Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1243/2026 22.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyinin «xxxx» X1in Pirallahı rayon Sukanal Idarəsinə qarşı mülki iş üzrə (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifənin cavabdehin üzərinə qoyulması) Fuad Vahid oğlu Qəşəmzadənin katibliyi, Iddiaçı İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, Işin halları
1. Iş materiallarında olan *** saylı ##.##.**** saylı əmək müqaviləsinin surətindən görünür ki, Azərbaycan Respublikası “xxxx” ASC ilə İddiaçı arasında ##.##.2013-cü il tarixdən ##.##.2014-cü il tarixədək müddətli əmək müqaviləsi bağlanmışdır.
2. Iş materiallarında olan Bakı ** saylı Mediasiya təşkilatı ilkin IMS-dan iştirak edilməməsi barədə MŞB/**/****-***** saylı ##.##.2025-ci il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyinin «xxxx» X1in Pirallahı rayon Sukanal Idarəsinin nümayəndəsi Mediasiya prosesində iştirak etməmişdir.
3. Iş materiallarında olan xəstəlik tarixindən çıxarışlarından görünür ki, İddiaçı C50.4-süd vəzisinin yuxarı-bayır kvandrantının bədxassəli yenitörəməsi cT2N2M0 mərhələ IIIA G2 diaqnozu qoyulmuşdur.
4. Iş materiallarında olan ##.##.2024-cü il tarixli çıxarışdan görünür ki, İddiaçı ikinci dərəcəli əlildir.
5. Iş materiallarında olan ##.##.2013-cü il tarixli, 37/K N-li əmrin surətindən görünür ki, İddiaçı - ilə bağlanmış əmək müqaviləsinə əsasən ##.##.2013-cü il tarixdən 2-ci dərəcə ilə Su anbarları və nasos qurğularının istismarı sahəsinə nasos qurğularının maşınisti peşəsinə təyin edilmişdir.
6. Iş materiallarında olan ##.##.2024-cü il tarixli, 222/K N-li əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin surətindən görünür ki, X2 - Təmizləyici qurğu və kanalizasiya nasos qurğularının istismar sahəsinin nasos qurğularının maşinisti ilə bağlanmış əmək müqaviləsi "Iri Şəhərlərin X7 Xidməti” X1in Pirallahı rayon Sukanal idarəsinin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 - ci maddəsinin “b” bəndinə əsasən ##.##.2024-cü il tarixdən ləğv edilmişdir.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyinin «xxxx» X1in Pirallahı rayon Sukanal Idarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Iri Şəhərlərin X7 Xidməti” X1 Pirallahı Rayon Sukanal Idarəsi rəisinin ***/K saylı ##.##.2024-cü il tarixli əmrinin ləğv edilməsi, onun müddətsiz əmək müqaviləsi ilə Pirallahı Rayon Sukanal Idarəsinin Təmizləyici qurğu və kanalizasiya nasos qurğularının istismarı Sahəsinin maşinisti vəzifəsinə bərpa olunmağı və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “Iri Şəhərlərin X7 Xidməti” X1 Pirallahı Rayon Sukanal Idarəsinin rəisi tərəfindən verilən ***/K saylı ##.##.2024-cü il tarixli əmri ilə mənim müddətsiz əmək müqaviləsi ilə 12 ildən çox işlədiyim Pirallahı Rayon Sukanal Idarəsinin Təmizləyici qurğu və kanalizasiya nasos qurğuları Sahəsinin maşinisti vəzifəsindən azad olunmuşam. Səbəb də o göstərilib ki, guya mənim tutduğum vəzifə yeni ştat cədvəlinə əsasən ştat vahidi kimi ixtisar edilmişdir, həmin səbəbdən də Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən ##.##.2024-cü il tarixdən mənimlə 12 il qabaq bağlanan əmək müqaviləsi ləğv edilmişdir. Bununla da mənim əmək hüququm kobud surətdə pozulmuşdur. Belə ki, mənim işdən çıxarılmağım barəsində əmrin verilməsindən 8 ay qabaq mən düçar olduğum ağır xəstəliklə əlaqədar son 8-9 ayda xəstəxanalarda olmuşam. Çünki məndə hələ 2023-cü ilin axırlarında xərçəng xəstəliyi əlamətləri aşkarlandı. Uzun müddətli müalicələrin xeyri olmadığından əməliyyat olundu. Həmin xəstəliyin əlamətləri bədənimə çox yayıldığından, müalicəm 2024-cü ilin avqust ayına qədər davam etmişdir, yəni 8 ay müalicə aldıqdan sonra işə çıxdım. Ədalət naminə bildirirəm ki, mən müalicədən sonra 2014-cü ilin avqust ayında işə çıxanda mənə də ştat ixtisarı ilə əlaqədar xəbərdarlıq məktubu verdilər və bildirdilər ki, ştat ixtisarı ilə əlaqədar sizi işdən çıxatmırıq, çünki sən II qrup əlilsən, əlilliyin müəssisədə işləyən vaxtı alınmışdır, ancaq yerinizi dəyişdiririk. Mən də razılaşdım və arxayın oldum ki, daha məni işdən çıxartmazlar. Lakin qəribə də olsa, yuxarıda göstərdiyim kimi, heç bir xəbərdarlıq olunmadan, heç bir əmr təqdim olunmadan, işdə olan vaxtı mənə bildirdilər ki, sən işdən azad olunmusan. Sonradan məni idarəyə çağıraraq, əmrin surətini mənə verdilər. Əmri götürən zaman işdən çıxarılmağımın səbəbini soruşanda mənə bildirdilər ki, işdən çıxarılmağınız bizlik deyil, yuxarıdan göstəriş gəlib, hüquqlarınızı müdafiə edən X10 Komitəsidə sizin işdən azad olunmağınız barəsində Qərar vermişdir. Ona görə də, fikirləşdi ki, X15 varsa mənim şikayət etməyimin heç bir xeyri olmaycaqdır. Həmin vaxtlarda əməliyyatdan təzə çıxdığım üçün səhətimdə də ciddi problemlər olduğundan, son zamanlara qədər məhkəməyə müraciət edə bilməmişəm. Lakin bu yaxınlarda, yəni təxminən 1(bir) ay qabaq eşitdim ki, mənimlə işdən çıxarılan 2 nəfər məhkəmə vasitəsi ilə işə bərpa olunub. Səbəb o olub ki, X9 mən də daxil olmaqla işdən azad olunan işçilərin azad olunmasına razılıq verməmişdir. Ona görə də mən dərhal bu barədə Mediasiya Şurasına müraciət etdim. Cavbdeh tərəf Mediasiya Şurasına gəlmədiyi üçün onun iştirakı olmadan Qərar verilmişdir. Həmin Qərarı da Iddia ərizəmə əlavə edirəm. Məlumat üçün onu da bildirirəm ki, mənim pensiya yaşıma 2 (iki) il qalmışdır, Əliliyə görə aldığm minumum pensiya isə heç dərmanlarıma çatmır. Belə bir vəziyyət, barəmdə ölüm hökmünün verilməsi deməkdir. Belə ki, mənim maşinist işlədiyim təmizləyici qurğu nasosxanasında işləyən 8 nəfərdən ancaq mən işləyən vaxtı əlil olan işçi idim, stajım 35 ildən çoxdur. Peşə hazırlığı səviyyəm də həmişə hamısından üstün olmuşdur. Bütün yuxarıda göstərilənlərlə və işin faktiki halları ilə də sübut olunur ki, mənim işlədiyim idarədə heç bir ştat ixtisarı olmamışdır. Çünki ştat ixtisarı ilə əlaqədar işdən çıxarılan işçilərə münasibətdə aşağıdakı tələblərə əməl olunmalıdır. Əmək Məcəlləsinin müvafiq tələblərinə əsasən “ştat ixtisarı” aparılan zaman aşağıdakı hallar nəzərə alınmalıdır; Ixtisar edilmiş ştatlar barəsində əmr verilməlidir. Əmr təxmin edilən ixtisar tarixindən 2 ay əvvəl tərtib edilməlidir ki, işçilər vaxtında məlumatlındırılsın; Işçinin işdən azad edilməsi yalnız ştat cədvəlinin dəyişdirilməsindən və oradan ştatın çıxarılmasından sonra həyata keçirilə bilər; Ixtisar edilmiş ştatların çıxarılması, idarənin yeni ştat cədvəlinin təsdiq edilməsi və köhnə ştat cədvəlində müvafiq dəyişiklik edilməsi barədə əmr verilməlidir. Bundan başqa aşağıda sadalanan sənədlər də olmalıdır: Işdə qalmaqda üstünlük hüquqlarının müqayisəli analizinin nəticələri barədə sənəd, Ixtisar barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına 2 ay əvvəlcədən məlumat verildiyini təsdiq edən sənəd, Xəbərdarlıq müddəti ərzində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədilə işçinin hər iş həftəsində azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi barədə əmr və ya digər rəsmi sənəd). Işəgötürən tərəfindən işçilərin peşəkarlıq səviyyəsi müəyyən edilir. Bundan sonra işçilərin ixtisası (peşəsi) və peşəkarlıq səviyyəsi və təhsili nəzərə alınmaqla işdə qalmaqda üstünlük hüquqlarının müqayisəsi aparılaraq rəsmiləşdirilir, Həmkarlar ittifaqının üzvü olan işçini ixtisar etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri (ixtisarın zəruriliyini təsdiq edən sənədlər, işdə qalmaqda üstünlük hüquqlarının müqayisəsi analizinin nəticələri barədə sənəd və s.) əlavə edilir. Həmkarlar ittifaqı işçinin ixtisarına razılıq verməzsə, lakin işəgötürən ixtisarın zəruri olduğunu hesab edərsə, əmək müqaviləsini bu əsasla ləğv edə bilər. Bu zaman işçi ixtisarın zəruriliyini məhkəmə qaydasında mübahisələndirə bilər, Işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda işəgötürən əmək müqaviləsini ləğv etməzdən azı iki ay əvvəl işdən çıxarılacaq işçilərin peşəsini, sənətini, ixtisasını və əmək haqqının məbləğini göstərməklə, onların sərbəstləşdiriləcəyi barədə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və onun yerli orqanlarına bu barədə məlumat verməli və ixtisar olunacaq işçiləri rəsmi xəbərdarlıq etməlidir. Işin faktiki halları ilə təsdiq olunur ki, mənim ixtisar olunmağımla bağlı həmin tələblərin heç birinə əməl olunmamışdır. Bundan əlavə bir daha bildirirəm ki, mənim II qrup əlil kimi (əlilliyimi də iş yerində almışam) pensiya yaşıma çatmamış işdən azad olunmağım qanunsuzluqdur.”
9. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçı İddiaçı Pirallahı rayon Sukanal Idarəsinə qarşı qaldırdığı guya ki, onun qanunsuz olaraq işdən azad olunması ilə bağlı ##.##.2025-ci il tarixli iddia ərizəsinə etiraz etmişlər, Azərbaycan Respublikası Prezidentının **** saylı, ## ###### 2023-cü il tarixli Fərmanı ilə “xxxx” Açıq Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə “Iri Şəhərlərin X7 Xidməti” X1 yaradılmışdır. “Iri Şəhərlərin X7 Xidməti” PHŞ-in ** saylı, ##.##.2024-cü il tarixli əmri və ##.##.2024-cü il tarixli ştat cədvəlinə əsasən Pirallahı rayon Sukanal Idarəsinin ştat vahidlərinin sayı azaldılmışdır (##.##.2024-cü il tarixədək 125 nəfər, ##.##.2024-cü il tarixdən sonra 102 nəfər, köhnə və yeni ştat cədvəlləri və daxili əmr əlavə olunur 10 vərəq) bütün işçilərə o cümlədən nasos qurğularının maşinisti İddiaçı, ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq verilmişdir. (əlavə olunur, 1 vərəq). Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyinin tabeliyində olan beş X1in hamısında eyni qayda ilə bütün işçilərə ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıqlar verilmişdir. Daha sonra, xəbərdarlığa və əmək qanunvericiliyinə uyğun olaraq, İddiaçı əmək müqaviləsi ##.##.2024-cü il tarixdə (X19 ** saylı ##.##.2024-cü il tarixli razılıq məktubu nəzərə alınmaqla, əlavə olunur, 1 vərəq) ləğv edilmişdir. Qeyd edilənlərdən göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsinə dair əmr ##.##.2024cü il tarixində verilməsinə baxmayaraq iddiaçı ##.##.2025-ci il tarixində, üzərindən 1 il 25 gün keçdikdən sonra və öncədən heç bir digər məhkəməyəqədər instansiyalara müraciət etmədən, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı iddia müddətini ötürmüşdür. Məlum olduğu kimi, qanunu bilməmək onu pozmaq üçün əsas sayıla bilməz. Göstərilənləri və iddia müddətinin ötməsini nəzərə alaraq iddiaçı İddiaçı işə bərpa edilməsinə dair iddia tələbinə iddia müddətini tətbiq edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı Lətit qızı məhkəməyə ərizə ilə müraciət edərək, hüquqlarının pozulduğunu keçirtdiyi ağır xəstəliklərlə əlaqədar ## ####### 2025-ci il tarixinə qədər bilməmişdir. Çünki həmin vaxta qədər o, xəstəliyilə əlaqədar yaşamaqla ölümün sərhədində olmuşdur. Xəstəliklə bağlı aldığı kimya terapiya və şüalar nəticəsində özünə gələ bilməmişdir. Faktiki olaraq iddia müddətinin keçməsi onun əmək fəaliyyəti zamanı düçar olduğu sağalmaz ağır xəstəliklə bağlı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən, “bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi .... və digər obyektiv səbəblərlə bağlı səbəblərdən ötürülərsə, fərdiəmək mübahisələrinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahiisəyə mahiyyəti üzrə baxa bilər. Onunda həmin vaxtlarda xəstə olmağı və xəstəliyi lə əlaqədar kimiya terapiya və şüa almağının sənədlərlə təsdiq olunduğunu qeyd etmişdir.
11. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Faiq Qasımov) iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyinin «xxxx» X1in Pirallahı rayon Sukanal Idarəsinə qarşı «əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi vəzifənin cavabdehin üzərinə qoyulması» tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296cı maddəsinin
12. 2-ci bəndinə, Azərbaycan Respublikasının Mülki Məcəllənin 375.2, 377.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
13. Qətnamədən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş materiallarında olan sənədlərdən, xüsusilə də Əmək kitabçasında aparılan qeydlərdən də göründüyü kimi, işdən qanunsuz olaraq çıxarıldığı günə qədər fasiləsiz olaraq idarədə 39 (otuz doqquz) ildən çox əmək fəaliyyəti ilə məşğul olmuşdur. Məhz həmin idarədə işlədiyi vaxtlarda dünyada ən ağır xəstəlik olan xərçəng xəstəliyinə düçar olaraq, bir ilə yaxın yaşamaqla ölümün sərhədində olmuşdur. Belə ki, əmək fəaliyyətinin 39-cu ilində (əmək kitabçasında aparılan qeydlərə əsasən işdən çıxarılana qədər, ## ####### 1985-ci ildən həmin idarədə işləmişdir), yəni 2024-cü ilin yanvar ayında idarədə işləyən zaman ən ağır xəstəlik olan xərçəng xəstəliyinə tutulmuşdur. 8 (səkkiz) aylıq müalicədən sonra 2024-cü ilin avqust ayında qismən sağalaraq işə çıxmağa məcbur olmuşdur. Çünki bu xəstəliyin müalicəsi həddindən artıq vəsait tələb edirdi. Ona görə də pula ciddi ehtiyacı olduğu üçün tam sağalmadan müalicə ala-ala işə çıxmağa məcbur olmuşdur. Halbuki həkimlər 5-6 ay da bu xəstəliklə bağlı ambulator müalicə yazmaq istəyirdilər. Ambulator müalicə ilə aldığı pulun az olduğundan, həmin pul ilə zəruri dərmanların alınmasında çətinlik çəkdiyi üçün işə tez çıxmışdır. Işə çıxdıqdan sonra işlədiyi idarənin rəhbərliyi səhhəti ilə maraqlanıb mənə qayğı göstərmək əvəzinə, dərhal razılığı olmadan iş yerini dəyişdirmişdir. Narazılıq edəndə bildirdilər ki, idarədə ciddi ixtisarlar gedir, xəstəliyini nəzərə alaraq işdən azad etməyərək yerini dəyişdirmişik. Həmin iş şəraiti əvvəlki iş yerindən çətin olsa da, maddi vəziyyəti ilə əlaqədar dözməyə məcbur olmuşdur. Çünki həmin vaxtlarda ancaq dərmana ayda 1000 (bir min) manatdan çox pul xərcləyirdi. Xəstəliyi ilə bağlı təyin olunan 2-ci qrup əlilliyə görə pensiyanın məbləği isə 400 (dörd yüz) manatdan biraz çox idi. Dəhşətlisi odur ki, 2024-cü ilin oktyabr ayında işdə olanda idarədən bildirdilər ki, işdən azad olunmuşdur. Səbəbini də onunla izah etdilər ki, guya idarə ləğv olunub, Baş Idarənin Həmkarlar Ittifaqının razılıq qərarı ilə bütün işçilər işdən azad olunmuşdur. Həmin xəbərin yaratdığı stresslər nəticəsində onsuzda ağır olan səhhəti daha da pisləşdi. Ona görə də həmin vaxtlarda səhhətində xərçəng xəstəliyi ilə əlaqədar yaranan fəsadlarla bağlı bir ilə yaxın ölümcül vəziyyətdə olduğundan işdən qanunsuz çıxarılmağı ilə bağlı hüquqlarının pozulmasını dərk edə bilməyərək, 1 (bir) ilə yaxın pozulan hüquqlarından xəbərsiz olmuşdur. Çünki bu kateqoriyada olan xəstələr 2-3 aydan bir bədəndə olan şişlərin inkişafını dayandırmaq üçün kimyəvi terapiya və şüa müalicəsi qəbul etməlidirlər. Həmin şüanı da qəbul edən insan 2-3 aya ancaq qismən özünə gələ bilir. Həmin 2-3 aydan sonra da ikinci kursu götürməyə məcbur olurdu. Bu formada 2025-ci ilin oktyabr ayının əvvəllərinə qədər insanı ölümlə yaşamağın sərhədinə gətirən xəstəliklə bağlı müalicə kursunu keçmişdir. Məhz həmin vaxtlarda məlum oldu ki, yaşamaqla ölümün sərhədində olaraq yaşamağına ümidi olmayan vaxtlarda, onunla bir sahədə işləyərək işdən ixtisar adı ilə azad olunan bir neçə işçi işə bərpa olunması uğrunda məhkəmə vasitəsi ilə mübarizə aparırmış və işinə bərpa olunmuşlar. Belə ki, 2025-ci ilin oktyabr ayının əvvəllərində onunla bir yerdə işləyən Nahidə adlı bir xanım barəsində idarəyə məhkəmə tərəfindən işə bərpa olunması barəsində icra vərəqəsi daxil olmuşdur. Məhz həmin vaxtlarda, ## ####### 2025-ci il tarixində məlum oldu ki, mən də kobud qanun pozuntusu ilə işdən azad olunmuşdur. Ona görə də səhərisi gün dərhal, yəni ## ####### 2025-ci il tarixində qanunla nəzərdə tutulan qaydada ilkin olaraq Mediasiya Şurasına ərizə ilə müraciət etmişdir. ##.##.2025-ci il tarixində Mediasiya Şurası onu və cavabdehi Mediasiya Sessiyasına çağırdı. Iddiaçı olaraq Mediasiya Sessiyasında iştirak etsə də, cavabdehin nümayəndəsi Sessiyada iştirak etmədi. Aradan 10 (on) gün keçdikdən sonra, yəni ## ###### 2025-ci il tarixində yenidən Mediasiya Şurasına çağıraraq 60 (altmış) manat dövlət rusumu ödətdirdikdən sonra X11 verdilər. Qərarı alandan sonra 3 (üç) gün müddətində, ## ###### 2025-ci il tarixində məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. Cavabdeh tərəf məhkəmə iclasında hakimə “ərizə” adında bir sənəd təqdim etmişdir. Yuxarıda göstərdiyi kimi, cavabdeh Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə əməl etmədən Etiraz-Vəsatəti ərizə kimi göstərmişdir. Həmin ərizədə göstərilənləri iddia tələbinə etiraz kimi qəbul edərək aşağıdakı münasibəti bildirmişdir (həmin Vəsatət Şikayətə əlavə olunur) : 1) Ərizənin birinci abzasında göstərilmişdir ki, “iddiaçı İddiaçı Pirallahı rayon Sukanal Idarəsinə qarşı qaldırdığı guya ki, onun qanunsuz olaraq işdən azad olunması ilə bağlı ##.##.2025-ci il tarixli iddiasına aşağıdakı səbəblə etiraz edərək bildirmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin **** saylı, 17 noyabr2023-cü il tarixli Fərmanı ilə “xxxx” Açıq Səhəmdar Cəmiyyətinin çevrilməformasında yenidən təşkili yolu ilə “Iri Şəhərlərin X7Xidməti” PHŞ-in ** saylı ##.##.2024-cü il tarixli əmri və ##.##.2024-cü il tarixli ştat cədvəlinə əsasən Pirallahırayon Sukanal idarəsinin ştat vahidlərinin sayı azaldılmışdır. (##.##.2024-cü il tarixədək 125 nəfər, ##.##.2024-cü il tarixdən sonra 102 nəfər köhnə və yeni ştat cədvəlləri və daxili əmr əlavə olunur 10 vərəq) bütün işçilərə o cümlədən nasos qurğularının maşinisti İddiaçı, ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıq verilmişdi (əlavə olunur 1 vərəq). Azərbaycan Respublikası Su Ehtiyatları Agentliyinin tabeliyindəolan beş publik hüquqişəxsin hamısında eyni qayda ilə bütün işçilərə ştat vahidinin ixtisara düşməsi barədə xəbərdarlıqlar verilmişdir. Daha sonra xəbərdarlığa və əmək qanunvericiliyinə uyğun olaraq, İddiaçı əmək müqaviləsi ##.##.2024-cü il tarixdə (X19 ** saylı ##.##.2024-cü il tarixli razılıq məktubu nəzərə alınmaqla əlavə olunur,1 vərəq) ləğv edilmişdir. Ərizənin (Etirazın) yarısını əhatə edən dəlillər aşağıda göstərilənlərə görə qanunsuzdur və məhkəmə qətnaməsinin verilməsi üçün əsas ola bilməz: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80.1-ci maddəsinə əsasən Bu Məcəllənin 70-ci maddəsinin “b” və “ş” bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin Əmək Müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, əmək müqaviləsinin ləğv edilməsinə razılıq həmkarlar ittifaqı təşkilatı sədrinin ##.##.2024-cü il tarixli ** nömrəli məktubunda bildirilib. Həmin məktub aşağıda göstərilən iki səbəbdən həmkarlar ittifaqı təşkilatının razılığı hesab olunmur. - Razılığı bir nəfər sədr verib. Bu qanunvericiliyə uyğun deyildir. Belə ki, “Həmkarlar ittifaqları haqqında” Qanunun 1-ci maddəsində qeyd olunub: “Həmkarlar ittifaqları istehsal və ya qeyri-istehsal sahələrində çalışan işçilərin ...əmək, sosial, iqtisadi hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün ...birləşdiyi ...müstəqil ictimai, qeyri siyasi təşkilatdır”. Göründüyü kimi, həmkarlar ittifaqı “işçilərin birləşdiyi təşkilat” kimi xarakterizə olunur. Həmin Qanunun 11-ci maddəsində isə qeyd olunub ki, həmkarlar ittifaqı öz üzvlərinin əmək hüquqlarını müdafiə edir. Işçi həmkarlar ittifaqı təşkilatına ona görə üzv olur ki, əmək müqaviləsinin ləğvi zamanı öz həmkarları tərəfindən müdafiə olunsun. Odur ki, Əmək Məcəlləsinin 80-ci maddəsinin 1-ci hissəsində “həmkarlar ittifaqı təşkilatının razılığı” deyildikdə həmkarlar ittifaqı təşkilatının bütün üzvlərinin yığıncağında verilmiş razılıq nəzərdə tutulur. - Razılıq Qərarda deyil, məktubda ifadə olunub. Bu qanunvericiliyə ziddir. Belə ki, Əmək Məcəlləsinin 80-cı maddəsinin 2-ci hissəsinin üçüncü cümləsində qeyd olunub.”Həmkarlar ittifaqı təşkilatı ...özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir”. Göründüyü kimi, “Əsaslandırılmış yazılı qərar” ifadəsindən istifadə olunub. Qərar tələb edilməsinin səbəbi isə onunla bağlıdır ki, həmkarlar ittifaqı təşkilatı kollegial qurumdur, kollegial iradə qərarda ifadə olunur. Bütün yuxarıda göstərilənlərlə təsdiq olunur ki, əmək müqaviləsi həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmadan ləğv edildiyinə görə, əmr qanunsuzdur. Məhkəmə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300-cü maddəsinin tələblərinə əsaslanaraq, əmək müqaviləsinin ləğv edilməsi barəsində əmri ləğv etməli, vəzifəyə bərpa edilməyi və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barəsində Qətnamə verməlidir. 3) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən ehtibarən 1 (bir) təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanədək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd edilənlərdən göründüyü kimi, əmək müqaviləsinin ləğv edilməsinə dair əmr ##.##.2024-cü il tarixində verilməsinə baxmayaraq iddiaçı ##.##.2025-ci il tarixində üzərindən 1 il 25 gün keçdikdən və öncədən heç bir digər məhkəməyə qədər instansiyalara müraciət etmədən iddia ərizəsiylə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı iddia müddətini ötürmüşdür. Məlum olduğu kimi, qanunu bilməmək onu pozmaq üçün əsas sayıla bilməz. Cavabdeh çox düzgün olaraq göstərmişdir ki, fərdi əmək mübahisəsinin həll edilməsi, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən ehtibarən 1(bir) təqvim ayı ərzində məhkəməyə müraciət etməlidir. Işin faktiki halları ilə və iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, hüquqlarının pozulduğunu keçirtdiyi ağır xəstəliklərlə əlaqədar ## ####### 2025-ci il tarixinə qədər bilməmişdir. Çünki həmin vaxta qədər xəstəliyi ilə əlaqədar yaşamaqla ölümün sərhədində olmuşdur. Xəstəliklə bağlı aldığı kimya terapiya və şüalar nəticəsində özünə gələ bilməmişdir. Bütün bunlardan belə bir nəticə çıxır ki, faktiki olaraq iddia müddətinin keçməsi əmək fəaliyyəti zamanı düçar olduğu sağalmaz ağır xəstəliklə bağlı olmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən, “bumaddədə göstərilən müddətlər üzürlü səbəblərdən - iddiaçının xəstələnməsi .... və digər obyektiv səbəblərlə bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisələrinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahiisəyə mahiyyəti üzrə baxa bilər. Həmin vaxtlarda xəstə olmağı və xəstəliyi ilə əlaqədar kimiya terapiya və şüa almağı sənədlərlə təsdiq olunur. Iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, işdən azad olunma barəsində verilən əmrdən sonra məhkəməyə müraciət edənə qədər keçən 1 il müddətinin hər 2- 3 ayında xəstəliyinin şiddəti ilə əlaqədar 2025-ci ilin oktyabr ayının əvvəlinə qədər aşağıda göstərilən tarixlərdə Milli Onkologiya Mərkəzində olmuşdur: ##.##.2024-ci il tarixdən ##.##.2024-cü il tarixinə qədər, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixinə qədər, ##.##.2024-ci il tarixdən ##.##.2024-cü il tarixinə qədər, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixinə qədər, ##.##.2024-ci il tarixdən ##.##.2024-cü il tarixinə qədər, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixinə qədər, ##.##.2024-ci il tarixdən ##.##.2024-cü il tarixiinə qədər, ##.##.2024-cü il tarixdən ##.##.2024-cü il tarixinə qədər. Iddiaçının öncədən heç bir digər məhkəməyə qədər instansiyalara müraciət etmədən iddia ərizəsi ilə məhkəməyə müraciət etməyinə gəldikdə isə bildirir ki, iş materiallarında olan Mediasiya Qərarından da göründüyü kimi, hüquqlarının pozulduğunu bildikdən dərhal sonra Mediasiya Şurasına müraciət etmişdir. Cavabdeh tərəfindən etirazda göstərilən “Məlum olduğu kimi, qanunu bilməmək onu pozmaq üçün əsas sayıla bilməz” dəlilinə gəldikdə isə bildirir ki, heç yerdə deməmişdir ki, qanunu bilmədiyi üçün vaxtında müraciət edə bilməmişdir. Məhkəmənin hazırlıq iclasında məhkəməyə vəsatət təqdim etmişdir ki, həmin ərəfədə keçirtdiyi ağır xəstəliyin şiddəti ilə əlaqədar ötürülən müddət bərpa olunsun. Iddia ərizəsində göstərilənlərdən göründüyü kimi, məhz əmək fəaliyyəti zamanı düçar olduğu ağır xəstəliklə bağlı vaxtında məhkəməyə müraciət edə bilməmişdir. Ona görə də xəstəliyi ilə bağlı iddia müddətinin bərpası barəsində məhkəmənin ilk hazırlıq iclasında işə baxan hakim F.Qasımovun adına yazılmış Vəsatəti ona təqdim etmişdir. Çünki Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsini 6-cı bəndində göstərilmişdir ki, “bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi ... və digər obyektiv səbəblərlə bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisələrinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə baxa bilər”. Qanunun bu tələbini nəzərə alaraq ## ###### 2025-ci il tarixində məhkəmə iclasında işə baxan hakimə 3 səhifəlik Vəsatət təqdim etmişdir. Hakim Vəsatəti gördükdən dərhal sonra heç bir münasibət bildirmədən, Vəsatət barədə dediklərinə qulaq asmadan məhkəmənin hazırlıq iclasını ## ###### 2026-cı il tarixinə təxirə saldı. Fikirləşmişdir ki, müddətin bərba edilməsi barəsində məhkəməyə təqdim etdiyi Vəsatətə hakim gələn məhkəmə iclasına qədər hüquqi münasibətin bildirilməsini təmin edəcəkdir. Qanunla da, hakim müddətin bərpası ilə əlaqədar Vəsatəti dərhal icraata götürməli və bu barədə qərardad verməlidir. Müddətin bərpası ilə bağlı verilən Vəsatətdən imtina qərarından qanunla apellyasiya şikayətinin verilməsi nəzərdə tutulmuşdur. Lakin ## ###### 2025-ci il tarixində təyin olunan məhkəmə iclasına qədər keçən 25 gün müddətində işə baxan hakim buna heç bir münasibət bildirməmişdir. Halbuki məhkəməyə təqdim etdiyim Vəsatətə əlavə etdiyi sənədlərdə həyat yoldaşının keçirtdiyi ağır xəstəliklə əlaqədar xəstəxanada müayinə olunduğu vaxtlar da göstərilmişdir. Cavabdeh tərəfindən etiraz adı ilə təqdim olunan ərizəyə də 3 səhifəlik münasibət bildirmişdir. Həmin vəsatətə də münasibət bildirilməmişdir. Bundan əlavə həm də eşitmişdir ki, işə baxan hakim ## ###### 2026-cı il tarixində də heç bir məhkəmə iclası keçirtmədən iddia tələbinin rədd edilməsi barəsində qətnaməni elan edəcəkdir. Ona görə də ## ###### 2026-cı il tarixində hələ məhkəmə iclası başlamamış saat 11.25-də məhkəmənin dəftərxanasına işə baxan hakimin adına Etiraz təqdim etmişdir. Həmin Etirazı onunla əsaslandırmışdır ki, qanunla nəzərdə tutulmuş qaydada 26 gün qabaq müddətin bərpası ilə bağlı təqdim etdiyi Vəsatətə hüquqi qiymətin verilməməsi ilə əlaqədar qanunsuzluğa yol verilmişdir. Vəsatəti təqdim etdikdən sonra məhkəmə binasından uzaqlaşmıçdır. Qəribəsi də odur ki, həyat yoldaşının idarə etdiyi avtomobillə məhkəmə binasından təxminən 1-2 km uzaqlaşdıqdan sonra cavabdehin nümayəndəsi Xaqani Şironovu görmüşdür. Görünür, etirazla bağlı vəsatəti təqdim olunduqdan sonra cavabdehin nümayəndəsinə iclasın təxirə salındığını bildiriblər, o da məhkmə binasından uzaqlaşıb. Dəhşətlisi də odur ki, elə həmin gün məhkəmə qətnaməsi və qərardadı verilərkən, cavabdehin nümayəndəsinin guya məhkəmədə iştirak etməsi göstərilmişdir. Halbuki nümayəndə məndən qabaq məhkəmə binasından uzaqlaşmışdır. Bütün yuxarıda göstərilənlərlə təsdiq olunur ki, işə baxan hakim bu işin mahiyyəti üzrə baxılması barəsində heç bir məhkəmə iclası keçirmədən və qanunla nəzərdə tutulan qaydada təqdim olunmuş, xəstəliklə bağlı ötürülmüş müddətin bərpası barəsində vəsatətinə hüquqi qiymət vermədən iddia tələbinin rədd edilməsi barəsində qanunsuz məhkəmə qətnaməsi vermişdir.
15. Iddiaçı İddiaçı apellyasiya şikayətinə əlavə təqdim edərək onunla əsaslandırmışdır ki, təqdim etdiyi əmrin ləğvindən məhkəməyə iddia ərizəsinin verilməsi, yəni ##.##.2025-ci il tarixədək dövrü əhatə edən 2025-ci il tarixli səhiyyə orqanları tərəfindən xəstəliyinin davam etməsinə dair tibbi sənədlərdən göründüyü kimi, həmin müddət ərzində də ağır xəstəliyi ilə əlaqədar mütəmadi olaraq buraxılmış müddətin hər ayında müalicələrdə olmuşdur. Qeyd olunanlara dair aşağıdakı sənədləri təqdim edir : 1) ##.##.2025- ci il tarixli ultrasəs ilə müayinəyə dair - həkim arayışı; 2) ##.##.2025- ci il tarixli ultrasəs ilə müayinə, rentgen və analizlərə dair müayinə sənədləri; 3) ##.##.2025-ci il tarixli qan analizləri və ultrasəs ilə müayinələrə dair sənədlər onu göstərir ki, xəstəliyi davamlı olaraq davam etmiş və mütəmadi qaydada müalicə müəssisələrində olmuş, cavabdehin iddiaçının hüquqlarını və əmək qanunvericiliyini kobud surətdə pozmaqla qanunsuz işdən çıxarması barədə hərəkətləri və qərarlarından məlumatı olmamışdır . 4) ##.##.2026-cı il taixli tibbi sənədlər və arayışlardan da görünür ki, əmrin ləğv edilməsindən sonrakı tarixlərdə, o cümlədən 2025-ci il tarixlərində və hal-hazırda da ağır xəstəliyi ilə əaqədar müalicələri müntəzəm davam etdirilir. Əslində 2025- 2026-cı illər üzrə xəstəliyinin davam etməsi ilə bağlı təqdim olunan səhiyyə arayışları hər hansı yeni sübut yox, eyni səbəbə dair təqdim etdiyi xəstəlik arayışlarının davamıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəbdən iddiaçının xəstə olması və digər obyektiv səbəblərdən otürülərsə, fərdi əmək mübahisələrinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Buna görə də, Məhkəmənin qanunla müəyyən olunmuş müddətin ötürülməsi ilə bağlı Əmək Məcəlləsinin həmin maddəsinə istinad etməklə iddianın təmin olunmasından imtina etnəsi əsaslı sayıla bilməz. Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cü bəndinə görə, fərdi əmək mübahisələrinin həlli ilə əlaqədar Məhkəməyə müraciət etmə müddəti Məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərarı qəbul etdiyi gündən başlayır. Həmin Məcəllənin 80-ci maddəsinin 2-ci hissəsində qeyd olunur ki, Həmkarlar Ittifaqqı təşkilatı özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. X4 sədrinin idarə rəhbərliyinə təqdim etdiyi müqavilənin ləğvinə dair razılıq məktubundan görünür ki, razılıq yalnız Həmkarlar təşkilatının sədrinin imzası ilə verilmiş, lakin kollegial orqan kimi işdən azad olunmağına dair razılıq Kollegial orqanın qərarı ilə təsdiq olunmamışdır. Yuxarıda qeyd olunan Əmək Məcəlləsinin 294-cü maddəsinin 4-cu bəndi və 80-ci maddəsinin 2-ci bəndinin tətbiqi iə əlaqədar göründüyü kimi, həmkarlar təşkilatının mənim ixtisarla işdən azad olunmağına razılığını əks etdirən qərarı qəbul olunmamışdır. Həmkarlar təşkilatının yalnız sədriin imzası ilə verilən “razılıq” qanunun tələbləri baxımından əsassız və əhəmiyyətsiz olmaqla, həmin razılığa əsaslanmaqla cavabdeh mənim ixtisarla işdən azad olunmağına dair əmrini verə bilməzdi. Halbuki işdə olan materiallardan da göründüyü kimi, barəmdə verilən əmrin tarixi ilə X17 məktubu da eyni tarixlidir. Bu barədə Həmkarlar təşkilatına çağırılmamış, həmkarların hər hansı bir iclası keçirilməmişdir, bundan məlumatım olmamış, formal olaraq “həmkarlar təşkilatının” sədrinin imzası ilə tərtib olunmuş “razılıq” cavabdeh təşkilata təqdim olunmuşdur. Bu faktın özü isə müəyyən edir ki, işəgötürən tərəfindən yuxarıda qeyd olunan maddələrin tələbləri pozulmaqla işdən azad olunmağına dair əsassız əmr tərtib olunmuşdur. Qanunun yuxarıda göstərilən 294-cü maddəsinin və 80-ci maddəsinin 2-ci hissəsinin mübahisəyə tətbiqi baxımından göründüyü kimi, iddiaçı cavabdeh tərəfindən Həmkarlar təşkilatının işdən azad olunmağına razılığı barədə “kollegial qərarı” olmadan işdən azad olunmuşdur. Qanunvericiliyin tələbi baxımından ƏM-nin 294-cü maddəsinin 4-cü hissəsinə əsasən məhkəməyə müraciət etmək üçün müəyyən edilmiş iddia müddəti məhkəməyə qədər əmək mübahisələrinə baxan orqanın müvafiq qərarının qəbul edildiyi vaxtdan hesablanır və belə bir qərar qəbul olunmadığından və həmkarların razılığı yalnız Həmkarlar təşkilatının sədrinin imzası ilə verilməklə formal və əhəmiyyətsiz olduğundan məhkəməyə müraciət etmə müddəti nə qədər müddətin keçməsindən asılı olmayaraq ötürülmüş hesab olunmamalıdır. Analoji hal ilə əlaqədar Pirallahı rayon Məhkəməsinin eyni motivli və eyni predmetə dair qərarı qəbul olunmuşdur. Cavabdeh təşkilat tək iddiaçının yox, bir çox şəxsin eyni əsaslarla ştatının ixtisarı ilə əlaqədar Həmkarların Razılığını bu qaydada almaqla, tək həmkarlar təşkilatının sədrinin “razılıq” barədə məktubuna əsaslanmaqla həmin şəxslərin də işdən azad olunmasına dair əmr vermişdir. Pirallahı rayon Məhkəməsi ## ###### 2025-ci il tarixli *(***)-***/**** saylı Qətnaməsi ilə Pirallahı rayon Sukanal Idarəsində onunla birgə çalışmış iş yoldaşı olan X3 da cavabdehə qarşı işə bərpa və s. barədə iddiasını təmin etməklə iş yerinə bərpa etmişdir . Cavabdehə qarşı işə bərpanın hüquqi əsasını o təşkil etmişdir ki, N. Rzayevanın ştatlarrın ixtisarı ilə əlaqədar işdən azad olunmasına Həmkarlar Təşkilatının qanunla müəyyən olunmuş qaydada Kollegial Qərarı qəbul edilməmiş, həmkarlar təşkilatının razılığı işdən azad olunma barədə əmrin verildiyi eyni gündə tək Həmkarların sədrinin imzaladığı məktuba istinadən verilmişdir. (Qətnamə əlavə olunur) Pirallahı rayon Məhkəməsinin ##.##.2024-tarixli 2-(094)- 345\**** saylı eyni predmetlə baglı Qətnaməsi ilə X5 Dövlət Su Ehtiyatları Agentliyinin Iri Şəhərlərin X7 Xidməti X1in Pirallahı rayon Sukanal Idarəsinə qarşı “əmrin ləgv edilməsi, işə bərpa və məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi” barədə idddia vermiş, işə bərpa barədə iddiası təmin olunmamışdır. Lakin Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli 2-(103)- ****/**** saylı Qətnaməsi ilə Pirallahı rayon Məhkəməsinin həmin Qətnaməsi ləğv olunmuş, iddia təmin olunmuşdur ( Namiq Cəfərov). Məhkəmə iddianı təmin etməklə ona əsaslanmışdır ki, (həmkarlar təşkilatı sədrinin tək razılıq məktubu idarə rəhbərliyi üçün işdən azad etmə barədə əmrin verilməsinə əsas verməmişdir.) Ştatların Ixtisarı ilə baglı qanunvericiliyin tələbləri pozulmuşdur : Azərbaycan Respublikası Əmək Məcələsinin 79-cu maddəsində Əmək müqaviləsinə xitam verilməsi qadagan edilən işcilərin siyahısı müəyyən olunur : Həmin maddənin 1- ci bəndində göstərilir: Əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; Öhdəsində əlilliyi olan uşaq və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş digər ailə üzvü olan işçilərin Işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi qadağan olunur. Həmin maddənin 2- ci hissəsindən də görünür ki, əmək müqaviləsinə xitam verilməsi qadağan olunan işçilərin Əmək Məcəlləsinin 70-ci maddəsinin “A” və “C” bəndlərindən başqa həmin maddənin digər bəndləri ilə müqaviləsinə xitam verilməsi qadağan olunur. Başqa sözlə, işəgötürən tərəfindən ƏM-nin 70-ci maddəsinin “b” bəndi ilə iddiaçı ilə ştatların ixtisar olunması adı ilə müqaviləyə xitam verilməsi qadağan olundugu halda, bu işəgötürən tərəfindən əsassız olaraq qəbul olunmuşdur. Məhkəmə Qətnaməsindən görünür ki, məhkəmə cavabdeh tərəfin “iddia müddətinin tətbiq olunması və iddianın rədd olunması” barədə ərizəsinə əsaslanmaqla iddia müddətini tətbiq etsə də, iddianın rədd olunması barədə qərarını qəbul etmişdir. Baxmayaraq ki, iddianın verilməsi müddətinin bərpa olunması barədə müracəti olmuş, lakin müddət ərizəyə əsaslanmaqla yox, qarşı tərəfin həmin məzmunlu ərizəsinə əsaslanmaqla tətbiq olunmuş, məhkəmə Azərbaycan Respublikası MM-nin 375.2-ci maddəsinə istinad edib məhkəməyə vermə müddətini üzürsüz buraxılması hesab etməklə iddianın təmin olunmasından imtina etmişdir. Azərbaycan Respublikası MM-nin 377.1-ci maddəsinə görə, iddia müddətinin axımı şəxsin hüquqlarının pozulduğunu bildiyi və ya bilməli oldugu andan başlayır. Həmin məcəllənin 375.2-ci maddəsi ilə əlaqədar iddia müddətinin tətbiq olunması barədə cavabdehin ərizəsi Məhkəməyə iddiadan imtina barədə qərar çıxarmasına əsaslar verir. Lakin hazırki mübahisəyə cavabdehin verdiyi ərizə əsasında 375.2-ci maddənin tətbiq edilməsi ilə məhkəmə tərəfindən iddiadan imtina barədə qərar qəbul oluna bilməzdi. Belə ki, yuxarıda qeyd olunanlardan göründüyü kimi, barəsində əmrin verildiyi tarixdən Məhkəməyə ərizənin verildiyi tarixədək olan müddətdə ağır xəstəliyi ilə əlaqədar müalicələrdə olmuş, Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən məhkəməyə müraciət etmə müddətinin ötürülməsi üzürlü olmuşdur. Cavabdeh tərəfindən “Həmkarlar Təşkilatının” mənim ştat vahidinin ixtisar olunmaqla işdən azad edilməyinə dair razılıq verməsi barədə qərarı qəbul olunmamış, Əmək Məcəlləsinin 79-cu və 80.2- ci maddələrinin tələbləri ilə əlaqədar şikayət vermə müddətinin axımı X15 qəbul olunmasından sonrakı müddətlərə şamil edildiyindən, tərəfindən buraxılmış müddət üzürlü hesab olunmaqla qəbul edilməli idi. Cavabdeh tərəfindən iddiaçı İddiaçı Əmək Kitabçası təhvil verilməmişdir və təhvil alınması barədə məlumat da verilməmişdir. Əmək Kitabçası yalnız iddiaçıya onun təkrar israr və tələbi ilə 2025-ci ilin sentyabrında təhvil verilmişdir. Həm xəstəliklərinin, barəsində əmrin verildiyi və məhkəməyə ərizənin təqdim olundugu tarixədək olan müddətdə davam etməsi ilə əlaqəli işdən azad olunmağına dair əmrin qanunsuz olması, həm X17madan cavabehin qəbul etdiyi əmrin qanunauyğun olmaması kimi bu şikayətində qeyd etdiklərinin məhkəmənin “iddia müddətini üzürsüz səbəblərdən” ötürülməsi barədə gəldiyi nəticənin əsassız və qanunauyğun olmasına dəlalət edir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı və onun nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin:
19. 296-cı maddəsinin 2-ci bəndinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
20. Maddə 375.2 məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
21. Maddə 377.1 iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 372.6. apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
26. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Hazırki halda, iddiaçı apellyasiya şikayətində qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etdiyindən qətnamə bütövlükdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayət təmin edilmədən, Pirallahı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
31. Kollegiya qeyd edir ki, hər hansı bir mülki mübahisənin qanuni həlli baxımından iddia müddətlərinin axımının başlanğıcının müəyyənləşdirilməsi ilə yanaşı mübahisəyə aid bütün digər hallar da nəzərə alınmalıdır. Iddia müddətinin tətbiqi qaydalarına riayət edilməsi üçün ilk növbədə nəzərə alınmalıdır ki, iddia etmək hüququ iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarından ibarətdir.
32. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. Bu hüququn həyata keçirilməsi hər hansı iddia müddətinin keçməsindən asılı deyildir. Buna görə də, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəməyə iddianı təqdim etmək mümkündür (MM-in 375.1-ci maddəsi). Ikinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Iddia müddətinin keçməsi məhz bu mümkünlüyün qarşısını alır və məhkəmə tərəfindən iddiadan imtina edilməsinə əsas kimi götürülür (MM-in 375.2- ci maddəsi).
33. Qanun məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi barədə son dərəcə vacib qaydanı nəzərdə tutur (MM 375.2-ci maddəsi). Bu o deməkdir ki, cavabdeh iddia müddətinin keçməsindən istifadə etmək istəmirsə və məsələ ilə bağlı ərizə vermirsə məhkəmə işə mahiyyəti üzrə baxmalı və hər hansı müddətin keçməsinə baxmayaraq iddiaçı və cavabdeh arasında olan maddi hüquqi mübahisə üzrə qərar qəbul etməlidir.
34. Iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir.
35. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
36. Bu normadan göründüyü kimi: 1) iddia müddəti yalnız mübahisə tərəfinin ərizəsi əsasında tətbiq edilir; 2) həmin ərizə məhkəmə qərarı çıxarılanadək verilir; 3) belə ərizənin mövcudluğu məhkəmə üçün iddia müddətinin keçməsi ilə əlaqədar iddiadan imtina barədə qərarın çıxarılması üçün əsasdır.
37. R.Cavadov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2007-ci il tarixli qərarında qeyd edilir ki, bu norma yalnız şəxsin onun güman edilən hüququnun pozulmasına aid faktları bilib-bilməməsi ilə bağlıdır. Həmin norma şəxsin öz hüquqlarına və bu hüquqların qorunmasına dair qanunları bilməməsi ilə əlaqələndirilə bilməz.
38. Mülki işin materiallarından müəyyən edilmişdir ki, İddiaçı - ilə bağlanmış əmək müqaviləsinə əsasən ##.##.2013-cü il tarixdən 2-ci dərəcə ilə Su anbarları və nasos qurğularının istismarı sahəsinə nasos qurğularının maşınisti peşəsinə təyin edilmişdir. ##.##.2024-cü il tarixli, 222/K N-li əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrlə X2 - Təmizləyici qurğu və kanalizasiya nasos qurğularının istisman sahəsinin nasos qurğularının maşinisti ilə bağlanmış əmək müqaviləsi "Iri Şəhərlərin X7 Xidməti” X1in Pirallahı rayon Sukanal idarəsinin təsdiq edilmiş strukturu və ştat cədvəlinə əsasən ştat vahidi ixtisar edildiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70 - ci maddəsinin “b” bəndinə əsasən ##.##.2024-cü il tarixdən ləğv edilmişdir. Iddiaçı ##.##.2025-ci il tarixdə hazırki tələblə məhkəməyə müraciət etmişdir.
39. Iddiaçının apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, əmək müqaviləsinin ləğvi zamanı həmkarlar ittifaqının kollegial və əsaslandırılmış qərarı alınmamış, yalnız sədr tərəfindən verilmiş məktuba istinad edilmişdir. Iddiaçı bu tələblə məhkəməyə müraciət edərkən ağır xəstəlik səbəbindən iddia müddətini ötürmüşdür. Iddia müddətinin buraxılması üzrlü səbəbdən baş vermişdir.
40. Kollegiya şikayətin dəlilinə münasibətdə hesab edir ki, İddiaçı məhkəməyə təqdim etdiyi sübutlardan görünür ki, ona diaqnozun ilk dəfə qoyulduğu tarix ##.##.2023-cü il olmaqla, o, ##.##.2024-##.##.2024-cü il, ##.##.2024-##.##.2024-cü il, ##.##.2024- ##.##.2024-cü il, ##.##.2024-##.##.2024-cü il, ##.##.2024-##.##.2024-cü il, ##.##.2024- #.##.2024-cü il və sonuncu dəfə ##.##.2024- ##.##.2024-cü il tarixlərində xəstəliyi ilə əlaqədar bir sıra müalicələrdən keçmişdir. O, iddia müddətinin ötməsini xəstəliyi ilə əlaqələndirsə də, müəyyən edilmişdir ki, o, sonuncu dəfə ##.##.2024-cü il tarixdə müalicədə olmuş, ##.##.2024-cü il tarixdə isə İddiaçı əmək müqaviləsi ləğv edilmişdir. İddiaçı, həmin vaxtdan mediasiya müraciət etdiyi ##.##.2025-ci il tarixədək onun müalicəsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya şikayətinə əlavə edilmiş 2025-2026-cı illərə aid sənədlər yalnız müayinə, rentgen, analiz nəticələri olduğundan və iddiaçının müalicə keçməsi ilə əlaqədar hər hansı sübut təqdim edilmədiyindən şikayətin dəlili əsasssızdır.
41. Göründüyü kimi, İddiaçı faktiki olaraq “fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmə hüququnu ötürmüşdür.
42. Iddiaçının cavabdehə qarşı işə bərpa edilməsinə dair iddia verməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddəti buraxması onun tələbinin rədd edilməsi qənaətinə gəlinməsi üçün əsas kimi qəbul edilir.
43. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçı bu cür tələblər üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürdüyündən, habelə mübahisə tərəfi olan cavabdeh birinci instansiya məhkəməsində icraat zamanı iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən, birinci instansiya məhkəməsinin iş üzrə iddia müddətini tətbiq edərək, iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə qanuni və əsaslıdır.
44. Belə olan halda, məhkəmə haqlı olaraq qanunsuz olaraq işdən çıxarılma nəticəsində məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində də tələbin əsassız olması qənaətinə gəlmişdir.
45. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia müddətini tətbiq etməklə iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apelyasiya şikayətində qeyd edilənlər yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz.
46. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Iddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin *(***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsilə kasasiya şikayəti verilə bilər.