblərinə, Əmək məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən ## ###### 2024-cü il tarixdə xitam verilmiş, işçiyə 38.46 təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyəti günlərinə görə kompensasiya ödənilmişdir. Iddiaçının iddia ərizəsində istinad etdiyi hüquq normasının hazırkı işlə bağlı iddiaçıya aidiyyəti yoxdur. Belə ki, iddiaçı istinad etmiş olduğu Əmək Məcəlləsinin 69-cu maddəsi Əmək müqaviləsinin işçi tərəfindən pozulması qaydasından bəhs edir. Lakin iddiaçı iddia ərizəsini tərtib edərkən hüquq normalarını, yəni əmək müqaviləsinin 69-cu maddəsinin 1-ci bəndini öz xeyrinə dəyişərək bu cür qeyd etmişdir - Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 1-ci bəndinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürənin yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edilə bilər. Əslində isə 69-cu maddənin 1-ci bəndi qanunvericilikdə belə yazılmışdır - işçi bir təqvim ayı əvvəlcədən işə götürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Qeyd edilənlərdən göründüyü kimi işçi İddiaçı Elburus oğlunun hüquqları pozulmamışdır.

3. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə Iddiaçı İddiaçı cavabdeh “X2” Qapalı Səhmdar Cəmiyyətinə qarşı “əmrin ləğvi, işə bərpa və pul” tələbinə dair iddiası təmin edilməmişdir.

4. Məhkəmə qeyd etmişdir ki, əmək münasibətlərinin əsası “müqavilə azadlığı” prinsipinə söykənir. Işəgötürən və işçi əmək münasibətlərinə daxil olduqda, onların məzmununu – əmək şəraiti, vəzifə və öhdəlikləri, hüquqları və, vacib məqamlardan biri olaraq, müqavilənin müddətini – özləri müəyyənləşdirirlər. Əmək qanunvericiliyi açıq şəkildə həm müddətsiz, həm də müəyyən müddətli müqavilələrin bağlanmasını nəzərdə tutur və bunlardan birinin seçilməsi işəgötürənin idarəetmə və təşkilati səlahiyyətinin bir hissəsidir. Cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi, bu barədə ##.##.2024-cü il tarixdə əmrin verilməsi əmək qanunvericiliyinin göstərilən tələblərinə uyğun olmuşdur. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbi əmrin ləğv edilməsi hissəsində əsassız hesab edilməklə təmin edilməməlidir.

5. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 8, 11, 45.1, 45.5, 68.1, 68, 73.1, 300.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

APELLYASIYA ŞIKAYƏTININ DƏLILLƏRI VƏ ŞIKAYƏTƏ ETIRAZIN DƏLILLƏRI

6. Iddiaçı İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı təkbaşına övlad böyüdən ata kimi, 2018-ci ildən cavabdeh müəssisədə fasiləsiz işləmiş, eyni zamanda şirkətin yerləşdiyi ünvanda övladı ilə birlikdə yaşamışdır. Bunun əsas səbəbi onun öz yaşayış yerinin olmaması və uşağın saxlanması üzrə bütün məsuliyyətin onun üzərində olmasıdır. Əmək qanunvericiliyinin tələblərinə əsasən, işdən azad etmə zamanı işçinin sosial vəziyyəti, ailə tərkibi və himayəsində olan şəxslər nəzərə alınmalıdır. Işəgötürən tərəfindən ona verilən hüquqlardan sui-istifadə edərək onun kimi tək valideynə qarşı belə münasibət sosial ədalət prinsipinə və əmək münasibətlərində insani yanaşma tələbinə ziddir.

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

MƏHKƏMƏ ICRAATI IŞTIRAKÇILARININ IZAHATLARI

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi R.Səfiyev apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi.

MÜBAHISƏNIN HƏLLI ILƏ BAĞLI MƏHKƏMƏ ARAŞDIRMASININ ƏSASINI TƏŞKIL EDƏN SƏNƏDLƏR

11. Mülki işin materiallarında olan ##.##.2022-ci il tarixli əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə əsasən İddiaçı “X2” QSC-də ##.##.2021-ci il tarixdən müddətli əmək müqaviləsi əsasında aylıq əmək haqqının məbləği 555.43 manat müəyyən edilməklə ##.##.2022-ci il tarixədək müddətə “mühafizəçi” vəzifəsinə işə qəbul edilmişdir.

12. Mülki işin materiallarında olan “X2” QSC tərəfindən mühafizəçi vəzifəsində çalışan İddiaçı ünvanlanan ##.##.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, onunla ##.##.2021-ci il tarixdə ***/** saylı əmək müqaviləsinə əsasən 03 ay müddətinə bağlanmış olan müddətli əmək müqaviləsinə əmək müqaviləsinin əvvəl müəyyən olunmuş müddətə uzadılmış olunması nəzərə alınaraq həmin müqavilənin 9.1-ci bəndinə əsasən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 “b” bəndini rəhbər tutaraq (əmək müqaviləsinin qurtarması ilə əlaqədar olaraq) əmək müqaviləsinə ##.##.2024-cü il tarixdə xitam veriləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir (“##.##.2024-cü il tarixində xəbərdarlığı qəbul etmirəm” qeydi qeyd edilmişdir).

13. Mülki işin materiallarında olan “X2” QSC tərəfindən verilən ##.##.2024-cü il tarixli, AMC-***-X/** nömrəli Əmrə əsasən əsas iş yeri mühafizəçi vəzifəsində çalışan İddiaçı əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən (əmək müqaviləsinin müddətinin qurtarması ilə) ## ###### 2024-cü il tarixdən xitam verilməsi, işçiyə “38.46” təqvim günü müddətində istifadə etmədiyi əmək məzuniyyəti günlərinə görə kompensasiya ödənilməsi nəzərdə tutulmuş, əsas kimi İddiaçı ##.##.2021-ci il tarixli, ***/** saylı əmək müqaviləsi və işçiyə təqdim edilmiş ## ###### 2024-cü il tarixli xəbərdarlıq qeyd edilmişdir (“##.##.2024-cü il tarixində sənədin surətini qəbul etdim” qeydi qeyd edilmişdir).

14. Mülki işin materiallarında olan “X2” QSC-yə iddiaçı L.Kamal tərəfindən ünvanlanan ##.##.2024-cü il tarixli ərizəyə əsasən iddiaçı işdən çıxarılma səbəbinin ona məlum olmadığını və işdən çıxarılma barədə əmrin, eləcə də əmək müqaviləsinin təqdim edilmədiyini bildirərək, əmək müqaviləsi və işdən azad edilməyi barədə əmrin surətinin ona təqdim edilməsini xahiş etmişdir.

15. Mülki işin materiallarında olan Bakı * saylı Mediasiya Təşkilatı tərəfindən verilən ##.##.2024-cü il tarixli, MŞB/*/****-***** nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışa əsasən həmin tarixdə keçirilən ilkin mediasiya sessiyasında hər iki tərəf iştirak etmiş, lakin cavabdehin nümayəndəsi prosesin davam etdirilməsinə razılıq verməmişdir.

16. Mülki işin materiallarında olan ##.##.2024-cü il tarixli mədaxil qəbzinə əsasən iddiaçı L.Kamal tərəfindən Mediasiya təşkilatına 60 manat məbləğində xərc ödənilmişdir.

17. Mülki işin materiallarında olan “X2” QSC ilə İddiaçı arasında bağlanmış ##.##.2021-ci il tarixli, ***/** nömrəli əmək müqaviləsinə əsasən İddiaçı ##.##.2021-ci il tarixdən başlayaraq müddətli olaraq ##.##.2021-ci il tarixədək 03 ay müddətinə mühafizəçi olaraq işə qəbul edilmişdir.

18. Mülki işin materiallarında olan iddiaçı tərəfindən “X2” QSC-nin direktoruna ünvanlanan ##.##.2023-cü il tarixli ərizəyə əsasən iddiaçı ona ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixə qədər məzuniyyətə çıxmağına və məzuniyyət ödənişini əmək haqqı ilə birlikdə almağına icazə verilməsini xahiş etmiş, həmin tarixli əmrə əsasən iddiaçı ##.##.2023-cü il tarixdən ##.##.2023-cü il tarixədək 30 gün təqvim günü müddətinə, 2021/2022-ci iş ili üçün 21 təqvim günü və 2022/2023-cü iş ili üçün 9 təqvim günləri üzrə qismən əmək məzuniyyətinə buraxılması nəzərdə tutulmuşdur.

19. Mülki işin materiallarına həmçinin, ödəniş kartı üzrə çıxarış, iş vaxtının tabelləri, əmək haqqı cədvəlləri əlavə edilmişdir.

20. Mülki işin materiallarında olan AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ## #### 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinə əsasən rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan və təqdim edilmiş sənədlər əsasında rəyin tədqiqat prosesinin hissəsində göstərilənləri nəzərə alaraq ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə iddiaçı İddiaçı “X2” QSC-də işlədiyi dövrdə məzuniyyət haqqının və son haqq-hesabının hesablanması qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının əmək haqqı kart hesabına köçürüldüyü müəyyən olunur.

TƏTBIQ EDILƏN HÜQUQ və MƏHKƏMƏNIN MÖVQEYI

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

22. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi xahiş edilir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.

23. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

24. Birinci instansiya məhkəməsində araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 27.il tarixdən cavabdeh müəssisədə mühafizəçi olaraq çalışmış, ## ### 2021-ci il tarixdə 2018-ci tərəflər arasında bağlanılmış ***/** saylı müddətli əmək müqaviləsinə əsasən iddiaçı rəsmi olaraq 03 ay müddətinə, ##.##.2021-ci il tarixədək bağlanılmış, daha sonra iddiaçıya ##.##.2024-cü il tarixli xəbərdarlıq məktubu ilə onunla bağlanmış əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam veriləcəyi barədə xəbərdarlıq edilərək ##.##.2024-cü il tarixli, AMC-***- X/** nömrəli Əmrə əsasən iddiaçı ilə bağlanılmış əmək müqaviləsinə müqavilə müddətinin bitməsi əsası ilə xitam verilmişdir.

25. Hazırda iddiaçı cavabdeh tərəfindən verilən ##.##.2024-cü il tarixli, AMC-008- X/** nömrəli “əmək müqaviləsinə xitam verilməsi”nə dair Əmrin qanunsuz olduğunu iddia edərək, həmin əmrin ləğv edilməsi, işə bərpa edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının, eləcə də istifadə olunmamış məzuniyyət haqlarının hesablanaraq ona ödənilməsini tələb edir. Cavabdeh isə “əmək müqaviləsinə xitam verilməsi”nə dair Əmrin qanunvericiliyin tələblərinə uyğun şəkildə verildiyini, heç bir qanun pozuntusuna yol verilmədiyini bildirərək, iddiaçının iddiasının əsassız olduğundan rədd edilməsini tələb edir.

26. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 8-ci maddəsinə əsasən müddət axımının başlanması təqvim üzrə müəyyən edilmiş vaxtın ertəsi günündən hesablandığı, həftələrlə hesablanan müddətlər həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. Əgər müddətin son günü qeyri-iş gününə düşərsə, onun ardınca gələn ən yaxın iş günü müddətin bitdiyi gün hesab edilir. 11-ci maddəsinin “b” bəndi ilə bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarından biridir. 45.1-ci maddəsinə əsasən əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. 45.5-ci maddəsinə əsasən müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək müqaviləsi hesab edilir. 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən əmək müqaviləsinin müddətinin qurtarması əmək müqaviləsinə xitam verilməsinə əsasdır. 73.1-ci maddəsinə əsasən müddətli əmək müqaviləsinə müddəti bitdikdə xitam verilir. Müddətli əmək müqaviləsinin müddətinin bitməsinə azı bir həftə qalmış tərəflərdən heç biri digər tərəfi müddətin bitməsinə görə müqaviləyə xitam verilməsi barədə yazılı formada (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdar etməzsə, həmin əmək müqaviləsi əmək müqaviləsində göstərilən müddətə uzadılır və ya bu Məcəllənin 45-ci maddəsinin 5-ci hissəsi ilə müəyyən edilmiş hallarda müddətsiz hesab olunur (## ###### 2024-ci ildən). Əvvəlki redaksiyada:

1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Bu Məcəllənin 45-ci maddəsinin beşinci hissəsi nəzərə alınmaqla, müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur. (## #### 2017 - ## ###### 2024) Əmək qanunvericiliyinin istinad olunan normalarının məzmunundan aydın olur ki, hazırki mülki iş üzrə iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinin bağlanması nəticəsində əmək münasibətləri yaranmış və bu münasibətlərə əsasən, iddiaçı işçi, cavabdeh isə işəgötürən hesab olunmuşdur. Tərəflər arasındakı əmək münasibətləri həmin əmək müqaviləsinə və Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq tənzimlənməlidir. Əmək qanunvericiliyinə görə, işəgötürənin əsas vəzifələrindəndir ki, Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirsin, əmək müqavilələrini həmin Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozsun. “Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər” məzmunlu norma imperativ xarakter daşımaqla işəgötürən tərəfindən öz hüquqlarından suiistifadə edilməsinə mane olur.

28. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin AR Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-IV və VIII hissələrinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli Qərarına əsasən işçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıbbağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar.

29. Tərəflər arasında bağlanmış ##.##.2021-ci il tarixli, ***/** nömrəli Əmək Müqaviləsinin 1.3-cü bəndinə əsasən bu müqavilə bağlandığı gündən yaranmış əmək münasibətləri, tərəflərin hüquqları, vəzifələri və məsuliyyəti «Əmək məcəlləsi» ilə müəyyən edilmiş qaydalarla və prinsiplərlə tənzimlənir.

30. Müqavilənin 2.1-ci bəndində müqavilənin müddətli bağlanması qeyd edilmiş, müqavilə 3 ay müddətinə bağlanmışdır.

31. Müqavilənin 9.1-ci bəndinə əsasən müqavilə Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərdən birinin təşəbbüsü ilə ləğv edilə bilər.

32. Məhkəmə qeyd edilənlərdən çıxış edərək ilk növbədə iddia tələbinin “##.##.2024-cü il tarixli, AMC-***-X/** nömrəli əmrin ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddiaçının həmin hissədə tələbi əsassızdır. Belə ki, işin araşdırılan və müəyyən edilən hallarına əsasən tərəflər arasında bağlanan ##.##.2021-ci il tarixli müddətli əmək müqaviləsinin müddəti ##.##.2021-ci il tarixdə bitməli olmasına baxmayaraq, sonradan həmin əmək müqaviləsinin müddəti işəgötürən tərəfindən qanunla ona verilmiş səlahiyyət əsasında Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun olaraq uzadılmış, son olaraq tərəflər arasında yaranmış əmək münasibətləri ##.##.2024-cü il tarixədək davam etmişdir. Cavabdeh tərəfindən əmək müqaviləsinin qüvvədə olma müddəti üzrə ##.##.2024-cü il qeyri-iş gününə (şənbə gününə) təsadüf etdiyindən müqaviləyə iddiaçıya edilmiş ##.##.2024-cü il tarixli xəbərdarlıq əsasında növbəti iş günü, yəni ##.##.2024-cü il tarixdə xitam verilmişdir.

33. Məhkəmə ilk olaraq onu qeyd etməyi zəruri hesab edir ki, əmək münasibətlərinin əsası “müqavilə azadlığı” prinsipinə söykənir. Işəgötürən və işçi əmək münasibətlərinə daxil olduqda, onların məzmununu – əmək şəraiti, vəzifə və öhdəlikləri, hüquqları və, vacib məqamlardan biri olaraq, müqavilənin müddətini – özləri müəyyənləşdirirlər. Əmək qanunvericiliyi açıq şəkildə həm müddətsiz, həm də müəyyən müddətli müqavilələrin bağlanmasını nəzərdə tutur və bunlardan birinin seçilməsi işəgötürənin idarəetmə və təşkilati səlahiyyətinin bir hissəsidir.

34. Göründüyü kimi işəgötürən tərəfindən iddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinə qabaqcadan iddiaçını xəbərdar etməklə xitam verilməsi qanunvericiliyin tələbinə və müqavilə şərtlərinə uyğun gəlir. Məhkəmə iddiaçının iddia tələbini əsaslandırdığı dəlilləri, yəni onun tərəfindən xəbərdarlıq məktubuna qəbul etmirəm sözlərinin yazılması, onun işdən çıxarılma səbəbinin ona məlum olmaması və s. əsassız hesab edir, belə ki, tərəflər arasında müqavilə bağlandığı zaman tam iradə sərbəstliyi əsasında bağlanmış və müqaviləni imzaladığı andan iddiaçıya onunla əmək münasibətlərinin müddətli olduğu, əmək münasibətləri dövründə onunla bu əsasla əmək münasibətlərinə xitam verilə biləcəyi əvvəlcədən məlum olmuşdur. Belə ki, tərəflər arasında bağlanılmış əmək müqaviləsinin 2.1-ci bəndində tərəflərin qarşılıqlı razılığı əsasında müqavilənin müddətli bağlanıldığı göstərilmiş və iddiaçı həmin əmək müqaviləsini imzalamışdır. Beləliklə də, cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmamış, cavabdeh tərəfindən iddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi, bu barədə ##.##.2024-cü il tarixdə əmrin verilməsi əmək qanunvericiliyinin göstərilən tələblərinə uyğun olmuşdur. Odur ki, qeyd edilənlərə əsasən iddia tələbi əmrin ləğv edilməsi hissəsində əsassız hesab edilməklə təmin edilməməlidir.

35. Məhkəmə iddia tələbinin “işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” hissələrinə münasibətdə qeyd edir ki, iddia əsas hissədə rədd edildiyindən və qeyd edilən tələblər ondan törəmə tələblər olduğundan həmin hissələrdə də tələb rədd edilməlidir. Məhkəmə daha sonra tələbin “istifadə olunmamış məzuniyyət haqlarının hesablanıb ödənilməsi” hissəsinə münasibətdə isə qeyd edir ki, tələb həmin hissədə də əsassız hesab edilməlidir. Belə ki, iddiaçı iddia tələbi üzrə işlədiyi müddət ərzində heç vaxt məzuniyyətə çıxmadığını iddia edərək istifadə edilməmiş məzuniyyət haqlarının ödənilməsini tələb etsə də, birinci instansiya məhkəməsinin araşdırması zamanı iddiaçıya işdən çıxdığı zaman son haqqhesabının

36. cavabdeh tərəfindən düzgün hesablanıb-hesablanmadığının, hesablanmadığı təqdirdə həmin məbləğin nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədilə iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, təqdim edilən ## #### 2025-ci il tarixli, */**** nömrəli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, iddiaçının işlədiyi dövrdə məzuniyyət haqqı və son haqq-hesabının hesablanması qanunvericiliyin tələblərinə uyğun olaraq iddiaçının əmək haqqı kart hesabına köçürülmüşdür. Qanunvericiliyin tələbinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir (Mülki Prosessual Məcəllənin 103.1-ci maddəsi). Odur ki, məhkəmə hazırki iş üzrə ekspert rəyinin mötəbərliliyini şübhə altına salan hansısa bir hal müəyyən edilmədiyi üçün həmin rəyi hazırki iş üzrə mötəbər sübut növü kimi qəbul edir.

37. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və qanunvericiliyin müvafiq müddəalarına istinadla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə mübahisələndirilən qətnamənin ləğv və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.

38. Məhkəmə Kollegiyası apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həcmdə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

39. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

40. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 384, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDI:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar