Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1230/2026 31.03.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Abbasova Günel Məhərrəm qızı və X1 ibarət tərkibdə, *(***)-***/**** saylı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qərardaddan cavabdeh Cavabdeh verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı vərəsəsi (hüquqi varisi) Hüquqi varis cavabdeh Cavabdeh qarşı irəli sürdüyü “torpaq sahəsinin geri qaytarılması və sair tələbləri barədə” iddiasına dair mülki işə baxmış Sabunçu Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini qət etmişdir. Cavabdeh Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin icraata qəbul edilməsi məsələsinə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2025-ci il tarixli qərardadla apellyasiya şikayətinin qaytarılmasını qərara almışıdır. Cavabdeh həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi ##.##.2026-cı il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Şikayətə yazılı icraat qaydasında baxan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş üzrə cavabdeh qətnamədən verdiyi apellyasiya şikayətində qətnamənin ləğv edilməsindən sonra apellyasiya baxışının nəticəsi ilə hansı (iddianın tam və ya qismən rədd edilməsi haqqında) qətnamənin qəbul edilməsini şikayətdə əks etdirməyib. Halbuki, Azərbaycan Respublikası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361 maddəsinin mənasına görə, apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi aydın göstərilməlidir (maddə 361.1.4.). MPM-in 363.1.1-1-ci maddəsinə görə, apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti qaytarılır. Buna görə də qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, cavabdehin verdiyi apellyasiya şikayətini qeyd edilən səbəbə görə qaytarılması barədə Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı qanuni, əsaslı və işin hallarına uyğundur. Həmin qərardaddan verilmiş şikayət əsassızdır. Odur ki, göstərilənləri nəzərə alan və MPM-in 397, 398, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDI: Cavabdeh Cavabdeh şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş ## ###### 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2(3-6)-1230/2026
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1230/2026
31.03.2026 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver