Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1253/2026 21.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh14, cavabdeh1, cavabdeh7, cavabdeh13, cavabdeh12, cavabdeh10, cavabdeh9, cavabdeh11, cavabdeh6, cavabdeh5, cavabdeh8, cavabdeh4, cavabdeh3 qarşı “mənzilə istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair mülki iş üzrə QƏTNAMƏSI (Açar sözlər: “mənzilə istifadə hüquqlarına xitam verilməsi”) Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Iddiaçı İddiaçı və onun nümayəndəsi X5 Cavabdehlər cavabdeh7, cavabdeh12, cavabdeh5 iştirakları ilə, Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdehlər cavabdeh12, cavabdeh7, cavabdeh5 tərəfindən birgə verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDI: Işin faktiki halları:
1. Iddiaçı İddiaçı cavabdehlər cavabdeh2, cavabdeh14, cavabdeh1, cavabdeh7, cavabdeh13, cavabdeh12, cavabdeh10, cavabdeh9, cavabdeh11, cavabdeh6, cavabdeh5, cavabdeh8, cavabdeh4, cavabdeh3 qarşı «mənzilə istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh2, cavabdeh14, cavabdeh7, cavabdeh1, cavabdeh13, cavabdeh12, cavabdeh10, cavabdeh9, cavabdeh11, cavabdeh6, cavabdeh5, cavabdeh8, X10, cavabdeh3 azyaşlı ##.##.2022-ci il təvəllüdlü X1, ##.##.2012-ci il təvəllüdlü X8, ##.##.2021-ci il təvəllüdlü X11, 01:07.2008-cü il təvəllüdlü X12, ##.##.2009-cu il təvəllüdlü X9, 127.05.2010-cu il təvəllüdlü X6, ##.##.2011-ci il təvəlüdlü X4, ##.##.2018-ci il təvəllüdlü X2 ilə birlikdə mülkiyyətində olan Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi E.Rəhimov küçəsi * saylı evə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. Iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 bağışlanma müqaviləsinə əsasən onun mülkiyyətindədir və ##.##.2009-cu il tarixli çıxarışa əsasən daşınmaz əmlakın dövlət reyestrindən onun adına qeydiyyatdan keçmişdir. Hazırda mənzildə qeydiyyatda olan şəxslər cavabdeh2, X11, X8, X12, cavabdeh13, X9, X6, Sadıqov Anar, X18, cavabdeh9, cavabdeh11, cavabdeh8, cavabdeh4 qonşu olmaqla ona məxsus evə necə qeydiyyata düşməsini o bilmir, onları o evə qeydiyyata saldırmamışdır. X1 qardaşının nəvəsi, cavabdeh14 bacısının qızı, cavabdeh7 bacısı, cavabdeh6 Elçad oğlu qardaşı oğlu, X2 qardaşı oğlu, cavabdeh5 qardaşının arvadı, cavabdeh3 qardaşının oğlu olmaqla başqa ünvanda yaşayırlar, ona məxsus evlə heç bir əlaqələri yoxdur. Cavabdehlərin ona məxsus mənzildə qeydiyyatda qalması onun üçün bir sıra problemlər yaradır. Belə ki, onun mənzil üzərində sahiblik, sərəncam və istifadə hüquqlarının pozulmasına səbəb olur, həmçinin əlavə kommunal xərci ödəmək məcburiyyətində qalır.
3. Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı «mənzilə istifadə hüquqlarına xitam verilməsi» tələbinə dair iş üzrə cavabdehlər cavabdeh2, cavabdeh13, cavabdeh10, cavabdeh9, cavabdeh11, cavabdeh8 və cavabdeh4 hissəsində mülki iş üzrə icraata xitam verilmişdir.
4. Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi (hakim Qamət Əbilov) ilə iddia təmin edilmiş, cavabdehlər cavabdeh14, cavabdeh1, cavabdeh7, cavabdeh12, cavabdeh6, cavabdeh5, cavabdeh3 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi E.Rəhimov küçəsi * saylı evdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qərara alınmış, bu qətnamənin cavabdehlər cavabdeh14, cavabdeh1, cavabdeh7, cavabdeh12, cavabdeh6, cavabdeh5, cavabdeh3 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi E.Rəhimov küçəsi * saylı evdən pasport qeydiyyatından çıxarılması üçün əsas olduğu qeyd edilmişdir.
5. Cavabdehlər cavabdeh12, cavabdeh7, cavabdeh5 tərəfindən birgə apellyasiya şikayəti verilmiş, digər cavabdehlər qətnaməni mübahisələndirməmişdir. Apellyasiya şikayəti və onun dəlilləri:
6. Cavabdehlər apellyasiya şikayətini belə əsaslandırmışlar ki, qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, mübahisəli ev mərhum X14 Qara qızının adına olmuşdur. Həmin ev xüsusi həyət evi olmuşdur. Ev sənəddə üç otaqlı göstərilsə də, faktiki olaraq 4 otaq və bir mətbəxdən ibarət olmuşdur. Həmin evi valideynləri 1976-77-ci illərdən başlayaraq tikmişlər. Cavabdeh İddiaçı həmin evin tikilməsində valideynlərinə fiziki və maddi köməklik etmişdir. Belə ki, o, 8-ci sinifdən sonra məktəbə getməyib. X3 1999-cı ildə vəfat etmişdir. X14 Qara qızı - 2017-ci ildə vəfat etmişdir. Onlar ailədə 8 uşaq olublar: 3 qardaş, 5 bacı. Böyük qardaşım X7 öz evi var, mübahisəli evlə bağlı heç bir tələbi və iddiası yoxdur. Iddiaçı kiçik qardaşıdır. Bacıları Sevil, Rahilə, Aygün – ailəlidir, öz ailələrii ilə ayrı ünvanlarda yaşayırlar, mübahisəli evlə bağlı heç bir tələbləri və iddiaları yoxdur. Bacısı Mədinə 2010-cu ildə vəfat etmişdir, onun ailə üzvlərinin mübahisəli evlə bağlı heç bir tələbi və iddiaları yoxdur. Digər bacısı iş üzrə cavabdehdir, 1973-cü ildə anadan olmuşdur, ailəlidir. O, ünvan 1 ünvanında qeydiyyatdadır, faktiki olaraq, ünvan 3 ünvanında kirayədə yaşayır. Elşad 1985-ci ildə Olqa ilə evləndikdən sonra Olqa həmin evə gəlin köçmüş və onlar uzun illər orada yaşamışlar. Olqa ilə onun birgə nikahdan üç övladı var. Həmin uşaqlar - cavabdeh6, cavabdeh3 və cavabdeh1dır. Elşad, Olqa və üç uşağı qeyd olunan mübahisəli evdə qeydiyyatda olub və uzun illər həmin evdə yaşamaqla, sözügedən evdən istifadə ediblər. Onların övladları da həmin evdə anadan olmuşlar. Iddiaçı 2000-ci illərin əvvəllərində ruhi-əsəb xəstəliyi şiddətlənəndə ona və ailə üzvlərinə ata evində yaşamağa imkan vermədi. Ona görə də o, ailə üzvlərini - həyat yoldaşı Olqa və övladlarını götürüb məcburiyyət qarşısında qalaraq kirayəyə çıxıb. Anası Gülzaman isə iddiaçı ilə həmin mübahisəli evdə qalıb. Sevinc də yaranmış ailədaxili münaqişələrə görə evi tərk etməli olmuşdur. Tərəflərin izahatı:
7. Məhkəmə kollegiyasının iclasında cavabdeh İddiaçı apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və bildirdi ki, 1988-ci ildə o, yoldaşı və bir qızı ilə birgə mübahisələndirilən evdən məcbur çıxmalı oldu və idarədə yaşamağa başladılar, hazırda da həmin evdə ailəsi - oğulları, gəlinləri və nəvələri ilə birlikdə yaşayırlar, həmin yerin ünvanı yoxdur. Bununla belə, cavabdeh göstərdi ki, keçən 40 ilə yaxın bu müddət ərzində qardaşı - iddiaçı tərəfindən evdən çıxarıldıqdan sonra bu barədə heç biri quruma müraciət etməmiş, qardaşına qarşı heç bir şikayət və tələbi olmamışdır.
8. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh7 apellyasiya şikayətini müdafiə edərək, qeyd etdi ki, 2015-cı ildə mübahisələndirilən evdən çıxıb, həmin vaxtdan kirayədə yaşayır, şikayətin təmin edilməsini və həmin evdə istifadə hüququnun saxlanılmasını xahiş edir, onun həmin evə köçüb yaşamaq fikri yoxdur, ancaq həmin evdə qeydiyyatının qalmasını istəyir. Əlavə olaraq da bildirdi ki, həqiqətən də qeyri-rəsmi yaşadığı şəxsdən bir qız övladları var.
9. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh5 apellyasiya şikayətini müdafiə edərək, şikayətin məzmununa uyğun izahat verdi və qeyd etdi ki, 1985-ci ildə cavabdeh İddiaçılə nikaha daxil olmuş və 1986-cı ildə mübahisələndirilən evə gəlin gəlmişdir. Ailədaxili münaqişələr yarandığına görə həmin evdən çıxıblar və o vaxtdan idarədə yaşayırlar. Hazırda iki oğlu, gəlinləri və səkkiz nəvəsi ilə birlikdə idarədə yaşayırlar. Həmin idarənin ünvanı olmadığına görə ora çıxarış ala və qeydiyyata düşə bilmirlər, bu müddət ərzində hazırda qeydiyyatda olduqları evə köçürülmələri barədə hər hansı orqana müracət etməmişlər.
10. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi, əlavə etdi ki, şikayətdə qeyd edilənlər tam əsassızdır. Qardaşı E.Ayvazov və onun arvadı Olqa 1988-cı ildən öz istəkləri ilə köçüb getmişlər, onların qeydə alınmayan böyük yaşayış sahələri var, 40 ildir ki, orada uşaqları, gəlinləri və nəvələri ilə birlikdə yaşayırlar, onların mənzildən məcburən çıxarılmasına dair bildirdikləri uydurmadır, bacısı Sevinc isə qeyri-rəsmi yaşadığı şəxslə birlikdə 2015-ci ildə mübahisələndirilən evdən könüllü olaraq çıxmış və həmin şəxslə birlikdə başqa yerdə yaşayır, əlaqələri olmadığından hazırda onun harada yaşaması barədə məlumatı yoxdur, o, evdən çıxanda bütün əşyalarını özü ilə aparmışdır və mübahisələndirilən vaxtdan sonra bir də o evə gəlməmişdir, Sevincin rəsmi nikahı olmasa da, qeyri-rəsmi münasibəti var və bu münasibətdən Lalə adlı bir qızı da anadan olmuşdur.
11. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini, rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
12. Apellyasiya şikayətinə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, digər cavabdehlər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məlumat verməmişdir.
13. Məhkəmə kollegiyası (bundan sonra Məhkəmə) Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi:
14. Mülki iş materiallarında olan ##.##.2009-cu il tarixli bağışlanma müqaviləsinə əsasən, Azayeva Gülzaman Qara qızı Bakı şəhəri Qaradağ rayonu, Ələt qəsəbəsi, Morskaya (E.Rəhimov) küçəsində yerləşən 3 otaqlı, ümumi sahəsi 101.7+25.8 kv.m. yaşayış sahəsi 63.2 kv.m. olan * saylı fərdi yaşayış evini oğlu İddiaçı - bəxşişi qəbul edənin mülkiyyətinə vermişdir. Həmin müqavilədən müəyyən olur ki, bağışlanan mənzil Bakı şəhəri Icra Hakimiyyəti Texniki Invertarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı Idarəsi tərəfindən reyestr kitabı 01, səhifə 08-də qeyd edilmiş, ##.##.1984-cü il tarixdə verilmiş qeydiyyat vəsiqəsi əsasında bağışlayana məxsus olmuşdur.
15. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrinın çıxarışdan görünür ki, ünvan 2 tam mülkiyyət hüququ üzrə İddiaçı adına ##.##.2009-cu il tarixdə daşınmaz əmlakın dövlət reyestrində 1109069330 nömrə ilə qeydiyyata alınmaqla mülkiyyətindədir.
16. Daxili Işlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair olan ##.##.2024-cü il tarixli arayışından görünür ki, ünvan 2 ünvanında cavabdeh2, cavabdeh14, cavabdeh1, cavabdeh7, cavabdeh13, cavabdeh12, cavabdeh10, cavabdeh9, cavabdeh11, cavabdeh6, cavabdeh5, cavabdeh8, cavabdeh4, cavabdeh3 qeydiyyatdadırlar.
17. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ##.##.2009-cu il tarixli Daşınmaz əmlakın texniki pasportundan görünür ki, ünvan 2in hüquqi subyekti İddiaçıdur.
18. Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon Icra Hakimiyyəti Başçısının Ələt qəsəbə Inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin ##.##.2025-ci il *** nömrəli məktubuna əsasən, cavabdeh2, cavabdeh13, cavabdeh10, cavabdeh9, cavabdeh11, cavabdeh8, cavabdeh4 ünvan 4 saylı evdə passport qeydiyyatındadırlar. Qeyd: hər iki ailənin eyni adda ünvanda yəni ünvan 4 saylı evdə pasport qeydiyyatında olmasına baxmayaraq vətəndaşların özlərinə məxsus ayrı-ayrılıqda fərdi yaşayış evləri vardır və həmin fərdi yaşayış evlərində ayrıayrılıqda ailə üzvləri ilə birlikdə yaşayırlar.
19. Qaradağ rayonu Ələt qəsəbə bələdiyyəsinin ##.##.2025-ci il tarixli **/** saylı məktubuna əsasən, iddiaçı İddiaçı yaşadığı fərdi yaşayış evinin ünvanı E.Rəhimov küçəsi, ev 9-dur. Onunla təqribən 150-200 metr aralı məsafədə yaşayan qonşusu cavabdeh13 da ailəsi ilə yaşadığı fərdi yaşayış evinin ünvanı eyni ilə E.Rəhimov küçəsi, ev 9-dur. Yuxarıda göstərilən sakinlərin yaşadıqları evlər təxmini eyni vaxtda tikilmişdir. Lakin tamamilə ayrı-ayrı ərazilərdə tikilmiş evlərin eyni ünvan göstərilməsindən vətəndaşlar xəbərsizdir. Tətbiq edilən maddi hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası
20. Maddə 13.İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
21. Maddə 29.III. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
22. Azərbaycan Respublikasinin Mülki Məcəlləsi:
23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
26. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
27. 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
28. 228.3. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ alğı-satqının, girovun və icarənin müstəqil predmeti ola bilməz. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququ olan şəxs, mülkiyyətçi də daxil olmaqla istənilən şəxsdən həmin yaşayış binasına olan hüququnun pozulmasını aradan qaldırmağı tələb edə bilər.
29. 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir.
30. 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır.
31. ## ####### 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi:
32. Maddə 53. Icarədarın ailə üzvlərinin hüquq və vəzifələri
33. Icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.
34. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar.
35. Icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Icarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər.
36. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.
37. Maddə 54. Icarədarın başqa vətəndaşları ailə üzvləri sifətilə yaşayış sahəsinə köçürmək hüququ
38. Icarədar özü ilə birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə öz arvadını (ərini), uşaqlarını, valideynlərini, habelə başqa şəxsləri yaşadığı sahəyə müəyyən edilmiş qaydada köçürmək ixtiyarına malikdir.
39. Həddi-büluğa çatmamış uşaqların öz valideynlərinin yanına köçürülməsi üçün ailə üzvlərinin razılığı tələb edilmir.
40. Icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər.
41. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması
42. Icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
43. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli Qərarı.
44. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” ## #### 2016-cı il tarixli qərarı. Tətbiq edilən prosessual hüquq normaları: Azərbaycan Respublikasinin Mülki Prosessual Məcəlləsi
45. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
46. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
47. Maddə 217.2. Qətnamə mübahisəli münasibətin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
48. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
49. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın.
50. Maddə 372.3. Tərəflər ilkin olaraq birinci instansiya məhkəməsinin baxışına təqdim etdikləri iddialarının hüquqi əsasını dəyişə bilərlər.
51. Maddə 372.4. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır.
52. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
53. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
54. Maddə 380.1. Tərəflərin izahatlarından sonra məhkəmə zərurət olduqda işdə olan sübutları elan edir, habelə yeni təqdim olunmuş sübutları, əgər onların birinci instansiya məhkəməsinə təqdim edilməsinin qeyri-mümkün olduğunu hesab edərsə, araşdırır.
55. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi:
56. Maddə 384.0.1. Qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
57. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
58. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya Məhkəməsinin baxışının hədləri:
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır.
60. Hazırkı halda, Məhkəmə Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehlərin şikayətinə əsasən onlara aid hissədə yoxlayır. Apellyasiya Məhkəməsinin mövqeyi:
61. Məhkəmə gəlmiş tərəflərin izahatını dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, cavabdehlər İddiaçı, cavabdeh5, cavabdeh7 apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
62. Hazırkı mülki işin faktiki halları ilə müəyyən edilmişdir ki, mübahisəli mənzil mülkiyyət hüququ əsasında ##.##.2009-cu il tarixdə iddiaçının mülkiyyətinə keçmişdir. Cavabdehlər cavabdeh14, cavabdeh1, cavabdeh7, cavabdeh12, cavabdeh6, cavabdeh5, cavabdeh3 iddiaçının qohumları, cavabdehlər cavabdeh2, cavabdeh13, cavabdeh10, cavabdeh9, cavabdeh11, cavabdeh8, cavabdeh4 isə cavabdehin qonşularıdır.
63. Rayon məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, cavabdehlər cavabdeh2, cavabdeh13, cavabdeh10, cavabdeh9, cavabdeh11, cavabdeh8, cavabdeh4 iddiaçının qanuni əsaslarla sahibliyində olan mənzildə faktiki olaraq yaşamırlar, öz yaşayış hüquqlarını həmin mənzillə təmin etməmişlər və başqa mənzildə yaşamaqdadırlar, özlərinə məxsus mənzildə yaşasalar da, mənzilin qeydiyyat ünvanı iddiaçının ünvanı ilə eyni qeyd olunmuşdur. Həmin cavabdehlərə münasibətdə mülki iş üzrə icraata xitam verilmişdir.
64. Rayon məhkəməsi digər cavabdehlərə münasibətdə iddia tələbini təmin edərək öz mövqeyini belə əsaslandırmışdır ki, mübahisəli evin mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmasını, cavabdehlərin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxslər dairəsinə aid olmadığını və həmçinin tərəflər arasında yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən hər hansı bir razılaşma olmadığını, eyni zamanda cavabdehlərin həmin mənzildə yaşamadığını nəzərə alaraq iddia tələbi həmin cavabdehlərə münasibətdə təmin edilməli, cavabdeh cavabdeh14, cavabdeh1, cavabdeh7, cavabdeh12, cavabdeh6, cavabdeh5, cavabdeh3 iddiaçıya məxsus evə istifadə hüquqlarının olmaması müəyyən edilməlidir.
65. Qətnamədən narazı qalan cavabdehlərdən yalnız İddiaçı, cavabdeh5, cavabdeh7 birgə apellyasiya şikayəti vermiş, digər cavabdehlər isə qətnaməni mübahisələndirməmişlər.
66. Iddiaçı və cavabdehlərin izahatlarından müəyyən edilmişdir ki, cavabdehlər İddiaçı, cavabdeh5 1988-ci ildən, cavabdeh cavabdeh7 isə 2015-ci ildən mübahisəli mənzili tərk etmişlər.
67. Apellyasiya şikayətində cavabdehlər İddiaçı və cavabdeh5 uzun illər mübahisəli evdə yaşadıqları, hər üç övladlarının həmin evdə dünyaya gəlməsi, onların iddiaçının fiziki və zorakı hərəkətləri nəticəsində mübahisəli evdə yaşamaq və istifadə hüquqlarından məhrum olduqları qeyd edilmişdir.
68. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehlər İddiaçı və cavabdeh5 məhkəmə iclasındakı izahatlarından onların 1985-ci ildə nikaha daxil oluğu, həmin vaxtdan 1988-ci ilə qədər, yəni təxminən 3 (üç) il mübahisəli evdə yaşadıqları müəyyən olur. Izahatlarında həmçinin apellyasiya şikayətində qeyd edilənin əksinə, ilk övladları - cavabdeh1 mübahisəli evdə doğulduğunu, digər iki övladları - cavabdeh6, cavabdeh3 isə həmin evdən çıxdıqdan sonra yaşamağa başladıqları idarədə doğulduğunu və cavabdehlərin 1988-ci ildən bu günədək həmin ünvanda yaşadıqlarını bildirmişlər. Göründüyü kimi apellyasiya şikayəti ilə tərəflərin izahatları arasında aşkar ziddiyyətlər mövcuddur. Halbuki cavabdehlər apellyasiya icraatı zamanı əminliklə və əsaslı şəkildə yalnız 1988-ci ilədək həmin mənzildə yaşadıqlarını və ancaq birinci uşaqlarının həmin evdə dünyaya gəldiyini, digər uşaqlarının isə hazırda yaşadıqları evlərində doğulduğunu bildirmişlər. Bununla da cavabdehlər İddiaçı və cavabdeh5 uzun ilər mübahisəli mənzildə yaşamaları ilə bağlı şikayətlərində qeyd edilənlərin əsassız olduğu müəyyən olur.
69. Məhkəmə cavabdehlər İddiaçı və cavabdeh5 iddiaçının zorakı hərəkətləri nəticəsində həmin evdən çıxmaları ilə bağlı dəlilinə münasibətdə qeyd edir ki, cavabdehlərin keçən uzun - 40 ilə yaxın müddət ərzində iddiaçıya qarşı mübahisəli evə köçürülmə, maneələrin aradan qaldırılması və s. məzmunlu hər hansı tələbləri olmamış, bununla bağlı səlahiyyətli dövlət orqanlarına və ya məhkəməyə müraciət də etməmişlər. Məhkəmə iclasında da müəyyən olduğu kimi onların 1988-ci ildən bu günədək daimi yaşayış yerləri var, həmin yaşayış yerində cavabdehlər İddiaçı və cavabdeh5 övladları, gəlinləri və nəvələri ilə birlikdə yaşayırlar.
70. Məhkəmə onu da qeyd edir ki, “AZEMIS” elektron məhkəmə sistemində proses iştirakçılarının kartoçkasında şəxsiyyət vəsiqəsi haqqında məlumatlardan müəyyən olunmuşdur ki, apellyator İddiaçı və cavabdeh5 övladları – cavabdehlər cavabdeh1, cavabdeh3, cavabdeh6 Bakı şəhəri, ünvan 5 ünvanında qeydiyyatdadırlar.
71. Məhkəmə apellyasiya şikayətinin cavabdeh cavabdeh7 ilə bağlı dəlillərinə münasibətdə isə qeyd edir ki, müəyyən olduğu kimi cavabdeh7 iddiaçının bacısıdır, 2015-ci ildə mübahisələndirilən evdən könüllü olaraq çıxmışdır, rəsmi nikahı olmasa da, Tahir adlı şəxslə ailəlidir, hazırda kirayədə yaşayır, həmin şəxslə münasibətlərindən bir övladı var. O da yaranmış ailədaxili münaqişələrə görə məcburiyyətdən mübahisələndirilən evdən çıxdığını bildirsə də, məhkəmə iclasında özünün də bildirdiyi kimi, iddiaçıya qarşı hər hansı tələbi olmamışdır, bununla bağlı səlahiyyətli dövlət orqanlarına və ya məhkəməyə müraciət etməmişdir. Məhkəmə iclasında cavabdeh cavabdeh7 özü bildirdi ki, həmin mənzilə köçüb yaşamaq fikri yoxdur, yalnız qeydiyyatının saxlanmasını istəyir. Məhkəmə hesab edir ki, cavabdeh7 iddiaçıya qarşı hər hansı tələbinin olmaması, eləcə də həmin mənzildə yaşamaq istəməməsi onun mübahisələndirilən yaşayış yerindən istifadəyə ehtiyacının olmadığını, başqa sözlə, başqa yaşayış yerinin olmasını göstərir.
72. Məhkəmə onu da qeyd edir ki, mülki işin araşdırılan hallarından müəyyən olunur ki, cavabdeh İddiaçı, eləcə də cavabdeh cavabdeh7 həmin ünvanda doğulmaqla, cavabdeh cavabdeh5 1986-cı ildə mübahisələndirilən evə gəlin köçərərək icarədarla birlikdə yaşamaqla, onların həmin evdən istifadə hüququ yaransa da, cavabdehlər İddiaçı və cavabdeh5 1988-ci ildə ailə olaraq könüllü olaraq birlikdə evdən çıxmış və başqa yaşayış sahəsinə köçmüşlər və həmin vaxtdan sonra heç vaxt həmin evdə yaşamamış, beləliklə də həmin evə olan istifadə hüququnu da itirmişlər. Belə ki, həmin vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır.
73. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 1999-cu il tarixli qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində (Icarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir) və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
74. Cavabdeh cavabdeh7 da həmin evdə istifadə hüququ olsa da, sonradan, yəni 2015-ci ildən o, mənzildən könüllü olaraq faktiki nikah münasibətlərində olduğu şəxslə birlikdə yaşamaq üçün başqa yaşayış sahəsinə köçmüşdür ki, bununla da onun həmin mənzildən istifadəyə olan ehtiyacı aradan qalxmışdır.
75. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” ## #### 2016-cı il tarixli qərarında qeyd edir ki, Mülki Məcəllənin 262.2ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır.
76. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.
77. Beləliklə, Məhkəmə hazırkı iş üzrə cavabdehlərin apellyasiya şikayətinin onların təzyiqlər nəticəsində evdən köçüb getmələri barədə dəlili üzrə qeyd edir ki, cavabdehlər istinad etdikləri həmin halı MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən sübut etməli olduğu halda, bu hala dair sübut təqdim edə bilməmişlər. Bundan başqa, cavabdehlər iradəsinə zidd olaraq mənzildən istifadə imkanlarından məhrum olunduqlarını bildirsələr də, keçən müddət ərzində həmin hüquqlarının müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və ya məhkəməyə hər hansı bir müraciət etməmişlər. Demək ki, cavabdehlərin mənzildən iradələrinin ziddinə getmələri barədə bildirdikləri əsassızdır
78. Beləliklə, qeyd edilənləri nəzərə alaraq Məhkəmə hesab edir ki, cavabdehlər evdən iradələrinin ziddinə, iddiaçının təzyiqləri nəticəsində köçüb getmələri barədə dəlilləri üzrə istinad etdikləri halı MPM-in 77.1-ci maddəsinin tələbinə əsasən sübut etməli olduğu halda, bu hala dair sübut təqdim edə bilmədiyindən apellyasiya şikayətinin dəlilləri əsassızdır və təmin edilə bilməz.
79. MPM-in 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir:
81. “... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz.”
82. Məhkəmənin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.
83. Məhkəmə onu da qeyd edir ki, rayon məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində cavabdehlərin istifadə hüququ olmayan hesab edilməli olduğunu göstərmiş, lakin qətnamənin nəticə hissəsində onların istifadə hüququnu itirilmiş hesab etmişdir. Bu hal zahirən bir qədər ziddiyyətli görünsə də, Məhkəmə hesab edir ki, bu daha çox texniki cəhətdən baş verən uyğunsuzluq olmuşdur, rayon məhkəməsi mahiyyət etibarı ilə düzgün nəticəyə gəlmişdir.
84. MPM-in 385.2-ci maddəsinə əsasən də, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Nəticə:
85. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə mahiyyət etibarı ilə düzgün hüquqi nəticəyə gələrək iddianı təmin etməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
86. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.
87. MPM-in 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
88. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin olunmadığından şikayətin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş cavabdehlərin özlərinə aid edilməlidir.
89. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDI:
Cavabdehlər cavabdeh12, cavabdeh7, cavabdeh5 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu cavabdehlərin özlərinə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7ci maddəsinə əsasən geri qaytarılacaqdır.