Məhkəmə qərarları › İş №2(3-6)-1269/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-6)-1269/2026

03.04.2026 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 2(3-6)-1269/2026 03.04.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri ** saylı Notariat Ofisinə ( X5 və X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb dilməklə) qarşı mülki iş üzrə (açar sözlər: müddətin bərpa edilməsi ) Hakim Abbasova Günel Məhərrəm qızı (sədrlik edən və məruzəçi), Hakimlər X2 Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri ** saylı Notariat Ofisinə ( X5 və X3 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb dilməklə) qarşı “vərəsəlik hüququ haqqında şəhadətnamənin ½ hissədə etibarsız hesab edilməsi, həmin miras əmlaka ½ hissədə payının müəyyən olunaraq, mənzilin satışından əldə olunan 120000 manat pulun 60000 manat hissəsinin cavabdehdən onun xeyrinə tutulması” tələbi barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri ** saylı notariat ofisinə qarşı «qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 1/4 hissədə etibarsız hesab edilməsi və miras əmlaka 1/4 hissədə payının müəyyən olunması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsində yerləşən ** saylı evin ** nömrəli mənzilinə dair miras əmlak qismində tam hissədə pay alması barədə Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş ##.##.2024-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin 1/4 hissədə etibarsız hesab edilməsi və həmin miras əmlakdan 1/4 hissədə payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsində yerləşən ** saylı evin ** nömrəli mənzilinə dair atasından qalmış miras əmlak üzrə cavabdeh X4 oğlunun tam hissədə pay alması barədə cavabdeh Bakı şəhəri ** saylı notariat ofisinin xüsusi notariusu X1 tərəfindən verilmiş ##.##.2024cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ½ hissədə etibarsız hesab edilməsi, həmin miras əmlaka ½ hissədə iddiaçının payının müəyyən olunaraq, mənzilin satışından əldə olunan 120000 manat pulun 60000 manat hissəsinin cavabdeh X4 oğlundan alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(002)- ****/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 40000 manat pul vəsaiti tutularaq iddiaçı İddiaçı ödənilməsi, ödənilmiş 270 manat dövlət rüsumunun 210 manat hissəsinin cavabdeh Cavabdeh tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir. Sonradan iddiaçının nümayəndəsi-vəkili İsmayılov Samir Şahid oğlu ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə cavabdeh Cavabdeh məhkəmə iclasında tədqiq olunmuş X6 vəfatından sonra iddiaçı İddiaçı miras qalmış qızıl-zinət əşyası olan üzüyün atası X6 məxsus olması barədə verdiyi izahatı ilə bağlı əlavə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(002)- ****/**** saylı əlavə qətnaməsi ilə cavabdehin mübahisəyə məhkəmədə baxılarkən – məhkəmə iclasında tədqiq olunmuş X6 vəfatından sonra iddiaçı İddiaçı miras qalmış qızıl-zinət əşyası olan üzüyün həqiqətən atası X6 məxsus olması barədə verdiyi izahatının qeyd edilməsi qət edilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(002)- ****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh ##.##.2025- cil tarixdə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(002)- ****/**** saylı qərardadı ilə cavabdeh tərəfindən apellyasiya şikayətinin verilməsi üçün müəyyən edilmiş məbləğdə dövlət rüsumunun tam şəkildə ödənilməsini təsdiq edən sənəd təqdim edilmədiyindən apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. ## ###### 2026-ci il tarixdə cavabdeh Cavabdeh yenidən həmin qətnamədən apellyasiya şikayəti və müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Cavabdeh ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkməsinin ##.##.2025-ci il tarixli, 2(002)- ****/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 40.000 manat pulun ondan tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsini qanunsuz və əsassız hesab edərək ondan apellyasiya şikayəti vermişdir. Lakin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə onun tərəfindən verilmiş apellyasiya şikayəti, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Məhkəmə öz mövqeyini belə əsaslandırmışdır ki, iddia ərizəsi məhkəməyə təqdim olunarkən iddiaçı tərəfindən 270 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu səbəbdən həmin iş üzrə apellyasiya şikayəti verən tərəf qeyd edilmiş məbləğin yarısını, yəni 135 manat məbləğində dövlət rüsumunu ödəməlidir. Lakin o, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti versə də, apellyasiya şikayəti vermək üçün qanunvericilikdə nəzərdə tutulmuş 135 manat dövlət rüsumu ödəmək əvəzinə, 50.60 manat dövlət rüsumu ödəmişdir. Lakin iddia ərizəsinə əlavə edilib elektron qaydada məhkəməyə təqdim edilmiş, yəni elektron sisteminə vurulmuş dövlət rüsumunun ödənilməsi haqqında ********** nömrəli qəbzdən müəyyən olunur ki, iddiaçı qiymətləndirilməyən iddia ərizəsi kimi məhkəməyə 100 manat dövlət rüsumu ödəmişdir. Belə ki, iddia tələbi miras payın müəyyən edilməsi haqqında olmuşdur ki, bu isə qiymətləndirlməyən iddia ərizəsidir. O, apellyasiya şikayəti verərək ********** nömrəli qəbzə əsaslanmışıdır və bu səbəbdən yanlış olaraq ehtimal etmişdir ki, birinci instansiya məhkəməsi üçün iddiaçı 100 manat dövlət rüsumu ödəmişdir və həmin məbləğin 50 faizini təşkil edən 50 manat pulu Bakı Apellyasiya Məhkəməsinin hesabına ödəmişdir. Lakin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi apellyasiya şikayətini qeri qaytararaq qeyd etmişdir ki, iddiaçı 270 manat dövlət rüsumu ödəmişdir və bu səbəbdən o apellyasiya şikayəti verərkən 135 manat pul ödəməli idi. O, məhkəmənin qeyd etdiyi 135 manat dövlət rüsmunu ödəyib, bu barədə ödəniş qəbzlərini əlavə edərək, apellyasiya şikayətini məhkəməyə təkrar təqdim etmişdir. Lakin məhkəmə apellyasiya şikayətini artıq qeri qaytarmışdır və bu hal onun öz iradəsindən asılı olmayan səbəbdən prosessual müddətin keçməsinə səbəb olmuşdur. Ona görə məhkmədən xahiş edir ki, yüxarıda göstərilən müddətin keçməsinə səbəb olmuş, lakin onun iradəsnidən asılı olmayan halları üzrlü səbəb kimi qiymətləndirilməsini və porsessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə ddiaçı İddiaçı cavabdehlər Cavabdeh və Bakı şəhəri ** saylı notariat ofisinə qarşı (X5 və X8 mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) «vərəsəlik hüququ haqqında şəhadətnamənin 1/2 hissədə etibarsız hesab edilməsi, həmin miras əmlaka 1/2 hissədə payının müəyyən olunaraq, mənzilin satışından əldə olunan 120000 manat pulun 60000 manat hissəsinin cavabdehdən onun xeyrinə tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə cavabdeh Cavabdeh tərəfindən verilmiş ərizə təmin edilməmişdir. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh ##.##.2026-cı il tarixdə apellyasiya şikayətinin hansı səbəbdən geri qaytarılması barədə məlumatlı olsa da qərardaddan şikayət verilmə müddətinin son gününü gözləməklə, yəni ##.##.2026-cı il tarixdə dövlət rüsumunun qalığının ödəyərək yenidən apellyasiya şikayəti vermişdir. Cavabdeh məhkəməyə verdiyi prosessual müddətin bərpa edilməsi barədə ərizəsi ilə ##.##.2026-ci il tarixdən ##.##.2026-cı il tarixədək olan aralıqda dövlət rüsumunun qalığını ödəməklə yenidən apellyasiya şikayəti verməyinə mane olan hallar barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh əgər ##.##.2026-cı il tarixdə dövlət rüsumunun qalığını ödəməklə yenidən apellyasiya şikayətini vermiş olsaydı prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin oluna bilərdi. Lakin hazırki vəziyyətdə hesab olunur ki, həmin ərizənin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. ŞİKAYƏTİN DƏLİLLƏRİ, ŞİKAYƏTƏ QARŞI ETİRAZIN DƏLİLLƏRİ VƏ BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN ŞİKAYƏTƏ DAİR GƏLDİYİ NƏTİCƏ Cavabdeh Cavabdeh Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh və Bakı şəhəri ** saylı notariat ofisi qarşı “qanun üzrə vərələsik hüququ haqqında şəhadətnamənin 1/4 hissədə etibarsız sayılması, ünvan 1 ünvanda yerləşən mənzilə onun 1/4 hissədə miras payının müəyyən edilməsi” tələbinə dair məhkəməyə iddia ərizəsi vermişdir. Sonra iddiaçı məhkəməyə ərizə verərək, Bakı şəhəri ** saylı notariat ofisi tərəfindən verilmiş verilmiş qanun üzrə vərələsik hüququ haqqında şəhadətnamənin 1/2 hissədə etibarsız sayılması, həmin hissədə onun mülkiyyət hüququnun tanınması, alğısatqı üzrə artıq başqa şəxsə satlmış həmin mənzilin satış dəyərinin 120000 manatın 1/2 hisəsnin (60000 manat) cavadehdən tutularaq ona ödənilməsi haqqında qətnamə qəbul edilməsinin xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkməsinin ##.##.2025-ci il tarixli 2(002)- ****/**** saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, 40000 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul etmişdir. Sonradan məhkəmə ##.##.2025-ci tarixdə əlavə qətnamə çıxararaq cavabdehdən tutulacaq məbləği 60000 manat müəyyən etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2025-ci il tarixli qətnaməsini qanunsuz və əsassız hesab edərək ondan apellyasiya şikayəti vermişdir. Lakin məhkəmənin ##.##.2025-ci il tarixli qərardad ilə apellyasiya şikayəti, ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmışdır. Qərardad belə əsaslandırmışdır ki, iddia ərizəsi məhəkəməyə təqdim olunarkən iddiaçı tərəfindən 270 manat dövlət rüsumu ödənilmişdir. Bu səbəbdən həmin iş üzrə qətnamədən apellyasiya şikayəti verən tərəf qeyd edilmiş məbləğin yarısını, yəni 135 manat məbləğində dövlət rüsumunu ödəməlidir. Cavabdeh Cavabdeh apellyasiya şikayəti üzrə 135 manat dövlət rüsumu ödəmək əvəzinə, 50,60 manat ödəmişdir. Halbuki, iddiaçını iddia ərizəsi ilə birlikdə elektron qaydada məhkəməyə təqdim edilmiş dövlət rüsumun ödənilməsi haqqında ********** nömrəli qəbzdən müəyyən olunur ki, qiymətləndirilməyən iddia ərizəsi kimi iddiaçı məhkəməyə 100 manat dövlət rüsumu ödəmişdir. Belə ki, iddia tələbi miras payının müəyyən edilməsi haqqındadır, bu isə qiymətləndirlməyən iddia ərizəsidir. Apellyasiya şikayəti təqdim edərkən o, iddiaçının təqdim etdiyi ********** nömrəli qəbzı əsas götürmüş və ehtimal etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsinə 100 manat dövlət rüsumu ödəmişdir. Həmin məbləğin 50 faizi 50 manat təşkil edir həmin pulu da Bakı Apellyasiya Məhkəməsinin hesabına ödəmişdir. Lakin Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi apellyasiya şikayəti qeri qaytararaq qərardadında qeyd etmişdir ki, iddiaçı 270 manat dövlət rüsumu ödəmişdir, bu səbəbdən cavabdeh 135 manat pul ödəməli idi. Məhkəmənin qeyd etdiyi dövlət rüsumun qalıq dəyəri (85 manat) ödəyərək, ümumi məbləğ 135 manat dövlət rüsmunun ödənilməsi haqqında qəbzlərini əlavə edərək apellyasiya şikayətini təkrar məhkəməyə təqdim etmişdir. Əslində apellyasiya şikayəti vaxtında verilmişdir və onun qeri qaytarılması üçün heç bir əsas olmamışdır: belə ki, bu xırda nöqsanı cari qaydada aradan qaldırmaq mümkündur, həm də dövlət rüsumunun qalığını sonradan ödəmək imkanı qanunda istisna edilməmişdir. Lakin birinci instansiya məhkəməsi bunu böyük bir problemə çevirmişdir. Əgər dövlət rüsmunun tam məbləğdə ödənilməməsi barədə məhkəmə ona xəbərdarlıq etsə idi – o, dərhal əlavə dövlət rüsumunu ödəyib qəbzi məhkəməyə təqdim edərdi. Lakin məhkəmə ona heç bir məlumat vermədən, hansısa maraqlardan çıxış edərək apellyasiya şikayətini dərhal qeri qaytarması haqqında qərardad qəbul etmişdir. Buna görə onun iradəsindən asılı olmayan səbəbdən prosessual müddətini keçirmişdir. Göründüyü kimi prosessual müddətin keçməsinə səbəbkar məhz məhkəmənin özü olmuşdur. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı qanunsuz olduğu üçün ondan şikayət (apellyasiya şikayəti) vermək hüququ var idi. Lakin prosessual qənaət prinsipini rəhbər tutaraq qərardaddan şikayət verməmiş və qərardadda göstərilən nöqsanı aradan qaldıraraq, əlavə 85 manat dövlət rüsumu ödəyib apellyasiya şikayətini yenidən məhkəməyə təqdim etmişdir. Eyni zamanda ondan asılı olmayan səbəblərdən ötürülmüş prosessual müddətin bərpa edilməsi haqqında məhkəməyə ərizə təqdim etmişdir, prosessual müddətin bərpa edilməsini məhkəmədən xahiş etmişdir. Prosessual müddətin bərpa edilməsi haqqında ərizəsini belə əsaslandırmışdır ki, o, əzəldən qətnamədən apellyasiya şikayəti vermək niyyətində olmuş və şikayəti məhkəməyə vaxtında təqdim etmişdir. Lakin onun iradəsindən asılı olmayan halları üzrlü səbəblərə görə apellyasiya şikayəti icraata qəbul edilməmişdir və bu hal prosessual müddətin keçməsinə səbəb olmuşdur. Məhkəmə qərəzli olaraq prosessual müddəti bərpa etməkdən imtina etmişdir. Bu barədə ##.##.2026-cı il tarixli qərardadını məhkəmə belə əsaslandırmışdır: “cavabdeh X9 oğlu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərkən qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəmədiyindən apellyasiya şikayətinin ona geri qaytarılması barədə məhkəmə tərəfindən ##.##.2025-ci il tarixli qərardad qəbul edilmişdir. Həmin qərardad elektron məhkəmə sistemində yaradılmış elektron kabinetə ##.##.2026-cı il tarixdə yerləşdirilmiş və cavabdeh ##.##.2026-cı il tarixdə kəsir qalan dövlət rüsumunu ödəyərək yenidən apellyasiya şikayəti vermişdir. Məhkəmənin sözügedən qərardadında apellyasiya şikayətinin geri qaytarılması səbəbi göstərilsə də, cavabdeh qərardaddan şikayət verilmə müddətinin son günü, yəni ##.##.2026-cı il tarixdə dövlət rüsumunun qalığını ödəyərək yenidən apellyasiya şikayəti vermişdir. Halbuki, cavabdeh ##.##.2026-cı il tarixdə dövlət rüsumunu kəsirlə ödədiyini bildiyi gündən ##.##.2026-cı il tarixədək gözləmədən dövlət rüsumunun qalığını ödəmək üçün kifayət qədər vaxtı olmuşdur. Əslində məhkəmənin qərardadında göstərilən 10 günlük müddət qərardaddan şikayət vermək üçün nəzərdə tutulmuş müddətdir. Cavabdeh dövlət rüsumunu kəsirlə ödədiyindən o, dövlət rüsumunun qalığını qısa müddətdə ödəməklə yenidən apellyasiya şikayətini verə bilərdi. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh ##.##.2026-cı il tarixdə apellyasiya şikayətinin hansı səbəbdən geri qaytarılması barədə məlumatlı olsa da qərardaddan şikayət verilmə müddətinin son gününü gözləməklə, yəni ##.##.2026-cı il tarixdə dövlət rüsumunun qalığının ödəyərək yenidən apellyasiya şikayəti vermişdir. Cavabdeh məhkəməyə verdiyi prosessual müddətin bərpa edilməsi barədə ərizəsi ilə ##.##.2026-ci il tarixdən ##.##.2026-cı il tarixədək olan aralıqda dövlət rüsumunun qalığını ödəməklə yenidən apellyasiya şikayəti verməyinə mane olan hallar barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh əgər ##.##.2026-cı il tarixdə dövlət rüsumunun qalığını ödəməklə yenidən apellyasiya şikayətini vermiş olsaydı prosessual müddətin bərpa edilməsi barədə ərizəsi təmin oluna bilərdi. Lakin hazırki vəziyyətdə hesab olunur ki, həmin ərizənin təmin edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Beləliklə, məhkəmə ərizəni araşdıraraq hesab edir ki, cavabdehin qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş müddətin ötürülməsinin səbəblərini məhkəməyə bildirsə də, məhkəmədə qeyd edilmiş səbəblər üzürlü hesab edilmədiyindən ərizə rədd edilməli və apellyasiya şikayəti cavabdeh Cavabdeh geri qaytarılmalıdır”. Beləliklə, məhkəmənin irəli sürdüyü əsassız mülahizələrdir. Belə ki, məhkəmə qeyd edir ki, apellyasiya şikayətinin qeri qaytarılması haqqında qərardad məhkəmənin elektron sisteminə ##.##.2026-cı il tarixdə yerləşdirmişdir (halbuki bu yalandı, qərardad ##.##.2026-cı il tarixdə yerləşdirlmişdir). Həmin tarixdən etibarən cavabdehin 10 gün müddətinə şikayət vermək hüququ olmuşdur. Lakin cavabdeh apellyasiya şikayəti verməmiş və müddətin qurtarmasının sonuncu günündə (##.##.2026-cı il) dövlət rüsumunun qalığını ödəyərək, apellyasiya şikayəti yenidən məhkəməyə təqdim etmişdir. Məhkəmənin əsassız mövqeyinə görə, əgər cavabdeh qəradadı rəsmi aldığa tarixdə, yəni elektron kabinetə yerləşdirildiyi ##.##.2026- ci il tarixdə dövlət rüsumunu ödəyərək şikayəti məhkəməyə təqdim etsə idi – bu halda məhkəmə prosessual müddətin buraxılması səbəbini üzrlü hesab edərək onu bərpa edə bilərdi. Necə ki, cavabdeh bu hərəkətləri etməmiş, təkrar apellyasiya şikayətini ##.##.2026-cı il tarixli qərardaddan şikayət vemək üçün 10 günlük müddətinin sonuncu günü (##.##.2025) vermişdirsə - bu halda müddətin buraxılması səbəbi üzrlü sayıla bilməz və müddət bərpa edilə bilməz. Məhkəmənin dedikləri əsassız mülahizələrdir. Hansı qanunda yazılıb və hansı məhkəmə təcrübəsində irəli gəlir ki, məhkəmənin qərardadı elektron kabinetə yerləşdirildiyi gün tərəf (cavabdeh) dərhal bir gün ərzində prosessual hərəkətlər etməli, apellyasiya şikayətini təqdim etməldir? Bu qanuna və məhkəmə praktikasına məlum olmayan fenomendir. Bildirir ki, məhkəmənin etdiyi bütün hərəkətləri prosessual qanunla tənzimlənir. Yəni, hakim hər hansı mövqe ifadə etsə - bunu konkret hüquq normasına istinadən əsaslandırmalıdır. Hüquqi norma olmadığı halda heç olmasa məhkəmə praktikasına əsaslanmalı və Ali Məhkəmənin konkret məhkəmə aktına istinad etməlidir. Apellyasiya məhkəməsinin nəzərinə çatdırmaq istəyir ki, məhkəmənin əsas vəzifəsi vətəndaşlara problemlər və maneələr (obstruksiyalar) yaratmaq deyil, məhkəmənin əsas vəzifəsi vətəndaşlara öz hüquqularını həyata keçirməyə imkan və şərait yaratmaqdan ibarətdir. Məhkəmə hər bir şəxsə öz hüquqlarını həyata keçirməyə yardım etməlidir, onlara hüquq və vəzifələrini izah etməlidir. Məhkəmənin aktının nəticəvi hissəsində bir qayda olaraq izah verilir ki, qətnamə rəsmi qaydada təqdim edildiyi gündən tərəflər qanunla müəyyən edilmiş 1 ay müddətində şikayət verə bilərlər. Lakin qətnamədə (qərardadda) heç zaman qeyd edilmir ki, şikayət verən tərəf hansı məbləğdə dövlət rüsumu ödəməlidir. Əgər bunlar göstərilmirsə - deməli məhkəmə tərəfərin şəxsin hüquq və vəzifələri tam şəkildə izah etməmişdir. Bu hal isə bir çox hallarda çaşqınlıq yaradır, konfuz hallara səbəb olur. Ona görə də, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadının ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qərardadı ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməsi qərara alınmışdır. TƏTBİQ EDİLƏN HÜQUQ NORMALARI və MƏHKƏMƏNİN MÖVQEYİ Azərbaycan Respublikasının Konstitusiyası Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2.1, 2.2, 4.1,14.1, 69.1-69.4, 73.1-73.4, 74.2, 130.1, 130.3, 133.1, 135.6, 396.1, 398.0, 398.0.3, 402.2, 402.3-cü maddələrini nəzərə alaraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab olunaraq bərpa edilməlidir. Mülki işdən müəyyən olunur ki, cavabdeh X9 oğlu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərkən qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödəmədiyindən apellyasiya şikayətinin ona geri qaytarılması barədə məhkəmə tərəfindən ##.##.2025-ci il tarixli qərardad qəbul edilmişdir. Həmin qərardad elektron məhkəmə sistemində yaradılmış elektron kabinetə ##.##.2026-cı il tarixdə yerləşdirilmiş və cavabdeh ##.##.2026-cı il tarixdə kəsir qalan dövlət rüsumunu ödəyərək yenidən apellyasiya şikayəti vermişdir. Məhkəmənin sözügedən qərardadında apellyasiya şikayətinin geri qaytarılması səbəbi göstərilsə də, cavabdeh qərardaddan şikayət verilmə müddətinin son günü, yəni ##.##.2026-cı il tarixdə dövlət rüsumunun qalığını ödəyərək yenidən apellyasiya şikayəti vermişdir. Hazırkı şikayətində cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixində şikayət verərək Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(***)-****/**** saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini, prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib qeyd edir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən ilk dəfə şikayət verilərkən müddət ötürülməmişdir (## ###### 2025-ci il). İstinad olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən sözügedən qətnamədən ilk dəfə şikayət verilərkən müddət pozulmamış, daha sonra nöqsanlar qısa müddət ərzində (cavabdeh həmin müddət ərzində hərəkətsiz qalmamışdır) aradan qaldırılaraq yenidən təqdim edilmişdir (## ###### 2026-cı il). Əlavə olaraq qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi ilkin olaraq verilmiş apellyasiya şikayətini geri qaytarsa da, göstərilən nöqsanların hansı müddətdə aradan qaldıraraq yenidən apellyasiya şikayətini məhkəməyə təqdim edilməsi barədə hər-hansı qeyd qərardadda nəzərdə tutmamışdır. Odur ki, cavabdehin qısa, yəni ağlabatan müddətdə apellyasiya şikayətində göstərilən nöqsanları aradan qaldıraraq yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etməsi məqsədəuyğundur. Həmçinin Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi ##.##.2025-ci il tarixdə əlavə qətnamə qəbul etmiş və həmin qətnaməni ##.##.2026-cı il tarixdə cavabdehin elektron kabinetinə yerləşdirmişdir. Nəzərə alınmalıdır ki, əlavə qətnamədən apellyasiya şikayətinin verilmə müddəti ##.##.2026-cı il tarixdən sonra hesablanmalıdır. Lakin birinci instansiya məhkəməsi cavabdehin əlavə qətnamədən ayrıca və ya qətnamə ilə birlikdə apellyasiya şikayəti vermək hüququnun olduğunu və işin bu halına münasibətdə üzürlü səbəbdən iddia müddətini ötürməsini nəzərə almamışdır. Beləliklə, şikayət təmin olunmalı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ləğv edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddət üzrlü hesab olunaraq bərpa edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.3, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDI: Şikayəti təmin olunsun. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)- ****/**** saylı qərardadı ləğv edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən şikayət verilməsi üçün buraxılmış prosessual müddət üzürlü hesab olunaraq bərpa edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar